Metodik göSTƏRİŞ



Yüklə 56,2 Kb.
səhifə1/15
tarix25.04.2022
ölçüsü56,2 Kb.
#56249
  1   2   3   4   5   6   7   8   9   ...   15
Buraxılış işlərinin tərtibi qaydaları (Metodik göstəriş) son variant[1]


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Bakalavriat səviyyəsində buraxılış işlərinin yerinə yetirilməsinə dair



METODİK GÖSTƏRİŞ

ADU-nun Elmi şurasının

31.01.20 il tarixli

iclasının qərarı ilə təsdiq

edilmişdir

(3 №-li protokol ).



Bakı - 2020

Tərtib etdi: Tədris Hissə

Elmi Hissə

F.f.d., dos. Aytən Musa qızı Allahverdiyeva

F.f.d., dos. Sitarə Rəhim qızı Əliyeva

MÜNDƏRİCAT
Giriş......................................................................................................................................4

Buraxılış işinin hazırlanması və yerinə yetirilməsi prosesi.................................................5

Mövzunun seçilməsi və təsdiqi ...........................................................................................6

Buraxılış işinin planına və məzmununa qoyulan tələblər..................................................7

Buraxılış işinin tərtibi qaydaları...........................................................................................8

Buraxılış işinin müdafiəsi, qiymətləndirilməsi və müdafiə olunmuş işlərin saxlanması...18



Əlavələr..............................................................................................................................21

Giriş
Təhsil Nazirliyinin Ali məktəbin bakalavriat səviyyəsində buraxılış işlərinin hazırlanması qaydalarına müvafiq olaraq tərtib olunmuş (Əlavə 1) bu metodik göstəriş Azərbaycan Dillər Universitetinin (ADU) IV kursunda təhsil alan və buraxılış işi yerinə yetirən tələbələr, buraxılış işlərinin yazılmasında onlara rəhbərlik edən, bu işlərə rəy verən professor-müəllim heyətinə, müvafiq kafedralara, dekanlıqlara, işin müzakirəsini həyata keçirən və qiymətləndirən komissiyaların sədrləirnə və üzvlərinə, buraxılış işinin mövzusunun seçilməsi, işin yazılması, tərtibi, rəsmiləşdirilməsi, qiymətləndirilməsi və onu müşayiət edən sənədlərin hazırlanmasında tələbələrə yardımçı olacaq metodik vəsait kimi nəzərdə tutulmuşdur.

Buraxılış işi bakalavriat səviyyəsində tələbələrin Yekun Dövlət Attestasiya formalarından biridir. Ali təhsil müəssissələrinin bakalavriat səviyyəsi üzrə IV kursunda təhsil alan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”na uyğun olaraq (Əlavə 2) buraxılış işinin müdafiəsinə bütün attestasiyalardan müvəffəqiyyətlə çıxmış tələbələr buraxılır. ADU-da buraxılış işini könüllülük əsasında ümumi orta müvəffəqiyyət göstəricisi 81 baldan yuxarı olan IV kurs tələbələri yerinə yetirə bilər. Hər bir tələbə Yekun Dövlət Attestasiyası üçün dövlət imtahanı verməyi seçə bilər. Buraxılış işinin yerinə yetirilməsinə əsasən məzuna ixtisas dərəcəsi və bakalavr ali təhsili haqqında dövlət nümunəli diplom verilir.



İşin yerinə yetirilməsi prosesində tələbə elmi rəhbərin (yaxud elmi məsləhətçinin) bilavasitə nəzarəti altında elmi-tədqiqat fəaliyyətinin texnikasını mənimsəyir. Eyni zamanda, buraxılış işi tələbənin ümumi savad və təhsil səviyyəsini əks etdirir, ixtisası üzrə onun yiyələndiyi bacarıq və vərdişləri nümayiş etdirir.

Buraxılış işinin məqsədləri aşağıdakılardan ibarətdir:

- tələbələrin müvafiq istiqamət (ixtisas) üzrə aldığı nəzəri və təcrübi bilikləri sistemləşdirmək, möhkəmləndirmək və genişləndirmək, analitik və yaradıcı düşüncəni inkişaf etdirmək, konkret standart məsələləri həll edə bilmək vərdiş və bacarıqlarını müəyyənləşdirmək;

- tələbələrin müstəqil işləmək vərdişlərini inkişaf etdirmək, buraxılış işində qoyulan problemi araşdırmaq üçün müvafiq metodlara yiyələndiyini müəyyən etmək;

- tələbələrin müasir istehslatın, elmin, texnikanın və mədəniyyətin müvafiq sahələrində müstəqil işləməyə hazırlıq səviyyəsini müəyyənləşdirmək.

Beləliklə, buraxılış işi elmi və praktik əhəmiyyətə malikdir, tədris prosesində, pedaqoji və istehsalat təcrübələrində bakalavriantın almış olduğu nəzəri və praktik biliklərin genişləndirilməsi və möhkəmləndirilməsinə xidmət edir. Buraxılış işi tələbəyə həm də müasir dilçilik (onun ayrı-ayrı şöbələri), tərcümə sənəti, xarici dillərin tədrisi metodikası, diplomatiya, regionşünaslıq, pedaqogika, psixologiya və s. sahələrin aktual problemlərini tədqiq etməyə, yerli və xarici müəlliflərin elmi fikir və mülahizələrinin, nəzəriyyələrinin tənqidi təhlili əsasında müvafiq ixtisas sahəsində müasir tədqiqat metodlarını tətbiq edərək elmi ümumiləşdirmələr, tədqiqatlar və eksperimentlər aparmağa, sorğular keçirməyə, öz mövqeyini müəyyənləşdirib müdafiə etmək qabiliyyətini nümayiş etdirməyə imkan verir. Biliyin qiymətləndirilməsinə xidmət edən dövlət imtahanından fərqli olaraq, buraxılış işi tələbənin tənqidi və yaradıcı təfəkkürünü nümayiş etdirməyə imkan verir, onun müstəqil şəkildə elmi-təcrübi tədqiqatlar aparmaq bacarıqlarını üzə çıxarır.

Buraxılış işinə qoyulan ümumi tələblər və tərtib olunmuş qaydalar ADU-nun kadr hazırlığının profilinə uyğun hazırlanmış və universitetin Elmi şurasında təsdiq edilmişdir.



Yüklə 56,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə