M. mehdiyev, V.ƏHMƏdov



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix09.05.2017
ölçüsü0,59 Mb.
  1   2   3

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2015 

46 


M.MEHDİYEV,

 

V.ƏHMƏDOV,

 

S.HÜSEYNOV,

 

F.MƏMMƏDOV 

ÖLKƏ

 

İQTİSADİYYATI

 

ÜZRƏ

 

GÖSTƏRİCİLƏRİN

MODELLƏŞDİRİLMƏSİ

 



 

PROQNOZLAŞDIRILMASI

 

MƏSƏLƏLƏRİ 

 XÜLASƏ 

Cari  məqalədə  ölkə  iqtisadiyyatı  üzrə  makroiqtisadi  göstəricilərin  modelləşdirilməsi 

və  proqnozlaşdırılması  zamanı  qarşıya  çıxan  əsas  çətinliklər  tədqiq  olunur.  Bu 

məqsədlə  qeyri-struktur  modellər  hesab  olunan  Vektor  Avtoreqressiv  (VAR) 

modellərdən  istifadə  edilir  və  müxtəlif  göstəricilər  arasında  qarşılıqlı  asılılıqlar 

qiymətləndirilir. Modelə daxil olan göstəricilərin ilkin müayinəsi və təhlili göstərir ki, 

onların dövrü dinamikasında volatillik mövcuddur. Təkcə bu faktorun özü göstəricilər 

arasında  qarşılıqlı  asılılıqları  zəiflədən  əsas  amillərdən  hesab  oluna  bilər.  Heç  də 

təəccüblü  deyil  ki,  bir  çox  hallarda  müxtəlif  göstəricilərdən  istifadə  edərək 

ekonometrik  modellər  quran  tədqiqatçılar  onlar  arasında  statistik  əhəmiyyətli 

asılılıqlar  aşkar  etməkdə  çətinlik  çəkirlər.  Burada  bir  sıra  statistik  metodlardan 

istifadə  etməklə  həmin  göstəricilərin  dinamikasında  mövcud  olan  volatillik  və 

anomaliyaları azaltmağa çalışılır.  

Bu tədqiqat işində də tərkibinə müxtəlif sayda dəyişənlər daxil edilən VAR modelləri 

qiymətləndirilir və iki metodologiya (Vaqqoner və Zha (1999) və Banbura, Giannone 

və  Lenza  (2014))  əsasında  müxtəlif  göstəricilər  üzrə  şərtsiz  və  şərti  proqnozlar 

hesablanır. Sonda modelləşdirmə və proqnozlaşdırama zamanı qarşıya çıxan praktiki 

çətinliklər  göstərilir  və  statistik  məlumatların  keyfiyyətinin  yaxşılaşdırılması  üçün 

təkliflər verilir. 

Açar sözlər:proqnozlaşdırma, zaman sırası metodları, Bayez metodları 

Giriş 

Tənzimləyici  qurumlar  üçün  ölkə  iqtisadiyyatının  vəziyyətini  düzgün  və  dolğun  əks 

etdirən,  həmçinin  vaxtlı-vaxtında  nəşr  olunan  statistik  göstəricilərin  əhəmiyyəti 

böyükdür.  Böhran  idarəetməsinin  müvəffəqiyyəti  əksər  hallarda  statistik 

məlumatların  keyfiyyətinə,  həmçinin  onların  operativ  və  müntəzəm  qaydada  əldə 

olunması  ilə  birbaşa  bağlıdır.  Başqa  sözlə,  anti-böhran  tədbirlərinin  uğuru  iqtisadi 

vəziyyət  haqqında  təqdim  olunan  informasiyanın  düzgünlüyü  ilə  yüksək  asılılıq 

nümayiş etdirir.  



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2015 

 

47 



 

Aydındır  ki,  tənzimləyici  qurumun  iqtisadi  vəziyyətə  vaxtında  və  düzgün  diaqnoz 

qoyması  iqtisadiyyatı  böhranlardan  və  onların  dərinləşməsindən  qoruyur.  Burada 

obrazlı  ifadəyə  və  ya  təşbehə  müraciət  edib  tənzimləyici  qurumları  həkimlərə  də 

bənzətmək  olar.  Şübhəsiz,  həkimin  xəstəliyi  düzgün  təşxisdəki  müvəffəqiyyəti  ön 

diaqnoz aparatları və laboratoriya alətlərinin dürüst işləməsinə birbaşa bağlıdır. Oxşar 

olaraq,  yalnız  iqtisadi  vəziyyət  haqqında  düzgün  təsəvvür  formalaşdıran  statistik 

məlumatlar  tənzimləyici  qurumun  tədbirlərinin  effektivliyini  təmin  edə  bilər.  Daha 

doğrusu,  problemin  təbiəti  haqqında  düzgün  diaqnozunun  qoyulması  və  vaxtında 

zəruri  tədbirlərin  görülməsi  iqtisadi  vəziyyətlə  bağlı  qəbul  edilən  siqnalların  və 

məlumatların keyfiyyəti ilə düz mütənasibdir. 

Heç şübhəsiz, hər bir göstəricinin keyfiyyəti onun daşıdığı informasiya yükünün baş 

verən  prosesləri  dolğun  və  dürüst  əks  etdirmə  dərəcəsi  ilə  əhəmiyyətli  bağlıdır. 

Göstəricilərin  keyfiyyətinə  təsir  edən  faktorlara  nümunə  kimi  onların  emalı  zamanı 

tətbiq  olunan  metodologiyadan  qaynaqlanan  xətaları,  məlumatların  toplanması  və 

aqqreqatlaşdırılması zamanı buraxılan texniki qüsurları göstərmək olar.  

Bir  çox  hallarda  göstəricilər  üzrə  ortaya  çıxan  keyfiyyət  problemləri  daha  ilkin 

mərhələlərlə bağlı olur. İstifadə etdiyimiz bir çox göstəricilər sorğular vasitəsi ilə əldə 

olunur  və  bu  mərhələdə  baş  verən  xətalar  sonda  əldə  etdiyimiz  nəticələrə  təsir 

göstərir.  Sorğulardakı  problemlər  isə  onların  reprezentativlik  və  əhatəlilik  dərəcəsi, 

onları  dolduran  respondentlərin  qoyulan  suallara  səmimi  cavab  verib-verməməsi, 

sorğu toplayanın təftiş imkanının olub-olmaması və bunu respondentin bilməsi və s. 

misal göstərmək olar. 

Bu məqalədə ölkə iqtisadiyyatı üzrə makroiqtisadi göstəricilərin modelləşdirilməsi və 

proqnozlaşdırılması  zamanı  qarşıya  çıxan  praktiki  çətinliklər,  statistik  göstəricilərin 

keyfiyyəti  və  onların  qiymətləndirmə  nəticələrinə  təsirləri  tədqiq  edilir.  Burada 

göstəricilərin  empirik  modellərə  daxil  edilmədən  öncəki  ilkin  müayinəsi,  onların 

dövrü  dinamikasının  tədqiqi,  mövsümi  amillərdən  təmizlənmə  prosesi  və  bu  zaman 

ortaya  çıxan  problemlər,  göstəricilər  arasında  ilkin  asılılıqların  təhlili  və  onların 

nəzəri əsaslandırılması məsələlərinə toxunulur.  

Statistik  göstəricilərin  empirik  modellərə  daxil  edilməsindən  əvvəl  təhlilivacib  olsa 

da,  bir  çox  hallarda  tədqiqatçılar  bu  mərhələni  sürətlə  və  səbirsizliklə  qət  edirlər. 

Lakin, model nəticələri statistik göstəricilərin keyfiyyəti ilə birbaşa bağlıdır – yüksək 

keyfiyyətli  nəticələr  yüksək  keyfiyyətli  göstəricilərlə  əldə  olunur  və  ya  əksinə.  Bir 

çox hallarda tədqiqatçılar məhz statististik məlumatların ilkin tədqiqi və müayinəsinə 


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2015 

 

48 



 

az  vaxt  sərf  etmələri  səbəbindən  göstəricilərin  nəzəri  əlaqələri  doğrultmaması 

nəticəsinə gəlirlər.  

Bu  məqalədə  bütün  statistik  göstəricilərin  ilkin  müayinəsini  və  onlar  arasındakı 

əlaqələrin  təhlilini  aparmaq  fiziki  baxımdan  mümkün  deyil.  Buradakı  məqsəd  əsas 

makroiqtisadi  göstəricilərin  (q/n  ÜDM,  inflyasiya,  büdcə  xərcləri,  sənayə  istehsalı, 

faizlər,  və  s.)  ilkin  müayinəsini  və  mövsümi  təmizlənməsini  apardıqdan  sonra  onlar 

arasındakı  əlaqələri  tədqiq  etmək  və  bu  zaman  qarşıya  çıxan  problemləri 

göstərməkdir.  Qeyd  etmək  lazımdır  ki,  məqalədə  istifadə  edilən  göstəricilər  bir  çox 

tədqiqatçıların  və  siyasət  qurucuların  tez-tez  müraciət  etdiyi  makroiqtisadi 

dəyişənlərdir. 

Burada  bəzi  makroiqtisadi  göstəricilərin  ilkin  müayinəsi  və  onlar  arasında  nəzəri 

əlaqələrtədqiq  edilmişdir.  İlkin  müayinə  ümumiyyətlə,  bir  çox  göstəricilərin 

dinamikasında  yüksək volatilliyin  mövcud olduğunu  göstərir. Eyni zamanda təhlillər 

həmin  göstəricilərin  dövrü  dinamikasında  mövcud  olan  anomaliyaları  və  ekstrim 

qiymətləri  aşkarlamağa,  bununla  bağlı  ekspert  qiymətləndirməsi  aparmağa  imkan 

verir.  Sonrakı  mərhələdə  bir  sıra  interpolyasiya  metodlarından  istifadə  etməklə 

anomaliya  hesab  etdiyimiz  qiymətləri  əvəzləyirik.  Burada  həm  də  mövsümi 

təmizləmə üsullarına müraciət etməklə göstəriciləri mövsümi amillərdən təmizləyirik.  

Sonrakı  mərhələdə  həmin  göstəricilər  ekonometrik  modellərə  daxil  edilir.  Burada 

istifadə  olunan  müxtəlif  miqyaslı  (7  və  32  dəyişənli)  Vektor  Avtoreqressiv  (VAR) 

modellər  qeyri-struktur  modellərdir  və  daha  çox  proqnozlaşdırmaya  xidmət  edir. 

Həmin modellərdən istifadə etməklə göstəricilərin dinamikasının qarşıdakı dövr üçün 

proqnozlaşdırması  aparılır.  Bu  zaman  proqnozlaşdırma  işi  şərtsiz  və  gələcəkdə  bir 

sıra  göstəricilərin  öncədən  müəyyən  olunmuş  trayektoriyanı  izləməsi  şərtini  nəzərə 

alan şərtli formada həyata keçirilir. 

Qiymətləndirmə  və  proqnozlaşdırma  işi  göstərir  ki,  ölkə  üzrə  bəzi  makroiqtisadi 

göstəricilərin  proqnozlaşdırılma  imkanlarının  yaxşılaşdırılmasına  ehtiyac  vardır.  Bir 

sıra  təhlillər  həmin  göstəriciləri  proqnozlaşdırmağa  imkan  verən  ətalətli 

komponentin,  demək  olar  ki,  məhdud  olmasına  işarə  edir.    Bu  nəticəni  həmin 

göstəricilərin  kifayət  qədər  geniş  proqnoz  intervalları  da  dəstəkləyir.  Digər  tərəfdən 

əsas makroiqtisadi göstəricilər arasında ekonometrik əlaqələrin nisbətən zəifolması da 

aşkar  edilmişdir.  Bu  faktı  həm  ilkin  asılılıqların  təhlili  ilə  bağlı  aparılan 

qiymətləndirmələr, həm də şərtsiz və şərti proqnozlaşdırma nəticələri də təsdiq edir. 



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2015 

 

49 



 

Beləliklə,  məqalənin  strukturu  aşağıdakı  kimidir:  2-ci  fəsildə  bir  sıra  göstəricilərin 

ilkin  müayinəsi  aparılır,  onlar  arasında  mümkün  qarşılıqlı  əlaqələr  təhlil  edilir, 

qiymətləndirmə  və proqnozlaşdırma zamanı istafdə edilən metodologiyalar haqqında 

məlumat verilir. 3-cü fəsildə iki müxtəlif şərtli proqnozlaşdırma metodologiyasından 

istifadə  etməklə  üç  müxtəlif  ssenari  üzrə  əsas  göstəricilərin  proqnozları  verilir.  4-cü 

fəsildə ölkə üzrə statistik göstəricilərin keyfiyyətinin yaxşılaşdırılması üçün təklifləri 

irəli sürülür, 5-ci fəsildə isə ümumi nəticlər qeyd edilir. 



Statistik məlumatlar və metodologiya 

Bu  fəsil  üç  alt  bölmədən  ibarətdir.  Birinci  bölmədə  qiymətləndirmələrə  daxil  edilən 

statistik  göstəricilərin  ilkin  müayinəsi  və  mövsümi  təmizlənməsi  aparılır.  İkinci 

bölmədə  göstəricilər  arasında  asılılıqlar  təhlil  olunur.  Üçüncü  bölmədə  isə  empirik 

qiymətləndirmə və proqnozlaşdırma metodologiyası təsvir olunur.  

İlkin müayinə və mövsümi təmizləmə 

Məqalədə istifadə edilən statistik göstəricilər rüblük əsasda olub 2003 – 2014-cü illəri 

əhatə  edir.  Aylıq  göstəriciləri  rüblüyə  çevirərkən  onların  aylıq  qiymətlərinin  ədədi 

ortası  götürülür  (məsələn,  İQİ,  faiz  dərəcələri,  və  s.).  Qiymətləndirmə  və 

proqnozlaşdırma  zamanı  az  dəyişənli  (7  göstərici)  və  çox  dəyişənli  (32  göstərici) 

VAR  modellərindən  istifadə  olunsa  da,  bu  bölmədə  modellərə  daxil  olunan  bütün 

göstəricilərin dinamikasını tədqiq etmək və bu zaman qarşıya çıxan problemləri qeyd 

etmək  qeyri-mümkündür.  Lakin  nümayiş  məqsədi  ilə  bir  sıra  əsas  göstəricilərin 

dinamikasını təhlil edib mövsümi təmizləmə, qarşılıqlı asılılıqların tədqiqi və modelin 

qiymətləndirməsi zamanı ortaya çıxan praktiki çətinlikləri göstəririk.  



Şəkil 1. Sənaye istehsalının həcmi                           Şəkil 2. Sənaye istehsalının həcmi (son) 

 

Mənbə: DSK 

0,0

500,0


1000,0

1500,0


2000,0

2500,0


м

ар

.0



се

н.



03

 

м



ар

.0



се

н.

04



 

м

ар



.0

се



н.

05

 



м

ар

.0



се

н.



06

 

м



ар

.0



се

н.

07



 

м

ар



.0

се



н.

08

 



м

ар

.0



се

н.



09

 

м



ар

.1



се

н.

10



 

м

ар



.1

се



н.

11

 



м

ар

.1



се

н.



12

 

м



ар

.1



се

н.

13



 

м

ар



.1

се



н.

14

 



0,0

500,0


1000,0

1500,0


2000,0

2500,0


м

ар

.0



се

н.



03

 

м



ар

.0



се

н.

04



 

м

ар



.0

се



н.

05

 



м

ар

.0



се

н.



06

 

м



ар

.0



се

н.

07



 

м

ар



.0

се



н.

08

 



м

ар

.0



се

н.



09

 

м



ар

.1



се

н.

10



 

м

ар



.1

се



н.

11

 



м

ар

.1



се

н.



12

 

м



ар

.1



се

н.

13



 

м

ар



.1

се



н.

14

 



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2015 

 

50 



 

Bu  fəsildə  tədqiqat  obyekti  olan  əsas  göstəricilər  q/n  ÜDM-i,  sənaye  istehsalının 

həcmi, büdcənin kapital və cari xərcləri, 1-3 aylıq manat kreditləri üzrə faiz dərəcəsi 

və  İQİ  indeksidir.  Qeyd  edək  ki,  Dövlət  Statistika  Komitəsi  (DSK)  ÜDM  və  onun 

komponentlərinin real həcmini iki müxtəlif metodologiya əsasında hesablayır. Burada 

istifadə  edilən  real  q/n  ÜDM-i  2005-ci  ilin  sabit  qiymətləri  (orta)  ilə  hesablanan 

rüblük göstəricidir. 

Şəkil 3. Büdcənin kapital xərcləri Şəkil 4. Büdcənin kapital xərcləri (mövsümi təmizlənmiş) 

 

Mənbə: DSK 

İlkin  olaraq  bəzi  göstəricilərin  dinamikasının  müayinəsinə  nəzər  yetirək.  Cari 

qiymətlərlə  rüblük  sənaye  istehsalı  göstəricisinin  dinamikası  Şəkil  1-də  təsvir 

edilmişdir. Qrafikdən məlum olur ki, bəzi dövrlərdə sənaye istehsalının həcmi bir rüb 

ərzində kəskin dəyişmişdir (2006 R4 – 46%, 2007 R4 – 115%, 2008 R3 – 84%). Bəzi 

rüblərdə isə sənaye istehsalının həcmi keçən ilin müvafiq rübünə nəzərən əhəmiyyətli 

artım nümayiş etdirir (2006 R4 – 59%, 2008 R3 – 131%, 2010 R4 -58%). Fikrimizcə, 

belə  dəyişmə  mövsümi  xarakter  daşımır,  çünki  mövsümilik  il  ərzində  təkrarlanan 

qanunauyğunluğu  əks  etdirməlidir.  Burada  sənaye  istehsalının  həcminin  kəskin 

dəyişdiyi  dövrləri  interpolyasiya  edilməsi  məqsədəuyğun  olardı.  Nəzərə  almaq 

lazımdır  ki,  tədqiqat  apararkən  istifadə  etdiyimiz  modellər  xətti  modellərdir  və 

onların belə kəskin dəyişmələri izah etməsi qeyri-mümkündür. Qeyd edək ki, sənaye 

istehsalının  aylıq  göstəricilərinin  dinamikasında  mövcud  olan  problemlər  və  onların 

volatilliyi  rüblük  göstəricilərə  nəzərən  daha  dərindir.Şəkil  2-də  interpolyasiya 

olunmuş  sənaye  istehsalının  həcmi  təsvir  olunmuşdur.  Şəkil  3-də  büdcənin  kapital 

xərclərinin dinamikası verilmişdir.   

Şəkil 5. Büdcənin kapital xərcləri (son)                   Şəkil 6. Orta faiz dərəcəsi 

0,0


500,0

1000,0


1500,0

2000,0


2500,0

3000,0


3500,0

4000,0


м

ар

.0



се

н.



03

 

м



ар

.0



се

н.

04



 

м

ар



.0

се



н.

05

 



м

ар

.0



се

н.



06

 

м



ар

.0



се

н.

07



 

м

ар



.0

се



н.

08

 



м

ар

.0



се

н.



09

 

м



ар

.1



се

н.

10



 

м

ар



.1

се



н.

11

 



м

ар

.1



се

н.



12

 

м



ар

.1



се

н.

13



 

м

ар



.1

се



н.

14

 



0,0

500,0


1000,0

1500,0


2000,0

2500,0


3000,0

м

ар



.0

се



н.

03

 



м

ар

.0



се

н.



04

 

м



ар

.0



се

н.

05



 

м

ар



.0

се



н.

06

 



м

ар

.0



се

н.



07

 

м



ар

.0



се

н.

08



 

м

ар



.0

се



н.

09

 



м

ар

.1



се

н.



10

 

м



ар

.1



се

н.

11



 

м

ар



.1

се



н.

12

 



м

ар

.1



се

н.



13

 

м



ар

.1



се

н.

14



 

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2015 

 

51 



 

 

Mənbə: DSK, AMB 

Bir  çox  hallarda  rüblük  dəyişmələrin  miqyası  100%-dən  yüksəkdir  (məsələn,  2007 

R2 – 117%, 2008 R2 134%, 2009 R4 – 294%, və s.). Həmin dövr ərzində göstəricinin 

rüblük  həcminin  keçən  ilin  müvafiq  rübünə  nəzərən  dəyişməsi  də  böyük  volatillik 

nümayiş etdirir (məsələn, 2006 R4 – 151%, 2007 R2 – 108%, 2008 R4 – 155%, və 

s.).  Göstərici  üzərində  mövsümi  təmizləmənin  aparılması  belə  mövcud  problemləri 

həll  etmir

15

 (Şəkil  4).  Məsələn,  mövsümi  təmizləmə  nəticəsində  2009-cu  ilin  4-cü 



rübündə 2,310 mln manat təşkil edən büdcənin kapital xərci 1,470 mln manata azalsa 

da, həmin məbləğ hələ də yüksək olaraq qalmaqdadır.  

Mövsümi  amillər  son  rübdə  büdcənin  kapital  xərclərinin  trenddən  yüksək  qalmasına 

səbəb olur.  4-cü rüb üzrə müvafiq məbləğin mövsümi amillərdən təmizlənməsi onun 

57%  azalmasını  təmin  etsə  də,  qalan  məbləğdə  hələ  də  mövsümilikdən  qaynaqlanan 

şişmənin  olduğu  görünür.

16

 Bu  səbəbdən  mövsümi  amillərdən  adekvat 



təmizlənmədiyini  düşündüyümüz  dövrləri  interpolyasiya  edirik  (Şəkil  5).  Beləliklə, 

göstəricinin sonda əldə olunmuş dinamikasının təhlili ölkə iqtisadiyyatında baş verən 

proseslər haqqında nisbətən əsaslı mülahizələr yürütməyə imkan verir. 

Şəkil 7. Faiz dərəcələri (müqayisəli)                     Şəkil 8. Avtokorrelasiya funksiyası (q/n ÜDM) 

                                                                   

15

 Bütün göstəricilər üzrə mövsümi təmizləmə TRAMO-SEATS paketi əsasında aparılır. 



16

 Ölkə üzrə əsas göstəricilərin mövsümi amillərdən təmizlənməsi məsələsi kifayət qədər problemlidir və bu 

mövzunun  özü  müstəqil  təqdiqat  işi  tələb  edir.  Təcrübə  göstərir  ki,  mövsümi  təmizləmə  metodlarının  ölkə 

üzrə makroiqtisadi göstəricilərə mexaniki tətbiqi bir çox hallarda yanıldıcı nəticələrə gətirib çıxara bilər.

 

0,0


500,0

1000,0


1500,0

2000,0


2500,0

м

ар



.0

се



н.

03

 



м

ар

.0



се

н.



04

 

м



ар

.0



се

н.

05



 

м

ар



.0

се



н.

06

 



м

ар

.0



се

н.



07

 

м



ар

.0



се

н.

08



 

м

ар



.0

се



н.

09

 



м

ар

.1



се

н.



10

 

м



ар

.1



се

н.

11



 

м

ар



.1

се



н.

12

 



м

ар

.1



се

н.



13

 

м



ар

.1



се

н.

14



 

0

5



10

15

20



25

YANVAR


İYU

N

NO



YA

B

R



APR

E

L



S

E

NT



YA

B

R



F

E

VR



AL

İYU


L

DE

KA



B

R

M



AY

OK

T



YA

B

R



M

AR

T



AV

QU

S



T

YANVAR


İYU

N

NO



YA

B

R



APR

E

L



S

E

NT



YA

B

R



F

E

VR



AL

İYU


L

DE

KA



B

R

M



AY

OK

T



YA

B

R



M

A

R



T

AV

QU



S

T

YANVAR



İYU

N

NO



YA

B

R



APR

E

L



2003

2004


2005

2006


2007

2008


2009

2010


2011

2012


2013

2014


3 ayda 11%  düşmə 

4 ayda 10% qalxma  

10 ayda 9%  düşmə 

8 ayda 9% qalxma  



Kataloq: assets
assets -> From: Executive Director, Trade Compliance and Facilitation
assets -> К рабочей программе курса «Эндонтия» дисциплины «Стоматология» Цель освоения дисциплины
assets -> Исследование диагностических моделей по Пону и Коркхаузу
assets -> К рабочей программе курса «Пародонтология» дисциплины «Стоматология» Цели освоения дисциплины
assets -> “Smart, sexy and full of laughs!”– Shawn Edwards, Fox tv “Tyler Perry once again delivers something for everyone!”
assets -> Written and directed by Tyler Perry Production Notes
assets -> Vergi Məcəlləsində Son Dəyişikliklər

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə