L. A. MƏMMƏdov, E.Ç. ƏKBƏrov, H.Ə. ƏKBƏrov


Qruber kanalı (dizaltı – baldır kanalı –



Yüklə 14,08 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix01.01.2017
ölçüsü14,08 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

 
Qruber kanalı (dizaltı – baldır kanalı – 
canalis cruropopliteus) baldırın arxa sət-
hində arxa qamış  əzələsi ilə kambalayabən-
zər  əzələnin arasında yerləşir (
şək. 47
). 
Onun bir girəcək və iki çıxacaq (ön və aşağı) 
dəliyi vardır.  
Girəcək dəliyi öndən fassiya ilə örtül-
müş dizaltı  əzələ, arxadan isə kambalaya-
bənzər  əzələnin vətər qövsü ilə hüdudlanır. 
Bu dəliyə dizaltı arteriya və qamış siniri da-
xil olur. Aşağı ətrafın irinli prosesləri zamanı, 
eyni zamanda qazlı infeksiyaların yayılma-
sında mühüm rol oynadığına görə dizaltı – bal-
dır kanalının girəcək dəliyini «ölüm qapısı» 
da adlandırırlar.  Kanalın ön çıxacaq dəliyi 
üçbucaq formasında olub sümükarası zar 
üzərində yerləşir; bu dəlikdən ön qamış arte-
riyası baldırın önünə, venalar isə  əksinə ke-
çir. Kanalın aşağı  çıxacaq dəliyi isə yarıq 
formasında olub (baldırın orta və aşağı 1/3 – 
nin sərhəddində) kambalayabənzər və arxa 
qamış əzələləri arasında yerləşir; bu dəlikdən 
arxa qamış damar – sinir dəstəsi keçir. Aşa-
ğıda isə kanal içəri topuq kanalı ilə əlaqələ-
nir.
 
Qruber kanalından keçən damar – sinir 
dəstəsi kövşək toxuma ilə əhatə olunmuşdur 
və onları  əhatə edən  əzələlərin fassial futl-
yarları ilə  əlaqəlidir. Dizaltı – baldır kanalı 
incik sümüyünün zirvəsindən 4 – 5 sm aşa-
ğıda yerləşən sümükarası zar üzərindəki ön 
çıxacaq dəliyi vasitəsilə baldırın ön sümük – 
fibroz yatağı ilə birləşir. Bu, da irinli – iltihabi 
proseslərin dizaltı çuxura və baldırın dərin to-
xuma sahəsinə yayılmasına şərait yaradır.  
Labbe venası (aşağı anastomotik 
vena –v.anastomotica inferior) sərt qişa-
nın yuxarı sagital və köndələn ciblərini 
birləşdirən kollateral damar rolunu oyna-
yan venadır (
şək. 19 

 
B,10
). 
 
Langer xəttləri kollagen və elastik lif-
lərin olması sayəsində  dərinin dartılma isti-
qamətini göstərən və  dəri üzərində yerləşən 
xəttlərdir (
şək.88
). Plastik cərrahi əməliyyat-
lar zamanı kəsiklərin bu xəttlər boyunca apa-
rılması  gələcəkdə kobud və çox nəzərə çar-
pan çapıq toxumasının  əmələ  gəlməsinin 
qarşısını alır. 
 
Larrey üçbucağı (sol döş – qabırğa 
üçbucağı – trigonum sternocostalis sinis-
ter)  sol tərəfdə diafraqmanın döş və qabırğa 
hissələri arasında yerləşən üçbucaqşəkilli ya-
 
Şəkil 88. Langer xəttləri 

57 
rıqdır (
şək. 26,9
). Burada əzələ lifəri yoxdur 
və  yırtıqlara təsadüf olunur. Larrey üçbu-
cağında perikard plevra ilə örtülmədiyindən 
onun boşluğunun punksiyası burada aparılır.  
 
Lesqaft xətti XI qabırğanın ön ucunu 
qalça darağı ilə birləşdirən və qarın nahiyə-
sinin yanlardan sərhəddini təşkil edən 
xəttdir. Lesqaft Pyotr Franseviçin adı ilə 
bağlıdır. 
 
Lesqaft – Qrünfelt rombu, üçbucaqlısı 
(spatium tendineum lumbale) arxa aşağı 
dişli və qarının daxili çəp əzələsinin qarşı – 
qarşıya çevrilmiş  kənarları arasında  əmələ 
gələn üçbucaq və ya dördbucaq formalı bir 
sahədir (
şəkil 89
). Onun tərəflərinin yuxarı-
dan arxa aşağı dişli  əzələ, aşağıdan qarının 
daxili çəp  əzələsinin arxa (sərbəst) kənarı, 
içəridən isə onurğanı düzləndirən  əzələnin 
bayır kənarı  təşkil edir. Bu sahə dördbucaq 
formasında olduqda onun dördüncü tərəfini 
XII qabırğa  əmələ  gətirir. Bu sahənin dibi 
köndələn  əzələnin aponevrozu, səthi isə 
arxanın enli əzələsi ilə örtülmüşdür.  
 
Lisfrank qabarcığı (ön pilləli  əzələ qa-
barcığı – tuberculum m.scalenius anterior) 
qabırğanın yuxarı  səthində ön pilləli  əzələnin 
birləşməsinə məxsus hündürlükdür (
şək. 90
). 
 
Lisfrank oynağı (daraqarxası – ayaq 
darağı oynağı – articulatio tarsometatar-
sea) kubabənzər və 3 pazabənzər (içəri, ara 
və bayır) sümüklərlə ayaq darağı sümükləri 
Şəkil 90.  I qabırğa (yuxarıdan görünüşü) 
 
Ön pilləli əzələ qabarcığı (Lisfrank qabarcığı) oxla 
göstərilmişdir  
Şəkil 89. Qrünfelt üçbucaqlısı (oxla göstərilmişdir) 
 
1 – m.rhomboideus minor; 2 – m.rhomboideus major;  
3 – m.serratus anterior; 4 – m.serratus posterior inferior;  
5 – spatium tendineum lumbale (Lesqaft – Qrüfelt üçbu-
caqlısı); 6 – m.obliquus externus abdominis; 7 – m.gluteus 
medius; 8 – m.gluteus minimus; 9 – m.piriformis; 10 – m.ob-
turatorius internus, mm.gemelli superior et inferior; 11 – 
m.quadratus femoris; 12 – m.gluteus maximus; 13 – m.la-
tissimus dorsi; 14 – m.teres major; 15 – m.teres minor. 

58 
arasında  əmələ  gələn oynaqdır (
şək. 59,24
). 
Oynaq 3 hissədən ibarətdir: a) içəri paza-
bənzər sümüklə I ayaq darağı sümüyü ara-
sındakı oynaq; b) ara və bayır pazabənzər 
sümüklərlə II və III ayaq darağı sümükləri 
arasındakı oynaqlar; c) kubabənzər sümüklə 
IV və V ayaq darağı sümükləri arasındakı 
oynaqlar. Içəri pazabənzər sümüklə I ayaq 
darağı sümüyünü birləşdirən içəri sümük-
arası paz – ayaq darağı bağı – lig.cuneo-
metatarseum mediale Lisfrak oynağının 
«açarı» hesab olunur. Ayağın distal hissə-
lərinin donmaları, zədələnmələri və  bəzi 
digər xəstəliklərində ayağın Lisfrank oynağı 
səviyyəsində ekzartikulyasiyası zamanı yal-
nız göstərilən bağ  kəsildikdən sonra oynaq 
geniş açılır. 
 
Lover qabarcığı  və ya venalararası qa-
barcıq (tuberculum Loüeri seu tuberculum 
intervenosum) sağ qulaqcığın arxa divarında 
yuxarı  və  aşağı boş vena dəlikləri arasında 
yerləşən ürəyin daxili qişasından (endokard) 
əmələ  gəlmiş qabarcıqdır (
şək. 91
). O, 
bətndaxili dövrdə boş venalardan gələn qan 
axınlarının bir – biri ilə toqquşmasına müəyyən 
dərəcədə mane olaraq, yuxarı boş venadan 
gələn qanı oval dəliyə istiqamətləndirir.   
 
Lund düyünü (öd kisəsi limfa düyünü) 
Kalo üçbucağının daxilində yerləşən limfa 
düyünü olub, qara ciyər – onikibarmaq ba-
ğırsaq bağının daxilində yerləşir. Öd kisəsi 
axacağı ilə ümumi qara ciyər axacağının bir – 
biri ilə birləşmə  səviyyəsini müəyyənləş-
dirmək üçün bu düyündən oriyentir kimi isti-
fadə olunur. 
Luşka dəlikləri (IV mədəciyin yan dəlik-
ləri – apertura laterales ventriculi quarti) IV 
mədəciyin damarlı kələfi üzərində yan ciblər 
nahiyəsində yerləşir və IV mədəciyi  hörümçək 
torunabənzər qişaaltı (subaraxnoidal boşluqla) 
boşluqla birləşdirir (
şək. 92, 21
). 
 
Lüdviq bucağı və ya Luis bucağı (an-
gulus sterni seu manubriosternalis) döş 
sümüyünün arxa səthində, dəstəsi ilə cisimi 
arasında arxaya doğru açılmış bucaqdır və 
skeletə nisbətən IV döş fəqərəsinin aşağı kə-
Şəkil 91. Ürəyin sağ qulaqcığının və mədəciyinin daxili 
görünüşü (Lover qabarcığı oxla göstərilmişdir) 
 
1 – apex cordis; 2 – trabeculae carneae; 3 – chordae tendi-
neae; 4 – ostium sinus coronaries; 5 – valva sinus coronar-
ies; 6 – valva v.cavae inferioris; 7 – v.cava inferior;  
8 – ostium v.cavae inferioris; 9 – fossa ovalis; 10 – v.cava 
superior; 11 – aorta; 12 – auricula dextra; 13 – ostium 
v.cava superioris; 14 – limbus fossa ovalis; 15 – foramina 
venarum minimarum; 16 – mm.pectinati; 17 – vasa cordis; 
18 – cuspis posterior valvae tricuspidalia dextri; 19 – cus-
pis septalis valve tricuspidalia dextri; 20 – cuspis anterior 
valvae tricuspidalia dextri; 21 – myocardium; 22 – mm. 
papillares; 23 – cavum ventriculi; 24 – epicardium. 

59 
narı bərabərində yerləşir (
şək.93
). Bu bucağı 
IV döş  fəqərəsinin aşağı  kənarı ilə birləşdi-
rən xəyali xətt yuxarı  və  aşağı orta divar 
arasında hüdudu təşkil edir. 
 
Lyeto üçbucağı (sidiklik üçbucağı – 
trigonum vesicae) sidikliyin dibi nahiyəsin-
də sidik axarlarının dəlikləri və sidik kanalının 
daxili dəliyi arasında yerləşən üçbucaq for-
masında büküşlərdən məhrum sahədir 
(
şək.94,5
). Sidiklik üçbucağında selikaltı qat 
yoxdur, selikli qişa  əzələ qişası ilə möhkəm 
birləşir. Ona görə də, bu nahiyədə büküş əmələ 
gəlmir. Sidiklik üçbucağının zirvəsi aşağıya – 
sidik kanalının daxili dəliyinə, əsası (oturacağı) 
isə yuxarıya baxır. Onun oturacaq bucaqları 
Şəkil 93. Lüdviq və ya Luis bucağı (1) 
Şəkil 92. IV mədəcik 
 
1 – colliculus superior; 2 – colliculus inferior; 3 – brachium 
colliculi inferioris; 4 – lingula cerebella; 5 – velum medullari 
superior; 6 – pedunculus cerebellaris medius; 7 – pedunculus 
cerebellaris inferioris; 8 – flocculus cerebella; 9 – plexus 
choroideus ventriculi quarti; 10 – tuberculum cuneatum; 11 – 
tuberculum gracilis; 12 – fasciculus cuneatus; 13 – funiculus 
lateralis; 14 – sulcus intermedius dorsalis; 15 – fasciculus 
gracilis; 16 – sulcus medianus dorsalis; 17 – sulcus dorso-
lateralis; 18 – apertura mediana ventriculi quarti (Majandi 
dəliyi); 19 – tela choroidea ventriculi quarti; 20 – ventriculus 
quartus; 21 – apertura lateralis ventriculi quarti (Luşka 
dəliyi); 22 – pedunculi flocculi; 23 – pedunculus cerebellaris 
superioris; 24 – n.trochlearis; 25 – brachium colliculi superi-
oris; 26 – frenulum veli medullaris superioris. 
Şəkil 94. Sidik kisəsi 
 
1 – lig.umblicale medium; 2, 3 – tunica muscularis;  
4 – tunica mucosa; 5 – trigonum vesicae (Lyeto üçbucağı);  
6 – uvula vesicae; 7 – prostat vəzinin parenximası;  
8 – crista urethralis; 9 – prostata; 10 – pars membranacea 
urethrae; 11 – ductuli prostatici; 12 – utriculus prostaticus;  
13 – ductus ejaculatorius; 14 – colliculus seminalis;  
15 – pars prostatica urethrae; 16 – ostium urethrae internum; 
17 – ostium ureteris.  

60 
üzərində sidik axarlarının dəlikləri yerləşir. Bu 
hissədə büküşlərin olmaması sidik ifrazı 
zamanı sidikliyin tam boşalmasını təmin edir.  
 
Majandi dəliyi (IV mədəciyin orta 
dəliyi – apertura mediana ventriculi quar-
ti)  rombabənzər çuxurun aşağı ucunda IV 
mədəciyin damarlı  kələfi üzərində yerləşən 
və onu subaraxnoidal boşluqla birləşdirən 
dəlikdir (
şək.92,18
).  
 
Mak – Kenrod və ya Koks bağı (uşaq-
lığın kardinal (baş) bağı – lig.cardinalis 
uteri)  uşaqlığın yan tərəflərindən onun enli 
bağının tərkibində kiçik çanağın divarlarına 
doğru gedən birləşdirici toxuma lifləridir 
(
şək.95,3
). Bu bağ aşağıda sidik – cinsiyyət 
diafraqmasının fassiyası ilə birləşir və fron-
tal istiqamətdə duraraq uşaqlığın yan tərəf-
lərə yerdəyişməsinin qarşısını alır. 
 
Marsel gölü (süd vəzisiarxası toxuma 
sahəsi – spatium retromammaria) səthi 
fassiyanın süd vəzisini arxadan örtən dərin 
səfhəsi ilə böyük döş  əzələsini öndən örtən 
xüsusi fassiya arasında yerləşən kövşək bir-
ləşdirici toxuma sahəsi olub süd vəzisini xa-
rici zərbələrdən qoruyur və onun hərəkətlili-
yini təmin edir. Bu sahə limfa kapillyarları 
ilə daha zəngin olduğundan belə adlandırılır. 
Süd vəzisinin hərəkətliliyinin məhdudlaşma-
sı bu sahədə irinli – iltihabi prosesin və ya 
bəd xassəli  şişin olmasına dəlalət edir. 
Burada baş verən irinli – iltihabi proses 
retromammar mastit adlanır. 
 
Marşall venası (sol qulaqcığın çəp ve-
nası – vena oblique atrii sinistra) sol qu-
laqcığın arxa divarında sol ağ ciyər venala-
rının açıldığı yerdən aşağıda başlayaraq çəp 
istiqamətdə  aşağıya və sağa doğru gedir, 
ürəyin böyük venasının genişlənmiş hissəsi 
olan tac cibin distal ucuna və ya birbaşa 
venanın özünə açılır  (
şək. 96,12
). 
 
Masevan üçbucağı (keçəcəküstü üç-
bucaq – trigonum suprameatum) kiçik çu-
xurluq olub yuxarıdan keçəcəküstü daraq, 
aşağıdan xarici qulaq keçəcəyinin arxa – yu-
xarı divarı və arxadan isə xarici qulaq keçə-
cəyinin arxasını keçəcəküstü daraqla birləş-
dirən xəyali xəttlə hüdudlanmışdır. Bu üçbu-
caqdan 1,25 sm dərində məməyəbənzər ma-
ğara yerləşir.  
 
Maydl yırtığı (hernia Maydl) və ya 
retroqrad boğulma çox nadir hallarda rast 
gəlinən təhlükəli yırtıq növüdür. Boğulma-
nın bu növündə  yırtıq qapısı  səviyyəsində 
nəinki yırtıq kisəsində yerləşən bağırsaq il-
Şəkil  95. Uşaqlığın bağ aparataı 
 
1 – lig.pubovesicale; 2 – lig.vesicouterinum;  
3 – lig.cardinale; 4 – lig.sacrouterinum; 5 – lig.ovarii pro-
prium; 6 – lig.latum uteri; 7 – lig.suspensorium ovarii;  
8 – lig.teres uteri. 

61 
gəkləri, həmçinin periton boşluğunda yerlə-
şən ilgəklərin də çözü boğulur (
şək.97
). Bu 
yırtığı adi boğulmuş  yırtıqdan fərqləndirən 
əlamət açılmasından sonra yırtıq kisəsində 
iki bağırsaq ilgəyinin olmasıdır. 
 
Mekkel boşluğu (cavum Meckeli) 
gicgah sümüyü piramidinin zirvəsində  sərt 
qişa səfhələri arasında olan bir boşluqdur
onun içərisində üçlü sinir qanqlionu (Qasser 
qanqlionu və ya aypara qanqlion) yerləşir.   
 
Mekkel divertikulu (diverticulum Mec-
keli) yumurta sarısı axacağının natamam 
obliterasiyası  nəticəsində qalça bağırsaq di-
varında  əmələ  gələn kisəşəkilli çıxıntıdır 
(
şək.98
). Uzunluğu 1,2 – 12,0 sm arasında 
dəyişir. Çox vaxt qalça bağırsağın distal his-
səsində, onun kor bağırsağa keçən yerindən 
25 – 125 sm aralıda yerləşir. Ona görə  də, 
periton boşluğunda aparılan cərrahi 
əməliyyatlar zamanı qalça bağırsağın aşağı 
hissəsi  ən azı 125 sm məsafə boyunca 
mütləq təftiş olunmalıdır. 
Mekkel divertikulu bağırsaq keçməz-
liyinə, yerli iltihaba, qanaxmalar ilə  ağır-
laşan peptik xoraların  əmələ  gəlməsinə  sə-
bəb ola bilər.  
Son zamanlar hesab olunur ki, Mekkel 
divertikulunun qanaxmalarla ağırlaşan pep-
tik xoralarına səbəb onun selikli qişasının 
mədəyə  və  mədəaltı  vəziyə xas olan hücey-
rələrə malik olmasıdır.  
 
Şəkil 96. Ürəyin arteriya və venaları (arxadan 
görünüş) 
 
1 – aorta; 2 – v.cava superior; 3,4 – vv.pulmonalis dex-
trae; 5 – v. cava inferior; 6 – sinus coronaries; 7 – v.cordis 
media; 8 – v.cordis parva; 9 – r.interventricularis poste-
rior; 10 – v.cordis magna; 11 – r.circumflexus a.corona-
riae sinistra; 12 – v.obliqua atria sinistri (Marşal venası); 
13,14 – vv.pulmonalis sinistrae. 
Şəkil 98. Mekkel divertikulu (oxla göstərilmişdir) 
Şəkil 97. Maydl yırtığı 

62 
«Mətbəx bıçağı»  cərrahlıqda dərinin, 
digər sərt toxumaların kəsilməsi, dərinliyi 
dəqiq məlum olan dərin kəsiklərin aparılması 
üçün neştərin əldə tutulma üsuludur (
şək.99
). 
 
Messi fassiyası (qalça–qamış yolu – 
tractus iliotibialis) budun bayır tərəfində 
enli fassiyanın qalınlaşmasından, böyük sağ-
rı əzələsi vətərinin yuxarı – bayır dəstələrin-
dən və enli fassiyanı gərginləşdirən əzələnin 
vətər liflərindən əmələ gəlmiş törəmə (eni 5 
sm – dir) olub, ön – üst qalça tinindən baş-
layır və qamış sümüyünün bayır kondilusuna 
bağlanır (
şək.100,3
). Bağlanan yerində liflərin 
ön qismi diz qapağını saxlayan bayır bağla, 
arxa qism liflər isə diz oynağının kapsulu ilə 
birləşir. Qalça – qamış yolu açma və bükmə 
hərəkətləri zamanı diz oynağının möhkəmlən-
məsində iştirak edir. O, həmçinin, böyük sağrı 
əzələsinin və enli fassiyanı  gərginləşdirən 
əzələnin vətərlərinin bağlanması üçün lifli 
skelet rolunu oynayır. Belə hesab olunur ki, 
mielitdən sonra  aşağı ətrafda baş verən de-
formasiyalara səbəb qalça – qamış yoludur. 
Ona görə  də,  deformasiyanı aradan qaldır-
maq üçün qalça – qamış yolu bayır  əzələ-
lərarası arakəsmə ilə birlikdə diz oynağından 
2,5 – 5,0 sm yuxarıda, bud sümüyünün 
böyük burması səviyyəsində kəsilir.  
Meysner kələfi və ya selikaltı  kələf 
(plexus Meissneri seu submucosus) qida 
borusu, mədə, çöz sinir kələflərindən  əmələ 
gəlmiş  və  həzm yolunun selikaltı qatında 
yerləşmiş intramural (divardaxili) kələflər 
olub, onların selikli qişasını innervasiya edir. 
 
Meyo venası (mədə  çıxacağı venası – 
v.pylorica)  mədə  çıxacağının önündə sağ – 
mədə piylik və sağ  mədə venalarının anasto-
mozlaşmasından  əmələ  gələn venadır 
(
şək.101,1
). Praktik baxımdan böyük əhə-
miyyət kəsb edir. Cərrahi əməliyyatlar zamanı 
mədə  çıxacağı ilə onikibarmaq bağırsaq 
arasında sərhədi təyin etmək üçün bu ve-
nadan oriyentir kimi istifadə olunur. 
 
Şəkil 99. Neştərin əldə tutulmasının “mətbəx bıçağı” 
vəziyyəti 
Şəkil 100. Qalça – qamış yolu 
 
1 – m.gluteus medius; 2 – m.tensor fascii latae;  
3 – tractus iliotibialis; 4 – m.gluteus maximus. 

63 
Məməyəbənzər çıxıntı (prosessus mas-
toideus) gicgah sümüyünün daşlıq hissəsinin 
əsasında yerləşən konusabənzər formalı sü-
mük çıxıntıdır (
şək.102,7
). Çıxıntının 
boylama oxu çəp istiqamətdə yuxarıdan 
aşağı  və bir qədər bayıradır. Içəri tərəfdə 
ikiqarıncıqlı əzələnin arxa qarıncığına məxsus 
məməyəbənzər oyma ilə hüdudlanmışdır. Hün-
dürlüyü yetkin şəxslərdə (məməyəbənzər oyma 
tərəfdən ölçülür) təqribən 7 – 12 mm – dir. Ye-
nidoğulmuşlarda məməyəbənzər çıxıntı çox 
kiçik olur və məməyəbənzər hücrələr hələ ink-
işaf etmir. Sonradan döş – körpücük – 
məməyəbənzər  əzələnin fəaliyyəti ilə  əla-
qədar olaraq inkişaf etməyə başlayır. 
Məməyəbənzər çıxıntının daxilində bir – 
birindən sümük səfhələr vasitəsilə ayrılmış 
hücrələr vardır. Bu hücrələr məməyəbənzər 
çıxıntının zirvəsində  də yerləşirlər, lakin 
hücrələrin sıxlığı  cıxıntının yuxarı 2/3 
hissəsində daha çox olur. Hücrələrdən biri 
məməyəbənzər mağara adlanır və geniş bir 
girəcək vasitəsilə təbil boşluğu ilə birləşir. 
Məməyəbənzər çıxıntının xarici səthinin 
ön hissəsinin üçbucaqşəkilli kiçik bir sahəsi 
hamar olub trepanasiya üçbucağı və ya Şipo 
üçbucağı adlanır (Şipo üçbucağına bax). Ar-
xa hissəsi isə  kələkötürdür və üzərində çox 
vaxt məməyəbənzər buraxıcı venaya məxsus 
eyniadlı dəlik yerləşir. 
Mixaelis rombu (oma rombu) oma 
nahiyəsində  nəzərə çarpan çökəklik olub 
yuxarıdan və yanlardan arxanın böyük əzələ-
ləri, aşağıdan və yanlardan isə sağrı əzələlə-
rinin qabarıq kənarları ilə hüdudlanmışdır. 
Rombun forması bir sıra patoloji hallarda 
dəyişir (şək 103.).    
 
Mili bayıra hərləndirən  əzələ kanalı 
(canalis supinatorius) mili bayıra hərləndi-
rən  əzələnin dərin və  səthi başları arasında 
əmələ gəlir. Bu kanaldan mil sinirinin dərin 
şaxəsi saidin arxa nahiyəsinə keçir.  
 
Morano dəliyi (kor dəlik – foramen 
caecum) kəllənin daxili əsasında alın darağı 
ilə xoruz pipiyi arasında yerləşən dəlikdir 
(
şək.104,1
). Bu dəlik böyük klinik əhəmiyyətə 
malikdir. Buradan burun boşluğunun yuxarı 
Şəkil 101. Meyo venası (1) 
Şəkil 102. Məməyəbənzər çıxıntı 
 
1 – paries mastoidea; 2 –  fossa incus; 3 – sinus posterior;  
4 – meatus acusticus externus; 5 – sinus tympanicus;  
6 – subiculum promontorii; 7 – processus mastoideus;  
8 – processus styloideus; 9 – sulcus tympanicus;  
10 – fossa fenestra cochleae; 11 – cellulae tympani;  
12 – promontorium; 13 – sulcus promontorium;  
14 – ostium tympanicum tubae auditivae; 15 – septum 
canalis musculotubarius; 16 – canalis caroticus;  
17 – impressio trigemini; 18 – semicanalis m.tensor tym-
pani; 19 – canalis facialis; 20 – fenestra vestibulae;  
21 – eminentia canalis facialis; 22 – eminentia pyrami-
dalis; 23 – eminentia semicanalis lateralis 

64 
keçəcəyinin selikli qişasından başlayan və yu-
xarı sagital cibə açılan venalar keçir. Bu 
anatomic xüsusiyyət sayəsində burun boşlu-
ğunda oaln irinli proseslərin kəllə boşluğuna 
keçməsinə şərait yarana bilir. 
Morenheym çuxuru (körpücükaltı 
çuxur – fossa subclavicularis) deltayabən-
zər – döş üçbucağının (trigonum deltoideo-
pectoralis) hüdudları daxilində yerləşən çö-
kəklikdir (
şək.105,1
).  Deltayabənzər – döş 
üçbucağının əsası yuxarı, zirvəsi isə aşağıya 
doğru baxır. Onun əsasını körpücük sümüyü 
təşkil edir, bayırdan deltayabənzər  əzələnin 
ön kənarı  və içəridən isə böyük döş  əzələ-
sinin yuxarı kənarı ilə əhatə olunmuşdur. Bu 
çuxurun dibində körpücük sümüyündən bir 
barmaq aşağıda kürək sümüyünün dimdiyə-
bənzər çıxıntısı əllənir. 
Dirsək oynağının bükülmüş  vəziyyətin-
də bazunun fırlanması zamanı bu çıxıntı, ba-
zu sümüyünün bayır tərəfdə  əllənən böyük 
və kiçik qabarcıqlarından fərqli olaraq, 
hərəkətsiz qalır. Barmağı körpücük 
sümüyünün ön səthi üzrə bayıra tərəf hərəkət 
etdirdikdə asanlıqla körpücük – çiyin 
çıxıntısı oynağına məxsus bir çökəklik  əllə-
nir. Normal halda körpücük sümüyünün çi-
yin ucu bu çökəklikdə akromionla eyni sə-
viyyədə, körpücük – çiyin çıxıntısı oyna-
Şəkil 104. Kəllənin daxili əsası 
 
1 – foramen caecum; 2 – sella turcica. 
Şəkil 103. Mixaelis rombu  
 
A –  ümumi görünüşü: 1 – V bel və I oma fəqərələri arasındakı çökəklik; 2 – büzdümün zirvəsi; 3 – arxa – yuxarı qalça 
tinləri; B - Mixaelis rombunun normada və müxtəlif anomaliyalarda formaları: 1 – normal çanaq; 2 – yastı çanaq;  
3 – bərabər dar çanaq; 4 – köndələn dar çanaq; 5 – çəp dar çanaq. 

65 
ğının akromionüstü çıxığı zamanı akro-
miondan yuxarıda, özünün bayır sınığı za-
manı isə akromiondan aşağıda yerləşir. Bu 
üçbucaq çökəklik  şəklində körpücük sümü-
yünün aşağı  kənarının orta 1/3 – nə pro-
yeksiya olunur və  ətrafın uzaqlaşdırılmış 
vəziyyətində əzələləri yaxşı inkişaf etmiş və 
arıq  şəxslərdə daha aydın nəzərə çarpır. Bu 
çuxurdan bazu kələfinin blokadası  və 
körpücükaltı damarların əldə olunması üçün 
istifadə olunur.  
 
Morison çalası və ya sağ qara ciyəraltı 
sahə  qara ciyərin arxa kənarına yaxın onun 
aşağı  səthi ilə köndələn çənbər bağırsağın 
çözü arasında yerləşir. O, yuxarıda diafraq-
maaltı sahə ilə birləşir, sol tərəfdə oniki-
barmaq bağırsağın enən hissəsi və venoz bağ 
ilə hüdudlanır. Bu sahənin ön və arxa hissə-
ləri ayırd edilir. Ön hissəyə öd kisəsinin pe-
ritonla örtülmüş səthi və onikibarmaq bağır-
sağın yuxarı – bayır səthi baxır, arxa hissə 
isə onurğa sütunundan arxada yerləşir. Oni-
kibarmaq bağırsağın deşilmiş xoraları, irinli 
xolesistit və s. zamanı  əmələ  gələn abseslər 
qara ciyəraltı sahənin ön hissəsində, soxulca-
nabənzər çıxıntının absesi isə arxa hissədə 
yerləşir.   
 
Morqan yarığı (sağ döş – qabırğa 
üçbucağı – trigonum sternocostalis dex-
ter) sağ tərəfdə diafraqmanın döş və qabırğa 
hissələri arasında yerləşən üçbucaqşəkilli ya-
rıqdır (
şək. 26,7
). Buradan döş  qəfəsinin 
daxili arteriyasının  şaxəsi olan yuxarı 
qarınüstü arteriya (sağ) keçir və döş boşluğu 
tərəfdən döşdaxili fassiya, qarın boşluğu 
tərəfdən isə qarındaxili fassiya ilə örtülmüş-
dür. Burada əzələ lifləri olmadığından dia-
fraqma yırtıqları baş verə bilər.  
 
Morqan dəliyi (dilin kor dəliyi – 
foramen caecum linguae) dilin yuxarı  sət-
hində dil kökü ilə dilin cisimi arasındakı sər-
həddə orta xətt boyunca yerləşmiş çökək-
likdir (
şək. 106
). Embrional dövrdəki qalxa-
nabənzər – dil axacağının qalığıdır. Bu axa-
cağın qismən obliterasiyası zamanı boyun 
kistaları meydana çıxa bilər. 
 
Morqan cibi (sinus Morgagni) kəllənin 
xarici əsası ilə udlağı daraldan yuxarı əzələ-
nin yuxarı  kənarı arasında aypara formalı 
sahədir.  
Şəkil 105. Körpücükaltı nahiyənin xarici oriyentirləri 
 
1 – trigonum deltoideopectorale; 2 – m.trapezius;  
3,6,7 – m.pectoralis major; 4 – clavicula; 
 5 – m.sternocleidomastoideus; 8 – m.serratus anterior;  
9 – m.latissimus dorsi; 10 – m.triceps brachii;  
11 – m.brachialis; 12 – m.biceps brachii; 13 – v.cephalica; 
14 – tendo m.pectoralis majoris; 15 – sulcus deltoideopec-
toralis; 16 – m.deltoideus. 

66 
Morris dördbucaqlısı qarının ön divarı 
üzərində  xəyalən qurulan dördbucaqlı 
sahədır. Yuxarıdan döş sümyünün cisimi ilə 
xəncərəbənzər çıxıntısı arasından çəkilmiş 
üfiqi xətt (
şək. 107,aa
), aşağıdan qabırğa 
qövslərinin  ən çıxıq nöqtələrini birləşdirən 
üfiqi xətt (
şək. 107,bb
), bayırdan ön orta xət-
dən 5 köndələn barmaq bayırdan ona paralel  
keçən  şaquli xətt (
şək. 107,cc
), içəridən isə 
ön orta xətdən bir köndələn barmaq bayırdan 
ona paralel keçən şaquli xəttlə (
şək. 107,çç
), 
hüdudlanır. Bu dördbucaqlıda böyrəklər dəri 
üzərinə proyeksiya olunur (
şək. 107,1
). 
 
Müller əzələsi  (m.orbitalis) sagital isti-
qamətdə yerləşmiş saya əzələ liflərindən təş-
kil olunmuş  və nazik səfhə  şəklində yuxarı 
göz qapağını qaldıran  əzələnin arxasında, 
onun vətərə keçən yerindən 2 mm arxadan 
başlayan əzələdir. Göz yuvasının dərinliyin-
də yerləşir və göz yuvasının aşağı yarığının 
üzərindən körpü kimi keçərək, elastik liflərlə 
zəngin olan birləşdirici toxuma atmaları va-
sitəsilə yuxarı göz qapağının qığırdağına bir-
ləşir. Əzələ lifləri yığıldıqda göz yarığını ge-
nişləndirir və yuxarı göz qapağını yuxarı 
dartır.  
 
Monro dəliyi və ya mədəciklərarası 
dəlik (foramen interventriculare seu Mon-
roi) tağ sütunları ilə görmə qabarlarının ön 
ucları arasında yerləşir və yan mədəciklərlə 
III mədəciyi birləşdirir. 
 
Noxudabənzər sümük (os pisiforme) 
bilək sümüklərinin proksimal cərgəsinin sü-
müklərindən ən kiçiyidir (
şək. 14,4
). Yalnız 
üçtərəfli sümüklə oynaq əmələ gətirir. Biləyi 
bükən dirsək  əzələsinin vətəri içərisində 
yerləşdiyi üçün bəzən sesamoid sümük he-
sab olunur. Guyon kanalının  əmələ 
gəlməsində iştirak edir. 
 
Nuk  divertikulu (diverticulum Nucki) 
qadınlarda peritonun yataq çıxıntısından 
əmələ  gələn və  uşaqlığın girdə bağının ge-
Şəkil 106. Dilin yuxarıdan görünüşü (Morqan dəliyi 
oxla göstərilmişdir) 
Şəkil 107. Morris dördbucaqlısı (böyrəklərin dəri 
üzərində proyeksiyası) 

67 
dişi boyunca yerləşən, böyük cinsiyyət do-
daqları nahiyəsinə çixan kor uclu kisəşəkilli 
çıxıntıdır. Qadınlarda anadangəlmə  çəp qa-
sıq yırtıqları zamanı yırtıq kisəsi rolunu oy-
nayır. Bu zaman yırtıq möhtəviyyatı böyük 
cinsiyyət dodaqları nahiyəsinə  çıxaraq  şiş-
kinlik əmələ gətirir. 
 
Oddi sfinkteri və ya qara ciyər – 
mədəaltı  vəzi axacağı ampulunu büzən 
əzələ (sphincter Oddi seu m.sphincter 
ampulae ductus hepatopancreaticae) 
ümumi öd və  mədəaltı  vəzi axacağının 
birləşməsindən  əmələ  gəlmiş genişliyin 
(ampulun) çevrəsi boyunca onikibarmaq 
bağırsağın enən hissəsində böyük 
məməciyin (Fater məməciyinin) divarında, 
həlqəvi saya əzələ liflərindən  əmələ  gəlmiş 
törömədir (
şək

54, 6
).  
O, qara ciyər – mədəaltı vəzi axacağı sistemi 
ilə onikibarmaq bağırsaq arasında təzyiqlər 
fərqini təmin edərək ödün və  mədəaltı  vəzi 
şirəsinin onikibarmaq baöırsağa keçməsini 
tənzimləyir, bağırsaq möhtəviyyatının 
axacaqlar sisteminə düşməsinin qarşısını alır 
və ödün öd kisəsində toplanması üçün 
əlverişli  şərait yaradır. Onun uzunmüddətli 
yığılması baş verdiyi hallarda ödün və 
mədəaltı  vəzi  şirəsinin bağırsağa keçməsini 
çətinləşir. Bu isə axacaqlar sistemində 
təzyiqin artmasına, nəticədə öd yollarının və 
mədəaltı  vəzi axacağının genişlənməsinə  və 
xroniki pankreatitin baş verməsinə  səbəb 
olur. 
İlk dəfə olaraq XVII əsrin ortalarında ingilis 
anatomu Frensis Qlisson tərəfindən aşkar 
olunub, lakin onun quruluşunu və fizioloji 
xüsusiyyətlərini  öyrənən italyan fizioloqu 
və anatomu Rucero Oddinin şərəfinə belə 
adlandırılmışdır. 
 
Orağabənzər bağ (lig. falciforme he-
patis) ventral mesoqastriumdan əmələ  gəl-
miş bağ olub, diafraqmanın aşağı səthi ilə qara 
ciyərin diafraqma səthi arasında sagital istiqa-
mətdə yerləşmişdir (
şək.108,7
). Qara ciyərin 
diafraqma səthini sağ  və sol paylara bölür. 
Uzunluğu 8 – 15sm, eni isə 4 – 7 sm–dir. Ba-
ğın arxa ucu orta xətt üzrə yerləşir, ön ucu isə 
orta xətdən 4 – 9 sm sağa meyl edir. Onun 
aşağı ucunda göbək venasının mənfəzinin 
tutulmasından  əmələ  gəlmiş qara ciyərin 
girdə bağı yerləşir. 
 
Orağabənzər kənar (margo falcifor-
mis) enli fassiyanın qalınlaşmasından  əmələ 
gəlmiş törəmə olub, gizli deşiyi bayırdan, 
yuxarıdan və  aşağıdan  əhatə edir. Yuxarı  və 
aşağı buynuzlardan ibarətdir (
şək. 109 –2,6
). 
Şəkil 108. Qara ciyər (yuxarıdan görünüşü) 
 
1 – lig.triangulare dextrum; 2 – diafraqma; 3 – lig.corona-
rum hepatis; 4 –  lig.triangulare sinistrum; 5 – appendix 
fibrosa hepatis; 6 – lobus sinister; 7 – lig.falciforme hepa-
tis; 8 – lig.teres hepatis; 9 – fissura lig.teretis; 10 – margo 
inferior; 11 – vesica fellea; 12 – lobus dexter.  

68 
Yuxarı buynuz qasıq qabarından 2 sm aralı 
qasıq bağına, aşağı buynuz isə gizli venanın 
bud venasına açılan yerində daraq fassiyasına 
keçir.  
 
Oval dəlik (foramen ovale) döldə 
ürəyin sağ və sol qulaqcıqlarını bir – birindən 
ayıran qulaqcıqlararası arakəsmənin üzərində 
yerləşən ovalşəkilli dəlikdir (
şək. 91,9
). Onun 
vasitəsilə aşağı boş venadan gələn qan sağ qu-
laqcığa keçir. Döl anadan olduqdan sonra  
həmin dəlik qapanaraq oval çuxura çevrilir. 
Oval dəliyin tamam bağlanması  uşağın 
həyatının birinci ilinin sonunda baş verir. 
Uşaqlarda oval dəliyin qapanmaması qulaq-
cıqlararası arakəsmənin qüsuruna səbəb olur 
və cərrahi yolla müalicə tələb edir. 
 
Оvuc arterial qövsləri (arcus palmares), 
səthi və dərin olmaqla, iki qrupa bölünür. 
Ovucun səthi arterial qövsü mil arteriya-
sının səthi ovuc şaxəsi ilə dirsək arteriyası-
nın ovuca davam edən  əsas kötüyünün bir-
ləşməsindən əmələ gəlmişdir (
şək.110A
). Bu 
qövs ovucun orta fassial yatağının aponev-
rozaltı toxuma qatında, ovuc aponevrozu ilə 
barmaqları bükən əzələlərin vətərləri arasın-
da yerləşir və noxudabənzər sümüyü ikinci 
barmağın ovuc – barmaq şırımının bayır kə-
narı ilə birləşdirən xəttin orta 1/3 hissəsinə 
proyeksiya olunur. Onun zirvəsi, adətən, da-
raq sümüklərinin orta 1/3 hissəsi səviyyəsin-
də olur. Səthi ovuc qövsünün qabarıq tərə-
findən distal istiqamətdə 3 ədəd barmaqların 
ümumi ovuc arteriyaları – aa.digitales pal-
mares communes  ayrılır. Bu arteriyalar II, 
III və IV barmaqlararası sahələrə istiqamət-
lənirlər, əldarağı sümüklərinin başları səviy-
yəsində  dərin arterial qövsdən gələn ovuc – 
əldarağı arteriyaları ilə anastomozlaşırlar və 
daraq – falanqa oynaqları səviyyəsində və ya 
onlardan 0,8 – 1,0 sm distal tərəfdə barmaq-
ların xüsusi arteriyalarına – aa.digitales pal-
mares propriae bölünürlər. 
Ovucun dərin arterial qövsü qövsü  mil 
arteriyasının əsas kötüyünün davamı ilə dir-
sək arteriyasının dərin ovuc şaxəsinin birləş-
məsindən  əmələ  gəlmişdir (
şək.110B,25
). Bu 
qövs  əldarağı sümüklərinin  əsası  və sümük-
arası  əzələlərin proksimal hissələri üzərində 
sümükarası fassiyanın altında yerləşir. O, 
daraq sümüklərinin yuxarı 1/3 – də bükücü-
ləri saxlayan bağdan 1 sm aşağıya proyek-
siya olunur. Onun bayır 1/3 hissəsi bayır fas-
sial yataqda baş barmağı yaxınlaşdıran  əzə-
lənin arxasında, içəri 1/3 hissəsi isə orta fas-
sial yataqda barmaqları bükən  əzələlərin 
Şəkil 109. Oval çuxur nahiyəsi 
 
1 – lig. inguinale; 2 – cornu superius; 3 – funiculus sper-
maticus; 4 – nodus lymphaticus Rosenmülleri–Pirogowi;  
5 – lamina profunda fasciae latae; 6 – cornu inferius;  
7 – a. et v. femoralis; 8 – margo falciformis fasciae latae; 
9 – nodi lymphathici inguinales superficiales. 

69 
vətərləri və III, IV soxulcanabənzər  əzə-
lələrin arxasında yerləşir. Ovucun dərin arte-
rial qövsünü dirsək sinirinin dərin  şaxəsi 
müşayiət edir. Sinir arterial qövsdən proksi-
mal və ya distal tərəfdə yerləşə bilər.  
Ovucun dərin arterial qövsünün qabarıq 
tərəfindən II – IV sümükarası sahələrə məx-
sus 3 ədəd ovuc əldarağı arteriyaları – 
aa.metacarpeae palmares  ayrılır. Qövsdən 
həmçinin dorsal istiqamətdə 3 ədəd dəlici 
şaxələr –  rr.perforantes çıxır. Bu şaxələr sü-
mükarası  əzələləri qidalandırır və biləyin 
arxa torunun əmələ  gəlməsində  iştirak edir. 
Səthi qövsə nisbətən, ovucun dərin arterial 
qövsü 0,5 – 1,5 sm yuxarıda, biləyin distal 
dəri büküşündən 3 – 4 sm aşağıda yerləşir. 
 
Ölüm qapısı dizaltı – baldır kanalının 
girəcək dəliyidir və buradan arxa qamış da-
mar – sinir dəstəsi keçir. Aşağı  ətrafların 
irinli prosesləri və qazlı infeksiyaların yayıl-
masında mühüm rol oynadığı üçün Voyno – 
Yasenetski dizaltı – baldır kanalının girəcək 
dəliyini  «ölüm qapısı» adlandırmışdır. Diz 
Şəkil 110. Ovucun səthi (A) və dərin (B)  arteriyal qövsləri 
 
1 – a.ulnaris; 2 – n.ulnaris; 3 – m.flexor carpi ulnaris; 4 – os pisiforme; 5 – r.palmaris profundus a.ulnaris; 6 – retinaculum 
flexorum; 7 – arcus palmaris superficialis; 8 – aa.digitales palmares communis; 9 – a.digitalis palmaris V; 10 – tendines 
m.flexoris digitorum superficialis; 11 – vagina tendinum digitales; 12 – aa.digitales palmares propriae; 13 – a.metacarpea 
palmares I; 14 – rami a.princeps pollicis; 15 – m.abductor pollicis; 16 – m.flexor pollicis brevis; 17 – m.abductor pollicis 
brevis; 18 – r.palmaris superficialis a.radialis; 19 – r.palmaris n.mediani; 20 – a.radialis; 21 – n.medianus; 22 – tendo 
m.flexoris carpi radialis; 23 – a.interossea anterior; 24 – r.carpeus palmaris a.ulnaris; 25 – arcus palmaris profundus; 26 – rami 
perforantes; 27 – aa.metacarpeae palmares; 28 – a.princeps pollicis; 29 – r.carpeus palmaris a.radialis; 30 – m.brachioradialis;  
31 – m.pronator quadratus. 

70 
oynağının irinli prosesləri zamanı bu dəlik 
vasitəsilə irin baldırın dərin toxuma qatlarına 
və dizaltı çuxura keçir. 
 
 
Ölüm tacı (corona mortis) – bud yırtığı 
vaxtında ləğv olunmadıqda yırtıq kanalının 
daxili həlqəsi onu əmələ gətirən toxumaların 
destruktiv dəyişiklikləri nəticəsində çapıqla-
şaraq daralır və yırtığın boğulması baş verir. 
Belə hallarda cərrahi əməliyyatın vacib mər-
hələlərindən biri yırtıq möhtəviyyatını peri-
ton boşluğuna qaytarmaq üçün kanalın daxili 
həlqəsinin genişləndirilməsidir. Yırtıq qapısı 
texniki imkanat baxımından, nəzəri olaraq, 
bayıra, aşağıya, içəriyə və arxaya doğru ge-
nişləndirilə bilər; lakin yırtıq qapısının bayı-
ra doğru genişləndirilməsi bud venasının zə-
dələnməsinə, yuxarıya doğru genişləndiril-
məsi qasıq bağının  kəsilməsinə və qarın di-
varının hermetikliyinin pozulmasına, aşağı 
qarınüstü arteriyanın kəsilməsinə, aşağıya 
doğru genişləndirilməsi çanaq həlqəsinin 
tamlığının pozulmasına səbəb ola bilər. Bu 
səbəblərdən də, yırtıq qapısının genişləndi-
rilməsinə yalnız sahə bağının kəsilməsilə 
nail olunur. Bu zaman bud kanalının daxili 
həlqəsi  ətrafında damarların yerləşməsinin 
müxtəlif variantlarının ola biləcəyini nəzərə 
almaq lazımdır. Belə ki, 28 – 30% hallarda 
daxili qalça arteriyasının şaxəsi olan qapayı-
cı arteriya aşağı qarınüstü arteriyadan və ya 
birbaşa xarici qalça arteriyasından başlayır 
(
şək. 111,9
). Bu anatomik variantda arteriya 
öndən arxaya və yuxarıdan aşağıya doğru 
gedir,  sahə bağının arxasından keçərək 
qapayıcı kanala daxil olur. Bud yırtıqları 
zamanı həmin arteriya yırtıq kisəsinə sarılır.  
Nəticədə bud kanalının daxil həlqəsi ətra-
fında damarlar triadası yerləşir. Yırtıq qapısın-
dan bayırda bud venası, yuxarıda aşağı qa-
rınüstü arteriya və içəridə  həmin anomal  
qapayıcı arteriya yerləşir. Aşağıda isə bu 
həlqə qasıq sümüyü ilə tamamlanaraq tacı 
xatırladır (
şək.111
).  
Cərrahi  əməliyyat zamanı sahə bağının 
kəsilməsi anomal yerləşmiş qapayıcı arteri-
yanın kəsilməsinə, kəsilmiş ucların yığılaraq 
sidiklikönü toxuma sahəsinə  çəkilməsinə  və 
ölümlə nəticələnə bilən, daxili qanaxmaya sə-
bəb olur. Bu səbəbdən də, bud kanalının da-xili 
həlqəsi boyunca damarlar triadasının yer-
ləşməsi klinik cərrahlıqda  «ölüm tacı  və ya 
həlqəsi» adlanır. Bud yırtıqlarının cərrahi 
müalicəsi zamanı yuxarıda göstərilən təhlü-
kəli ağırlaşmanın qarşısını almaq üçün cər-
rahi  əməliyyat aparılacaq hər bir bud yırtığını 
qapayıcı arteriyanın anomal çıxması halı kimi 
qəbul edib, sahə bağını kəsərkən sadəcə olaraq 
diqqətli olmaq lazımdır ki, o, zədələnməsin. 
 
Paxion dənəcikləri hörümçək toruna-
bənzər qişadan əmələ gəlmiş kiçik törəmələr 
olub yuxarı sagital və köndələn ciblərin ətra-
fında yerləşir. Onlar sagital cibə  və onun 
venoz sahələrinə (lakunalarına) soxulurlar. 
Paxion dənəcikləri uşağın postnatal həyatının 
18 – ci aydan başlayaraq meydana çıxır və 
yaşla  əlaqədar olaraq, onların sayı  və ölçüləri 
artır. Digər tərəfdən, onlar kəllə sümüklərinə 
birləşərək sagital və köndələn ciblər ətrafın-
da dənəcikli çuxurlar – fovea granularum 

71 
əmələ gətirirlər (
şək. 68,B
).  
Yerləşmə nahiyəsindən asılı olaraq, də-
nəciklər, pariyetal (kəllə sümükləridaxili) və 
visseral (venoz cibdaxili) olmaqla, iki qrupa 
bölünürlər. 
Paxion dənəcikləri beyin – onurğa beyi-
ni mayesinin dövranında iştirak edərək kəllə-
daxili təzyiqi tənzimləyir. Kəllədaxili təzyi-
qin artması zamanı beyin – onurğa beyini 
mayesinin bir qismi venoz cibin içərisində 
yerləşən paxion dənəciklərinin içərisinə do-
lur və onların həcmini böyüdür. Böyümüş 
paxion dənəcikləri venoz ciblərdə olan qanın 
bir hissəsini sıxışdıraraq buraxıcı venalar va-
sitəsilə kəlləxarici venalara qovur və nəticə-
də kəllədaxili təzyiq azalır. Əksinə, kəlləda-
xili təzyiqin azalması zamanı paxion dənə-
ciklərinin boşluğunda yerləşən beyin – onur-
ğa beyini mayesi onun divarlarının sıxılması 
nəticəsində subaraxnoidal boşluğa keçir və 
kəllədaxili təzyiqi normallaşdırır. Paxion də-
nəcikləri, həmçinin, sərt qişanı kəllə tağı sü-
müklərinə bərkidərək beyinin təsbitində işti-
rak edir. 
 
Paron – Pirоqоv tоxuma sahəsi (saidin 
ön nahiyəsinin dərin toxuma sahəsi) saidin 
ön səthinin aşağı 1/3 hissəsində yerləşir. Ön-
dən baş barmağı bükən uzun və barmaqları 
Şəkil 111. Qarının ön divarının arxa səthinin topoqrafiyası 
 
1 – plica umblicalis media; 2 – plica umblicalis mediana; 3 – a.testicularis ; 4 – ductus deferens; 5 – a.epigastrica inferior; 
6 – a.iliaca externa; 8 – anulus femoralis; 9 – anomal qapayıcı arteriya; 10, 13 – n.obturatoria; 11 – vesica urinaria;  
12 – a.obturatoria; 14 – lig.lacunare; 15 – fossa supravesicalis; 16 – fossa inguinalis medialis;  
17 – lig.inguinalis; 18 – fossa inguinalis lateralis   

72 
bükən dərin əzələlərin arxa səthini örtən fas-
siya, arxadan mili içəri hərləndirən kvadrat 
əzələnin ön səthini örtən fassiya və sümüka-
rası zar ilə, yanlardan isə dirsək və mil fas-
sial düyünləri ilə hüdudlanır. Paron – Piro-
qov toxuma sahəsinin uzunluğu 7 – 8 sm, eni 
3,5 – 4,0 sm, həcmi isə 25 – 30 ml – dir. 
Distal tərəfdə bu kanal bilək kanalına, 
buradan isə barmaqları bükən əzələlərin (sət-
hi və dərin) və baş barmağı bükən uzun əzə-
lənin vətərləri boyunca əlin orta və bayır fas-
sial yataqlarına keçir. Belə bir əlaqə böyük 
praktik əhəmiyyətə malik olub, irinli proses-
lərin qeyd olunan yataqlara keçməsinə şərait 
yaradır. Digər tərəfdən, irinli proses Paron – 
Piroqov toxuma sahəsindən ön sümükarası 
arteriya boyunca sümükarası zar üzərindəki 
dəlikdən saidin arxa səthinə keçir. 
 
Paxion dəliyi və ya çadır oyması 
(apertura Pachioni seu incisura tentorii) 
beyincik  çadırının  basıq və azad ön kənarı 
ilə əsas sümüyün türk yəhərinin arxası arasında 
yerləşir (bax “beyincik çadırı”, 
şək.19 – A,3
).  
 
Pazabənzər sümüklər (ossa cuneifor-
mia) ayaqarxasının distal cərgəsində 
yerləşirlər (
şək.112
). Içəri, ara və bayır 
pazabənzər sümüklər ayırd edilir. 
 
Digərlərindən böyük olan içəri pazabənzər 
sümük öndə I ayaq darağı, arxada 
qayığabənzər, bayırda isə ara pazabənzər 
sümüklərlə birləşir.  İçəri səthində ön qamış 
əzələsinin vətərinə  məxsus  şırım yerləşir. 
Ara pazabənzər sümük içəridə içəri paza-
bənzər, bayırda isə bayır pazabənzər sümük-
lə birləşir. Sümüyün əsası üçbucaq for-
masında olub qayığabənzər sümüklə birləşir. 
Ön ucunda II ayaq darağı sümüyü ilə birləş-
məyə məxsus oynaq səthi vardır. Bayır paza-
bənzər sümük içəridə ara pazabənzər, ba-
yırda kubabənzər, öndə III darq sümüyü, ar-
xada isə qayığabənzər sümüklə birləşir.    
 
Peti üçbucağı və ya bel üçbucağı (tri-
gonum Petitı seu lumbale ) qarının arxa di-
varında bel nahiyəsində yerləşmiş üçbucaq 
formalı sahədir (
şək. 133, b
). Öndən qarının 
xarici çəp  əzələsinin arxa kənarı, aşağıdan 
qalça darağı, arxadan arxanın  ən enli 
əzələsinin ön kənarı ilə hüdudlanmışdır, 
onun dibini qarının daxili çəp  əzələsi təşkil 
edir. Bel üçbucağı bel nahiyəsinin zəif yeri 
hesab olunur. Buradan bel yırtıqları  əmələ 
gələ bilər və peritonarxası sahənin irinli 
prosesləri dəri altına yayıla bilər.  
 
Piroqov fassiyası  və ya bazunun iki-
başlı  əzələsinin aponevrozu (fascia Piro-
gowi, s. aponeurosis m.bicipitis brachii s. 
lacertus fibrosus) bazunun ikibaşlı  əzələsi 
vətərinin səthi hissəsinin liflərindən  əmələ 
Şəkil 112. Ayaq daraqarxası sümükləri 
 
1 – os cuneiforme laterale; 2 – os cuneiforme interme-
dium; 3 – os cuneiforme mediale.  

73 
gəlmiş enli zolaq şəklində fassial törəmədir. 
Yuxarıdan aşağıya, bayırdan içəriyə doğru 
çəp istiqamətdə dirsək çuxurunun üzərindən 
çəkilərək, biləyi bükən mil əzələsinin ön 
səthində said fassiyasına keçir (
şək. 113,17
). 
Bazu arteriyasının mil və dirsək arteriyala-
rına bölünməsi  əzələlərdən azad yerdə bu 
aponevrozun altında baş verir. Yuxarı  ətrafı 
dirsək oyağında bükdükdə aponevroz gər-
ginləşərək altda yerləşən damarların izafi hə-
rəkətliliyinin və dizcik kimi önə qabarması-
nın qarşısını alır. 
 
Pirоqоv üçbucağı  çənəaltı üçbucağın 
hüdudları daxilində yerləşir. Bu üçbucaq yu-
xarıdan dilaltı sinir, içəridən çənə – dilaltı 
əzələnin bayır kənarı, arxa və bayır tərəfdən 
ikiqarıncıqlı  əzələnin vətəri ilə hüdudlanır. 
Üçbucağın dibini dilaltı – dil əzələsi təşkil 
edir və buradan dil arteriyası keçir. Cərrahi 
praktikada Piroqov üçbucağından dil arteri-
yasını əldə etmək üçün istifadə edilir. 
 
Pupart bağı və ya qasıq bağı (lig.Pou-

Kataloq: jspui -> bitstream -> 123456789
123456789 -> Yeni və orijinal nəticə və metodların təqdim edilməsi
123456789 -> Dövlət Statistika Komitəsinin məlumatına Təranə Həsənova bəzən abortlardan
123456789 -> Hamlet İsaxanlı Təsisçi və Rektor
123456789 -> Stimularea electrică funcţională Radu Breahnă, Irina Turtureanu
123456789 -> XƏZƏr universiteti humanitar və sosial elmlər faküLTƏSİ
123456789 -> Azərbaycan Arxeologiyası 2002 Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4
123456789 -> Еколожи Епидемиолоэийа: Сящиййядя Тятбиги вя Тядгигат Методлары
123456789 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
123456789 -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
123456789 -> Azərbaycan Arxeobgiyası 2004 Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4

Yüklə 14,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə