L. A. MƏMMƏdov, E.Ç. ƏKBƏrov, H.Ə. ƏKBƏrov


Kambalayabənzər  əzələ (m.soleus)



Yüklə 14,08 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix01.01.2017
ölçüsü14,08 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

 
Kambalayabənzər  əzələ (m.soleus), bal-
dırın üçbaşlı əzələsinin başlarından biri olub 
digər iki başın altında yerləşir (
şək. 2
). Qa-
mış sümüyü cisiminin arxa səthində olan 
eyniadlı  xəttdən, incik sümüyünün başından 
və cisimindən başlayaraq baldır  əzələsi ilə 
Səkil 77. Kalо (Callоt) üçbucağı. 
 
1 – vеsica fеllaе; 2 – lоbus hеpatis dеxtеr; 3 – ramus 
dеxtra a. hеpatica prоpria; 4 – ductus hеpatis dеxtеr;  
5 – ductus hеpatis sinistеr; 6 – ramus sinistra a. hеpatica 
prоpria; 7 – lоbus hеpatis sinistеr; 8 – a. hеpatica prоpria; 
9 – a. gastrica dеxtra; 10 – a. hеpatica cоmmunis; 11 – a. 
gastrоduоdеnalis; 12 – ductus chоlеdоchus; 13 – ductus 
hеpaticus cоmmunis; 14 – ductus cysticus; 15 – a. cystica;  
16 – Kalо üçbucağı. 
Şəkil 78. Neştərin əldə tutulmasının “kamança yayı” 
üsülü 

48 
birləşir. Digər başlardan fərqli olaraq, kam-
balayabənzər əzələnin diz oynağı ilə əlaqəsi 
yoxdur. Xarici görünüşü kambala balığını 
xatırlatdığından belə adlandırılmışdır.  
 
Kamper fassiyası qarının ön – yan diva-
rının səthi fassiyasının səthi səfhəsi olub az 
miqdarda piy toxumasına malikdir. Qasıq 
bağının üstündən bud nahiyəsinə keçərək bu-
dun səthi fassiyası adı ilə davam edir. Kişi-
lərdə bu səfhə xarici cinsiyyət üzvünün, to-
xum ciyəsinin və xayalığın üzərini örtür. 
 
Kanavellin qadağan zonası tenar xətti-
nin proksimal 1/3 hissəsi boyunca yerləşən 
sahədir. Orta sinir bilək kanalından çıxdıq-
dan sonra bükücüləri saxlayan bağın aşağı 
kənarı bərabərində və ya ondan 0,5 sm aşa-
ğıda baş barmaq hündürlüyü əzələləriunə 
məxsus 1 – 2 ədəd hərəki  şaxələr verir. Bu 
şaxələrin başlandığı yer dəri üzərində distal 
bilək  şırımından 3 – 4 sm aşağııya proyek-
siya olunur. Hərəki  şaxələr köndələn istiqa-
mətdə tenar əzələlərinə gedir. Patoloji pro-
seslər zamanı (baş barmaq yatağının fleqmo-
naları) baş barmaq hündürlüyü (tenar) xət-
tinin poksimal 1/3 hissəsi səviyyəsində kəsik 
aparmaq olmaz. Əks təqdirdə, həmin hərəki 
şaxələrin zədələnməsi nəticəsində tenar əzə-
lələrinin iflici baş verir. Ona görə  də, bu 
zona Kanavellin qadağan zonası adlanır 
(
şək.79
). 
 
Killian üçbucağı udlaq, qida borusu və 
udlağı daraldan aşağı  əzələnin arasında üç-
bucaq formalı sahədir. Sahəsi 6 – 42 mm
2
 
olub birləşdirici toxuma ilə tutulmuşdur. Qi-
da borusunun divarı bu hissədə zəif olduğun-
dan burada divertikullar əmələ gələ bilər.  
 
Kiss – Flak düyünü və ya sinus düyü-
nü və ya sinoatrial  düyün (nodus sinoatri-
alis)  subepikardial olaraq sağ qulaqcıq sey-
vanı ilə yuxarı boş venanın ağzı arasında 
yerləşir (
şək.10,1
). Onun uzunluğu 15 – 25 
mm, eni 3 – 5 mm və qalınlığı isə 1,5 – 2 
mm – dir. Bu düyünün başı və quyruğu vardır. 
O, iki tip hüceyrələrdən təşkil olunmuşdur: 
1) tipik P hüceyrələr, solğun və miofilament-
lərlə az zəngindirlər; 2) T hüceyrələr –  az sol-
ğundurlar və miofilamentlərlə  zəngindirlər. 
Hər iki tip hüceyrələr ürək fəaliyyətinin sinus 
ritmini təmin edir. 
Şəkil 79. Kanavellin qadağan zonası 
 
1 – biləyin proksimal dəri büküşü; 2 – biləyin distal dəri 
büküşü; 3 – ovucun qövsvari dəri büküşü; 4 – ovucun 
proksimal köndələn dəri büküşü; 5 – ovucun distal kön-
dələn dəri büküşü; 6 – orta sinirin əzələ şaxəsi.  

49 
 
Kisselbax zonası
 
(locus Kisselbachi
burun arakəsməsinin ön hissəsində venoz 
kələflərin yerləşdiyi nahiyədir. Bu hissədə 
tez – tez baş verən qanaxmaların səbəbi 
venoz kələflərin və  zəif inkişaf etmiş  əzələ 
ünsürlərinə malik olan arteriolaların səthi 
yerləşməsidir.  
 
Kleland bağı (barmaqların dərisini 
saxlayan bağ) barmaqların ovuc səthinin də-
risinin xüsusi qatından başlayan birləşdirici 
toxuma lifləri olub, piy paycıqlarını  əhatə 
edir. Bu liflər bədənin dərisinin bütün yerlə-
rində vardır, lakin ilk dəfə barmaq falanqala-
rının dərisində aşkar olunmuşlar. 
 
Kloke fassiyası  və ya daxili xəlbirə-
bənzər fassiya və ya bud arakəsməsi (fas-
cia Gloqueti s.fascia cribrosa interna 
s.septum femorale) köndələn fassiyanın da-
xili bud həlqəsi üzərində nazikləşmiş  və ki-
çik limfa damarları ilə dəlinmiş hissəsidir.  
 
Koles və ya Krauze fassiyası (qayıdan 
bağ – lig.reflexum Collesi) qasıq bağının 
liflərinin bir qismindən təşkil olunaraq, qasıq 
sümüyünün yuxarı  kənarını qarının düz əzələ 
yatağının ön divarı ilə birləşdirir (
şək. 64,15
). 
Qasıq kanalının səthi həlqəsini içəri tərəfdən 
əhatə edir, həmin həlqənin içəri və bayır 
ayaqcıqlarından dərində, toxum ciyəsinin ar-
xasında yerləşir. Qasıq kanalının çəp istiqa-
mətdə yerləşmiş üçbucaqşəkilli yarıq kimi 
olan xarici dəliyi ayaqcıqlararası vətər atma-
ları və bu qayıdan bağ hesabına həlqəvi for-
maya düşür.  
 
Karrel – Morozova tikişi fasiləsiz tikiş-
lərin bir növü olub, damar anastomozları ya-
ratmaq məqsədilə  geniş istifadə olunur və 
damar tikişlərinə qoyulan bütün tələbləri tə-
min edir. Lakin tikiləcək damarların kəsilmiş 
ucları qısa olduqda damarı çevirərək arxa di-
vara tikiş qoymaq mümkün olmadığı üçün 
bu üsuldan istifadə edilmir (
şək.80
).   
 
Krоnleyn  – Bryusova sxemi kəllə boş-
luğu daxilində yerləşən həyati vacib mərkəz, 
şırım və  qırışıqların, qan damarlarının dəri 
üzərində proyeksiyasını müəyyənləşdirmək 
üçün neyrocərrahlıqda istifadə olunan sxem-
dir (
şək. 81
). Bu sxem aşağıdakı xəttlərin kö-
məyi ilə qurulur: 
Aşağı üfiqi və ya əsas xətt – göz yu-
vasının aşağı  kənarından başlayaraq xarici 
qulaq keçəcəyinin yuxarı  kənarından keç-
məklə arxaya doğru davam edir (
şəkil 81, aa
).   
İkinci üfiqi xətt – göz yuvasının yuxarı 
kənarından başlayaraq əsas xəttə paralel ol-
maqla arxaya doğru davam edir (
şəkil 81, bb
). 
Kəllənin sagital tikişinə uyğun olaraq 
qaşarasından xarici ənsə protuberansına qə-
dər çəkilən orta (sagital) xətt
Almacıq qövsünün ortasından keç-
məklə  kəllənin orta xətt ilə  kəsişənə  qədər 
çəkilən ön şaquli xətt
Çənənin oynaq başının ortasından keç-
Şəkil 80. Karrel – Morozova tikişi 

50 
məklə ön şaquli xəttə paralel çəkilən ikinci 
şaquli xətt. 
Kəllənin orta xəttindən başlayaraq mə-
məyəbənzər çıxıntı  əsasının arxa nöqtəsin-
dən keçirilən arxa şaquli xətt
Yuxarı üfiqi xəttlə birinci şaquli xəttin 
kəsişdiyi nöqtəni arxa şaquli xəttin orta kəl-
lə  xəttilə  kəsişdiyi nöqtə ilə birləşdirən  bi-
rincı maili xətt
Yuxarıda qeyd olunan birinci maili 
xəttlə yuxarı üfiqi xətt arasında əmələ gələn 
bucağın tənbölənini təşkil edən ikinci maili 
xətt
Arxa  şaquli xəttin ikinci maili xəttlə 
kəsişdiyi nöqtədən keçməklə yuxarı üfiqi 
xəttə paralel olaraq çəkilən üçüncü üfiqi xətt 
(Bryusova xətti). 
Roland şırımı (mərkəzi şırım) yuxarı üfi-
qi xəttin ön şaquli xəttlə kəsişdiyi nöqtəni ar-
xa  şaquli xəttin orta kəllə  xətti ilə  kəsişdiyi 
nöqtə ilə birləşdirən xətt üzrə proyeksiya 
olunur. Bu xəttdən öndə  mərkəzönü, arxada 
isə mərkəzarxası qırışıq yerləşir. 
Silvi  şırımı (bayır  şırım) yuxarı üfiqi 
xəttlə ön şaquli xəttin kəsişdiyi nöqtəni arxa 
şaquli xəttin sagital xəttlə kəsişdiyi nöqtə ilə 
birləşdirən xəttlə yuxarı üfiqi xətt arasında 
əmələ  gələn bucağın tənböləni üzrə proyek-
siya olunur. 
Beyinin sərt qişasının orta arteriyasının 
proyeksiyası birinci şaquli xəttin almacıq 
qövsünün yuxarı kənarı ilə kəsişdiyi nöqtəyə 
uyğun gəlir. Bu arteriyanın ön şaxəsi birinci 
şaquli xəttin yuxarı  şaquli xəttlə  kəsişdiyi 
nöqtəyə uyğun gəlir, arxa şaxəsi isə arxa şa-
quli xəttin yuxarı üfiqi xəttlə  kəsişdiyi nöq-
tədən keçir. 
Daxili yuxu arteriyasının mağaralı his-
səsi bu sxemin ön – aşağı dördbucaqlısına 
(Berqman dördbucaqlısı) proyeksiya olunur. 
Beyinin ön arteriyası Bryusova xəttinə 
(üçüncü üfiqi xətt) proyeksiya olunur. Beyi-
nin orta arteriyasının  şaxələrə ayrıldığı yer 
ikinci üfiqi xəttin birinci şaquli xəttlə kəsiş-
diyi nöqtəyə uyğun gəlir.  Beyinin arxa ar-
teriyası ikinci üfiqi xəttin arxa hissəsi üzə-
rinə proyeksiya olunur. 
 
Kubabənzər sümük (os cuboideum) 
ayaq daraqarxasının distal cərgəsinin bayır tə-
rəfində yerləşir (
şək.82,7
). Arxa tərəfində da-
ban, öndə IV və V ayaq darağı, içəri tərəfdə 
pazabənzər və qayığabənzər sümüklərlə birləş-
məyə  məxsus oynaq səthləri vardır. Kuba-
Şəkil 81. Kronleyn – Bryusova sxemi 
 
1 – gyrus postcentralis; 2 – sulcus centralis; 3 – gyrus pre-
centralis; 4 – a.cerebri anterior; 5 – a.cerebri media;  
6 – a.meningea media (ramus frontalis); 7 – a.meningea 
media (ramus parietalis); 8 – sinus cavernosus; 9 – a.me-
ningea media; 10 – a.carotis externa; 11 – a.carotis in-
terna; 12 – a.carotis communis; 13 – a.vertebralis;  
14 – a.basilaris; 15 – a.cerebri posterior. 

51 
bənzər sümüyün aşağı  tərəfində kubabənzər 
sümük qabarıqlığı və ondan da öndə uzun incik 
əzələsinin vətərinə məxsus şırım yerləşir. 
 
Kuper və ya daraq bağı  (lig.Cooperi 
seu lig.pectineum ) sahə bağının liflərindən 
əmələ gəlmişdir və qasıq sümüyünün yuxarı 
şaxəsi boyunca yerləşir (
şək.75,5
). 
Yırtıqların ləğvi  zamanı qasıq kanalının 
arxa divarının möhkəmləndirilməsi 
məqsədilə tikiş bu bağa rəbt olunur.
  
 
Kuznetsov – Penski tikişi qara ciyər 
toxumasının düz iynəyə taxılmış ikiqat sap-
lar ilə tikilməsi üsuludur. Bu zaman qara ci-
yər toxuması iynənin növbə ilə onun alt və 
üst səthinə çıxarılması ilə tikilir və tikiş dar-
tılmır. Sapların biri qara ciyərin səthinə  çı-
xan yerlərində  kəsilir, sonra iki qonşu sap-
ların ucları kapsula üzərində bir – biri ilə dü-
yünlənirlər, nəticədə bütün qara ciyər toxu-
ması kapsulanın üzərindən ayrı – ayrı tikişlər 
cərgəsilə yığılmış olur (
şək.83
). 
 
Küneo tikişi  vətər tikişlərinin bir üsulu 
olub, sinovial kisəyə malik vətərlərin tikil-
məsi üçün tətbiq olunur. Bu üsula əsasən, zə-
dələnmiş  vətər ucları  əldə edilir. Vətəri tik-
mək üçün seçilmiş sapın hər iki ucuna düz 
iynə keçirilir. Iynələrdən biri proksimal uc-
dan 2 sm aralıda kondələn istiqamətdə vətər-
dən keçrilir və sapın ortasına qədər dartılır. 
Daha sonra isə  hər iki iynə  vətərin ucuna 
doğru çəp istiqamətdə  əks tərəfə keçrilərək, 
bir neçə  dəfə  təkrar olunur, vətərin ucunda 
hər iki iynə eyni səviyyədə    vətərin  en kə-
siyi müstəvisindən çıxarılır. Distal seqment 
də eyni qayda ilə tikilir. Sapların sərbəst uc-
Şəkil 82. Ayaq sümükləri 
 
1 – daban sümüyü; 2 – aşıq sümüyü; 3 – qayığabənzər 
sümük; 4 – ara pazabənzər sümük; 5 – içəri pazabənzər 
sümük; 6 – bayır pazabənzər sümük; 7 – kubabənzər sümük. 
Şəkil 83. Kuznetsov – Penski tikişi 

52 
larının dartılması ilə proksimal və distal süq-
mentlər yaxınlaşdırılır. Daha sonra saplar 
düyünlənilir. Tikişin bu növündə  həm sap, 
həm də düyün vətərin daxilində qalır və si-
novial yataq daxilində  vətərin sürüşməsinə 
mane olmur (
şək. 84
).  
 
Qalen venaları beyinin dərin venaları 
qrupuna aid venalardır və iki növdürlər: a) 
beyinin kiçik Qalen venaları  – vv.cerebri 
parva Galeni və b) böyük Qalen venası – 
v.cerebri magna Galeni (
şək. 19 

 
B,7
). 
Kiçik Qalen venaları Monroy dəlikləri 
səviyyəsində  mədəciklərarası arakəsmə ve-
nası, hüdudi vena (görmə qabarı – zolaqlı ci-
sim venası) və damarlı  kələf venasının bir-
ləşməsindən  əmələ  gəlir. Bu venalar paralel 
istiqamətdə arxaya doğru gedərək döyənək 
cisim valının alrında bir – biri ilə birləşir və 
beyinin böyük venasını əmələ gətirir. 
Böyük Qalen venasının uzunluğu 7 – 10 
mm olub, sağ və sol kiçik Qalen venalarının 
birləşməsindən  əmələ  gəlir, sağ  və sol əsas 
venaları qəbul etdikdən sonra düz cibə açılır. 
 
Qarmaqlı sümük  (os hamatum)  bilək 
sümüklərindən olub distal cərgədə bayır tə-
rəfdən dördüncü sümükdür. Sümüyün ovuc 
səthində qarmaqşəkilli çıxıntısı olduğu üçün 
belə adlanır. Üzərində aypara, üçkənarlı, IV və 
V  əldarağı sümükləri ilə birləşməyə  məxsus 
oynaq səthləri vardır (
şək.14,5
). 
Qasıq kanalı (canalis inguinalis) qarın 
divarının zəif yerlərindən olub, qasıq bağının 
içəri yarısının üzərində, qasıq üçbucağının 
hüdudları daxilində yuxarıdan aşağıya, ba-
yırdan içəriyə  və arxadan önə doğru çəp is-
tiqamətdə yerləşirr. Onun 4 divarı və 2 dəliyi 
vardır (
şək. 64
). 
Qasıq kanalının ön divarını xarici çəp 
əzələnin aponevrozu təşkil edir. 70 – 74% 
hallarda qasıq kanalının ön divarının bayır 
hissəsinin əmələ gəlməsində daxili çəp əzələ 
liflərinin aşağı qismi də iştirak edir. Yeni do-
ğulmuş və erkən yaşlı uşaqlarda qasıq kana-
lının ön divarı yalnız xarici çəp  əzələnin 
aponevrozundan təşkil olunmuşdur. 
Qasıq kanalının yuxarı divarını köndələn 
və daxili çəp əzələlərin aşağı kənarları təşkil 
edir. Bəzən bu əzələlərin aşağı kənarları bir – 
biri ilə sıx birləşir və onları, hətta, iti yolla da 
ayırmaq mümkün olmur. Çox aşağıdan 
başlandığı halda daxili çəp  əzələnin  əzələ 
lifləri toxum ciyəsinin və ya uşaqlığın girdə 
bağının önündən keçərək qasıq qabarına 
bağlanır və qasıq kanalının ön divarının ba-
yır hissəsinin əmələ gəlməsində iştirak edir.  
Qasıq kanalının aşağı divarını qasıq ba-
ğı əmələ gətirir.  
Kanalın arxa divarı digər divarlardan 
nazikdir və köndələn fassiyadan təşkil olun-
muşdur. Bu fassiya çox vaxt qarının köndə-
lən  əzələsindən ayrılan  əzələ  və  vətər lifləri 
ilə möhkəmlənir. Belə ki, arxa divarın içəri 
hissəsində köndələn əzələnin vətər lifləri düz 
əzələnin bayır kənarı boyunca gedərək, 
qövsvari forma alır və qasıq orağı – falx in-
guinalis  və ya Henle bağı – lig.Henle adla-
nır. Kanalın arxa divarının bayır hissəsi da-
Şəkil 84. Küneo tikişi 

53 
xili qasıq həlqəsini içəridən əhatə edən qövs-
vari vətər lifləri ilə möhkəmlənir. Bu vətər 
dəstələri çuxurcuqlararası bağ – lig.interfo-
veolare  və ya Hesselbax bağı – lig.Hessel-
bachi adlanır. Hesselbax bağı qarın divarının 
arxa səthində içəri və bayır qasıq çuxurları 
arasında yerləşərək, yuxarıdan köndələn 
əzələ, aşağıdan isə qasıq bağı ilə birləşir. 
Qasıq kanalının yuxarı və aşağı divarları 
arasında qalan sahə  qasıq sahəsi adlanır və 
onun hündürlüyü müxtəlif olur.  Bu sahənin 
ölçüləri böyük olduqda (adətən kişilərdə 
olur) qasıq kanalının arxa divarı daha zəif 
olur və düz qasıq yırtıqlarının əmələ gəlməsi 
üçün əlverişli şərait yaranır. Düz qasıq yırtı-
ğının baş verməsinin əsas topoqrafo – anato-
mik səbəbi içəri qasıq çuxurunun qasıq sahə-
sinin mərkəzinə uyğun gəlməsidir. 
Qasıq kanalının daxili dəliyi və ya dərin 
həlqəsi – anulus inguinalis profundus qasıq 
bağının ortasından 1,0 – 1,5 sm yuxarıda 
köndələn fassiya üzərində yerləşir və bayır 
qasıq çuxuruna uyğun gəlir. Buradan kişilər-
də toxum ciyəsi, qadınlarda isə uşaqlığın gir-
də bağı keçir. Bu dəlik toxum ciyəsi və ya 
uşaqlığın girdə bağının qasıq kanalından xa-
ricə  çıxması zamanı özləri ilə  bərabər kön-
dələn fassiyanı da dartıb aparmaları  nəticə-
sində əmələ gəlir. Köndələn fassiya qıfabən-
zər şəkildə qabarıqlıq əmələ gətirir və fassi-
yanın bu hissəsi qıfabənzər fassiya – fascia 
infundibuloformis  adlanır. Qasıq kanalının 
daxili həlqəsi kişilərdə nisbətən böyük olur. 
Qasıq kanalının daxili həlqəsi içəridən çu-
xurlararası bağ və aşağı qarınüstü arteriya ilə 
əhatə olunmuşdur. Ona görə  də, boğulmuş 
qasıq yırtıqları münasibətilə icra olunan 
cərrahi  əməliyyatlar zamanı  aşağı qarınüstü 
arteriyanı zədələməmək məqsədilə yırtıq qa-
pısını bayıra tərəf genişləndirmək lazımdır. 
Qasıq kanalının xarici dəliyi və ya səthi 
həlqəsi – anulus inguinalis superficialis xa-
rici çəp əzələnin aponevrozu hesabına əmələ 
gəlir. Xarici çəp  əzələnin aponevrozu qasıq 
bitişməsinə yaxınlaşaraq içəri və bayır ayaq-
cıqlara bölünür. Içəri ayaqcıq qasıq bitişmə-
sinin yuxarı kənarına, bayır ayaqcıq isə qasıq 
qabarcığına bağlanır. Nəticədə üçbucaqşəkil-
li yarıq – qasıq kanalının səthi həlqəsı əmələ 
gəlir.  Onun yuxarı hissəsində xarici çəp əzə-
lənin aponevrozundan əmələ  gəlmiş köndə-
lən və qövsvari şəkildə  vətər lifləri keçir. 
Bunlara ayaqcıqlararası liflər – fibrae inter-
crurales deyilir. Bayır və içəri ayaqcıqlardan 
dərində və içəri tərəfdə, toxum ciyəsinin ar-
xasında xarici çəp əzələ aponevrozunun geri-
yə  və içəri tərəfə çevrilməsi nəticəsində xa-
rici qasıq həlqəsinin  «üçüncü ayaqcığı»  və 
ya qayıdan bağ – lig.reflexum  əmələ  gəlir. 
Kişilərdə qasıq kanalının xarici həlqəsi, qa-
dınlardakına nisbətən, daha böyükdür və adi 
halda çeçələ barmağın ucunu sərbəst surətdə 
buraxır. 
Qasıq kanalından kişilərdə toxum ciyəsi, 
qadınlarda isə uşaqlığın girdə bağı keçir. 
 
Qayığabənzər sümük (os scaphoi-
deum) proksimal cərgədə yerləşən bilək sü-
müklərinin mil tərəfdən birincisi və ən böyü-
yüdür (
şək. 14,9
). Üzərində mil, aypara, tra-
pesiyaşəkilli, trapesiyayabənzər və başlı sü-
müklərlə birləşməyə  məxsus oynaq səthləri 
vardır. Onun ovuc səthi çökək olub qayığı 
xatırlatdığı üçün  belə adlandırılmışdır.  

54 
Qaz ayaqları (pes ancerinus) orqaniz-
min bir neçə nahiyəsində rast gəlir. Bunlar-
dan biri göz yuvasıaltı sinirlə üz sinirinin kö-
pək çuxurunda anastomozlaşmasından əmələ 
gəlir və kiçik qaz ayağı – pes ancerinus mi-
nor adlanır 
(
şək.85 – A,a
), 
digəri isə üz sini-
rin kəlləxarici  şaxələrindən  əmələ  gəlir.  
Belə ki, üz siniri biz – məməyəbənər dəlik-
dən xaric olduqdan sonra qulaqaltı  vəzinin 
kütləsinə daxil olur və qulaqaltı kələf əmələ 
gətirir. Bu kələfdən çıxan  şaxələr birlikdə 
böyük qaz ayağı – pes ancerinus major 
adlanır (
şək.85  A,b
). Üzdə aparılan cərrahi 
əməliyyatlar zamanı qeyd olunan qaz 
ayaqlarının və onların  şaxələrinin proyek-
siyaları mütləq nəzərə alınmalıdır. 
Səthi qaz ayağı – pes ancerinus superfi-
cialis, dərzi  əzələsinin, yarımvətərli və nazik 
əzələlərin vətərlərinin qamış sümüyünün içəri 
kondilusu üzərindən keçərək, qamış qabarıq-
lığına bağlandığı yerdə əmələ gəlir (
şək. 85 B
).  
Dərin qaz ayağı – pes ancerinus profun-
dus, yarımzarlı əzələ vətərinin bud sümüyü-
nün içəri kondilusunun arxa – yan səthində 
enliləşərək üç dəstəyə bolünməsindən əmələ 
gəlir.  
 
Qəzəb venası (vena supraorbitalis) 
alın nahiyəsinin dərialtı toxuma qatında  şa-
quli istiqamətdə  aşağıya doğru enir, burun 
kokü nahiyəsində bucaq və göz yuvası vena-
ları ilə anastomozlaşır (
şək.86,8
). Insan 
qəzəblənən zaman burun kökündə qaşçatıcı 
və  məğrurlar  əzələsinin yığılması 
nəticəsində venoz qanın hərəkəti çətinləşir, 
vena  şaquli zolaq şəklində alın dərisinin 
Şəkil 85. Üzün sinirləri (A) və bud əzələləri (B) 
A: böyük və kiçik qaz ayaqları oxlarla göstərilmişdir; B: səthi qaz ayağı oxla göstərilmişdir. 
 
1 – rr.temporales n.facialis; 2 – rr.zygomatici n.facialis; 3 – m.zygomaticus major; 4 – ductus parotideus; 5 – m.masseter;  
6 – rr.buccales n.facialis; 7 – r.marginalis mandibulae n.facialis; 8,9 – m.depressor anguli oris;  10,13 – rr.communicantes; 
11 – n.infraorbitalis; 12 –  m.orbicularis oculi; 14 – venter frontalis 

55 
altından qabarır. Bu vena və onun arasındakı 
anastomozlar irinli proseslərin kəllə 
boşluğuna keçməsinə şərait yaradır.   
 
Qıfabənzər fassiya
 
(fascia infundibu-
loformis) qasıq kanalından xaricə çıxdıqları 
zamanı toxum ciyəsi və ya uşaqlığın girdə 
bağının özləri ilə  bərabər köndələn fassiya-
nın dartıb apardıqları qıfşəkilli hissəsidir.
 
 
Qlissоn kapsulu (qara ciyərin lifli qi-
şası – tunica fibrosa hepatis) peritonun vis-
seral səfhəsi ilə birləşmiş qara ciyəri örtən 
fibroz qişa olub, onun qapısından keçərək 
parenximasına çoxsaylı atmalar verir.  
 
Qodmanın əzələ – vətər manjeti – bazu 
oynağı kapsulunun boşluğu və zəifliyi kürə-
kaltı, tinaltı, tinüstü və kiçik girdə əzələlərin 
vətərlərindən əmələ gəlmiş enli bir vətər qa-
linlaşması ilə aradan qaldırılır. Bu qalınlaş-
ma bazu oynağının kapsulu ilə birləşib bir 
manjet əmələ gətirir ki, buna Qodmanın əzə-
lə – vətər manjeti deyilir (
şək.87
). 
 
Qrassinin «böhran» şaxələri  diafraq-
maüstü nahiyədə azan sinirlərdən ayrılan və 
mədə dibinin innervasiyasında iştirak edən 
xüsusi şaxələrdir. Vaqotomiyadan sonra mədə-
nin parasimpatik innervasiyasının tam pozul-
Şəkil 86. Kəllə qapağı arteriyaları və venaları 
 
1 – n.supraorbitalis; 2 – m.occipitofrontalis; 3 – n.supraorbitalis; 4 – a.temporalis superficialis; 5 – a.supratrochlearis;  
6 – n.supratrochlearis; 7 – m.orbicularis oculi; 8 – v.supratrochlearis («qəzəb venası»); 9 –a.supraorbitalis;  
10 – v.supraorbitalis. 
Şəkil 87. Bazu oynağı 
 
1 – acromion; 2 – lig.acromioclavicularis; 3 – clavicula;  
4 – spina scapulae; 5 – caput longum m.tricipitis brachii;  
6 – capsula articularis; 7, 8, 9 – kiçik girdə, tinaltı və tinüstü 
əzələlərdən əmələ gəlmiş əzələ – vətər manjeti. 
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə