Klinik protokol Az ərbaycan Respublikas


DƏRMAN VASİTƏLƏRİNƏ QARŞI



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix09.12.2016
ölçüsü1,13 Mb.
1   2   3

DƏRMAN VASİTƏLƏRİNƏ QARŞI                                  

MÜXTƏLİF FORMALI REZİSTENTLİYİ OLAN                   

AĞCİYƏR VƏRƏM XƏSTƏLƏRİNİN MÜALİCƏSİNDƏ 

CƏRRAHİYYƏNİN ROLU 

Dərman vasitələrinə qarşı rezistentlik müalicə  uğursuzluğunun 

əsas risk amilidir və əksər hallarda cərrahi müdaxiləyə göstəriş olur. 

Lakin cərrahi əməliyyatdan istifadə etmək ehtiyacı vərəmin istənilən 

formasının müalicəsi zamanı yarana bilər. 

VMB-nin dərmanlara qarşı həssaslığı saxlanılmış formasında 

cərrahi müalicə 

Müalicədə uğursuzluq riski. Bu qrup xəstələrin I və ya II rejim 

ilə müalicəsi zamanı  cərrahi müdaxilələrə göstərişlər nadir hallarda 

əmələ  gəlir. Bu, 1-ci sıra dərman vasitələri ilə müalicənin yüksək 

effektivliyi ilə bağlıdır. Uğursuzluğa, bir qayda olaraq, dərmanlara 

qarşı rezistentliyin əmələ gəlməsi səbəb olur və bu hallarda müalicə 

“Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”a

 uyğun 


                                                 

 



bax: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol” Azərbaycan Respublikası Səhiyyə 

Nazirliyi. Bakı. - 2011. - 32 səh.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13

şəkildə davam etdirilməlidir. Lakin bəzi hallarda müalicə 



uğursuzluğu dərmanlara davamlılığın  əmələ  gəlməsi ilə  əlaqədar 

olmaya bilər və bu da cərrahi müdaxilə üçün göstəriş ola bilər. 



Vərəmin residiv vermə riski olan xəstələr. Bu qrupa müalicə 

əsnasında bakteriya ifrazı kəsilmiş, lakin ağciyər toxumasında böyük 

ehtimalla residivlə  nəticələnə bilən qalıq dəyişiklikləri formalaşan 

xəstələr aiddir

17

. Belə  dəyişikliklərə iri tuberkulomalar və qalın 



divarlı kavernalar aiddir (B)

Vərəmin fəsadları. Bu qrup xəstələrdə, digər qruplarda olduğu 

kimi, vərəmin fəsadları (spontan pnevmotoraks, plevranın 

empieması, ağciyər qanaxması)  əmələ  gəldiyi halda təcili cərrahi 

müdaxilə göstərişdir. 



Mono- və polirezistent vərəm və cərrahiyyə 

Müalicədə  uğursuzluq riski. Bu qrupa vərəm  əleyhinə 

dərmanlara qarşı müxtəlif spektrli rezistentliyi olan, lakin müştərək 

olaraq izoniazidlə rifampisinə qarşı davamlılığı olmayan xəstələr 

daxildir. Mahiyyət etibarı ilə bu, ÇDD VMB-nin formalaşmasında 

aralıq mərhələdir. Bu qrup xəstələrin müalicə sxemində 2-ci sıra 

dərman vasitələri istifadə edildiyi hallarda onlara qarşı da 

rezistentliyin formalaşması ehtimalı artır. Buna görə müalicə 

nəticələrinin və  cərrahi müdaxilənin proqnozlaşdırılması  nəinki 

müalicə uğursuzluğunun qarşısının alınmasında, eləcə də rezistentliyi 

daha yüksək – ÇDD VMB və GDD VMB-dən vərəm formalarının 

əmələ gəlməsinin qarşısının alınmasında da mühüm rol oynayır. 

Bu qrupda uğursuz müalicənin proqnozlaşdırılması ÇDD olan 

xəstələrdə olduğu kimi eyni prinsiplərə əsaslanır. 

Bir qayda olaraq, müalicə  uğursuzluqları ÇDD vərəmin 

formalaşmasına gətirir və belə xəstələr “Ağciyər vərəminin kimyəvi 

terapiyası üzrə klinik protokol”a uyğun olaraq sonrakı müalicəyə 

keçirilirlər. 

Müəyyən hallarda DD-nin spektrinin dəyişməz qalmasına 

baxmayaraq bakteriya ifrazının dayanması müşahidə edilmir. Belə 

hallarda da cərrahi müalicə üçün göstərişlər yarana bilər. Belə 

vəziyyəti proqnozlaşdırmaq çətin olduğundan uğursuz müalicə faktı 

qeyd edildikdən sonra ÇDD vərəmin empirik müalicəsi haqqında 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14

qərar qəbul edilmədiyi hallarda cərrahi müdaxiləyə göstəriş verilə 



bilər. 

Vərəmin residiv vermə riski. Bir sıra hallarda, bakteriya ifrazının 

dayanmasına baxmayaraq, polirezistent vərəmli xəstələrdə iri 

tuberkuloma və qalın divarlı kavernalar şəklində qalıq dəyişikliklər 

formalaşa bilər və bunlar gələcəkdə  vərəmin residivinə  səbəb ola 

bilər. Belə hallarda residivin qarşısının alınması məqsədi ilə cərrahi 

müdaxiləyə ehtiyac əmələ gələ bilər. 



Vərəmin fəsadları. Bu qrup xəstələrdə cərrahi müalicəyə göstəriş 

vərəmin fəsadlarının əmələ gəlməsi zamanı ortaya çıxa bilər. 



ÇDD və ya GDD vərəm və cərrahiyyə 

1-ci sıra vərəm  əleyhinə  dərmanlarla müalicənin nəticələri 

qənaətbəxş olmadığı hallarda 2-ci sıra vərəm əleyhinə dərmanlardan 

maksimum geniş  şəkildə istifadə olunur. Lakin son illərdə onların 

effektivliyinin azalması meyilləri müşahidə olunur. Bu səbəbdən belə 

xəstələrin müalicəsində cərrahi müdaxilənin rolu kəskin şəkildə artır. 

Fəsadların yüksək riskinə baxmayaraq bəzi xəstələr üçün cərrahi 

müdaxilə seçim üsulu kimi qalmaqdadır. Ümumiyyətlə, ÇDD/GDD 

olan xəstələrə  cərrahi müdaxilə müalicənin effektinin artmasına və 

onların sağ qalmaq ehtimalının artmasına imkan verir. 

ÇDD olan xəstələrin müalicəsi zamanı  cərrahi müdaxilə üçün 

göstərişlər digər DD formalarda olduğu kimi müəyyənləşdirilir:  

 

Müalicənin uğursuzluğu riski  



 

Vərəmin residiv vermə riski 



 

Vərəmin fəsadlaşması 



ÇDD və GDD olan hər bir xəstənin müalicə proqramının tərtib 

edilməsində proqnozlaşdırmanın rolu çox böyük əhəmiyyət kəsb edir. 



 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

15

HƏSSASLIĞI SAXLANILMIŞ VƏ                                        



MONO- VƏ POLİREZİSTENT VƏRƏM XƏSTƏLƏRDƏ 

CƏRRAHİ MÜALİCƏ ÜÇÜN GÖSTƏRİŞLƏR 

Bu qruplarda cərrahi müalicəyə göstərişlər bir-birindən 

fərqlənmir və aşağıdakı hallarda yaranır: 

 



VMB-nin 1-ci sıra dərmanlara həssaslığı spektrinin saxlandığı 

xəstələrin müalicəsində  uğursuz nəticə olduğu hallarda

müalicə kursunun son ayında bakterioloji müayinələrin nəticələri 

müsbət olduqda və ya vərəm prosesinin fəallığının saxlanmasını 

təsdiq edən klinik və rentgenoloji əlamətlər müşahidə olunduqda. 

Belə halları proqnozlaşdırmaq olduqca çətindir və buna görə  də 

cərrahi müdaxilə haqqında qərar dərman müalicəsinin uğursuz 

olduğu sübut ediləndən sonra verilməlidir. 

 



Ağciyərlərdə yüksək residiv vermə riski olan qalıq dəyişikliklər

diametri 2 sm-dən böyük olan tuberkulomalar və  diametri           

4 sm-dən böyük, divarlarının qalınlığı isə 1 mm olan kavernalar. 

Qalıq dəyişikliklərin formalaşmasının proqnozlaşdırılması 

çətindir və buna görə  də  ağciyərlərdə  vərəm prosesinin müsbət 

rentgenoloji dinamikası dayanandan sonra cərrahi müdaxilə 

barəsində  qərar qəbul edilə bilər. Cərrahi müdaxilə ilk 4-6 ay 

müddətində tətbiq olunmalıdır. 

 

Vərəmin fəsadları: spontan pnevmotoraks, plevranın empieması, 



ağciyər qanaxması. Vərəmin fəsadlarının müalicəsi vərəm 

əleyhinə intensiv kimyəvi terapiya fonunda aparılmadığı hallarda 

qeyri-effektivdir. Vərəmin fəsadlarının cərrahi müalicəsi ardıcıl 

olaraq sadədən (plevral punksiya, drenaj) mürəkkəbə doğru 

(plevral boşluğun tamponadası ilə torakostomiya, torakoplastika, 

mioplastika, plevropnevmonektomiya və s.) aparılmalıdır. 



ÇDD, GDD OLAN AĞCİYƏR VƏRƏMİ XƏSTƏLƏRİNDƏ 

CƏRRAHİ MÜALİCƏ ÜÇÜN GÖSTƏRİŞLƏR 

ÇDD və GDD olan ağciyər vərəmi xəstələrinin cərrahi 

müalicəsinə dair üç əsas qrup göstəriş mövcuddur: 

I.

 

Müalicənin uğursuz olmasının yüksək ehtimalı  

Müalicədən əvvəl həkimlər konsiliumu “Uğursuz nəticələri 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16

səciyyələndirən risk amilləri” bölməsində göstərilmiş risk amillərinin 



qiymətləndirilməsi  əsasında müalicə  nəticələrinin proqnozunu tərtib 

edir. Proqnoz əlverişli olduğu halda cərrahi müalicə təyin edilir. 

Cərrahi müdaxilə müalicənin başlanğıcından sonra 2-6 ay ərzində

yəni vərəmin fəallığının maksimal azaldığı dövrdə aparılır. Cərrahi 

müdaxilələrin aparılma müddəti aşağıda “Cərrahi müdaxilələrin 

aparılması müddətləri” bölməsində verilmişdir (bax: səh.17). 

Cərrahi müalicə “Ağciyər vərəmi olan xəstələrdə  cərrahi 

müdaxilələrin aparılmasına dair əks-göstəriş” bölməsində verilmiş 

halların olmadığı təqdirdə aparılır (bax: səh.19). 

II.

 

Vərəm residivinin yüksək ehtimalı 

Kimyəvi terapiya nəticəsində gələcəkdə vərəmin residivinə səbəb 

ola biləcək böyük qalıq dəyişikliklərin formalaşması  cərrahi 

müalicəyə göstəriş hesab olunur. Bunlara bakteriya ifrazının 

dayanmasına baxmayaraq qalın divarlı iri kavernaların formalaşması  

aiddir


10

. Aşağıdakı  dəyişiklikləri cərrahi müdaxiləyə göstəriş kimi 

qəbul etmək olar: diametri 4 sm-dən böyük və divarları 1 mm-dən 

qalın olan kavernalar və diametri 2 sm-dən böyük olan 

tuberkulomalar. 

III.

 

Vərəmin fəsadları 

ÇDD vərəmin fəsadları müşahidə olunduqda təcili cərrahi 

müdaxiləyə göstərişlər əmələ gələ bilər. 

Pnevmotoraksın və/və ya plevranın empieması zamanı plevral 

punksiyaların və/və ya plevral boşluğun drenaj edilməsi tövsiyə 

olunur. Bu tədbirlər səmərə vermədikdə torakostomiya vasitəsi ilə 

açıq drenajın və bronxo-plevral fistulların tamponadasının aparılması 

haqqında fikirləşmək lazımdır.  İrinli iltihab ləğv edildikdən sonra 

yekunlaşdırıcı  cərrahi müdaxilələrin – plevrektomiya, ağciyər 

rezeksiyası, torakoplastika və s. aparılması barədə  qərar vermək 

lazımdır. 

Ağciyər qanaxmaları zamanı hipotenziv və hemostatik terapiya 

təyin edilir. Asfiksiya təhlükəsi yaranan hallarda bronxların sərt 

bronxoskopiya ilə müvəqqəti selektiv tamponadası aparılır. Bu 

prosedurun qeyri-effektivliyi zamanı  həyati göstərişlər  əsasında 

ağciyərin təcili rezeksiyası məsələsi nəzərdən keçirilməlidir. 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

17

Cərrahi müdaxilələrin aparılması müddətləri 

Praktik olaraq hər bir kimyəvi terapiya kursunun əvvəlində 

xəstənin vəziyyətində müsbətə doğru dəyişiklik müşahidə olunur. İlk 

əlamətlərdən biri öskürəyin, nəfəs çatışmazlığının, zəifliyin və 

bəlğəmin miqdarının azalması  və irinli bəlğəmin selikli bəlğəm ilə 

əvəz olunmasıdır. Bu, bakteriya ifrazının həcminin azalması  və ya 

tamamilə  kəsilməsi ilə müşayiət olunur. Müalicə fonunda vərəmin 

fəallığına nəzarət etmək məqsədi ilə bəlğəmin hər həftə mikroskopik 

müayinəsi və əkilməsi aparılır

6

. Bu, artıq müalicənin başlanmasından 



1-2 həftə sonra vərəm fəallığının azalması barədə  məlumat  əldə 

etməyə imkan verir. 

Sonrakı dövrlərdə xəstələrin müəyyən hissəsində bakteriya ifrazı 

və onun intensivliyi müalicənin başlanğıcında olan səviyyəyə 

qayıdır. Həmçinin bu mərhələdə DD da formalaşır. Məhz bu 

xəstələrdə müalicədə  uğursuzluq müşahidə olunur. Beləliklə, 

vərəmin fəallığının müvəqqəti azaldığı bir “pəncərə” dövrü 

mövcuddur. Bu cərrahi müdaxilə üçün ən  əlverişli müddətdir: 

əməliyyatlar bu dövrdə keçirildikdə  fəsadlaşma daha az hallarda 

müşahidə olunur. Bundan başqa,  əməliyyatdan sonrakı dövrdə 

kimyəvi terapiya öz qüvvəsini saxlamış olur, çünki bu dövrdə DD 

inkişaf etməmiş olur. 

Hal-hazırda “pəncərə”, yəni ÇDD olan xəstələrdə  vərəm 

prosesinin fəallığının azalması dövrünün kimyəvi terapiya 

başlandıqdan sonrakı 2-6 aya təsadüf etməsi haqda kifayət qədər 

məlumat var

6,11,12

.

 



Müalicə nəticələrinin uğursuz olması ehtimalı yüksək olan 

xəstələrdə cərrahi müdaxilələrin müddəti 

Beləliklə, proqnozu əlverişli olmayan xəstələrdə  cərrahi 

müdaxilələr müalicənin başlanmasından sonra 2-6 ay ərzində 

aparılmalıdır. Bu halda cərrahi müalicə az fəsadlarla müşayiət olunur 

və preventiv xarakter daşıyır, yəni müalicə uğursuzluğunun, vərəmin 

proqressivləşməsinin və DD-nin daha yüksək səviyyəsinin  əmələ 

gəlməsinin (xarici müəlliflərin istifadə etdikləri terminlərə görə    

DD-nin amplifikasiyasının) qarşısını alır. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

18

Residiv ehtimalı və qalıq dəyişiklikləri yüksək olan vərəmli 



xəstələrdə cərrahi müdaxilələrə ayrılan müddət 

Bəzi xəstələrdə müalicə əsnasında bakteriya ifrazı davamlı olaraq 

dayanır, lakin sonralar böyük ehtimalla vərəmin residivinə səbəb ola 

bilən qalıq dəyişikliklər formalaşır. Bu, “pəncərə” dövründən daha 

sonrakı  mərhələlərdə, yəni müalicənin 6-cı ayından sonra baş verir. 

Belə hallarda prosesin müsbət rentgenoloji dinamikası dayanır, 

infiltratların sorulması  və kavernaların divarlarının qalınlığının və 

ölçüsünün azalması baş vermir. 

Belə xəstələrdə cərrahi müdaxilənin məqsədi vərəmin gələcəkdə 

baş verə biləcək residivlərinin qarşısının alınmasıdır. 

Yadda saxlamaq lazımdır ki, bu qrup xəstələrdə cərrahi müdaxilə 

nə  qədər gec aparılarsa, bir o qədər ümumi müalicə kursu uzanır, 

xüsusilə rezeksiya edilən materialda VMB aşkar edildiyi hallarda 

(“Əməliyyatdan sonrakı dövrdə kimyəvi terapiya” bölməsinə bax: 

səh. 11). 

Buna görə də bu qrup xəstələrdə cərrahi müdaxilələrin aparılması 

üçün  ən optimal dövr müalicənin başlanmasından sonra 6 və 12-ci 

aylar arasında olan müddətdir. 



Vərəmin fəsadlarına görə aparılan                                         

cərrahi müdaxilələrin müddəti 

Bir qayda olaraq vərəmin fəsadlarına görə aparılan cərrahi 

müdaxilələr təxirəsalınmaz xarakter daşıyır. Onların bir çoxunun 

cərrahi müalicəsi çoxmərhələli xarakter daşıyır, məsələn, bronxo-

plevral fistullarla müşayiət olunan plevranın xronik empiemasının 

müalicəsi. Bu qrup xəstələrdə geniş miqyaslı  cərrahi müdaxilələrin 

(plevropnevmoektomiya və ya torakoplastika) aparılma dövrü klinik 

vəziyyətin sabitləşməsindən və fəal irinli iltihabın ləğv edilməsindən 

asılıdır (“Vərəmin fəsadlarının (spontan pnevmotoraks və plevranın 

empieması) cərrahi müalicəsi” bölməsinə bax: səh.24).  



 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

19

Ağciyər vərəmi olan xəstələrə cərrahi müdaxilələrin 



aparılmasına dair əks-göstərişlər 

Ağciyər vərəmi olan xəstələrdə  cərrahi müdaxilələrin 

aparılmasına dair əks-göstərişlərin işlənib hazırlanmasının məntiqi 

əsasını  cərrahi müdaxilələrin səbəb ola biləcəyi ağırlaşmaların və 

mənfi nəticələrin qarşısının alınması təşkil edir.  

Düzgün müəyyən edilmiş göstərişlər və  cərrahi müdaxilənin 

vaxtı,  əməliyyatın növünün və  həcminin düzgün seçilməsi, cərrahi 

əməliyyatın aparılmasına dair qaydalara və texniki yanaşmalara 

riayət olunma infeksiya fəsadlaşmalarının (plevranın empiyeması, 

bronxoplevral fistul, əməliyyat yarasının irinləməsi) və  ağciyər 

qanaxmalarının minimal həddə gətirilməsinə imkan verir. 

Lakin bu fəsadlaşmalardan başqa  əməliyyatdan sonrakı dövrdə 

tənəffüs və ürək-damar sistemində funksional pozuntuların baş 

vermə  təhlükəsi də mövcuddur. Bu problem ÇDD olan vərəm 

xəstələrində  cərrahi  əməliyyatlar aparıldıqda xüsusi əhəmiyyət kəsb 

edir, belə ki, bu xəstələrin çoxlarında xronik vərəm fonunda tənəffüs 

funksiyası və qan dövranı pozuntuları mövcud olur. Onların çoxunda 

sağ  mədəcik tipli ürək-damar çatışmazlığı (ağciyər ürəyi), bu və ya 

digər dərəcədə ventilyasiya, perfuziya pozuntuları və hətta ağciyərlər 

qabiliyyətinin diffuz pozuntusu formalaşır. Bu, ürəyin sağ 

şöbələrində  və  ağciyər arteriyasında hipertenziyanın inkişafı ilə 

müşahidə olunur. Dəyişikliklər ağır olduqca sağ və sol mədəcik tipli 

ürək çatışmazlıqları təzahürləri əmələ gəlir. 

Bundan başqa, belə  xəstələrin kifayət qədər böyük hissəsində 

əməliyyatdan sonrakı dövrdə ürək-damar sisteminin çatışmazlığına 

gətirə bilən ağciyərin və ürək-damar sisteminin yanaşı gedən 

xəstəlikləri müşahidə edilir (ağciyərin xronik obstruktiv xəstəliyi, 

silikoz, koronarokardioskleroz, miokardiodistrofiya və s.). 

Bütün sadalananlar ÇDD olan vərəm xəstələrinin  əhəmiyyətli 

hissəsində 

cərrahi 

əməliyyatın aparılması imkanlarını 

məhdudlaşdırır. Bəzi tədqiqatlara  əsasən ÇDD olan vərəm 

xəstələrinin təxminən 2/3 hissəsində  ağciyərin vərəmlə  zədələnən 

payının böyük olması  və ya tənəffüs pozuntusu səbəbindən cərrahi 

müdaxilənin aparılması imkanları məhdudlaşır. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

20

Cərrahi müalicəyə göstərişləri olan xəstələrdə ağciyərin və 



ürəyin funksional vəziyyətinin qiymətləndirilməsi 

Dünyada cərrahi klinikaların, o cümlədən vərəm xəstələri 

üzərində  cərrahi  əməliyyatlar aparılan klinikaların  əksəriyyəti öz 

təcrübələrində Britaniya torakal cəmiyyətinin ağciyərlərdə

 

əməliyyat 



olunacaq kontingentin seçilməsi üzrə tövsiyələrindən

4

 (2001) və ya 



onların sonrakı modifikasiyalarından

2

 istifadə edir. Qeyd etmək 



lazımdır ki, bu tövsiyələr  ağciyər xərçəngi olan xəstələr üzərində 

aparılan tədqiqatlar əsasında hazırlanmışdır.  

Cərrahi müdaxilə üçün xəstələrin seçilməsi zamanı aşağıdakı əsas 

funksional müayinələrdən istifadə edilir: 

 

Spiroqrafiya 



 

Ağciyərlərin diffuz qabiliyyətinin müayinəsi (transfer faktoru – 



TL

CO



 

Qanda qazların müayinəsi 



 

Ağciyərlərin kəmiyyət radioizotop skanlaşdırılması 



 

Ventilyasiya-perfuziya nisbətinin tədqiqi 



Əgər lobektomiya planlaşdırılan xəstədə spiroqrafiyanın 

nəticələri GNVH

(gücləndirilmiş  nəfəs vermənin 1 saniyə  ərzində 



olan həcmi) bronxodilatatorlarla sınaqdan sonra 1500 ml-dən və 

pnevmonektomiya planlaşdırılan xəstədə 2000 ml-dən çoxdursa,

 

əməliyyatdan sonrakı dövrdə  tənəffüs çatışmazlığının  əmələgəlmə 



riski minimaldır və  əlavə müayinələrin aparılması  tələb olunmur. 

Əməliyyatdan sonrakı dövrdə nəfəs çatışmazlığının əmələ gəlməsini 

yarada biləcək interstisial xəstəliklərin və digər halların  əlamətləri 

müşahidə edilməməlidir. Lakin bəzi cərrahlar vərəmin xronik 

xəstəlik olduğunu və orqanizm tərəfindən müəyyən fizioloji 

adaptasiya mexanizmlərinin yarandığını nəzərə alaraq spiroqrafiyada 

daha aşağı göstəricilər olduqda da cərrahi  əməliyyatların 

keçirilməsinin mümkünlüyünü qeyd edirlər

9



Vərəm xəstələrində ağciyərin rezeksiyası tənəffüs səthinin bəzən 



əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bir çox cərrahlar 

rezeksiyanın xəstəyə olan təsirinin qiymətləndirilməsində “ağciyərin 

lokallaşmış xəstəliyi” (localized disease) terminindən istifadə edirlər. 

Bu, planlaşdırılan həcmdə  əməliyyatın xəstələrdə kritik tənəffüs 

çatışmazlığına (həyatla uyuşmayan) səbəb olmayacağı deməkdir. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 


1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə