Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix09.12.2016
ölçüsü1,13 Mb.
  1   2   3

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 03 fevral 2014-cü il tarixli 

02 saylı qərarı ilə təsdiq edilmişdir 

AĞCİYƏR VƏRƏMİNİN KOMPLEKS 

MÜALİCƏSİNDƏ CƏRRAHİ 

MÜDAXİLƏLƏRİN TƏTBİQİ ÜZRƏ  

KLİNİK PROTOKOL 

Bakı - 2014 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



55.4  

A 35 


A 35  Ağciyər vərəminin kompleks müalicəsində cərrahi müdaxilələrin 

tətbiqi üzrə klinik protokol, 2014. – 28 səh. 

Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 



Tərtibçilər: 

E.Məmmədbəyov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

direktoru,  Ə.Əliyev adına Azərbaycan Dövlət 

Həkimləri Təkmilləşdirmə İnstitutunun Ftiziatriya 

kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş 

ftiziatrı, professor, t.e.d. 

İ.Axundova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

elm üzrə direktor müavini, t.f.d. 

İ.Qasımov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun               

Ftiziatriya bölməsinin rəhbəri, t.f.d. 

F.Məcidov  

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

Ftiziocərrahiyə bölməsinin aparıcı elmi işçisi, t.e.d. 

N.Murquzova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

Ftiziatriya bölməsinin aparıcı elmi işçisi, t.f.d. 

İ.Məmmədov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

Ağciyər, vərəm, irinli cərrahiyə şöbəsinin müdiri 

K.Əliyev Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

Ftiziocərrahiyə bölməsinin müdiri, t.e.d. 

G.Hüseynova Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin 

sabiq müdiri 



Rəyçilər: 

Y.Şıxəliyev 1 

nömrəli Vərəm  Əleyhinə Dispanserin baş 

həkimi, professor, t.e.d. 

N.Abbasov Azərbaycan Tibb Universitetinin Ağciyər 

xəstəlikləri kafedrasının müdiri, professor, t.e.d.  



 

Bu protokolun hazırlanmasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin vərəm üzrə baş  məsləhətçisi, t.f.d. 

A.Paseçnikov ekspert qismində iştirak etmişdir. 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı  və ya nəticələri uyğun 

populyasiyaya  şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

İxtisarların siyahısı 



ACXOX 

ağciyərin xronik obstruktiv xəstəliyi 



ÇDD VMB 

çoxsaylı dərmanlara davamlı vərəm 

mikobakteriyaları 

DD 

dərmanlara davamlılıq (rezistentlik) 



GDD VMB 

genişlənmiş dərmanlara davamlı olan vərəm 

mikobakteriyaları  

GNVH



(FEV

1

)  gücləndirilmiş  nəfəs vermənin 1 saniyə  ərzində 

olan həcmi (forced expiratory volume in 1 second



İİV insanın immunçatışmazlığı virusu 

MonoDD VMB monorezistent  VMB  (yalnız bir dərmana 

davamlılıq) 



MVP 

Milli Vərəm Əleyhinə Proqram 



PoliDD VMB Polirezistent 

VMB 


(ən azı iki dərmana davamlılıq) 

TL

C0

 

ağciyərlərin diffuziya qabiliyyətinin müayinəsi 



(transfer faktoru: TL

C0 


–  Transfer Factor for 

Carbon Monoxide

VMB 

vərəm mikobakteriyaları 



VMB DH VMB-nin 

dərman vasitələrinə qarşı saxlanılmış 

həssaslığı (DH dərmanlara həssaslıq) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

Protokol  vərəmlə mübarizə sahəsində çalışan həkim-ftiziatrlar, 

cərrahlar və anestezioloq-reanimatoloqlar üçün nəzərdə tutulub. 

Pasiyent qrupu vərəm xəstəliyi olan şəxslərdir. 

Protokol vərəm xəstələrinin kompleks müalicəsində vaxtında və 

keyfiyyətli cərrahi müdaxilə üsullarının düzgün tətbiqi üzrə sübutlu 

təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır. 

Giriş 

Hazırda dünyada vərəm xəstəliyinin spesifik dərmanlara davamlı 

formalarının artması müşahidə olunur. Epidemik vəziyyətin  əsas 

səbəblərindən biri vərəm mikobakteriyalarının spesifik dərmanlara 

həssaslığı və ya davamlılığı təyin edilmədən xəstələrin müalicəsinin 

aparılmasıdır. Digər səbəbi isə spesifik dərmanların düzgün olmayan 

dozada və kombinasiyada xəstələrə  təyin edilməsidir. Sözsüz, 

müalicə olunan xəstələrin sosial vəziyyəti, həyat tərzi və onların 

buna müvafiq olaraq müalicə prosesindən yayınması da əhəmiyyət 

kəsb edir. İnsanın immunçatışmazlığı virusuna yoluxma səviyyəsinin 

dünyada artması faktoru da vərəmə görə epidemik vəziyyətin 

yaranmasında mühüm rol oynayır. Son illər bütün dünyada olduğu 

kimi Cənubi Qafqaz respublikalarında da, o cümlədən Azərbaycanda 

ilkin xəstələr arasında müalicə kursunun sonunda müalicənin 

effektivliyi - dağılma boşluğunun bağlanması və mikobakteriyaların 

ifrazının kəsilməsi 75-95% təşkil edir. Spesifik dərmanlara davamlı 

olan xəstələrin, xüsusən multirezistent forması olanların müalicəsi 

ancaq 50-55% hallarda klinik sağalma ilə nəticələnir.  

Bütün bunları  nəzərə alaraq vərəm xəstələrinin müalicəsinin 

effektivliyinin yüksəldilməsi və epidemik stabilliyə nail olunması 

məqsədilə  cərrahi müdaxilənin tətbiqi çox vacibdir. Müalicənin son 

nəticəsinin qənaətbəxş olması və cərrahi müdaxilələrin arzuolunmaz 

nəticələrinin qarşısının alınması üçün kimyəvi terapiyanın maksimal 

dərəcədə effektli aparılması  və  cərrahi  əməliyyatların vərəmin 

fəallığının bərpa olmasından  əvvəl həyata keçirilməsi xüsusilə 

zəruridir. Bu, həm də vərəm əleyhinə dərman vasitələrinə qarşı əlavə 

davamlılığın  əmələ  gəlməsinin qarşısını almaq üçün vacibdir. 

Müalicənin  əvvəlində gözlənilən nəticələrin proqnozlaşdırılmasına 

cərrahi müdaxilənin vaxtının düzgün seçilməsi də təsir edir. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

ÇDD olan hallarda cərrahi müdaxilələrin  ən mühüm növü 



mioplastik əməliyyatlarla tamamlanan ağciyər rezeksiyasıdır. 

Ümumi müddəalar 

 



vərəm xəstələrinin müalicəsinin  əsasını  səmərəli kimyəvi 

terapiya təşkil edir 

 

bütün vərəm xəstələrinin müalicəsinə başlamazdan  əvvəl  əsas 



vərəm  əleyhinə  dərman vasitələrinə  həssaslığın yoxlanılması 

zəruridir 

 

vərəmin müalicəsində  cərrahi müdaxiləyə göstərişlər aşağıdakı 



halların yüksək ehtimalı olduqda yaranır: 

 



müalıcənin uğursuz olması 

 



qalıq əlamətlər fonunda residivlərin baş verməsi 

 



vərəm xəstəliyinin fəsadlarının əmələ gəlməsi  

 



cərrahi müalicəyə göstərişlərin müəyyən edilməsi üçün ən yaxşı 

yanaşma taktikası müalicəyə başlamazdan  əvvəl onun 

nəticələrinin proqnozlaşdırılmasıdır 

 



müalicənin uğursuzluqla nəticələnmə ehtimalı yüksək olduqda, 

cərrahi müdaxilə kimyəvi terapiyaya başlanmazdan  əvvəl 

planlaşdırılır və müalicənin fonunda aparılır 

 



cərrahi müdaxilə üçün ən  əlverişli vaxt – kimyəvi terapiya 

fonunda vərəmin fəallığının ən aşağı səviyyəyə endiyi zamandır  

 

cərrahi müdaxilə  vərəm prosesi aktivləşməmişdən və ya 



proqressivləşməmişdən əvvəl aparılmalıdır 

 



cərrahi müdaxilənin tətbiqinə əsas əks-göstəriş xəstənin tənəffüs 

və ürək-damar fəaliyyətinin qiymətləndirilməsindən və 

əməliyyatdan sonrakı dövr üçün verilən proqnozlara əsasən 

müəyyən edilir  

 

ağciyər vərəmi zamanı planlı  şəkildə  əsasən ağciyər rezeksiyası 



əməliyyatı həyata keçirilir 

 



ağciyərin geniş rezeksiyası  əməliyyatı aparılan zaman əlavə 

olaraq mio- və osteoplastik müdaxilələrin həyata keçirilməsi 

əməliyyatdan sonrakı dövrdə  fəsadların yaranma ehtimalını 

əhəmiyyətli dərəcədə azaldır 

 

vərəmin fəsadlarının müalicəsi zamanı  cərrahi müdaxilələr 



mərhələli  şəkildə: “kiçik həcmli”dən “geniş  həcmli” 

müdaxilələrə doğru aparılır 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

Cərrahi müdaxilənin məqsədi müalicənin effektivliyinin 



yüksəldilməsi və müalicə gedişində yarana biləcək arzuolunmayan 

nəticələrin qarşısının alınmasıdır. 

Vərəm xəstələrinin müalicəsinin nəticələrinin 

proqnozlaşdırılması 

Vərəm xəstələrinin müalicəsinin nəticələrinin proqnozlaşdırıl-

ması müalicə planının vacib mərhələsidir. Nəticələrin 

proqnozlaşdırılması, xüsusilə VMB-nin ÇDD/GDD müşahidə 

edildiyi zaman böyük əhəmiyyət kəsb edir, çünki belə  xəstələrin 

müalicəsi zamanı bütün ehtiyat dərman vasitələri istifadə edilmiş 

olur. Belə hallarda yeganə ehtiyat müalicə yolu cərrahi müdaxilədir. 

Lakin cərrahi müdaxilənin təhlükəsiz tətbiqi yalnız nəticənin  əsaslı 

proqnozlaşdırılması əsasında mümkündür. 

Müalicə  nəticələrinin proqnozlaşdırılması kimyəvi terapiyaya 

başlamazdan  əvvəl aparılır. Kimyəvi preparatlarla müalicədə 

uğursuzluq ehtimalı yüksək olan hallarda cərrahi müdaxilə 

planlaşdırılır. Cərrahi müdaxilə  dərmanla müalicədən maksimal 

effekt əldə edilən dövrdə həyata keçirilir.  

Müalicə  nəticələrinin proqnozlaşdırılmasında 2 yanaşma 

mümkündür. Birinci yanaşma vərəmin müalicəsi ilə uzun illər 

məşğul olan həkim-mütəxəssislərin empirik təcrübəsindən istifadə 

olunmasına əsaslanır. Bu yanaşma üsulu ilə proqnoz kollektiv surətdə 

açıq müzakirə vasitəsi ilə müəyyən edilir. 

İkinci yanaşma müalicə  uğursuzluqlarına dair risk amillərinin 

statistik qiymətləndirilməsinə  əsaslanır. Bu üsul müxtəlif risk 

amillərini qiymətləndirməyə  və mütəxəssislərin fikirlərində olan 

təzad və ziddiyyətləri istisna etməyə imkan verir. Bununla belə, 

müalicə  nəticələrinə  təsir edən bütün risk amillərinin nəzərə 

alınmasının mümkünsüz olduğunu, xəstəliyin gedişi 

xüsusiyyətlərinin dəyişkən olmasını  və digər amillərin qarşılıqlı 

təsirlərinin tam öyrənilmədiyini nəzərə alaraq, belə yanaşmada da 

çatışmazlıqlar mümkündür.  

Buna görə proqnozun verilməsi zamanı  hər iki üsuldan istifadə 

edilməlidir: həm həkimlərin kollektiv empirik təcrübəsindən, həm də 

müalicə  nəticələrinin proqnozlaşdırılması üçün riyazi təhlildən. 

Cərrahi müdaxilə üçün göstərişlərin müəyyən edilməsində  əsas 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10

məsələ  hər iki proqnozlaşdırma üsulundan istifadə edərək 



əsaslandırılmış ortaq qərara gəlməkdir. 

Uğursuz nəticələri səciyyələndirən risk amilləri 

Xəstə barədə  məlumat toplayarkən həkim ÇDD VMB-li 

xəstələrdə uğursuz müalicə ehtimalını əks etdirən risk amilləri barədə 

məlumatları toplayıb sənədləşdirməlidir. Ehtimal olunan risk amilləri 

aşağıda göstərilir: 

 



vərəm xəstəliyinin müddəti (bir il və daha çox) (C)

7,15


 

 



ağciyərlərdə vərəmin yayılma sahəsi (bir pay/bir paydan çox) (C)

10

 



 

ağciyərlərin zədələnməsi zamanı dağılma boşluğunun ümumi 



diametri >10 sm olduqda (C)

1,13,15


 

 



ağciyərlərdə fibroz dəyişikliklərin həcmi (bir pay/bir paydan çox) (C)

3,10


 

 



müalicədən  əvvəl bakteriya ifrazının həcmi (mikroskopiya+, 

əkmə+/mikroskopiya–, əkmə+) (A)

15

 



 

müalicə fonunda bakteriya ifrazının azalma sürətinin aşağı 

olması: (müalicənin başlanmasından 2 ay sonra bakteriya 

ifrazının kəsilməməsi (hə/yox) (C)

14

 



 

müalicənin ilkin mərhələsində 2-ci sıra vərəm  əleyhinə 

dərmanların istifadəsi (istifadə edilmişdir/edilməmişdir) (B)

15

 



 

vərəm əleyhinə dərmanlara davamlılıq səviyyəsi (ÇDDV/ÇDDV 



+ 2-ci sıra dərmanlara davamlılıq/GDDV) (A)

5,15


 

 



əvvəlki mərhələlərdə müalicə rejiminə riayət olunması 

(variantlar: müalicənin kəsilməsi və ya dərman dozalarının           

20%-dən çoxunun qəbul edilməməsi/müalicənin kəsilməməsi və 

ya dərman dozalarının 20%-dən az qəbul edilməməsi) (C)

8

 



 

yanaşı  xəstəliklərin olması:  şəkərli diabet, ACXOX, İİV 

(variantlar: vardır/yoxdur) 

 



bədən kütləsi indeksinin aşağı olması (normadan 20% aşağı 

/qalan hamısı) (A)

15

 



 

alkoqolizmin olması (hə/yox) (A)

15

 



 

narkomaniyanın olması (hə/yox) (C)

7

 



 

kişi cinsi (A)

15

 

Hər bir risk amili əsaslı  şəkildə qiymətləndirildikdən sonra 



həkimlər konsiliumu ilkin proqnozu tərtib edə bilər və  əməliyyata 

əks-göstəriş olmadığı  təqdirdə  xəstənin müalicə proqramına cərrahi 

müdaxiləni daxil edə bilər.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11

CƏRRAHİ MÜDAXİLƏLƏR ZAMANI KİMYƏVİ TERAPİYA 

Əməliyyata hazırlıq mərhələsində kimyəvi terapiya vərəmin 

fəallığının azaldılması üçün əsas amil rolunu oynayır. 

Kimyəvi terapiya “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə 

klinik protokol”a

  əsasən aparılmalıdır. Protokolun tövsiyələrinə 



əsasən müalicənin monitorinqi (klinik, laborator, rentgenoloji 

müayinələr) aparılmalıdır. Daha sonra cərrahi müdaxiləyə göstərişlər 

və  əməliyyatın vaxtı monitorinq nəticələrinə  əsaslanaraq 

dəqiqləşdirilməlidir. 



Əməliyyatdan əvvəlki dövrdə kimyəvi terapiya 

Əməliyyatdan  əvvəl aparılan kimyəvi terapiyanın məqsədi 

vərəmin fəallığının maksimal dərəcədə azaldılmasıdır. 

Əlverişsiz proqnozu olan və  cərrahi müdaxilənin aparılması 

planlaşdırılan xəstələrdə  fərdi dözümlülük və VMB-nin dərmanlara 

həssaslığı  nəzərə alınmaq  şərti ilə kimyəvi terapiya maksimal 

dərəcədə aqressiv aparılmalıdır, yəni vərəm  əleyhinə preparatların 

maksimal dozası və sayı istifadə edilməlidir. 



Əməliyyatdan sonrakı dövrdə kimyəvi terapiya 

 



Əməliyyatdan sonrakı dövrdə kimyəvi terapiya əməliyyatdan 

əvvəlki sxem üzrə (eyni dərman vasitələri ilə) davam 

etdirilməlidir. 

 



Vərəm xəstələrinin ümumi müalicə müddəti “Ağciyər vərəminin 

kimyəvi terapiyası üzrə klinik protokol”a

*

 uyğun olmalıdır. 



 

Cərrahi müdaxilənin aparılması kimyəvi terapiya kursunun 



başlanmasından sonra ilk 2-6 ay ərzində tövsiyə olunur. Bu halda 

“Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”da

*

 

qeyd edilmiş ümumi müalicə müddətinə riayət etmək mümkün 



olur. 

 



Vərəmin kimyəvi terapiyasına dair “Ağciyər vərəminin kimyəvi 

terapiyası üzrə klinik protokol”a

*

 uyğun olaraq inyeksion dərman 



vasitələrindən istifadə müddəti ən az 6 ay təşkil etməlidir və ya 

                                                 

 

bax: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol” Azərbaycan Respublikası Səhiyyə 



Nazirliyi. Bakı. - 2011. - 32 səh.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12

bəlğəmin konversiyası əldə olunduqdan sonra 4 aya qədər davam 



etdirilməlidir. 

 



Cərrahi müdaxilə  həyata keçirildikdən sonra vərəm xəstələrinin 

kimyəvi terapiyasının standart müddətlərinə riayət etməyə imkan 

olmadığı hallarda dərmanlarla müalicənin müddəti aşağıdakı 

kimi olmalıdır:  

 

vərəm  əleyhinə  dərmanlara mikobakteriyaların həssaslığı 



saxlanıldığı halda (VMB DH) – 6 ay 

 



mono- və ya polirezistent VMB-li xəstələrdə – 9 ay  

 



ÇDD/GDD  xəstələrdə – 12 ay  

İnyeksiya şəklində olan dərman vasitələri ilə müalicə müddəti: 

 



VMB-nin vərəm  əleyhinə  dərmanlara həssaslığı saxlanıldığı 

halda əməliyyatdan sonra – 2 ay 

 

mono- və ya polirezistent VMB-li xəstələrdə  əməliyyatdan 



sonra – 3 ay 

 



ÇDD/GDD xəstələrdə əməliyyatdan sonra – 4 ay 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə