Kəsmik və albalı ilə Brauni



Yüklə 270,58 Kb.
Pdf görüntüsü
tarix27.06.2017
ölçüsü270,58 Kb.

Kəsmik və albalı ilə Brauni

  

Kəsmik və albalı ilə Brauni 

  

Tələb olunan ərzaqlar: 

  

acı şokolad - 100 qr.



 kərə yağı - 120 qr.

 şəkər tozu - 150 qr.

 yumurta - 4 ədəd 

 buğda unu - 150 qr. 

 qabartma tozu - 1 ç.q. 

 kəsmik (yumşaq) - 300 qr.

vanil - 1 paket 

 albalı (dondurulmuş) - 300 qr

 duz - 1 çimdik

  

Hazırlanma qaydası:    

Şokoladı sındırıb kərə yağı ilə birlikdə su vannasında əridin. 2 yumurta ilə 50 qram şəkər

tozunu mikserlə çalıb 1 çimdik duz və vanil əlavə edin.

  

Krem hazırlamaq üçün kəsmiyi şəkər tozu (100 qr.) və 2 yumurta ilə qarışdırıb mikser və ya



blenderlə krem halına düşənə kimi çalın. Çalınmış qatışığa soyudulmuş ərimiş şokoladı əlavə

edib mikserlə çalın. Qabartma tozu və un səpib taxta qaşıqla qarışdırın. Dərin formanı

(hündürlüyü 21 sm) kərə yağı ilə yağlayıb xəmirin 1/3 hissəsini formaya tökün, bərabər yayın.

Kəsmikli qatışığın yarısını ehtiyatla formaya tökün. Üstündən dondurulmuş albalıların yarısını

düzün. Sonra yenidən: xəmir, kəsmikli krem, albalı, xəmir. Çalışın xəmiri bərabər yayın, bəzi

yerlərdə alınmasa üst qatda bərabərləşdirmək olar.

 1 / 2


Kəsmik və albalı ilə Brauni

  

Piroqu 180*C qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Formada soyutduqdan sonra çıxarıb



dilimləyin.

  

Nuş olsun!



 2 / 2

Yüklə 270,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə