1
Kərəm Bayramov, Yunis İsmayılov,
Sona İmanova
LATIN AMERİKASI
ÖLKƏLƏRİ
Bakı – 2012
2
GİRİŞ
Latın Amerikası Cənubi Amerika materikini bütövlükdə, Meksika və ondan
cənubda yerləşən ölkələriləri, habelə Karib hövzəsindəki ada dövlətləri əhatə edir.
Bura daxil olan ölkələr bir-birindən ərazisinin ölçülərinə, təbii şəraiti, əhalisi,
əmək və təbii resursla təmin olunma səviyyəsinə görə olduqca fərqlənir. Region
əhalisinin əksəriyyətinin danışdığı roman dili qrupunun əsasını latın dili təşkil
etdiyindən Latın Amerikası adını almışlar. 30-dan çox ölkənin daxil olduğu bu
region olduqca əlverişli coğrafi mövqeyə malik olmaqla yanaşı, uzun müddət
Avropada baş verən müharibələrdən aralı olmuşdur. Avropalıların bu regiona
gəlişindən əvvəl əhalisini müxtəlif hindu tayfaları təşkil edirdi. 1492-ci ildə
Xristofor Kolumbun materiki kəşfindən sonra müxtəlif avropa ölkələri arasında
mənimsənilmə üçün mübarizə meydanına çevrildi. Regionda xüsusi fəallıq
göstərən ispan və portuqal müstəmləkəçilərilə aparılan uzunmüddətli mübarizədə
ölkələrin əksəriyyəti XIX əsrin əvvəllərindən müstəqillik əldə etməyə başlamış və
nəhayət buna nail olmuşlar.
Latın Amerikasının təbii şəraiti olduqca rəngarəngliyi və mürəkkəbliyi ilə
seçilir. Dünyanın ən uzun dağ sistemlərindən biri olan And dağları şimaldan
cənuba doğru, meridian istiqamətində uzanır. Burada qərb yarımkürəsinin ən uca
nöqtəsi olan Akonkaqua, dünyanın ən hündürdə yerləşən gölü Titikaka, ən bol sulu
çayı Amazon, ən hündür şəlaləsi Anhel yerləşir. Dünyanın böyük ovalıqlarından
olan Amazoniyada ən iri həmişəyaşıl meşə sahəsi yerləşir. İncə bir saplaqdan
asılan üzüm salxımına bənzər materik hər tərəfdən okean suları ilə əhatələnmiş
olsa da, sahil xətləri elə formalaşmışdır ki, bir dənə də olsun iri körfəz, yarımada
əmələ gəlməmişdir. Yalnız şimal hissəsində Meksika körfəzi, Venesuela və
Quayakil körfəzləri vardır. Cənub-şərq hissəsindən Parana və Uruqvay çaylarının
estuarisini su basması nəticəsində La-Plata körfəzi yaranmışdır. Şimalda Vest-
hind, cənubda isə materik mənşəli Çiloe, Vellinqton, Odlu Torpaq onu əhatə edir.
Materikin səthi də sahil xətləri kimi sadədir. Şimaldan cənuba doğru uzanan And
dağları ovalıq və yaylalarla əhatələnir. İspanca "Hamar" mənasını daşıyan Orinoko
ovalığı şimalda And dağlarını Qviana yaylasından, geniş Amazon ovalığı isə
Braziliya və Qviana yaylalarından ayırır. Materikin şərq hissəsi qədim platforma
sahəsidir. Platformanın səthindəki qalxmalar yaylaları, enmələr isə ovalıqları
əmələ gətirir. Platformanın əsasını kembriyə qədərki maqmatik və metamorfik
süxurlar təşkil edir. Platformanın özülündə daha qədim dövrlərdə baş verən
proseslər onu daha da mürəkkəbləşdirmiş, süxurların qaynayıb-qarışmasına,
parçalanıb gah səthə çıxmasına, gah da enərək metamorfik süxurlara çevrilməsinə
və yaxud da lava şəklində müasir platoların yaranmasına səbəb olmuşdur.
Regionun şərq hissəsinin relyefinin formalaşması nisbətən sakit keçsə də,
qərbində yaranan relyef güclü endogen proseslərin törəməsidir. Naska litosfer
tavasının toqquşma zonasında dünyanın ən nəhəng dağ sistemlərindən biri olan
Andlar əmələ gəlmişdir. Bu dağlıq zona çoxlu miqdarda vulkan yadigarları ilə
zəngindir.
3
Regionda olan təbii sərvətlər ilk dövrlərdən az tədqiq olunmuşdursa və
buranın qızıl və gümüşü avropalıları daha çox cəlb edirdisə, artıq XX əsrdən
etibarən buranın qara, əlvan və nadir metalları, son illər isə neft və təbii qazı onları
daha çox maraqlandırmağa başlamışdır. Ərazisinin istər And, istərsə də şərq
praltforma hissəsinin təbii sərvətlərinin yerləşməsi və miqdarı olduqca
rəngarəngdir. Dəmir filizinin zəngin ehtiyatları qədim platforma qalxmalarında
xüsusilə də Braziliya yaylasının mərkəzi və kənar hissələrində, Boliviyada, Qviana
yaylasının şimalında cəmləşmişdir. Bu hər iki yaylanın kristallıq bünövrəsinin
aşınmış və səthə çıxmış hissələrində manqan və nikelin zəngin ehtiyatları vardır.
Yaylaların, xüsusilə də Qviana yaylasının nisbətən rütubətli hissəsində cavan
aşınma nəticəsində laterit-boksid ehtiyatlarının yaranmasına səbəb olmuşdur.
Yaylaların nisbətən qədim intruziyalarında nadir elementlərdən olan berillium,
niobi, radioaktiv və yer qabığında çox nadir hallarda rast gəlinən elementlər
toplanmışdır.
Platformanın enən hissələrində, Amazonya və Pataqoniya tavasında neft, təbii
qaz və əsasən də qonur kömür ehtiyatları vardır. Neftli-qazlı yataqlar əsasən
dağətəyi hissələrində və And dağarası çökəkliklərindədir. Marakaybo və
Maqdalena çökəkliyi və Quayakil körfəzi rayonunda da neft ehtiyatları aşkar
edilmişdir. Dağ qurşağının şərqində, əsasən də Argentinada uran ehtiyatları
tapılmışdır.
And dağları isə bütövlükdə əlvan və nadir metal filizi ehtiyatları ilə zəngindir.
Əlvan metalların xüsusi çəkisinə görə daha çox yayılanı mis və onunla əlaqədar
olan molibdendir. Bu filizin ehtiyatına görə Peru və Çili daha çox fərqlənir.
Boliviyanın "qalay qurşağı" zonasında volfram, sürmə, vismut, gümüş, selen
həmçinin sink-qurğuşun filizi ehtiyatları da çoxdur. Perunun Məkəzi
Kordilyerlərində polimetal filizlərinin iri ehtiyatları cəmləşmişdir. Kolimbiyanın
rütubətli And hissəsində səpinti halında platin və qızıl, quru iqlimə malik Atakama
gölməçələrində biokimyəvi proseslərlə bağlı yaranan çili şorası olduqca geniş
şöhrət qazanmşdır.
Latın Amerikası ərazisinin böyük hissəsi isti iqlim qurşağındadır. Şərq
bölgəsinin düzənlik relyefi qışda Antarktikada soyuq hava kütlələrinin şimaladək
təsir etməsinə zəmin yaradır. Pataqoniya platosunun temperaturunun - 35°-yə,
enməsinə, Pampada soyuq "pamperos" küləkləri ayazlı, şaxtalı günlərin 2-3 ay
davam etməsinə səbəb olur. Daxili düzənlik hissədə soyuq hava kütləsi Amazon
sərhəddinədək gedib çatır ki, bu da temperaturun 12°-dək enməsinə gətirib çıxarır.
Alçaq enliklərdə yüksək temperatur şəraitində iqlim tipi yalnız düşən
yağıntıların miqdarı ilə müəyyənləşir. Qərbi Amazoniya ekvatorial iqlim
qurşağında yerləşdiyindən bol istilik və rütubət alır. And dağlanrının ekvatorial
hissəsində orta aylıq temperaturların fərqi olduqca az, yağıntıların illik rejimi
sabitdir. Lakin hündürlüyə qalxdıqca temperaturun azalması, sütkalıq amplitudun
artması müşahidə edilir. Ekvatorial iqlim qurşağından şimala və cənuba doğru,
bütövlükdə isə regionun şimal hissəsində, xüsusilə də, Braziliya yaylasında,
Mamore və Pantanal düzənliyində, Peru Andlarında və Ekvadorun qərb hissəsində
subekvatorial iqlim qurşağında yay isti və rütubətli, qış quru və tropik xarakterlidir.
4
20-30° cənub enliyi arasında yerləşən tropik qurşaqda passatların təsiri böyükdür.
Atlantik okeandan bu passatlar çoxlu miqdarda rütubət gətirir. 5-27° s.e. arasında
And dağlarının qərb yamacı və sahil əraziləri və səhralıqdır. Bu ərazilər yüksək
təzyiqli cənubi Sakit okean antisiklonunun daimi təsiri altındadır. Qərbdə subtropik
iqlim qurşağı zonası da həmin antisiklonun təsirinə məruz qalır. Yayı quraq keçsə
də, qışda siklonlar yağış gətirərək, buranın özünəməxsus "Aralıq dənizi tipini"
yaradır. Andlardan şərqə doğru getdikcə yağıntıların miqdarı artır.
Bütövlükdə, regionda yağıntıların miqdarı ən çox And dağlarının Kolumbiya
yamacı, Çilinin cənub hissəsi, Qərbi Amazoniya, Qviana və Braziliya yaylalarının
şərq yamacı, daxili hissələrə və daxili düzənliyinə düşür. Pampanın qərbi,
Pataqoniya və Puna, tropik qərb sahil və And daha quraqlıqdır.
Rütubətliliyin paylanması çay sisteminin formalaşmasına, sıxlığına,
bolsululuğuna təsir edir. And dağlarının meridianal istiqamətdə uzanaraq Sakit
okean çaylarının normal qidalanmasını məhdudlaşdırır. Rütubətli ərazilərdə bu
çaylar qısa, lakin hidroenerji ehtiyatlıdır. Atlantik hövzəsinin çayları geniş
düzənliklərdən axaraq özləri ilə bol su gətirirlər. Karib hövzəsinə Andların ən iri
çaylarından olan Maqdalena və Kauki çoxlu miqdarda şirin su gətirir. Hövzəsinin
sahəsi 7 mln. km
2
-dən çox olan Amazon dünyanın ən bol sulu çayıdır. Öz
mənbəyini 4840 m yüksəklikdən götürən və Maranyon adlanan bu çay əvvəlcə
şimala doğru axıb, dərin çay dərəsi əmələ gətirərək şərqə dönüb, özünün ikinci
qolu olan Amerika Ukayalini qəbul etdikdən sonra Amazon adlanır. Çay il boyu
bolsulu olsa da, lakin ən bol dövrü yağışların rejimindən asılıdır. Çay öz axarı
boyu 4300 km məsafədə, sistemi üzrə isə 25 min km məsafədə gəmiçiliyə
yararlıdır. Onun hidroenerji ehtiyatı 280 mln. kvt hesablansa da hələlik az
miqdarda istifadə olunur. Regionun ikinci iri çayı olan Parananın da olduqca gözəl
əlverişli təbii şəraiti vardır.
Regionda iqlimə uyğun, xüsusilə də rütubətlənmə səviyyəsinə görə torpaq-
bitki örtüyü formalaşmışdır. Qərbi Amazoniyada yayla ətəklərinədək geniş bir
sahədə Selva yerləşir. Selva - çətin keçilən rütubətli ekvatorial meşədir. Burada
qırmızı-sarı ferralit torpaqlar yayılmışdır. Ekvatorial qurşağın əsas ehtiyatını təşkil
edən qiymətli, rəngli oduncağı olan ağac növləri, nadir fauna və flora nümunələri
burada cəmləşmişdir. Subekvatorial iqlim qurşağında seyrək meşəlik və
savannalarda qırmızı-ferralit torpaqlar yayılmışdır. Mərkəzi tropik qurşaqda uzun
müddət quraqlığa davamlı ağac növləri, qırmızı-qonur, boz-şabalıdı torpaqlar
yayılmışdır. Burada olduqca qiymətli kebraço ağacı bitir. Tropik qurşağın nisbətən
rütubətli şərq rayonlarında həmin meşələr və qırmızı torpaqlar yayılmışdır.
Subtropik Şərqdə hündürboylu otlar üstünlük təşkil edir. Uruqvayda və şərqi
Pampadakı geniş düzənliklərdə və çöl zonasında məhsuldar qırmızı-qara, qara
torpaqlar üstünlük təşkil edir. Andlarda hündürlüyə qalxdıqca torpaq-bitki örtüyü
enlik zonallığına uyğun gələrək getdikcə mürəkkəbləşir.
Cənubi Amerika ərazisinə ilk insanların gəlişi 15-17 min il bundan əvvəl
olmuşdur. Bu Şimali Amerikaya vaxtilə gəlmiş hindu tayfalarının nümayəndələri
olmuşdur. Onlar sərgərdan həyat keçirmiş, ovçuluq, balıqçılıq və yığıcılıqla
məşğul olmuşlar. Sonralar əkinçilik və heyvandarlıq peşələrinə yiyələnmişlər.
5
Avropalıların gəlişinədək Andlarda möhtəşəm ilk imperiyası formalaşmışdır. Bu
imperiya iki yüzillik dövrdə fəaliyyət göstərdikdən sonra ispan konkistadorları
tərəfindən dağıdılmışdır. Hindu tayfalarının əksəriyyətinin təsərrüfatında ovçuluq
və balıqçılıq sadə əkinçiliklə uyğunlaşdırılmışdır. Lakin son dövrlərdə aparılan
tədqiqat işləri göstərir ki, o dövrün əkinçilik sistemi o qədər də bəsit və iqtisadi
cəhətdən səmərəsiz olmamışdır. Amazon ovalığı, Mojos düzənliyi, Venesuela,
Qayana və Surinamin bir çox rayonlarında intensiv əkinçilik mövcud olmuş,
torpaqların qurudulması sisetemi yaradılmışdır. İnkişaf etmiş hindu əkinçilik
mədəniyyəti dünya ölkələrinə bir çox məhsulları, o cümlədən kartof, qarğıdalı,
maniok, balqabaq, araxis və başqa məhsulları hədiyyə etmişdilər. Materikin
kəşfindən keçən bir əsr ərzində yerli hindu əhalisinin sayı kəskin sürətdə azalmağa
başladı. Bu gün hindular bütün Latın Amerikası ölkələrində yaşasalar da, Boliviya
və Ekvadordan başqa digərlərində o qədər də çox deyillər. Müasir hindular öz
əcdadları kimi bir çox dil ailələrinə mənsub olub, öz dillərində də danışırlar. Hal-
hazırda iri hindu tayfaları olan keçua, aymara və s. həmçinin də tropik meşələrdə
yaşayan kiçik hinduqrupları öz dillərin və mədəniyyətlərini qoruyub saxlamışlar.
Bir çox hindu etnik qrupları isə öz dil və mədəniyyətlərini çoxdan unutmuşlar.
Müstəmləkə dövründə plantasiyalarda işləmək üçün Afrikadan milyonlarla
zənci-qullar gətirilmişdir. Bu üç irqin nümayəndələri müasir əhalinin
formalaşmasının əsasını qoymuşlar.
Regionda demoqrafik vəziyyət təbii artımın yüksəkf səviyyəsi ilə xarakterizə
edilir. Bu özünü daha çox tropik zonada göstərir. Son on ilin (1995-2005) təhlili
göstərir ki, regionda təbii artım tədricən azalmağa meyllidir. Lakin əksər ölkələrdə
təbi artımın sürəti keçən əsrin 70-ci illəri müqayisəd heç də azalmamışdır. Bəzi
tədqiqatçılar bunu gənclərin ilkin nigaha aludəçiliyi ilə izah edirlər. Onların
məlumatlarında qeyd edilir ki, Venesuelada nigahda bulunan gənclərin orta yaşı
20, Kolumbiyada 21 və sairədir. Digər tədqiqatçılara görə isə çoxuşaqlılığın
saxlanılması artımın əsas səbəbi sayılır. Bəzi tədqiqatçılar təbii artımın
yüksəkliyini regionda katolik kilsəsinin fəal təbliğatında, əhalinin savadsızlığında,
sosial-iqtisadi inkişafın zəifliyində tibbi xidmətin və əhali arasında aparılan izahat
işlərinin səviyyəsinin aşağı olmasında görürlər.
Təbii artımın səviyyəsi regionda əhalinin yaş strukturuna da təsir
etmişdir. Region əhalisinin təxminən 40%-nin yaşı 15-dəkdir. Ayrı-ayrı ölkələrdə
və iqlim zonalarında daha fərqlidir, həmçiinn ölkələrin sosial-iqtisadi inkişaf
səviyyələrinə müvafiq olaraq uzunömürlülük fərqi daha qabarıq görünür. Belə ki,
Argentina, Uruqvay və Venesuelada 66-72, Boliviyada 46-51 ildir. Son illər bir
sıra region ölkələri demoqrafik siyasətin həyata keçirilməsində müəyyən fəallıq
göstərirlər. Proqnozlar göstərir ki, 2010-20 l5-cu illərdə region ölkələrin
əksəriyyətində, Boliviyadan başqa, əhalinin təbii artımı sabitləşəcəkdir. Boliviyada
isə təbii artımın yüksək səviyyəsi uzunömürlüyün artması hesabına hələ xeyli
müddət saxlanılacaqdır.
Latın Amerikasının ərazisində məskunlaşmanın xarakterində, əhalinin
sıxlığında da fərqli cəhətlər vardır. Region üzrə orta sıxlıq təxminən 1 kv km-də 18
nəfərdisə, Karib hövzəsində 120 nəfərdən çoxdur. Əgər Fransız Qvianasında hər 1
6
kv km-də 1 nəfər məskunlaşmışsa, Kolumbiya və Ekvadorda bu 24-28 nəfər təşkil
edir. Region əhalisi əsasən Andların yaylalarında, sahil zolaqlarında, Braziliyanın
cənub şərqində, La-Platanın Atlantik okeanma qovuşduğu ərazilərdə
məskunlaşmışdır. Geniş düzənliklər, Amazon ovalığı, tropik meşəlik olduqca
seyrək və ya məskunlaşmamış haldadır.
Hindu şəhərləri mədəniyyət, din və inzibati mərkəzı funksiyalarını yerinə
yetirirdi. Region avropalıların gəlişindən sonra tamamilə başqa görkəm almağa
başladı. İspanlar və portuqallar qədim hindu şəhərlərini darmadağın etdikdən sonra
onun xarabalıqları üzərində yeni inzibati mərkəzlər, ticarət və yeni-yeni əraziləri
zəbt etmək üçün güclü dayaq məntəqələri yaratdılar. XVl-XVIII əsrlərdəki şəhərlər
əsasən faydalı qazıntı yataqları yaxınlığında, vacib nəqliyyat qovşaqlarında,
sahillərdə və kənd təsərrüfatının əlverişli inkişafı üçün seçilmiş ərazilərdə salınırdı.
Bu şəhərlər əsasən düzbucaqlı planlı idi və o dövrün İspan və portuqal
arxitekturasına əsaslanırdı. Müstəmləkə dövrünün şəhərləri adətən zəif inkişaf
edirdi. Bu həmin dövrün siyasəti idi və metropoliyaya sərf edirdi. XIX-XX əsrlərdə
regionda, xüsusilə də şəhərlərdə əhalinin artması prosesi getmişdir. Bir tərəfdən
təbii artımın, digər tərəfdən isə imiqrasiyanın güclənməsi, ölkədaxili və
ölkələrarası iqtisadi əlaqələrin intensivləşməsi şəhərlərin böyüməsinə və sayını
artmasına səbəb olurdu. Bu ilk növbədə liman şəhərlərinə aid idi. Belə ki, bu
şəhərlərdə xarici kapital cəmləşir, immiqrantlar məskunlaşır və dünya ölkələri ilə
əlaqə başlayırdı.
XX əsr Latın Amerikası ölkələrinin yüksək urbanizasiya səviyyəsi bütöv
region üçün 65%-dirsə, bu rəqəm Braziliyada 64%, Venesuelada 76%, Argentina,
Uruqvay və Çilidə 80%-dən çoxdur. Regionda iri şəhərlərin böyüməsi daha
sürətlidir. Belə ki, XIX əsrin 70-80-ci illərində əhalisinin sayı 100 min nəfərdən
artıq olan şəhərlərin sayı dörd (Buenos-Ayres, Rio-de-Janeyro, Santyaqo və Lima)
idisə, hazırda 200-dən çoxdur. Bu gün Mexiko, Buenos-Ayres, Rio-de-Janeyro,
San-Paulu dünyanın ən iri şəhərlərindəndir.
Regionda sosial-iqtisadi inkişafın səviyyəsi artdıqca məskunlaşmada
yaranmış problemlərdə də tədricən həllini tapır.
Latın Amerikası hərtərəfli və müstəqil iqtisadi inkişaf üçün bütün təbii və
əlverişli imkanlara malikdir. Mülayim, subtropik və tropik iqlim qurşaqılarında
istənilən növ kənd təsərrüfatı məhsullarının ildə 2-3 dəfə istehsalını da təşkil etmək
olar. Regionun meşələri ölçülərinə və imkanlarına görə müqayisa edilməzdir.
Burada həm sənaye, həm də ərzaq əhəmiyyətli bitkilər olduqca boldur. Məhsuldar
torpaqları, bol sulu, hidroenerji ehtiyatlı çayları bioloji resurslarla zəngindir. Ətraf
dənizləri biokütləsinin miqdarına və növ zənginliyinə görə çox əhəmiyyətlidir.
Belə yüksək təbii imkanlara malik olan regionun ölkələrində təəssüf ki,
məhsuldar qüvvələrin inkişafı hələ kifayət səviyyəyə çatmamışdır. Regionda
Braziliya, Argentina, Meksika kimi iri sənayeləşmiş təsərrüfatlara malik, dünya
bazarında özünün istehsal vasitələri istehsalı məhsulları ilə tanınmasına
baxmayaraq bütövlükdə zəif iqtisadi inkişaf hələ də əksər ölkələrdə
saxlanmaqdadır. Ümumilikdə milli gəlir qonşu ABŞ-la müqayisədə 10 dəfə
aşağıdır.
7
Region ölkələri arasında iqtisadi inkişaf, adam-başına milli gəlir olduqca
müxtəlifdir. Sürətlə inkişa edən Braziliya, Argentina, Meksika ilə yanaş Venesuela,
Çili, Uruqvayda hətta adambaşına milli gəlir bir sıra Cənubi Avropa ölkələrinin
səviyyəsinə çatmış, hətta bəzilərini belə ötüb keçmişlər. Bununla belə, region
ölkələrindən Boliviya və Paraqvayı bəz Afrika və Asiya ölkələri ilə müqayisə
etmək olar. Regionun iri sənayeləşmiş ölkələri olan Braziliya, Argentina və
Meksikada nəinki sənaye istehsalının həcmi, hətta xarici ticarətdə hazır məhsulun
ixrac miqdarı da artmaqda davam edir. Yüksək inkişaf edən iqtisadiyyata malik
olan bu “üçlük” nəinki dünya bazarında getdikcə daha çox maşınqayırma
məhsulları ilə çıxış edir, hətta xarici ticarətdə müsbət saldoya malik olurlar. Bəzi
mütəxəssislər onları inkişaf etmiş ölkələrlə eyni səviyyədə görürlər. Bu ölkələrdə
avtomobil, təyyarə, gəmi istehsalı formalaşmış sənaye sahəsinə çevrilmiş, hərbi
sənaye və atom energetikası yaranmışdır.
Latın Amerikasında hal-hazırda emaledici sənayenin ümumi daxili məhsul
istehsalında xüsusi çəkisi 25%-dən çoxdur. Regionun sənaye məhsulu dəyərinin
4∕5 hissəsi üç iri nəhəngin payına düşür.
Dünya təsərrüfatında regionun payı, %-lə
1960
1970
1980
1990
2000
2005
Daxili Ümumi Məhsul
5,9
6,2
7,1
6,9
6,7
6,8
Kənd təsərrüfatı məhsulu
9,7
11,0
11,8
12,1
12,3
12,4
Sənaye məhsulu
5,6
6,4
7,2
7,0
6,8
6,8
O cümlədən emal
5,5
6,0
7,1
6,8
6,5
6,6
İxracat
7,1
4,9
4,5
3,7
3,3
3,4
Sənaye inkişaf edən region ölkələrinin qara metallurgiyası hələ də daxili bazar
üçün işləyir. Tam silsiləli metallurgiya zavodları da bu üç ölkədə fəaliyyətdədir.
Digər ölkələrin metallurgiya müəssisələri emaledici sənaye rayonlarında
cəmləşmişdir. Regionda əlvan metallurgiya nisbətən inkişaf etmiş sahələrdən olub,
daha yaxşı və aparıcı sahə kimi Çili, Pena və Boliviyada inkişaf etmişdir.
Regionda maşınqayırma sənayesinin nisbətən inkişaf etmiş sahəsi nəqliyyat
maşınqayırmasıdır. Bu sahə ümumi maşınqayırma məhsulu dəyərinin təxminən
yarısını verir. Bir çox ölkələrdə istehsal olunan avtomobil müəssisələri daxili
bazarı təmin etməyə istiqamətlənmişdir. Gəmiqayırma regionun bir çox ölkələrində
mövcud olsa da Braziliyada daha yaxşı inkişaf etmişdir. Burada iri tonnnajlı gəmi
istehsalı ilə yanaşı iri gəmi təmiri müəssisələri də vardır. Regionda aviasiya
sənayesi iri sənayeləşmiş ölkələrdə mövcuddur və əsasən də kiçik təyyarə və
vertelyot istehsal edir. Onlara aid olan mühərriklər isə xaricdən gətirilir. Region
ölkələrinin demək olar ki, əksəriyyətində bu və ya digər dərəcədə kənd təsərrüfatı
maşmqayırması inkişaf etmişdir. Braziliya, Argentina və Meksikada traktor
8
istehsal edilir. Son illər region ölkələrində elektronika və radioelektronika sənaye
sahələri inkişaf etməyə başlamışdır. Qonşu ölkələrə bu məhsulların əsas ixracatçısı
Argentina və Braziliyadır. Lakin region ölkələrinin bu məhsullara olan tələbatını
ödəyə bilmədikləri üçün ABŞ, Yaponiya və Qərbi Avropadan da idxal edilir.
Son illər kimya və neft-kimya sənaye sahələri daha sürətlə inkişaf etməyə
başlamışdır. Emaledici sənaye məhsulların dəyərinin 1 ∕ 5 - i bu sənaye
sahələrinin payına düşür. Neftayırma müəssisələrinin istehsal gücünün getdikcə
artması neft-kimya sənayesinin də inkişafına təkan verir. Regionda neftayırma
sənayesi Venesuela və Meksikada daha yaxşı inkişaf etmişdir. Son illərdə Braziliya
və Argentinada da inkişaf etmiş neftemalı sənayesi formalaşmışdır.
Latın Amerikasının Ümumi Daxili Məhsulunun strukturu, %-lə
1960
1970
1980
1990
2000
2005
Kənd təsərrüfatı
17,8
15,6
14,3
13,1
11,9
10,7
Hasilat sənayesi
5,9
5,8
4,9
4,7
3,2
2,8
Emal senayesi
23,4
24,7
25,4
25,7
25,9
26,5
Elektrik, qaz-su təchizat
3,6
3,4
3,8
3,5
3,2
3,1
İnşaat
19,8
20,3
19,4
18,5
16,5
15,4
Nəqliyyat və rabitə
8,7
9,2
9,7
11,8
14,6
18,8
Maliyyə
11,3
11,4
1,3
10,4
9,9
8,3
Digər xidmətlər
9,5
9,6
11,2
12,3
14,8
14,4
Cəmi:
100,0
100,0
100,0
100,0
100,0
100,0
Bütövlükdə region ölkələrinin sənayesinin strukturunda əsas yeri ənənəvi
sənaye sahələri tutur. Yeyinti sənayesi həm istehsal olunan məhsuluna, həm də
müəssisələrində çalışanların sayına görə fərqlənir. Ət istehsalı, emalı və ixracı
regionda daha yaxşı inkişaf etmiş sənaye sahələrindən olub, Meksika, Argentina,
Brazihya, Uruqvay və Paraqvayda daha qabarıq şəkildədir. Hətta ət istehsalı və
ixracının həcminə görə Argentina Avstraliyadan sonra dünyada ikinci yeri tutur.
Region ölkələri müxtəlif növ içkilərin, tütün, süd və balıq məmulatlarının emalı və
ixracı üzrə dəməşhurlaşmaqdadırlar.
Latın Amerikasının bir çox ölkələrinin sənayesində dağ-mədən sənayesi
xüsusilə fərqlənir. Burada son illər daha sürətlə inkişaf edən sahə neft hasilatıdır.
Meksika, Venesuela, Argentina, Ekvador, Kolumbiya xüsusilə fərqlənirlər. Son
illər Braziliyda da neft sənayesi yeni yataqlar hesabına genişlənməkdədir. Peru və
Çilidə dağ-mədən sənayesinin əsasını mis sənayesi təşkil edir və beynəlxalq
iqtisadi əlaqələrində mühüm rol oynayır.
Ümumi daxili məhsul istehsalında kənd təsərrüfatı istehsalının xüsusi çəkisi
getdikcə azalsa da, bütövlükdə, region ölkələrinin əksəriyyətinin iqtisadi
həyatında hələ ki, əsas yerlərdən birini tutmaqdadır.
Bir çox ölkələrin ixrac məhsulları içərisində hələ da banan, qəhvə, pambıq,
şəkər qamışı, buğda, ət va sitrus meyvələri üstünlük təşkil edir. Argentinadan
9
savayı, bir çox region ölkələri əsas ərzaq məhsullarının idxalına olduqca çoxlu
miqdarda kapital sərf edirlər.
Maraqlı cəhəti odur ki, regionda kənd təsərrüfatı iri latifundiyalara əsaslanır,
onlar da dünya bazarına istiqamətlənmişdir. Torpaqların çox hissəsi xarici
şirkətlərin əlindədir. Latifundiya sahibləri ucuz işçi qüvvəsinə, texnikiya nisbətən
daha çox üstünlük verir. Kiçik torpaq sahibləri isə qiymətli texnikadan, kübrə va
elmin nailiyyətlərindən istifadə edə bilmir. Düzdür bu heç də əksər ölkələr üçün
xarakterik deyildir. Belə ki son on ildə bir çox ölkələrdə kapitalist istehsal
münasibətləri inkişaf etdirilməyə, texnika, kübrə və müasir aqrar
münasibətlərindən səmərəli istifadə edilməyə başlanmışdır. Permer tipini
xatırladan belə təsərrüfatlar artıq Meksika, Argentina, Braziliya, Çili və
Venesuelada özünü göstərməyə başlamışdır. Onlarda da əmtəəlik məhsul xarici
bazarlara istiqamətlənməkdədir.
Latın Amerikasında balıqçılıq son 15-20 ildə sürətlə inkişaf etməyə
başlamışdır. Sahilyanı ərazilərdə balıq ovu və emalı çox da iri olmayan gəmilərlə
həyata keçirilir. Meksika, Çili, Peru və Braziliyada nisbətən ən yaxşı inkişaf
etmişdir və ixrac istiqamətlidir.
Braziliya, Çili, Argentina və bəzi region ölkələrinin iqtisadiyyatında meşə
təsərrüfatının rolu az deyildir tikinti, mebel, kağız istehsalı ilə yanaşı, kauçuk, şirə
və
S
.
istehsalında da xüsusi əhəmiyyətli ağac növləri vardır.
Latın Amerikası ölkələrinin iqtisadi həyatında beynəlxalq iqtisadi əlaqələrin
olduqca böyük əhəmiyyəti vardır. Uzun illər boyu müstəmləkə dövrü yaşayan,
xarici bazarda xammalla çıxış edən, dar ixtisasa malik olmuş, indi isə müstəqillik
şəraitində xarici kapitaldan asılı vəziyyətdə fəailyyət göstərən ölkələr getdikcə
daha fəal surətdə dünya təsərrüfatına inteqrasiya olunur. Hələ də region ölkələrinin
əksəriyyəti dünya bazarında bir-iki əmtəəlik kənd təsərrüfatı və ərzaq məhsulları
ilə çıxış edir. Ölkələrinin əksəriyyəti idxaldan, xüsusilə də yeni texnoloji avadanlıq
çatışmazlığından asılı vəziyyətdədir.
Bu regionda getdikcə xarici kapitaldan asılılığın artması, xarici borcların
iqtisadiyyata tam nəzarət etməsinə, mononoliyaların isə əksinə, varlanmasına
stimul yaradır.
Son illər sənayenin sürətlənməsi, meşələrin kütləvi şəkildə qırılmasına, dünya
bazarında xammala tələbatın artması dağ-mədən sənayesinin intensivləşməsinə,
nəticədə regionda ekosistemin pozulmasına səbəb olur. Yəqin ki, yaxın gələcəkdə
Latın Amerikası ölkələri ərazilərinin səhralaşmasına, əsrarəngiz və təkrarolunmaz
təbiətinə texnogen təsirin azaldılmasına nail olacaq, bəşəriyyətin oksigen bazasının
bərpəsı uğrunda birgə səyə nail olacaqlar.
Dostları ilə paylaş: |