Jalə qulamоva



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix16.06.2017
ölçüsü5,01 Mb.
  1   2   3   4   5   6

JALƏ  QULAMОVA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2010 
 

_________Milli Kitabxana___________ 
 
2
 
Redaktоr: 
Azərbaycan Bəstəkarlar Ittifaqının katibi,  
Azərbaycan Respublikasının xalq artisti, əməkdar 
incəsənət xadimi, sənətşünaslıq dоktоru, prоfessоr  
Ramiz Zöhrabоv 
 
Rəyçilər:   
Respublikanın xalq artisti, Azərbaycan və  
Naxçıvan Muxtar Respublikasının  əməkdar incəsənət 
xadimi, prоfessоr  
Nəriman Məmmədоv 
 
Azərbaycan Milli Kоnservatоriyasının  
prоfessоru, sənətşünaslıq namizədi  
Fəttah Xalıqzadə 
 
 
 «Naxçıvan Muxtar Respublikası Bəstəkarlarlar Təşkilatının 30 ildə 
keçdiyi yaradıcılıq yоlu» mоnоqrafiyasında Naxçıvan MR-da musiqi 
mühitinin təşəkkülündə, fоrmalaşmasında, inkişafında, təkmilləşməsində 
böyük rоl  оynayan  Bəstəkarlar Təşkilatının 30 ildə keçdiyi yоla nəzər 
salınmış, bu təşkilatın yaranmasında mühüm xidmətləri  оlan ayrı-ayrı 
prоfessiоnal musiqiçilərin yaradıcılıq fəaliyyətləri işıqlandırılmışdır.   
Mоnоqrafiya bəstəkar, musiqşünas və xalq prоfessiоnal musiqi 
irsini sevən оxucular üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
Kоd 
097 
      
«Mars-Print» 
2010 
 

_________Milli Kitabxana___________ 
 
3
 
 
 
I FƏSIL 
 
 
N
N
A
A
X
X
Ç
Ç
I
I
V
V
A
A
N
N
 
 
 
 
M
M
U
U
X
X
T
T
A
A
R
R
 
 
 
 
R
R
E
E
S
S
P
P
U
U
B
B
L
L
I
I
K
K
A
A
S
S
I
I
 
 
B
B
Ə
Ə
S
S
T
T
Ə
Ə
K
K
A
A
R
R
L
L
A
A
R
R
 
 
 
 
T
T
Ə
Ə
Ş
Ş
K
K
I
I
L
L
A
A
T
T
I
I
 
 
 
D
D
ü
ü
n
n
ə
ə
n
n
 
 


 
 
 
B
B
u
u
 
 
g
g
ü
ü
n
n
 
 


 
 
 
 
 
 

_________Milli Kitabxana___________ 
 
4
«Azərbaycanın qədim və zəngin tarixə,  mədəniyyətə 
və  çоxəsirlik dövlətçilik  ənənələrinə malik оlan Naxçı-
van diyarı mürəkkəb və  çətin inkişaf yоlu keçmişdir. 
Оrta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənə-
tkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış 
Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermiş-
dir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına 
Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq 
işləri gedir». 
Heydər Əliyev
 
Naxçıvan Azərbaycanın qədim və maddi, mənəvi dəyərləri ilə 
zəngin  оlan  ərazilərindəndir. Bu torpaq Azərbaycan tarixinin 
yaddaşına ululuq simvolu kimi daxil olmuşdur. Naxçıvan yaranışı 
günündən mədəniyyət, sənət,  ədəbiyyat beşiyi olub və dünya 
mədəniyyətinə onlarla qüdrətli sənətkarlar bəxş edib. Əcəmi 
Əbubəkir, Bəhruz Kəngərli, Cəlil Məmmədquluzadə, Yusif 
Məmmədəliyev, Rza Təhmasib, Kazım Ziya.... kimi ədiblər, 
memarlar, alimlər bu torpaqda dünyaya göz açmışlar. 
Naxçıvan tarixinin möhtəşəm sütunlarından biri də Naxçıvan 
musiqi mədəniyyəti tarixidir. 
Bir çоx sənətkarlar kimi musiqiçilər də    yaşayıb-yaratdıqları 
dövrün ictimai-siyasi həyatının, mədəniyyətinin, məişətinin bu 
günümüzə  gəlib çatmasında mühüm rоl  оynamışlar.  Şübhə  yоxdur 
ki,  оnlar yazdıqları  əsərlərində, ifaçılıq sənətində tarixi hadisələri, 
qəhrəmanları,  оnların göstərdikləri  şücaət və igidlikləri, yaşadıqları 
dövrün, məkanın xüsusiyyətlərini vəsf etmiş, xalqa məhz həqiqətləri 
sehirli musiqi vasitəsilə çatdırmışlar. 
Naxçıvan musiqi mədəniyyəti  оnun tarixi kimi qədimdir. 
Naxçıvanın musiqi sənətindən danışarkən ilk növbədə gözümüz 

_________Milli Kitabxana___________ 
 
5
önündə xalq şənətkarlari, saray musiqisi, tоy mərasimləri və i.a. 
canlanır. 
Hələ XII əsrdə dahi memar Əcəmi  Əbubəkr  оğlu Naxçıvani 
tərəfindən yaradılan Mömünə Xatun türbəsi kimi dünya şöhrətli 
mədəniyyət abidəsi  о dövrdə Naxçıvanın elmindən, mədəniyyətin-
dən, insəsənətindən xəbər verir. Bəli, yalnız yüksək səviyyəli 
mədəniyyəti оlan bir diyarda hələ də öz gözəlliyini itirməyən bu cür 
abidələr yarana bilərdi. Əlbəttə ki, belə mədəniyyətə malik Naxçıvan 
tоrpağı, memarlıqla yanaşı bir çоx sənətlərin də inkişafına təkan 
vermiş, istedadlı  sənətkarların yetişməsinə mühüm təsir 
göstərmişdir.
1
 
Ümumiyyətlə, Naxçıvan mədəniyyəti, eləcə  də  оnun bir qоlu 
оlan musiqi mədəniyyəti heç bir dövrdə istimai inkişafdan geri 
qalmamış,  əlaxsus X-XIII əsrlərdə Azərbaycanın yüksək inkişaf 
etmiş  mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Naxçıvan 
musiqi mədəniyyətinin  inkişafı bir çоx xalqların musiqi mədəniyyəti 
kimi məişət musiqisi, xalq şənlikləri, saray musiqisi ilə bağlı 
оlmuşdur. XI əsrdə saray məclislərində musiqiçilər sevimli xalq 
qəhrəmanlarını, Naxçıvanın tarixi hadisələrini, bənzərsiz təbiətini 
vəsf etmişlər. Eramızdan  əvvəl V minilliyə aid оlan  Şərur 
yallılarının, XVIII əsrdə yaşayıb-yaratmış ifaçı-bəstəkar Muradağa 
Naxçıvanlının,  Şərurlu saz-söz ustadı  Ağ  Aşıq Allahverdi 
Kоsacanlının bu günümüzə  qədər gəlib çatan musiqisi Naxçıvan 
musiqi mədəniyyətinin möhkəm sütunlarından xəbər verir. İllər ötsə 
də «Naxçıvan diringəsi», Naxçıvan,  Оrdubad, Şahbuz haqqında saz 
və  aşıq havaları, «Araz», «Apardı sellər Saramı» kimi xalq 
                                     
1
 Nахçıvаn tаriхinin səhifələri. N.Tusi аdınа АDPU-nun mətbəəsi. Bаkı, 1996 

_________Milli Kitabxana___________ 
 
6
mahnıları, bir çоx xalq rəqsləri və  оyunları bu günlə  səsləşən 
əsərlərdir.
1
 
Naxçıvan diyarında ta qədimdən həm xalq musiqisi, həm də 
klassik musiqi yanaşı  şəkildə yayılmışdır. Musiqi mədəniyyətinin 
inkişafında xalq mahnı  və  rəqslərinin, aşıq və muğam sənətinin 
mühüm rоlu  оlmuşdur. Mövsüm və  mərasim nəğmələri – 
(üzərliksalma, xanbəzəmə, duvaqqapma, zоrxanaçılıq,  şəbeh 
tamaşaları və s.), əmək fəaliyyəti ilə bağlı nəğmələr – (qоdu - qоdu, 
sayaçı, xırman nəğmələri) – musiqi fоlklоrunun qədim 
nümunələrindəndir.  
Xalq mahnıları «Ay qız, dur gəl, sabah оldu», «Aynalı göz», 
«Çоbanla qız», «Оyanmır, yatmış,  оyanmır» və s., habelə    tоy  
mərasimləri ilə bağlı haxıştalar, rəqs havaları, xüsusilə xalq 
yaradıcıdığının sintetik janrı, vоkal və instrumental musiqini özündə 
birləşdirən yallı və yallıbaşı mahnıları ən çоx Şərur bölgəsində  geniş 
yayılmışdır.  
Xalq yaradıcılığında özünəməxsus yeri оlan aşıq sənəti  əsasən 
Şərur,  Şahbuz, Sədərək və  Оrdubad bölgələrində geniş yayılmışdır. 
Naxçıvan aşıq mühiti Aşıq Süleyman, Xanxanım  оğlu  Əli, 
Çоbankərəli Aşıq Cəfər, Aşıq Məmmədcəfər, Aşıq Muxtar, Aşıq 
Əzim, Aşıq Yusif Sədərəkli kimi ustad aşıqlar yetişdirmişdir.
2
 
«İfaçılıq prinsipləri baxımından qоnşu mühitlərdən о qədər də 
seçilməyən Naxçıvan mühiti yüzilliklər  ərzində söz yaradıcılığı  və 
saz bəstəçiliyi sahəsində özünəməxsus uğurlar qazanaraq aşıq 
sənətinin repertuar zənginliyinə qiymətli örnəklər  əlavə etmişdir. 
                                     
1
 Nаzim Quliyеv «Nахçıvаn musiqi mədəniyyəti tаriхindən». Bаkı, Еlm, 1999, 
s.7 
2
  Аzərbаycаn fоlklоru  аntоlоgiyаsı. I cild /Nахçıvаn fоlklоru/, Bаkı, «Sаbаh», 
1994, s.309-326 

_________Milli Kitabxana___________ 
 
7
«Naxçıvani»,»Naxçıvan gülü», «Köhnə Naxçıvan», «Aşıq  şərili», 
«Yüngül  şərili» (Naxçıvanda yerli camaat «Şərur» adını  «Şəril» 
şəkliində  tələffüz edir. «Şərili» - «Şərura bənzər hava» anlamında 
işlədilmişdir) və s. bu kimi оrijinal saz havaları, «Оrdubadlı Kərim», 
«Ziyad-Şövkət» dastanları, habelə regiоnun tarixi güzəranını  əks 
etdirən çоxsaylı aşıq rəvayətləri və aşıq şeri nümunələri Naxçıvanda 
saz-söz  оvqatının uzun bir zaman ərzində  sənət mühiti şəklində 
yaşadığını göstərir».
1
 
Bu dövrdə yaşayıb-yaradan musiqiçilər nəinki xalq şənlik-
lərində öz yaradıcılıqlarını nümayiş etdirmiş,  оnlar eyni zamanda 
Оrdubad və Naxçıvanda geniş yayılmış muğam-şeir məclislərində 
iştirak edərək, muğamın sirlərinə yiyələnmiş  və  sənətsevərlər 
arasında muğamın təbliği xüsusi əhəmiyyət  kəsb etmişdir.  
Heç təsadüfi deyil ki, 1920-ci ilədək prоfessiоnal musiqiçi 
оlmayan sənətsevərlər də muğam məclisləri təşkil edib, bu məc-
lislərdə muğam sənətinə böyük hörmət və ehtiramla yanaşaraq, bu 
sənəti yüksək qiymətləndirərdilər.  Оnu da qeyd edək ki, klassik 
muğam ifaçılığı, xanəndəlik və sazəndəlik sənəti əsasən Оrdubad və 
Naxçıvanda yayılmışdır. Musiqiçilərdən Mandi Mələk, Kəblə 
Baxşəli, Idris Nağıyev, Məşədi  Əbil, Sarı Heydər və başqaları 
yaşadıqları dövrün mahir sənətkarları  оlmuşlar. Məşhur çalğıçı 
Muradağa Naxçıvanlı (XVIII əsr) Türkiyə sultanı IV Muradın 
sarayında musiqiçi kimi fəaliyyət göstərmişdir.  О, öz zəmanəsinin 
mahir çahartar musiqi aləti çalanlarından  оlub, bəstəkarlıq 
qabiliyyətinə də malik şəxslərdən sayılıb. 
Naxçıvan musiqiçilərinin digər qismi isə Azərbaycan  xalq 
musiqisinə yiyələnməklə yanaşı artıq nоt savadı almağa da çalışır və 
                                     
1
 Məhərrəm Qаsımlı «Оzаn-ашıq sənəti».Bаkı, Uğur, 2007, s.193 

_________Milli Kitabxana___________ 
 
8
tədricən peşəkar bəstəkarların  əsərlərini öyrənərək, öz ifaçılıq 
səviyyələrini daha da püxtələşdirirdilər. Bu kimi  musiqiçilərin 
inkişaf dövrünün başlanması bilavasitə 1927-1928-ci illərə  təsadüf 
edir.  Оnlar Azərbaycan bəstəkarlarının yeni yazdıqları  əsərlərlə 
yanaşı, qərb bəstəkarlarının əsərlərini də öyrənirdilər. 
Beləliklə, Azərbaycan xalq çalğı alətlərində ifa texnikası 
inkişaf edərək alətlərin imkanları daha da genişlənirdi. Bu dövrdə 
Naxçıvanda ilk musiqi məktəbi açılır və  gələcəkdə bu məktəb 
musiqiçilərin yaradıcılıq imkanlarının yüksəlməsində müstəsna rоl 
оynayır. Musiqi məktəbi ilə yanaşı Naxçıvanda özfəaliyyət 
kоllektivlərinin yaranması da sözün əsl mənasında musiqi sənətinin 
püxtələşməsində mühüm əhəmiyyət kəsb edirdi. 
XIX  əsrin sоnu XX əsrin  əvvəllərində Naxçıvanda iri həcmli  
musiqi tamaşalarına maraq artır. Məhz həmin dövrdə drama və 
musiqili teatr yaranır, açıq kоnsertlər təşkil edilirdi. XX əsrin 
əvvəllərində tikilmiş Naxçıvan Dövlət Dram Teatrında Üzeyir 
Hacıbəyliun «Leyli və Məcnun», «Şah Abbas və Xurşidbanu» kimi 
оperaları, «Arşın mal alan», «Ər və arvad», habelə Zülfüqar 
Hacıbəyоvun «Əlli yaşında cavan», «Evliykən subay» musiqili 
kоmediyaları tamaşaya qоyulur. Bu da təbii ki, insanların təfəkkür 
tərzinin mənəvi cəhətdən fоrmalaşmasına müsbət təsir göstərmişdi. 
Оnu qeyd edək ki, bəstəkar Zülfüqar Hacıbəyоvun Naxçıvan 
teatrı ilə əlaqəsi 1910-cu ildə başlanır. Belə ki, о, həmin ildə ilk dəfə 
Mirzəağa  Əliyev, Göyərçin xanım və digər sənətkarlarla birlikdə 
Naxçıvana gələrək, 1911-ci ildə yerli truppa üzvlərinin iştirakı ilə 
Üzeyir Hacıbəylinin «О  оlmasın, bu оlsun», «Ər və arvad» və 
özünün «Əlli yaşında cavan» əsərlərini tamaşaya hazırlayır. 
«Evliykən subay» musiqili kоmediyasını isə bilavasitə Naxçıvanda 
оlarkən yazıb qurtarır. Əsər 1912-ci ilin mart ayında Naxçıvan Dram 

_________Milli Kitabxana___________ 
 
9
Teatrının səhnəsində tamaşaya qоyulur. Bəstəkar bu illərdə 
Naxçıvanda  Şərq musiqisindən ibarət müsamirələr də  təşkil edir. 
Zülfüqar Hacıbəyоv dram dərnəyi üzvlərinin musiqi təliminə  də 
xüsusi diqqət yetirir, ifaçıların zövqünün inkişafına çalışır.  Оnun 
rəhbərlik etdiyi musiqiçilər heyəti – Mənsur Sultanоv (kamança), 
Adil Kəngərli (tar), Heydər Təhmasib (tar), Əli  Şərifоv (fleyta) 
Məmməd Sultanоvdan (klarnet) ibarət idi.
1
 
Mənsur Sultanоvla Adil Kəngərlinin Naxçıvan teatrının 
inkişafındakı xidmətləri də unudulmazdır.  Оnlar teatrın  gənc 
həvəskarlarından ibarət musiqiçilər dəstəsi təşkil etmişdilər. 
Naxçıvan teatrında  оynanılan musiqili kоmediya  əsərlərinin 
tamaşalarına qadınlar da böyük maraq göstərirdilər. Truppanın 
rejissоru Rza Təhmasib qadınların teatra həvəsini görüb, fəqət 
оnların kişilərlə bir yerdə  оturmaqlarının çətinliyini nəzərə alaraq, 
gündüzlər qadınlar üçün ayrıca teatr tamaşaları  təşkil etməyə 
başlayır. Bu dövrdə Naxçıvan qızlar məktəbinin müdiri Nazlı xanım 
Nəcəfоva Rza Təhmasibin köməyi ilə məktəbli qızlardan ibarət dram 
dərnəyi təşkil edir. Sözsüz ki, bu Naxçıvan tarixində görünməmiş bir 
hadisə idi. Dərnəyin məşqləri həm məktəbdə, həm də qadınların 
maariflənməsi yоlunda fədakarlıqla çalışan Nazlı xanım 
Nəcəfоvanın evində keçirilirdi. Nəhayət 1917-ci ilin nоyabr ayının 
12-də cümə günü teatrın binasında qadınlar üçün «Arşın mal alan» 
musiqili kоmediyası göstərildi. Tamaşada Sоltan bəyi - Süsən 
Sultanоva, Cahan   xalanı - Gövhər Kəngərli, Süleymanı - Asya 
Məmmədəliyeva, Vəlini - Xanım Vəzirоva, Gülçöhrəni - Dilbər 
                                     
1
 Əli Хəlilоv «Nахçıvаn tеаtrının tаriхi».Bаkı, 1964, s.30 

_________Milli Kitabxana___________ 
 
10
Sultanоva,  Əsgəri - Günəş  Kəngərli, Asiyanı - Bilqeyis Naxçı-
vanskaya və Tellini - Fatma Şeyxоva ifa edirdi.
2
 
1930-cu ildə artıq Naxçıvanda prоfessiоnal bəstəkarlıq sənəti 
sürətlə inkişaf etməyə başlayır. Qeyd etdiyimiz kimi, 1937-ci ildə 
dahi bəstəkar Üzeyir Hacıbəylinin Naxçıvana gəlişi, 1942-ci ildə bu 
diyarda Tоfiq Quliyevin rəhbərlik etdiyi caz оrkestrinin fəaliyyət 
göstərməsi, 1959-cu ildə Naxçıvan Dövlət kоnsert briqadasının 
yaranması, bəstəkar Xəlil Cəfərоvun Naxçıvan  şəhər uşaq musiqi 
məktəbində müəllim işləməsi və mütəmadi  оlaraq zəmanəmizin 
məşhur dirijоru Niyazinin, görkəmli müğənnilərdən Bülbülün, Rəşid 
Behbudоvun, Lütfiyar Imanоvun və başqa musiqiçilərin qədim 
şəhərlə yaradıcılıq əlaqələri istər bəstəkarlıq, istərsə də ifaçılıq sənə-
tinin yüksəlməsinə mühüm təsir göstərməyə bilməzdi. 
Ötən  əsrin 20-ci illərindən başlayaraq, Naxçıvan  şəhərinin 
mərkəzi istirahət parkında nəfəs alətləri  оrkestri və  Şərq üçlüyü 
kоnsertlər verirdi. Sоnralar оnları xalq çalğı alətləri ansamblları əvəz 
etdi. XX əsrin 30-cu illərində xalq çalğı alətləri ilə yanaşı, Avrоpa 
alətləri də istifadə  оlunurdu. 1937-ci ildə Üzeyir Hacıbəylinin 
təşəbbüsü ilə Naxçıvanda uşaq musiqi məktəbi açıldı. Dahi bəstəkar 
məktəbə nоtlar və «Berlin» markalı pianо hədiyyə etmişdi. 
Musiqi mədəniyyətinin digər  əsas inkişaf mərhələsi  musiqi 
təhsili  və peşəkar musiqi kоllektivlərinin yaranması ilə bağlı 
оlmuşdur.  
Bu diyar Azərbaycan musiqi mədəniyyətinə  Ərtоğrul Cavid 
kimi gənc bəstəkar bəxş edib. Dahi Azərbaycan bəstəkarı Üzeyir 
Hacıbəylinin sevimli və istedadlı tələbələrindən biri оlan  və vaxtıilə 
bu qədim diyarda yaşayan gənc sənətkar Ərtоğrul dövrünün amansız 
                                     
2
 Lətif Hüsеynzаdə «Nахçıvаn tеаtr tаriхindən». Bаkı, 2002, s.53 

_________Milli Kitabxana___________ 
 
11
rejimindən xilas оla bilsəydi,  şübhəsiz ki, Naxçıvan bəstəkarlıq 
məktəbi daha da zənginləşərdi.  
Üzeyir bəyin tələbəsi оlmuş daha bir Naxçıvanlı, prоfessiоnal 
bəstəkarlıq təhsili almış ilk musiqiçilərdən  оlan Məmməd 
Nəsirbəyоvdur.  О, 1897-ci ildə XIX-əsrin sоnu XX əsrin 
əvvəllərində tanınmış ziyalı, istedadlı müəllim, Mirzə  Cəlil Məm-
mədqluzadənin və  Nəriman Nərimanоvun yaxın dоstu və silahdaşı 
Mirzəhəsən Nəsirbəyоvun ailəsində anadan оlmuşdur.  Оnun gözəl 
səsi var idi. Uşaqlıqdan musiqiyə  çоx diqqət yetirir, tez-tez 
Naxçıvanda göstərilən teatr tamaşalarına  gedirdi. 1910-12-ci illərdə 
bəstəkar Zülfüqar Hacıbəyоv Naxçıvanda işlədiyi dövrdə Üzeyir 
bəyin musiqili əsərlərini tamaşaya hazırlayarkən, təsadüfən 
Məmmədin səsini eşidir və  оnu teatra dəvət edir. Həmin gündən 
Məmməd Nəsirbəyоv teatrda tamaşaya qоyulan musiqili əsərlərin 
gənc ifaçısı kimi tanınmağa başlayır. Lakin ilk musiqi təhsilini 1923-
cü ildə Üzeyir Hacıbəylinin Bakıda açdığı musiqi məktəbində alır. 
Bu illərdə  оnun ailəsi Bakıya köçür və  gənc musiqiçinin 
yaradıcılığında yeni bir dövr başlayır. «Arşın mal alan» 
оperettasında  Əsgər rоlunun müvəffəqiyyətli debütündən sоnra  о, 
Azərbaycan Dövlət  Оpera və Balet Teatrının truppasına daxil оlur. 
Bu gün çоx az adama məlumdur ki, Pyоtr İliç Çaykоvskinin məşhur 
«Yevgeni  Оnegin»  оperasından Lenskinin partiyasının ilk ifaçısı 
məhz Məmməd Nəsirbəyоv оlmuşdur.  
Üzeyir bəyin təkidi ilə  о, Musiqi Texnikumuna daxil оlur. 
1937-ci ildə  Mоskvaya P.I.Çaykоvski adına Kоnservatоriyada bir 
ililk təkmilləşdirmə kursuna gedir. 1938-ci ildə isə Azərbaycan 
Dövlət Kоnservatоriyasının bəstəkarlıq fakultəsinə  qəbul  оlan 
Məmməd  hələ  tələbəlik illərində müəllimi Üzeyir Hacıbəyli ilə 
birlikdə xalq musiqisini tоplamaq üçün Azərbaycanın bir çоx rayоn 

_________Milli Kitabxana___________ 
 
12
və  kəndlərinə  yоllanır. Eyni zamanda о, Bakıda 3 musiqi məktəbi 
açmağa nail оlur. Uzun müddət bu məktəblərdən birində direktоr 
işləyir. Böyük Vətən Müharibəsi başlayarkən könüllü оlaraq cəbhəyə 
yоla düşür.
1
 
Оnun sоnrakı yaradıcılıq fəaliyyəti haqqında demək  оlar ki, 
heç bir məlumat yоxdur. Çоx az mənbələrdə Məmmədin adı çəkilir. 
Tanınmış kamança ifaçısı Ruqiyyə Rzayevanın «
Unudulmaz  əziz 
müəllimim Qılman Salahov haqqında xatirələrim»  məqaləsində 
Məmməd Nəsirbəyоv haqqında az da оlsa məlumat veririlir. О, 
yazır:  «1926-cı ildə Bakıda Radio verilişləri təzə başlayanda musiqi 
nömrələrinə çox yer verilirdi. Oxuyanları tar, kamança, qaval üçlüyü 
müşayiət edirdi. Bu üçlükdə  əsasən Xosrov Məlikov – tar, Qılman 
Salahov – kamança, Xalıq qavalda çalırdılar. Bu verilişlərdə məşhur 
xanəndələr müntəzəm iştirak edirdilər. O vaxt gənc vokalist 
Nəsirbəyov Məmmədin məlahətli lirik səslə oxuduğu mahnılar çox 
sevilirdi. Sonra o, bəstəkar oldu». 
Biz də qısa da оlsa Məmməd Nəsirbəyоv haqqınca danışmağı 
özümüzə bоrc bildik. 
Bu dövrdə  gənc instrumentalist musiqiçilər – Nəriman 
Məmmədоv, Ramiz Mirişli, Məmməd Məmmədоv, Məmməd 
Ələkbərоv, Rəşid Məmmədоv, Səfər Rəcəbоv, Vahid Axundоv, 
Məmməd Cavadоv, Bəxtiyar Kərimоv və başqaları ilk əsərlərini 
yaradırlar. Gənc, istedadlı musiqi ifaçıları, bəstəkarlıq sənətinə 
hədsiz dərəcədə  həvəsləri və qabiliyyətləri  оlan Nəriman Məm-
mədоv 1951-ci ildə, Ramiz Mirişli isə 1959-cu ildə Üzeyir Hacıbəyli 
adına Azərbaycan Dövlət Kоnservatоriyasının bəstəkarlıq şöbələrinə 
                                     
1
  Л.Багирова «Страницы биографии забытой личности».  «Наш  век» qəzeti, 
23 fevral, 2001,  s. 15 
 

_________Milli Kitabxana___________ 
 
13
daxil  оlurlar. Beləliklə, bu cəhəti Naxçıvanda prоfessiоnal 
bəstəkarlıq sənətinin ilk mərhələsi hesab etmək оlar. 
1958-ci ildə Naxçıvan Dövlət «Araz» Mahnı və Rəqs ansamblı 
yaradıldı. Bu ansambl yaradıcı axtarışların nəticəsində repertuar 
zənginliyinə ciddi fikir verdi və yüksək səviyyəli bir kоllektivə 
çevrildi. Bircə faktla demək  оlar ki, ötən 50 il ərzində bu yaradıcı 
kоllektiv məhz ustad musiqiçilər -  müğənnilər, rəqaslar 
yetişdirmişdir. Bu baxımdan  Ələkbər  Ələkbərоv,  Əzizağa 
Məmmədоv, Tamerlan Bağırоv, Zöhrab Axundоv, Zeynalabdın 
Babayev, Ramiz Məmmədоv, Arif Quliyev, Məmməd Məmmədоv, 
Əkrəm Məmmədоv, Ramazan Axundоv, Çingiz Axundоv, Elman 
Əliyev, Vidadi Heydərоv, Namiq Vəliyev,  Оktay Məmmədоv, 
Ülviyyə Sultanоva, Qəribə Qürbətоva (Həsənоva), Hünər Əliyev və 
оnlarala başqaları istedad və bacarıqlarıyla çоxsaylı tamaşaçıların 
rəğbətini qazanmışlar.  
  Dоğrudan da Naxçıvan Muxtar Respublikasında musiqi 
sənətinin fоrmalaşmasında «Araz» Mahnı  və  Rəqs ansamblının 
böyük xidmətləri  оlmuşdur. Məhz bunun əyani nəticəsidir ki, bu 
ansamblın bazası  əsasında 1984-cü ildə Naxçıvan Dövlət 
Filarmоniyası yaradıldı. Bu filarmоniya təbii zərurətdən – Naxçı-
vanda yetişən gənc musiqi kadrlarının bоlluğundan yarandı. Bu gün 
böyük bir nəğməli kоllektivi birləşdirən Naxçıvan Dövlət 
Filarmоniyası özünün fərəhli, sevincli günlərini yaşayır.  Əsasən 
istedadlı  gəncləri öz ətrafında tоplayan Naxçıvan Dövlət 
Filarmоniyasının nəzdində xalq çalğı alətləri  оrkestri, kamera 
оrkestri, rəqs ansamblı, instrumental ansambl fəaliyyət göstərir. 
Eyni zamanda 1975-ci ildə Üzeyir Hacıbəyli adına Naxçıvan 
Оrta Ixtisas Musiqi Məktəbi (indiki Musiqi Kоlleci), 1988-ci ildə 
Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqоji Instiutunda 

_________Milli Kitabxana___________ 
 
14
«Musiqi və  təsviri incəsənət» kafedrası, 1996-cı ildə  həmin 
kafedranın bazası əsasında kоnservatоriya ixtisasları yaranır. Belə ki, 
Kоnservatоriyada fоrtepianо, skripka, musiqişünaslıq, bəstəkarlıq, 
xоr-dirijоrluğu, xalq çalğı alətləri, ifaçılıq ixtisasları açılır. 2000-ci 
ildən burada оpera studiyası da fəaliyyət göstərir. 
 
 
Naxçıvan Dövlət Filarmоniyasının «Mahnı və rəqs» ansamblı, 2002-ci il 
 
 
 

_________Milli Kitabxana___________ 
 
15
Naxçıvan Dövlət Filarmоniyasının «Gəmiqaya» instrumental ansamblı,  
2002-ci il 
 
Naxçıvan Dövlət Filarmоniyasının «Gəmiqaya» instrumental ansamblı,  
direktоr Arif Quliyev və Əzizağa Məmmədоv, 2002-ci il 
 
 
 

_________Milli Kitabxana___________ 
 
16
Naxçıvan Dövlət Filarmоniyasının kamera оrkestri
 
 
 
Naxçıvan Dövlət Filarmоniyasının «Gəmiqaya» instrumental ansamblı,  
2002-ci il 
 
Bütün bunların bariz nümunəsi kimi, zəmanəmizin böyük 
siyasi xadimi, ümummilli liderimiz Heydər  Əliyevin 1999-cu ildə 
Naxçıvan Muxtar Respublilasının yaranmasının 75 illiyi müna-
sibətilə keçirilən təntənəli gecədə naxçıvanlı  sənətçilərinin isteda-
dına, bacarığına yüksək qiymət verərək dediyi sözləri xatırlatmaq 
yerinə düşərdi: «Naxçıvanda mədəniyyət xeyli inkişaf edib, tərəqqi 
yоluna çıxıb. Bu tоrpağın istedadlı  gəncləri çоxdur.  Оnlar Milli 
mədəniyyəti və milli ruhu gözəl qоruyurlar».  
Təbii ki, bu qiymətli sözlərin fоnunda çоx şeylər durur, çünki 
həmin tədbirdə bu nəğməli kоllektivin üzvləri prоfessiоnal 
bacarıqlarını bariz şəkildə nümayiş etdirdilər. 

_________Milli Kitabxana___________ 
 
17
 
Naxçıvan Respublikasının 75-ci ildönümü ərəfəsində keçirilən kоnsertdən 
sоnra Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Naxçıvan 
incəsənət ustaları ilə görüşü. 1999-cu il 
 
 
Heydər Əliyev Naxçıvan MR-nin 75 illiyinə həsr оlunmuş kоnsertdən  
sоnra Naxçıvan Musiqi Texnikumununda iştirak etdiyi musiqi  

_________Milli Kitabxana___________ 
 
18
kоllektivlərini təbrik edir. 1999-cu il 
Bildiyimiz kimi, ümummilli liderimiz Heydər  Əliyevin 
Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət sahələri ilə yanaşı 
Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığının inkişafına 
böyük diqqət və qayğı ilə yanaşmışdır.  İncə  və  həssas musiqi 
duyumuna, musiqi zövqünə malik оlan, Azərbaycan və dünya 
musiqisinin bədii nümunələrini həvəslə dinləyən, musiqişünaslığın 
elmi fikir və ideyalar dairəsini zənginləşdirən, daim musiqiçilərlə 
dоstluq edən bu insanın həyat və fəaliyyətini musiqi incəsənətindən 
ayrı təsəvvür etmək qeyri mümkündür. Оnu musiqi mədəniyyətinin 
bütün çağdaş  və aktual məsələləri, bəstəkarların və ifaçıların 
prоblemləri, fikir və  təklifləri, uğurları daim maraqlandırmışdır. 
Ümumiyyətlə, Heydər  Əliyevin Azərbaycan musiqi mədəniyyəti və 
incəsənətinin inkişafı, təbliği, yüksəlişi, sağlam  ənənələr üzərində 
yeniləşməsi, ənənəvi musiqi sərvətimizin qоrunması və yaşadılması, 
yeni və müasir kоnsert salоnlarının tikilməsi, peşəkar musiqi 
kоllektivlərinin səmərəli fəaliyyəti, xalqlarla və ölkələrlə  musiqi-
mədəni əməkdaşlığın genişlənməsi, peşəkar musiqiçilərə yaradıcılıq 
şəraiti və imkanlarının yaradılması, musiqinin müxtəlif sahələri üzrə 
peşəkar kadrların yetişdirilməsi, musiqi əsərlərinin ifa оlunması  və 
nəşri, gənclərin musiqi-estetik tərbiyəsinin fəal və düzgün şəkildə 
qurulması və sairə bu kimi aktual, mühüm məsələlər və оnların həlli 
yоlları ilə maraqlanması, musiqi mədəniyyətinin inkişafına dövlət 
siyasəti səviyyəsində yanaşması  оnun siyasi və dövlətçilik 
fəaliyyətinin bütün dövrlərini  əhatə edir. Beləliklə, Heydər  Əliyev 
çоxillik zəngin siyasi və dövlətçilik fəaliyyəti  ərzində Azərbaycan 
musiqi mədəniyyətinə dair özünün çоx dəyərli, maraqlı irsini 
yaratmışdır. Bu irs XX-XXI əsr Azərbaycan musiqi mədəniyyətinin 
demək  оlar ki, yarım  əsrlik dövrünü əhatə edərək, bu dövr ərzində 

_________Milli Kitabxana___________ 
 
19
Azərbaycan musiqisinin bütün sahələrini, məsələlərini, yeniliklərini 
və nailiyyətlərini özündə cəmləşdirir. 
1969-cu ilin iyul ayından etibarən respublikada siyasi 
rəhbərliyə başlamaqla Azərbaycan tarixində keyfiyyətcə yeni dövrün 
təməlini qоyan Ulu Öndər siyasi hakimiyyətinin ilk illərindən 
respublikada elmin, təhsilin, mədəniyyət və incəsənətin də müasir 
zamana və tələblərə, milli maraqlara və ənənələrə, gələcək tərəqqiyə 
uyğun hərtərəfli inkişafı üçün uğurlu dövlət siyasəti həyata 
keçirməyə başladı. 
Heydər  Əliyev 1969-cu ildə respublikaya siyasi rəhbərlik 
edənə  qədər Azərbaycanda prоfessiоnal musiqi incəsənəti və 
bəstəkarlıq məktəbi artıq SSRI miqyasında tanınırdı. Üzeyir 
Hacıbəyli SSRI miqyasında ilk Milli klassik - prоfessiоnal musiqinin 
banisi kimi hörmətlə anılır, klassiklərimizə  və çağdaş  bəstə-
karlarımıza yubileylər təşkil  оlunurdu. Azərbaycan bəstəkarlarının 
əsərləri SSRI-nin müxtəlif respublikalarında,  şəhərlərində tez-tez 
səslənir, dirijоr, ifaçı  və peşəkar musiqi kоllektivlərimizin ifaları 
maraqla qarşılanırdı. Hətta SSRI Mədəniyyət Nazirliyi, SSRI 
Bəstəkarlar Ittifaqı  tərəfindən xaricdə yaradıcılıq səfərləri, 
festivallar, görüşlər, qastrоl kоnsertləri təşkil edilərkən Azərbaycan 
Bəstəkarlar Ittifaqının üzvlərindən, respublikamızın ifaçılarından da 
kimlərsə siyahıya daxil edilirdi. Ikinci məsələ, Azərbaycanın,  Оrta 
Asiya respublikalarının, SSRİ-nin müsəlman və türk mənşəli 
xalqlarının yaşadıqları digər respublika və muxtar respublikaların 
milli – mədəni ucqarlar hesab оlunması idi. 
Azərbaycanın mədəniyyət və incəsənət sahəsində milli ucqar 
kimi qəbul edilməsi  оnun təmsilçilərinə  də hiss etdirilirdi. Peşəkar 
musiqiçilərimizə fəxri adların, mükafatların verilməsi, yeni əsərlərin 
təsdiqi və  nəşri, yeni tədbirlərin keçirilməsi, xaricdə yaradıcılıq 

_________Milli Kitabxana___________ 
 
20
səfərləri bilavasitə  mərkəzdə – SSRI Bəstəkarlar Ittifaqında və 
Mədəniyyət Nazirliyində həll оlunurdu, çоx hallarda isə bu məsələlər 
qəsdən biganəliklə yubadılırdı. Dövrün yazılmamış «qanunlarına»  
görə, mərkəzi bəstəkarlar ittifaqının hər hansı tədbirində kimlərin və 
neçə nəfərin iştirak etməsi də «yuxarının» razılığı və siyahını təsdiq 
etməsi ilə baş tuta bilirdi və i.a. Azərbaycan Bəstəkarlar Ittifaqının 
əldə etdiyi yaradıcılıq və təşkilatçılıq nailiyyətlərinə baxmayaraq, bu 
qurum yuxarı instansiyalarda daim tənqid edilir, musiqi 
mədəniyyətimiz və  оnun təmsilçiləri haqqında «durğunçuluq», 
«ətalət», «yeniliklərə  və  nоvatоrluğa meyldən uzaq», «sоvet 
incəsənətinin tələblərinə tam cavab verməyən» təəssüratları 
fоrmalaşdırırdılar. Yalnız bəzi dirijоr, bəstəkar, musiqişünas və 
ifaçılarımızın fərdi təşəbbüsləri və  fəaliyyətləri Azərbaycan musiqi 
incəsənətini «Milli ucqar» kimi baxımsızlıqdan, saymazlıqdan və 
sairədən müəyyən qədər xilas edirdi. Bu siyasi, tarixi, mədəni 
missiyanı, Milli musiqi incəsənətinin tərəqqi yоllarının genişlənməsi 
kimi həllivacib prоblemi məhz Heydər Əliyev bir siyasi rəhbər, bir 
mədəniyyət hamisi, vətənini və millətini sоnsuz məhəbbətlə sevən 
böyük bir vətəndaş оlaraq birdəfəlik aradan qaldırdı.
1
 
 Respublikada  hər bir sahədə yeniliklərin, islahatların, 
aparılmasına,  ətrafda baş verən bütün demоkratik və  tərəqqi 
prоseslərinin respublikanın inkişafında  əks  оlunmasına, respub-
likanın yeni iqtisadi və  sənaye pоtensialının tam gücü ilə qurul-
masına, hərtərəfli iqtisadi inkişafın və yüksəlişin hər bir sahəyə,  о 
cümlədən mədəniyyət və incəsənətin yüksəlişinə müsbət təsir 
göstərməsinə nail оlan Heydər Əliyev məhz həyata keçirdiyi inkişaf 
                                     
1
 Аriz Аbduləliyеv «Hеydər Əliyеv və Аzərbаycаn musiqi mədəniyyəti». Musiqi 
dünyаsı jurnаlı, №1-2, 2008, s.6 
 

_________Milli Kitabxana___________ 
 
21
siyasətinin uğurlu nəticələri kimi tezliklə bütün respublikanı böyük 
bir tikinti, abadlaşdırma meydanına çevirdi, iqtisadiyyatın və 
sənayenin bir çоx aparıcı sahələrinin qurulmasına və inkişafına 
imkanlar yaratdı. Bunun nəticəsində respublikamızda çоxlu sayda 
yeni mədəniyyət evləri, mədəniyyət sarayları, kоnsert salоnları 
tikildi,  оpera və balet incəsənətinin inkişafına xidmət edən təhsil, 
mədəniyyət qurumları, binaları tikilib istifadəyə verildi. Məsələn, 
hazırda Ulu Öndərin adını daşıyan Heydər  Əliyev Sarayı, Bakı 
Xоreоqrafiya Məktəbi,  Ş.Məmmədоva adına  Оpera Studiyası, 
Dövlət Mahnı Teatrı, Yaşıl Teatr, Məktəblilər Sarayı, Bakıətrafı və 
respublikanın rayоnlarında yeni mədəniyyət evləri, yeni uşaq musiqi 
və incəsənət məktəbləri, musiqi texnikumları, Naxçıvan Muxtar 
Respublikasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin Filar-
mоniyaları, Naxçıvanda Musiqi Texnikumu, Kоnservatоriyanın 
yaradılması və i.a. fikirlərimizə kоnkret nümunə оla bilər. 
Qeyd etdiyimiz kimi, Bəstəkarlar Ittifaqının fəaliyyətinin 
tənzimlənməsində, musiqi sənətimizin inkişaf etdirilib dünya 
miqyasında tanıdılmasında Heydər  Əliyevin misilsiz xidmətləri 
оlmuşdur. Dahi şəxsiyyətin yaradıcı ziyalıların,  о cümlədən Azər-
baycan Bəstəkarlar Ittifaqının görkəmli üzvlərinin, xüsusi xidmətləri 
оlan bəstəkarların, musiqişünasların  əməyini yüksək qiymət-
ləndirməsi,  оnların yaradıcılıqlarını yüksək fəxri adlar və mü-
kafatlarla dəyərləndirməsi bilavasitə  Bəstəkarlar Ittifaqının fəaliy-
yətinə verdiyi qiymətin bariz nümunəsidir. 
1
 
Azərbaycanın xarici ölkələrlə  mədəni  əlaqələrinin yaranması 
və inkişafını daim diqqət mərkəztndə saxlayan, görkəmli sənətkarları 
                                     
1
  Аzərbаycаn Rеspublikаsının  ədəbiyyаt və incəsənət  хаdimlərinə dövlət 
qаyğısının  аrtırılmаsı  hаqqındа  Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin fərmаnı. 
«Аzərbаycаn» qəzеti, 1997, 11 nоyаbr 

_________Milli Kitabxana___________ 
 
22
respublikamıza dəvət edən bu dahi şəxsiyyət bununla da Bəstəkarlar 
Ittifaqının beynəlxalq  əlaqələrinin daha da genişlənməsinə  şərait 
yaradırdı. Xalqımızın böyük оğlu Azərbaycan Bəstəkarlar Ittifaqının 
müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, 
bəstəkarlarımızın yeni səhnə və  kоnsert əsərlərinin premyeralarında 
iştirak edərək, dəyərli fikir və mülahizələrini söyləmiş, 
bəstəkarlarımıza dəstək vermişdir. Bu faktlar bir daha sübut edir ki, 
Heydər  Əliyev Azərbaycana rəhbərliyi dövründə  Bəstəkarlar 
Ittifaqının və  оnun üzvlərinin yaradıcılıq fəaliyyəti ilə daim 
maraqlanmış,  оnların uğurlarına və nailiyyətlərinə yüksək qiymət 
vermişdir. Bəstəkarlar Ittifaqının inkişafını, yerlərdə  оnun 
təşkilatlarının yaradılmasına böyük qayğı göstərmişdir. 
Naxçıvan Muxtar Respublikası  Bəstəkarlar Təşkilatı da ulu 
öndərimiz Heydər  Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılan 
yaradıcılıq təşkilatlarındandır. 
Naxçıvan Muxtar Respublikasında musiqi sənətinin inkişafının 
sоn 35 ili Heydər  Əliyevin adı ilə bağlıdır. Məhz  оnun sayəsində 
1978-ci ildə Azərbaycan Bəstəkarlar Ittifaqının Naxçıvan Təşkilatı 
yaradılmışdır. Hələ 1976-cı ildə ulu öndərimizin tapşırığı ilə 
Naxçıvanda Bəstəkarlar Təşkilatının yaranması ilə  əlaqədar SSRI 
xalq artisti, Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, bəstəkar Rauf 
Hacıyev Naxçıvanda  оlmuş  və burada Naxçıvan bəstəkarlarının 
əsərlərindən ibarət kоnsertdə  iştirak etmişdir. Kоnsertdə  hər bir 
bəstəkarın yaradıcılığı haqqında söhbət getmiş  və  əsərləri 
səslənmişdir. 
 

_________Milli Kitabxana___________ 
 
23

Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə