Jalə qulamova



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix16.06.2017
ölçüsü1,99 Mb.
  1   2   3   4   5   6

                     JALƏ  QULAMOVA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2010 
 

 

 
Redaktor: 
Azərbaycan Bəstəkarlar İttifaqının katibi,  
Azərbaycan  Respublikasının  xalq  artisti,  əməkdar 
incəsənət xadimi, sənətşünaslıq doktoru, professor  
Ramiz Zöhrabov 
 
Rəyçilər:   
Respublikanın xalq artisti, Azərbaycan və  
Naxçıvan 
Muxtar 
Respublikasının 
əməkdar 
incəsənət xadimi, professor  
Nəriman Məmmədov 
 
Azərbaycan Milli Konservatoriyasının  
professoru, sənətşünaslıq namizədi  
Fəttah Xalıqzadə 
 
 
 «Naxçıvan  Muxtar  Respublikası  Bəstəkarlarlar  Təşkilatının 
30  ildə  keçdiyi  yaradıcılıq  yolu»  monoqrafiyasında  Naxçıvan  MR-
da  musiqi  mühitinin  təşəkkülündə,  formalaşmasında,  inkişafında, 
təkmilləşməsində  böyük  rol  oynayan    Bəstəkarlar  Təşkilatının  30 
ildə keçdiyi yola nəzər salınmış, bu təşkilatın yaranmasında mühüm 
xidmətləri  olan  ayrı-ayrı  professional  musiqiçilərin  yaradıcılıq 
fəaliyyətləri işıqlandırılmışdır.   
Monoqrafiya  bəstəkar,  musiqşünas  və  xalq  professional 
musiqi irsini sevən oxucular üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 

 

Kod 097 
 
 
 
 
 
«Mars-
Print» 2010 
 
 
 
 
I FƏSİL 
 
 
N
N
A
A
X
X
Ç
Ç
I
I
V
V
A
A
N
N
 
 
 
 
M
M
U
U
X
X
T
T
A
A
R
R
 
 
 
 
R
R
E
E
S
S
P
P
U
U
B
B
L
L
İ
İ
K
K
A
A
S
S
I
I
 
 
B
B
Ə
Ə
S
S
T
T
Ə
Ə
K
K
A
A
R
R
L
L
A
A
R
R
 
 
 
 
T
T
Ə
Ə
Ş
Ş
K
K
İ
İ
L
L
A
A
T
T
I
I
 
 
 
D
D
ü
ü
n
n
ə
ə
n
n
 
 


 
 
 
B
B
u
u
 
 
g
g
ü
ü
n
n
 
 


 
 
 
 
 
 

 

«Azərbaycanın  qədim  və  zəngin  tarixə,  
mədəniyyətə 
və 
çoxəsirlik 
dövlətçilik 
ənənələrinə  malik  olan  Naxçıvan  diyarı 
mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta 
əsrlərdə  Şərqin  iri  elm,  mədəniyyət,  ticarət  və 
sənətkarlıq  mərkəzlərindən  biri  kimi  şöhrət 
qazanmış  Naxçıvan  dünya  sivilizasiyasına 
dəyərli  töhfələr  vermişdir.  Naxçıvanlıların  öz 
fədakarlığı,  işgüzarlığı  hesabına  Naxçıvan 
yaşayır,  inkişaf  edir,  Naxçıvanda  quruculuq 
işləri gedir». 
Heydər Əliyev
 
Naxçıvan Azərbaycanın qədim və maddi, mənəvi dəyərləri ilə 
zəngin  olan  ərazilərindəndir.  Bu  torpaq  Azərbayjan  tarixinin 
yaddaşına  ululuq  simvolu  kimi  daxil  olmuşdur.  Naxçıvan  yaranışı 
günündən  mədəniyyət,  sənət,  ədəbiyyat  beşiyi  olub  və  dünya 
mədəniyyətinə  onlarla  qüdrətli  sənətkarlar  bəxş  edib.  Əjəmi 
Əbubəkir,  Bəhruz  Kəngərli,  Jəlil  Məmmədquluzadə,  Yusif 
Məmmədəliyev,  Rza  Təhmasib,  Kazım  Ziya....  kimi  ədiblər, 
memarlar, alimlər bu torpaqda dünyaya göz açmışlar. 
Naxçıvan  tarixinin  möhtəşəm  sütunlarından  biri  də  Naxçıvan 
musiqi mədəniyyəti tarixidir. 
Bir  çox  sənətkarlar  kimi  musiqiçilər  də    yaşayıb-yaratdıqları 
dövrün  ictimai-siyasi  həyatının,  mədəniyyətinin,  məişətinin  bu 
günümüzə  gəlib  çatmasında  mühüm  rol  oynamışlar.  Şübhə  yoxdur 
ki,  onlar  yazdıqları  əsərlərində,  ifaçılıq  sənətində  tarixi  hadisələri, 
qəhrəmanları,  onların  göstərdikləri  şücaət  və  igidlikləri,  yaşadıqları 
dövrün, məkanın xüsusiyyətlərini vəsf etmiş, xalqa məhz həqiqətləri 
sehirli musiqi vasitəsilə çatdırmışlar. 

 

Naxçıvan  musiqi  mədəniyyəti  onun  tarixi  kimi  qədimdir. 
Naxçıvanın  musiqi  sənətindən  danışarkən  ilk  növbədə  gözümüz 
önündə  xalq  şənətkarlari,  saray  musiqisi,  toy  mərasimləri  və  i.a. 
canlanır. 
Hələ  XII  əsrdə  dahi  memar  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani 
tərəfindən  yaradılan  Mömünə  Xatun  türbəsi  kimi  dünya  şöhrətli 
mədəniyyət  abidəsi  o  dövrdə  Naxçıvanın  elmindən,  mədəniyyətin-
dən,  insəsənətindən  xəbər  verir.  Bəli,  yalnız  yüksək  səviyyəli 
mədəniyyəti olan bir diyarda hələ də öz gözəlliyini itirməyən bu cür 
abidələr yarana bilərdi. Əlbəttə ki, belə mədəniyyətə malik Naxçıvan 
torpağı,  memarlıqla  yanaşı  bir  çox  sənətlərin  də  inkişafına  təkan 
vermiş,  istedadlı  sənətkarların 
yetişməsinə  mühüm  təsir 
göstərmişdir.
1
 
Ümumiyyətlə,  Naxçıvan  mədəniyyəti,  eləcə  də  onun  bir  qolu 
olan  musiqi  mədəniyyəti  heç  bir  dövrdə  istimai  inkişafdan  geri 
qalmamış,  əlaxsus  X-XIII  əsrlərdə  Azərbaycanın  yüksək  inkişaf 
etmiş  mədəniyyət  mərkəzlərindən  birinə  çevrilmişdir.  Naxçıvan 
musiqi mədəniyyətinin  inkişafı bir çox xalqların musiqi mədəniyyəti 
kimi  məişət  musiqisi,  xalq  şənlikləri,  saray  musiqisi  ilə  bağlı 
olmuşdur.  XI  əsrdə  saray  məclislərində  musiqiçilər  sevimli  xalq 
qəhrəmanlarını,  Naxçıvanın  tarixi  hadisələrini,  bənzərsiz  təbiətini 
vəsf  etmişlər.  Eramızdan  əvvəl  V  minilliyə  aid  olan  Şərur 
yallılarının,  XVIII  əsrdə  yaşayıb-yaratmış  ifaçı-bəstəkar  Muradağa 
Naxçıvanlının,  Şərurlu  saz-söz  ustadı  Ağ  Aşıq  Allahverdi 
Kosacanlının  bu  günümüzə  qədər  gəlib  çatan  musiqisi  Naxçıvan 
musiqi mədəniyyətinin möhkəm sütunlarından xəbər verir. İllər ötsə 
də  «Naxçıvan diringəsi», Naxçıvan, Ordubad, Şahbuz haqqında saz 
və  aşıq  havaları,  «Araz»,  «Apardı  sellər  Saramı»  kimi  xalq 
                                      
1
 Naxçıvan tarixinin səhifələri. N.Tusi adına ADPU-nun mətbəəsi. Bakı, 1996 

 

mahnıları,  bir  çox  xalq  rəqsləri  və  oyunları  bu  günlə  səsləşən 
əsərlərdir.
1
 
Naxçıvan  diyarında  ta  qədimdən  həm  xalq  musiqisi,  həm  də 
klassik  musiqi  yanaşı  şəkildə  yayılmışdır.  Musiqi  mədəniyyətinin 
inkişafında  xalq  mahnı  və  rəqslərinin,  aşıq  və  muğam  sənətinin 
mühüm  rolu  olmuşdur.  Mövsüm  və  mərasim  nəğmələri  – 
(üzərliksalma,  xanbəzəmə,  duvaqqapma,  zorxanaçılıq,  şəbeh 
tamaşaları və s.), əmək fəaliyyəti ilə bağlı nəğmələr – (qodu - qodu, 
sayaçı,  xırman  nəğmələri)  –  musiqi  folklorunun  qədim 
nümunələrindəndir.  
Xalq  mahnıları  «Ay  qız,  dur  gəl,  sabah  oldu»,  «Aynalı  göz», 
«Çobanla  qız»,  «Oyanmır,  yatmış,  oyanmır»  və  s.,  habelə    toy  
mərasimləri  ilə  bağlı  haxıştalar,  rəqs  havaları,  xüsusilə  xalq 
yaradıcıdığının sintetik janrı, vokal və instrumental musiqini özündə 
birləşdirən yallı və yallıbaşı mahnıları ən çox Şərur bölgəsində  geniş 
yayılmışdır.  
Xalq yaradıcılığında özünəməxsus yeri olan aşıq sənəti  əsasən 
Şərur,  Şahbuz,  Sədərək  və  Ordubad  bölgələrində  geniş  yayılmışdır. 
Naxçıvan  aşıq  mühiti  Aşıq  Süleyman,  Xanxanım  oğlu  Əli, 
Çobankərəli  Aşıq  Cəfər,  Aşıq  Məmmədcəfər,  Aşıq  Muxtar,  Aşıq 
Əzim, Aşıq Yusif Sədərəkli kimi ustad aşıqlar yetişdirmişdir.
2
 
«İfaçılıq prinsipləri baxımından qonşu mühitlərdən o qədər də 
seçilməyən  Naxçıvan  mühiti  yüzilliklər  ərzində  söz  yaradıcılığı  və 
saz  bəstəçiliyi  sahəsində  özünəməxsus  uğurlar  qazanaraq  aşıq 
sənətinin  repertuar  zənginliyinə  qiymətli  örnəklər  əlavə  etmişdir. 
«Naxçıvani»,»Naxçıvan  gülü»,  «Köhnə  Naxçıvan»,  «Aşıq  şərili», 
                                      
1
 Nazim Quliyev «Naxçıvan musiqi mədəniyyəti tarixindən». Bakı, Elm, 1999, 
s.7 
2
  Azərbayjan  folkloru  antologiyası.  I  jild  /Naxçıvan  folkloru/,  Bakı,  «Sabah», 
1994, s.309-326 

 

«Yüngül  şərili»  (Naxçıvanda  yerli  camaat  «Şərur»  adını  «Şəril» 
şəkliində  tələffüz  edir.  «Şərili»  -  «Şərura  bənzər  hava»  anlamında 
işlədilmişdir) və s. bu kimi orijinal saz havaları, «Ordubadlı Kərim», 
«Ziyad-Şövkət»  dastanları,  habelə  regionun  tarixi  güzəranını  əks 
etdirən çoxsaylı aşıq rəvayətləri və aşıq şeri nümunələri Naxçıvanda 
saz-söz  ovqatının  uzun  bir  zaman  ərzində  sənət  mühiti  şəklində 
yaşadığını göstərir».
1
 
Bu  dövrdə  yaşayıb-yaradan  musiqiçilər  nəinki  xalq  şənlik-
lərində  öz  yaradıcılıqlarını  nümayiş  etdirmiş,  onlar  eyni  zamanda 
Ordubad  və  Naxçıvanda  geniş  yayılmış  muğam-şeir  məclislərində 
iştirak  edərək,  muğamın  sirlərinə  yiyələnmiş  və  sənətsevərlər 
arasında muğamın təbliği xüsusi əhəmiyyət  kəsb etmişdir.  
Heç  təsadüfi  deyil  ki,  1920-ci  ilədək  professional  musiqiçi 
olmayan  sənətsevərlər  də  muğam  məclisləri  təşkil  edib,  bu  məc-
lislərdə  muğam  sənətinə  böyük  hörmət  və  ehtiramla  yanaşaraq,  bu 
sənəti  yüksək  qiymətləndirərdilər.  Onu  da  qeyd  edək  ki,  klassik 
muğam ifaçılığı, xanəndəlik və sazəndəlik sənəti əsasən Ordubad və 
Naxçıvanda  yayılmışdır.  Musiqiçilərdən  Mandi  Mələk,  Kəblə 
Baxşəli,  İdris  Nağıyev,  Məşədi  Əbil,  Sarı  Heydər  və  başqaları 
yaşadıqları  dövrün  mahir  sənətkarları  olmuşlar.  Məşhur  çalğıçı 
Muradağa  Naxçıvanlı  (XVIII  əsr)  Türkiyə  sultanı  IV  Muradın 
sarayında  musiqiçi  kimi  fəaliyyət  göstərmişdir.  O,  öz  zəmanəsinin 
mahir  çahartar  musiqi  aləti  çalanlarından  olub,  bəstəkarlıq 
qabiliyyətinə də malik şəxslərdən sayılıb. 
Naxçıvan  musiqiçilərinin  digər  qismi  isə  Azərbaycan    xalq 
musiqisinə yiyələnməklə yanaşı artıq not savadı almağa da çalışır və 
tədricən  peşəkar  bəstəkarların  əsərlərini  öyrənərək,  öz  ifaçılıq 
səviyyələrini  daha  da  püxtələşdirirdilər.  Bu  kimi    musiqiçilərin 
                                      
1
 Məhərrəm Qasımlı «Ozan-aşıq sənəti».Bakı, Uğur, 2007, s.193 

 

inkişaf  dövrünün  başlanması  bilavasitə  1927-1928-ci  illərə  təsadüf 
edir.  Onlar  Azərbaycan  bəstəkarlarının  yeni  yazdıqları  əsərlərlə 
yanaşı, qərb bəstəkarlarının əsərlərini də öyrənirdilər. 
Beləliklə,  Azərbaycan  xalq  çalğı  alətlərində  ifa  texnikası 
inkişaf  edərək  alətlərin  imkanları  daha  da  genişlənirdi.  Bu  dövrdə 
Naxçıvanda  ilk  musiqi  məktəbi  açılır  və  gələcəkdə  bu  məktəb 
musiqiçilərin  yaradıcılıq  imkanlarının  yüksəlməsində  müstəsna  rol 
oynayır.  Musiqi  məktəbi  ilə  yanaşı  Naxçıvanda  özfəaliyyət 
kollektivlərinin yaranması da sözün əsl mənasında musiqi sənətinin 
püxtələşməsində mühüm əhəmiyyət kəsb edirdi. 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Naxçıvanda  iri  həcmli  
musiqi  tamaşalarına  maraq  artır.  Məhz  həmin  dövrdə  drama  və 
musiqili  teatr  yaranır,  açıq  konsertlər  təşkil  edilirdi.  XX  əsrin 
əvvəllərində  tikilmiş  Naxçıvan  Dövlət  Dram  Teatrında  Üzeyir 
Hacıbəyliun  «Leyli  və  Məcnun»,  «Şah  Abbas  və  Xurşidbanu»  kimi 
operaları,  «Arşın  mal  alan»,  «Ər  və  arvad»,  habelə  Zülfüqar 
Hacıbəyovun  «Əlli  yaşında  cavan»,  «Evliykən  subay»  musiqili 
komediyaları  tamaşaya  qoyulur.  Bu  da  təbii  ki,  insanların  təfəkkür 
tərzinin mənəvi cəhətdən formalaşmasına müsbət təsir göstərmişdi. 
Onu  qeyd  edək  ki,  bəstəkar  Zülfüqar  Hacıbəyovun  Naxçıvan 
teatrı ilə əlaqəsi 1910-cu ildə başlanır. Belə ki, o, həmin ildə ilk dəfə 
Mirzəağa  Əliyev,  Göyərçin  xanım  və  digər  sənətkarlarla  birlikdə 
Naxçıvana  gələrək,  1911-ci  ildə  yerli  truppa  üzvlərinin  iştirakı  ilə 
Üzeyir  Hacıbəylinin  «O  olmasın,  bu  olsun»,  «Ər  və  arvad»  və 
özünün  «Əlli  yaşında  cavan»  əsərlərini  tamaşaya  hazırlayır. 
«Evliykən  subay»  musiqili  komediyasını  isə  bilavasitə  Naxçıvanda 
olarkən yazıb qurtarır. Əsər 1912-ci ilin mart ayında Naxçıvan Dram 
Teatrının  səhnəsində  tamaşaya  qoyulur.  Bəstəkar  bu  illərdə 
Naxçıvanda  Şərq  musiqisindən  ibarət  müsamirələr  də  təşkil  edir. 
Zülfüqar  Hacıbəyov  dram  dərnəyi  üzvlərinin  musiqi  təliminə  də 

 

xüsusi  diqqət  yetirir,  ifaçıların  zövqünün  inkişafına  çalışır.  Onun 
rəhbərlik  etdiyi  musiqiçilər  heyəti  –  Mənsur  Sultanov  (kamança), 
Adil  Kəngərli  (tar),  Heydər  Təhmasib  (tar),  Əli  Şərifov  (fleyta) 
Məmməd Sultanovdan (klarnet) ibarət idi.
1
 
Mənsur  Sultanovla  Adil  Kəngərlinin  Naxçıvan  teatrının 
inkişafındakı  xidmətləri  də  unudulmazdır.  Onlar  teatrın    gənc 
həvəskarlarından ibarət musiqiçilər dəstəsi təşkil etmişdilər. 
Naxçıvan  teatrında  oynanılan  musiqili  komediya  əsərlərinin 
tamaşalarına  qadınlar  da  böyük  maraq  göstərirdilər.  Truppanın 
rejissoru  Rza  Təhmasib  qadınların  teatra  həvəsini  görüb,  fəqət 
onların  kişilərlə  bir  yerdə  oturmaqlarının  çətinliyini  nəzərə  alaraq, 
gündüzlər  qadınlar  üçün  ayrıca  teatr  tamaşaları  təşkil  etməyə 
başlayır. Bu dövrdə Naxçıvan qızlar məktəbinin müdiri Nazlı xanım 
Nəcəfova Rza Təhmasibin köməyi ilə məktəbli qızlardan ibarət dram 
dərnəyi təşkil edir. Sözsüz ki, bu Naxçıvan tarixində görünməmiş bir 
hadisə  idi.  Dərnəyin  məşqləri  həm  məktəbdə,  həm  də  qadınların 
maariflənməsi 
yolunda 
fədakarlıqla  çalışan  Nazlı  xanım 
Nəcəfovanın  evində  keçirilirdi.  Nəhayət  1917-ci  ilin  noyabr  ayının 
12-də  cümə  günü  teatrın  binasında  qadınlar  üçün  «Arşın  mal  alan» 
musiqili  komediyası  göstərildi.  Tamaşada  Soltan  bəyi  -  Süsən 
Sultanova,  Cahan      xalanı  -  Gövhər  Kəngərli,  Süleymanı  -  Asya 
Məmmədəliyeva,  Vəlini  -  Xanım  Vəzirova,  Gülçöhrəni  -  Dilbər 
Sultanova,  Əsgəri  -  Günəş  Kəngərli,  Asiyanı  -  Bilqeyis  Naxçı-
vanskaya və Tellini - Fatma Şeyxova ifa edirdi.
2
 
1930-cu  ildə  artıq  Naxçıvanda  professional  bəstəkarlıq  sənəti 
sürətlə  inkişaf  etməyə  başlayır.  Qeyd  etdiyimiz  kimi,  1937-ci  ildə 
dahi bəstəkar Üzeyir Hacıbəylinin Naxçıvana gəlişi, 1942-ci ildə bu 
                                      
1
 Əli Xəlilov «Naxçıvan teatrının tarixi».Bakı, 1964, s.30 
2
 Lətif Hüseynzadə «Naxçıvan teatr tarixindən». Bakı, 2002, s.53 

 
10 
diyarda  Tofiq  Quliyevin  rəhbərlik  etdiyi  caz  orkestrinin  fəaliyyət 
göstərməsi,  1959-cu  ildə  Naxçıvan  Dövlət  konsert  briqadasının 
yaranması,  bəstəkar  Xəlil  Cəfərovun  Naxçıvan  şəhər  uşaq  musiqi 
məktəbində  müəllim  işləməsi  və  mütəmadi  olaraq  zəmanəmizin 
məşhur dirijoru Niyazinin, görkəmli müğənnilərdən Bülbülün, Rəşid 
Behbudovun,  Lütfiyar  İmanovun  və  başqa  musiqiçilərin  qədim 
şəhərlə yaradıcılıq əlaqələri istər bəstəkarlıq, istərsə də ifaçılıq sənə-
tinin yüksəlməsinə mühüm təsir göstərməyə bilməzdi. 
Ötən  əsrin  20-ci  illərindən  başlayaraq,  Naxçıvan  şəhərinin 
mərkəzi  istirahət  parkında  nəfəs  alətləri  orkestri  və  Şərq  üçlüyü 
konsertlər verirdi. Sonralar onları xalq çalğı alətləri ansamblları əvəz 
etdi.  XX  əsrin  30-cu  illərində  xalq  çalğı  alətləri  ilə  yanaşı,  Avropa 
alətləri  də  istifadə  olunurdu.  1937-ci  ildə  Üzeyir  Hacıbəylinin 
təşəbbüsü ilə Naxçıvanda uşaq musiqi məktəbi açıldı. Dahi bəstəkar 
məktəbə notlar və «Berlin» markalı piano hədiyyə etmişdi. 
Musiqi  mədəniyyətinin  digər  əsas  inkişaf  mərhələsi    musiqi 
təhsili    və  peşəkar  musiqi  kollektivlərinin  yaranması  ilə  bağlı 
olmuşdur.  
Bu  diyar  Azərbaycan  musiqi  mədəniyyətinə  Ərtoğrul  Cavid 
kimi  gənc  bəstəkar  bəxş  edib.  Dahi  Azərbaycan  bəstəkarı  Üzeyir 
Hacıbəylinin sevimli və istedadlı tələbələrindən biri olan  və vaxtıilə 
bu qədim diyarda yaşayan gənc sənətkar Ərtoğrul dövrünün amansız 
rejimindən  xilas  ola  bilsəydi,  şübhəsiz  ki,  Naxçıvan  bəstəkarlıq 
məktəbi daha da zənginləşərdi.  
Üzeyir bəyin tələbəsi olmuş daha bir Naxçıvanlı, professional 
bəstəkarlıq  təhsili  almış  ilk  musiqiçilərdən  olan  Məmməd 
Nəsirbəyovdur.  O,  1897-ci  ildə  XIX-əsrin  sonu  XX  əsrin 
əvvəllərində  tanınmış  ziyalı,  istedadlı  müəllim,  Mirzə  Cəlil  Məm-
mədqluzadənin  və  Nəriman  Nərimanovun  yaxın  dostu  və  silahdaşı 
Mirzəhəsən  Nəsirbəyovun  ailəsində  anadan  olmuşdur.  Onun  gözəl 

 
11 
səsi  var  idi.  Uşaqlıqdan  musiqiyə  çox  diqqət  yetirir,  tez-tez 
Naxçıvanda göstərilən teatr tamaşalarına  gedirdi. 1910-12-ci illərdə 
bəstəkar  Zülfüqar  Hacıbəyov  Naxçıvanda  işlədiyi  dövrdə  Üzeyir 
bəyin  musiqili  əsərlərini  tamaşaya  hazırlayarkən,  təsadüfən 
Məmmədin  səsini  eşidir  və  onu  teatra  dəvət  edir.  Həmin  gündən 
Məmməd  Nəsirbəyov  teatrda  tamaşaya  qoyulan  musiqili  əsərlərin 
gənc ifaçısı kimi tanınmağa başlayır. Lakin ilk musiqi təhsilini 1923-
cü  ildə  Üzeyir  Hacıbəylinin  Bakıda  açdığı  musiqi  məktəbində  alır. 
Bu  illərdə  onun  ailəsi  Bakıya  köçür  və  gənc  musiqiçinin 
yaradıcılığında  yeni  bir  dövr  başlayır.  «Arşın  mal  alan» 
operettasında  Əsgər  rolunun  müvəffəqiyyətli  debütündən  sonra  o, 
Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrının  truppasına  daxil  olur. 
Bu gün çox az adama məlumdur ki, Pyotr İliç Çaykovskinin məşhur 
«Yevgeni  Onegin»  operasından  Lenskinin  partiyasının  ilk  ifaçısı 
məhz Məmməd Nəsirbəyov olmuşdur.  
Üzeyir  bəyin  təkidi  ilə  o,  Musiqi  Texnikumuna  daxil  olur. 
1937-ci  ildə  Moskvaya  P.İ.Çaykovski  adına  Konservatoriyada  bir 
ililk  təkmilləşdirmə  kursuna  gedir.  1938-ci  ildə  isə  Azərbaycan 
Dövlət  Konservatoriyasının  bəstəkarlıq  fakultəsinə  qəbul  olan 
Məmməd    hələ  tələbəlik  illərində  müəllimi  Üzeyir  Hacıbəyli  ilə 
birlikdə xalq musiqisini toplamaq üçün Azərbaycanın bir çox rayon 
və  kəndlərinə  yollanır.  Eyni  zamanda  o,  Bakıda  3  musiqi  məktəbi 
açmağa  nail  olur.  Uzun  müddət  bu  məktəblərdən  birində  direktor 
işləyir. Böyük Vətən Müharibəsi başlayarkən könüllü olaraq cəbhəyə 
yola düşür.
1
 
Onun  sonrakı  yaradıcılıq  fəaliyyəti  haqqında  demək  olar  ki, 
heç bir məlumat yoxdur. Çox az mənbələrdə Məmmədin adı çəkilir. 
                                      
1
 L.Baqirova «Straniüı bioqrafii zabıtoy liçnosti».  «Naş  vek» qəzeti, 23 fevral, 
2001,  s.15 

 
12 
Tanınmış  kamança  ifaçısı  Ruqiyyə  Rzayevanın  «
Unudulmaz  əziz 
müəllimim  Qılman  Salahov  haqqında  xatirələrim»  məqaləsində 
Məmməd  Nəsirbəyov  haqqında  az  da  olsa  məlumat  veririlir.  O, 
yazır:  «1926-jı ildə Bakıda Radio verilişləri təzə başlayanda musiqi 
nömrələrinə çox yer verilirdi. Oxuyanları tar, kamança, qaval üçlüyü 
müşayiət  edirdi.  Bu  üçlükdə  əsasən  Xosrov  Məlikov  –  tar,  Qılman 
Salahov – kamança, Xalıq qavalda çalırdılar. Bu verilişlərdə məşhur 
xanəndələr  müntəzəm  iştirak  edirdilər.  O  vaxt  gənj  vokalist 
Nəsirbəyov  Məmmədin  məlahətli  lirik  səslə  oxuduğu  mahnılar  çox 
sevilirdi. Sonra o, bəstəkar oldu». 
Biz  də qısa  da olsa  Məmməd  Nəsirbəyov  haqqınca danışmağı 
özümüzə borc bildik. 
Bu  dövrdə  gənc  instrumentalist  musiqiçilər  –  Nəriman 
Məmmədov,  Ramiz  Mirişli,  Məmməd  Məmmədov,  Məmməd 
Ələkbərov,  Rəşid  Məmmədov,  Səfər  Rəcəbov,  Vahid  Axundov, 
Məmməd  Cavadov,  Bəxtiyar  Kərimov  və  başqaları  ilk  əsərlərini 
yaradırlar.  Gənc,  istedadlı  musiqi  ifaçıları,  bəstəkarlıq  sənətinə 
hədsiz  dərəcədə  həvəsləri  və  qabiliyyətləri  olan  Nəriman  Məm-
mədov 1951-ci ildə, Ramiz Mirişli isə 1959-cu ildə Üzeyir Hacıbəyli 
adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbələrinə 
daxil  olurlar.  Beləliklə,  bu  cəhəti  Naxçıvanda  professional 
bəstəkarlıq sənətinin ilk mərhələsi hesab etmək olar. 
1958-ci ildə Naxçıvan Dövlət «Araz» Mahnı və Rəqs ansamblı 
yaradıldı.  Bu  ansambl  yaradıcı  axtarışların  nəticəsində  repertuar 
zənginliyinə  ciddi  fikir  verdi  və  yüksək  səviyyəli  bir  kollektivə 
çevrildi.  Bircə  faktla  demək  olar  ki,  ötən  50  il  ərzində  bu  yaradıcı 
kollektiv  məhz  ustad  musiqiçilər  -    müğənnilər,  rəqaslar 
yetişdirmişdir.  Bu  baxımdan  Ələkbər  Ələkbərov,  Əzizağa 
Məmmədov,  Tamerlan  Bağırov,  Zöhrab  Axundov,  Zeynalabdın 
Babayev,  Ramiz  Məmmədov,  Arif  Quliyev,  Məmməd  Məmmədov, 

 
13 
Əkrəm  Məmmədov,  Ramazan  Axundov,  Çingiz  Axundov,  Elman 
Əliyev,  Vidadi  Heydərov,  Namiq  Vəliyev,  Oktay  Məmmədov, 
Ülviyyə Sultanova, Qəribə Qürbətova (Həsənova), Hünər Əliyev və 
onlarala  başqaları  istedad  və  bacarıqlarıyla  çoxsaylı  tamaşaçıların 
rəğbətini qazanmışlar.  
  Doğrudan  da  Naxçıvan  Muxtar  Respublikasında  musiqi 
sənətinin  formalaşmasında  «Araz»  Mahnı  və  Rəqs  ansamblının 
böyük  xidmətləri  olmuşdur.  Məhz  bunun  əyani  nəticəsidir  ki,  bu 
ansamblın  bazası  əsasında  1984-cü  ildə  Naxçıvan  Dövlət 
Filarmoniyası  yaradıldı.  Bu  filarmoniya  təbii  zərurətdən  –  Naxçı-
vanda  yetişən  gənc musiqi kadrlarının bolluğundan yarandı. Bu gün 
böyük  bir  nəğməli  kollektivi  birləşdirən  Naxçıvan  Dövlət 
Filarmoniyası  özünün  fərəhli,  sevincli  günlərini  yaşayır.  Əsasən 
istedadlı  gəncləri  öz  ətrafında  toplayan  Naxçıvan  Dövlət 
Filarmoniyasının  nəzdində  xalq  çalğı  alətləri  orkestri,  kamera 
orkestri, rəqs ansamblı, instrumental ansambl fəaliyyət göstərir. 
Eyni  zamanda  1975-ci  ildə  Üzeyir  Hacıbəyli  adına  Naxçıvan 
Orta  İxtisas  Musiqi  Məktəbi  (indiki  Musiqi  Kolleci),  1988-ci  ildə 
Yusif  Məmmədəliyev  adına  Naxçıvan  Dövlət  Pedaqoji  İnstiutunda 
«Musiqi  və  təsviri  incəsənət»  kafedrası,  1996-cı  ildə  həmin 
kafedranın bazası əsasında konservatoriya ixtisasları yaranır. Belə ki, 
Konservatoriyada  fortepiano,  skripka,  musiqişünaslıq,  bəstəkarlıq, 
xor-dirijorluğu,  xalq  çalğı  alətləri,  ifaçılıq  ixtisasları  açılır.  2000-ci 
ildən burada opera studiyası da fəaliyyət göstərir. 
 

 
14 
 
Naxçıvan Dövlət Filarmoniyasının «Mahnı və rəqs» ansamblı, 
2002-ci il 
 
 
 
Naxçıvan Dövlət Filarmoniyasının «Gəmiqaya» instrumental 
ansamblı,  
2002-ci il 

 
15 
 
Naxçıvan Dövlət Filarmoniyasının «Gəmiqaya» instrumental 
ansamblı,  
direktor Arif Quliyev və Əzizağa Məmmədov, 2002-ci il 
 
 
 

 
16 
Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri 
 
 
Naxçıvan Dövlət Filarmoniyasının «Gəmiqaya» instrumental 
ansamblı,  
2002-ci il 
 
Bütün  bunların  bariz  nümunəsi  kimi,  zəmanəmizin  böyük 
siyasi  xadimi,  ümummilli  liderimiz  Heydər  Əliyevin  1999-cu  ildə 
Naxçıvan  Muxtar  Respublilasının  yaranmasının  75  illiyi  müna-
sibətilə  keçirilən  təntənəli  gecədə  naxçıvanlı  sənətçilərinin  isteda-
dına,  bacarığına  yüksək  qiymət  verərək  dediyi  sözləri  xatırlatmaq 
yerinə  düşərdi:  «Naxçıvanda  mədəniyyət  xeyli  inkişaf  edib,  tərəqqi 
yoluna  çıxıb.  Bu  torpağın  istedadlı  gəncləri  çoxdur.  Onlar  Milli 
mədəniyyəti və milli ruhu gözəl qoruyurlar».  
Təbii ki, bu qiymətli sözlərin fonunda çox şeylər durur, çünki 
həmin  tədbirdə  bu  nəğməli  kollektivin  üzvləri  professional 
bacarıqlarını bariz şəkildə nümayiş etdirdilər. 

 
17 
 
Naxçıvan Respublikasının 75-ci ildönümü ərəfəsində keçirilən 
konsertdən sonra Azərbaycan Respublikasının prezidenti Heydər 
Əliyevin Naxçıvan incəsənət ustaları ilə görüşü. 1999-cu il 
 
 

 
18 
Heydər Əliyev Naxçıvan MR-nin 75 illiyinə həsr olunmuş 
konsertdən  
sonra Naxçıvan Musiqi Texnikumununda iştirak etdiyi musiqi  
kollektivlərini təbrik edir. 1999-cu il 
Bildiyimiz  kimi,  ümummilli  liderimiz  Heydər  Əliyevin 
Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət sahələri ilə  yanaşı 
Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığının inkişafına 
böyük  diqqət  və  qayğı  ilə  yanaşmışdır.  İncə  və  həssas  musiqi 
duyumuna,  musiqi  zövqünə  malik  olan,  Azərbaycan  və  dünya 
musiqisinin  bədii  nümunələrini  həvəslə  dinləyən,  musiqişünaslığın 
elmi  fikir  və  ideyalar  dairəsini  zənginləşdirən,  daim  musiqiçilərlə 
dostluq edən  bu  insanın həyat  və fəaliyyətini  musiqi  incəsənətindən 
ayrı təsəvvür etmək qeyri mümkündür. Onu musiqi mədəniyyətinin 
bütün  çağdaş  və  aktual  məsələləri,  bəstəkarların  və  ifaçıların 
problemləri,  fikir  və  təklifləri,  uğurları  daim  maraqlandırmışdır. 
Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyəti və 
incəsənətinin  inkişafı,  təbliği,  yüksəlişi,  sağlam  ənənələr  üzərində 
yeniləşməsi, ənənəvi musiqi sərvətimizin qorunması və yaşadılması, 
yeni  və  müasir  konsert  salonlarının  tikilməsi,  peşəkar  musiqi 
kollektivlərinin  səmərəli  fəaliyyəti,  xalqlarla  və  ölkələrlə    musiqi-
mədəni əməkdaşlığın genişlənməsi, peşəkar musiqiçilərə yaradıcılıq 
şəraiti və imkanlarının yaradılması, musiqinin müxtəlif sahələri üzrə 
peşəkar  kadrların  yetişdirilməsi,  musiqi  əsərlərinin  ifa  olunması  və 
nəşri,  gənclərin  musiqi-estetik  tərbiyəsinin  fəal  və  düzgün  şəkildə 
qurulması və sairə bu kimi aktual, mühüm məsələlər və onların həlli 
yolları  ilə  maraqlanması,  musiqi  mədəniyyətinin  inkişafına  dövlət 
siyasəti  səviyyəsində  yanaşması  onun  siyasi  və  dövlətçilik 
fəaliyyətinin  bütün  dövrlərini  əhatə  edir.  Beləliklə,  Heydər  Əliyev 
çoxillik  zəngin  siyasi  və  dövlətçilik  fəaliyyəti  ərzində  Azərbaycan 
musiqi  mədəniyyətinə  dair  özünün  çox  dəyərli,  maraqlı  irsini 

 
19 
yaratmışdır. Bu irs XX-XXI əsr Azərbaycan musiqi mədəniyyətinin 
demək  olar  ki,  yarım  əsrlik  dövrünü  əhatə  edərək,  bu  dövr  ərzində 
Azərbaycan  musiqisinin  bütün  sahələrini,  məsələlərini,  yeniliklərini 
və nailiyyətlərini özündə cəmləşdirir. 
1969-cu  ilin  iyul  ayından  etibarən  respublikada  siyasi 
rəhbərliyə başlamaqla Azərbaycan tarixində keyfiyyətcə yeni dövrün 
təməlini  qoyan  Ulu  Öndər  siyasi  hakimiyyətinin  ilk  illərindən 
respublikada  elmin,  təhsilin,  mədəniyyət  və  incəsənətin  də  müasir 
zamana və tələblərə, milli maraqlara və ənənələrə, gələcək tərəqqiyə 
uyğun  hərtərəfli  inkişafı  üçün  uğurlu  dövlət  siyasəti  həyata 
keçirməyə başladı. 
Heydər  Əliyev  1969-cu  ildə  respublikaya  siyasi  rəhbərlik 
edənə  qədər  Azərbaycanda  professional  musiqi  incəsənəti  və 
bəstəkarlıq  məktəbi  artıq  SSRİ  miqyasında  tanınırdı.  Üzeyir 
Hacıbəyli SSRİ miqyasında ilk Milli klassik - professional musiqinin 
banisi  kimi  hörmətlə  anılır,  klassiklərimizə  və  çağdaş  bəstə-
karlarımıza  yubileylər  təşkil  olunurdu.  Azərbaycan  bəstəkarlarının 
əsərləri  SSRİ-nin  müxtəlif  respublikalarında,  şəhərlərində  tez-tez 
səslənir,  dirijor,  ifaçı  və  peşəkar  musiqi  kollektivlərimizin  ifaları 
maraqla  qarşılanırdı.  Hətta  SSRİ  Mədəniyyət  Nazirliyi,  SSRİ 
Bəstəkarlar  İttifaqı  tərəfindən  xaricdə  yaradıcılıq  səfərləri, 
festivallar,  görüşlər,  qastrol  konsertləri  təşkil  edilərkən  Azərbaycan 
Bəstəkarlar  İttifaqının üzvlərindən, respublikamızın ifaçılarından da 
kimlərsə  siyahıya  daxil  edilirdi.  İkinci  məsələ,  Azərbaycanın,  Orta 
Asiya  respublikalarının,  SSRİ-nin  müsəlman  və  türk  mənşəli 
xalqlarının  yaşadıqları  digər  respublika  və  muxtar  respublikaların 
milli – mədəni ucqarlar hesab olunması idi. 
Azərbaycanın  mədəniyyət  və  incəsənət  sahəsində  milli  ucqar 
kimi  qəbul  edilməsi  onun  təmsilçilərinə  də  hiss  etdirilirdi.  Peşəkar 
musiqiçilərimizə fəxri adların, mükafatların verilməsi, yeni əsərlərin 

 
20 
təsdiqi  və  nəşri,  yeni  tədbirlərin  keçirilməsi,  xaricdə  yaradıcılıq 
səfərləri  bilavasitə  mərkəzdə  –  SSRİ  Bəstəkarlar  İttifaqında  və 
Mədəniyyət Nazirliyində həll olunurdu, çox hallarda isə bu məsələlər 
qəsdən  biganəliklə  yubadılırdı.  Dövrün  yazılmamış  «qanunlarına»  
görə, mərkəzi bəstəkarlar ittifaqının hər hansı tədbirində kimlərin və 
neçə nəfərin iştirak etməsi də «yuxarının» razılığı və siyahını təsdiq 
etməsi  ilə  baş  tuta  bilirdi  və  i.a.  Azərbaycan  Bəstəkarlar  İttifaqının 
əldə etdiyi yaradıcılıq və təşkilatçılıq nailiyyətlərinə baxmayaraq, bu 
qurum 
yuxarı 
instansiyalarda 
daim 
tənqid  edilir,  musiqi 
mədəniyyətimiz  və  onun  təmsilçiləri  haqqında  «durğunçuluq», 
«ətalət»,  «yeniliklərə  və  novatorluğa  meyldən  uzaq»,  «sovet 
incəsənətinin  tələblərinə  tam  cavab  verməyən»  təəssüratları 
formalaşdırırdılar.  Yalnız  bəzi  dirijor,  bəstəkar,  musiqişünas  və 
ifaçılarımızın  fərdi  təşəbbüsləri  və  fəaliyyətləri  Azərbaycan  musiqi 
incəsənətini  «Milli  ucqar»  kimi  baxımsızlıqdan,  saymazlıqdan  və 
sairədən  müəyyən  qədər  xilas  edirdi.  Bu  siyasi,  tarixi,  mədəni 
missiyanı, Milli musiqi incəsənətinin tərəqqi yollarının genişlənməsi 
kimi  həllivacib  problemi  məhz  Heydər  Əliyev  bir  siyasi  rəhbər,  bir 
mədəniyyət  hamisi,  vətənini  və  millətini  sonsuz  məhəbbətlə  sevən 
böyük bir vətəndaş olaraq birdəfəlik aradan qaldırdı.
1
 
  Respublikada  hər  bir  sahədə  yeniliklərin,  islahatların, 
aparılmasına,  ətrafda  baş  verən  bütün  demokratik  və  tərəqqi 
proseslərinin  respublikanın  inkişafında  əks  olunmasına,  respub-
likanın  yeni  iqtisadi  və  sənaye  potensialının  tam  gücü  ilə  qurul-
masına,  hərtərəfli  iqtisadi  inkişafın  və  yüksəlişin  hər  bir  sahəyə,  o 
cümlədən  mədəniyyət  və  incəsənətin  yüksəlişinə  müsbət  təsir 
                                      
1
 Ariz Abduləliyev  «Heydər Əliyev və Azərbayjan musiqi mədəniyyəti». Musiqi 
dünyası curnalı, №1-2, 2008, s.6 
 

 
21 
göstərməsinə nail olan Heydər Əliyev məhz həyata keçirdiyi inkişaf 
siyasətinin  uğurlu  nəticələri  kimi  tezliklə  bütün  respublikanı  böyük 
bir  tikinti,  abadlaşdırma  meydanına  çevirdi,  iqtisadiyyatın  və 
sənayenin  bir  çox  aparıcı  sahələrinin  qurulmasına  və  inkişafına 
imkanlar  yaratdı.  Bunun  nəticəsində  respublikamızda  çoxlu  sayda 
yeni  mədəniyyət  evləri,  mədəniyyət  sarayları,  konsert  salonları 
tikildi,  opera  və  balet  incəsənətinin  inkişafına  xidmət  edən  təhsil, 
mədəniyyət  qurumları,  binaları  tikilib  istifadəyə  verildi.  Məsələn, 
hazırda  Ulu  Öndərin  adını  daşıyan  Heydər  Əliyev  Sarayı,  Bakı 
Xoreoqrafiya  Məktəbi,  Ş.Məmmədova  adına  Opera  Studiyası, 
Dövlət Mahnı Teatrı, Yaşıl Teatr, Məktəblilər Sarayı, Bakıətrafı və 
respublikanın rayonlarında yeni mədəniyyət evləri, yeni uşaq musiqi 
və  incəsənət  məktəbləri,  musiqi  texnikumları,  Naxçıvan  Muxtar 
Respublikasının  və  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Filar-
moniyaları,  Naxçıvanda  Musiqi  Texnikumu,  Konservatoriyanın 
yaradılması və i.a. fikirlərimizə konkret nümunə ola bilər. 
Qeyd  etdiyimiz  kimi,  Bəstəkarlar  İttifaqının  fəaliyyətinin 
tənzimlənməsində,  musiqi  sənətimizin  inkişaf  etdirilib  dünya 
miqyasında  tanıdılmasında  Heydər  Əliyevin  misilsiz  xidmətləri 
olmuşdur.  Dahi  şəxsiyyətin  yaradıcı  ziyalıların,  o  cümlədən  Azər-
baycan Bəstəkarlar İttifaqının görkəmli üzvlərinin, xüsusi xidmətləri 
olan  bəstəkarların,  musiqişünasların  əməyini  yüksək  qiymət-
ləndirməsi,  onların  yaradıcılıqlarını  yüksək  fəxri  adlar  və  mü-
kafatlarla  dəyərləndirməsi  bilavasitə  Bəstəkarlar  İttifaqının  fəaliy-
yətinə verdiyi qiymətin bariz nümunəsidir. 
1
 
                                      
1
  Azərbayjan  Respublikasının  ədəbiyyat  və  injəsənət  xadimlərinə  dövlət 
qayğısının  artırılması  haqqında  Azərbayjan  Respublikası  Prezidentinin  fərmanı. 
«Azərbayjan» qəzeti, 1997, 11 noyabr 

 
22 
Azərbaycanın  xarici  ölkələrlə  mədəni  əlaqələrinin  yaranması 
və inkişafını daim diqqət mərkəztndə saxlayan, görkəmli sənətkarları 
respublikamıza dəvət edən bu dahi şəxsiyyət bununla da Bəstəkarlar 
İttifaqının  beynəlxalq  əlaqələrinin  daha  da  genişlənməsinə  şərait 
yaradırdı. Xalqımızın böyük oğlu Azərbaycan Bəstəkarlar İttifaqının 
müxtəlif 
tədbirlərində, 
müəllif 
və 
yubiley 
gecələrində, 
bəstəkarlarımızın  yeni səhnə və konsert əsərlərinin premyeralarında 
iştirak  edərək,  dəyərli  fikir  və  mülahizələrini  söyləmiş, 
bəstəkarlarımıza dəstək vermişdir. Bu faktlar bir daha sübut edir ki, 
Heydər  Əliyev  Azərbaycana  rəhbərliyi  dövründə  Bəstəkarlar 
İttifaqının  və  onun  üzvlərinin  yaradıcılıq  fəaliyyəti  ilə  daim 
maraqlanmış,  onların  uğurlarına  və  nailiyyətlərinə  yüksək  qiymət 
vermişdir.  Bəstəkarlar  İttifaqının  inkişafını,  yerlərdə  onun 
təşkilatlarının yaradılmasına böyük qayğı göstərmişdir. 
Naxçıvan  Muxtar  Respublikası  Bəstəkarlar  Təşkilatı  da  ulu 
öndərimiz  Heydər  Əliyevin  təşəbbüsü  və  qayğısı  ilə  yaradılan 
yaradıcılıq təşkilatlarındandır. 
Naxçıvan Muxtar Respublikasında musiqi sənətinin inkişafının 
son  35  ili  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Məhz  onun  sayəsində 
1978-ci  ildə  Azərbaycan  Bəstəkarlar  İttifaqının  Naxçıvan  Təşkilatı 
yaradılmışdır.  Hələ  1976-cı  ildə  ulu  öndərimizin  tapşırığı  ilə 
Naxçıvanda  Bəstəkarlar  Təşkilatının  yaranması  ilə  əlaqədar  SSRİ 
xalq  artisti, Azərbaycan  Bəstəkarlar  İttifaqının  katibi,  bəstəkar  Rauf 
Hacıyev  Naxçıvanda  olmuş  və  burada  Naxçıvan  bəstəkarlarının 
əsərlərindən  ibarət  konsertdə  iştirak  etmişdir.  Konsertdə  hər  bir 
bəstəkarın  yaradıcılığı  haqqında  söhbət  getmiş  və  əsərləri 
səslənmişdir. 
 

 
23 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə