İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə1/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
  1   2   3   4   5   6   7   8   9   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4
kitabyurdu org muasir-telim-texnologiyalari-1, kitabyurdu org muasir-telim-texnologiyalari-1, Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4, Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

İxtisas: TSPX

Kurs: IV

Fənn: Defektologiya və loqopediyanın əsasları

Müəllim: Orucova Sevinc

E-mail: pedaqoq79@gmail.com

Defektologiyanın predmeti və vəzifələri

Plan


  1. Defektologiya elminin obyekti və mövzusu

  2. Defektologiyanın vəzifələri

  3. Defektologiyanın başqa elmlərlə əlaqəsi

  4. Defektologiyanın tədqiqat metodları


1.Defektologiya fiziki və əqli cəhətdən geri qalan insanların fərdi xüsusiyyətləri təlim, tərbiyə prosesi onlarla aparılan işin pedaqoji və psixoloji əsaslarını öyrənən elmdir. Defektologiya yunan sözü olub “defektus” çatışmamazlıq sözündən götürülmüşdür. Hər bir elmdə olduğu kimi defektologiya elminində özünə məxsus obyekti, predmeti, sahələri, vəzifələri, tədqiqat metodları vardır. Elmin obyekti dedikdə öyrənilən real gerçəklik, mövzusu dedikdə isə həmin real gerçəkliyə yanaşma tərzi başa düşülür. Defektologiya elminin obyektini psixi inkişafında əyintiləri olan (eşitmə, görmə, əqli cəhətdən geri qalma, nitq pozğunluqları) insanlar təşkil edir. Mövzusunu isə müxtəlif qüsurları olan insanlarla aparılan iş təlim - tərbiyə prosesi təşkil edir.

2.Defektologiyanın inkişaf xarakteri və səviyyəsi cəmiyyətin sosial-iqtisadi şəraiti, qanunu elmlərin (təbiətşünaslıq, təbabət, fiziologiya, psixologiya, pedaqogika və s.) vəziyyəti anomal uşaqların hərtərəfli öyrənilməsi sahəsində qazanılmış tövsiyyələr, əqli və fiziki inkişafında qüsur olan uşaqların sistemli öyrənilməsidir.

Defetkologiya aşağıdakı vəzifələri həyata keçirir:



  1. Analizatorlar sistemində (karlıq, korluq), mərkəzi sinir sistemində nöqsanları olan uşaqların fiziki və əqli inkişafının obyektiv qanunauyğunluqları hərtərəfli və daha dərindən öyrənilməsini həyata keçirir.

  2. Defektin strukturunu, müalicə imkanlarını müəyyənləşdirir.

  3. Anomal uşaqların həyat və fəaliyyətini sosial mühitdəki xüsusiyyətlərini öyrənir.

  4. Gənc nəslin təlim-tərbiyəsinə verilən tələblər baxımından təhsilin inkişaf prinsiplərini işləyib hazırlayır.

  5. Əməli fəaliyyətə hazırlığın forma və yollarını müəyyənləşdirir.

  6. Uşağın inkişafındakı qüsurlara qarşı müalicə vasitələrini işləyib hazırlayır.

Bu deyilənlərdən aydın olur ki, defektologiya əsaslı fənninin qarşısında mühüm nəzəri və praktik vəzifələri vardır. Həmin vəzifələri həyata keçirmədən defektologiya tələb olunan səviyyəyə qalxa bilməz.

Müasir defektologiya nəzəri vəzifələrinə hər şeydən əvvəl təlim-tərbiyə və yaxud müayinə, müşahidə prosesində fiziki inkişafın imkanlarını, təlim-tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq defektologiyanın əsasları qarşısında duran mühüm nəzəri vəzifələrdən biri kimi (qüsurların yaranma səbəblərini) normal və anomal inkişafı qanunauyğunluqları, uşaqlarda qüsurların yaranma səbəblərinin öyrənilməsi və aradan qaldırılması, onların fərdi yanaşma, əqli və sensor qüsurlar onların aradan qaldırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirmək olar.



3.Sağlamlığı məhdud olan uşaqların müxtəlif kateqoriyaları olan halda, onların qüsurlarının korreksiya yolları da müxtəlifdir. Onların səbəblərini öyrənmək üçün tərbiyə, təlim və korreksiya işini düzgün qurmaq üçün defektologiyanın bir sıra elmlərlə sıx əlaqəsi vardır. Xüsusən də pedaqogika və psixologiya ilə xüsusi pedaqogikanın bir hissəsi olan surdo, tiflo və oliqofren pedaqogika və s. ümumi pedaqogikanın bir hissəsidir və onların məqsədi və vəzifəsi birdir: yəni – anomal uşaqların tərbiyəsi və təlimi.

Anomal uşaqların öyrənilməsi onların təlimi və tərbiyə sisteminin təşkilində defektologiya alimləri tərəfindən digər başqa bilik sahələrində alınan nəticələrə əsaslanır. Pataloji proseslərin yaranması və gedişinin qanunauyğunluqlarını açan ümumi patalogiya, orqanizmin quruluşunda baş verən çatışmamazlıqları öyrənən pataloji anatomiya, ayrı-ayrı orqanların, habelə orqanizmin forma və quruluşunu öyrənən pataloji fiziologiya, dilin mahiyyətini və inkişafının qanunauyğunluqlarını öyrənən dilşünaslıq, anomal uşaqlarda psixikanın prosesləri, halları və xüsusiyyətlərini öyrənən psixologiya, uşaqların təlim-tərbiyəsi ilə məşğul olan ümumi pedaqogika kimi elm sahələri defektologiyanın inkişafına lazımı təsir göstərir.



4.Məlumdur ki, hər bir elmin müstəqil elm sahəsi kimi formalaşması üçün onun özünə məxsus metodları olmalıdır. Metodu hadisələrin təbiətinin tədqiqi üsulu, öyrənilən hadisələ yanaşma, elmi idrakın dərketmə üsulu və s. kimi səciyələndirirlər. Defektologiyada anomal uşaqların psixologiyasını, psixi inkişafının ləngimə dərəcəsini, davranışını daha dərindən öyrənmək üçün müşahidə, eksperiment, test və psixodiaqnostika metodlarından istifadə olunur.

Müşahidə metodu dedikdə, psixi hadisələrin cərəyanına müdaxilə etmədən, onu baş verdiyi təbii şəraitdə müntəzəm və məqsədyönlü izləmək nəzərdə tutulur.

Müşahidə metodunun müxtəlif variantlarından istifadə olunması uşaq haqqında kifayyət qədər əsaslandırılmış məlumat əldə etməyə imkan verir. Müvafiq nəticə əldə etmək üçün müşahidəni müntəzəm aparmaq tələb olunur. Normal uşaqlar kimi anomal uşaqların psixologiyası və davranışı surətlə dəyişir. Müşahidə zamanı müşahidəçi müvafiq qanunauyğunluğu ortaya çıxartmaq üçün uşağın psixikasında olan anomallığı aparılan müşahidələrdə müəyyən müvafiq fikirə gələ bilir. Müşahidə sistematik, uzun müddətli olmalıdır. Müşahidədən fərqli olaraq oliqofirenlərin psixologiyasını öyrənmək üçün xüsusi eksperimental-psixoloji metodlardan da istifadə etmək olar.

Normal və anomal uşağın psixologiyası və inkişafı barədə daha düzgün məlumatlar əldə etmək üçün eksperiment daha səmərəli metodlardan biri hesab olunur. Çünki eksperiment sadə müşahidədən fərqlənir. Bu zaman eksperimentator (müəllim) maraqlandığı psixoloji prosesi öyrənmək üçün özü buna şərait yaradır. Eksperimentlərin daha səmərəli olması üçün onların təbii şəraitdə, oyun və təlim fəaliyyətində aparılması zəruridir. Eksperiment metodunun tətbiqinin vacibliyini oliqofreniyanın tədqiqi sahəsində aparılan çox saylı tədqiqatlar bir daha təsdiq edir. Bu eksperimentlər tibbi - psixoloji və pedaqoji mahiyyət daşıyır.

Eksperimentin keçirilməsində müəllim və defektoloqun ilkin vəzifəsi prosesin faktlarına tabe olmaqdır. Öyrənilən prosesin məzmunu nə qədər mürəkkəbdirsə, onun tədqiqi də bir o qədər çətindir və həmişə xeyli müddət tələb edir. Göstərilən halda prosesi hissələrə bölməklə öyrənmək lazım gəlir. O zaman eksperimentin gedişi aralıq əlaqələrlə qurulur. Bu əlaqələr isə mərhələlər üzrə yaradılır.

Hər bir insan ikili dərk etməyə malikdir: hisslər, düşüncələr, təəssüratlar vasitəsiylə dərketmə və özünün, eləcə də başqalarının həyat fəaliyyətində onların dərk etdiyi yolla dərketmə. Oliqofren uşaqlarda bu yolların hər ikisi nöqsanlı olduğundan ekperimentin əsas mahiyyəti də onların dərketmə yollarını müəyyənləşdirilməsinə istiqamətləndirilə bilər, çünki hər bir oliqofren uşağın dərketmə prosesləri özünəməxsus tərzdə qurulur.

Psixoloji ölçmə oliqofrenlərin daxili aləminin öyrənilməsində məqsədyönlü vasitədir. Onun ən səmərəli və müasir yolu isə testlərdir. Bu sahədə çox saylı testlər yaradılmışdır. Həmin testlər vasitəsilə oliqofren şagirdlərin intellektini, şəxsiyyətini, emosional iradi aləmini öyrənmək olar.

Oliqofren uşaqların psixologiyasının öyrənilməsində aparılan tədqiqat metodlarından tibbi-pedaqoji metodların tətbiqi də geniş yer tutur.


Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə