İslama əsasən seksual həyat



Yüklə 327,73 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü327,73 Kb.
#1792


www.muselmanlar.com

 

 



 

İSLAMA ƏSASƏN SEKSUAL HƏYAT 



Müəllif:

 

Əli Rza Dəmircan



 

(ilahiyyatçı alim)

 

Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov 



(fəlsəfə doktoru: 

fəlsəfə və ilahiyyat elmləri) 

 

VI FƏSİL 



(1, 2 və 3-cü hissələr) 

 

SEKSUAL CƏHƏTDƏN 



XOŞBƏXTLİK ÜÇÜN YERİNƏ 

YETİRİLMƏLİ OLAN 

ÖHDƏLİKLƏR 

 

 



 

www.muselmanlar.com

 

 



 

Seksdənkənar əsas öhdəliklərimiz 

Məlumdur ki, ailə həyatında seksual münasibətlər də olur; 

ki, bu, vacib bir amildir. Bununla belə, evlilik-ailə həyatı təkcə 

seksdən ibarət deyil. Deməli, evlilik həyatında digər qarşılıqlı 

öhdəliklər  də  yerinə  yetirilməlidir.  Çünki  insanın  seksual 

münasibətlər 

baxımından 

xoşbəxtliyi 

həmin 


qarşılıqlı 

öhdəliklərə  əsasən  formalaşır  və  inkişaf  edir.  Bu  öhdəlikləri 

aşağıdakı kimi xülasə etmək olar: 

Kişinin  əsas  öhdəlikləri 

Rəbbimizin Nisa surəsinin 19-cu 

ayəsindəki:  “Onlarla  İslam  dininin  və  müştərək  ağlın 

qaydalarını əsas tutaraq yaşayın” - əmrinə əsasən belədir: 

a)  Qadınlara  qarşı  yaxşı  rəftar  etmək:  qadınların  mənfi 

cəhətlərinə  qarşı  səbirli  olmaq,  onlarla  sevgi-məhəbbət  və 

hörmətlə  danışmaq,  ailə  işlərinin  idarəsi  məsələsində  onların 

da fikrini nəzərə almaq və başda seksuallıqları olmaqla onlarla 

maraqlanmaq. 

b) Kişilər olaraq öz yeyib içdiklərimizi nəzərə alıb onların 

dolanışıq  xərclərini  ödəmək,  eləcə  də,  müstəqil  bir  mənzildə 

yaşamaqlarını təmin etmək. 

c)  Fiziki  gücümüzdən  sui-istifadə  etməmək:  Yəni,  onlara 

qarşı  zor  tətbiq  etməmək.  Qadınları  və  gördükləri  işləri  pis 

adlandırmamaq. 

Qadının əsas öhdəlikləri 

Rəbbimizin Nisa surəsinin 34 və 

Bəqərə  surəsinin  233-cü  ayələrindəki  buyuruqlarına  əsasən 

aşağıdakı kimidir: 

a)  Nikah  müqaviləsi  və  cəmiyyətdəki  adət-ənənələrin 

vacib bildiyi qadınlıq borcunu yerinə yetirmək, övlad dünyaya 

gətirmək, ona baxmaq və evdəki işləri görmək. 



www.muselmanlar.com

 

 



 

b) Nikah müqaviləsinə əsasən ərə - onun məhdud əmr və 



tapşırıqlarına hörmət etmək, onu xoşbəxt etməyə çalışmaq. 

c) Zina və lezbiyanlıq kimi münasibətlərdən uzaq durmaq 

və ərin mal-mülkünü, yəni, qazancını qorumaq. 

Qeyd  edək  ki,  bir  tərəfin  öhdəlikləri  o  biri  tərəfin  haqq-

hüququ  deməkdir.  Buna  görə  də  haqq-hüquq  məsələsini 

burada əlavə olaraq şərh etməyə ehtiyac görmürük. 

Allahın  elçisi  Muhəmməd  peyğəmbərin  (əs)  kişi  və 

qadının  öhdəlikləri  ilə  əlaqədar  hədisləri  barədə  məlumat 

almaq  üçün  baxın:  Buxari,  Heyz,  6;  Müslim,  İman,  132; 

Mişkatu-l-məsabih, hədis nömrəsi 3272. 

Cinsi həyat qane edici (doyurucu) olmalıdır 

Allahın 


elçisinin 

(əs) 


müsəlmanları 

evlənməyə 

istiqamətləndirən hədislərindən də açıq-aydın başa düşülür ki, 

evlənməyin – ailə həyatının əsas məqsədlərindən və onu canlı 

saxlayan  amillərdən  biri,  həm  də  başlıcası  cinsi  həyatdır.

1

 Elə 



isə  cinsi  həyat  mümkün  olduqca  qane  edici  və  doyurucu 

olmalıdır.  Qadında  seksual  həzz  və  ləzzətin  ən  çox  hiss 

edildiyi  erogen  bölgə  olan  və  əsas  funksiyası  orqazmı  təmin 

etmək olan klitorun yaradılması da bunu vurğulayır. 

İnsan  heyvanlarda  olduğu  kimi,  romantizmdən  məhrum 

bir cinsi akt və boşalmaqla (eyakulyasiya) doyuma çata bilməz. 

Bu, açıq-aydın bir məsələdir. 

Buna  görə  də  bir  həyat  dini  olan  İslam  insanları  evlənib 

ailə  qurmağa  həvəsləndirdikdə  bildirir    ki,  ailə  daxilindəki 

cinsi həyatın qane edici olmağına xüsusi fikir vermək lazımdır. 

                                                 

1

 Biz burada öz mövzumuza müvafiq olaraq cinsi həyat məsələsini təhlil edəcəyik. 



www.muselmanlar.com

 

 



 

İslam  elə  bir  dindir  ki,  insanları  buna  həvəsləndirməklə 



kifayətlənmir; 

eyni 


zamanda 

ər-arvadın 

qarşısında 

evlənməzdən  qabaq  və  sonra  yerinə  yetirilməli  olan  xüsusi 

öhdəliklər  də  qoyur.  Biz  həmin  öhdəlikləri  burada  ayrı-ayrı 

izah edəcəyik. 

Ər üçün ancaq arvadı, arvad üçün də təkcə əri var

 

Mömin bir qadının ərindən başqa seksuallığından istifadə 



edə biləcəyi 2-ci bir kişi yoxdur. Qadın birinci ərindən ölüm və 

ya boşanma nəticəsində dul qalmadıqca sekslə əlaqədar olaraq 

2-ci  bir  kişini  tanımağı  mümkün  deyil.  Daha  doğrusu,  İslama 

əsasən bundan heç söhbət də gedə bilməz. Bu, nəzəri cəhətdən 

belə  olduğu  kimi,  Quran  və  Sünnə  hökmlərini  mənimsəyən 

cəmiyyətin təcrübəsində də belədir. 

Mömin  qadın  üçün  olduğu  kimi,  imanlı  bir  kişi  üçün  də 

arvadından  savayı  seksuallığından  istifadə  edə  biləcəyi  bir 

qadın  yoxdur.  Hərçənd  ki,  mömin  kişi  üçün  nəzəri  olaraq  1-

dən  artıq  və  4-ə  qədər  çoxarvadlılıq  imkanı  var.  Amma  bu 

imkanın  praktiki  olaraq  mövcudluğu  bu  faktorlardan  asılıdır: 

Azad  edilib  azadlığının  əvəzi  mehir  kimi  qəbul  olunan  və 

kəbini bu cür kəsilən müharibə əsiri qadınların (cariyə, kəniz) 

olmağı, çoxarvadlılıq üçün maddi imkan, 2-ci və ya 3-cü arvad 

olmağa razılıq verən azad qadınların mövcudluğu. 

Bu  səbəblərə  əsasən  məhdud  çoxarvadlılıq  müstəsna  bir 

haldır.  Deməli,  bizim  işlətdiyimiz:  “İmanlı  bir  kişi  üçün  də 

arvadından  savayı  seksuallığından  istifadə  edə  biləcəyi  bir  qadın 

yoxdur”,  -  cümləsini  ümumi  vəziyyətə  şamil  edilən  bir  qayda 

kimi qəbul etmək olar. 

 



www.muselmanlar.com

 

 



 

Cinsi  əlaqənin  məqsədlərindən  biri  də  seksual 



doyumdur 

Yuxarıda  deyilənlərə  əsasən  ər-arvad  cinsi  həyatın  bütün 

nemətlərindən  istifadə  etməli,  öz  əlaqələrini  onları  fiziki  və 

mənəvi  doyuma  çatdıran  qaydada  davam etdirməlidirlər.  Bu, 

Allahın  istədiyi  bir  şeydir.  Çünki  Uca  Allah  rəhmət 

(mərhəmət),  elm  və  qüdrətini  ifadə  edərək  ər-arvadı  bir-

birlərində  fiziki-seksual  və  mənəvi  rahatlıq  tapa  biləcəkləri 

şəkildə yaratmışdır. O, bunu belə izah edir: 

“Onlarla  ünsiyyətdə  rahatlıq  tapasınız  deyə,  sizin  üçün 

öz cinsinizdən zövcələr yaratması, aranıza məvəddət (seksual 

cazibə-əlaqə) və məhəbbət (rəhmət) salması Onun varlığının 

dəlillərindəndir.  Həqiqətən,  bunda  düşünən  bir  xalq  üçün 

ibrətamiz dərslər vardır.” (Rum, 30/21) 

Bu ayədən belə başa düşülür ki, Allah ər-arvadın arasında 

məvəddət və məhəbbət yaradıb. 

Təfsir  alimləri  belə hesab edirlər  ki,  “məvəddət” hər  bir an 

yaşana bilən cinsi əlaqə deməkdir. “Məhəbbət (rəhmət)” isə cinsi 

əlaqənin  xaricindəki  birgəliyi  təmin  edən  sevgi,  övlad  və  hər 

növ maraq və səbiri ifadə edir.

2

 



Beləliklə,  məlum  olur  ki,  cinsi  əlaqə  rahatlığın,  fiziki  və 

mənəvi doyumun 2 əsas mənbəyindən birini təşkil edir. Buna 

görə də cinsi əlaqəni bədən və ruhun doyuma çata biləcəyi bir 

şəraitdə həyata keçirmək lazımdır. Bir sözlə, evlilik həyatında 

cinsi əlaqə həm kişi, həm də qadını seksin ləzzət və həzlərinə 

                                                 

2

 Baxın: Fəxrəddin ər-Razi, ət-Təfsiru-l-kəbir, Rum, 30/21 (25/100); Ruhu-l-bəyan təfsiri, 



Rum, 30/21 (7/19). 

www.muselmanlar.com

 

 



 

aparıb  çatdırmalıdır.  İslama  əsasən  bunun  əksini  düşünmək 

qeyri-mümkündür. 

Yeri  gəlmişkən,  “Cənnətdə  cinsi  həyat”  fəslində  qeyd 

edəcəyimiz  bəzi  ayələrdən  də  məlum  olacaq  ki,  Quranın 

üslubuna əsasən cinsi həyat həzz həyatı deməkdir. 

Allahın elçisinin (əs) üslubu da Quranın üslubuna oxşayır. 

Yəni, peyğəmbərin (əs) hədislərindəki üslub cinsi əlaqəni onun 

məqsədləri  çərçivəsində  ifadə  edir.  Bu  həqiqəti  kitabımızda 

qeyd edilən və seksuallıqla əlaqədar olan hədislərdə, xüsusən 

də  cinsi  əlaqəni  :  “Cinsi  əlaqə  bal(cıq)dır”

3

,  -  formasında  təsvir 



edən  hədisdə  görmək  mümkündür.  Aşağıdakı  peyğəmbər 

hədisləri də birbaşa bu reallığı əks etdirir. 

Seksual doyumun məqsəd olduğunu bildirən hədislər 

Kəb ibn Malik (ra) nəql edir: 

Mən  hərbi  səfərlərin  birində  peyğəmbərin  yanında  idim. 

Bizə  düşərgə  salmağımız  üçün  əmr  verdi.  Həmin  gecənin 

səhəri  günü  sübh  tezdən  onun  başına  yığışdıq. Bizdən  bir-bir 

suallar soruşmağa başladı: 

-Filankəs! Sən evlənmisən? Ey filan adam, sən evlisən? 

Sonra üzünü mənə tutub soruşdu: 

-Ey Kəb! Bəs sən? Evlənmisən? 

Mən də cavab verib dedim ki, bəli, ya rəsulallah. 

-Bakirə qızla, yoxsa dul qadınla? 

Onun bu sualına cavab olaraq: “Dul qadınla”, - dedim. 

                                                 

3

 Müsnəd, 6/62. 




www.muselmanlar.com

 

 



 

-(Ey  Kəb!)  Gərək  sənin  onu,  onun  da  səni  öpüb  oxşayacağı 



bakirə bir qızla evlənəydin!

4

 



Allahın  elçisi  (əs)  cinsi  doyumun  məqsəd  olduğunu 

bildirən bir hədisində belə deyir: 

 

 

 



 

 

 



  

   


 

 

 



  

“Bakirə  qızlarla  evlənin.

5

 Çünki  onlar  (cavan  olduqlarına 



görə) daha bərəkətlidirlər (doğurqan). Daha şirin dilli/dodaqlıdırlar. 

İstəklərində  aza  daha  çox  qənaətkardırlar.  Onların  cinsiyyət  üzvləri 

daha aktivdir.”

6

 



Seksual doyum baxımından bakirələrin üstünlüyü 

Yuxarıdakı  hədis  kitabımızın  əsas  mövzusu  ilə  sıx 

əlaqədardır. Biz də bunu nəzərə alıb bakirələr məsələsini təhlil 

                                                 

4

 Buxari, Nikah, 21. Səhihi Müslim tərcümə və şərhi, 7/413; Müsnəd, 3/74. 



5

 Bakirə olmağın əhəmiyyəti 

Bakirə  qızlarla  evlənməyi  məsləhət  bilən  tapşırıqlar  əvvəl  də  qeyd  etdiyimiz  kimi, 

xüsusi  olaraq  subay  kişilərlə  əlaqədardır.  Bakirəliyin  nə  üçün  lazımlı  olduğunu  da 

bununla əlaqədar hədislərə əsasən belə izah etmək olar: 

a) Mənəvi xüsusiyyətlərinə görə qadın bakirə olaraq ərə getdiyi kişiyə daha dərindən 

bağlana bilər. Ona təsir edən (keçmiş) xatirələri olmadığına görə ərinə daha qısa vaxt 

ərzində uyğunlaşa bilər. 

b)  Bakirə  qızın  ərinin  istəklərinə  cavab  verə  bilən  daha  cazibədar  bir  dişiliyi  olur. 

Əlavə olaraq, onun bu cəhəti ərinin zövqlərinə müvafiq formada inkişaf edir. 

c) Subay kişilər tərəfindən bakirə qızlara üstünlük verilməsi ictimai ədalət baxımından 

da  daha  münasib  bir  haldır.  Allahın  elçisi  bakirələrin  xüsusiyyətlərini  daşıdıqlarına 

görə müsəlman kişiləri cavan qadınlarla evlənməyə də istiqamətləndirmişdir. 

d)  Bakirəlik  üstünlük  verilən  bir  xüsusiyyətdir.  Biz  bunu  (Quran  ayələrinə  əsasən) 

Cənnətə  getməyə  layiq  olan  qadınlara  heç  bir  insan  və  cinin  toxunmadığından  və 

onlarla hər dəfə bakirə olduqları halda cinsi əlaqənin baş verəcəyindən də başa düşə 

bilərik. Baxın: Rəhman, 55/74; Vaqiə, 56/36; Feyzu-l-qədir, 4/350. 

6

 İbn Macə, 1861; Feyzu-l-qədir, 5507-5509; Min mirqati-l-məfatih, 3/407. 



www.muselmanlar.com

 

 



 

etmək,  o  cümlədən  bakirəlik  çərçivəsində  İslam  və  fitrətin 



arasındakı uyğunluğa da toxunmaq istəyirik. 

İslamın qayda-qanunlarını qoyan, eləcə də, insanı yaradan 

Allahdır.  Məhz  buna  görə  İslam  dini  və  korlanmamış 

insanların  (bəşəriyyətin)  təbii-fitri  meyllərinin  arasında  ahəng 

var.  İslam  dininin  yaradılışın  ecazkarlığının  sübutu  kimi 

qiymətləndirdiyi  bakirəlik  məsələsi  bəzi  dağıdıcı  ifadə  və 

cəhdlərə  baxmayaraq  müxtəlif  cəmiyyətlərdə  əhəmiyyət  kəsb 

edən  bir  məsələdir.  Deməli,  ona  verilən  qiymət  (üstünlük  və 

əhəmiyyət)  də  yuxarıda  toxunduğumuz  uyğunluğa  əyani  bir 

sübutdur.  Səhifənin  aşağı  hissəsində  qeyd  olunan  əhvalat  bir 

tərəfdən  əxlaqi  cəhətdən  tənəzzülü,  digər  tərəfdən  də 

sekulyar-dünyəvi  yaşayış  tərzi  keçirən  cəmiyyətlərdə  belə, 

bakirəliyin qiymətli bir şey olduğunu göstərir.

7

 



Evlilikdə seksual doyum məqsəddir 

Evlənməyin  əsas  məqsədlərindən  biri  seksual  ehtiyacları 

ödəyib  doyuma  çatmaqdır.  Buna  görə  də  cinsi  əlaqəni  bu 

məqsədi  reallaşdırmağa  əlverişli  olan  bir  şəraitdə  həyata 

keçirmək lazımdır. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  hər  cinsi  əlaqə  (xüsusilə 

kişilərdə  boşalmanı  təmin  etsə  də)  seksual  doyumu  təmin 

etmir.  Seksual  doyum  elə  bir  şeydir  ki,  fiziki  və  psixoloji 

doyumu  da  tələb edir. Məhz  buna  görə  də  İslam  dini  seksual 

cəhətdən  xoşbəxt  olmağı  bir  məqsəd  kimi  qəbul  etmiş, 

                                                 

7

 Yeni Zellandiyalı qız 



Yeni Zellandiyada bir qız universitetdəki təhsil xərclərini çıxartmaq üçün bakirəliyini 

satışa qoydu. İnternet şəbəkəsinəə bununla əlaqədar bir elan verdi. Həmin elana 30000 

nəfər  baxdı.  1200  nəfər  hərracda  iştirak  etdi.  Qız  axırda  32000  dollarlıq  təklifi  qəbul 

etdi (MƏNBƏ: Hürriyət qəzeti, 03 fevral 2010-cu il, Türkiyə). 




www.muselmanlar.com

 

 



 

insanları  fiziki  və  psixi-mənəvi  doyuma  aparan  meyarları 



müəyyən  etmiş  və  onların  qarşısında  lazımi  öhdəlikləri 

qoymuşdur.  Həmin  meyar  və  öhdəlikləri  aşağıdakı  şəkildə 

izah etmək mümkündür:

 

Meyarlar-Öhdəliklər 



A)  Evlənməzdən  qabaq  yerinə  yetirilməli  və  evlilik  həyatında 

davam  etdirilməli  olan  (seksual  baxımdan  xoşbəxtliyə  dair) 

öhdəliklər: 

- İmanlı olmaq və ibadət etmək; 

- Ailə quracağı qadın və kişini görmək; 

- Kişi və qadın sünnət olmaq; 

- Bığ və saqqal saxlamaq; 

- Özünü kənar təsirlərdən qorumaq; 

- Cinsi həyatın məhrəmiyyət və sirlərini saxlamaq; 

- Bədəni, eləcə də dişləri təmiz saxlamaq; 

- Bəzənmək və özünə ətir vurmaq. 

B)  Cinsi  əlaqədən  əvvəl  və  cinsi  əlaqə  vaxtı  yerinə  yetirilməli 

olan öhdəliklər: 

- Bismillah demək; 

- Şeytandan Allaha pənah aparmaq; 

- Sevişmək; 

-  Hamiləlik  vaxtı  və  xəstəlik  kimi  xüsusi  hallarda  elm  və 

təcrübədən irəli gələn məsələlərə hörmətlə yanaşmaq; 

www.muselmanlar.com

 

 



10 

 

-  Evlilik  daxilində  uzaq  durulmalı  olan  hərəkətlərdən 



çəkinmək.  Özünü  evlilik  həyatındakı  seksual  məzmunlu 

haramlardan qorumaq. 

 Qeyd  etmək  lazımdır  ki,  “özünü  evlilik  həyatındakı  seksual 

məzmunlu haramlardan qorumaq” öhdəliyi barədə ayrı bir fəsildə 

ətraflı  məlumat  verəcəyik.  Odur  ki,  gəlin,  insanı  seksual 

cəhətdən xoşbəxtliyə aparan öhdəlikləri bir-bir izah edək. 

Seksual cəhətdən xoşbəxtlik üçün yerinə 

yetirilməli olan öhdəliklər - 1 

İmanlı olmaq və ibadətləri yerinə yetirmək

 

“Kişi və ya qadın... İmanlı olaraq gözəl əməllər edənlərə 



əlbəttə ki, gözəl bir həyat yaşadacağıq.” (Nəhl, 16/97) 

Ailə  daxilindəki  cinsi  həyatda  fiziki  və  mənəvi  doyuma 

çatmaq  üçün  görülməli  olan  birinci  iş  İslam  imanı  və  xüsusi 

ibadətlərlə  güclənmək,  seksual  məzmunlu  haramlardan 

qorunub qüvvələnməkdir. 

Allaha,  eləcə  də,  məxluqatı  əhatə  edən  tale-qəza-qədər 

proqramına,  Axirət  gününə,  Cənnət  və  Cəhənnəmə  iman 

gətirən  insan  həyatı  özü  üçün  bir  növ  əsaslandırılmış  hala 

gətirir.  Bu  səbəbdən  də  ruhi-mənəvi  sabitlik  qazanır.  Maddi 

mənada  gələcək  dərdi  çəkməkdən  və  qayğılardan  da  xilas 

olur.  Namaz,  oruc,  zəkat,  dua  və  zikr  kimi  ibadətlərini 

müntəzəm  surətdə  yerinə  yetirən  mömin  də  belədir.  O  da 

daxili  dünyasını  təmizləyib  işıqlandırır.  Beləliklə  də,  həyatını 

bu nizam-intizam daxilində öz yoluna qoyur. 

Belə  bir  mömin  gözünü  şəhvətli  baxışlardan  və  nəfsini 

zina  və  oxşar  günahlardan  qorusa,  eyni  zamanda  spirtli 




www.muselmanlar.com

 

 



11 

 

içkilərdən  uzaq  durub  halal  qazancla  alınan  halal  şeylərdən 



yeyib-içsə, seksual güc-qüvvəsi artır və həyəcanı çoxalır. 

Belə  bir  mömin  insan  xüsusən  seksual  məzmunlu  dini 

təlim-tərbiyə  alaraq  halal  cinsi  həyatın  ibadət  həyatının  bir 

hissəsi olduğunu bilirsə, öz şəhvani istəklərinə ülvi bir sevinc 

hissi əlavə olunur. Nəticədə o, şəhvani həyəcan baxımından ən 

yüksək səviyyəyə çatır.

8

 

Əgər belə bir insan seksual doyuma çata bilmirsə, kim çata 



bilər? 

Elə isə görülməli olan birinci iş Quran və Sünnənin insanı 

olmaqdır.  Başqa  cür  desək,  imanlı,  ibadət  edən  və  tövbəli  bir 

bəndə olmaq. 

Seksual cəhətdən xoşbəxtlik üçün yerinə 

yetirilməli olan öhdəliklər - 2

 

Evləniləsi qadın və kişini görmək



 

“Sizə halal edilən-xoşunuza gələn qadınlarla evlənin.”

9

 

Ailə həyatında seksual cəhətdən doyuma çatan xoşbəxt bir 



ər-arvad  olmağın  əsas  şərtlərindən  biri  də  şübhəsiz  ki,  intim 

münasibətlərin müntəzəm və münasib olmağıdır. 

                                                 

8

 Quranda deyilir ki, günahlarından tövbə edib imanlı və ibadət edən bir bəndə olmaq 



yoluna  daxil  olanların  güc-qüvvəsi    (hansı  növün  nəzərdə  tutulduğu  izah  edilmir) 

artırılır. Yəni, onlara belə bir müjdə verilir. Bu da bizim şərhimizin düzgün olduğunu 

göstərir (Baxın: Hud, 11/52; Nuh, 71/10-12). 

9

 Nisa surəsinin 3-cü ayəsindəki “tabə (



)” felinin mənası üçün Rağib əl-İsfəhaninin 

Müfrədat


 adlı əsərinə baxmaq olar. 

www.muselmanlar.com

 

 

12 



 

İnsanı fiziki və mənəvi cəhətdən rahatlığa çatdıran nizam-

intizamlı bir cinsi həyat yaşamaq ər-arvadın bir-birini sevməyi, 

bunun üçün də görüb arzulayaraq evlənməklərindən asılıdır.

10

 

İstisnaları  olmaq  şərti  ilə  demək  olar  ki,  bir  qayda  kimi 



ancaq  sevib  evlənən  cütlər  xoşbəxt  bir  ailə  qura  bilirlər. 

Allahın elçisi (əs) bununla əlaqədar olara belə demişdir: 

   

   


  

“Bir-birini  sevənlər  üçün  evlənmək  kimi  (bir  əməl) 

görülməyib.”

11

 



Bu  hədisi  belə  də  başa  düşə  bilərik:  “Evlilik  ancaq  bir-

birini sevə bilənlər üçün məsləhət bilinən bir yoldur.” 

Həyat yoldaşı namizədləri görülməlidir

 

Ruhi  və  cinsi  cəhətdən  müvafiq  bir  cütlük  formalaşdıra 



bilmək  üçün  bir-birini  görmək  lazımdır.  Buna  görə  də  İslam 

dini  kişinin  qadını,  qadının  da  kişini  görüb  nəzərdən 

keçirməyini təkidlə məsləhət görmüşdür. 

Bu  səbəbdən  də  həyat  yoldaşı  namizədi  olan  qadını  bir 

məhrəminin yanında, yaxud da ictimai - hamı üçün açıq olan 

bir  yerdə  görmək  lazımdır.  Biz  burada  əsas  mövzumuz  olan 

                                                 

10

 Mədəni səviyyə baxımından bərabərlik 



Şübhəsiz  ki,  evlənmək  istənən  qadın  və  kişini  görmək  lazımlı  olsa  da,  kifayət  deyil. 

Çünki  peyğəmbərimizin  (əs)  buyuruqlarına  əsasən  həyat  yoldaşı  namizədində 

axtarılmalı olan bəzi xüsusiyyətlər var: Dindarlıq, əxlaqlı olmaq və fərzi-eyn hökmlərə 

dair məlumatları da əhatə edən biliyə malik olmaq. Bunları isə görməklə deyil, alınan 

təhsil növünü  təhlil  etmək,  yaşayış  tərzinə  nəzər  salmaq  və  hər iki  tərəfin  tanış-bilişi 

ilə məsləhətləşməklə öyrənmək olur. 

11

 İbn Macə, Nikah, 1, hədis nömrəsi 1847. 




www.muselmanlar.com

 

 



13 

 

seksuallıq  məsələsini  nəzərə  alaraq  təkcə  fiziki  xüsusiyyətlərə 



xüsusi diqqət yetirəcəyik.

 

Kişinin qadını görməyi 



Kişinin  alacağını  qadını  görməyini  məsləhət  görən  çoxlu 

peyğəmbər hədisi var. Gəlin, onlardan bəzilərinə nəzər salaq: 

Evlənmək məqsədi ilə baxmaq günah deyil 

Allahın rəsulu (əs) belə demişdir: 

 

           



 

       


  

“Allah bir müsəlmanın könlünə bir qadınla evlənmək arzusunu 

saldığı  vaxt  onun  həmin  qadına  baxıb  nəzərdən  keçirməyində

12

 bir 



günah yoxdur.”

13

 



Get, alacağın qadını gör! 

Muğirə ibn Şöbə (ra) nəql edir: 

Mən  Allahın  elçisinin  yanına  gedib  evlənmək  istədiyim 

qadından danışdım. O, mənə belə dedi: 

“Get,  ona  yaxşı-yaxşı  bax.  Nəzərdən  keçir.  Çünki  görüb  almaq 

sizin bir-birinizə isinişməyiniz baxımından daha təsirli olar.” 

                                                 

12

 Biz  qadını  görmək  məsələsini  müvafiq  hədislərdə  işlədilən  “nazara  (



)”  felinin 

mənasına  əsasən  görüb  fiziki  xüsusiyyətlərini  nəzərdən  keçirmək  və  tanış-bilişdən 

məlumat almaq kimi başa düşürük. 

13

 İbn Macə, Nikah, 9, hədis nömrəsi 1864. 



Belə bir əhvalat baş verib: Bir gün əshabə Muhəmməd ibn Məsləmə evlənmək istədiyi 

qadını gizlincə yaxından görüb tanımaq istədikdə camaat: “Peyğəmbərin əshabəsi belə 

bir  işi  necə  görə  bilər?”,  -  deyə,  onu  tənqid  edir.  O  isə  şəxsən  peyğəmbərdən 

eşitdiklərini izah edib yuxarıda qeyd edilən hədisi nəql edir. 

www.muselmanlar.com

 

 



14 

 

Mən də Ənsardan olan həmin qadının evinə getdim və ona 



həzrəti  peyğəmbərin  görüb  nəzərdən  keçirməklə  əlaqədar 

buyuruğunu  izah  etdim.  Onu  ata-anasından  istədim. 

Peyğəmbərin  alınan  qızı  görməklə  əlaqədar  tapşırığı  sanki 

onların  ürəyinə  yatmadı.  Bu  dəm  olduğu  yerdə  bizim 

danışığımızı eşidən qız yaranan bu vəziyyəti qəribə qarşılamış 

kimi mənə müraciətlə belə dedi: 

- Əgər Allahın elçisi mənə baxmağını deyibsə, buyur, bax. 

Ancaq  onun  elə  bir  tapşırığı  yoxdursa,  Allah  xatirinə  belə  bir 

şey tələb etmə! 

Özü  ilə  əlaqədar  bu  rəvayəti  nəql  edən  Muğirə  sözlərinə 

belə davam etdi: 

- Onu görüb bəyəndim və evləndim. 

Muğirə  evləndiyi  bu  qadının  münasib  bir  həyat  yoldaşı 

olduğunu da qeyd etdi.

14

 

Bu  hədislərdən  belə  məlum  olur  ki,  görüb  nəzərdən 



keçirməklə  əlaqədar  icazə  özü  ciddi  olan  və  ciddi  kimi  qəbul 

olunan  kişiyə-oğlana  verilən  bir  haqq-hüquqdur.  Bu 

hüquqdan  sui-istifadə  yolverilməzdir.  Yəni,  kişi-oğlan  qızın 

özü  və  ya  valideyni  tərəfindən  qəbul  edilməyəcəyini  başa 

düşdüyü  vaxt  qızın  fiziki  xüsusiyyətlərinə  alıcı  gözü  ilə 

baxmamalı  və  belə  bir  şey  tələb  etməməlidir.  Çünki  seksual 

həzz məqsədilə baxmaq halal deyil. 

Qeyd  edək  ki,  evlənməyə  namizəd  olan  qadını  görməklə 

əlaqədar  bu  və  oxşar  hədisləri  hazırkı  dövrün  rabitə 

vasitələrini  deyil,  İslam  dininin  yarandığı  ilk  dövrün  ictimai 

                                                 

14

 İbn Macə, Nikah, 9, hədis nömrəsi 1866. 




www.muselmanlar.com

 

 



15 

 

həyat  qayda-qanunlarını  nəzərə  alıb  qiymətləndirmək 



lazımdır. 

Görmək seksual məqsəd güdür 

Kişinin  qadını  görməyi  ilə  yanaşı,  qadının  da  kişini 

görməyindəki  məqsəd  şübhə  yoxdur  ki,  bir-birlərinin  boy-

buxunu,  üz  çizgiləri  və  bədən  quruluşu  haqqında  bir 

təsəvvürə malik olmaqdır. 

Evlənmək  məqsədi  ilə  bir-birini  görənlər,  əksər  hallarda 

təbii  hərəkət  edə  bilmədiklərinə  görə  nəinki  1  dəfə,  hətta  bir 

neçə 

dəfə 


görüşməklə 

belə, 


bir-birlərinin 

əxlaq 


və 

xasiyyətlərini öyrənə bilmirlər. Bu, aydın məsələdir. 

Məsələyə  bu  baxımdan  yanaşdıqda  məlum  olur  ki, 

görməyin  məqsədi  daha  çox  seksual  xarakterlidir.  Bununla 

belə,  bu  məqsəd  üstüörtülü  ifadələrlə  ifadə  olunur.  Allahın 

elçisinin  (əs)  sünnəsi  də  bu  məqsədi  dini  cəhətdən  müvafiq 

hala  gətirib.  Belə  ki,  həzrəti  peyğəmbər  (əs)  Ənsardan  – 

Mədinə şəhərinin yerlilərindən biri olan bir qadınla evlənmək 

istəyən  əshabəyə:  “Get,  onu  gör.  Çünki  Ənsar  qadınlarının 

gözlərində  kiçiklik  və  mavilik  kimi  bir  qüsur  var”,  -  demişdir. 

Beləliklə,  o,  qadına  nə  üçün  baxmaq  lazım  olduğunu  da  izah 

edib.


15

 

Üz və bədən quruluşunun seksuallıqla əlaqədar olması isə 



izah  edilməyə  ehtiyacı  olmayan  bir  məqamdır.  Qadını 

görməyin məqsədinin seksual xarakterli olmağı isə ilk baxışda 

insanın  ağlına  gəlsə  də,  bir  qadına  gözəlliyinə  görə  üstünlük 

verməyi  qadağan  edən  peyğəmbər  buyuruğu  ilə  ziddiyyət 

təşkil  etmir.  Gəlin,  bunların  bir-birinə  nəyə  əsasən  zidd 

                                                 

15

 Müslim, tərcümə və şərhi, 7/271. 



www.muselmanlar.com

 

 



16 

 

olmadığını  izah  etməzdən  əvvəl  qeyd  etdiyimiz  buyuruqla 



tanış olaq. Həzrəti Muhəmməd (əs) belə demişdir: 

“Qadınlarla  təkcə  gözəlliklərinə  görə  evlənməyin.  Çünki 

gözəllikləri onları əxlaqi cəhətdən alçalda bilər. Onlarla mal-mülkləri 

üçün  də  evlənməyin.  Çünki  bu,  onları  yoldan  çıxarda  bilər. 

Qadınlarla  ancaq  dindarlıqlarına  görə  evlənin.  Həqiqətən  də,  cırıq 

paltarlı,  qara,  lakin  dini  bütöv  və  əxlaqı  gözəl  olan  bir  qadın  daha 

qiymətlidir.”

16

 



Allahın  elçisi  bu  hədisi  ilə  bizim  diqqətimizi  gözəlliyin 

qadını əxlaqi cəhətdən alçalda biləcəyinə cəlb edir. O, digər bir 

hədisdə belə buyurmuşdur: 

“Allah  bir  qadınla  təkcə  gözəlliyi  üçün  evlənən  kişinin  ancaq 

ləyaqətsizliyini artırar.”

17

 



Bu  iki  hədis  və  digər  oxşar  hədislər  fiziki  xüsusiyyət  – 

zahiri  görünüşün  əhəmiyyətsiz  olduğunu  izah  etməkdən  çox 

evlənmək üçün yeganə meyarın bu olmamalı oluğunu göstərir. 

Məsələyə  bu  nöqteyi-nəzərdən  baxdıqda  görmək  olur  ki, 

mömin  kişi  qadında  əsas  üstünlük  vermə  səbəbi  kimi 

dindarlığa  fikir  verməlidir;  bununla  yanaşı,  bu  şəxs  alacağı 

qadının  gözəl  olmağını  da  arzu  edə  bilər.

18

 Şübhəsiz  ki, 



gözəllik  bir  nemətdir.  Nə  dindarlığa  mane  olur,  nə  də 

əxlaqsızlıq üçün bir səbəb təşkil edir. Necə ki peyğəmbərimiz 

(əs) ancaq ehtimaldan bəhs edir. Deməli, qadın gözəl və dindar 

ola bilər. Eynilə bunun kimi, eybəcər və əxlaqsız da ola bilər. 

                                                 

16

 İbn Macə, Nikah, hədis nömrəsi 1859. 



17

 Məcməu-z-zəvaid, 4/254. Gözəllikdən irəli gələn əxlaqi səviyyəsizliyə icazə vermək 

(yaxud da təsdiq etmək) insanı şəxsiyyətsizləşdirir. Bu, açıq-aydın bir həqiqətdir. 

18

 Evlənmək məsələsində gözəlliyin də bir qadına üstünlük verməyin səbəbi olduğuna 



dair məlumat üçün baxın: Əhzab surəsi, 52-ci ayə. 


www.muselmanlar.com

 

 



17 

 

Həmçinin baxmağın məqsədinin seksual xarakterli olmağı 



o  demək  deyil  ki,  qadının  təkcə  obyektiv  meyarlara  əsasən 

gözəl  olanını  axtarmaq  lazımdır.  Bu  o  deməkdir  ki,  ən  çox 

sevilə  bilən  qadınlar  axtarılır.  Çünki  qadına  baxan  hər  kişi 

obyektiv gözəllik meyarlarından xəbərdar deyil. 

Bəli,  evlənmək  istəyən  tərəflərin  bir-birlərini  görməyi 

xoşbəxt bir ailə həyatına səbəb olur. Odur ki, baxmaq və arada 

münasiblik  olub  olmadığını  əvvəlcədən  müəyyən  etmək 

lazımdır. 

Kişi almaq istədiyi qadının hansı yerlərinə baxa bilər?

 

Həddi-büluğ  dövrünə  çatmış  bir  qız  və  ya  dul  qadın 



məhrəmi olmayan kişilərə qarşı üz, əl və ayaqlarının xaricində 

qalan yerlərini örtməlidir. Bunu əsas tutan İslam alimləri belə 

hesab edirlər ki, kişi alacağı qadının üz, əl və ayaqlarına baxa 

bilər.  Bu  möhtərəm  alimlərimiz  üz  və  əlləri  görməyin  bütün 

bədən  barədə  məlumat  almaq  üçün  kifayət  edəcəyini  belə 

ifadə edirlər: 

Üzü  görmək  qadının  gözəllik  və  eybəcərliyi  haqqında, 

əlləri  görmək  də  bədəninin  yumşaqlıq  və  sərtliyi  barədə 

kifayət qədər məlumat verə bilər. 

Bu  izah  əsas  etibarilə  düzgündür.  Həqiqətən  də,  üzü 

görməklə gözəllik və çirkinliyi müəyyən etmək mümkün olur. 

Bunun  kimi,  üz  və  əllərin  dərisindən  də  bədən  haqqında  bir 

nəticəyə gəlmək olur. 

Lakin burada qadının  əleyhinə bir  səhv  də  baş verə  bilər. 

Çünki  işləyən,  isti  və  soyuqda  əllərini  işlədən  qadının  əlləri 

onun  bədəninin  əsl  xüsusiyyətlərini  əks  etdirə  bilməz;  hətta 

bəzi  hallarda  cinsiyyətini  belə!  Necə  ki  Allahın  elçisi  (əs)  kişi 

www.muselmanlar.com

 

 

18 



 

əlinə oxşayan bir qadın əli gördüyü vaxt tapşırıb ki, əlinə xına 

qoy, qadın əli olduğu bilinsin.

19

 



Allah  həqiqətləri  dilə  gətirmək  məsələsində  utanmağı 

buyurmayıb.  Ona  görə  də  biz  burada  başqa  bir  məsələyə 

toxunmaq istəyir və bunu faydalı hesab edirik. 

İnsanın  cinsiyyət  üzvləri,  eləcə  də,  erogen  bölgələri 

müəyyən  bir  quruluşa  malikdir.  Bununla  belə,  genişlik,  boy 

(uzunluq),  dərinlik  və  xarici  görünüş  baxımından  fərqli 

olurlar. 

Bu sahənin mütəxəssislərinin fikrincə, insanın üzündə olan 

bədən  üzvləri,  həmçinin  əl  və  ayaqların  quruluşundan 

cinsiyyət 

üzvləri 

və 


erotik 

bölgələrin 

qeyd 

edilən 


xüsusiyyətləri barədə demək olar ki, düzgünə yaxın bir nəticə 

çıxartmaq olar. Onlar bu məsələdə həmfikirdirlər. 

Qeyd  etmək  lazımdır  ki,  görülən  (baxılan)  üzvlərdən 

məhrəm  yerlərə  keçid  metodunun  əsrlərlə  tarixi  var.  Qadın 

cinsiyyət 

üzvünün 


elastikliyi 

ucbatından 

seksual 

münasibətlərə  mənfi  təsir  edən  uyuşmazlıq  məsələsi  nadir 

hallarda  üzə  çıxan  bir  məsələdir.  Ona  görə  də  qadının  üz  və 

əllərini görmək ümumi mənada kifayətdir. 

Biz  buna  inanırıq.  Amma  “İlahi  vəhy  nizam-intizamı”na 

inanmayan  insanlar  evlənmək  istəyənlərin  bir-birlərini  çox 

yüksək  səviyyədə  tanımalı  olduqlarını  bildirirlər.  Onlar  bu 

                                                 

19

 ət-Tac, 3/175. 



Qadın  əlinin  kişi  əlinə  oxşamağını  yolverilməz  hesab  edən  peyğəmbərimizin  (əs)  bu 

hədisindən  çıxan  nəticəni  bu  cür xülasə  edə  bilərik:  İslami qaydalara  tamamilə  sadiq 

olmasalar  da,  müsəlman  kişi  və  qadınlar  saç  düzümü  və  geyim-kecimlərinə  fikir 

verməlidirlər.  Elə  etməlidirlər  ki,  ilk  baxışda  cinsiyyətlərini  ayırd  etmək  mümkün 

olsun. Əks təqdirdə, haram növündən bir oxşarlıq ola bilər. 



www.muselmanlar.com

 

 



19 

 

fikrin  üzərində  təkidlə  dururlar.  Çünki  onların  narahat 



olduqları bəzi məqamlar  var. Əslində  bu  məsələdə  öz  məntiq 

və mühakimələri baxımından haqlıdırlar. Ancaq İslam nizam-

intizamında bu cür şeylərə yer yoxdur. 

Məhdudiyyətli görməkdən irəli gələn narahatlıqlar 

Gəlin,  əvvəlcə  bu  narahatlıqların  nə  olduğunu  müəyyən 

edək.  Sonra  da  İslam  nizam-intizamı  çərçivəsində  bu 

narahatlıqları  aradan  qaldıran  tədbirlərin  necə  görüldüyünü 

izah edək. 

a)  Təkcə  üz  və  əlləri  görülən  qadının  bədəninin 

görünməyən  yerlərində böyük  bir  yanıq izi, alaca  xəstəliyi  və 

yaxud insanı diksindirən hansısa bir xəstəliyi ola bilər. 

b)  Qadının  cinsiyyət  üzvündə  cinsi  əlaqəyə  maneə  təşkil 

edən  bir  qüsur  ola  bilər.  Onun  qoşa  (cüt)  cinsiyyət  üzvlü 

olmağı da mümkündür. 

c) Qadın cinsi cəhətdən soyuq (frigit) ola bilər. 

d)  Tündxasiyyət  insanlar  üçün  təkcə  üz  və  əlləri  görmək 

bir qərara gəlməkdə kifayət etməyə bilər. 

Bu  qəbildən  olan  narahatlıqların  yaranmağını  da  təbii 

qarşılamaq lazımdır.  

Narahatlıqlar nə cür aradan qaldırılır? 

Görəsən, İslama əsasən bu kimi narahatlıqları necə aradan 

qaldırmaq olar? 

aa) Evləniləsi qadının bədəninin hansısa bir yerində qeyd 

edilən növdən bir əlamət, qüsur və ya xəstəlik ola bilər. Amma 

qadın,  yaxud  da  valideynləri  bunu  deməlidirlər.  Əgər 

deməsələr,  bundan  əziyyət  çəkən  qadın  olar.  Çünki  həmin 

www.muselmanlar.com

 

 



20 

 

çatışmazlığı  öyrənib  bilən  kişi  zifafdan  əvvəl  də,  sonra  da 



qadını  həm  boşaya  bilər,  həm  də  məhkəmə  yolu  ilə  nikah 

əqdini  ləğv  etdirə  bilər.  Əgər  kişi  (ər)  qadınla  cinsi  əlaqədə 

olmazdan  qabaq  məhkəməyə  müraciət  etsə,  qadına  verdiyi 

mehiri və ya onun yarısını qadının valideynindən ala da bilər. 

Cinsi həyata mənfi təsir edib xoşbəxt olmağa mane olan bu 

kimi  çatışmazlıqlar  üzə  çıxdığı  vaxt  qadını  ailəsinin  yanına 

qaytarmaq  mümkündür.  Bu  məsələ  həzrəti  peyğəmbər  (əs) 

tərəfindən  həyata  keçirildiyi  üçün  hüquqilik  qazanıb. 

Əshabələrdən  biri  olan  Kəb  ibn  Zeyd  (ra)  bununla  əlaqədar 

olaraq belə bir əhvalat nəql etmişdir: 

Allahın  rəsulu  Qifar  (Ğifar)  oğulları  ailəsindən  bir  qadınla 

evləndi.  Qadınla  zifafa  daxil  olduğu  vaxt  paltarını  çıxardıb  yatağa 

girdikdə  gördü  ki, qadının böyründə  alaca  xəstəliyi var.  Görən  kimi 

yataqdan  çəkildi  və  qadına:  “Geyin!”,  -  dedi  (və  onu  ailəsinin 

yanına  qaytardı). Allahın rəsulu həmin qadına verdiyi mehirin bir 

hissəsini  belə,  almadı.    Ancaq  qadının  valideyninə:  “Məsələni 

məndən gizlətdiniz”, - deyə, giley-güzar etdi.

20

 



Allahın səlatu-salamı ona olsun, onun bu feli sünnəsindən 

öyrənirik ki, dində seksual cəhətdən xoşbəxt olmağa maneçilik 

törədən mühüm bir qüsuru qəbul etmək məcburiyyəti yoxdur. 

Allahın  elçisi  (əs)  İslama  əsaslanan  iman  və  həyat 

tərzlərinə  görə  əziyyət  çəkən  və  ya  himayəyə  möhtac  olan, 

bununla  belə,  heç  bir  qadınlıq  xüsusiyyəti  qalmamış  bir  neçə 

dul qadınla evlənmək kimi mənalı bir iş görüb. Elə isə həmin 

qadını öz istəyi ilə meydana gəlməyən bir eyibinin ucbatından 

ailəsinin  yanına  göndərməyi  (Allah  bilər)  Qiyamət  gününə 

                                                 

20

 ət-Tac, 2/327; Məcməu-z-zəvaid, 4/300. 




www.muselmanlar.com

 

 



21 

 

qədər  gələcək  bəşəriyyətə  zahiri  görünüş  və  seksuallığın 



əhəmiyyətini izah edir. 

Nəticə  kimi  demək  olar  ki,  evlənməzdən  qabaq  kişi 

tərəfindən  görülüb  bilinməyən  mühüm  çatışmazlıqlar  kişi 

üçün  müntəzəm  bir  cinsi  əziyyətə,  hətta  maddi  zərərə  belə, 

səbəb kimi göstərilə bilməz.

21

 



bb)  Qadının  cinsiyyət  üzvündə  cinsi  həyata  başlamaq  və 

yaxud  onu  davam  etdirməyə  mane  olan  bir  qüsur  və  ya 

xəstəlik ola bilər. Təbii ki, bu hal kişi üçün də qüvvədədir. 

Bu halda kişi qadını boşamaq yolunu seçə bilər. Həmçinin 

ona  verdiyi  mehiri  tamamilə,  yaxud  da  qismən  qaytarıb  ala 

bilər.  Bunları  həyata  keçirmək  üçün  məhkəməyə  də  müraciət 

edə bilər. 

Qadın üçün də nikaha xitam vermək yolu açıqdır

 

Burada  qeyd  etmək  lazımdır  ki,  meydana  gəlmə  ehtimalı 



olan  bu  kimi  problemlərin  qarşısını  əvvəlcədən  almaq  İslami 

meyarlar daxilində də mümkündür. Belə ki, İslamdakı ictimai 

nizam-intizama  əsasən  səlahiyyət  verilən  qadınlar  nəzərdən 

keçirdikləri qız və qadınların (əgər varsa) nikaha xitam vermə 

səbəbi  olan  cinsi  qüsur  və  xəstəliklərini  müəyyən  edib  bu 

barədə məlumat verə bilərlər. 

cc)  Qadının  cinsi  cəhətdən  soyuq  (frigit)  olduğunu 

düşünmək də mümkündür. Elə isə seksual həyata mənfi təsir 

edən bu hal və ya ondan irəli gələn əzab-əziyyət necə aradan 

qaldırıla bilər? 

                                                 

21

 Bu  barədə  geniş  məlumat  üçün  “Evliliyə  xitam  verən  seksual  qüsur,  xəstəlik  və 



digər səbəblər” fəslinə baxın. 

www.muselmanlar.com

 

 

22 



 

Burada əvvəlcə aşağıdakı məsələni izah etmək lazımdır: 

Heç  bir  qadının  acmayacağını,  yaxud  da  ayaqyoluna 

getməyəcəyini güman etmək olmaz. Eynilə bunun kimi, aybaşı 

(heyz) olan bir qadının cinsi cəhətdən soyuq olduğunu güman 

etmək də olmaz. 

Qadın  seksual  cəhətdən  kişi  kimidir.  Sadəcə  olaraq  intim 

münasibətlərdə  passiv,  əlavə  olaraq,  utancaq  olduğuna  görə 

qadının  seksual  baxımdan  həssaslaşmaq  üçün  müəyyən  bir 

müddətə  ehtiyacı  ola  bilər.  Bu  da  öz  növbəsində  təbii  bir 

haldır. 

Əgər  kişi  sünnətlidirsə,  bədən  və  dişlərinin  təmiz 

olmağına  fikir  verirsə,  eləcə  də,  sevişmədən  cinsi  əlaqəyə 

başlamır  və  arvadını  orqazma  çatdırmaq  məqsədi  güdürsə, 

bunun  müqabilində  qadın  da  qadın  olduğunu  bilərək  ərinə 

qarşı  qadın  paltarı  geyinib  makiaj  çəkməklə  qadın  kimi 

hərəkət  edirsə,  onun  cinsi  cəhətdən  soyuq  olmağı  qeyri-

mümkün kimidir. 

Əslində  bu  məsələdə  təqsir  qadında  deyil;  izah  edilən  bu 

öhdəliklərin  İslami  bir  zərurət  olduğunu  dərk  edə  bilməyən 

insanlardadır. 

Qadın  toxunduğumuz  bütün  bu  hazırlayıcı  şərtlərə 

baxmayaraq  yenə soyuqdursa, deməli, kişi üçün boşama yolu 

açıqdır.  Əgər  kşinin  vicdanı  belə  bir  qadını  boşamağa  yol 

vermirsə,  bu  halda  məhdud  (sayda)  çoxarvadlılığa  üz  tuta 

bilər. Çünki bu, İslama əsasən müraciət edilə bilən hüquqi bir 

məsələdir. 



www.muselmanlar.com

 

 



23 

 

Əgər  bəzi  cəmiyyətlərdə:  “Birdən  artıq  və  dördə  qəqər 



qadınla evlənmək qadağandır”, - deyilsə, buna cavabımız belə 

olacaq: 


Biz  İslam  dinini  və  onun  cəmiyyətində  mümkün  olanları 

danışır, onlardan bəhs edirik. 

dd)  Qiyamət  gününədək  gələcək  milyardlarla  möminin 

arasında  həyat  yoldaşı  seçmək  məsələsində  olduqca  diqqətli 

kişilər  də  olacaq.  Bunu  da  təbii  qarşılamaq  lazımdır. 

Belələrinin təkcə üz və əllərini gördükləri qadınlarla evlənmək 

qərarına  gəlməkləri  həqiqətən  də,  çətindir.  Çətindir,  ancaq 

cahanşümul bir dinin qayda-qanunu azlıq təşkil edən bu kimi 

insanlar  üçün  qoyula  bilməzdi.  Necə  ki  qoyulmadı  da. 

Bununla  belə,  onların  məqbul  olan  müşkül  işlərini  aradan 

qaldıran “yumşaltmalar” aparıldı. 

Məsələni həll edən yumşaldıcı-asanlaşdırıcı prinsiplər 

a) Bunlardan biri bir qadının vasitəsilə evlənmək istənən qadının 

bədən  quruluşu  haqqında  məlumat  almaqdır.  Məlumat  almaq 

məqsədilə belə bir şeyə təşəbbüs etmək İslamda məqbul hesab olunur. 

Çünki Allahın rəsulu (əs) görmək üçün göndərdiyi Ümmü Süleymə: 

“O  qadının  bədənini  iylə  və  ayaqlarına  nəzər  sal”,  -  deyə,  tapşırıq 

vermiş,  bununla  da  araya  vasitəçi  qoymağın  mümkünlüyünə 

nümunə göstərmişdir.

22

 



Allahın  səlatu-salamı  onun  üzərinə  olsun,  o,  buna  icazə 

verən digər bir hədisində belə buyurmuşdur: 

                                                 

22

 Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502. 



www.muselmanlar.com

 

 



24 

 

 



 

 

   



   

   


 

  

   



 

  

“Sizin  aranızdan  bir  nəfər  bir  qadınla  evlənmək  istədiyi  vaxt 

onun  üzünün  gözəlliyi  barədə  soruşduğu  kimi,  saçını  da  soruşsun. 

Çünki saçlar iki gözəllikdən biridir.”

23

 

b)  Digər  bir  yumşaldıcı  prinsip  isə  Allahın  elçisinin  (əs)  bu 



hədisindən irəli gəlir: 

   


         

   


 

 

 



 

  

“Aranızdan bir nəfər bir qadınla evlənmək istədiyi vaxt onunla 



evlənməyinə səbəb ola biləcək xüsusiyyətlərinə baxa bilirsə, baxsın.”

24

 



Bu  hədisi  əsas  götürüb  həyat  yoldaşı  namizədi  olan 

qadının  hər  tərəfinə  baxmağın  mümkünlüyünə  dair  ictihadı 

olan  müctehidlər  və  əshabələrin  onların  bu  fikrini 

qüvvətləndirən  işləri  var.  Misal  üçün,  bu  hədisi  rəvayət  edən 

Cabir ibn Abdulla (ra) belə demişdir: 

“Mən  evlənmək  istədiyim  qızı  gizlincə  izlədim.  Onunla 

evlənməyimə  səbəb  olacaq  xüsusiyyətlərini  gördükdən  sonra 

evləndim.”

25

 

                                                 



23

 Müsnəd, eyni yerdə; əl-Camiu-s-səğir, 1/24; Feyzu-l-qədir, hədis nömrəsi 579. 

24

 Əbu Davud, Nikah, 19 (Avnu-l-məbud, 6/96). 



25

 Bu və digər misallar üçün baxın: Avnu-l-məbud, 6/97; İbn Macə, hədis nömrəsi 1864; 

Qurtubi, 14/222. 



www.muselmanlar.com

 

 



25 

 

Lakin 



bu 

imkandan 

qadağan 

edilən 


ev-eşik 

toxunulmazlığını  pozmadan,  o  cümlədən  rentgençilik

26

 kimi 


bəd bir işə qurşanmadan  istifadə etmək çox da mümkün deyil. 

Bu  səbəbdən  dörd  böyük  fiqh  məzhəbinin  müctehid  alimləri 

yuxarıda izah olunduğu kimi bir fikirdədirlər. Düzgün olan da 

budur.  Hərçənd  öz-özünə  baş  verən  və  problem  yaratmayan 

bəzi imkanlardan istifadənin mümkünlüyü də bir faktdır. 

Qadının kişini görməyi 

Kişi  almaq  istədiyi  qadını  görə  bildiyi  kimi,  qadın  da  ərə 

gedəcəyi  kişini  görə  bilər.  Eyni  zamanda  qadının  görmə 

sərhədləri  daha  genişdir.  Məlumdur  ki,  kişinin  övrəti  yad 

qadınlara  qarşı  örtməli  olduğu  yerlər  –  göbəklə  dizlərinin 

arasıdır.  Buna  görə  də  qadın  onu  istəyən  kişinin  övrət  yerləri 

istisna  olmaqla,  bədəninə  baxa  bilər.  Qadın  bu  haqqından 

istifadə  etməlidir.  Ona  görə  istifadə  etməlidir  ki,  öz  istəyi  ilə 

bir  qərara  gələ  bilsin.  Çünki  istər  qız,  istərsə  də  dul  olsun, 

qadını sadəcə olaraq özünün məqbul hesab etdiyi bir kişiyə ərə 

vermək olar. Valideynlər ərgən qız uşağını da, dul qızlarını da 

istəmədiyi bir kəbinə məcbur edə bilməzlər. 

İndi  isə  gəlin,  izah  etdiyimiz  bu  məsələni  həzrəti 

Muhəmmədin  (əs)  şifahi  və  praktikaya  əsaslanan  sünnəsi  ilə 

sübuta yetirək. 

Qadını özü razılıq vermədən ərə vermək olmaz 

Muhəmməd peyğəmbər (Allah onun şanını ucaltsın və ona 

sadiq olanları artırsın) belə buyurmuşdur: 

                                                 

26

 Müəllif bu məfhumu aşağıdakı kimi izah edir: 



Başqalarının  naməhrəm yerləri,  o  cümlədən  cinsiyyət  üzvləri və  cinsi  əlaqələrinə  tamaşa  edib 

seksual doyuma  çatmaq  cəhdi.

  Bu  barədə  kitabın  12-ci  fəslində  ətraflı  məlumat  verilir  - 

tərcüməçinin qeydi.

 

www.muselmanlar.com



 

 

26 



 

“Dul qadını özünün razılığı olmadan ərə vermək olmaz  (Çünki 

dul  qadın  özü  haqqında  valideynindən  daha  çox  səlahiyyətə 

malikdir). 

Bakirə qız da özündən razılıq almamış ərə verilə bilməz.”

27

 



Əshabələr:  “Ey  Allahın  elçisi!  Bakirə  qızın  razılığı  necə 

olur?”, - deyə, soruşdular. 

Peyğəmbərin (əs) cavabı belə oldu: 

-  (Utandığı  üçün  açıq-aydın  bir  fikir  bildirməsə)  onun 

susmağı razılıq vermək mənası daşıyır.

28

 



Beləliklə,  İslama  əsasən  istər  qız,  istərsə  də  dul  qadın 

olsun,  heç  bir  qadını  istəmədiyi  bir  evliliyə  məcbur  etmək 

olmaz. 

Peyğəmbərimiz  (əs)  bu  məsələdə  şifahi  xəbərdarlıqla 

kifayətlənmir, təcrübəyə əsaslanan misallar da verirdi. Belə ki, 

o,  qohum-əqrəba  və  yaxın  dostlarının  ailələrindən  olan  qadınlardan 

birini ərə verdiyi vaxt onun yanına gedir və belə deyirdi: 

-  Qızım!  Filan  adam  səninlə  evlənmək  istəyir.  Əgər  onu 

istəmirsənsə, “yox” de. Çünki heç kəs “yox” deməyə çəkinməz. Əgər 

istəyirsənsə,  susmağın  (bir  söz  deməməyin)  da  (o  adamı  ər  kimi) 

istədiyini göstərir. 

Həzrəti  Muhəmməd  (əs)  öz  qızı  həzrəti  Fatimənin 

razılığını da bu yolla alıb həzrəti Əliyə ərə vermişdi.

29

 



                                                 

27

 Bir yerdən hoppanmaq, tullanmaq və aybaşı səbəblərindən bakirəliyini itirən qadın 



bakirə hökmündədir. Baxın: Cövhərətu-n-neyyirə, 2/9. 

28

 Sünəni Nəsai, 6/85. 



29

 Ləvamiu-l-uqul, 5/442; Məcməu-z-zəvaid, 4/278; İbn Səd, ət-Təbaqatu-l-kübra, 8/20. 




www.muselmanlar.com

 

 



27 

 

Burada bir məsələ də var. Belə ki, ərgən qız uşağı və ya dul 



qadını  istəmədiyi  adama  ərə  verilə  bilməmək  onların  öz 

istəklərinin təsdiq olunmağını da lazım bilmir. Çünki valideyn 

kürəkən  namizədinin  iman  və  əxlaqi  xüsusiyyətlərinə  fikir 

verməli,  fiziki  seçimi  isə  tamamilə  ərə  gedəsi  qadına  həvalə 

etməlidir. 

Qadının istədiyi namizəd qəbul olunmalıdır 

İman  və  əxlaq  baxımından  eyni  səviyyədə  olan 

namizədlərin arasında kasıb olsa belə, qadının üstünlük verib 

seçdiyi  tərəf  qəbul  olunmalıdır.  Aşağıdakı  hədis  də  bunu 

bildirir: 

Cabir ibn Abdulla (ra) nəql edir: 

Bir nəfər Allahın rəsulunun yanına gəlib soruşdu: 

- Ya rəsulallah! Bizim yetim bir qızımız var. Onu biri varlı-

hallı,  digəri  kasıb  olmaqla  2  nəfər  almaq  istəyir.  Biz  imkanlı 

olana  vermək  istəyirik.  Özü  isə  kasıba  üstünlük  verir.  Bu 

məsələyə siz necə baxırsınız? 

Peyğəmbər bu suala belə cavab verdi: 

“Bir-birini  sevənlər  üçün evlənməkdən  daha münasib  (bir  şey) 

olmayıb.”

30

 



İslam  alimlərinin  böyük  əksəriyyəti  belə  hesab  edir  ki, 

istəmədiyi  halda  ərə  verilən  dul  qadın  kimi,  həddi-büluğa 

çatmış  bakirə  qız  da  kəbini  poza  bilər.

31

 Çünki  bu,  Allahın 



rəsulunun  (əs)  əməli  ilə  aydınlıq  və  qətiyyət  kəsb  edən  bir 

məsələdir. 

                                                 

30

 Müntəxəbu kənzi-l-ummal, 6/391-392; İbn Macə, hədis nömrəsi 1847. 



31

 Tirmizi, Nikah, 17, hədis nömrəsi 1107. 

www.muselmanlar.com

 

 



28 

 

Təzyiq göstərməklə kəsilən kəbin etibarsızdır 



Mühüm olduğu üçün burada olmuş əhvalatları əhatə edən 

2 hədisi qeyd etmək istəyirik: 

 

   


 

 :

   



   

  

     



 

   


 

Xizam  adlı  bir  şəxs  öz  dul  qızı  Xənsa  əl-Ənsariyyəni  ərə 

vermişdi. Qızı bu evliliyi istəmirdi və Allahın elçisinin yanına 

gəlib  bunu  ona  bildirdi.  Peyğəmbər  də  qızın  atasının  kəsdirdiyi 

kəbini ləğv etdi.

32

 



Həzrəti Aişənin (ra) nəql etdiyinə görə cavan bir qız onun 

yanına yanına gəlib belə dedi: 

-  Atam  məni  qardaşı  oğlu  ilə  evləndirdi  ki,  mənim 

vasitəmlə öz dəyərsiz şəxsiyyətini ucaltsın. 

Ayşə  qıza:  “Allahın  elçisi  gələnə  qədər  otur  (gəldiyi  vaxt 

şikayətini  birbaşa  ona  deyərsən)”, -  dedi. Peyğəmbər  gəldi və 

qız vəziyyəti ona bildirdi. 

Həzrəti peyğəmbər dərhal xəbər yollayıb qızın atasını öz yanına 

çağırtdırdı və bu məsələdə qıza səlahiyyət verdi. 

 Bunun üstündən qız belə dedi: 

     

 

       



     

 

 



   

  

                                                 



32

 Buxari, Nikah, 42. 




www.muselmanlar.com

 

 



29 

 

-  Ey  Allahın  elçisi,  əslində  mən  atamın  gördüyü  işə  icazə 



vermişdim. Lakin bu məsələdə qadınların bir hüququ olub-olmadığını 

öyrənmək  istəyirdim  (Ona  görə  sizə  müraciət  etdim  ki,  bu 

məsələdə  qəti  bir  göstəriş  verəsiniz.  Beləcə,  atalar  bu  səhvi 

davam etdirməsinlər).”

33

 

Qız,  yaxud  da  dul  qadın  bir  qərara  gəlmək  üçün  təbii  ki, 



onu istəyən kişini görməli, hal-əhvalını nəzərdən keçirməlidir. 

Əgər  istəsə  və  bunun  üçün  münasib  şərait  olsa,  göbəklə 

dizlərinin arası istisna olmaqla, bədəninə də baxa bilər. 

Bu  halda  kişidə  qadının  əleyhinə  olan  və  zifaf  gecəsində 

üzə  çıxan  əsas  problem  cinsi  iqtidarsızlıq  ola  bilər.  Belə  bir 

halla  üzləşən  qadının  kəbini  məhkəmə  vasitəsilə  ləğv 

etdirməyə haqqı var.

34

 



Gəlin,  qadın  və  kişinin  bir-birlərini  görməli  olduqlarına 

dair  izahlarımızı  digər  bir  vacib  məsələyə  toxunmaqla 

tamamlayaq: 

Tərəflər  bir-birlərinə  qarşı  yaş  və  təhsil  səviyyələrini 

gizlətməməlidirlər. 

Zahiri 


görünüşlərində 

aldadıcı 

hərəkətlərdən  də  uzaq  durmalıdırlar.  Peyğəmbərimiz  (əs) 

məhz  buna  görə:  “Bizi  aldadanlar  bizim  yolumuzda  deyillər”,  - 

demiş, beləcə o, misal üçün, saçlarını qara rənglə rənglətdirən 

kişilərə bu vəziyyəti evlənmək istədikləri qadınlara bildirməyi 

tapşırmışdır.

35

 



                                                 

33

 Sünəni Nəsai, Nikah, 6/86. 



34

 Quran  və  Sünnəyə  zidd  bir  formada  atasının  bakirə  qızı  öz  tayına  ərə  getməyə 

məcbur  edə  biləcəyini  irəli  sürən  və  çox  kiçik  bir  azlıq  təşkil  edən  alimlər  belə,  onu 

kişilikdən  məhrum  olan  bir  şəxsə  ərə  getməyə  məcbur  etməyin  qeyri-mümkün 

olduğunu bildirirlər. Baxın: Hüquqi-islamiyyə və istilahati-fiqhiyyə qamusu, 2/57. 

35

 Tirmizi, Büyu, 72; Feyzu-l-qədir, hədis nömrəsi 580. 



www.muselmanlar.com

 

 



30 

 

Vəlinin bu məsələdə tutmalı olduğu həssas mövqe 



Bəzi İslam alimləri Quranın Bəqərə surəsinin 230 və 232-ci 

ayələrinə  əsasən  ərgən  bir  qız  uşağının,  xüsusən  də  dul 

qadının  vəlinin  (ata,  baba,  doğma  qardaş)  razılığını  almadan 

mehri-misil  verən  bir  nəfərlə  ailə  qurmağının  mümkün,  eləcə 

də,  bu  kəbinə  qanuni  cəhətdən  müdaxilə  etməyin  qeyri-

mümkün  olduğunu  bildiriblər.  Onların  bu  əhatəli  ictihadı 

bizim dövrümüzdə belə, diqqəti cəlb edir. 

Bu da var ki, nə dərəcədə hüquqi səlahiyyət olursa olsun, 

bir çox qız uşağı öz başına bir qərara gələ bilməz. Buna görə də 

belə  bir  qərarı  vəlinin  razılığı  ilə  vermək  daha  düzgündür. 

“Nikah ancaq vəlinin razılığı və 2 şahidin şahidliyi ilə etibarlı olur” 

hədisini  də  bu  cür  başa  düşmək  lazımdır.

36

 Əlavə  olaraq, 



Quran da vəlini tərəflərdən biri kimi olmasa da, nəzarətçi kimi 

vacib hesab edir.

37

 

Əgər ərgən qız bu məsələdə öz səlahiyyətini vəliyə həvalə 



etsə,  vəli  qızı  istəyənin  əqidə,  əxlaq,  maddi  vəziyyət,  fiziki 

quruluş və yaşına baxmalıdır. Ancaq başda dindarlıq olmaqla, 

fiziki  quruluş  və  yaşı  ilk  planda  qiymətləndirməlidir.  Çünki 

ailə  həyatından  ötrü  intim  münasibətlərin  gözlənilən  nəticəni 

verməyi üçün fiziki quruluş və yaşın münasib olmağı lazımdır. 

Bu  məsələ  xüsusilə  qadın  üçün  əhəmiyyət  kəsb  edir.  Çünki 

onun üçün yeganə kişi əridir. 

                                                 

36

 Kəşfu-l-xəfa, hədis nömrəsi 3092; Əbu Davud, Nikah, 20. 



İslamdan  əvvəl  -  Cahiliyyə  dövründə  öz  başına  verdiyi  qərara  əsasən  ərə  gedən 

qadınları zinakar kimi qiymətləndirirdilər. Allahın rəsulu vəlini kəbin işlərinin bir növ 

nəzarətçisi  edən  Qurana  əsasən  bu  faktı  da  nəzərə  almış,  beləcə,  vəlinin  razılığını 

məsləhət bilmişdir. 

37

 Bəqərə, 2/230, 232, 234. 




www.muselmanlar.com

 

 



31 

 

Fiziki  xüsusiyyətlər  və  yaşın  əhəmiyyətini  nəzərə  alan 



peyğəmbər (əs) belə demişdir: 

“Qadınları istəmədikləri kişilərə verməyin.” 

“Öz  tayınız  olanlarla  evlənin.  Bir-birinin  tayı  olanları 

evləndirin.”

38

 

Müsəlmanlara  xəlifəlik  etdiyi  dövrdə  həzrəti  Ömərin  (ra) 



yanına  ərə  verildiyi  qoca  ərini  öldürən  cavan  bir  qadını 

gətirdilər. O, baş vermiş əhvalata görə belə dedi: 

“Ay camaat! Allahdan qorxun! Kişi qadınlardan özünə tay olanı 

alsın. Qadın da kişilərdən öz tayına ərə getsin.”

39

 

Yuxarıda  izah  etməyə  çalışdığımız  fiziki  xüsusiyyətlər  və 



yaşın  münasibliyi  məsələsi  nikahda  nəzərə  alınmalı  olan  bir 

məsələdir. Bununla belə, bakirə qız və ya dul qadın təzyiq və 

təsir altında qalmadan – öz istəyi ilə dindar və eybəcər, yaxud 

da dindar və yaşlı bir kişini sevib ona üstünlük versə, onun bu 

seçiminə qarışmamaq lazımdır. 

Burada Allahın elçisinin (əs) necə yaşadığını bilən insanlar 

üçün  yada  salınmalı  olan  vacib  bir  məqam  var.  Bu,  onun 

təqribən 54 yaşında olduğu bir vaxtda 18 yaşında olan həzrəti 

Aişə (ra) ilə evlənməyidir. Görəsən, həmin nikahdakı yaş fərqi 

mənfi bir nümunə kimi qəbul oluna bilərmi? 

Əziz  peyğəmbərimiz  (əs)  bir  əsrin,  bir  millət  və  ya 

müəyyən  bir  ölkənin  peyğəmbəri  deyil.  O,  Qiyamət 

                                                 

38

 Müntəxəbu kənzi-l-ummal, 6/394-395. 



39

 Eyni əsər, 6/396. 

Xoşbəxt  bir  ailə  həyatı  üçün  tay-bərabərlik  məsələsini  fiziki  quruluş  və  yaşın 

münasibliyi  baxımından  qiymətləndirmək  lazımdır.  Eynilə  bunun  kimi,  ictimai 

fəaliyyət və mədəni cəhətdən də qiymətləndirmək lazımdır. 

www.muselmanlar.com

 

 

32 



 

gününədək  gələcək  bütün  dövrlərin,  habelə  bütün  millət  və 

ölkələrin  peyğəmbəridir.  O,  təkcə  normal  şərait  üçün  deyil, 

müstəsna şərtlər və mənfi mühitlər üçün də peyğəmbərdir. Elə 

bu səbəbdən də peyğəmbərimiz (əs) öz cavanlığında vaxtilə 2 

əri  olan  və  dul  qalan  uşaqlı  bir  qadınla  –  həzrəti  Xədicə  ilə 

evlənib  28  il  (Xədicənin  ölümünə  qədər)  onunla  ömür-gün 

sürmüşdür.  Peyğəmbərimiz  (əs)  bununla  təkarvadlı  həyat 

üçün bir nümunə olub. Öz ömrünün müdriklik dövründə (54 

yaşında) isə 18 yaşında olan həzrəti Aişə (ra) ilə ailə qurmuş və 

bununla  cavan  bir  qadınla  evlənməyə  nümunə  olmuşdur. 

Bəşəriyyətin bu kimi nümunələrə ehtiyacı var. 

Allahın  elçisinin  (ra)  54  yaşında  cavan  bir  qızla  ailə 

həyatına  başlamağı  belə  bir  kəbinin  mümkünlüyünə  sübut 

təşkil  edir.  Bununla  belə,  bunu  hökm  qoyan  bir  qayda  kimi 

mütaliə  etmək,  yəni,  bu  məsələyə  bu  cür  yanaşmaq  olduqca 

xətalıdır. 

Çünki Allahın elçisinin (əs) maddi və mənəvi cəhətlərdən 

imtiyazları olub: 

a) O, kişi gözəli olub. Qapqara saçları, iri gözlü, mirvari dişli və 

boy-buxunlu  olub.  Bədəni  sümüklü  və  münasib  olub.  Sözün  kəsəsi, 

kişi gözəli olub. 

b) Əshabələrin fikrincə, fərqli və güclü olub. 

c) Bünövrəsi qoyulan Mədinə İslam dövlətinin başçısı olub. 

d) Bütün bunların xaricində, o cümlədən fövqündə bəşəriyyətin 

ehtiyac  hiss  etdiyi  müstəsna  misalları  da  verən  Allahın  axırıncı 

elçisidir. Əbədi həyatın da pik-şəxsiyyətidir. Belə olduğu üçün də özü 

istəməmiş, başqaları tərəfindən istənmişdir. 




www.muselmanlar.com

 

 



33 

 

Deməli  (Allah  ona  sadiq  olanları  çoxaltsın),  Onun 



xüsusiyyətlərinə  malik  olan,  üstəlik  də  istənib  sevilən  cavan 

bir oğlan və ya kişinin cavan bir qadın-qızla evlənməyində hər 

hansı bir problem yoxdur. 

Ərgən olmayan bir qız uşağını ərə vermək olar? 

Qurani-Kərimə  əsasən  belə  bir  qız  uşağını  ərə  vermək 

olmaz. 


Məlum  olduğu  kimi,  buradakı  əsas  mövzumuz  cinsi 

həyatdır. Elə isə seksual münaibətlər baxımından maraqlı olan 

bu məsələ də izah edilməlidir. 

Qeyd  edək  ki,  Qurani-Kərimdə  evlənib  cinsi  əlaqədə 

olunan qadınlar haqqında ərgən qadınlar mənasında “ən-Nisa” 

sözü  işlədilir.  Ərdə  olan  qadın  mənasında  da  “ən-Nisa” 

sözünün  tək  forması  olan  “imraətun”  kəlməsindən  istifadə 

olunur. Nikaha daxil edilə bilən azad və ya əsir, müsəlman və 

ya  qeyri-müsəlman  qadınlarla  əlaqədar  olaraq  sırf  iradəli 

ərgənlər  barəsində  düşünülə  bilən  “Allaha  şərik  qoşmamaq 

və  namuslu  olmaq”  şərti  irəli  sürülür.  Ərə  veriləsi  qadınlar 

haqda  isə  ərsiz  qadın  mənası  da  verən  “əyama”  sözü  işlənir. 

Əlavə olaraq, məhz Quran evlənmək üçün ərgənlik dövrü olan 

ən-Nikaha  işarə  vurur.  Bütün  bu  və  buna  oxşar  sübutlar 

göstərir  ki,  ərgən  olmayan  qız  uşaqlarını  ərə  vermək  olmaz. 

Quran ərgənliklə yanaşı, nikah əqdinin şərtlərini yerinə yetirməyə 

qabil olmaq mənasında rüşdü də vacib hesab edir.

40

 



Xatırlatma:  Bu  əsərin  “Evləniləsi  qadın  və  kişini  görmək” 

fəslində  qeyd  olunan  meyarlara  təkcə  indiki  dövrün  kişi-qadın 

münasibətlərində heç bir qayda-qanun və sərhəd tanımayan dünyəvi 

                                                 

40

 Bəqərə, 2/221; Nisa, 4/4-5, 24-25; Maidə, 5/5; Nur, 24/32; Təhrim, 66/10-11. 



www.muselmanlar.com

 

 



34 

 

həyat  prizmasından  baxmamaq  lazımdır.  Bu  prinsip  və  meyarlara 



təbii meyllər və onları əks etdirən müxtəlif mədəniyyətlər baxımından 

yanaşmaq lazımdır. 

Seksual cəhətdən xoşbəxtlik üçün yerinə 

yetirilməli olan öhdəliklər - 3 

Sünnət olmaq 

“Əvvəlki peyğəmbərlərin yolu ilə get” (Ənam, 6/90) 

Ər-arvadın  arasında  seksual  münasibətləri  doyma 

nöqtəsinə  çatdıran  əsas  vasitələrdən  biri  də  sünnət  olmaqdır. 

Sünnətin seks nöqteyi-nəzərindən vacibliyini izah etmək üçün 

onu  kişi  və  qız  sünnəti  olmaqla,  2  yerə  ayırıb  təhlil  etməyi 

münasib hesab edirik. 

A) Kişi sünnəti (xitan) 

a) Sünnətin dini cəhətdən əhəmiyyəti 

Əziz  peyğəmbərimizə  (əs)  Quranın  aralarında  həzrəti 

İbrahimin  də  olduğu  “Əvvəlki  peyğəmbərlərin  yolu  ilə  get” 

formasındakı  buyuruğu  verilmişdi.

41

 Ona  həzrəti  İbrahimin 



çox  yaşlı  bir  vaxtda  sünnət  olduğuna  dair  məlumat  da 

verilmişdi.

42

 O,  bu  məsələ  ilə  əlaqədar  bir  şərh  də  verib.  Biz 



belə  hesab  edirik  ki,  həmin  şərh  o  ilahi  buyuruq  və 

məlumatlara əsasən verilib: 

“5  şey  fitrətdəndir;

  yəni,  xilqəti  korlamaq  kimi  bir 

xüsusiyyəti 

olmadığına 

görə 

bütün 


peyğəmbərlərin 

                                                 

41

 Ənam, 6/90. Həzrəti İbrahimin yolu ilə getməklə əlaqədar Quran əmrləri üçün baxın: 



Ali-İmran, 3/95; Nəhl, 16/123. 

42

 Buxari, Ənbiya, 11. 




www.muselmanlar.com

 

 



35 

 

şəriətlərində  mövcud  və  yerinə  yetirilməsi  mümkün  olan, 



eləcə də, məsləhət görülən işlərdəndir. 

Həmin  şeylər  sünnət  olmaq,  qasıqları  qırxıb  təmizləmək,  bığı 

qısaltmaq,  dırnaqları  tutmaq  və  qoltuğun  altındakı  tükləri 

yolmaqdır.”

43

 



(Allahın 

ona 


səlatu-salamı 

olsun), 


bütün 

peyğəmbərlərin  şəriətlərində  olduğunu  bildirdiyi  sünnəti 

müsəlmanlığı  qəbul  edən  kişilər  üçün  bir  növ  öhdəlik  halına 

gətirib belə əmr etmişdir: 

   

     


  

“Kafirlik  vaxtı  bədənində  çıxan  tükləri  aradan  qaldır,  sonra  da 

sünnət ol.”

44

 



b) Sünnət olmağın dini cəhətdən hökmü 

Kişi  tənasül  üzvünün  (penis)  baş  hissəsini  örtən  dərinin 

kəsilməsi  demək  olan  sünnətlə  (xitan)  əlaqədar  peyğəmbər 

hədislərini  səhhət  (həqiqi  və  mötəbər  olub  olmamaq 

cəhətindən)  və  məna  baxımından  tədqiq  edən  bəzi  İslam 

alimləri belə fikirdədirlər ki, sünnət lazımlıdır; digər bir qismi 

isə bunun yerinə yetirilməsi məsləhət görülən bir iş olduğunu 

düşünür.  Misal  üçün,  Şafei  məzhəbinin  alimlərinin  fikrincə 

                                                 

43

 Müslim,  Kitabu-t-təharət,  “babu  xisali-l-fitrəti”,  hədis  nömrəsi  49;  İbn  Macə,  hədis 



nömrəsi 292. 

44

 Əl-Camiu-s-səğir,  “Əlqi”  bəndi;  Feyzu-l-qədir,  2/161;  Müsnəd,  3/415;  Əbu  Davud, 



Təharət,

 129. 


Deməli, sünnət olmaq yer üzündəki bütün mədəniyyətlərdə var. Bu da öz növbəsində 

onun  peyğəmbərlərin  təbliğlərində  mövcud  olduğuna  dəlalət  edir.  Çünki  Quranın 

izahına  əsasən  bütün  cəmiyyətlərə  peyğəmbər,  yəni,  insanları  bir  növ  həqiqətlərdən 

agah  edən  şəxs  göndərilib.  Baxın:  Türkiyə  diyanət  vəqfinin  nəşr  etdiyi  İslam 

ensiklopediyası, 38-ci cild, s. 155. 

www.muselmanlar.com

 

 

36 



 

xitan  (sünnət)  vacib,  Maliki  və  Hənəfilərin  fikrincə  isə  dini 

hökm və öhdəlik baxımından sünnə - müstəhəb bir əməldir.

45

 



c) Sünnət olmağın vaxtı 

Bəzi  İslam  alimləri  gözünü  dünyaya  açan  bir  uşağı  7-ci 

gündə  sünnət  etdirməyi  peyğəmbər  sünnəsinin  ruhuna 

müvafiq hesab ediblər. Onlar bu fikirlərində peyğəmbərimizin 

(əs)  öz  nəvələri  Həsən  və  Hüseyni  7  günlük  olduqları  vaxt 

sünnət etdirdiyinə dair rəvayətə əsaslanırlar.

46

 

Lakin  sünnətin  uşaq  həddi-büluğa  çatana  qədər  təxirə 



salınmağında  dini  cəhətdən  bir  eyib  yoxdur.  Amma  onu 

həddi-büluğ  dövrünə  çatdığı  vaxt  sünnət  etdirmək  vacibdir; 

yəni,  yerinə  yetirilməli  olan  bir  işdir.  Həddi-büluğ  dövrünü 

keçən  təxirəsalma  ata-ananı  günahkar  edir.  Bununla  belə, 

sünnət toyu vurdurmaq öhdəliyi yoxdur. 

d)  Sünnətin  sağlamlıq  və  seks  nöqteyi-nəzərindən 

əhəmiyyəti 

                                                 

45

 Əl-Camiu-s-səğir, 1/62; Avnu-l-məbud, 14/185. 



a. Məsələyə düzgün olmayan münasibət: Dırnaq tutmaq, bədəni təmizləmək, saqqal 

və  bığı  səliqəyə  salmaq  və  dini  cəhətdən  müvafiq  olan  cinsi  əlaqə  nəticəsində 

bəkarətin  aradan  qaldırılması  kimi  xilqətə  edilən  müdaxilələrin  müstəsna 

nümunələrindən birini təşkil edən və onlar kimi, dini cavabdehlik baxımından sünnə 

(müstəhəb) qəbul edə biləcəyimiz xitan əməliyyatına bəzi şəxslər tərəfindən başqa cür 

baxılır.  Belə  ki,  onlar  bunu  Quranın  Nisa  surəsinin  119-cu  ayəsinə  əsasən  xilqəti 

dəyişdirmək xarakteri daşıyan şeytanı bir iş hesab edirlər. Biz isə ümumiyyətlə ömrü 

boyu  minlərlə  dəfə  üz  qırxmağı  təbii  qarşılayan  şəxslərin  bu  münasibətini  qeyri-

düzgün bir yanaşma kimi qiymətləndiririk. 

b.  Qocaların  vəziyyəti:  Bizim  mənbələrimizdə  qeyd  olunur  ki,  peyğəmbərimiz  (əs) 

yaşlı  vaxtında  müsəlmanlığı  qəbul  edən  və  müxtəlif  xalqların  nümayəndəsi  olan 

insanları sünnət (xitan) məsələsinə görə cavabdeh hesab etməyib. Həmçinin deyilir ki, 

bu səbəbə görə sünnət olunmaqları səhhətlə əlaqədar problemlər yaradan yaşlı kişilər 

xitana  görə  cavabdeh  deyillər.  Baxın:  Türkiyə  diyanət  vəqfinin  nəşr  etdiyi  İslam 

ensiklopediyası, 38-ci cild, s. 158. 

46

 Beyhəqi, əs-Sünənu-l-kübra, 8/324. 




www.muselmanlar.com

 

 



37 

 

Kişi  cinsiyyət  üzvünü  örtən  və  sünnət  vasitəsilə 



götürülməli olan dəridən ətrafa yayılan yağ çox pis bir iy verə 

bilir.  Eyni  zamanda  o,  mikrob  yuvası  olduğuna  görə  penisdə 

xəstəlik  baş  verməsinə  gətirib  çıxardır.  Habelə,  mikrobların 

qadın cinsiyyət üzvünə keçməyinə səbəb olur. 

Qulfə

47

 deyilən bu dəri əlavə olaraq, cinsiyyət üzvünün uc 



hissəsində sürtünmələrə səbəb olur. Bu da insanı masturbasiya 

ilə məşğul olmağa aparır. Evlənməmişdən qabaq masturbasiya 

ilə məşğul olmaq vərdişi ailə həyatında seksual münasibətlərə 

mənfi təsir göstərir. Qeyd edilən sürtünmə cinsi əlaqə zamanı 

tez-tələsik  boşalmağa  da  səbəb  olur.  Bu  isə  qadının  seksual 

cəhətdən doymamağının əsas səbəbidir. Beləliklə, qulfə kişidə 

tələsik  boşalmağa  səbəb  olduğu  kimi,  qadının  seksual  həzz 

almağına  da  mane  olur.  Çünki  birləşən  cinsiyyət  üzvlərinin 

bir-birinə  təsir  etməyinə  maneə  təşkil  edir.  Buna  görə  də 

qulfəyə  təbii  həssaslığı  aradan  qaldıran  çox  qalın  bir  prezervativ 

kimi də tərif vermək olar. Buna bir də bəzi qadınlarda klitorun 

üstünü  örtən  dərininin  yaratdığı  maneəni  əlavə  etsək,  həmin 

mənfi halın hansı səviyyədə olduğunu başa düşə bilərik. 

Sünnət  olmaq  bütün  bu  problemləri  aradan  qaldırdığına 

görə  kişinin  sünnətli  olduğu  cütlər  bir-biri  üçün  seksual 

cəhətdən daha münasib olur və doyuma çata bilirlər. 

B) Qız-qadın sünnəti 

Qız  sünnəti  ilə  əlaqədar  bir  Quran  hökmü  yoxdur. 

Həmçinin  bu  məsələdə  müsəlmanlara  öhdəlik  yükləyən 

                                                 

47

 Qulfə (ğulfə: 



) Ərəb sözüdür. Azərbaycan dilinə Ərəb dilindən keçən qılaf sözü 

ilə  eyni  mənşəlidir.  Burada  sünnət  dərisi,  qapaq  və  örtük  mənalarında  işlədilib  - 

tərcüməçinin qeydi. 

www.muselmanlar.com

 

 

38 



 

mötəbər  bir  hədis  də  yoxdur.  Bununla  belə,  peyğəmbərimizə 

(əs) aid olunan və bunu müəyyən şərtlər daxilində təsdiq edən 

hədislər var. Tarix boyu bəzi müsəlman ölkələrində də belə bir 

iş  görülüb.  Biz  bu  səbəblərə  görə  qız  sünnəti  məsələsinə necə 

deyərlər,  Qərb  dünyasından  gələn  mədəniyyət  terrorunun 

təsiri  ilə  radikal  formada  yanaşmağı,  o  cümlədən,  onu  rədd 

etməyi  münasib  bilmirik.  Ancaq  məsləhət  görülmədən  təsdiq 

olunmağındakı  qadın  seksuallığına  hörmət  tərəfini  müsbət 

qarşılayırıq. 

a) Qız-qadın sünnətinin tarixi keçmişi 

Tarixi məlumatlara əsasən çox qədim dövrlərdən etibarən 

müxtəlif mədəniyyətlərdə müşahidə olunan və hazırkı dövrdə 

də  davam  etdirilən  qız  sünnəti  ənənəsi  həzrəti  peyğəmbərin 

(əs)  dövründə  Məkkədə,  xüsusilə  də  Mədinədə  həyata 

keçirilirdi.  Belə  ki,  Məkkə  şəhərində  Ümmü  Həbibə,

48

 

Mədinədə isə Ümmü Ətiyyə  adlı qadınlar qız  sünnətçisi  kimi 



tanınırdılar. 

Peyğəmbərimizin (əs) “Qadın və kişidə sünnət olunan hissələr 

bir-birinə  toxunduğu  vaxt  qüsl  vermək  vacibdir”  hədisindəki  kişi 

və  qadın  cinsiyyət  üzvləri  haqqında  sünnət  olunan  üzvlər 

mənası  verən  əl-xitan  sözü  işlədilib.  Bu  da  göstərir  ki, 

                                                 

48

 Beyhəqi Şuabu-l-iman adlı əsərində belə rəvayət edir: 



Ümmü  Həbibə  Mədinəyə  hicrət  edən  Məkkəli  mühacir  qadınlardan  biri  idi.  Qızları 

sünnət etməklə məşğul olurdu. Həzrəti peyğəmbər hicrətdən sonra ona baş çəkdikdə 

belə bir sual soruşdu: 

- Sən qız sünnəti işinə davam etmək istəyirsən? 

Ümmü Həbibə bu suala sualla cavab verdi: 

- Ya rəsulallah! Məgər bu iş haram olundu? Sən bunu bizə qadağan edirsən? 

Həzrəti peyğəmbər ona: “Xeyr, xeyr! Sünnət işi halaldır”, - dedi. 



www.muselmanlar.com

 

 



39 

 

müsəlmanlıq  dövründə  də  qız  sünnəti  məlum  idi,  həyata 



keçirilirdi.

49

 



Bu,  ümumi  bir  məsələ  idi,  yoxsa  bəzi  ailələr  tərəfindən 

tətbiq  olunurdu?  Bunu  dəqiq  bilmirik.  Bununla  belə, 

müsəlman  kişilərə  əmr  olunduğu  halda  qadınlara  əmr 

olunmaması,  habelə,  həzrəti  peyğəmbərin  (əs)  və  məşhur 

əshabələrin  uşaqlarının  sünnət  olunduğuna  dair  mötəbər 

rəvayətlərin  olmamağı  onun  o  dövrdə  arabir  tətbiq 

olunduğunu  göstərir.  Bəzi  alimlər  hesab  edirlər  ki,  sünnət 

əməliyyatını  lazım  bilən  artıqlıq  şərqli  qadınlarda  müşahidə 

olunur; deməli, bu, onlarla əlaqədar bir məsələdir. 

Qız-qadın sünnətinin məqsədi 

Bəzi Ərəb qəbilələri cinsiyyətləri və təcavüzə məruz qalan 

seksuallıqları  səbəblərindən  qız  uşaqlarını  diri-diri  torpağa 

basdırıblar.  Bunu  nəzərə  alaraq  demək  olar  ki,  qız  sünnəti 

onların  seksuallıqlarını  inkişaf  etdirmək  məqsədilə  tətbiq 

olunduğu  kimi,  bunun  səviyyəsini  azaltmaq  məqsədilə  də 

həyata keçirilib.

50

 Peyğəmbərimizə (əs) aid olunan hədislər də 



hər iki məqsədin mümkün olduğuna işarə vurur. 

b) Qız sünnətinin mahiyyəti 

Qız sünnəti qadının seksual həzz mərkəzi olan və qadında 

kişi  cinsiyyət  üzvünün  müqabili  kimi  qəbul  edilən  klitor 

üzərində aparılan kişi sünnətinə oxşar bir əməliyyatdır. Başqa 

sözlə,  “klitoru  halqa  kimi  əhatə  edən,  qaplayan,  bəzən  bir 

                                                 

49

 Buxari, Qüsl, 28. 



50

 İbn Kəsir, Təkvir surəsinin təfsiri, 8-9-cu ayələr. 

www.muselmanlar.com

 

 



40 

 

qalpaq-kisə 



kimi 

örtən 


dərinin 

aradan 


qaldırılması 

əməliyyatıdır.”

51

 

Bizim  dövrümüzdə  olduğu  kimi,  elmi  cəhətdən  qeyd 



edilən  formada  izah  edilə  bilməsə  də,  belə  bir  şey  var  idi  və 

seksual  ləzzət  mərkəzi  olmağı  məlum  idi.  Qız  sünnəti  məhz 

buna  görə  klitora  tətbiq  olunurdu.  Məlum  idi  ki,  birbaşa 

klitora müdaxilə etmək və ya onu kəsib atmaq cinsi şikəstliyə 

gətirib çıxardır. Bu da bilinirdi: Sünnət əməliyyatını onu əhatə 

edən dəriyə tətbiq etmək isə qadını seksual cəhətdən doyuma 

çatmağına  xidmət  edir.  Bu  səbəbdən  də  lazımi  qədər  həssas 

hərəkət olunurdu. 

c) Məsələnin dini cəhətdən əhəmiyyət və hökmü 

Qız  sünnəti  ilə  əlaqədar  olaraq  Muhəmməd  peyğəmbərə 

(əs)  aid  edilən  hədislərdə  bu  əməliyyatın  seksuallığı  inkişaf 

etdirən cəhətinə işarə vurulur: 

“Kişilər  üçün  sünnət  olmaq  peyğəmbərlərin  yolundan  getmək 

deməkdir. Qadınlar üçün də bir dəyərdir.”

52

 

Peyğəmbərimizə  (əs)  aid  olduğunu  inkar  edən  fikirlərin 



əksinə,  onun  tərəfindən  deyildiyini  qəbul  edə  biləcəyimiz  bu 

                                                 

51

 Klitor 


“Klitorun həcmi qadından qadına fərqli olur. Baş və gövdəsinin ümumi uzunluğu orta 

hesabla  3  santimetr  olmaqla  yanaşı,  7  santimetrə  qədər  çata  bilir.    Klitorun  baş 

hissəsinin  həcmi  də  xeyli  dərəcədə  qeyri-sabitdir  və  3-8  millimetr  arasında  olur. 

Təqribən 8000 sinir lifi olan bir quruluşa malikdir.” 

Qeyd: Klitor  və  aşağıda qeyd  olunan  klitoropeksi  (ing. Clitoropexy;  bir növ cinsiyyət 

dodaqlarının  korreksiyası)  ilə  əlaqədar  məlumatlar  doktorsitesi.com  saytından 

götürülmüşdür. Əlavə olaraq baxın: Fritz Kahn, Tənasül həyatımız, İstanbul, 1971-ci il, 

s. 29. 


52

 Əbu Davud, Ədəb, 167; əs-Sünənu-l-kübra, 8/325. 

Qız  sünnəti  ilə  əlaqədar  hədis  rəvayətləri  bizim  təsbitlərimizə  əsasən  Kütubi-sittədə 

təkcə bu mənbədə qeyd olunub. 




www.muselmanlar.com

 

 



41 

 

hədis  sünnətin  qadınlar  üçün  vacib  bir  əməliyyat  olduğunu 



bildirmir;  müxtəlif  mədəniyyətləri  sintez  edən  İslamaqədərki 

cəmiyyətdə tətbiq olunan və lazımi formada yerinə yetirildiyi 

vaxt  bir  problemə  səbəb  olmamağı  bir  tərəfə,  seksuallığı 

inkişaf  etdirən  bu  əməliyyatı  tətbiq  oluna  bilən  bir  gözəllik 

kimi təsdiq edir. 

Bununla  belə,  Şafei  məzhəbinə  mənsub  olan  alimlər  belə 

hesab edirlər ki, sünnət olmaq kişilərə olduğu kimi, qadınlara 

da  vacibdir.

53

 Güman  ki,  qız  sünnəti  İslamı  deyil,  təkcə  onu 



dilə gətirənləri maraqlandıran (yəni, onlar üçün qüvvədə olan) 

bu  fikrə  görə  Şafei  məzhəbinin  yayıldığı Misir və  Sudan  kimi 

müsəlman  ölkələrində  özünə  yer  tuta  bilir.  Onu  İslam  dini 

tərəfindən  vacib  bilinməyən,  yerinə  yetirilməsi  sadəcə  olaraq 

adət-ənənə  baxımından  mümkün  bir  iş  hesab  edən  Hənəfi 

məzhəbinin  hakim  olduğu  Türkiyə  kimi  ölkələrdə  isə  qız 

sünnətinə  maraq  omayıb.  Bununla  belə,  bir  çatışmazlıq  kimi 

də qiymətləndirilməyib. 

d) Qız sünnətinin seksual cəhətdən əhəmiyyəti 

Bu  məsələnin  əsas  mövzumuz  olan  seks  baxımından 

əhəmiyyəti  budur  ki,  qız  sünnətinin  məsləhət  bilinməyindəki 

məqsəd 


seksual 

həzzalmanı 

korlamaq 

deyil, 


inkişaf 

etdirməkdir.  Çünki  oğlan  uşaqlarının  sünnət  etdirilməsi  ilə 

əlaqədar  həvəsləndirici  hədislərdə  məqsəd  göstərilmədiyi 

halda,  qız  uşaqlarının  sünnət  etdirilməyi  ilə  bağlı  hədislərdə 

(yaxud da hədis olduğu irəli sürülən sözlərdə) seksual məqsəd 

açıq surətdə bildirilib. 

                                                 

53

 Avnu-l-məbud şərhu sünəni Əbu Davud, 14/185. 



www.muselmanlar.com

 

 



42 

 

Bir hədisdə qeyd edilir ki, Allahın elçisi qız sünnətçisi kimi 



tanınan Ümmü Ətiyyə adlı qadına belə bir tapşırıq verib:

 54


 

 

 



 

     


 

  

-  (Qızları  sünnət  etdikdə)  toxunmaqla  kifayətlən  (klitora  və 



ondakı  sinirlərə  toxunma;  bu  işi  onu  əhatə edən  hissədə  gör). 

Belə  etmək  qadına  daha  çox  ləzzət  verir,  ərini  də  daha  çox  xoşbəxt 

edir.

55

 



Məlum 

olduğu 


kimi, 

əsas 


məqsəd 

ər-arvadın 

xoşbəxtliyidir.  Bu  rəvayətdən  belə  başa  düşülür  ki,  Qərb 

dünyasında,  eləcə  də,  yerli  kütləvi  informasiya  vasitələrində 

qadının intim dünyasını məhv edən bir vəhşət əməliyyatı kimi 

təqdim olunan qız sünnəti əslində seksual həzz hissini inkişaf 

etdirmək  məqsədilə  məsləhət  görülür.  Əgər  qız  sünnəti 

seksual həzzalmanı azaltmaq məqsədi ilə klitoru kəsib atmaqla 

–  Firon  sünnəti  formasında  tətbiq  edilirsə,  yaxud  da  bu 

əməliyyat  primitiv  üsulla  və  bacarıqsız  şəxslər  tərəfindən 

aparıldığı üçün belə bir mənfi nəticəyə səbəb olursa, onu tətbiq 

etməmək  lazımdır.  Çünki  qadının  seksuallığına  mənfi  təsir 

göstərmək zülmdür. Zülm isə bütün növləri ilə haramdır. 

e) Qadınlarda sünnətəoxşar əməliyyat 

Klitor və onu əhatə edən dərinin quruluşu hər bir qadında 

anadangəlmə  müxtəlif  ölçülərdə  olur.  Bu  da  bəzi  qadınlarda 

zahiri  bir  eybəcərlik  və  orqazm  probleminə  səbəb  olur.  Buna 

görə də estetik-plastik cərrah-ginekoloqlara müraciət olunur. 

                                                 

54

 Bu sözün Allahın elçisi (əs) tərəfindən deyilib deyilməməsi məsələsi mübahisəlidir. 



Daha  doğrusu,  bu  məsələdə  həmrəylik  yoxdur.  Bəzi  şəxslər  belə  hesab  edirlər  ki,  bu 

söz peyğəmbər tərəfindən deyilib.

 

55

 Əbu Davud, Ədəb: babu ma caə fi-l-xitan (Avnu-l-məbud, 14/184). 




www.muselmanlar.com

 

 



43 

 

[“Bəzi həkimlər onlara xüsusilə orqazma çata bilməmək 



şikayəti  ilə  müraciət  edən  qadınlara  klitoru  kənardan  əhatə 

edən  dərinin  qısaldılması,  yəni,  “klitorun  soyulması” 

əməliyyatını tövsiyə edirlər. Buradakı məqsəd klitorun cinsi 

əlaqə  vaxtı  kişi  cinsiyyət  üzvü  ilə  birbaşa  təmasını  təmin 

etməkdir.  Bu  kimi  əməliyyatlar  kişi  sünnətindən  fərqli 

deyil.”] 

Mütəxəssislər  tərəfindən  bəzi  qız  uşaqları  üçün  lazımlı 

hesab  olunan  qız  sünnətinin  faydalı  olduğunu  oxşar 

əməliyyatların  klitoropeksi  adı  ilə  müasir  tibbin  apardığı 

əməliyyatların arasına daxil olması da təsdiq edir: 

Klitoropeksi  (clitoropexy):

  Klitorun  üstündəki  dəri  onu 

gizlətdiyinə  görə  şəhvani  cəhətdən  oyana  bilməməklə  əlaqəli 

orqazm  problemi  olan  qadınlarda  həmin  dəri  əməliyyatla 

götürülür.  Beləcə,  klitor  üzə  çıxardılır  və  qadının  problemi 

aradan qalxır.

56

 

Təhlil 



a)  Mülayim  iqlimi  olan  Mədinədə  qız  uşaqlarının  bəziləri 

                                                 

56

 Aşağıdakı izah mətni “doktorsitesi.com” adlı internet saytından iqtibas edilmişdir: 



“Hamımızın bildiyi kimi, seksual oyanmada klitor və G  nöqtəsi bir növ açar rolunu 

oynayır.  Klitor  kişi  cinsiyyət  üzvünün  baş  hissəsinin  qadındakı  ekvivalentidir  və 

EROGEN  dediyimiz  seksual  oyanma  vaxtı  qanlanma  (ona  daxil  olan  qan)  səviyyəsi 

artaraq  həcm  baxımından  böyüyən  bir  quruluşa  malikdir.  Bəzi  hallarda  klitorun 

üstündəki  dəri  qatlantısı  çox  olur  və  bu,  klitorun  böyük  görünməyinə,  habelə, 

formasının  pozulmağına  gətirib  çıxardır.  Bununla  yanaşı,  həmin  qatlantı  klitorun 

oyandırılmağına  və  orqazma  da  maneçilik  törədir.  Bu  kimi  problemlərlə  üzləşən 

qadınlarda  klitorun  üstündəki  dəri  qatlantısını  estetik  cərrahiyə  metodları  ilə 

götürmək  mümkündür.  Biz  bununla  klitoru  kiçildirik.  Bununla  da  həm  estetik 

görünüşü  düzəldir,  həm  də  klitorun  daha  çox  oyandırıla  bilməyini  mümkün  hala 

gətiririk. Bu əməliyyata CLITOROPEXY deyilir. Bu əməliyyatla həm seksual oyanma 

qüsuru olan qadınlarda, həm də klitorunda estetik baxımdan problem olan qadınlarda 

çox yaxşı nəticələr əldə etmək mümkündür.” 

www.muselmanlar.com

 

 

44 



 

olsa da, Allahın elçisinin (əs) məlumatı daxilində sünnət edilib. 

b)  Allahın  elçisi  (əs)  adət-ənənə  çərçivəsində  və  bunun 

məqsədinin  qadının  seksual  doyuma  çatması  olduğunu  qeyd 

edərək  qız  uşaqlarının  sünnət  olunmağını  məsləhət  bilən 

ifadələr işlədib. 

c)  İndiki  dövrdə  dünyəvi  ölkələrin  qadınlarında  belə,  hər 

cür əyani seksual təhriklə üzləşməklərinə baxmayaraq seksual 

doyumsuzluq nisbəti yüksəkdir. 

Bütün  bunlar  bu  məsələ  üzərində  təzədən  düşünməyi  və 

tədqiqat aparmağı vacib hala gətirir. Həmçinin bəzi klitorlarda 

seksual  doyuma  maneçilik  törədən  artıqlığın  olduğu 

məlumdur  və  sünnət  əməliyyatının  zəruriliyi  qəbul  edilir. 

Bunun  üçün  də  estetik-plastik  cərrah-ginekoloqlara  müraciət 

olunur.  

Bəli,  Misir  və  Səudiyyə  Ərəbistanı  kimi  xalqı  müsəlman 

olan  ölkələrdəki  qız  sünnəti  məsələsi  cinsi  həyat  çərçivəsində 

təzədən  nəzərdən  keçirilməli,  lazımi  müqayisəli  tədqiqatlar 

aparılmalı  və  bu  məsələ  olmalı  olduğu  müsbət  hala 

gətirilməlidir.  

Burada bir məsələyə də toxunmaq istəyir və bunu faydalı 

hesab  edirik:  Belə  ki,  kişilərə  tətbiq  olunan  sünnətin  böyük 

faydaları  sübuta  yetirilib.  Buna  baxmayaraq bu sahədə  lazımi 

təşəbbüsləri 

göstərməyən, 

göstərə  bilməyən  və  elmi 

sübutlardan  çox  qınayıcı  ideoloji  yanaşmaları  birinci  plana 

çıxardan  qeyri-müsəlman  tibb  mütəxəssislərinin  fikirlərini 

elmi məlumat kimi qiymətləndirmək olmaz. Elə isə müsəlman 

elm xadimləri bu məsələ ilə mütləq maraqlanmalıdırlar.  

Gəlin, 

seksual 


cəhətdən 

xoşbəxtlik 

üçün 

lazımi 



www.muselmanlar.com

 

 



45 

 

öhdəliklərdən  biri  olan  qız  sünnəti    mövzusunu  bir  hədis 



rəvayəti ilə başa vuraq: 

Ümmü-l-Mühacir adlı möminə xanım belə nəql edir: 

Mən  Rum  məmləkətindən  əsir  götürülən  kənizlərin  arasında 

idim.  Həzrəti  Osman  bizə  müsəlmanlığı  başa  saldı.  Məndən  və  bir 

nəfər  kənizdən  başqa  müsəlmanlığı  qəbul  edən  olmadı.  Həzrəti 

Osman bizim haqqımızda belə dedi: 

Bunları aparıb sünnət etdirin və çimizdirin.

57

 



Mövzunu başa vurarkən... 

Qadında ən güclü həzzalma bölgəsi olub əsas funksiyası orqazma 

çatmağı  təmin  etmək  olan  klitorun  yaradılması    göstərir  ki, 

Rəbbimizin  məqsədi  qadının  öz  seksuallığını  ən  yüksək  səviyyədə 

yaşamağıdır. 

Bu ilahi məqsəd ortada ola-ola qız sünnəti tətbiq olunma forması 

ilə qadının seksuallığının əleyhinə nəticə verirsə, əlbəttə ki, zülmdür. 

Zülm olduğuna görə də haramdır. Lakin onun 14 əsrdən bəri İslam 

mədəniyyəti  hövzəsində  (ilahi  iradə  çərçivəsində)  qadının  seksual 

xoşbəxtliyini 

təmin 

etmək 


məqsədi 

güdən 


bir 

prinsipə 

əsaslandırılması qadınlıq üçün təqdirəlayiq bir haldır.

 

                                                 



57

 Avnu-l-məbud, 14/184. 




Yüklə 327,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə