İŞ haqqinda elan azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müasir və Təhsil və Tədrisə Yardım Mərkəzinin Psixi Sağlamlıq Təşəbüsü Layihəsi İsmayıllı və Quba rayonunda 2008-2011-ci illəri əhatə edəcək pilot layihə həyata



Yüklə 44,5 Kb.
tarix01.01.2017
ölçüsü44,5 Kb.
İŞ HAQQINDA ELAN
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müasir və Təhsil və Tədrisə Yardım Mərkəzinin Psixi Sağlamlıq Təşəbüsü Layihəsi İsmayıllı və Quba rayonunda 2008-2011-ci illəri əhatə edəcək pilot layihə həyata keçirəcəkdir. Layihə çərçivəsində İsmayıllı və Quba rayonunda fiziki və əqli qüsuru (autizm, Daun sindromu, serebral iflic, əqli gerilik, nitq problemləri və s.) olan uşaqlara səyyar reabilitasiya xidmətləri təmin etmək üçün dörd mütəxəssis tələb olunur:

  • Loqoped

  • Psixoterapevt

  • İnkişaf terapevti

  • Sosial işçi / koordinator


Mütəxəssislərin əsas vəzifələri:


Hədəf qrupuna aşağıdakı qüsurları 3-12 qədər yaşı olan uşaqlar daxildir:

  • hərəki-dayaq sistemi problemləri olan uşaqlar

  • uşaq serebral iflici

  • autizm

  • Daun sindromu

  • Əqli gerilik

  • Hissiyyət deprivasiyası

  • Epilepsiya və s.


Tələb olunan bacarıq / təcrübə

    • Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla ünsiyyət və iş (xüsusi tələbatlı uşaqlarla iş təcrübəsinə üstünlük verilir)

    • Uşaqda lazımi bacarıqların inkişaf etdirilməsi

    • Kollektivdə iş

    • İntizamlılıq

    • Ünsiyyət qurma

    • Yaradıcı münasibət

    • Hövsələ


Aşağıdakı sahələr haqqında əlavə biliklər:

  • Əlillik

  • Uşağın əqli / fiziki inkişafının normaları

  • Diaqnostika

  • Cəmiyyətə qarışmanın (sosial inteqrasiya) üstünlükləri

  • Xüsusi ehtiyacı olan uşaqların davranış xüsusiyyətləri


Səyyar xidmətlər üzrə işçilər üçün ixtisas tələbləri
Ümumi tələblər


  1. Yaşı: 22-dən 40-a qədər

  2. Təhsil: Ali pedaqoji, orta-ixtisas (məktəbəqədər, məktəb – ibtidai sinif pedaqoqu), orta-ixtisas (tibbi). Kurs və ya treninq keçmişsə, bunu təsdiq edən şəhadətnamə təqdim olunmalıdır.

  3. İxtisas üzrə iş stajı: ən azı 5 il. İşin bilavasitə uşaqlarla bağlı olması (məktəb, uşaq bağçasında) daha üstün hesab edilir

  4. Bölgə üzrə səfərlərdə atipik uşaqlarla işləmək arzusu (ucqar kəndlərdə yaşayan uşaqlara baş çəkmə)


Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) mobilxidmet@gmail.com elektron ünvanına göndərə bilərlər. Xahiş olunur tərcümeyi-halda iş təcrübəsi haqda ətraflı məlumat verəsiniz. Ailə üzvləri haqda məlumat verilməsi vacib deyil.

Yüklə 44,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə