İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ


M.ƏLƏKBƏRLI İran nümayəndə heyəti



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix07.12.2016
ölçüsü12,44 Mb.
1   2   3   4

M.ƏLƏKBƏRLI

İran nümayəndə heyəti 

ATU-da qonaq oldu

u

 



  

Dekabrın 29-da 

“Elektron Azərbaycan” 

Dövlət Proqramı 

çərçivəsində Səhiyyə 

Nazirliyinin Elektron Səhiyyə 

Mərkəzi açılıb.

AzərTAc xəbət verir ki, açılış 

mərasimində səhiyyə naziri Oqtay 

Şirəliyev, Milli Onkologiya Mərkəzinin 

direktoru, akademik Cəmil Əliyev, 

Azərbaycan Tibb Universitetinin rekto-

ru, akademik Əhliman Əmiraslanov və 

nazirliyin elmi-tədqiqat institutlarının 

rəhbərləri iştirak ediblər.

Səhiyyə Nazirinin nümayəndəsi Ləman 

Mursaqulova bildirib ki, mərkəzin yara-

dılmasında əsas məqsəd şəffaflığı qoru-

maq, vaxt itkisinə yol vermədən əhaliyə 

keyfiyyətli və səmərəli sosial xidmətlər 

göstərməkdir. Bir pəncərə sistemi ilə 

fəaliyyət göstərəcək mərkəzə müraciət 

edən vətəndaş birbaşa məmurla deyil, xü-

susi təcrübəli mütəxəssislərlə ünsiyyətdə 

olacaq.

Nazirliyə yazılı müraciət etmiş 



şəxslər xüsusi quraşdırılmış tabloda 

müraciətinin hansı mərhələdə olma-

sını öyrənə biləcəklər. Bütün prose-

durlar peşəkar və xüsusi təlim keçmiş 

əməkdaşlar tərəfindən icra olunacaqdır. 

Mərkəzdə ümumilikdə əlaqələndirici, 

operator və texniki heyət nəzərə alın-

maqla 10 nəfər əhaliyə xidmət edəcəkdir. 

Aşağı mərtəbədə xüsusi otaq nəzərdə 

tutulub. Burada problemli vətəndaşlar 

qəbul olunacaq və onlara lazımi yar-

dım göstəriləcək. Eyni zamanda, bu 

mərtəbədə uşaqlı anaların rahatlığı üçün 

xüsusi guşə hazırlanıb.

Mərkəzdə vətəndaşlar işə qəbulla bağlı, 

tibb işçilərinin sertifikasiyadan keçməsi 

və ixtisas kurslarına göndərilməsi, lisen-

ziyaların verilməsi və.s. xidmətlərdən 

yararlana biləcəklər.

Azərbaycanda Elektron Səhiyyə 

Mərkəzi açılıb


http://www.amu.edu.az

31 dekabr 2014-ъц ил

4



Türk  Dünyası  Araş-



dırmaları  Vəqfi  tərəfindən 

təşkil  olunan  konfrans-

da  elm  və  mədəniyyət 

xadimləri,  səhiyyə  işçiləri, 

xalq  təbabəti  ilə  məşğul 

olanlar 

şəxslər, 

şəhər 

ictimaiyyətinin təmsilçiləri iş-

tirakı ediblər.

Konfransda  professor  Ay-

şegül  Dəmirhan  Erdemirin 

“Türk  tibb  tarixində  gənclik 

sirləri”  mövzusunda  məruzəsi 

dinlənilib. El arasında türkəçarə 

kimi  tanınan  qədim  türk  tibb 

elminin  yaranması  və  inkişa-

fı  istiqamətləri,  günümüzdə 

istifadə 

olunma 

imkanları 



barədə  fikir  və  mülahizələrini 

bölüşən  professor  diqqətə 

çatdırıb  ki,  tarixin  bütün 

dövrlərində  müalicəvi  təbiət 

bitkilərinin faydalı cəhətləri türk 

xalqları  tərəfindən  araşdırılıb 

və onların istifadə qaydaları bu 

günümüzə kimi gəlib çatıb.

Ulularımızın bitki örtüyündəki 

minlərlə 

otlardan, 

gül-


çiçəklərdən,  bitki  köklərindən, 

tərəvəz 


və 

meyvələrdən 

istifadə  edərək  xəstəliklərini 

bitkilərdən 

hazırladıqları 

dərmanlarla müalicə etdiklərini 

diqqətə  çatdıran  professor 

xalq  təbabəti  sahəsində  elmi 

araşdırmalarının  əks  olun-

duğu  əsərlərindəki  maraqlı 

məqamlardan da bəhs edib.



Akademik  Zərifə  Əliyeva  adına 



Beynəlxalq Elmi-Tibbi Mərkəz tərəfindən 

həkimlər üçün işlənib hazırlanmış, dün-

ya  standartlarına  müvafiq  tədris  proq-

ramı  Ukrayna  paytaxtındakı  P.L.Şupik 

adına  Diplomdansonrakı  Təhsil  Milli 

Tibb  Akademiyasının  Elmi  Şurasının 

qərarı ilə təsdiq edilib.

Elmi  Şuranın  həmin  qərarına  əsasən,  Uk-

rayna Elmi-Tədris İnfeksion Nəzarət Mərkəzi 

yaradılıb.  Mərkəzin  rəhbəri  vəzifəsinə  pro-

fessor Aydın Salmanov seçilib. Bu Mərkəzdə 

həkimlərin təhsilində akademik Zərifə Əliyeva 

adına  Beynəlxalq  Elmi-Tibbi  Mərkəzin  və 

P.L.Şupik  adına  Diplomdansonrakı  Təhsil 

Milli  Tibb  Akademiyasının  müəllimləri  iştirak 

edəcəklər.

Akademik  Zərifə  Əliyeva  adına  Beynəlxalq 

Elmi-Tibbi  Mərkəzin  rəhbəri,  həmvətənimiz, 

tibb elmləri doktoru, professor Aydın Salma-

nov AzərTAc-a müsahibəsində əmin olduğu-

nu  bildirib  ki,  Kiyevdə  həkimlər  üçün  tədris 

kursu  Avropa  İttifaqının  tələblərinə  riayət 

edilməklə yüksək səviyyədə keçəcəkdir.

Professor  qeyd  edib  ki,  bu  tədris  kursu 

səhiyyə işinin təşkilatçıları, infeksion nəzarət 

üzrə mütəxəssislər, hospital epidemioloqları, 

müxtəlif ixtisaslar üzrə həkimlər, mikrobioloq-

lar, klinik farmakoloqlar, mamalar, tibb bacıla-

rı,  habelə  I-lV  dövlət  akkreditasiya  səviyyəli 

tibbi profilli orta və ali təhsil müəssisələrinin 

müəllimləri  və  tələbələri  üçün  nəzərdə  tutu-

lub.


A.Salmanov  vurğulayıb  ki,  kurslarda  tibbi 

xidmətlər  göstərilməsi  zamanı  pasiyentlərin 

və  tibbi  heyətin  infeksion  təhlükəsizliyinin 

təmin  edilməsi  və  tibb  müəssisələrində  in-

feksion  nəzarət  sisteminin  tətbiq  edilməsi 

ilə  bağlı  məsələlər  müzakirə  olunacaq, 

xəstəxanadaxili  infeksiyaların  profilaktika-

sına  dair  tövsiyələr  veriləcək,  tibbi  yardı-

mın,  xəstələrə  sübut  təbabəti  prinsiplərinə 

əsaslanan  qulluq  göstərilməsinin  epidemi-

oloji  baxımdan  təhlükəsiz  standartları  və 

alqoritmləri nəzərdən keçiriləcəkdir.

Toplantını  giriş  sözüylə  açan 

universitetin rektoru, millət vəkili, 

akademik  Əhliman  Əmiraslanov  

TEC-in  yekun  elmi  konfrans 

keçirilməsinin artıq ənənəyə çev-

rildiyini,  hər il bu müsabiqəyə ən 

yaxşı  tədqiqat  işlərinin  təqdim 

olunduğunu  vuğuladı:  “Tələbə 

elmi işlərinə kafedralarda çox cid-

di yanaşılmalıdır. Çünki insanlar-

da  elmə həvəs, elmi- tədqiqatlara 

maraq  gənc  yaşlarında formala-

şır.  Mən  müsabiqənin  proqramı-

na    baxdım,  maraqlı  məruzələr 

olacaqdır.  Amma  bütün  kafed-

ralar    burada  təmsil  olunmur. 

Bilirəm ki, belə toplantılar il boyu 

fakültələrdə  də  keçirilir,  hazır-

lıqlar  aparılır,    tələbələrə  aktual 

olan  məruzələr  verilir  və  onların 

içərisindən  aktiv  seçmələr  olur. 

Lakin  buna  baxmayaraq  kafed-

ralarla  bu  istiqamətdə  işimizi 

gücləndirməliyik. Bir sözlə tələbə 

elmi  tədqiqatlarına  ciddi  yanaş-

malıyıq.  Əgər biz gənc yaşlarda 

tələbələrimizə  elmi  tədqiqatlara 

həvəs  yarada  bilsək  gələcəkdə 

onlar  bacarıqlı  elmi  tədqiqatçı 

kimi  yetişər,  çalışdığı  sahədə 

öz  layiqli  yerlərini  tuta  bilər. 

Ölkəmizdə  gənc  mütəxəssislərin 

elmi  tədqiqat  işlərinə  cəlb  olun-

ması üçün son vaxtlar xeyli işlər 

görülüb.  Bu  yaxınlarda  respub-

likamızda  ilk  dəfə  olaraq    “Elm 

Festifalı”  keçirildi. Bu tədbir  bi-

zim universitetdə də çox təntənəli 

şəkildə qeyd olundu. Mən  onda 

gördüm ki, salon dolub, hətta  yer 

olmadığından    bir  çox  insanlar 

ayaq  üstə  dayanıb    məruzəçiləri 

maraqla  dinləyirlər.  Orada    bi-

zim  gənc  mütəxəssislərimiz    və 

kafedra  müdirləri    biri-birindən 

dəyərli məruzələr etdilər.  Hesab 

edirəm ki, bu  tədbir gənclərimiz 

üçün çox böyük məktəb oldu. Bu-

rada  məqsəd  elmi  populyarlaş-

dırmaq üçün atılmış ən doğru  ad-

dım  idi.  Bundan  başqa  bilirsiniz 

ki,  bu  ayın  19-da  ölkə  tarixində 

ilk  dəfə  olaraq  Azərbaycan 

alimlərinin  I  qurultayı  keçirildi. 

Həmin  qurultayda dövlət qurum-

larının  nümayəndələri,  tanınmış 

alim və mütəxəssisləri, həmçinin 

dünyanın müxtəlif ölkələrində ya-

şayan azərbaycanlı alimlər iştirak 

edirdilər.  Qurultayda    elmimizin 

qarşısında  duran  problemlər 

barədə müxtəlif elm sahələri üzrə 

çıxışlar oldu. Nəzərə çatdırıldı ki, 

elm sahəsində  daha hansı işlər 

görülməlidir,  ölkəmiz  üzrə  han-

sı  elm  sahəsi  prioritetdir,  hansı 

elm  sahəsinə  daha  çox  diqqət 

yetirilməlidir, hansı sahədə uğur-

larımız  var,  və  yaxud  hansı  elm 

sahəsi  geridə  qalır  və  bu  kimi 

məsələlər  geniş  müzakirə  olun-

du.    Bütün  bunlar  onu  deməyə 

əsas  verir  ki,  tələbələrimizin 

gələcəkdə  elmi  tədqiqat  işlərinə 

cəlb olnması üçün indidən  əməli 

tədbirlər  həyata  keçirməliyik.  

Çünki  bu  günün  gənc,  istedadlı   

tədqiqatçısı  sabahın mükəmməl 

alimidir”.

Əhliman  Əmiraslanov  çıxışı-

nın  sonunda  bütün  universi-

tet  ictimaiyyətini  və  eləcə  də  

tədbir  iştirakçılarını    Dünya  

Azərbaycanlılarının  Həmrəyliyi 

günü  və  qarşıdan  gələn  Yeni 

il  münasibətilə  təbrik  etdi,  mü-

sabiqənin işınə uğurlar dilədi.

Sonra  universitetin  elmi  işlər 

üzrə prorektoru,  ə.e.x., professor 

İbrahim  İsayev  reqlamenti  elan 

edərək sözü tədqiqatçı tələbələrə 

verdi.


Əczaçılıq  fakültəsinin  IV  kurs 

tələbələri  Yana  Parfyonova    və  

Sərvinaz    Hacıyeva 

“Dəmir 

nanohissəciklərin  alınması 

və  stabilləşdirilməsi.  Kə­

kil li  useniya  (Usenya  co­

mo sa)  şibyəsindən  alı nan 

usnin 

turşusunun 

nano­

strukturlaşdırılması  və  onun 

bioloji  aktivliyinin  tədqiqi” 

(

rəhbərlər:  professorlar  U.Hə-

sə nova  və  Y.Kərimov,  farmakoq-

noziya  və  botanika  kafedrası),  I 

mu  ali cə  profilaktika  fakültəsinin 

V  kurs  tələbəsi  İsmayıl  Atayev 



«Использование  аденовирусов  с 

целью    предотвращения  мутаций, 

ведущих  к  поликистозу  яичников» 

(

rəhbər: dosent İ.Mahalov I ma-

malıq-ginekologiya kafedrası),  II 

mualicə-profilaktika  fakültəsinin 

II  kurs  tələbəsi  Məhərrəm  Alimli 

“Gənclər  arasında  yayılmış 

depressiya  halı”  (rəhbər

t.ü.f.d. A.Ənsərova tibbi biologiya 

və genetika kafedrası),  stomato-

logiya fakültəsinin V kurs tələbəsi 

Məmməd  Əmin  Həmzəli 

“Çənə 

oynaq  çıxması  sınıqlarının 

cərrahi  müalicəsinin  yaxın 

və  uzaq  nəticələri”  (rəhbər: 

professor  Y.Yusubov  və  assis-

tent O.Mehdiyev ağız və üz-çənə 

cərrahiyyəsi  kafedrası),  tibbi-

profilaktika  fakültəsinin  IV  kurs 

tələbələri  Aytən  Məmmədova  və 

Gülnur  Qədirova 

“Tələbələrin 

cinsi 

yolla 

yoluxan 

xəstəliklər haqqında məlumat 

səviyyəsinin 

öyrənilməsi” 

(

rəhbər: 

dosent 

S.Cavadov 



mikro biologiya  və  immunologi-

ya 


kafedrası), 

pediatriya 

fakültəsinin  VI  kurs  tələbəsi  Kö-

nül  Novruzova    isə



 “Uşaqlarda 

abdominal 

kriptorxizmin 

diaqnostika  və  müalicəsində 

laporaskopiyanın 

əhəmiy­

yəti”  (rəhbər: dosent R.Poluxov 

uşaq  cərrahlığı  kafedrası)  möv-

zularında  müasir  tibbin  aktual 

sahələrinə dair məruzələrlə çıxış 

etdilər.

Hər  məruzə    münsiflər  tərə-

findən 

fərdi 


qaydada 

qiy-


mətləndirildikdən  sonra  təd-

qi qatçı 

tələbələrin 

ayrı-ayrı-

lıqda  topladıqları  yekun  ballar 

müəyyənləşdirildi.

Sonda  bütün  müsabiqə  iştirak-

çılarının   hamısı ilk yerlərə layiq 

görüldüyündən onlara  diplom və 

hədiyyələr təqdim olundu. 

Tədbirdə  universitetin  rəhbər-

liyi,  kafedra  müdirləri,  dekanlar 

və  tədqiqatçı  tələbələrin    elmi 

rəhbərləri iştirak edirdilər.



MƏNSUR

“İlin ən yaxşı tələbə elmi 

tədqiqatçısı adı uğrunda” 

D

ekabrın 26 –da  ATU-nun Tələbə Elmi Cəmiyyəti 

31  dekabr    Dünya  Azərbaycanlılarının  Həmrəyliyi 

gününə  həsr  edilmiş  “İlin  ən  yaxşı  tələbə  elmi 

tədqiqatçısı adı uğrunda” müsabiqə keçirmişdir. 

İstanbulda “Türk tibb tarixində gənclik sirləri” 

mövzusunda 

konfrans keçirilib

Kiyevdə akademik Zərifə Əliyeva adına Beynəlxalq 

Elmi-Tibbi Mərkəz tərəfindən həkimlər üçün işlənib 

hazırlanmış tədris proqramı təsdiq edilib

31 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

5

naşmaq  lazımdır.  Bəzi 

kafedra 

müdirlərinin 

müəllimlərin işinə yersiz 

müdaxilə  etməsindən 

təəssüfləndiyini 

de-


yən  universitet  rəh-

bəri 


onları 

köhnə 


stereotiplərdən əl çəkə 

bilməməkdə günahlan-

dırdı. 

Müəllimlərimizin  sə-



viy yəsinin  və  nüfuzu-

nun  yüksəlməsini  önə 

çəkən  rektor  tədrisin 

keyfiyyətinə mənfi təsir 

göstərən  amilləri  qabardaraq  dərsliklərlə  bağlı  ortaya  çıxan  problemlər 

üzərində  ayrıca  dayandı.  Eyni  zamanda  müəlliflərə  məqalələrini  reytinqi 

yüksək olan jurnallarda çap etdirməyi məsləhət gördü. İmtahanların sayı-

nı  azaltmaq  istiqamətində  də  mühüm  addımlar  atıldığını  vurğulayan  rek-

tor əməkdaşları qrant layihələrində fəal iştirak etməyə çağırdı və əczaçılıq 

fakültəsinin  bir  milyon  manat  məbləğində  qrant  layihəsini  udmasını  çox 

yüksək qiymətləndirdi. 

Ümumilikdə  Tədris  Metodik  və  İnnovasiya  şöbəsinin  fəaliyyətindən  razı 

qaldığını bildirən akademik Ə.Əmiraslanov kredit sisteminə keçidlə əlaqədar 

universitetdə  tədrisin  keyfiyyətinə  nəzarət,  qeydiyyat,  qiymətləndirmə    və 

monitorinq şöbələrinin yaradılacağını da şura üzvlərinin diqqətinə çatdırdı.. 

Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaş-

dırdı.

Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

Ötən  illərdə  yol  verilən  müəy yən 

qüsurların 

təkrarlanmaması 

üçün 

nəzarətçilərə  daha  diq qətli  olmağı 



tövsiyə  edən  prorektor  qeyd  edib  ki, 

təhsil  nazirinin  qərarı  ilə  ictimaiyyət 

nümayəndələri  də  müşahidəçi  kimi  im-

tahanın gedişini izləyə bilərlər. Eyni za-

manda  rektorun  əmrinə  görə  kafedra 

müdirlərinin,  professorların  imtahana 

gəlmək hüquqlarının da olduğunu bildi-

rib.  


İmtahan-nəzarət qrupunun rəhbəri, do-

sent  Kamandar Yaqubov nəzarətçilərin 

üzərinə  düşən  konkret  vəzifələrdən 

danışıb.  Bildirib  ki,  on-

ların  hər  biri  səhər  saat 

9-a  işləmiş  nəzarət  za-

lında  olmalı,  işə  gələn 

əməkdaşlar  ad  və  so-

yadlarını  yazaraq  imza-

ları  ilə  təsdiqləməlidir. 

“Belə  olduğu  təqdirdə 

şəffaflıq 

təmin 

olu-


nur  və  əməkdaşlar  işə 

gəldiklərini  sonra  id-

dia  edə  bilmirlər.  İmta-

han  başlamazdan  öncə 

biz  zalda  2-3  dəqiqəlik 

söhbət 


apararaq 

əməkdaşın  hansı  zala 

daxil olacağını müəyyənləşdiririk”-deyən 

dosent imtahanların vaxtında başlanma-

sı  üçün  nəzarətçilərin  işə  məsuliyyətlə 

yanaşmasının vacibliyini vurğulayıb. 

Kamandar müəllim imtahanın gedişa-

tı  zamanı  vacib  məqamlara  da  toxun-

du.  Qeyd  etdi  ki,  hər  sırada  mütləq  bir 

nəzarətçi olmalıdır ki, imtahanı başlaya 

bilək: “Əgər hansı sırada nəzarətçi yox-

dursa,  imtahan  başlasa  da,    biz  həmin 

sıraya  tələbə  buraxa  bilmərik.  Çünki 

imtahanın  gedişi  səs  yazılmaq  şərtilə 

görüntülü  lentə  alınır.  Hansısa  sırada 

problem  yaranarsa,  səhərisi  və  ya  bir 

neçə gün sonra problem yaranan sırada 

kimin  nəzarətçi  olması  barədə  mütləq 

rəhbərliyə məlumat verməliyik”.

İmtahan zalında nəzarət çinin bir-biriylə 

və ya tələ bə lər lə danışması, bayıra çıx-

masının qadağan olduğunu bildirən im-

tahan nəzarət qrupunun rəhbəri bu qay-

dalara  ciddi    riayət  oilunduğunu  qeyd 

etdi:  “Nəzərə  almaq 

lazımdır  ki,  bir  gündə 

2500  tələbə  imtahan 

verirsə  və  hər  ailədə 

orta  hesabla  4  nəfər 

varsa,  10  000  adam 

həmin imtahan haqqın-

da fikir mübadiləsi apa-

rır. Ona görə çalışırıq ki, 

istənilən  xoşagəlməz 

hal universtetin imicinə 

zərər vurmasın”. 

Virtual 

Test 


Mərkəzinin 

rəhbəri, 

dosent  Şahin  Bayra-

mov  da  nəzarətçilərin 

üzərinə 

düşən 


vəzifələrdən  danışa-

raq  bildirdi  ki,  nəzarətçi 

tələbədə  mobil  telefon 

görsə,  onu  dərhal  im-

tahan  zalından  çıxar-

malıdır.  İki  tələbə  eyni 

fəndən imtahan verərsə,  

yanaşı 


düşməməlidir. 

Onun 


sağında-solun-

da  əyləşən  tələbələr 

digər  fənlərdən  imtahan 

verməlidir. 

Nəzarətçi 

eyni  zamanda  bilməlidir 

ki, əgər iki sualın cavabı 

kompüterdə  eyni,  yaxud 

sualın cavabı səhv olar-

sa,  o istiqamətdə tələbə ilə diskussiya 

aparmağa  icazə  yoxdur.  Tələbə  həmin 

sualı  yadında  saxlayıb  imtahan  qurta-

randan sonra apelyasiya komissiyasına 

müraciət etməlidir. Tələbə öz səhifəsinə 

girəndən  sonra  yerini  dəyişə  bilməz. 

İmtahan  qurtarandan  sonra  tələbə 

nəzarətçinin  icazəsi  olmadan  dura 

bilməz.    Telefonlar  sönmüş  vəziyyətdə 

olmalıdır.  Tələbələrə  qarşı  kobud  dav-

ranmaq  olmaz.  Tələbələrin  90  faizi,  

xüsusilə də  yuxarı kurslarda oxuyanlar 

imtahan qaydalarını gözəl bilirlər.  Ümid-

varıq  ki,  öz  məsuliyyətlərini  yaxşı  anla-

yan  nəzarətçilərin  köməyi  ilə  imtahan-

ların  yüksək  səviyyədə  keçməsinə  nail 

olacağıq.

Nəzarətçilərin sualları da ətraflı cavab-

landırıldı. 



Qabil ABDULLAYEV

QIŞ İMTAHAN SESSİYASINA 

START VERİLDİ

ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir 

Əliyev  imtahan-nəzarət  qrupunun  üzvləri  ilə  görüşüb. 

O, imtahan sessiyanın müddətinin 5 həftədən 3 həftəyə 

endirildiyini  xatırladaraq  bildirib  ki,  bu  baxımdan 

nəzarətçilərin üzərinə daha çox məsuliyyət düşür: “Yəni 

imtahan günlərinin sayı azalsa da, tələbələrin sayı ilbəil 

artır.  Test  mərkəzində  kompüterlərin  sayı  isə  əvvəlki 

qədərdir.  İmtahanlar  dekabrın  29-da  başlayacaq  və  2 

növbədə aparılacaq. Yanvarın 3-dən başlayaraq bütün 

günlərə,  hətta  bazar  günlərinə  də    imtahan  salıncaq. 

Ona görə də fəal işləyən, intizamlı gələn nəzarətçilərin 

əməyi nəzərə alınacaq, onlara əlavə maaş yazılacaq”.



Dekabrın 26-da Təhsil Nazirliyində beşinci “Elektron təhsil” 



Respublika  müsabiqəsinin  qaliblərinin  mükafatlandırılması 

mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayra-

mov  çıxış  edərək  bu  il  müsabiqənin  birinci  mərhələsinə  1.104  layihənin 

təqdim olunduğunu, onlardan üçüncü mərhələyə 300 işin seçildiyini bil-

dirib.

Qeyd  edilib  ki,  beşinci  “Elektron  təhsil”  Respublika  müsabiqəsi  3 



əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan 

namizədlər təşkilat komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son 

nəticədə 21 nəfər qalib elan olunub, 47 nəfərin işi isə fərqləndirilib.

Müsabiqəyə marağın getdikcə artığını söyləyən nazir müavini bildirib ki, 

indiyədək müsabiqənin rəsmi internet səhifəsində 7 mindən çox müəllim, 

2 minə yaxın tələbə, beş yüzdən çox şagird və 638 valideyn qeydiyyatdan 

keçib.

C.Bayramov  bildirib  ki,  müsabiqənin  məqsədi  Azərbaycanın  təhsil 



sistemində  informasiya  texnologiyalarının  daha  geniş  istifadəsini  stimul-

laşdırmaq və müəllimlərin bu sahəyə marağını artırmaqdır. Eyni zaman-

da, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri 

üçün  internetdən  istifadənin  yeni  formalarını  üzə  çıxarmaq,  tədris 

prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri 

həvəsləndirməkdir.

Vurğulanıb  ki,  son  illər  informasiya-kommunikasiya  texnologiyalarının 

(İKT)  təhsildə  tətbiqi  sahəsində  dövlətimiz  tərəfindən  mühüm  layihələr 

həyata keçirilir, təhsil müəssisələrimiz İKT avadanlıqları ilə təchiz olunur.

Tədbirdə beşinci “Elektron təhsil” Respublika müsabiqəsi, onun şərtləri 

barədə  ətraflı  məlumat  verilib.  Qeyd  edilib  ki,  cari  ilin  sentyabrın  8-dən 

başlanılan  müsabiqənin  sponsorları  “AZEDUNET”,  “Edumedia”,  “Ultra”, 

“Mədəd Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proq-

ramı, “Nar Mobile” və “Dr. Web” şirkətləridir.

Qaliblərə  diplom,  noutbuk,  planşet  və  digər  mükafatlar  təqdim  edilib. 

Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib.



Beşinci “Elektron təhsil” Respublika 

müsabiqəsinin qalibləri mükafatlandırılıb

TƏHSİL  İSLAHATLARI  VƏ  ONUN  HƏYATA KEÇİRİLMƏSİNDƏ  

Kataloq: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib
tebib q -> Saatlı və Sabirabad sakinləri pulsuz müayinə olundu 3 atu rəhbərliyi imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşüb Akademik Zərifə xanım Əliyevanın anadan olmasının

Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə