Intellektual xidmət mərkəzlərinin tipik strukturları Mərkəzləşdirilmiş struktura



Yüklə 22,08 Kb.
səhifə1/5
tarix02.04.2023
ölçüsü22,08 Kb.
#92556
  1   2   3   4   5
Intellektual 6-10 sərbəst iş


  1. Intellektual xidmət mərkəzlərinin tipik strukturları

Mərkəzləşdirilmiş struktura: Mərkəzləşdirilmiş strukturda mərkəzə daxil olan çağırışlar selini paylayan kommutasiya sistemi ACD adlı blokdan ibarətdir. ACD- Automated Call Dıstrıbotor çağırışlar selini paylayan sistem deməkdir. ACD mühütində xidmət göstərən operatorlar seriya nömrələrini öz aralarında bölüşdürən qrup halında birləşdirilir və müəyyən tip çağırış sellərinə xidmət edir. Hər bir operator qrupuna müəyyən telefon nömrəsi ayrılır. Odur ki, daxil olan çağırışlar seli uyğun operatorlar arasında avtomatik üsulla paylanır. Bütün operatorlar ACD dayağına yaxın yerləşdirilir. Bu tip mərkəzlərin texniki istismarı olduqca sadədir və inzibatı rəhbərlik də kifayət qədər sadələşdirilmişdir.
Paylanmış xidmətli mərkəzlərin strukturu: Təklif edilən variantda Intellektual xidmət mərkəzi ya bir məntəqədə ya da ərazi cəhətdən paylanmış yerləşə bilər. Onlar virtual vahid mərkəz formasının vəzifəsini yerinə yetirir. Baxılan variantda ACD dayağından çıxış birləşdirici xətt dəstəsi operatorların yerləşdiyi mərkəzə doğru çəkilir . Həmin sxemdən evində oturan müştərilər üçün təqdim edilə bilər. Bu halda sifariş xidmətdəki ofisə yönəldilir. Ofis isə müştəriyə yaxın ərazidə yerləşir.ACD dayaqları paylanmış xidmət mərkəzlərinin strukturu: Təklif edilən variantda Intellektual xidmət mərkəzi, dairəvi sistem modeli əsasında öz aralarında birləşdirilən ACD dayaqlar çoxluğudur. Həmin variantda birləşmə nəqliyyat səviyyəsində vahid idarəetmə sisteminə malik olduğu üçün, çağırış selləri ayrı-ayrı ACD dayaqları arasında paylanır (şəkil ). Baxılan strukturun üstün cəhəti odur ki, telefon yükünün kifayət qədər böyük hissəsi ACD-nin lokal seqmentində qapanır. Təklif edilən sxemi ölkənin regionlarında filialları olan nəhəng kompaniyalar ola bilər. Bu halda ayrı-ayrı ACD dayaqları giriş məlumatlar qovşağına birbaşa qoşulur və vahid 3 rəqəmlə birləşmə yaradılır. Bütün ACD dayaqları dairəvi SDH strukturu əsasında birləşdirilir. ACD strukturlu mərkəzin üstün cəhətləri aşağıdakılardır:
- Bütün çağırış selləri ACD zonalrı səviyyəsində qapanır;
- Böyük tutumlu xətt dəstələrinə ehtiyac qalmır;
- Mərkəzə qoşulmaq üçün vahid seriya nömrəsindən istifadə edilir;
- Xüsusi xidmət mərkəzinə yönəldilən trafik xeyli azalır;
- Qısaldılmış nömrə ilə intellektual xidmət növləri göstərilir.



  1. Yüklə 22,08 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin