İmtahan suallari məktəb Sinif : II müəllim : Tarix



Yüklə 36,71 Kb.
tarix26.12.2016
ölçüsü36,71 Kb.

İMTAHAN SUALLARI

Məktəb Sinif : II Müəllim : Tarix :

Şagirdin adı və soyadı : ______________________________________________

AZƏRBAYCAN –DİLİ

  1. Mürəkkəb söz nə zaman bitişik yazılır?

a)Sözlər təkrar olunduqda

b)Əks mənalı sözlər birləşdikdə

c)Müxtəlif mənalı sözlər birləşdikdə

2. Hansı mürəkkəb söz əksmənalı sözlərin birləşməsindən yaranıb?

a) hündürboy b) gec-tez c) dost-tanış



3. Atalar sözündə neçə hərəkət bildirən söz var?

Bir dəfə vurmaqla ağac yıxılmaz.

a) 1 b) 2 c) 3

4.Hansı mürəkkəb sözün tərkibində əlamət və ad bildirən sözlər var?

a) qaragilə b) çobanyastığı c) addımbaşı

5.Hansı qəhrəmanın adı mürəkkəb sözdür?

a) Qaçaq Nəbi b) Koroğlu c) Babək



6.Hansı cümlə deyil?

a) Yaz gəldi, ağaclar yaşıl donunu geyindi

b) Payızın son ayı

c) Qışın oğlan çağı idi

7.Ardıcıllığı hansı söz tamamlayır?

Qızılgül, çobanyastığı, günəbaxan .......

a) hacıleylək b) göydələn c) itburnu

8 .Biri mürəkkəb söz deyil:

a) müvəffəqiyyət b) çaytikanı c) alagöz



9. Hansı bənddə hərəkət bildirən sözdən ad bildirən söz yaranıb?

a) bitki b) üzümçü c) qaraltı

10. Hansı söz təkrar olunduqda mürəkkəb söz yarana bilər?

a) yavaş b) qulaq c) keçi

11. “Adət” sözü hansı sözlə birləşdikdə mürəkkəb söz əmələ gətirər?

a) milli b) ənənə c) Novruz

12. Hansı mürəkkəb sözdə ad və hərəkət bildirən sözlər var?

a) ağbirçək b) balıqqulağı c) tozsoran

13. Ardıcıllığı hansı söz tamamlayır?

Qohum-qardaş, yorğan-döşək, oğul-uşaq,.....

a)qayda – qanun

b)yavaş – yavaş

c)baş – ayaq

14. Hansı sözlərin birləşməsindən yaranan mürəkkəb söz defislə yazılır?

a) quzu, qulaq

b) qoyun, quzu

c) balıq, qulaq

15. Deyib-gülən, şən adam haqqında hansı sözü işlətmək olmaz?

a) baməzə b) zarafatcıl c) qaraqabaq

RİYAZİYYAT

1. 3 il = ay 2 ay = həftə

3 həftə = gün 3 ay = gün

2.Heç bir təpəsi olmayan fiquru tap və rənglə:
a) b) c)


3.Elşən ad gününü 8 Mart bayramından bir həftə sonra qeyd edir.Elşənin ad günü nə vaxtdır?

a) 9 mart b) 11 mart c) 15 mart

4. Hansı ayda 28 gün var ?

a) yanvar b) may c) fevral

5. Aşağıdakı həndısi fiqurlardan hansına yalnız bir simmetriya xətti çəkmək olar ?

a) b) c)

6. Bir saat 60 dəqiqədir. Bu fikrə münasibətini hansı ifadə ilə bildirərsən ?

a) mümkündür b) mümkün deyil c) əlbəttə

7. Hər il dağ çayının hesabına bənddəki suyun səviyyəsi 4 sm artır. Bənddəki suyun səviyyəsi 5 il ərzində neçə santimetr artacaq ?

a) 20 b) 18 v) 1

8. 18 gün iki həftədən neçə gün çoxdur ?

a) 2 b) 10 c) 4

9. Sona 12 dəftər 3 qələm aldı. Dəftərlərin sayı qələmlərin sayından neçə dəfə çoxdur ?

a) 2 b) 4 c) 5

10. Bakıda küləyin sürəti martın 12-də gücləndi və üç gün sonra azaldı. Küləyin sürəti nə vaxt azaldı 7

a) 15 mart b) 17 mart c) 18 mart

11. Aşağıdakı fəsillərdən hansıları yay fəslinə aiddir ?

a) iyun, iyul, avqust b) yanvar,fevral,mart c) sentyabr, oktyabr, may

12. Futbol klubunun məşqi 2 saat davam edir və saat edir və saat 12-də sona çatır.Məşq saat neçədə başlayır ?

a) 10:00 b) 11:00 c) 9:00

13. 27-ni 3dəfə azaldıb üzərinə 2 əlavə etdim.Hansıı rəqəmi aldım ?

a) 11 b) 12 c) 18

14. İndi may ayıdır. İki ay sonra hansı ay olacaq ?

a) mart b) iyul c) sentyabr

15.Venn diaqramının göstərilən hissəsinə uyğun ədədləri yazın

həm 2-yə,həm də 3-ə bölünən ədələr

3-ə bölünən ədədlər 2-yə bölünən ədədlərvenn.jpg

Yüklə 36,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə