1
www.amchamaz.org
MÜNDƏRİCAT
ÖTƏN İLƏ BAXIŞ
PREZIDENTDƏN ÖN SÖZ
GİRİŞ
AMERİKA TİCARƏT PALATASININ STRUKTURU
ÜZVLÜK
MALİYYƏ HESABATLARI
KOMİTƏLƏR
LAYİHƏLƏR
HÖKUMƏTLƏ ƏMƏKDAŞLIQ
BEYNƏLXALQ ƏLAQƏLƏR
TƏDBİRLƏR
“IMPACT AZERBAIJAN”
M2M VƏ M2M+ ENDİRİM PROQRAMLARI
ASANLAŞDIRILMIŞ VIZA PROQRAMI
KORPORATİV SOSİAL MƏSULİYYƏT
ÜZVLƏRİN SİYAHISI
E-AMCHAM
ƏLAQƏ MƏLUMATLARI
2
4
5
6
8
16
20
27
29
34
36
42
44
46
47
48
58
60
YEAR
A
T
A
GLANCE
2
ÖTƏN İLƏ BAXIŞ
•
Bank, Maliyə və Sığorta Komitəsinin
yığıncağı
•
Rəhbər heyət üçün Səhər Yeməyi Ziyafəti
•
Vergi və Gömrük Komitəsinin yığıncağı
•
Amerika Ticarət Palatasının 2012-ci il
üçün İnflyasiya Sorğusunun Hesabatı
•
Vergilər Nazirliyinin Vergi siyasəti
və gəlirlər şöbəsinin müdiri Cəmil
Əlizadənin iştirakı ilə Amerika Ticarət
Palatası üzvlərinin işgüzar naharı
•
Korporativ Sosial Məsuliyyət
Komitəsinin yığıncağı
•
Amerika Ticarət Palatası və “British
Airways”-in birgə yay kokteyli
•
“Qəbul olunacaq Miqrasiya Məcəlləsi:
çətinliklər və imkanlar” mövzusunda konfrans
•
Azərbaycan Respublikası Miqrasiya
Məcəlləsi üzrə Rəy Sənədi
•
Rəhbər heyət üçün Səhər Yeməyi Ziyafəti
•
Bank, Maliyə və Sığorta Komitəsinin
yığıncağı
•
“Səyahət Barı” adlı Furşet
•
İnsan Resursları Komitəsinin yığıncağı
•
Vergi və Gömrük Komitəsinin yığıncağı
•
İnformasiya və Kommunikasiya
Texnologiyaları Komitəsinin yığıncağı
•
“IMPACT Azerbaijan” jurnalının 15-ci
buraxılışı: “Davamlı İqtisadi İnkişaf”
•
“Təmiz Şəhər” ASC-in İdarə Heyətinin
sədri Zakir İbrahimovun iştirakı ilə
Amerika Ticarət Palatası üzvlərinin
işgüzar naharı
•
Bank, Maliyə və Sığorta Komitəsinin
yığıncağı
•
Korporativ Sosial Məsuliyyət
Komitəsinin yığıncağı
•
Vergi və Gömrük Komitəsinin yığıncağı
•
Rəhbər heyət üçün Səhər Yeməyi Ziyafəti
•
İnsan Resursları Komitəsinin yığıncağı
•
Bank, Maliyə və Sığorta Komitəsinin
yığıncağı
•
“Azərkosmos” ASC-in sədri Rəşad
Nəbiyevin iştirakı ilə Amerika Ticarət
Palatası üzvlərinin işgüzar naharı
•
Amerika Ticarət Palatasının 2013-cü ilin
birinci rübü üzrə İnflyasiya Sorğusu
•
Vergi və Gömrük Komitəsinin yığıncağı
•
Beynəlxalq Maliyyə Korporasiyasının
Azərbaycan üzrə nümayəndəliyinin
rəhbəri Aliyə Əzimovanın iştirakı ilə
Amerika Ticarət Palatası üzvlərinin
işgüzar naharı
•
Amerika Ticarət Palatası üzvləri üçün
marketinq və reklam fəaliyyətləri
mövzusunda seminar
•
“Səyahət Barı” adlı Furşeti
•
Səyahət və Turizm Komitəsinin yığıncağı
•
Rəhbər heyət üçün Səhər Yeməyi
Ziyafəti
•
“IMPACT Azerbaijan” jurnalının 16-cı
buraxılışı: “Azərbaycanın Əmək Bazarı”
•
“Əqli mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə” mövzusunda
rəy sənədin buraxılması
YAN
IYUN
FEV
MArT
APrEL
MAY
Xüsusi Tədbir:
Amerika Ticarət Palatası üzvlərinin yanvar işgüzar naharı: Direktorlar Şurasına
Namizədlərlə tanışlıq
Xüsusi Tədbir:
“Vergi partnyorluğu” – Amerika Ticarət Palatasının 3-cü İllik Vergi Konfransı
Xüsusi Tədbir:
Amerika Ticarət Palatasının İllik Ümumi Yığıncağı və Direktorlar Şurasına Seçkilər
Xüsusi Tədbir:
Jan-Lui Brujyer tərəfindən təqdim olunmuş “Beynəlxalq Terror və Ölkələrarası
Cinayət” mövzusunda seminar
Xüsusi Tədbir:
ASAN Xidmət və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri ilə miqrasiya
sahəsində hazırkı və gələcək islahatlar barədə dəyirmi masa
Xüsusi Tədbir:
Bank, Maliyyə və Sığorta və İnformasiya və Kommunikasiya Texnologiyaları
Komitələrinin birgə yığıncağı: “Maliyyə müəssisələrində İT məsələləri və standartları”
3
www.amchamaz.org
ÖTƏN İLƏ BAXIŞ
•
“Səyahət Barı” adlı Furşeti
•
Amerika Ticarət Palatasının 2013-cü ilin
ikinci rübü üzrə İnflyasiya Sorğusu
•
Vergi və Gömrük Komitəsinin yığıncağı
•
Amerika Ticarət Palatası və ABŞ
səfirliyinin iştirakı ilə İrana qoyulmuş
sanksiyalar mövzusunda dəyirmi masa
•
İnformasiya və Kommunikasiya
Texnologiyaları Komitəsinin yığıncağı
•
İnsan Resursları Komitəsinin yığıncağı
•
Korporativ Sosial Məsuliyyət
Komitəsinin yığıncağı
•
Amerika Ticarət Palatası və “Deloitte”
şirkətinin birgə “İşguzar Sezonun
Başlanğıcı” kokteyli
•
Rəhbər heyət üçün Səhər Yeməyi Ziyafəti
•
Amerika Ticarət Palatası və “PwC
Azerbaijan” şirkətinin “Yeni bazarlara
giriş: Orta Şərq perspektivi”
mövzusunda birgə təlimi
•
Bank, Maliyyə və Sığorta Komitəsinin
yığıncağı
•
15-ci illik İllik Milli Məvacib Sorğusunun
başlanması
•
Amerika Ticarət Palatasının 2013-cü ilin
üçüncü rübü üzrə İnflyasiya Sorğusu
•
Korporativ Sosial Məsuliyyət
Komitəsinin yığıncağı
•
İnsan Resursları Komitəsinin yığıncağı
•
Bank, Maliyyə və Sığorta Komitəsinin
yığıncağı
•
“Məlumat marketinqi və analitik
marketinq” mövzusunda Amerika Ticarət
Palatasının seminarı
•
Vergi və Gömrük Komitəsinin yığıncağı
•
“Effektiv təşkilatın müdafiə xətləri”
mövzusunda Amerika Ticarət
Palatasının master-klası
•
İnformasiya və Kommunikasiya
Texnologiyaları Komitəsinin yığıncağı
•
Amerika Ticarət Palatası və “Aquavita”
şirkətinin birgə kokteyli
•
Bank, Maliyyə və Sığorta Komitəsinin
yığıncağı
•
Vergi və Gömrük Komitəsinin yığıncağı
•
Korporativ Sosial Məsuliyyət
Komitəsinin yığıncağı
•
Rəhbər heyət üçün Səhər Yeməyi
Ziyafəti Səyahət və Turizm Komitəsinin
yığıncağı
•
“IMPACT Azerbaijan” jurnalının 18-ci
buraxılışı: “Miqrasiya və Səyahət”
•
İnsan Resursları Komitəsinin yığıncağı
•
“IMPACT Azerbaijan” jurnalının
17-ci buraxılışı: “Vergi Məcəlləsinə
Dəyişikliklər”
•
“Ətraf mühitə təsirlər” üzrə Rəy Sənədi
IYUL
SENT
OKT
NOY
AVQ
Xüsusi Tədbir:
18-ci illik Müstəqillik Günü pikniki
Xüsusi Tədbir:
Təhsil Naziri Mikayıl Cabbarovun iştirakı ilə Amerika Ticarət Palatası üzvlərinin
işgüzar naharı
Xüsusi Tədbir:
9-cu illik “Qara və Ağ”Bal
Amerika Ticarət Palatasının Qızıl Üzvlərinin işgüzar naharı
Xüsusi Tədbir:
Amerika Ticarət Palatasın ABŞ Konqresindən gəlmiş heyət ilə görüşü
•
15-ci illik İllik Milli Məvacib Sorğusu üzrə
Hesabat
•
“Səyahət Barı” adlı Furşeti
•
“Reklam” mövzusunda Rəy sənədi
•
Amerika Ticarət Palatasın ABŞ Dövlət
Katibi Köməkçisinin Müavini Erik S.
Rubin ilə görüşü
•
Vergi və Gömrük Komitəsinin yığıncağı
DEK
Xüsusi Tədbir:
Amerika Ticarət Palatasının Gümüş Üzvlərinin İşgüzar Naharı
YEAR
A
T
A
GLANCE
4
PREZİDENTDƏN ÖN SÖZ
2013-cü il Amerika Ticarət Palatası üçün daha bir uğurlu il olmuşdur. Biz böyüməyə
və inkişaf etməyə, eləcə də, üzvlərimizin sayını və fəaliyyətlərimizin əhatə dairəsini
genişləndirməyə davam etmişik. Bizim üzvlərimizin sayı artıq 267-ə çatmışdır və
buraya qabaqcıl beynəlxalq və Azərbaycan şirkətləri, o cümlədən, Azərbaycandakı
ən böyük və əhəmiyyətli müəssisələrin bir çoxu daxildir.
Təmsilçilik və ictimai siyasət fəaliyyətlərində iştirakı davam etdirərək biz əqli
mülkiyyət hüququ və piratçılığa qarşı mübarizə, miqrasiya, ətraf mühitə təsirin
qiymətləndirilməsi və reklam kimi mühüm məsələlər üzrə rəy sənədləri hazırlamışıq.
Bu sənədlər ciddi təsirlərə, o cümlədən Miqrasiya Məcəlləsinə bir neçə son dərəcə əhəmiyyətli
dəyişikliyə, bəzi qanunların Milli Məclisdə oxunuşunun təxirə salınmasına və il ərzində gündəliyə salınmış
başqa qanunların icra mexanizmləri üzrə aktiv və davamlı müzakirələrə yol açmışdır. Bizim Hökumətlə
əməkdaşlığımız həmçinin Vergilər Nazirliyinin yaxın əməkdaşlığı ilə keçirilmiş son dərəcə uğurlu 3-cü illik
Vergi Konfransı, ASAN Xidmət və Dövlət Miqrasiya Xidməti əməkdaşları ilə miqrasiya sahəsində islahatlar
barədə dəyirmi masa, Dövlət Miqrasiya Xidmətinin Müdiri Firudin Nəbiyevlə görüş, Maliyyə, Səhiyyə və
Təhsil Nazirlikləri və Sosial Müdafiə Fondu ilə davamlı əməkdaşlıq ilə davam etmişdir. Turizm Nazirliyi,
Dövlət Kadastr Xidməti və bir neçə başqa dövlət orqanı üzvlərimizin sorğularını cavablandırmışdır.
Ötən il ərzində üzvlərimiz Amerika Ticarət Palatası tərəfindən və onun iştirakı ilə təşkil olunmuş 65
palatadaxili və palatalararası tədbirdə öz həmkarları, əməkdaşları və müxtəlif tərəflərlə ünsiyyətdə
olmaq imkanı əldə etmişlər. Bu cür tədbirlər müxtəlif növdə, formatda və müxtəlif auditoriyalar üçün
hazırlanmışdır. Hər ay təşkil olunan üzvlərin işgüzar naharları, İcraçı direktorların işgüzar səhər yeməkləri,
müvafiq hökumət rəsmilərinin iştirakı ilə 40-dan çox komitə yığıncağı və seminarlar, bir neçə qarışıq
işgüzar tədbir və iki özünəməxsus sosial tədbir: 1300 nəfərin iştirak etdiyi Müstəqillik Günü pikniki və 550
nəfərin iştirak etdiyi 8-ci illik “Ağ-Qara Bal” belə tədbirlərə nümunədir. Tədbirlərin sayını, keyfiyyətini və
Bakının getdikcə daha da intensivləşən işgüzar və sosial səhnəsində populyarlığını saxlamaq və artırmaq
bizim ötən il ərzində ən böyük nailiyyətlərimizdən olmuşdur.
Biz üzvlərimizə göstərdiyimiz digər xidmətləri də davam etdirmiş və genişləndirmişik: görüşlərin təşkili və
bazar tədqiqatı xidmətləri üçün müxtəlif üzvlərdən daxil olmuş 125-dən çox müraciətin hər biri ayrılıqda
araşdırılmış və ünvanlı kömək göstərilmiş, “e-AmCham” internet kommunikasiya şəbəkəsi fəaliyyət
göstərmiş, 130 şirkətin iştirakı ilə bu günə qədər aparılmış ən böyük Ümummilli Əmək Haqqı Sorğusu
həyata keçirilmiş, Rüblük İnflyasiya Sorğusu və “Member2Member” endirim proqramı davam etdirilmişdir.
Bunlara əlavə olaraq biz üzvlərimiz üçün yeni və maraqlı bir xidmətə – ABŞ səfirliyi ilə Viza üzrə Kömək
Proqramına start vermişik; bu proqram çərçivəsində xüsusi “müsahibədən azad olma pilot proqramı”
vasitəsilə Amerika Ticarət Palatasına üzv şirkətlərin işçilərinə B1/B2 qeyri-immiqrasiya vizaları üçün
şəxsən səfirliyə getmədən müraciət etmək imkanı yaradılır.
Bizim ötən il üçün ən çox qürur duyduğumuz fəaliyyət Azərbaycanda Amerika Ticarət Palatası ilə 5, 10 və
15 il əməkdaşlıq üçün Amerika Ticarət Palatasına Sədaqət Mükafatlarının təsis edilməsi olmuşdur. 1996-
cı ildə 13 Amerika şirkətindən ibarət qrup kimi təsis edilmiş Amerika Ticarət Palatası uzun yol qət edərək
Azərbaycanda ən böyük və nüfuzlu biznes ittifaqlarından birinə çevrilmişdir və hal-hazırda 260-dan
çox qabaqcıl beynəlxalq və Azərbaycan şirkətlərini birləşdirməkdədir. Bu uğurun açarı bizim üzvlərimiz
olmuşdur, çünki bütün fəaliyyətlərimizin kökündə onlar durmaqdadır. Bu səbəblə, 2013-cü ilin son rübünü
biz bu nailiyyəti qeyd etmək üçün Qızıl, Gümüş və Bürünc üzvlərimizi müxtəlif yollarla mükafatlandıraraq
keçirmişik.
2013-cü il Azərbaycanda Amerika Ticarət Palatası üçün həqiqətən uğurlu və maraqlı il olmuşdur. Biz bu
uğurları gələn il sizinlə birgə davam etdirəcək və genişləndirəcəyik!
İlqar Vəliyev
Prezident
Azərbaycanda Amerika Ticarət Palatası
5
www.amchamaz.org
GİRİŞ
AmCham Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət
göstərən 260-dan çox tam və müxbir üzvlərdən ibarətdir
Azərbaycandakı Amerika Ticarət Palatası Azərbaycanda biznes maraqlarını dəstəkləyən
özəl, qeyri-mənfəətli biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan
iqtisadiyyatının bütün sektorlarda fəaliyyət göstərən 260 tam və müxbir üzvü özündə birləşdirir.
Biz bütünlüklə xarici investisiyaların 80%-ni və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil
edirik. Bizim sahə komitələri vasitəsi ilə üzvlərimiz məlumat mübadiləsi aparmaq, ümumi maraq
doğuran məsələlər qaldırmaq və mümkün həll yolları təklif etmək imkanı qazanırlar. AmCham
üzvləri, şirkətləri və təşkilatları üçün istər Azərbaycanda, istərsə də ABŞ-da geniş biznes məlumatı
və əlaqələri şəbəkəsinə daxil ola bilirlər.
•
1996-cı ildə təsis edilmişdir
•
268 üzvü vardır
•
Məcmu xarici investisiyanın 80%-i
•
Biznesin əsas səsi
•
Amerika, Azərbaycan və beynəlxalq şirkətlərin təşviqi
•
Yüksək səviyyəli peşəkar səriştə və təcrübə
•
Enerji, bank işi, İKT, hüquq/maliyyə məsləhət xidmətləri, peşəkar xidmətlər, təhsil, inşaat,
səhiyyə, nəqliyyat, turizm və istehsalat sahələrindəki qabaqcıl şirkətləri təmsil edir
•
Azərbaycanda fəaliyyət göstərən həm xarici, həm də yerli şirkətlər üçün optimal biznes mühitini
təşviq edir
•
Üzvlər arasında vaxtlı-vaxtında və lazımi mövzularda məlumat mübadiləsini təmin edir
“AmCham” nədir?
YEAR
A
T
A
GLANCE
6
Direktorlar Şurasi
İlqar Vəliyev
Ernst & Young
Prezident
Kent MakNeley
Azerfon
Direktorlar Şurasının üzvü
Gündüz Kərimov
Baker & McKENZIE
Direktorlar Şurasının üzvü
Erik Uolker
Chevron
Direktorlar Şurasının üzvü
Teybə Quliyeva
Societe Generale
Birinci Vitse-Prezident
Derek Hoqan
ABŞ Səfirliyi
Vəzifəsi etibarilə Direktorlar
Şurasının üzvü
Fərid İsmayılzadə
GoldenPay
Direktorlar Şurasının üzvü
Nərgiz Nəsrullayeva-Müdüroğlu
Vəzifəsi etibarilə Direktorlar Şurasının
üzvü
Mark Tomas
BP
İkinci Vitse Prezident
Vüqar Əliyev
KPMG Azərbaycan
Direktorlar Şurasının üzvü
Mövlan Paşayev
PwC Azərbaycan
Direktorlar Şurasının üzvü
Nuran Kərimov
Deloitte & Touche MMC
Direktorlar Şurasının üzvü
AMCHAMIN STRUKTURU
7
www.amchamaz.org
Komitə Sədrləri
AmCham Heyəti
Tural Hacıyev
İnformasiya və Kommunikasiya
Texnologiyaları
Leyla Məhərrəmova
İnsan Resursları
Şahin Məmmədov
Bank, Maliyyə və Sığorta
Nərgiz Nəsrullayeva-Müdüroğlu
İcraçı Direktor
Həsən Quliyev
Vergi və Gömrük
Zaur Kərimov
Baş Mühasib
Turab Teymurov
Üzvlərlə İş üzrə Mütəxəssis
Aygün Nağıyeva
Üzvlərlə İş üzrə Mütəxəssis
Selcan Musayeva
İnzibati işlər üzrə köməkçi
Orxan Musayev
Qanunvericilik və Siyasi Məsələlər
üzrə mütəxəssis
Ceyhun Atayev
Baş Redaktor
AMCHAMIN STRUKTURU
Leyla Seyidzadə
Korporativ Sosial Məsuliyyət
Nikolas Rana
Səyahət və Turizm
YEAR
A
T
A
GLANCE
8
ÜZVLÜK
Bizim missiyamız Azərbaycanın biznes mühitini təkmilləşdirmək istiqamətində
çalışmaqla üzvlərimizin kommersiya maraqlarını müdafiə etmək, eləcə də, üz-
vlərimizə xidmət göstərməkdir.
“AmCham”-ın komitələri ilə əməkdaşlıq sizin şirkətinizə Azərbaycan
iqtisadiyyatının gələcəyinə doğru konkret faktor yaratmaq imkanı verir. “AmCham”-
ın komitələri bu günə qədər Azərbaycanda əhəmiyyətli qanunların layihələrini
hazırlamaq və onlara dəyişikliklər etmək işinə cəlb olunmuşdur ki, bu da öz
növbəsində biznes mühitinin daha da əlverişli olması ilə nəticələnmişdir.
Gələcəyi Formalaşdırmaq İmkanı
Bizim təşkilatımız Azərbaycanda dinamik və müsbət təsirə malikdir və biz missiyamızı dürüstlük və
ölkəyə hörmət əsasında, bütün yerli qanunlara əməl etməklə və bütün münasibət və əməliyyatlarda
ən yüksək etik standartları gözləməklə icra edirik.
“AmCham”-a üzvlük Palatanın missiyasında maraqlı olan iri korporasiyalar, eləcə də kiçik
bizneslər üçün açıqdır. “AmCham” Azərbaycandakı yerli və beynəlxalq şirkətlər üçün biznes
mühitini təkmilləşdirmək istiqamətində təkliflər irəli sürməklə üzvlərinin maraq və narahatlıqlarını
müdafiə edir. Üzvlər Bank, Maliyyə, Sığorta (BMS), Vergi və Gömrük (VGK), İnformasiya
Kommunikasiya Texnologiyaları (İKT), Korporativ Sosial Məsuliyyət (KSM), Səyahət və Turizm
(STK), İnsan resursları (İR) sahələri üzrə komitələrdə, eləcə də, üzvlərin məsələ və problemlər
barədə rəylərini ifadə etmələri üçün təşkil olunan forumlarda öz şirkətlərini təmsil edirlər. Təklif və
ideyalar toplanaraq müvafiq hökumət orqanlarına təqdim edilir və əksər hallarda sonradan nəzərə
alınaraq müvafiq qanunlarda öz əksini tapır.
Biz üzvlərimiz və əsas qərar qəbul edən şəxslər arasında müntəzəm və açıq dialoqun aparılmasına
kömək etmək, üzvlərin narahatlıqlarını səsləndirmək və davamlı həll yollarının tapılmasında iştirak
etməkdir.
9
www.amchamaz.org
ÜZVLÜK
Üzvlər Azərbaycanda ən yaxşı işgüzar əlaqələrin yaradılmasından
faydalana bilər!
Nə üçün üzv olmalı?
“AmCham” üzvü olaraq sizin şirkətiniz Azərbaycan üzrə geniş biznes məlumatları və əlaqələri,
eləcə də, Avropadakı Amerika Ticarət Palataları (Amerika Ticarət Palatasının Avropa Şurası) və
ABŞ Ticarət Palatası vasitəsilə Avropadakı ABŞ müəssisələri barədə dəyərli məlumatlar əldə
etmək imkanı qazanacaqdır. “AmCham” öz üzvlərini qanunvericilik üzrə hazırkı vəziyyət və son
dəyişikliklər, həmçinin Azərbaycan iqtisadiyyatının ümumi vəziyyəti barədə ən yeni məlumatlarla
təmin edir. Biz üzvlərimiz ilə qərar qəbul edən mühüm tərəflər arasında müntəzəm və açıq dialoq
yaratmaq, üzvlərimizin narahatlıqlarını ifadə etmək və davamlı həll yolları hazırlamağa yardım
göstərmək istiqamətində çalışırıq. “AmCham” biznes sahəsində geniş və möhkəm əlaqələr təklif
edir. Siz bu şəbəkədən istifadə edərək əlaqələr yarada, ünsiyyət qura və öz müəssisənizə təsir
göstərən məsələlər barədə ən son məlumatları əldə edə bilərsiniz. Eksklüziv və ünvanlı marketinq
imkanlarından xüsusi tədbirlərin təşkilinə və şirkətlərin təbliğinə qədər hər bir istiqamətdə
“AmCham” üzvlərinin ehtiyaclarını hər şeydən vacib hesab edir. Bu, sizin müəssisənizə əlavə
dəyər qazandıracaq düzgün qərardır.
Üzv olaraq siz, sizin biznesinizin inkişafına yardım etmək üçün hazırlanan və il boyu həyata
keçirilən tədbirlərdə iştirak etməyə dəvət olunursunuz. Buraya tanışlıq üçün qarışıq tədbirlər,
təlim və təbliğ üçün işgüzar naharlar, özünü tanıtmaq və ictimaiyyətə töhfə vermək üçün xeyriyyə
işlərinə sponsorluq və s. daxildir.
“AmCham” resurs kitabxanasına aşağıdakılar daxildir:
•
İllik Ümummilli Məvacib Sorğusu
•
Rüblük İnflyasiya Sorğusu
•
AmCham Üzvlərinin Siyahısı
•
AmCham-ın “Ağ Sənəd” nəşri
•
AmCham illik hesabatları
•
IMPACT Azerbaijan rüblük jurnalı
•
“Azərbaycanda biznesin qurulması” təlimatları
•
Aparıcı məsləhətçi şirkətlərindən biznes təlimatları və vergi və hüquq xəbərləri
YEAR
A
T
A
GLANCE
10
Biznesin dəstəklənməsi
Biz biznes sahəsində geniş və etibarlı əlaqələr təmin edirik. Siz bu əlaqələrdən işgüzar münasibət
qurmaq, məlumatlanmaq və fəaliyyətinizə təsir göstərən məsələlərdən xəbərdar olmaq üçün üçün
istifadə edə bilərsiniz. Müstəsna, məqsədyönlü marketinq imkanlarından tutaraq xüsusi tədbirlərin
təşkili və şirkətin təşviqinə kimi, üzvlərimizin tələbatları bizim üçün önəmli bir məsələ kimi qəbul
edilir. Bu Sizin fəaliyyətinizə əlavə dəyər verəcək yaxşı biznes qərarıdır.
Qabaqcıl Təcrübə Mübadiləsi və Siyasi İş
Biz Azərbaycanda fəaliyyət göstərən xarici və yerli şirkətlər üçün optimal biznes mühitinin təmin
olunmasını dəstəkləyirik. AmCham üzvlərə məlumatla bölüşmək, ümumi maraq doğuran məsələlər
qaldırmaq və mümkün həlləri təklif etmək üçün platforma təmin edir.
Üzvlər barədə Məlumat Bələdçisi
Üzlər barədə daimi yenilənən məlumat kitabı AmCham-ın üzvü olan şirkətlər və təşkilatların
tam siyahısı, onların fəaliyyətlərinin təsviri və ən son əlaqə məlumatlarından ibarətdir. AmCham
internet saytının “Yalnız üzvlər üçün” bölməsindən istifadə edərək üzvlər cəmi bir kliklə, Üzvlər
barədə Məlumat Kitabını açıb sektorlar üzrə şirkətləri seçə və onların əlaqə məlumatlarını əldə edə
eləcə də özləri barədə dəqiq məlumat vermək üçün öz şirkətlərinin məlumatlarını yeniləyə bilər.
Məlumat əldə etmə imkanı
Üzv qismində Siz resurs kitabxanasından tam şəkildə istifadə edə bilərsiniz. Buraya AmCham
Üzvləri barədə məlumat, İllik Məvacib Sorğusu, Rüblük İnflyasiya Sorğusu, Rüblük IMPACT jurnalı,
yenilənmiş hüquqi məlumatlar və digər nəşrlər, eləcə də aparıcı məsləhətçi firmalarının bülletenləri
və biznes təlimatları daxi ldir.
Ölkədə Məvacib Bazarı üzrə İllik Sorğu
Son on beş ildə aparılan AmCham-ın Ölkədə Məvacib Bazarı üzrə Sorğusu hal-hazırda
respublikada ən geniş tədqiqatdır və Azərbaycanda bütün biznes icması üçün çox faydalı vasitə
kimi öz əhəmiyyətini itirmir. Sorğu Azərbaycanda fəaliyyət göstərən aparıcı xarici və yerli şirkətlərin
və təşkilatların tətbiq etdikləri işəgötürmə şərtləri və müavinətləri barədə ətraflı məlumatı eləcə də
yüzdən çox müxtəlif vəzifələr üçün əmək haqları rəqəmlərini özündə ehtiva edir.
Rüblük İnflyasiya Sorğusu
AmCham Azərbaycan yerli və xarici istehlakçılar üçün qiymətli kağızlar kursunun dəyişməsi
səviyyəsində bizim üzvlərimizə etibarlı məlumatlar təqdim etmək məqsədi ilərüblük inflyasiya
müşahidəsi hazırlayır. İstehlak Qiymətləri İndeksi (İQİ) özəl təsərrüfatlar tərəfindən istehlak
mallarına və xidmətlərinə görə ödənilən qiymətlərin orta səviyyəsində baş verən dəyişiklikləri
müəyyən etmək məqsədi daşıyır. AmCham üzvləri əməkhaqqı artımının, məhsul qiymətlərinin və
s. təyin olunması üçün İQİ-ni faydalı hesab edir. İQİ, həmçinin, keçmiş pul məbləğinin dəyərini
bugünkü səviyyədə müəyyən etmək məqsədi ilə də istifadə oluna bilər.
Operativ və Dəqiq Hüquqi Xülasə
AmCham Azərbaycan hökumətinin qəbul etdiyi bütün qanun və normativ aktları, o cümlədən
məhkəmə qərarlarını diqqətlə araşdıraraq üzvlərin biznesinə mümkün təsirləri müəyyənləşdirir və
bu barədə hər iki həftədə bir məlumat göndərir. Biz öz üzvlərimizi yeni qəbul olunmuş normativ
aktlar barədə müntəzəm xəbərlərlə, o cümlədən onlardan bəzilərinin təhlili ilə təmin edirik.
Yüksək səviyyəli sosial tədbirlər
Siz AmCham üzvü kimi il ərzində biznesin inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən müxtəlif
tədbirlərdə iştirak edə bilərsiniz. Buraya təlimatlandırma şəbəkələrinin yaradılması və təqdimatı,
ÜZVLÜK
11
www.amchamaz.org
ÜZVLÜK
sosial miqyasda yüksək səviyyəli xeyriyyəçilik sponsorluğu və s. daxildir. Keçirdiyimiz tədbirlərdə
üzvlərimiz özlərinin cari və potensial müştəriləri, tərəfdaşları, təchizatçıları və əsas həmkarları ilə
görüşmək üçün əlverişli imkan əldə edirlər.
Asanlaşdırılmış Viza Proqramı
2013-cü ildə təşkil olunmuş son işgüzar nahar zamanı, üzvlərimiz AmCham Azərbaycan və
ABŞ Səfirliyi arasında Asanlaşdırılmış Viza Proqramı barədə Anlaşma Memorandumunun
imzalanmasını izləmək xoşbəxtliyinə nail olmuşdurlar.
Səfirlik, AmCham-a tam üzv (müxbir üzv yox) olan şirkətlərin işçiləri və onlarla birlikdə səyahət
edən ailə üzvlərinin B1/2 Turizm / Qeyri-mühacir biznes vizasına müraciətlərinin qəbulu üzrə iki
yeni xidmət təklif edir.
Birinci xidmət, “AmCham Üzvləri ilə Müsahibə Günü” adlanır. İldə dörd dəfə - təxminən hər rübdə
bir dəfə (və ya, razılıq əsasında daha tez-tez) – konsulluq şöbəsi adi müsahibələr üçün bağlanacaq
və AmCham-a üzv şirkətlərin işçilərinin (və onlarla səyahət edən ailə üzvlərinin) müraciətləri üzrə
müsahibələr keçirəcəkdir.
İkinci xidmət isə “AmCham Üzvləri üçün Drop-boks Viza Yeniləmə Xidməti”-dir. Bu xidmət tam
üzvlərin vizanın yenilənməsi tələblərinə cavab verən əməkdaşlarının (və onlarla səyahət edən
ailə üzvlərinin) viza üçün müraciət paketini AmCham tərəfindən səfirliyə təqdim etmək imkanını
təmin edir. Bu xidmət Konsulluq Məsələləri Bürosu tərəfindən həyata keçirilən “Müsahibədən Azad
Olma Pilot Proqramı” çərçivəsində mümkün olmuşdur və viza yenilənmələri bu proqramın tələb və
tənzimləmələrinə əsasən aparılacaqdır.
Tələblər və proses barədə əlavə məlumat bizim internet səhifəmizdən əldə oluna bilər:
www.amchamaz.org
Üzvlərin Sorğuları
AmCham Azərbaycanın üzvü kimi Siz görüşlərin (o cümlədən, Hökumət rəsmiləri ilə)təşkilindən,
eləcə də bizim göstərdiyimiz fərdi bazar məlumatları xidmətlərindən faydalanabilərsiniz. Üzv
şirkətdən sifariş alan kimi biz ikinci tərəflə, o cümlədən Hökumət rəsmiləri iləgörüşlərin təşkilinə
yardım göstəririk. Bundan əlavə, üzvlərimiz, bizim sifarişçi üçün maraqkəsb edən bütün məlumatları
toplayıb elan edərək göstərdiyimiz fərdi bazar məlumatlarıxidmətlərindən faydalana bilərlər.
2013-cü il ərzində biz üzvlərimizdən daxil olmuş 250-dən çox sorğuya
ayrı-ayrılıqda cavab vermişik. Onlar barədə ətraflı məlumat aşağıda
təqdim olunur.
Reklam və sponsorluq imkanları
AmCham üzvlərinin məcmusu müxtəlif məhsul və xidmətlər üçün arzuolunan hədəf bazar təşkil
etməkdədir. İl ərzində təşkil olunan müxtəlif çoxsaylı tədbirlər vasitəsilə biz sizin şirkətinizin tədbir
ərzində, nəşrlərdə, internetdə və “AmCham” təbliğat-təşviqat fəaliyyətlərində diqqət cəlb etmənizi
təmin edirik.
Azərbaycan hökuməti ilə daimi dialoq
AmCham komitələri Azərbaycanın bir sıra əsas qanunlarının dəyişilməsi prosesinəöz töhfəsini
verərək biznes fəaliyyətinin həyata keçirilməsi üçün daha əlverişli mühit yaratmağa nail olurlar.
Həmin komitələrin daxilində fəaliyyət göstərməyiniz Azərbaycanda biznesin gələcəyinə Sizin
şirkətin də real töhfə verməsinə imka n yaradır. Biz öz üzvlərimizlə hökumət nümayəndələri
arasında mütəmadi və açıq dialoqun təmin edilməsinə çalışır və problemlərin davamlı surətdə həll
olunmas ına öz töhfəmizi veririk.
YEAR
A
T
A
GLANCE
12
ÜZVLÜK
Hal-hazırda bizim 260-dan artıq Tam və Müxbir üzvümüz var və bu rəqəm daim artır. Amerika Ticarət
Palatasına qəbul edilmək və ona üzv olmaq üçün üzvlüyə namizədlər və üzvlər cəmiyyətdə müsbət
nüfuza malik olmalı və Ticarət Palatasının tələblərinə cavab verməlidirlər. Palata Tam Üzvləri və
Müxbir Üzvləri özündə birləşdirir. Palataya üzv olmaq üçün müəssisələr Azərbaycanda kommersiya
fəaliyyəti göstərən hüquqi şəxs olmalı və Palatanın təsisat məqsədlərində maraqlı olmalıdırlar. Üzv
şirkətlər səs vermə hüququ əldə edirlər, yəni səs verə və Direktorlar Şurası üçün namizədliklərini
irəli sürə bilirlər. Bu zaman üzvlər hökumətlə yaxın ünsiyyətdə olmaq, müvafiq hökumət rəsmiləri
ilə görüşlərdə iştirak etmək, Palatanın qərar qəbul etmə prosesində iştirak etmək, öz bizneslərini
daha səmərəli şəkildə təbliğ etmək və müxtəlif hökumət səviyyəli tədbirlərdə iştirak etmək kimi
üstünlüklər əldə edirlər. Direktorlar Şurası Palatanın ali orqanıdır. Digər üstünlüklərə aşağıdakılar
daxildir: nəşriyyatımızda üzv şirkətlərin daha geniş təmsil olunması; aylıq işgüzar naharlarımızda
iştirak (hər şirkətdən 1 nəfər); internet səhifəmizdə və müxtəlif sərgilərdəki stendlərimizdə şirkət
loqosunun nümayiş olunması; sırf bu növ üzvlər üçün hazırlanmış “Member2Member” Proqramı,
eləcə də yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşlərin təşkilində yardım və xüsusi hazırlanmış
bazar məlumatlarının təmin edilməsi. Buna əlavə olaraq, Daimi Üzv şirkətlərin yüksək səviyyəli
rəsmiləri hər ay təşkil olunan eksklüziv Direktorların səhər yeməyinə dəvət olunurlar. Bu növ
üzvlük üçün illik üzvlük haqqı 2500 manatdır.
Müxbir Üzvlər Ticarət bütün tədbirlərdə iştirak etmək; bizim mütəmadi nəşrlərimizi, ocümlədən
Üzvlər barədə Məlumat Kitabını və Rüblük İnflyasiya Sorğusunu əldə edə və Ölkədə Məvacib
Bazarı üzrə İllik Sorğuda iştirak etmək hüququna malikdir. Bununla belə, Müxbir Üzvlər səsvermə
hüququna malik deyil və Direktorlar Şurasına seçilə bilməz. Bu növ Üzvlük üçün illik ödəniş
məbləği 1250 manat təşkil edir.
AmCham üzvlüyü ilə bağlı müraciət etmək üçün namizədlər Direktorlar Şurası tərəfindən
təsdiqlənmiş formada onlayn ərizə təqdim etməlidirlər. Üzvlük ərizələrini bizim www.amchamaz.
org şəbəkə saytımızdan əldə etmək olar. Şirkətə Vergilər Nazirliyi və ya Ədliyyə Nazirliyi tərəfindən
verilmiş qeydiyyat şəhadətnaməsi həmin ərizəyə əlavə edilməlidir. AmCham üzvlüyünün obyektiv
və subyektiv tələblərinə cavab verən üzvlər Direktorlar Şurasının təsdiqləyici səs çoxluğu əsasında
və namizədin üzvlük kateqoriyasına uyğun ilk illik ödənişi həyata keçirdikdən sonra Tam Üzv və
ya Müxbir Üzv qismində AmCham üzvlüyünə qəbul edilir. AmCham üzvlüyündə saxlanmaq üçün
Tam Üzv və ya Müxbir Üzv bizim məqbulluq tələblərimizə daim cavab verməli, cəmiyyətdə müsbət
nüfuza malik olmalı və AmCham qarşısındakı bütün maliyyə öhdəliklərini yerinə yetirməl idir.
Üzvlük növləri
Üzvlərin sayının artımı 1996-2013
13
www.amchamaz.org
ÜZVLÜK
TAM ÜZV
MÜXBİR ÜZV
Bütün şirkətlər üçün açıqdır
Bütün şirkətlər üçün açıqdır
Palatanın bütün tədbirlərinə dəvət və AmCham üzvlük
şəbəkəsinə qoşulma imkanı
Palatanın bütün tədbirlərinə dəvət və AmCham
üzvlük şəbəkəsinə qoşulma imkanı
“AmCham”-ın sektorlar üzrə komitələrində iştirak
“AmCham”-ın sektorlar üzrə komitələrində
iştirak
Şirkətin KSM məqalələrinin aylıq KSM Xəbər bületenində
dərc edilməsi
Şirkətin KSM məqalələrinin aylıq KSM Xəbər
bületenində dərc edilməsi
AmCham internet səhifəsinin “Üzv xəbərləri” və “İşə qəbul”
bölmələrində şirkət yenilikləri
AmCham internet səhifəsinin “Üzv xəbərləri”,
bölməsində şirkət yenilikləri
IMPACT Azerbaijan rüblük jurnalının “Yeni Üzvlər”
bölməsində şirkətin loqosu
IMPACT Azerbaijan rüblük jurnalının “Yeni
Üzvlər” bölməsində şirkətin loqosu
IMPACT Azerbaijan rüblük jurnalının AmCham bölməsində
şirkət haqqında qısa xəbər
IMPACT Azerbaijan rüblük jurnalının AmCham
bölməsində şirkət haqqında qısa xəbər
IMPACT Azerbaijan rüblük jurnalının “Üzvlərin Məqalələri”
bölməsində mövzuya aid məqalələr
IMPACT Azerbaijan rüblük jurnalının “Üzvlərin
Məqalələri” bölməsində mövzuya aid məqalələr
Hüquq sahəsindəki yeniliklər barədə aylıq xəbərlər
Hüquq sahəsindəki yeniliklər barədə aylıq
xəbərlər
Aylıq xəbər bületenində şirkət barədə yazılar (xəbərlər,
tədbirlər, vakansiyalar)
Aylıq xəbər bületenində şirkət barədə yazılar
(xəbərlər)
Rüblük İnflyasiya Sorğusunu əldə etmək imkanı
Rüblük İnflyasiya Sorğusunu əldə etmək imkanı
İşgüzar nahar zamanı təqdimat (3 dəq.) və Üzvlük Nişanı
İşgüzar nahar zamanı təqdimat (3 dəq.) və
Üzvlük Nişanı
AmCham Azərbaycan ilə 5, 10 və 15 ildən artıq əməkdaşlıq
etmiş şirkətlərə AmCham Loyallıq Mükafatı
AmCham Azərbaycan ilə 5, 10 və 15 ildən artıq
əməkdaşlıq etmiş şirkətlərə AmCham Loyallıq
Mükafatı
Qızıl və Gümüş Üzvlərin Yarmarkası
Qızıl və Gümüş Üzvlərin Yarmarkası
Üzvlərin Onlayn Məlumat Bələdçisində şirkətin profili,
loqosu, qısa təsviri və əlaqə məlumatları
Üzvlərin Onlayn Məlumat Bələdçisində şirkətin
profili, loqosu, qısa təsviri və əlaqə məlumatları
Tədbirlər zamanı üzvlərin xüsusi dərəcələri
Tədbirlər zamanı üzvlərin xüsusi dərəcələri
IMPACT Azerbaijan rüblük jurnalında reklam üçün endirimli
qiymətlər
IMPACT Azerbaijan rüblük jurnalında reklam
üçün endirimli qiymətlər
AmCham İllik Hesabatında böyük ölçülü loqo
AmCham İllik Hesabatında orta ölçülü loqo
Asanlaşdırılmış ABŞ Vizası Proqramı
45 Amerika Ticarət Palatasının (Avropada “AmCham”-lar
şəbəkəsi) açıq tədbirlərinə xüsusi üzv qiymətləri
45 Amerika Ticarət Palatasının (Avropada “AmCham”-lar
şəbəkəsi) İcraçı Direktoru ilə üzbəüz görüş imkanı
45 Amerika Ticarət Palatası (Avropada “AmCham”-lar
şəbəkəsi) ilə üzvlərarası arayış/təqdimat
Ümumi Yığıncaqda səsvermə hüququ
AmCham Direktorlar Şurasına seçilmə imkanı
“AmCham”-ın aylıq işgüzar naharlarında ödənişsiz iştirak
Üzvlər üçün Tədbirlər Təqvimi
Şirkətin iki üzvü üçün şəxsi “Member2Member” endirim kartı
İcraçı direktorların işgüzar səhər yeməyi
Görüşlərin təşkilində yardım (yüksək vəzifəli dövlət rəsmiləri
ilə, “AmCham”-ın təqdimat məktubunun müşayiəti ilə)
Bazar haqqında ünvanlı məlumat
“AmCham”-ın internet səhifəsində şirkətin loqosu
“AmCham”-ın Neft və Qaz Sərgisindəki stendində şirkətin loqosu
YEAR
A
T
A
GLANCE
14
ÜZVLÜK
2013-cü ildə biz böyük məmnuniyyət və qürurla AmCham Azərbaycanla 5, 10 və 15 il ərzində
əməkdaşlıq etmiş müəssisələrə AmCham Loyallıq Mükafatlarının verilməsinə başlamışıq. 1996-cı
ildə 13 Amerika şirkətindən ibarət qrup kimi təsis edilmiş Amerika Ticarət Palatası uzun yol qət
edərək Azərbaycanda ən böyük və nüfuzlu biznes ittifaqlarından birinə çevrilmişdir və hal-hazırda
260-dan çox qabaqcıl beynəlxalq və Azərbaycan şirkətlərini birləşdirməkdədir. Bu uğurun açarı
bizim üzvlərimizdir, çünki bütün fəaliyyətlərimizin kökündə onlar durmaqdadır. Bu səbəblə, bizimlə
5, 10 və 15 il davamlı əməkdaşlıq etmiş şirkətləri xüsusi olaraq qeyd etmək qərarına gəldik. 15
ildən artıq AmCham üzvü olmuş 21 şirkət Qızıl Üzvlük ilə, 10 ildən artıq üzv olmuş 32 şirkət Gümüş
Üzvlük ilə, 5 ildən artıq üzv olmuş 61 şirkət isə Bürünc Üzvlük ilə təltif edilmişdir. Biz bu nailiyyətləri
müxtəlif yollarla qeyd etmişik.
Qızıl Üzvlük
Dostları ilə paylaş: |