Sabit stenokardiya fiziki gərginlik, AT yüksəlməsi, soyuq, çoxlu miqdarda qida qəbulu, emosional stresslə meydana gələn, döş sümüyünün arxasında lokalizasiya olunan, tutmaşəkilli, sıxıcı, təzyiqedici ağrı və ya narahatlıq ilə xarakterizə edilən, sol qola, boyuna, çənəyə irradiasiya edən, adətən 3-5 dəq davam edən, sakitlik halında, dilaltı nitroqliserin qəbulundan sonra bir neçə dəqiqə ərzində keçib gedən klinik sindromdur.

aclıq tam lipid profili (ümumi xolesterol, yüksək və aşağı
sıxlıqlı lipoproteinlər, triqliseridlər)
hemoqram və plazmada kreatinin.
Seçilmiş xəstələrdə bəzi əlavə araşdırmalar:
şəkər yükləmə sınağı, xolesterol subfraksiyaları, homosistein, lipoprotein a, NT-pro BNP, hemostaz anormallıqları, C reaktiv zülal, tiroid funksiya testləri.
Qeyri-sabit gedişin təyini sırasında (A):
Troponinlər
Ürək çatışmazlığı, qapaq xəstəlikləri, aortik disseksiya və ağciyər xəstəliklərinə şübhə olduğunda döş qəfəsi rentgenoqrafiyası (D).
Ürək çatışmazlığı, qapaq xəstəlikləri, aortik disseksiya və ağciyər xəstəliklərinə şübhə olduğunda döş qəfəsi rentgenoqrafiyası (D).
Döş qəfəsində ağrısı olan bütün xəstələrə 12 aparmalı sakitlik elektrokardioqram (A).
Qeyri-normal EKQ ÜİX olması ehtimalını artırır, lakin koronar arteriyaların obstruksiyası ilə əlaqədar xəstəliyin ağırlıq dərəcəsini təyin etməyə imkan vermir (B). EKQ müayinənin işemik tutma zamanı aparılması tövsiyyə olunur (C).
Sabit stenokardiyalı xəstələrdə, xüsusilə anamnezində Mİ keçirənlərdə, ürək çatışmazlığı əlamətləri olanlarda (B) mədəcik funksiyasının qiymətləndirilməsi, qapaq xəstəlikləri, HOKMP də (B) exokardioqrafiya
Fiziki yük sınaqlı EKQ ÜİX üçün orta riskli xəstələrdə diaqnozun müəyyənləşdirilməsi və proqnoz təyini zamanı qızıl standartdır (C)
Fiziki yük sınaqlı EKQ ÜİX üçün orta riskli xəstələrdə diaqnozun müəyyənləşdirilməsi və proqnoz təyini zamanı qızıl standartdır (C)
Fiziki yük sınaqlı EKQ-nin diaqnostik əhəmiyyəti olmayan durumlar:
Hiss dəstəsinin sol ayaqcığının tam blokadası,
kardiostimulyator ritmi,
WPW sindromu,
elektrolit disbalansı,
mədəcikdaxili keçiriciliyin pozulması,
uzun müddətli digitalis istifadəsi
Revaskulyarizasiya aparılmasına qərar vermə zamanı fiziki yük sınaqlı EKQ ilk sırada icra edilməli (A)
Stress təsvir üsulları:
Stress təsvir üsulları:
Stress exokardioqrafiya, fiziki yük sınaqlı və farmakolojik miokard perfuzion ssintirafiyası, ürəyin stress maqnit rezoans sınağı
Stess təsvir üsullarının adi fiziki yük sınaqlı EKQ-dən üstünlüyü:
1.Yüksək diaqnostik və proqnostik əhəmiyyətə malik olması
2.İşemiya sahələrinin həm kəmiyyət, həm də lokalizasiya etibarilə təyininin mümkünlüyü
3.Sakitlik EKQ dəyişikliyi olduğu halda və fiziki yük sınağının aparılması mümkün olmayan xəstələrdə diaqnostik əhəmiyyəti
Holter EKQ monitorizasiya sabit stenokardiyalı xəstələrdə proqnostik əhəmiiiəti olan səssiz işemiyanın aşkarlanması üçün vacibdir (C).
Holter EKQ monitorizasiya sabit stenokardiyalı xəstələrdə proqnostik əhəmiiiəti olan səssiz işemiyanın aşkarlanması üçün vacibdir (C).
Kompüter tomoqrafiya:
kalsifikasiyanın kəmiyyətcə təyini
risk amillərinin aşağı və ya otra ehtimallı olan xəstələrin skrininqi üçün əhəmiyətlidir (C).
Maqnit rezonans arterioqrafiya qeyri-invaziv bir üsul olsa da, praktik klinik müayinə metodu deyil, tədqiqat vasitəsidir.
Müalicənin məqsədləri:
Proqnozu yaxşılaşdıraraq miokard infarktı və ölümün qarşısını almaq (live longer)
Simptomları azaltmaq və ya aradan qaldırmaq (feel better)
Xəstənin təlimləndirilməsi (B)
Xəstənin təlimləndirilməsi (B)
Bədən çəkisinin azaldılması və lipid mübadiləsinin pozul-masının korreksiyasına yönəldilmiş rasional pəhriz (A)
Tütünçəkmənin qadağan edilməsi (A)
ŞD, AH kimi yanaşı xəstəliklərin nəzarət altına alınması (A)
Anemiya və ya hipertireodizmin korreksiyası (A)
Rehabilitasiya məqsədi ilə əlaqədar fiziki aktivlik proqramının seçilməsi (A)
Psixo-emosional gərginliyin aradan qaldırılması
Antitrombotik dərmanlar:
Antitrombotik dərmanlar:
Antitrombositar müalicə SS olan xəstələrdə koronar trombozun qarşısının alınması üçün risk və faydaları müqayisə edilməklə aparılmalıdır.
Əks-göstərişlər olmadıqda, bütün xəstələrə aşağı dozada aspirin (75-150 mq) təyini
Tienopiridin qrupundan olan klopidoqrel aspirinə allerqiyası olanlarda aspirinə alternativ, kəskin koronar sindrom və ya koronar stent implantasiyası sonrası aspirinə əlavə
Antikoaqulyant preparatlar səyrici aritmiya, Mİ keçirmiş bəzi yüksək riskli xəstələrdə istifadə edilməli
Statinlərlə müalicə ürək-damar xəstəliyi riskinin 30% azaldılması və ŞD və yaşlı xəstələrdə (>70) effektivliyi sübut olunmuşdur və SS-də hər zaman nəzərdə tutulmalıdır (A)
Statinlərlə müalicə ürək-damar xəstəliyi riskinin 30% azaldılması və ŞD və yaşlı xəstələrdə (>70) effektivliyi sübut olunmuşdur və SS-də hər zaman nəzərdə tutulmalıdır (A)
ASLP səviyyəsi 100 mq/dl aşağı və hətta 70 mq/dl aşağı olmalıdır (A)
Aşağı YSLP və yüksək TQ səviyyələri olan ciddi dislipidemiyalı xəstələrdə fibratlar, uzun təsirli nikotin turşusu və ya onların statinlərlə kombinasiyası (C)
Keçirilmiş Mİ-dan sonra və ya ürək çatışmazlığı ilə birlikdə SS olan xəstələrdə bəzi BB (nebivolol, bisoprolol, metoprolol-suksinat, karvedilol) əks göstəriş olmadıqda birinci sıra dərmanlardır
Uzun və qısa təsirli nitratlar venodilatasiya yaradaraq, diastolik dolmanı, ürək daxili təzyiqi azaldır, subendokardial perfuziyanı artırırlar.
Uzun və qısa təsirli nitratlar venodilatasiya yaradaraq, diastolik dolmanı, ürək daxili təzyiqi azaldır, subendokardial perfuziyanı artırırlar.
Uzun müddətli istifadəsinin faydalı olduğuna dair məlumatlar yetərsiz
Kalsium kanal blokatorları vazospastik stenokardiyada, koronar axınının ləngiməsi zamanı xüsusilə faydalıdırlar
BB effekti kifayət qədər deyilsə, KKB əlavə edilməsi (B)
Sinus düyünü inhibitorları (ivabradin) ürək vurğularının sayının azaldılmasında BB qədər effektiv (B)
Metabolik vasitələrdən trimetazidin Azərbaycanda istifadə edilərək, yağ turşusu metabolizminə təsir edərək, qlükoza sərfini artırır
Uyğun koronar anatomiyalı xəstələrdə tək və çoxdamar zədələnmələrində, xüsusilə dərmanlı stentlərin istifadəsi SS effektiv müalicəsinin bir parçası
Rutin aparılan PKM-də ölüm riski 0.3-1%
SS-də PKM-in sağqalma baxımından dərman müalicəsindən üstünlüyü sübuta yetirilməmiş
Dərman müalicəsinə nisbətən həyat keyfiyyətinin optimallaşdırılması
AKŞ-nin əsas proqnostik faydası ÜD xəstəliklərindən ölümün azaldılması (D) (xüsusilə daxili məmə arteriyasının istifadəsi zamanı)
AKŞ-nin əsas proqnostik faydası ÜD xəstəliklərindən ölümün azaldılması (D) (xüsusilə daxili məmə arteriyasının istifadəsi zamanı)
AKŞ-dən fayda görən xəstə populyasiyası:
1.Sol əsas kötüyün ciddi stenozu (A)
2.Üç böyük koronar arteriyanın ciddi proksimal stenozu (A)
3.SÖEA-nın proksimal seqmentində yüksək dərəcəli stenozun da daxil olduğu iki böyük koronar arteriyanın ciddi stenozu (A)
4.Pozulmuş sol mədəcik funksiyası ilə yanaşı üç damar xəstəliyi