İBRAHIMOVA ELZA İMAMƏDDIN QIZI
azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti(2008).
Azərbaycanın və Dağıstanın xalq artisti. [1][2]
Həyatı
Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan
olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə
A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq
sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası)
bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından
musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən
dəyərləndirilir və o musiqi məktəbinə yazılır.
Yaradıcılığı
Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir.
Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil"
mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda
tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan
Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi
"Qurban verərdim" əsəri sovet dövründə bədii şura
tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun
burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir.
Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə
lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz.
Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər
bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar
diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli
konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının,
həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti
ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla
bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib.
Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən"
əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən
mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə
şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi
yazmışdır.
1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi adına layiq görülmüşdür.
2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına
layiq görülmüşdür.
Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında
vəfat etmişdir.
Əsərləri
"Afət" operası (əsərin müəllifi: Hüseyn Cavid)
"Yanan laylalar" operası (libretto – Ramiz Heydər, 1992);
Z.Ziyadoğlunun söz. solist və simfonik orkestr üçün "Neftçilər
himni" (2001).
"Dünya sevənlərindi" kinofilminə musiqi (1998).
R.Heydər, B.Vahabzadə, O.Qoçulu, V.Əziz, V.Səmədoğlu,
R.Əfəndiyeva və b. şairlərin söz. mahnı və romanslar (1990 –
2001).
Maykl Ceksonun xatirəsinə "Rekviyem", 2009
Filmoqrafiya
Nəğməkar torpaq (film, 1981)
Bağışla (film, 1983)
Qayıdış (film, 1992)
Yalçın (film, 2004)
Sən yadıma düşəndə... (film, 2013)
QAYNAQ
azərbaycanın xalq artisti, bəstəkar elza
ibrahimova 79 il əvvəl anadan olub.
BAKI, 10 yan — Sputnik. Görkəmli bəstəkar Elza İbrahimova
1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində anadan olub.
Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına
orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının
(indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.
Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti
valideynləri tərəfindən dəyərləndirilib və o musiqi məktəbinə
yazılıb.
Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyib.
Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil"
mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda
tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan
Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi
"Qurban verərdim" əsəri sovet dövründə bədii şura
tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun
burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir.
Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə
lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz.
Ənvər Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər
bəstəkarın sevilən mahnıları siyahısına qoşulub.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar
diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli
konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının,
həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti
ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla
bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib.
Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən"
əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən
mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə
şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi
yazıb.
TANIMADIĞINIZ MƏŞHUR -
ELZA İBRAHIMOVA
Qızılgül Abdinova
Yəqin bu da dünyanın yazılmamış qanunlarındandır.
Toplumlar, xalqlar zaman-zaman hansısa bir dəbin arxasınca
getməkdən bezib, yorulub, özlərinə, öz köklərinə qayıtmaq
ehtiyacı hiss edirlər. Zənnimcə, bizim cəmiyyətdə də hazırda
bu proses gedir. Fikir verirsinizsə, müasir mahnılar daha o
qədər də könül açmır. İnsanlar muğama, xalq mahnılarına və
ötən dövrlərin bəstələrinə qulaq asmağa üstünlük verirlər.
Yorğun ruhumuzu bitkin, bütöv, bənzərsiz və təkrarsız
mahnıların ixtiyarına vermək istəyirik. Görünür elə buna görə
də Elza İbrahimovanın mahnıları efirlərin “bəzəyinə” çevrilib.
...Bir neçə ilin söhbətidir. Hansısa radioyayımların biri gecənin
bir aləmi Akif İslamzadənin ifasında “Bu gecə” mahnısını
səsləndirmişdi. Xəyalımda sakit axan çay, yarpaqların pıçıltısı,
təmiz, ulduzlu səma, bədirlənmiş ay canlanmışdı. Bir şeirə
bəstələnmiş mahnı başqa bir şeirdə aydın verilən təsviri necə
olduğu kimi yarada bilərmiş insanın xəyalında? Bu təsvir
talesiz Mirzə Şəfi Vazehin məşhur şeirindəkinin eyni
deyildimi?
Bülbülün bağrı yanıq, nəğməsi nalan bu gecə,
Bürüyüb bağçaları, bağları hicran bu gecə.
Çöl yatıb, çay uyuyub bir əbədi nəğmə ilə
Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə.
Akif oxuyurdu:
Könlümdə aylı-ulduzlu asiman var bu gecə...
Mən sənətşünas deyiləm, ona görə də qulaq asdığım ifalara,
mahnılara yalnız könlümün hökmünə əsasən qiymət verirəm:
bu mahnı şedevrdir - şedevr ifa, şedevr bəstə. Artıq ikinci
yazımdır ki, həmin ifadan bəhs eləməli oluram və buna görə
diqqətli oxucular məni qınamasınlar. Bəxtiyar Vahabzadənin
Elza İbrahimovanın mahnıları haqqında hələ 1984-cü ildə
yazdıqları mənim kimi qarşılarına bu gün çıxsaydı, onlar da
təəccüblərini bölüşərdilər.
Bəxtiyar Vahabzadə yazır:
“Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə
görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi
dalğalandıran hisslərin, həyəcanların, bir sözlə iç dünyamızın
rəssamıdır”.
..Elza İbrahimova 1938-ci il, yanvarın 10-da anadan olub. Kiçik
yaşlarından musiqiyə həvəsini və görünür, istedadını hiss
edən valideynləri onu 8 saylı musiqi məktəbinə qoyurlar.
Sonra Asəf Zeynallı adına musiqi məktəbini, daha sonra
Azərbaycan Dövlət Konservatoriyasını bitirən Elza İbrahimova
Cövdət Hacıyevdən, Qara Qarayevdən dərs alır. Onun diplom
işi –“Fortepiano və orkestr üçün konsert” təkcə müəllimi Qara
Qarayev deyil, maestro Niyazi tərəfindən də yüksək
qiymətləndirilmişdi: “Maraqlı, ancaq fortepiano fakturalı
pianoçu üçün mürəkkəb əsərdir”.
Bundan sonra yaradıcı fəaliyyətə başlayan bəstəkar Qarabağ
mövzusunda “Yanan laylalar”, Hüseyn Cavidin “Afət” poeması
əsasında operalarının, neft sənayesinin 130 illiyinə həsr
olunmuş “Neftçilər himni”nin, Şeyx Şamilin 200 illiyinə həsr
olunmuş operanın, Bəxtiyar Vahabzadənin, Vahid Əzizin,
Vaqif Səmədoğlunun, Rüzgar Əfəndiyevanın, Ramiz Heydərin
şeirlərinə yazılmış yüzlərlə mahının müəllifidir.
Elza İbrahimova ilk mahnısını 1968-ci ildə yazıb. Bir il sonra
milli radioda səslənmişdi. Məmməd Rahimin sözlərinə
bəstələnmiş “Yalan ha deyil” mahnısı uğur qazandıqdan sonra
ikinci mahnı - “Bakının işıqları” meydana çıxır. Elza
İbrahimovanın bəstəsi ola, Şövkət Ələkbərovanın da ifası -
necə olar? Mahnı, əlbəttə, böyük uğur qazanır. Elza
İbrahimova mahnı bəstəkarı kimi tanınıb. Yəni onun
fəaliyyətində mahnı yaradıcılığı əsas yeri tutur. O, bir müddət
“Dan ulduzu” vokal-instrumental ansamblında işləyib.
Mahnılarını kimlər oxumayıb? Rəşid Behbudov, Oqtay Ağayev,
Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova, Gülağa
Məmmədov, İslam Rzayev, İlhamə...
...Biz, iki əsrin qovşağında yaşamış bütöv bir nəsil Emin
Sabitoğlunun, Ələkbər Tağıyevin, Elza İbrahimovanın
mahnılarıyla “böyümüşük” - bunu kim dana bilər? O dövrkü
gəncliyin sevimli teletamaşası olan “Unuda bilmirəm”dəki
(rejissoru Tariyel Vəliyev, ssenari müəllifi Aslan Qəhrəmanov)
“Gəl-gəl, gülüm” mahnısı kimin yadından çıxar?
Nəğmə dolu bir dünyama
göz açmışdı o gözlər.
Bir ömürlük məhəbbətdən
söz açmışdı o gözlər...
Əvəzedilməz Flora Kərimovanın hıçqırıqları dinləyicilərin
hıçqırıqlarına qarışırdı.
Niyə birdən yoxa çıxdı
O bəxtəvər gülüşlər,
Niyə məni belə yıxdı,
Niyə məni belə yıxdı
O bəxtəvər gülüşlər?!
Bu isə bir az əvvəlin mahnısı idi:
Qəlbimdən uzaqlara açılı bir pəncərə,
Ayrılıqdan o yana dünya olurmu görən?
Gözlərimin önündə eşqimiz pərən-pərən...
İlk ifaçısı kimi İlhaməni tanıyırdıq. Amma mahnı Flora
Kərimova üçün yazılıbmış. Sadəcə olaraq, həmin ərəfədə Flora
xanım xaricə gedir və Elza İbrahimova onunçün yazdığı iki
mahnını “Bilməzdim”i və “Sən yadıma düşəndə”ni başqa
sənətkarlara verməli olur. Elmira Rəhimova “Sən yadıma
düşəndə” mahnısını elə gözəl ifa edir ki, Flora xanım o
mahnıya bir də qayıtmır.
Gül açar, dünya gülər
Aləmə nur tökülər
Sən yadıma düşəndə.
Sadə, olduqca sadə və anlaşıqlı Azərbaycan dilində yazılmış
şeir Elza İbrahimovanın musiqi xalısında neçə rəngə düşüb,
neçə cür bərq vurub, tapa bilərsinizmi?
Mən təzədən gələrəm
Sevmək üçün həyata...
Əli Kərimin “Qayıt” şeirinə yazılmış mahnı da elə bil həyatdan
cavan köçmüş şairin özünü səsləyirdi:
Həsrətin araya atdı dağ, dərə
Sönən işıq oldun, batan səs oldun...
Və ya Akif İslamzadənin səsində bir, Gülağa Ağayevin səsində
başqa rəng alan ötən günlər.
O çağlar necə də mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar.
Bəxtiyar Vahabzadənin “Elza İbrahimova mahnı janrında lövhə
ustasıdır” fikri bəstəkarın daha bir mahnısında “Gecələr bulaq
başı”nda da təsdiqi tapır.
Bulaq nəğmə dilində
gündüz gördüklərini
gecəyəmi danışır?
Fikir verirsinizsə, Elza İbrahimova bəstələmək üçün seçdiyi
şerlərin misraları aydın, dəqiq və qafiyələri də yerində olur. O,
qafiyəbaz şairlərin dəbdəbəli, lakin konkret məna ifadə
etməyən şeirlərinə üz tutmur, həm mənası, həm də qafiyəsi
yerində olan şeirlərə nəğmə bəstələyir. Görünür, bu da onun
mahnılarının bitkin, dolğun təsir bağışlamasında rol oynayır.
Elza İbrahimova əl atdığı şeirin hansı mövzuda olmasından
asılı olaraq, ən orijinal və ən könül oxşayan çalarda işləyir
həmin bəstəni. Məsələn, yəqin mənimlə razılaşarsınız ki,
bəzən bəstəkarlar vətən haqqında mahnıları yalnız bu
mövzuya da müraciət etdiyini nümayiş etdirmək xatirinə
yazır. Ona görə də mahnı nə qulaqları oxşayır, nə də sonradan
yadda qalıb, zümzümə olunmur. Elza İbrahimovanın “Ey
Vətən” mahnısı isə vətənə təmiz, səmimi, ülvi sevgi
çağırtısıdır. Təsadüfi deyil ki, bu mahnı dahi Rəşid
Behbudovun ifasında dünyanı gəzib, odlar yurduna sevgi
himni kimi konsertlərin yekununda səslənib.
Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm
Ey Vətən...
Bir anamdan,
bir də səndən
bu dünyada
doya bilmirəm
Ey Vətən!..
... 2008-ci ildə Elza İbrahimovanın 70 yaşı tamam olanda Xalq
artisti adını hələ onda aldı. “Yanan laylaların”
səhnələşdirilməsi haqqında Mədəniyyət Nazirliyinin 1993-cü il
qərarını isə, bəstəkarın qardaşı Çingiz İbrahimovun dediyimi
kimi, “arxivdə toz basıb”.
Çingiz müəllim bizimlə söhbətində bacısının mənzillə bağlı
arzusunun gerçəkləşdiyini bildirmişdi. Lakin “15 il
gözləyəndən sonra ev alan bacısının 20 illik həsrətinin
göyərmədiyini” demişdi.
“Ramiz Heydərin yubileyində Elza İbrahimova özü səhnədə bu
operanın dörd səhnəsini ifa elədi” deyərək, bəstəkarın heç
olmasa bununla öz istəyini reallaşmasını təmin etmək
istədiyinə işarə vurmuşdu. Üstəlik, qeyd eləmişdi ki, nazirliyin
sözügedən qərarının həyata keçirilməsinə mane olanlar var.
“Mətbuatı izləsəniz, Elza xanımın haqqındakı yazıları oxusanız,
onların kim olduğunu bilərsiniz”.
O zaman Elza İbrahimovanın özüylə əlaqə saxlasaq da, sevimli
bəstəkarımızla geniş söhbət etməyə müvəffəq ola bilmədik.
Xəstə olduğunu bildirən Elza xanım könlümüzü sındırmaq
istəmədi: “sonra danışarıq, yaxşımı?”.
”Neynək, təki sağlıq olsun” demişdim. Amma.., əcəl imkan
vermədi… Elza xanım bu gün dünyasını dəyişdi…
Məkanı cənnət olsun…
Qızılgül Abdinova
Modern.az
QAYNAQ
Elza İbrahimovanın qardaşı əsəbləşdi:
"Pul
buraxardınız Teymur oxuyardı da, niyə
yatmışdınız?"
Əfsanəvi bəstəkar, xalq artisti Elza İbrahimovanın
qardaşı Çingiz İbrahimov "Ölkə.Az"-ın suallarını
cavablandırıb:
- Çingiz müəllim, bir neçə gün öncə şairə
Tərlan Asnoun redaksiyamıza müraciət
edərək bildirmişdi ki, Elza İbrahimovanın
onun "Etiraf" adlı şeirinə bəstələdiyi
mahnının ifasını bəyənməyib. Hətta
sözlərinin mahnıdan çıxarılmasını istəmişdi.
Siz də mövzuyla əlaqədar müraciət etdiniz,
danışmaq istədiyinizi bildirdiniz. Buyurun...
- Elza xanımla qanımız birdir, bacı-qardaşıq, altmış
ildən çox onun yanında olmuşam. Dörd ildir
"Youtube"da Elza xanımın kanalını yaratmışam və
ona xidmət edirəm. Artıq beş ildir aramızda yoxdur
və yuxarıdan ruhu bizə baxır. Allah ona qəni-qəni
rəhmət eləsin. Müxtəlif təbəqələrdən onun
haqqında xoş sözlər eşidirəm və bu, mənimçün
şərəfdir. O ki qaldı Tərlan xanıma, onu şəxsən
tanımıram. Hətta nə zamansa Flora xanımın
qudasının olmasından da xəbərsizəm,
maraqlanmamışam. 18 il Yüngül Sənaye
Nazirliyində çalışmışam. Axırıncı nazirim əməkdar
incəsənət xadimi Fəxriyyə Xələfovanın atası,
Heydər Əliyevin bacısının həyat yoldaşı Rafiq
Xələfov olub.
- Mahnıdan danışaq...
- Tərlan Asnounun üzünü də görməmişəm. Elza
xanım çox dəyərli bir külliyat qoyub gedib. Kimsə
desə ki, Çingiz müəllim, mən sizə bir milyon pul
verirəm, Elza xanımın əsərini verin oxuyum, dünya
alt-üst də olsa, icazə vermərəm. Onun adı
brenddir, markadır və istəmərəm ki, kimsə bacımın
əsərini səviyyəsiz formada oxusun. Onun
əsərlərinin 90-95 faizi Flora Kərimovayla bağlıdır və
əlli ilə yaxın əməkdaşlıq ediblər. O dövrdə pul,
satmaq kimi məsələlər yox idi, əsərlərini də
satmırdı.
- Bəs necə dolanırdı?
- Sovet dövrü tamam başqa idi. Düzdür, dövlət ona
çox yüksək qonorar vermirdi, amma həm
televiziyada işləyirdi, həm musiqi kollecində dərs
keçirdi, normal dolanırdı.
- Tərlan xanımla olan məsələ haqda
danışacaqsız?
- Bu xanımı görməmişəm və tanımıram. Mən Elza
xanımın hit əsərlərindən ibarət kitab tərtib
etmişəm, Hacıqabul rayonunun icra başçısı da
kömək edib, bu kitab işıq üzü görüb. Bu təşəbbüs
mənimdir və borcumdur. Ömrü boyu Elza xanıma
kömək etmişəm. Altmış il bacıma qulluq etmişəm,
ancaq özümə nə prodüser, nə menecer, nə də
impressario deməmişəm. Sadəcə, qardaş kimi arxa
olmuşam. İncəsənət çətin bir yoldur. Özümü
tərifləmək istəmirəm. Amma Çingiz olmasaydı, Elza
xanım çətin olardı. Yol bağlayan çox olub.
- Elza İbrahimovanın əsərlərinin vərəsəlik
hüququ Ələkbərova Zəhra Adil qızındadır?
Yəni, Elza xanımın qızında...
- Bəli, ondadır və qızı mənə etibarnamə verib. Ona
görə öz-özümdən soruşuram ki, bu mübahisənin
predmeti, məntiqi nədir? Elza xanımın səslənməyən
çox mahnıları var. Bacım dünyadan köçəndən
sonra əsərlərinə yaxın durmurdum. Musiqiçi
deyiləm, amma bir sinif skripka, bir sinif də pianino
oxumuşam, ifa da edə bilirəm. Ancaq beş ildir heç
bir alətə yaxın durmuram. Biz hələ o təsirin
altındayıq. Çox adam küçədə saxlayıb, soruşur ki,
imicinizi dəyişmisiniz? Deyirəm, Allah o imicdən
sənə qismət eləməsin, bacımla əlaqədardır. Heç
vaxt saqqal və bığ saxlamamışam, yalnız əsgərlikdə
bığ saxlamışam. O mühitdən çıxmaq istəmirəm.
Bacım dünyasını dəyişəndə Flora xanım
yanımdaydı, mənə təsəlli verirdi. Maraqlıdır ki, şairə
xanım nə bacım xəstə olanda, nə də vəfat edəndə
bizə gəlməyib. Elza xanım bir ay Mərkəzi Klinik
Xəstəxanada yatdı, bütün media yazırdı, diqqət
göstərirdi. Elza xanım da onu tanımırdı, hörmətli
müğənni Teymur Əmrah vasitəçi olub. Söhbət 10-
12 il əvvəldən gedir.
- Tərlan xanım bildirir ki, şeirin adı
"Etiraf"dır, amma gənc ifaçı mahnını başqa
adla oxuyub...
- Sizə Tərlan xanımın öz xəttiylə yazılmış kağızı da
təqdim edəcəyəm. O, həmişə peşəkar şairlərlə
işləyib, özfəaliyyət şairlərin şeirlərinə yaxın
durmayıb. Həyat yoldaşım İsmayıllıdandır. Onun bir
rəhmətlik qohumu özfəaliyyət şeirlər yazırdı, ona
da yaxın durmadı.
- Deməli, Tərlan Asnounun şeirini bəyənib ki,
musiqi bəstələməyə razılıq verib.
- Elza xanım bir neçə şeirin içindən bir şeiri seçib.
Ona heç kim sifariş verməyib və verə də bilməzdi.
Dəfələrlə öz qulağımla eşitmişəm. Deyiblər ki, guya
Elza xanım tək-tənha olub, varisi yoxdur. Onun
varisi qızı və mənəm.
- Aygül Ağayeva Tərlan Asnouna bildirib ki,
mahnıya və aranjimana böyük məbləğdə pul
xərcləmişəm...
- Mənə Aygül Ağayeva zəng vurdu və bildirdi ki,
nömrənizi Aybəniz Haşımovadan almışam, görüşə
bilərikmi? Aybəniz xanıma da böyük hörmətim var,
Şövkət Ələkbərovanın tələbəsi olub. Görüşdük,
soruşdum ki, müğənnisinizsə, neçə ildir mən sizi
niyə heç yerdə görməmişəm? Həm də sizin səhnə
mədəniyyətinizdən xəbərsizəm, ifanızı
eşitməmişəm. Soruşdum ki, ifa olunmuş
mahnılarından oxumaq istəmirsiniz? Bir haşiyə
çıxım. Elza İbrahimova "Ey vətən" mahnısını Flora
Kərimova üçün yazıb. Amma Rəşid Behbudov kimi
dahi "Ey vətən"i Flora Kərimovadan sonra oxudu və
bütün dünyaya tanıtdı. O əsər ifa olunanda mən
ayağa qalxıram. Bu ifaçını tanımadığıma görə də
dedim ki, başqa mahnılarını oxuyun.
- Bəs sizi necə inandıra bildi?
- Dedi ki, çalışaram, Elza xanımın adına layiq
şəkildə təqdim edim. Növbəti dəfə mənə disk
göstərdi. "Gəl barışaq" mahnısını ifa etmişdi. Həm
də Aybəniz Haşımovanın təqdimatı diqqətimi
çəkmişdi. Gördüm ki, zövqlü xanımdır, eyni
zamanda yazıçıdır, ziyalıdır. Maraqlı gəldi ki, niyə
məhz Elza xanımın repertuarı? Axı indi hamısı
toyxana janrında oxuyur. Nə yaxşı ki, belə şüurlu,
gələcəyi fikirləşən insanlar var. Nə yaxşı ki, bu
mahnı mənim telefonumda olub.
- Tərlan xanımda da həmin ifa var idi.
- Bilmirəm, xəbərim yoxdur. Nəysə, Aygül xanımın
bu mahnını oxuması, aranjiman prosesi altı ay
çəkdi. Gürcüstanlı aranjimançı Givi mahnını
aranjiman etdi, ifanı da bəyəndim.
- Məbləği açıqlamadınız...
- Elza xanımın varisi qızıdır və hüquqlar da ona
məxsusdur. Amma kiminsə nəsə hədiyyə etməsi
Dostları ilə paylaş: |