I mövzu (səhifə 1-16) tariXŞÜnasliq kursuna giRİŞ ƏDƏBİyyat



Yüklə 40,77 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü40,77 Kb.
#38683
  1   2   3   4   5
1-ci mövzu. Tarixşünaslıq kursuna giriş


I mövzu (səhifə 1-16)
TARİXŞÜNASLIQ KURSUNA GİRİŞ
ƏDƏBİYYAT


  1. Сумбатзаде A. С. Aзербайджанская историография XIX-XX веков. Б. , 1987

  2. Сумбатзаде A. С. Историческая наука Азербайджана на современном этапе. “Вопросы истории”, 1972, № 12

  3. Сахаров A. M. Историография истории СССР. M, 1978

  4. Шапиро А. Л. Историография с древнейших времен по XVIII в. Л. , 1982

  5. Губайдулин А. Развитие исторической науки в Азербайджане за 10 летю Б, 1930

  6. Иманов Г. Вопросы историографии Азербайджана. Б, 1936

  7. Джафарзаде И., Ямпольский З. Об итогах изучения истории Азербайджана за 20 лет. Б,1940

  8. Ализаде А, Левиатов В. Историческая наука в Азербайджанской ССР. Изв. АН Аз. ССР 1947, № 10

  9. Пахомов Е. Об изучении древней истории Азербайджана. Б, 1940.

  10. Дьяконов М. Мифология древнего мира. M, 1977

  11. Hüseynzadə Ə. XIX əsrin II yarısında Azərbaycan tarixşünaslığı. B, 1967.

  12. Иоганнес Ф. История письма. M, 1978

  13. Пакровский М.Н. Классовоя борьба и русская историческая литература. M, 1923

  14. Рубинштейн М.Л. Русская историография. M, 1941

  15. Волгин В, Тарле Е, Панкратова А. “25 лет исторической науки в СССР” M, 1942

  16. Очерки истории исторической науки в СССР. M, 1955

  17. Пештич С.Л. Русская историография. M, 1961

  18. Иллерицкий В. И. ,Кудрявцев И. А. Историография истории СССР. M, 1971

  19. Черепнин А. В. Русская историография XIX в. М, 1957

  20. Чудинов В.А. Альтернативная историография. М.,2013

  21. Основные тенденции современной российской историографии в изучении новейшей истории страны. М., 2009

Dünya tarix elmini dərindən araşdırılması üçün onun iki əsas sütunları olan mənbəşünaslıq və tarixşünaslıq bir-biri ilə sıx bağlıdır. Bu kursda biz Azərbaycan tarixşünaslığı elminin predmetini, vəzifələrini, əsas prinsiplərini öyrənməklə, müxtəlif dövrlərə görə tarixçiliyin inkişafı və tarixə yanaşma prosesini izləyəcək, onun təhlilini verəcəyik. Azərbaycan tarixi çərçivəsində tarixçilik ənənələrinin yaranmasından müasir dövrə qədər olan bu prosedurda müxtəlif xalqların, dövlətlərin, sosial-siyasi, dini, mədəni aspektlərinə və onların bir-birinə təsirinə diqqət çəkəcək, bu dəyişkənliyi zamana və dövrə görə müxtəlif müəlliflərin əsərləri vasitəsilə təhlil edəcəyik. Eyni zamanda Azərbaycan tarixinə digər qonşu dövlətlərin təsiri, onların təsirinin Azərbaycan tarixçiliyində yeri və rolu da təhlil ediləcək. Həmçinin ilk dəfə olaraq biz Azərbaycan tarixşünaslıq elminin inkişaf prosesini şərti olaraq zamanlara görə böləcək və bunların təhlilini verəcəyik. Dünya tarixşünaslıq elmini şərti olaraq aşağıdakı kimi xarakterizə edə bilərik: 1. Antik – praqmatik tarixşünaslıq; 2. Feodalizm dövrünün provindensialist tarixşünaslığı; 3. Maarifçilik dövrü; a) rasionalizm, b) pozitivizm, c) neokantçılıq, 4. Romantizm, 5. Yeni dövr tarixşünaslığı. Bunu da şərti olaraq iki mərhələyə bölmək olar. Yeni və ən yeni dövr (çağdaş) tarixşünaslığı. Sonuncu dövrün xarakterik xüsusiyyəti ondan ibarətdir ki, artıq təhyiəçilik, narrativlikdən uzaqlaşılmış. salnamə tipli əsərlər deyil, sistemli tarix əsərləri yazılmağa başlamış və sonrakı tarixi mərhələlərdə bu daha da sistemləşdirilmişdir. Bu bölgünü izah etməzdən əvvəl fənnin predmet və vəzifələrini müəyyən edək. Tarixşünaslıq elmi uzun müddət birmənalı başa düşülməmiş, bu ad altında əvvəllər tarixi ədəbiyyatlar, tarixi problemlər, tarixi mərhələlər, tarixi məsələlər və sair başa düşülmüş, bunlar tarixşünaslığın sinonimi kimi qəbul edilmişdir. Eyni zamanda elmşünaslığa aid edilən tarixşünaslıq biliklərin toplanmasını və onun elmə çevrilməsini özündə ehtiva edərək, ictimai elmlər sahəsini öyrənmişdir.




Yüklə 40,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin