I fəsil. Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində ümummilli liderimiz Heydər Əliyevin rolu



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix23.12.2016
ölçüsü7,02 Mb.
  1   2   3   4   5   6   7   8   9


 
 
MÜNDƏRİCAT 
Giriş ……………………………………………………………………………   5 
I fəsil. Nizami Gəncəvi  irsinin öyrənilməsi və təbliğində ümummilli liderimiz Heydər 
Əliyevin  rolu....………...........……………………..............................................  9-27 
1.1.
 
Heydər Əliyevin  01.01.1979-cu il sərəncamı ilə “Azərbaycan  
KPMK-nin  xüsusi qərarı”. 
1.2.
 
Heydər Əliyevin 1981-ci il yeni sərəncamı. 
II fəsil. İran ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi və 
tədqiqi……………………...........................................… ..................................28-47 
2.1. İran ədəbiyyatşünaslığında Nizamiyə maraq. 
2.2. V.Dəstgerdi. “Gəncineye Nezami”. 
2.3. S.Nəfisi. Nizami Gəncəvi. 
III fəsil. İran ədəbiyyatşünaslığında Nizami haqqında yazılmış elmi əsərlərin bəzi 
tərcümələri………..............................................................................................48-140 
3.1. Ə.Zərrinkub. “Gəncə piri”. 
3.2. M.Sərvət.  “Azərbaycan Atabəylərinin şəcərəsi”. 
3.3. K.Əhmədnejad. “Nizami Gəncəvi əsərlərinin təhlili”. 
Nəticə …………………………………………………………………………..141-146 
İstifadə  olunan ədəbiyyat………………………………………………………147-152 
1.1
 
Heydər Əliyevin 01.01.1979-cu il sərəncamı ilə “Azərbaycan KPMK-nın xüsusi 
qərarı”. 
1.2
 
Heydər Əliyevin 1981-ci il yeni sərəncamı. 
2.1
 
İran ədəbiyyatşünaslığında Nizamiyə maraq. 
2.2
 
 V.Dəstgerdi. “Gəncineye Nezami”. 
2.3
 
 S.Nəfisi. Nizami Nəncəvi 
3.1
 
Ə.Zərrinkub. “Gəncə piri”. 
3.2
 
 M.Sərvət. “Azərbaycan Atabəylərinin şəcərəsi”. 
3.3
 
 K.Əhmədnejat. “Nizami Gəncəvi əsərlərinin təhlili”. 


 
 
 
 
I FƏSİL 
 
NİZAMİ GƏNCƏVİ İRSİNİN ÖYRƏNİLMƏSİ VƏ TƏBLİĞİNDƏ 
 ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ROLU. 
Böyük iftixar hissi ilə deyə bilərik ki, Nizami Gəncəvi qədər Azərbaycan xalqını 
dünyada tanıdan ikinci bir şəxsiyyətə rast gəlmədik. Nizaminin təxminən bütün dünya 
xalqlarının dillərinə  tərcümə olunması  və sevilə-sevilə oxunması buna ən gözəl 
göstəricidir. Digər tərəfdən Nizami elə böyük sənətkarlardandır ki, o, təkcə poeziyanın 
zirvəsini kəşf etməklə deyil, elm sahələrinin əksəriyyəti haqqında məlumat verməsi və 
öz ölməz “Xəmsə”si vasitəsilə bunu əks etdirmişdir. Azərbaycanda ayrı-ayrı alimlər 
Nizaminin dil, ədəbiyyat, riyaziyyat, fizika, astronomiya, təbabət, nəbatat, kənd 
təsərrüfatı, rəssamlıq, heykəltaraşlıq, fəlsəfə, tarix və s. elmlərə  bələd olduğunu və 
“Xəmsə”sindən məlum olur ki, onlardan konkret misallar gətirməklə ustalıqla istifadə 
etmişdir. XII əsrdə bu, ancaq dərin zəkanın və  şəxsi geniş mütaliənin sayəsində ola 
bilərdi. (96-5) 
Əlbətdə, Nizami türk, fars və ərəb dillərini mükəmməl bildiyi üçün böyük poliqlot 
kimi bu xalqların ədəbiyyatı, tarixi ilə yaxından tanış idi. Nizamiyə qədərki şairlər ancaq 
Şərqdən yazmış  və ondan kənara çıxmamışlar.  İlk dəfə  məhz Nizami bu tilsimi 
sındıraraq Qərbə çıxmışdır. Bunun nəticəsi olaraq o, Makedoniyalı İskəndərdən söhbət 
açmışdır. Elmi araşdırmalar onu göstərir ki, klassik yunan fəlsəfə  və tarixini bilmədən 
bu haqda danışmaq mümkün deyildi. Nizami demək olar ki, Çin, Rusiya, Gürcüstan, 
Ərəb ölkələri,  İran, Azərbaycan və Rumdan bəhs edib bu ölkələrin adət-ənənələri və 
məşğuliyyətlərindən danışırsa, bir daha biz bu mütəfəkkir insanın nə qədər yüksək bilik 
potensialı  və fövqəladə  zəka sahibi olduğunu görürük. Elə bunun nəticəsidir ki, 
Nizaminin “Xəmsə”sindəki hər bir poemasından bütün dünya şairlərinin  ən yüksək 
məqamında dayananların on nəfəri çıxar. Dünya təcrübəsi göstərir ki, böyük dahilər hər 


 
 
100-200 ildə bir yetişirlər. Çox qəribədir ki, onlar da zamanın təpikləri altında 
tapdalandıqdan sonra yetişirlər. Ancaq Nizami bu sahədə öz zəkası hesabına elə öz 
zəmanəsində qiymətləndirilmişdir. O, saraya gedib mədh yazmasa da, bütün hökmdarlar 
tərifdən o zamanın yüksək maaşı ilə  təmin edilmişdir. Hətta, Nizami aldığı axçadan 
kasıblara  əl uzatmışdır. Poemalarını yazıb bitirdikdən sonra isə hökmdarlar tərəfindən 
mükafatlandırılmışdır. Bunların təsdiqi kimi yenə ölməz  şairin öz yazdıqlarına nəzər 
salaq: 
 Qüvvət elmdədir, başqa cür heç kəs, 
 Heç 
kəsə üstünlük eyləyə bilməz. (87-28) 
Yuxarıda qeyd etdik ki, nadir dahilər hər bir xalqın həyatında hər əsrdə yetişməyə 
də bilər. Azərbaycan xalqının payına XX əsrdə daha bir dahi insan bəxş edilmişdir. Bu, 
əlbətdə, hörmətli el ağsaqqalımız 35 il respublikamıza rəhbərlik etmiş, dünya siyasət 
arenasında özünə layiqincə yer almış, fenomenal bilik potensialına malik olan, ölməz 
prezidentimiz, xalqımızın elm, mədəniyyət, musiqi, ədəbiyyat, dil dostu, Azərbaycan 
xalqının müstəqilliyini özünə qaytaran, onu dünyada tanıdan möhtərəm Heydər Əliyev 
cənablarıdır. Heydə Əliyev həmin şəxsdir ki, Azərbaycana rəhbərlik etmək missiyasını 
öz çiyinləri üzərinə götürməsəydi, ölkəmizdə baş verən hərc-mərcliyi tez bir zamanda 
ləğv etməsəydi, bəlkə  də, indi Azərbaycan adlı bir məmləkət də yox idi. Bütün bu 
işlərinə görə biz Heydər  Əliyevə borcluyuq. Bizi maraqlandıran cəhət odur ki, o, 
klassiklərin dostu, gənclərin hamısı olmuşdur.  
Konkret olaraq Nizami Gəncəvi və Heydər Əliyev arasındakı bağlılığı açmaqla bu 
iki böyük şəxsiyyətin əməlləri qarşısında borcumuzdan qismən də olsa çıxmağa çalışaq. 
Heydər Əliyev cənabları ömrünün çox hissəsini dövlət işlərinə sərf etmişdir. Ancaq o, 
ömrünün sonuna kimi ədəbiyyat, dil, incəsənətin vurğunu olmuşdur. Azərbaycanın 
böyük sənətkarlarının iştirakı ilə konsertlərdə, yubileylərdə  və beynəlxalq tədbirlərdə 
böyük qürur hissi ilə çıxış edər, sənət adamlarına maddi və mənəvi dayaq olardı. Hətta, 
vaxtının məhdud olmasına baxmayaraq səhnə arxasına keçib onların çıxışlarını, 
gördükləri işləri dəstəkləyər və problemləri ilə maraqlanıb, elə yerindəcə  həll etməyə 


 
 
çalışardı. Doğrudan da, nə qədər sənət adamına yubileylər keçirib, neçə sənətkara fəxri 
fərmanlar təltif edib, onları  fərdi təqaüdlərlə  təmin etmişdir. Bir sözlə I Pyotr Rusiya 
üçün, Mustafa Kamal Paşa Türkiyə cümhuriyyətinə, Heydər Əliyev Azərbaycana millət 
atasıdır. Bunları sadalamaqla cənab Heydər  Əliyevin geniş  qəlb diapozonuna malik 
olmasını göstərmək və Nizami Gəncəviyə  bəslədiyi xüsusi rəğbəti açıb göstərməkdən 
ibarətdir. Yuxarıda qeyd etdiyimiz kimi böyük Azərbaycan şair və mütəfəkkiri Nizami 
Gəncəvi 800 il öyrənilib araşdırılmış deyildir. Bu fikir cənab  Əliyevi narahat etməyə 
bilməzdi. Nə üçün, İran-fars  ədəbiyyatçıları Nizamini araşdırır, doğma vətəni 
Azərbaycanda isə bu iş tamamilə unudulub, arxa plana çəkilmişdir? Buna görə  də 
Nizami Gəncəvinin 840 illik yubileyi ilə  əlaqədar olaraq H.Əliyevin  şəxsi, uzaqgörən 
siyasəti nəticəsində 01.01.1979-cu ildə «Azərbaycan KPMK-nin xüsusi qərarı ilə böyük 
şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini 
yaxşılaşdırmaq tədbiqi haqqında» fərman verilir. Bu isə Nizami Gəncəvi haqqında işin 
güclənməsinə  təkan verir.  Cənab  Əliyev yaxşı  dərk edirdi ki, biz klassik irsimizə  və 
böyük dahilərimizə qiymət verməyi bacarmasaq, bu, bizim tərəfimizdən  ən böyük 
biganəlik olar, zaman bizi bağışlamaz, bizim özümüzün aqibəti də belə ola bilər.  
Heydər  Əliyev bu işlərə daima özü bir qayda olaraq nəzarət və  rəhbərlik edərdi. 
Bütün bunlar azmış kimi əbədi prezidentimiz iki il sonra 1981-ci ildə Nizami 
Gəncəvinin doğum gününü nəzərə alaraq, onun 840 illiyi haqqında yeni bir sərəncam 
imzalayır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda Nizamini təbliğ edənlərin hamısına 
imkan yaranır. Dövlət fərman və  sərəncamları  və müəlliflərə çap imkanı  və maddi 
maraqğın artması bu sahəyə öz bəhrəsini verir. Onlarla Nizamişünas alim, şair, yazıçı 
riqqətə  gəlib,  şair haqqında illərcə yatıb qalan mətləbləri həyata keçirməyə başladılar. 
Bundan sonra xeyli iş görüldü. Dövlət əhəmiyyətli bu iki qərar, fərman və sərəncamla 
kifayətlənmək olardı. Ancaq uzaqgörən Heydər  Əliyev cənablarının  şəxsi təşəbbüsü 
diqqəti cəlb edir. Belə ki, Bakıda metronun «Nizami» stansiyası tikilərkən cənab Əliyev 
özü  şəxsən bir neçə  dəfə oraya gəlmiş, işin gedişi ilə maraqlanmış, metro 
dayanacaqlarındakı  rəsimlərin Nizami əsərlərindən alınan qəhrəmanların və  əməkçı 


 
 
insanların olmasına öz tövsiyələrini vermişdir. Sevindirici haldır ki, şairin doğma yurdu 
Gəncədə Nizami məqbərəsinin yenidən qurulub, onun adına layiq olması ilə  əlaqədar 
göstəriş vermişdir. 
Çox ciddi bir məsələni də xatırlatmaq yerinə düşərdi. Aydındır ki, cənab Heydər 
Əliyev öz xalqını və onun bacarıqlı insanlarını çox sevirdi. Bu baxımdan Nizami xüsusi 
yer tuturdu. Milli rəhbərimiz hər zaman bu barədə  fəxarətlə  və özəl olaraq gözəl nitq 
qabiliyyəti ilə diqqəti cəlb edirdi. Cənab Əliyev Moskvada işləyərkən təklif etmişdir ki, 
Nizaminin 840 illiyi qeyd edilsin. Lakin o zaman Kremlin daha yüksək məmurlarının 
buna etirazı olmuşdur. Hətta onlar Heydər Əliyevə irad tutmağa çalışmışlar ki, 800-850 
illik olsa keçirmək olar. Ancaq «Qeydar Aliyeviç» 840 illik yuvarlaq yubiley deyil, bunu 
məqsədəuyğun saymaq olmaz. Heydər  Əliyev isə özünəməxsus soyuqqanlılıqla cavab 
verir: «Nizami elə böyük dahidir ki, biz onu hər il keçirməliyik». Bu kəlamdan sonra 
hamı Əliyevlə razılaşır. Buradan belə nəticəyə gəlmək olur ki, başqalarına vaxtında əsl 
qiyməti verməyi bacar ki, sənə də qiymət verə bilsinlər. 
Son illər yaşlaşan prezidentimiz güman etmək olardı ki, artıq yorğunluq hiss 
edəcək. Amma bunun əksinə oldu. O, daha da müdrikləşdi. 2002-ci ildə Rusiyanın 
paytaxtı Moskva şəhərində və 2004-cü ildə elm mərkəzi sayılan Sankt-Peterburqda dahi 
Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin təntənəli açılışı oldu. Cəsarətlə demək 
lazımdır ki, cənab Heydər Əliyevin bu sahədə böyük rolu və şəxsi iştirakı fikirlərimizi 
bir daha təsdiq edir. Siyahini daha çox uzada bilərdik, lakin Heydər Əliyev cənablarını 
yurdunun və xalqının vətənpərvər oğlu kimi görmək istəyiriksə, böyük şair H.Cavidin 
məzarını uzaq Sibirdən Azərbaycana,  şairin doğma yurdu Naxçıvana gətirilməsi və 
Nizami məqbərəsinə uyğun bir məzar tikilməsi kifayət edər.  
Elə Cavid Əfəndinin misraları bu yerdə yada düşür: 
 
Həyat var ki, ölüm qədər zəhərli, 
 
Ölüm var ki, həyat qədər dəyərli. 
Klassiklərimizə verdiyi qiymətə görə Heydər  Əliyev cənablarının özü də  hər cür 
hörmətə layiqdir. 


 
 
Ümummilli liderimiz  göstərilənlərlə kifaytələnməyib Nizami irsinin daha yaxsı 
öyrənilməsi üçün AMEA-da xüsusi Nizamişünaslıq  şöbəsi yaratmış, respublikanın 
görkəmli Nizamişünas alimlərini oraya cəlb etməyə nail olmuşdur. Heydər  Əliyev 
cənabları Nizaminin vətəni Gəncə  şəhərində olarkən AMEA-nın Gəncə Elmi 
Mərkəzində  də Nizamişünaslıq  şöbəsinin açılması  təşəbbüsündə bulunmuşdur. Ölməz 
liderimiz böyük uzaqgörənliklə  dərk etmişdir ki, bu nəcib iş  gələcəkdə öz bəhrəsini 
verəcəkdir. Bəli, illər  keçdi, onun fikirləri çin oldu. Belə ki, respublikada  tanınmış   
Nizamişünas alim professor X.Yusifli  hazırda bu şöbəyə rəhbərlik edir. Nizami irsinin 
öyrənilməsi üçün  GDU-nun fars dili məüllimi  Ağamirov Cahan və ərəb dili ixtisasçısı 
Səfərov Nizami elmi işçi kimi burada fəaliyyət göstərirlər. Heç şübhəsiz ki, 
Nizamişünaslıq sahəsindəki bu çalışmalar öz bəhrəsini verəcək, Azərbaycan xalqının 
iftixarı Nizami Gəncəvi onun ikinci dahisi Heydər  Əliyevin təşəbbüs və  əməlləriylə 
millətimizə lazımi dərəcədə çatdırılacaqdır. Bu, elmimizin təntənəsi kimi 
qiymətləndirilməlidir. 
Adı ictimai fikir tarixinə qızıl həriflərlə yazılmış ümumilli liderimiz Heydər Əlirza 
oğlu Əliyev Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və mənəviyyatına qayğı və diqqət 
yetirən, himayə edən böyük şəxsiyyət idi. O, Nizami, Nəsimi, Füzuli, M. F. Axundov, 
M. Ə. Sabir, C. Məmmədquluzadə əsərlərinin fəlsəfi mənasını hər hansı bir alimdən də, 
ədəbiyyatşünasdan da, filosofdan da dərindən açan, nəzəri təhlillərində tayı – bənzəri 
olmayan söz sərrafı idi. Yubiley tədbirlərində, müxtəlif məzmunlu, məqsədli görüşlərdə
ədəbi – ictimai yığıncaqlarda çıxışları, verilən suallara təmkinli cavabları onun həyata 
baxışının fəlsəfiliyi heyranlıq doğururdu, Azərbaycan və dünya ədəbiyyatına, eləcə  də 
mədəniyyətinə dair fikirləri insanı düşündürürdü. O, ən qüdrətli söz ustaları haqqında 
fikir söyləyəndə özünün də nəhəngliyini dərk etdirirdi. O, ədəbiyyat nümayəndələri ilə 
daim təmasda olmuş, onların ehtiyaclarından xəbər tutmuş, qayğısını əsirgəməmiş, sovet 
ideologiyasının tüğyan etdiyi vaxt yazıçıların mənəvi hamisi olmuşdur. Elə buna görə də 
demək olar ki, Heydər  Əliyevin  ədəbiyyatımız və  mənəviyyatımız haqqında fikirlərini 
nəzəri cəhətdən öyrənmək və onu hər hansı bədii əsərin təhlilinə tədbiq etmək şərəflidir.  


 
 
 Çünki  Heydər  Əliyevin ictimai – siyasi fəaliyyəti, fəal həyat mövqeyi xalqının 
sosial vəziyyətinin yaxşılaşdırılmasına, sülh şəraitində yaşamalarına yönəldilmişdir. O, 
təkcə görkəmli diplomat, fenomen insan deyil, həm də,  ədəbiyyatımızı – 
mədəniyyətimizi dərindən bilən alim, analitik yaddaşa malik erudisiyalı  şəxsiyyət idi. 
Bir sözlə onun ədəbiyyat və  mənəviyyat, mədəniyyət sahəsində xidmətləri ölçüyə 
gəlməzdir. (81-116) 
 
“Ədəbiyyat riyaziyyat deyil, 
dəqiqlikdən çox mübhəmlik və 
fantaziya tələb edir”. 
      Nizami  
 
Ədəbiyyat – istedadın məhsuludur.  Ədəbiyyat “doğruya bənzəyən yalanı, yalana 
bənzəyən doğrudan” üstün tutur.  
  Ədəbiyyat doğrunu dada gətirmək üçün, ona dırnaq qədər olsa da yalan – duz 
qatan yazıçıları  qınamır. Bu onların fantaziyasıdır. Özü də  bəzəkli fantaziyadır. 
Ədəbiyyat vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik məktəbidir. Ədəbiyyat uzaq vuran 
toplardan daha qüdrətlidir. Deməli,  ədəbiyyat – mahiyyət etibarilə insan idrakının 
mənəvi təminatçısıdır.  Ədəbiyyat güzgüdür. Cəmiyyətdə baş verən hadisələri ya 
müstəqim, ya da qeyri müstəqim formada insanı onun özünə göstərir. Hadisələri obrazlı 
şəkildə  əks etdirir. Məhz buna görə  də yazıçılar canlı  təbiətdə gördüklərini 
ümumiləşdirir, saf – çürük edir, bədii fabula daxilinə salır, ziddiyyətlər düyünü üçün 
zəmin yaradır, sonra əhvalatların süjet xəttini hazırlayır, hadisələrin bir – biri ilə 
əlaqələrini nizamlayır. Lakin sovetlər dövründə yaradıcı  şəxsiyyətlər kommunistlərin 
“Ədəbiyyat partiyalı olmalıdır” tapşırığından kənara çıxa bilməmiş, mənəvi, yaradıcı 
təfəkkür çərçivəyə salınmışdır, ciddi senzor nəzarəti vardır. Müasirlik baxımından bu 
vəziyyəti indi nəzərdən keçirsək görəsəyik ki, XX əsrin 20 – 30 – cu illərində 
Azərbaycan ədəbiyyatı və incəsənəti sıxıntılara məruz qalmışdır:  

10 
 
 
a) “Partiyanın bədii  ədəbiyyat sahəsində siyasəti haqqında” 18 iyun 1925 – ci il 
tarixdə qəbul etdiyi qətnamə;  
b) “Ədəbi – bədii təşkilatların yenidən qurulması haqqında” 23 aprel 1932 – ci il 
tarixli qərar.  
Birinci qətnaməni – Rusiya Proletar Yazıçıların Cəmiyyətinin 1932 – ci il tarixli  
qərarı ləğv etdi, vahid Sovet Yazıçıları İttifaqını yaratdı. Belə məkrli əməliyyat iqtisadi 
sahədə  də  həyata keçirildi. 1930 – cu ildə kommunist dövləti insanların mülkiyyətini, 
torpağını, qoşqu heyvanlarını, iş alətlərini represiyalarla onların əlindən aldı. Güc tətbiq 
eməklə insanları kollektivləşdirdilər, adını da qoydular – kəndlilərin könüllü ictimai 
birliyi. Beləliklə, insanlar mülkiyyətdən, fərdi təsərrüfatdan məhrum edildilər...  
Lakin bu da bir həqiqətdir ki, o dövrün deyim tərzinə söykənsək, sosializm 
quruculuğu illərində millətlərin adət və ənənələrini nəzərə almadan hamını sovet xalqı 
adlandıran yeni ictimai quruluşda Azərbaycan xalqının da mənəvi dünyası, sosial şəraiti  
XIX  əsrin həyat tərzindən fərqli olaraq kökündən dəyişmiş, lakin fərdiyyət və onun 
xarakteri, fəal və qeyri – fəal mövqeyi nəzarət altında saxlanılmışdır. Buna istinadən də 
deyirlər ki, dünyanın ziddiyyətləri insan fikrinin səylərində kristallaşır, cəmləşmiş 
şəkildə ifadə olunur. Yaradıcılıq fəaliyyətində tətbiq edilən, əməkdə cisimləşən fikir və 
ziddiyyətləri  ən səmərəli və dolğun  şəkildə  həll edir. Çünki yaradıcılıq azadlığın 
sinonimi və zirvəsidir, yaradan insanlar isə Allaha yaxın olan ən xoşbəxt adamlardır. 
Deməli, insan fəaliyyəti nə  qədər müxtəlif və  rəngarəngdirsə, mənəviyyatla bağlı olan 
yaradıcılıq da bir o qədər çoxcəhətlidir. Heydər  Əliyevin  ədəbiyyata və  mədəniyyətə 
(incəsənətə) aid söylədiyi fikirlərin elmi – nəzəri obyektivliyindən alınan nəticədə isə 
müəyyənləşir ki, yaradıcılıq ünsürləri hər yerdə mövcuddur, çünki yaradıcı əmək həmişə 
gəlir gətirir, hörmət qazandırır, toxluq yaradır, sərvəti çoxaldır, ümumilikdə cəmiyyətə 
və insana maddi və mənəvi cəhətdən xidmət göstərir.  
Lakin bu prosesdə elə fəaliyyət növləri də var ki, onlar xüsusi, yaradıcı,məhsuldar 
fəaliyyətdir, yaratmaq, qurmaq, onun əsasını, məzmununu təşkil edir. Yaradıcılıqla 

11 
 
 
azadlığı bir – birinə yaxınlaşdıran çox səciyyəvi əlamətlərdən biri də odur ki, bunların 
hər ikisində biz obyektiv zərurətin subyektiv ifadəsi ilə rastlaşırıq.  
Heydər  Əliyevin  ədəbiyyat qarşısına qoyduğu problem məsələlərə – varlığın 
inikasına istinad edib belə bir nəticəyə  gələ bilərik ki, azadlıq sosializm dövrü 
ədəbiyyatında formal xarakter daşımışdır. O vaxt bir tərəfdən sosialist realizmi adlı 
metod və ona uyğun xüsusi hazırlanmış reyestrlər hökm sürürdü. Minlərlə nüsxə elmi və 
bədii  əsərlərin kitabxana rəflərindən götürülüb yandırılması (“Yandırılmış kitablar” S. 
Vurğun) və  məhvi bu reyestlərin hökmü ilə bağlı idi. Yaradıcı  şəxsiyyətin azadlığı, 
əməyinə verilən qiymət sovet dövründə belə idi. Bu senzor nəzarəti idarəsi birbaşa SSRİ 
Nazirlər Sovetinə tabe idi və bura “ideoloji nəzarət qapısı” sayılırdı. Sovet 
ideologiyasına uyğun gəlməyən adicə bir “vergül” bu “qapıdan” keçə bilməzdi, onun 
müəllifi də dərhal göz altında saxlanılır, adı “qara dəftərə” düşürdü. Yaradıcı adam sanki 
qula çevrilir, qarmaqarışıqlıq içərisində “başını itirir” və bu zaman yazıçı qələmə aldığı 
mövzunu öz məqsədinə uyğun həyata keçirə bilmirdi.  “Dünya qopur”,  “Dumanlı 
Təbriz” in göyləri od tutub yanırdı. “Kimdir müqəssir?” (A.İ. Gertsen) sualına cavab 
axtarılırdı. Buna “Kimin sualı var?” (N. Həsənzadə).  Əlbətdə heç kəsin. Burada əsas 
müqəssir cəmiyyətin özü idi və sual da ona verilirdi. Lakin bunu da inkar etmək olmaz 
ki, XX əsrin birinci yarısında Azərbaycan geridə qalmış  kənd təsərrüfatı ölkəsindən o 
zaman deyildiyi kimi, qabaqcıl sosialist adlanan fəhlə – kəndli respublikasına çevrildi. 
Azərbaycan ədəbiyyatı da bu tarixi mərhələnin yetişdirdiyi dövrün adını daşıyan sovet 
ədəbiyyatı oldu. Bu mərhələdə  “Tarixin təcrübəsi ən yaxşı müəllimdir” (Heydər Əliyev 
- 1975) – beləki kənd təsərrüfatı  və  sənayesi iqtisadi cəhətdən möhkəmlənən dövlətin 
bazisi üzərində onun üstqurumu sayılan ədəbiyyatı da inkişafa qədəm qoydu. Ona görə 
də iqtisadiyyat istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi bazisidir, onun 
inkişafında həlledici rol oynayır, hüquqi və siyasi üstqurum bu bazis üzərində 
“yüksəlir”, ictimai şüur formalarından biri kimi bədii  ədəbiyyat məhz bu bazisə  
“məhsuldarlığına görə” minnətdardır. Bu sahədə  ədəbiyyat ayrıca götürülmüş, 
müstəqillik  əldə etmiş bir xalqın fərqləndirici xüsusiyyətlərinə daha çox diqqət yetirir. 

12 
 
 
Buna görə  də o, maddi deyil, qeyri – maddidir. İctimai  şüurun çox zəngin forması 
sayılan bu hadisə bütövlükdə xalqın dünyagörüşüdür. Bu dövrün, prosesin siyasi – 
iqtisadi və mədəni inkişafını nəzərdə tutan Heydər Əliyev deyir: “Azərbaycan xalqı öz 
müqəddaratını əlinə aldıqdan sonra əvvəlki nəsillər tərəfindən yaradılmış zəngin klassik 
mənəvi irsə  də yiyələnmiş, öz tarixini dərk və  bərpa etmişdir... Orta əsr  Şərqinin  ən 
böyük  şairləri və mütəfəkkirləri Xaqani, Nizami, Nəsimi, Füzuli qədim Azərbaycan 
mədəniyyətinin digər korifeyləri, dünya sivilizasiyasını dahiyanə  əsərlərlə 
zənginləşdirən ön şəxsiyyətlər məhz sovet dövründə, xalqımızın mənəvi həyatında 
vətəndaş hüququ qazanmış, müasir mədəniyyətlə qaynayıb - qarışmışdır”.  
Heydər  Əliyevin dediyi kimi, keçmişdə “o olub, bu da olub”. Sovetlər dövründə 
elm və  mədəniyyət ocaqları, bir sıra dünya əhəmiyyətli sənaye obyektləri tikilmişdir. 
Heydər  Əliyev tarixin bu mərhələsinə aydınlıq gətirmək üçün respublika gənclərinin 
birinci forumundakı nitqində Azərbaycanın 70 il Sovet İttifaqı tərkibində olan dövrünü 
onun böyük inkişaf dövrü kimi qiymətləndirmiş və əlavə edib demişdir ki, “o dövrə qara 
yaxmaq olmaz, o dövrdə  Azərbaycan xalqının elmi, təhsili, mədəniyyəti sürətlə inkişaf 
etmişdir”...  
Yazıçılarımız, musiqiçilərimiz, rəssamlarımız, heykəltəraşlarımız öz sadə əməkləri 
ilə həyatı gözəlləşdirən zəhmət adamlarının obrazını yaratdılar.Şərq və Qərb memarlıq 
üslubunun sintezi əsasında arxitektorlarımız böyük yaşayış binaları tikmiş, bir sıra 
ictimai – mədəni abidələr ucaltmışlar.  
Yeri  gəlmişkən qeyd edək ki, əvvəllər ötən əsrlərin adamlarının bədii obrazlarının 
necə yarandığını öyrənmək istəyəndə XI – XVI əsrlərdə yaşayan klassiklərin əsərlərinə 
üz tuturduq. Lakin indi çox uzağa getmək lazım deyil. C.Məmmədquluzadə, M.Ə.Sabir, 
H.Cavid, C. Cabbarlı, M. S. Ordubadi, S.Vurğun, R.Rza, S. Rəhimov, S.Rüstəm, 
M.İbrahimov, Ü.Hacıbəyov, M.Maqamayev, S.Bəhlulzadə,  İ.Şıxlı, Q.Qarayev, 
M.Abdullayev, M.Hüseyn, Xəlil Rza Ulutürk, M.Araz kimi böyük sənətkarlardan, 
alimlərdən tutmuş bu gün bizimlə bir yerdə yaşayıb yaradan B.Vahabzadə, N.Xəzri, 
Anar, Elçin, N.Həsənzadə, S.Əhmədli, T.Nərimanbəyov, Qabil və başqa görkəmli 

13 
 
 
qüdrətli istedadlara qədər hamının yaradıcılığında Aşərbaycan xalqının keçdiyi tarixi 
mərhələlərin əksini, insanların bədii obrazını görmək mümkündür. “Bizim ədəbiyyat və 
incəsənətimiz bir küll halında götürüldükdə o Azərbaycan sovet cəmiyyətinin mənəvi 
həyatını,  əxlaqi və fikri inkişafının, psixoloji aləminin həqiqi, bədii salnaməsi 
adlandırmağa layiqdir”.  
Deyilənlərə  əsaslansaq, Azərbaycanın sovet dövrü ədəbiyyatı  və incəsənətinin  ən 
yaxşı  əsərləri mövzu və materialından asılı olmayaraq “Dəli Kür”, “Beşmərtəbəli evin 
altıncı mərtəbəsi”, “Qətl günü” romanları, “Gülüstan” poeması,  “Qız qalası”,  “İldırımlı 
yollarla”, “Məhəbbət əfsanəsi”, “Min bir gecə” baletləri,  “İstintaq”,  “Yarasa” filmləri 
və başqaları bu dövrdə aydın fikir mövqeyindən yazılıb bəstələnərkən varlığın real 
mənzərəsini onun gələcəyə istiqamətlənmiş qabaqcıl tendensiyaları ilə  əks olunmuş, 
ideya siyasi baxımdan böyük tərbiyəvi  əhəmiyyətə malik bədii incəsənət  əsərləridir. 
Lakin burada ideya başlıca  şərtdir. Çünki, incəsənət  əsərində olduğu kimi bədii 
ədəbiyyatda özünün əsas ideyası ilə yanaşı, çox hallarda bu ideya ilə sıx bağlı olan əlavə 
ideyalara da malik olur. İdeya sənətkarın qayəsini və əsərin əsas məzmununu təyin edir. 
Mövzunun və süjetin sənətkar tərəfindən  şərhi, eyni zamanda əsərin tendensiyası 
ideyanın xarakterindən doğur. Eyni bir həyat materialı, ideya istiqamətləri və 
dünyagörüşlü müxtəlif olan Ə. Haqverdiyevin “Ağa Məmməd Şah Qacar”, S. Vurğunun 
“Vaqif”,  İ.  Əfəndiyevin  “Xan qızı” dramlarında hadisələr hərəkət etdirilən obrazlar 
müxtəlif şəkildə səhnəyə gətirilmişdir. Heydər Əliyev bunları qiymətləndirərkən şəraitin 
tələbinin əsas götürülməsində müəllifləri günahkar saymır. Məsələn: görkəmli xalq şairi 
R. Rzanın “Qızıl gül olmayaydı” poemasında Müşfiq üçün necə yandığını, “Axı mənim 
də ailəm vardı” deyimini, Heydər Əliyev həqiqi, real yanğı kimi qiymətləndirir və R.Rza 
bununla XX əsrin 30 cu illərinin xofundan özünü qorumasını düşünülmüş  çıxış yolu 
sayır.  Əgər R. Rza açıq – açığına Müşfiqin müdafiəsinə qalxsaydı, bu gün biz R.Rza 
yaradıcılığına həsrət qalacaqdıq. R.Rzanın düşünülmüş, mütərəqqi ideyaları ona 
qırmızıların represiyasından düzgün baş çıxarmaq, canını qurtarmaq imkanı vermişdir. 

14 
 
 
Heydər  Əliyevin  ədəbiyyat, elm və  mədəniyyətlə bağlı fikirlərində ikinci bir 
həqiqətdə budur ki, görkəmli sənətkarlarla görüşlərin xoşa gələn, ürəkaçan səviyyədə 
təşkili və yubileylərin yüksək səviyyədə keçirilməsi 1969 – cu ildən başlayır. Bu tarixi 
ədəbiyyat və incəsənət adamlarına, klassiklərə diqqətin intibahı adlandırmaq olar: 
Nəsimi, Vaqif və Zakirin yubileylərinin keçirilməsi, heykəllərin qoyulması,  əsərlərinin 
nəfis  şəkildə  nəşri də Heydər  Əliyevin adı ilə bağlıdır. 6 yanvar 1979 – cu ildə 
Azərbaycan KP MK Nizaminin anadan olmasının 850 illik yubileyinin təntənəli 
keçirilməsi, məqbərəsinin yenidən klassik və muasir memarlığın köhnə və yeni müsbət 
ənənələrinə uyğun bərpası, hər il sentyabr ayında böyük şairin  şərəfinə, adına layiq 
poeziya günlərinin keçirilməsi,  əsərlərinin Azərbaycan və dünya xalqlarının dillərində 
gözəl, bədii tərtibatla çap edilməsi, eləcə  də “Azərbaycannın maarifpərvər  şairi Mirzə 
Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsini gücləndirmək haqqında” çıxarılan qərar 
da, 1982 – ci ilin noyabr ayında  Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı da 
Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bağlıdır.  
XX  əsrin son rübü daha mühüm və çox vacib vətəndaşlıq və millilik aşılayan 
əsərlərin yaranmasına səbəb oldu. Müstəqillik ideyalarının  şüurda təşəkkülü, inkişaf 
edib formalaşması, qələbəsi, milli sərvətin özününküləşdirilməsi, mənəvi yetkinliyin 
mahiyyətcə kamilləşməsi, Heydər  Əliyevin rəhbərliyi altında azadlıq  əldə edən 
Acərbaycan xalqının  ən səciyyəvi xüsusuyyətinə çevrildi. Milli ruh və milli xarakter 
özünün kamil obrazını tapdı. Həyat və insan probleminin, humanizminin ön plana 
çəkilib təhlil olunması  və  tədqiqi bir – biri ilə yalnız bədii deyil, ictimai – siyasi 
baxımdanda  əlaqələndirildi. Xəlil Rza poeziyasında bu özünün yüksək zirvəsinə çatdı: 
“Azadlığı istəmirəm qram – qram...” deyən azadlıq carçısı  vəfatından sonra 
soydaşlarının qəlbində əbədi yaşadı.  
20 avqust 1997 – ci ildə “Azərbaycan vokal sənətinin banisi görkəmli müğənni, 
pedaqoq və ictimai xadim Bülbülün anadan olmasının 100 illiyi”nin qeyd edilməsi 
barədə verdiyi fərmanla yubiley komissiyasının yaradılması da, müxtəlif bayram 

15 
 
 
tədbirlərinin keçirilməsi də hörmətli Prezidentin  milli mədəniyyətimizin böyük 
ustalarına, sənət adamlarına bəslədiyi qayğının nəticəsi idi.  
İllər ötəcək, Heydər Əliyevin bu sahədəki xidmətləri əbədi yaşayacaqdır. 
Nizami Gəncəvi  Şərq, Azərbaycan, Türk, İran,  İslam, Fars mədəniyyəti, 
mənəviyyati, ədəbiyyatı və şeriyyətini bütün dünyaya yayan və öz ölməz «Xəmsə»si ilə 
aytək parlayan, günəştək nur saçan dahi sənətkarlardan biridir. 
Onun anadan olma tarixi 1140-1141 illərə təsadüf edir. Lakin təəsüflər olsun ki, bu 
günə  qədər də tam dəqiq bir məlumat yoxdur. Ancaq ayrı-ayrı Nizamişünasların 
yazdıqları  sənədlərdə buna toxunulur. Bir həqiqət aydındır ki, şairin doğulduğu yer 
Gəncədir. Onun nisbəsi də buna işarədir. Digər tərəfdən Gəncə Orta əsr Azərbaycanın 
intibahı ilə bağlıdır. Bu şəhərdə elm, mədəniyyət, ticarət o qədər yüksək olmalı idi ki, 
Əbül  Əla Gəncəvi, Məhsəti Gəncəvi kimi böyük şairləri kölgədə qoyub özün 
irəliləyəydin. 
Nizaminin  əsl adı  İlyas, atasının adı Yusif, babasının adı  Zəkiəddin, Böyük 
babasının adı Müyyədfiddin olmuşdur. Qeyd edək ki, o dövrdə belə titullu adları ancaq 
yüksək mənsəb sahiblərinə verirdilər. Nizami sözünün lüğəvi mənasi nəzmə  çəkən, 
sıraya düzən deməkdir.  
Şairin anası  Gəncə kürdlərindən olub dayısı Ömər «Xacə» adı daşıyır. Bu 
məlumatlara əsasən Nizaminin ailəsi savadlı və dövrün mədəni insanları hesab olurdu. 
Nizami mükəmməl təhsilini də Gəncədə alıb özünün geniş mütaliəsi nəticəsində «Şeyx» 
və «Həkim» kimi yüksək rütbələri kəsb etmişdir. Nizami dahiliyinin göstəricilərindən 
biri də odur ki, o, özünün sələf və xələflərinə böyük hörmətlə yanaşmış, digər tərəfdən 
Nizami  Şərqin elmi dili ərəb dilini mükəmməl bilmiş,  şeir dili sayılan fars dilini ən 
yüksək zirvəyə qaldırmış, türk, yunan və kürd dillərini bilməklə poliqlot bir şəxsiyyət 
kimi yüksəlmiş dünyanın  ən layiqli sənətkarı kimi bütün xalqlar tərəfindən hörmət 
qazanmışdır. Nizaminin həyat və yaradıcılığı bircə poeziyayla bitmir, onun yaradıcılığı 
çoxşaxəlidir. Nizami quranı oxumuş, özü təhlil etmişdir. Xalq rəvayətlərindən 
əsərlərində istifadə etmiş, elmin bütün sahələrinə baş vurmuş, antik dövrün fəlsəfəsini 

16 
 
 
öyrənmiş  və  nəticədə  əsərlərində bunu göstərmişdir. Nizamiyə  qədər heç bir yazar 
Şərqlə  Qərbi bu qədər birləşdirə bilməmişdir. Nizami əsərlərini oxuyarkən bu qənaətə 
gəlmək olur ki, heç mübaliğəsiz o, öz dövrünün mövcud olan bütün elm sahələrindən 
xəbərdar olmuşdur. «Xəmsə»dən başqa Nizaminin şeirlər divanı olmuşdur. Lakin 
təəsüflər olsun ki, bu divan bizə gəlib çıxmamışdır. Bununla belə onun bir hissəsi Sankt-
Peterburqdakı Saltıkov  Şedrin adına kitabxanada saxlanılmaqdadır. Nizamiyə dünya 
şöhrəti gətirən əlbətdə onun ölməz «Xəmsə»sidir. Şair öz dövrünün hər işi ilə razılaşmır, 
hər cür zülmə və ədalətsizliyə qarşı öz etirazını bildirir, şahlara nəzirələr yazıb tərifdən 
qaçırdı. Nizaminin amalı insanlara təmiz xidmətdən ibarət idi. Şairin fikrincə insan yer 
üzünün  əşrəfi olaraq, o, oyuncaq deyil, onun ağlı  və düşüncə  tərzi vardır. Nizami 
Gəncəvi  əsərlərini oxuduqda təkcə Azərbaycan haqqında deyil, bütün Yaxın və Orta 
Şərq barədə dünyamız haqqında geniş və doğru məlumatlara sahib olursan. Nizaminin 
hər misrası  fəlsəfi-didaktik fikrin təcəssümüdür. Nizami yaradıcılığının  ən yüksək 
zirvəsində insan dayanır. O, insanın hər  şeyə qadir olduğunu dəqiq həyatı misallarla 
açmağa müvəffəq olmuşdur: 
 
Poladdan dağ olsa yenə də inan
Vurub parça-parça dağıdar insan. (87-213) 
 
Nizami bəşəriyyə sevimlisi ona görə olmuş və əsərləri bütün dünya dillərinə dönə-
dönə tərcümə edilmişdir ki, o, həyat eşqi ilə yazıb-yaradan nadir sənətkarlardandır.  
«Xəms» ərəb kəlməsi olub «beş» deməkdir. «Xəmsə» isə «beşlik» mənasına gəlir. 
Nizami yaradıcılığının da əsasını 5 poema təşkil edir. 
Şairin həyat tərzi yaxşı keçmişdir. Belə ki, tanınmış ailədən olması ona mükəmməl 
təhsil almağa imkan yaratmış, yazdığı  əsərlərə görə dövrün hökmdarları  tərəfindən 
mükafatlandırılmış  və  hətta ona hər ay 40 axça maaş  kəsilmişdir. O dövr üçün bu 
məbləğ az sayılmırdı. 
Şairin həyat yoldaşı Afaq qıpçaq qızı olmuş və ondan da Məhəmməd adlı bir oğlu 
olmuş  şairin həyatı Afaq ölənə  qədər mənalı keçmiş, lakin Afaqın ölümü onu 

17 
 
 
sarsıltmışdır. Afaq kəniz kimi Nizamiyə hədiyyə edilsə də, şair humanistlik edərək onu 
özünə ömür-gün yoldaşı seçmişdir. Dünya şairləri içərisində qadına bu qədər yüksək 
qiymət verən insan ancaq Nizami olmuşdur. 
«Xəmsə»sindəki bütün əsərlərində «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və 
Məcnun», «Yeddi Gözəl», «İskəndərnamə»də bu məsələ özünü bariz şəkildə göstərir. 
Şirin surəti, Leyli obrazı, Nüşabə mərdanəliyi buna misaldır.  
Nizami, insan, onun problemləri, zəhmət, əmək, sevgi motivlərini o qədər gözəl bir 
surətdə oxucuya təqdim etməyi bacarmışdır ki, illər, qərinələr, əsrlər, nəsillər ötüb keçsə 
də, yenə oxunacaq bəşəriyyətin istifadəsi üçün yararlı olacaqdır. Bununla da Nizami 
hələ sağlığında  əbədilik libasını geymiş  sənətkar olaraq milyonların qəlbində 
yaşayacaqdır.  
Şair, nə üçün mən «Xəmsə»ni yazdım sualına «İskəndərnamə» proloqunda cavab 
verir: 
Oturub-durdum dünya görmüş müdriklərlə, ona görə  də çalışdım yazım tarixi 
simalardan. Bu sehirli-sirli dünyanın xəzinəsini açmağa çalışdım. Onun üçün də «Sirlər 
xəzinəsi»ni açdım. Buna bir şirinlik gətirmək üçün «Xosrov və  Şirin» yaratdım.  Şərq 
qadınının sadiqliyini göstərən «Leyli və  Məcnun» meydana gətirdim. Ruhlanıb atımı 
«Yeddi gözəl» üzərinə çapdım.  İndi söz meydanında «İskəndərnamə»dən danışım. 
Şairin özünün dediklərindən aydın olur ki, «İskəndərnamə» onun şah  əsəridir. Həqiqi 
mənada bu əsərlə Nizami öz fəlsəfi fikirlərini burada tərənnüm etməyə nail olmuşdur. 
Şairin ilk əsəri «Sirlər xəzinəsi» dünya poeziyasının  ən gözəl nümunəsi kimi şöhrət 
qazanmışdır, Nizami nəinki təkcə bu əsəriylə, hətta, hər beyt, misra, kəlamıyla insan 
mənəviyyatına təsir etmiş, onu düşündürmüş  və özünə  cəlb etmişdir. Bu əsərdə insan 
əsas meyar olaraq onun bütün potensialını açıqlanmışdır.  Əsər yaradanın adı, 
peyğəmbərin tərifi, ithaf olduğu hökmdarın istəyi və  ən  əsası  şairin öz ideyası  bəhrəsi 
olaraq yazılmışdır. Nizami başqalarından fərqli olaraq məddahlıqdan, boş  tərifdən və 
asılılıqdan uzaq olmağı, öz fikirlərini sərbəst söyləməyi üstün tutmuşdur. Buna 

18 
 
 
baxmayaraq dövrün hökmdarları ona böyük ehtiramla, hörmətlə yanaşmışlar. Gəncəli 
şairin özü demişkən: 
Ucalmaq istəsən bir kamala çat, 
Kamala ehtiram göstərir həyat. (87-89) 
 
Əgər belə bir sual ortaya çıxsa ki, Nizamidə  nə var ki, bəşəriyyət onu bu qədər 
sevə-sevə oxumaqdadır? Cavabı çox sadə olacaq ki, bəs Nizamidə  nə yoxdur ki, onu 
oxumayasan? 
İnsan,  əmək, zəhmət, doğruluq, düzlük, yaşayış  tərzi, məhəbbət, mərdlik, kişilik, 
qadın azadlığı, müharibə, sülh, pislik, yaxşılıq, zülm, azadlıq, hökmdarlıq, rəiyyət, 
qanun, haqsızlıq, insaf, vicdan, xəbislik, comərdlik, xainlik, ailə, cəmiyyət, uşaqlıq, 
gənclik, qocalıq, doğum, aqibət, abad, xərabə, dövr, zaman şairin yaradıcılığında öz 
əksini tapmışdır. «Sirlər xəzinəsi» poeması dünya xəzinəsinin əsl açarıdır. Bu əsər həm 
tərbiyə edir, həm də yaşam tərzini öyrədir. Nəticəsi oxucunun gözləri qarşısında 
canlanır. Dünya ədəbiyyatında belə maraqlı traktatla qurulan əsərə rast gəlmək çox 
çətindir. Nizami təkamül, irsiyyət, nəsil, adət məsələlərinə çox dəqiq yanaşmış, onları 
fəlsəfi baxımdan izah etmişdir. «Sirlər xəzinəsi» dastanı ayrı-ayrı mövzulardan bəhs etsə 
də, bir mütəşəkkil cərəyan üzərində dayanıb ümumi bir vəhdət təşkil edir. Buradakı 
mövzular arasında sinxron bir ardıcıllıq özünü göstərməkdədir. Bir hekayə o birinin 
davamı olaraq oxucunu heyran edir. «Sirlər xəzinəsi» didaktik bir əsər kimi çox 
qiymətlidir. Dahi şairin ikinci əsəri «Xosrov və Şirin»dir. Təbiət təsvirləri bu poemada o 
qədər gözəl verilmişdir ki, sanki, Nizami özü böyük təbiət alimidir. Şapurun rəssamlığı, 
onun yaratdığı boyalar, əsrarəngiz təbiət hadisələri, Fərhadın adi Külünglə Bisitun 
dağının çapılması mənzərəsi çox güclü bir poetik dillə verilmişdir. Nizami göstərmişdir 
ki, hər kəs öz işinin mahir ustası olmalıdır. Tutduğun vəzifənin böyük-kiçikliyindən asılı 
olmayaraq sən onu sevməlisən və xalqa bu yolda xidmət etməlisən. Vəzifə insana şan-
şöhrət deyil, insan vəzifəsinə  şöhrət olmalıdır. Nizami, şahı, dilənçi, işçi,  əkinçi, 

19 
 
 
zəhmətkeşlə üz-üzə qoymaqdan çəkinmir, hətta şahı onların vasitəsilə ədalətlə, düzlüyə 
dəvət edir.  
Heç mübaliğəsiz oxuduğumuz məhəbbət  əsərləri içərisində «Xosrov və  Şirin» 
qədər ecazkarına rast gəlməmişik. Bu poema təkcə  eşq tərənnümü ilə bitmir, o, eyni 
zamanda tərbiyəvi əhəmiyyət kəsb edir. Nizami Xosrovu eşy-işrətlə məşqul olan bir şah 
kimi versə də sonda əsl sevginin nə olduğunu ona anladır. Şair göstərir ki, başqalarına 
xəyanət edənin öz başına gəlməsi qanuna uyğundur. Bildiyimiz kimi Xosrovun öz oğlu 
Şiruyyə də Şirinə vurulur və nəhayət atası Xosrovu Şirinlə yataqda olduğu vaxt öldürüb 
onu sıradan çıxarmaqla  Şirinin eşqinə nail olmaq istəyir. Lakin Şirin eşqini ancaq 
Xosrova vermişdir.  Şiruyyə atası Xosrovu xəncərlə vurub öldürmək istədikdə belə 
Xosrov qan içində istəyir ki, Şirinə desin ki, ona bir içim su gətirsin, ölüm ayağında olan 
Xsrov  Şirinin  şirin-şirin yatdığını görüb onu oyatmağa qıymır. Bax, budur Nizami 
dühasının bəhrəsi! 
Böyük  İran alimi Vəhid Dəstgerdi ömrünün 30 ilini Nizami yaradıcılığına sərf 
etmişdir. O, yüz dəfədən artıq Nizami “Xəmsə”sini oxusa da, hər dəfə Xosrovun ölüm 
səhnəsi ilə qarşılaşanda gözlərindən qeyri-ixtiyarı yaşlar gəldiyini etiraf etmişdir. 
Nizaminin özünün yazdığı kimi: 
 
Pislik də, yaxşılıq da etsən inan 
Unutmaz bunları bu qoca dövran. (87-127) 
 
Nizami Gəncəvinin üçüncü poeması «Leyli və  Məcnun»durr.  Ərəb  şifahi xalq 
ədəbiyyatından götürülmüş bu mövzu Nizami boyaları vasitəsiylə bütün Yaxın və Orta 
Şərq ölkələrinə, oradan da dünya arenasına çıxmışdır.  Əsər,  Şərq qadınının dəyanəti, 
onun ailəyə bağlılığı, məişətdəki rolunu və sevgisinə sadiqliyini göstərməklə yanaşı, 
onun məhdudiyyətindən danışır. İlk dəfə Şərq ədəbiyyatında qadın azadlığı məsələsinə 
ancaq Nizami toxunmuşdur. O, qadına kölə kimi deyil bəşəriyyətin 50%-lik üzvü 
şəklində tam, bərabər hüquqlu insan kimi baxmağı tövsiyə etmişdir. Nizamiyə görə ən 

20 
 
 
böyük qəhrəmanları belə ana dünyaya gətirmişsə, onun buna tam hüququ çatır. 
Poemanın ən gözəl xüsusiyyətlərindən biri odur ki, sevgi, eşq, mehr, məhəbbətə sadiqlik 
özünü bariz bir şəkildə göstərir və yaşadığı yerdən, milliyyətindən asılı olmayaraq bütün 
insanlara şamil edilir. Bu əsər gənclərin sevib-sevilmək məsələsində mühüm rol oynayır. 
Nizami belə dar bir çərçivədə qala bilməzdi. Ona görə də şair özü dediyi kimi atını 
dünya üzərinə çapıb özünün dördüncü əsəri «Yeddi gözəl»i yaradır. Burada artıq 
dünyanın yeddi məmləkətindən, onların adət və ənənələri, qadınları haqqında ətraflı və 
mükəmməl məlumat verən Nizami ilk dəfə  ədəbiyyatda  Şərqlə-Qərbin interqasiyasına 
toxunmuşdur.  
Ədəbiyyatımızda ruslar haqqında ilk təəssüratı  məhz Nizami verməyə nail 
olmuşdur.  
İran şahı Bəhrami-Guru Nizami adi çoban vasitəsilə nəsihətamiz sözlərlə ayıltmağa 
çalışmışdır. Şair yazırdı: 
 
              
Sərxoşluq edən dövlət huşyar olacaq bir gün 
               
İllərcə yatan bəxtim bidar olacaq bir gün. (87-326) 
 
Şərq aləmində yeddi müqəddəs rəqəmdir. Nizami bundan istifadə edərək yeddi ölkə 
haqqında, onların məşğuliyyəti, həyat tərzi, qadınları barədə çox dəqiq məlumat 
verməklə onların mənəviyyatı və mentaliteti barəsində dolğun fikirlər vermişdir. «Yeddi 
gözəl» poeması Nizaminin özünün kamil bir sənətkar olmasına bir işarədir. Bunları 
əlbətdə, bilmədən yazmaq mümkün deyildir.  
Şairin sonuncu əsəri «İskəndərnamə»dir.  Əvvələn görək məhz nə üçün 
İskəndərnamə? Bizcə Yunan hökmdarı İskəndər və ya Aleksandr Makedonski öz 30 il 
yaşadığı tarixi bir dövrdə hamıya ölkələr fəth edən bir sərkərdə kimi məlum idi. Əsərin 
oxunaqlı olması  və  şairin fəlsəfi fikirlərinin tərənnümü məhz bu surət vasitəsilə 
gerçəkləşə bilərdi. Digər tərəfdən Nizami «yoldaşını  mənə göstər, sənin kim olduğunu 
deyim» prinsipini əsas tutaraq İskəndərin başına o qədər qədim alimləri toplaması 
nəticəsində özü də alim olmuşdu prinsipi durur. 30 yaşlı cavan bir sərkərdə bu kiçik 

21 
 
 
zaman kəsiyində demək olar ki, güclə dünyanı fəth edə bilməzdi. Nizami İskəndər surəti 
vasitəsiylə elmin hər şeydən üstün olduğunu sübut etmişdir.
 
«İskəndərnamə» poeması iki hissədən hökmdarın gənclik və istila dövrünü əhatə 
edən «Şərəfnamə» və onun son aqibəti «İqbalnamə»dən ibarətdir. Tarixdə  İskəndər 
Azərbaycanı istila etmək faktı yoxdur. 
Ancaq Gəncəli  şair öz vətənpərlik və qadını yüksək tutmaq ideyasını  tərənnüm 
etdirmək üçün o, İskəndəri Azərbaycanın paytaxtı Bərdə şəhərinə gətirməyə  nail olur.  
Əlbətdə, Nizami kimi böyük dahi, filosof, həkim, şeyx və ən əsası misilsiz bir şair 
haqqında bir məqalə ilə kifayətlənmək olmaz. İllər ötəcək gənc alimlər Nizami 
yaradıcılığına yenə dönə-dönə müraciət edəcəklər. 900 il ərzində  təravətini qoruyub 
saxlamış Nizami yaradıcılığı hələ açılmayan sirlərlə doludur.  
Şairin özü demişkən: 
 
       
Özüntək diri san məni cahanda, 
     
Mən də canlanaram, sən canlananda. (87-446) 
 
Göstərilənlər mövzunun aktuallığından xəbər verir. İlk olaraq biz, Nizamini 
araşdırmaqla onun türk olduğunu bir daha sübut etmiş oluruq ki, bu da Nizamini 
özünküləşdirməyə çalışanlara  ən tutarlı  cavabdır. Digər  tərəfdən tədqiqatın predmeti 
Nizaminin  əsərlərində farsca yazmasına baxmayaraq türkcə sözlər, idiomlar, atalar  
sözləri və Azərbaycan zərbi-məsələlərini sıx-sıx işlətməsidir. Burada məqsəd  fars dilli 
şairlərin  ən məşhurlarından  sayılan Firdovsi, Xəyyam, Hafiz, Sədidən fərqli olaraq 
Nizamidə türklük  və ona bağlılığı açıb göstərməkdir. 
Əsərin metodologiyasına gəldikdə Nizami “Xəmsə”sində verilmiş türk sözləri və 
Azərbaycan  zərbi-məsələlərini seçib, onları xronoloji, mütəmadi və ardıcıl surətdə 
göstərməkdən ibarətdir. Praktik əhəmiyyəti o olacaq ki, oxucu türk sözləri və 
Azərbaycan zərbi-məsələlərinə rast gəldikdə praktik olaraq Nizaminin türklüyünə zərrə 
qədər olsa belə  şübhələnməyəcək. Elmi iş kimi ələ aldığımız bu mövzu bu strukturla 
davam edib, fəsil və bölmələrlə tam ardıcılığı ilə nəzərə çatdırılacaqdır. İnanmaq istərdik 

22 
 
 
ki, bu əsər Nizamişünaslıq sahəsində irəliyə atılmış yeni bir addım kimi bu sahədə 
çalışanların və eləcə də geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.  
Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə Azərbaycan Demokratik Cümhuriyyətinin 
banisi M.Ə.Rəsulzadə Nizamiyə “Azərbaycan şairi Nizami ” deməklə kifayətlənməyib, 
onun “Xəmsə”də işlətdiyi türk sözləri və Azərbaycan zərbi-məsəllərini  işlətdiyini misal 
gətirərək sübut etmişdir ki, hətta fars ədəbiyyatının əsasını qoyan böyük  Firdovsidə bu 
qədər türk sözləri işlənməmişdir. Bu da Nizaminin öz ana dilinə ehtiramı ilə bağlıdır. 
Kitab 1953-cü ildə  işıq üzü görsə  də, bizə elə  gəlir ki, M.Ə.Rəsulzadə  hələ on 
illərcə əvvəl bu barədə düşünmüşdür. (bax. Azərbaycan şairi Nizami Bakı, 1953) 
Məsələ aktuallaşdığı  üçün kitab 1991-ci ildə yenidən nəşr edilmişdir. 
Ümummilli liderimiz Heydər Əliyev də çox ehtimal ki, ədəbiyyatla maraqlanan bir 
insan kimi bundan faydalanmışdır. 
Azərbaycan  ədəbiyyatşünasları Nizami haqqında kifayət qədər yazmışlar, lakin 
hələ araşdırılmalı məsələlər çoxdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

23 
 
 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə