Helicobacter Pylori Müasir diaqnostika üsulları



Yüklə 201,82 Kb.
Pdf görüntüsü
tarix14.01.2017
ölçüsü201,82 Kb.

   

Helicobacter Pylori 

Müasir diaqnostika üsulları 

 

 



 

     Helicobacter Pylori (HP) –

mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin 

selikli qişasında aşkar olunmuş spiralşəkilli, qrammənfi patogen bakteriyalardır . 

Mədə 

divarında yerləşərək iltihaba səbəb ola bilir. Mədə və bağırsaq xorasının, mədə 



xərçənginin və bəzi qastrit formlarının əsas səbəbkarıdır. Bir neçə il əvvəl belə bir 

fərziyyə meydana çıxdı ki, bu bakteriya bir çox xəstəliklərin etiologiyasında iştirak edir.  

Belə ki, onikibarmaq bağırsaq xorası olanların  95% - də, mədə xorası ilə xəstələnənlərin 

isə 70% - də bu mikrob aşkarlanır. 

    İnfeksiyaya qida və ya maye qəbulu zamanı, həmçinin  təmiz olmayan qab-qacaq 

istifadəsi zamanı yoluxmaq olur. İnsanlar bir birini də yoluxdura bilər. Bu səbəbdən 

Helikobakter Pylori infeksiyası olan insanın  sıx kontaktda  olduğu insanların da 

yoxlanılmsı məsləhət  görülür. 



Simptomlar 

Helicobacter pylori daşıyıcılarının 

   

90% -də  heç bir  xəstəlik simptomları olmur.



 Bu 

bakteriyanın səbəb olduğu simptomlar ortaya çıxdıqda  böyük ehtimalla qastrit ya da 

mədə xorasıdır.

 

Helicobacter Pylori aşkar olunması

 

    Helicobacter Pylorinin aşkarlanması üçün müxtəlif sınaqlar vardır. Bakteriyanın təsdiqi 



üçün qastroskopiya ilə götürülmüş toxuma nümunəsi (biopsiya) mikroskop altında 

müayinə olunur  ki  buna  da Sürətli Ureaza Testi deylir.  



Sürətli Ureaza Testi

 

    



Sürətli Ureaza Testi üçün qastroskopiya zamanı sidik cövhəri ilə zəngin biopsiya 

materialı indikator məhlulla birgə götürülür.  Helikobakteriya Ureaza adlanan ferment 

ifraz edir ki, bu da ona sidik cövhərini parçalamağa imkan verir. Əgər bu ferment və 

onunla birgə Helikobakter Pylori toxuma nümunəsində aşkarlanarsa indikator məhlulu 



rəngini dəyişir. Lakin rəng dəyişməsi güclü olsa da, bu  Helicobacter Pylorinin olmasını 

100% təsdiq etmir. Buna görə mikroskopik diqnostika ureaza sınağı ilə tamamlanır. 

Sürətli testin üstünlüyü ondadır ki, qastroskopiyadan sonra bir saat müddətində diaqnoz 

qoyula bilər. 



Biopsiya 

    Mədə və onikibarmaq bağırsağdan qastroskopiya zamanı alınmış toxuma 

nümunələrində Sidney klassifikasiyasına uyğun olaraq Helikobakteriyanın toxumadaki 

dərəcəsini təyin etmək olur. Bu müayinə histokimya üsulu ilə aparılmaqdadır. Müayinə 

müddəti 4 gündür 

C14 nəfəs testi

 

    İnfeksiyanın təyin edilməsi üçün Qızıl Standart sayılan bu test Helicobacter Pylorinin 



aşkarlanmasının ən asan, etibarlı  və qeyri-invaziv olan müayinəsidir. Test zamanı pasient 

tam zərərsiz C14 ilə işarələnmiş sidik cövhərli sınaq kapsulu qəbul edir. Infeksiya olduğu 

halda Helikobakteriyanın ifraz etdiyi ferment Ureaza sidik cövhərini parçalayır və sərbəst 

C14 əmələ gətirir ki, bu da nəfəsvermə havasında ölçülür. Tənəffüs testi H.pylori  

Eradikasyon müalicəsindən sonra terapevtik effektə nəzatər üçün aparılır. Test müddəti 

25 dəqiqədir.  

 

 

    



 

 

HP Ag nəcis testi

 

    Bu test vasitəsiylə nəcisdə Helikobakter Pylori əksgeni təyin edilir və aparılmış 



müalicədən sonra terapevtik nailiyyəti qiymətləndirmək üçün istifadə olunur. 

 

 HP qanda əkscismlərinin təyini

 

    Helikobakteriyanın əkscismlərinin seroloji müayinəsi orqanizmin infeksiya  ilə 



görüşdüyünü və ona qarşı yaranan əkscismlərin olub - olmadığını bildirir. 

 

 



 

 

 

 Helicobacter Pylori infeksiyasının diaqnostik üsulları 

 

Sınaq üsulu 

Nəfəs testi 

Seroloji 

(Elisa) 

Nəcis 

(HpSA) 

Endoskopiya 

Sınaq 

materiyalı 

Nəfəs havası 

Qan 

Nəcis 


Toxuma 

Aktiv 

infeksiya testi 





Test 



sərhədləri 

(müayinənin 

həcmi) 

Bütün qastral 

selikli qişa 

İmmun 


sistemi 

Nəcisdə Ag 

əksgen təyini 

Mədənin kiçik 

hissələri 

Müalicə 

sonrası 

monitorinq 



 



 

Helikobakteriya infeksiyasına nə zaman yoxlanmaq lazımdı?

 

  Qarın nahiyısində hər-hansı bir ağrı və ya diskomfort hissi olan hər bir şəxsə özünü 



yoxlatdırmaq məsləhət görülür. Helicobacter pylori bir çox xəstəliklərə səbəb olduğu 

üçün  bu infeksiyanın vaxtında aşkarlanaraq  ləğv edilməsi səhhətin ciddi pozulmasının 

hətta onkoloji xəstəliklərin qarşısını alır.

 

 



 


Yüklə 201,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə