Həkim-endokrinoloqun nümunəvi vəzifə



Yüklə 124,58 Kb.
Pdf görüntüsü
tarix21.01.2017
ölçüsü124,58 Kb.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-endokrinoloqun nümunəvi vəzifə 

TƏLİMATI 

 

I.



 

Ümumi müddəalar 

 

1.  



Bu  vəzifə  təlimatı  həkim-endokrinoloqun vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir. 

2.  

Həkim-endokrinoloq vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə 



müəyyən edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı    keçmiş    şəxs təyin 

edilir.  

Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada “endokrinologiya” ixtisası üzrə peşə hazırlığı  keçmiş, 

ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir.  

3.  

Həkim-endokrinoloq Azərbaycan Respublikasının qüvvədə olan 



qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  

Həkim-endokrinoloq bilavasitə  şöbə müdirinə, onun olmadığı halda isə 



tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  


Həkim-endokrinoloq aşağıdakıları bilməlidir: 

5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   endokrinologiya  xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi 

ilə bağlı məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.   həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  


5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.   təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.   sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.   daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

   


 

II.

 

Vəzifə öhdəlikləri 

 

6.  



Həkim- endokrinoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir 

profilaktika, diaqnostika, müalicə  və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir. 

7.   Müvafiq  qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması 

taktikasınını (anamnezin  toplanması, klinik-laborator tədqiqatların, müayinə  və 

müalicənin aparılması) və diaqnozunu müəyyən edir. 

8.    Mövcüd  qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin 

edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. 

9.   


Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 

olaraq müalicə planına dəyişiklik edir və  əlavə müayinə metodlarının zəruriliyini 

müəyyən edir. 

10.   Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz 

ixtisası  üzrə məsləhət yardımı göstərir. 

11.   Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.  

12.   Diaqnostik  və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir. 

13.   Orta  və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə  məşğələlərin 

aparılmasında iştirak edir. 

14.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. 

15.   Tibbi  və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 

16.   Sanitar-maarifləndirmə işini aparır.  Etik davranış qaydalarına riayət edir.  

17.   Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının 

aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır. 

18.   Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə 

və vaxtında icra edir. 

19.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

20.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

21. 

 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür. 

 

III.

 

Hüquqlar 

 

22.   Həkim-endokrinoloqun aşağıdakı hüquqları vardır: 

22.1.   klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların məlumatlarına  əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz 

müəyyənləşdirmək;  

22.2.   Müvafiq    qaydalara  və standartlara uyğun olaraq xəstənin aparılması 

taktikasını müəyyən etmək;  

22.3.  pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator 

diaqnostika metodlarını təyin etmək;  

22.4.   diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;  

22.5.   zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün 

müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək; 

22.6.   müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi,  özünün əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;  

22.7.   öz  səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, onların 

həvəsləndirilməsi və tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək; 

22.8.   öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;  

22.9.   onun  işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 

22.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 

23.   Həkim-endokrinoloq Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV.



 

Məsuliyyət 

 

24.   Həkim-endokrinoloq aşağıdakılara görə məsuliyyət daşıyır: 

24.1.   ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

24.2.   öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və  peşəkar səviyyədə yerinə yetirilməsinə; 

24.3. 

 

daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına riayət edilməsinə; 

24.4.   qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

24.5.   öz  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 


24.6.   ona  tabe  işçilərin nizam-intizam qaydalarına və  vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə; 

24.7.   tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə  

25.   Həkim-endokrinoloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 



edilə bilər.

 


Yüklə 124,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə