Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix07.12.2016
ölçüsü1,06 Mb.
  1   2   3   4   5   6   7   8   9

 

Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin. 

Uşağın tutulması, həbs olunması və ya azadlıqdan məhrum edilməsi 

qanuna uyğun olaraq həyata keçirilir və bunlardan son tədbir kimi 

və mümkün olan daha qısa müddət ərzində və müvafiq qaydada istifadə edilir. 

 

 

BMT-nin UHK, Maddə 37 

 

 

 



 

 

 



AZƏRBAYCANDA YUVENAL 

ƏDLİYYƏNİN İCRASINA DAİR 

MONİTORİNQİN HESABATI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı

 

“Azərbaycanda Yuvenal Ədliyyənin  İcrasına dair Monitorinqin Hesabatı” yuvenal ədliyyə 

sahəsində milli və beynəlxalq ekspertlərin birgə  əməyinin nəticəsidir. Hesabat Uşaq Hüquqları 

üzrə Azərbaycan QHT Alyansının ATƏT-in Bakı Ofisinin dəstəyilə  həyata keçirdiyi 

monitorinqin nəticələri əsasında tərtib edilib.  

 

Hesabat yuvenal ədliyyə sistemi daxilində  uşaqların və  uşaq hüquqlarının vəziyyətinə dair 



empirik tapıntıları  əks etdirir və Azərbaycan Respublikasında yuvenal ədliyyə sistemini təşkil 

edən müəssisələrin fəaliyyətində olan çatışmazlıqlar və boşluqlara dair məlumat verir. 

 

Bu kitab aidiyyatı dövlət qurumlarının mütəxəssisləri, yetkinlik yaşına çatmayanların işlərinə 



baxan hakimlər, dövlət ittihamçıları, vəkillər, yetkinlik yaşına çatmayanların işləri və 

hüquqlarının müdafiəsi üzrə komissiyaların üzvləri, aidiyyatı nazirliklərin nəzdində  fəaliyyət 

göstərən təlim-tədris mərkəzlərinin müəllimləri və dinləyiciləri, elmlər akademiyasının elmi 

işçiləri, ali məktəblərin hüquq və beynəlxalq hüquq ixtisası üzrə  təhsil alan tələbə, magistr, 

aspirantları, milli və beynəlxalq QHT-lərin nümayəndələri və uşaq hüquqları ilə maraqlananlar 

üçün tövsiyə edilir. 

 

 

 



 

 

 

“Azərbaycanda Yuvenal Ədliyyənin İcrasına dair Monitorinqin Hesabatı” 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı  

A4 format, 65 səhifə, Bakıda çap edilib, 2007  

 

İSBN:  

 

QHT ALYANSININ NƏŞRİ 

117, Nizami küç, AZ-1010, Bakı, Azərbaycan  

http://www.ngoalliance.net  

 

Bütün hüquqlar qorunur. Müəllif hüquqları  Uşaq Hüquqları üzrə Azərbaycan QHT 

Alyansına məxsusdur.  

Copyright © Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, 2007. 

 

Müəllif Hüquqları qorunur. Kitabda əksini tapmış  məlumatlar müəlliflərdən  əvvəlcədən 



yazılı icazə alınmadan istifadə edilə bilər. Lakin, bu zaman orijinal mənbəyə istinad 

vacibdir. 

                            

 

 

 

 

 

ATƏT-in Bakı Ofisi   

 

 

 

 

 

          Böyük Britaniyanın  

Bakıdakı Səfirliyi 

 

Monitorinq aparılması ATƏT-in Bakı Ofisi tərəfindən maliyyələşdirilib. Monitorinq 



nəticəsində hazırlanmış hesabatın nəşri Böyük Britaniyanın Bakıdakı  Səfirliyi tərəfindən 

maliyyələşdirilib. Hesabatda əksini tapmış fikirlər müəlliflərə və tərtibatçılara məxsusdur 

və ATƏT-in Bakı Ofisinin və Böyük Britaniyanın Bakıdakı Səfirliyinin rəsmi mövqeyi ilə 

üst-üstə düşməyə bilər. 





Mündəricat

 

 

QISA XÜLASƏ 

 

İXTİSARLAR 



 

GİRİŞ VƏ METODOLOGİYA 

 

I. EMPİRİK TAPINTILAR  

1.1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar 

1.2. Rayon polis idarələrində (şöbələrində) fəaliyyət göstərən ictimai təhlükəsizlik bölməsinin 

yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qruplarının işindəki qüsurlar 

1.3. Rayon polis idarələrindəki (şöbələrindəki) müvəqqəti saxlama təcridxanalarının (MST) 

vəziyyəti 

1.4. Məhkəmələr 

1.5. İstintaq təcridxanaları 

1.6. Açıq və qapalı tipli xüsusi tədris müəssisələri 

 

II. MONİTORİNQİN AYRI-AYRI MÜƏSSİSƏLƏR ÜZRƏ NƏTİCƏLƏRİ 

2.0. Xüsusi tədris müəssisələrinin müqayisəli cədvəli 

2.1. Quba rayon Oğlanlar üçün qapalı tipli xüsusi texniki-peşə məktəbi 

2.2. Bakı şəhər Mərdəkan qəsəbəsi Oğlanlar üçün xüsusi internat məktəbi 

 

ÜMUMI ŞƏRAİT 

2.3. 3 saylı İstintaq Təcridxanası  

2.4. Tərbiyə müəssisəsi  

2.5. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün) 

2.6. Məhkəmə prosesləri: hakimlər, dövlət ittihamçıları  və  vəkillərin yetkinlik yaşına 

çatmayanlara dair cinayət işlərinin aparılmasında rolu və iştirak 

 

III. AZƏRBAYCANDA YUVENAL ƏDLİYYƏ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ 



ÜZRƏ TƏKLİF VƏ TÖVSİYYƏLƏR 

3.1. Ümumi məsələlər üzrə təkliflər 

3.2. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fəaliyyəti ilə əlaqədar təkliflər 

3.3. Uşaq inspektorlarının fəaliyyəti ilə əlaqədar təkliflər 

3.4. Müvəqqəti saxlama təcridxanalarının (MST) vəziyyətinə dair təkliflər 

3.5. Məhkəmə prosesləri və istintaq prosedurlarına dair təkliflər 

3.6. Xüsusi tədris müəssisələrinin fəaliyyəti ilə əlaqədar təkliflər 

 

 



ƏLAVƏ 1. XÜSUSİ TƏDRİS MÜƏSSİSƏLƏRİ 

 

ƏLAVƏ 2. 3 SAYLI İSTİNTAQ TƏCRİDXANASI 

 

ƏLAVƏ 3. TƏRBİYƏ MÜƏSSİSƏSİ 

 

ƏLAVƏ 4. 4 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ (qadınlar üçün) 

 

ƏLAVƏ 5. MƏHKƏMƏ PROSESLƏRİ 

 

BİBLİOQRAFİYA 



                                                



Qısa Xülasə

 

 

İnsan hüquqları bərabər şəkildə, insanların milli ləyaqətinə hörmətlə yanaşılaraq qəbul edilən və 

bütün şəxsləri əhatə edən əsas hüquqlardır. Bu hüquqlar hamılıqla qəbul olunan hüquqlardır və 

insan həyatının ayrılmaz tərkib hissəsi hesab olunur. İnsan hüquqları kişilərə, qadınlara, və 

uşaqlara eyni səviyyədə aiddir. Birləşmiş Millətlər Təşkilatının  İnsan Hüquqları  Bəyannaməsi 

uşaqların əsas insan hüquqlarını malik olması ilə yanaşı, eləcə də xüsusi qayğıya və yardıma olan 

hüquqlarını da təsbit edir. Bəyannamədə qeyd olunur ki, “uşaq, fiziki və  əqli cəhətdən yetkin 

olmadığına görə, xüsusi qayğıya və mühafizəyə ehtiyacı var”. Uşaqlar zəif olduqları üçün sırf 

onlara yönəlmiş və xüsusi müdafiəyə ehtiyacı olduqlarını təsdiqləyən hüquqlara malikdirlər. 

 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası (BMT-nin UHK) müxtəlif 



beynəlxalq sənədlərdə  bəyan edilmiş  uşaqlara aid insan hüquqlarını özündə  cəmləşdirir. 

Konvensiya uşaqların hüquqlarına dair yönəldici prinsipləri müəyyənləşdirməklə yanaşı, 

həmçinin uşaqlara aid və onların inkişafı naminə potensiallarının tam gerçəkləşdirilməsi üçün 

zəruri olan hüquqları da təsbit edir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin UHK-nı 

ratifikasiya edib. Bununla da, üzv dövlət kimi Konvensiyada təsbit edilmiş hüquqların tam 

icrasına xidmət edən mövcud qanunlara düzəlişlər etməyə  və ya yeni qanunlar qəbul etməyə 

öhdəlik götürüb. 

 

BMT-nin UHK cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxslərin xüsusi qayğıya və yardıma 



olan hüquqlara malik olduğunu diqqətə  çəkir. Uşaqlar qanunu pozduqları zaman, onların 

hüquqlarını tanıyan xüsusi ədalət mühakiməsi sisteminə  cəlb olunma hüququna malikdirlər

1



Uşaqların zəifliyi sadəcə cəza sanksiyalarının tətbiqini deyil, həm də onların islah edilməsinə və 



hüquqlarının bərpasına yönələn yanaşmanı tələb edir. 

 

Azərbaycan respublikası üzv dövlət kimi, Pekin Qaydaları adı ilə tanınan Yetkinlik yaşına 



çatmayanlar barəsində  ədalət məhkəməsinə dair Birləşmiş Millətlər Təşkilatının Minimal 

Standart Qaydalarına da qoşulub. Pekin Qaydaları cinayət törətmiş yetkinlik yaşına çatmayan 

çəxslərin islahı üzrə minimal standartları açıqlayır. O, yetkinlik yaşına çatmayanların işləri üzrə 

məhkəmə sistemini onlar üçün sosial ədalətin ayrılmaz tərkib hissəsi kimi müəyyən edir. Pekin 

Qaydaları yetkinlik yaşına çatmayanların rifahının yaxılaşmasına yardım məqsədi güdən 

konstruktiv sosial siyasətin onlar tərəfindən törədilən cinayətlərin və hüquq pozuntularının 

qarşısını alacağını  təsbit edir. Bu isə öz növbəsində, yuvenal ədliyyə sisteminin müdaxiləsini 

minimuma endirir. Uşaqlar qanunla ziddiyyətdə olduqda, yuvenal ədliyyə sistemi çərçivəsində 

zəruri mühafizəni təmin edən Pekin Qaydaları tətbiq olunur. 

 

Azərbaycan yuvenal ədliyyə sahəsində yeni təşəbbüslərə ehtiyac olacağını etiraf etdi və 



ümumilikdə öz ədalət mühakiməsi sistemini təkminləşdirməkdə ciddi cəhdlər etdi. 350 polis 

uşaq müfəttişi üçün UNICEF və Daxili İşlər Nazirliyi ilə birgə keçirilən təlim kursu kimi yeni 

proqramlar, və Penitensiar Xidmət və Yetkinlik yaşına çatmayanlar üçün İslah müəssisəsi 

tərəfindən azyaşlıların cəmiyyətə yenidən inteqrasiya edilməsi üçün hazirlanmasının 

gücləndirilməsi kimi yeni dəyişikliklərin həyata keçirilməsi çox güman ki, müsbət nəticə 

verəcək.   

 

Lakin bu hesabatın nəticələrinə  əsaslanaraq həll edilməli olan bəzi konkret məsələlərin ortaya 



çıxdığı görünür. Bu məsələlər Azərbaycan Respublikasına Pekin Qaydalarından irəli gələn 

öhdəliklərin yerinə yetirilməsində yardımçı olacaq. 

 

Yuvenal ədliyyə sisteminin iki ən vacib məqsədi – uşaqların rifahının yaxşılaşdırılmasına yardım 



və cinayətlərə  və digər hüquq pozuntularına dair qərarların çıxarılmasında proporsionallığın 

 

1



 Bax: BMT-nin UHK maddə 40. 

                                                

təmin edilməsidir

2

. Yetkinlik yaşına çatmayanların rifahının yaxşılaşdırılması  tədbirlərinin 



tətbiqi əksər hallarda onların cinayət mühakimə prosesindən kənarlaşdırılmasına gətirib çıxarır. 

Alternativ tədbirlərdən istifadə  və  qərarların qısa bir zaman ərzində  çıxarılması  uşaqlara dəyə 

biləcək ziyanı minimuma endirir. Mütənasiblik prinsipi cinayətin ciddiliyini və  hər bir uşağın 

şəxsi vəziyyətini nəzərə alaraq, işə düzgün reaksiya görtərilməsini tələb edir. 

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının “Azərbaycanda yuvenal ədliyyə sisteminin 



vəziyyəti” haqqında hesabatı  uşaqlar üçün qeyri-qənaətbəxş bir sistemin mövcudluğunu təsvir 

edir. Hesabat uşaqları müdafiə  və islah etmək  əvəzinə, mövcud sistemin yalnız onları 

cəzalandırmasını  və  təcridetmə müəssisələrinə yerləşdirməsini həyata keçirdiyini və bundan 

sonra, əksər hallarda, onlara nəzarət etmədiyini əks etdirən faktlar tapmışdır. Hesabatda lazımi 

resurslara malik olmayan sistem təsvir edilib və  uşaqların xüsusi ehtiyaclarının ödənilməsi ilə 

bağlı narahatlıq öz əksini tapıb. Hesabatda daha sonra, yetkinlik yaşına çatmayanların rifahının 

yaxşılaşdırılmasına yönələn milli sosial siyasətin hazırlanmasına ehtiyacın olduğu göstərilir. 

 

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların qanunla 



ziddiyyətdə və risk altında olan uşaqlara qayğının göstərilməsi sahəsində aparıcı qurum olması 

nəzərdə tutulur. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar çoxsaylı öhdəliklər 

götürüblər ki, bura, yetkinlik yaşına çatmayanların xüsusi təhsil müəssisələrinə yerləşdirilməsi 

və onlara nəzarət edilməsi, əfv komissiyasına müraciət edilməsi və uşaqlar tərəfindən törədilən 

hüquq pozuntularının profilaktikası  məqsədi ilə sosial siyasətin, onların rifahının 

yaxşılaşdırılmasına dair, təkmilləşdirilməsinə tövsiyələr verilməsi də daxildir. Təəssüf ki, 

hesabat yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların uşaqlara qarşı öz öhdəliklərini 

yerinə yetirmədiyini vurğulayır. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların 

səlahiyyətləri və yerlərdəki fəaliyyəti rayon icra hakimiyyətlərinin yanında fəaliyyət göstərən 

digər komissiyalar və qurumlarla üst-üstə düşür. Aydındır ki, yetkinlik yaşına çatmayanlarla iş 

üzrə komissiyalar vaxt və maliyyə  vəsaitinin ayrılması baxımından icra hakimiyyətlərinin 

fəaliyyətində prioritet istiqamət sayılmır. Hesabatın hazırlanması zamanı müsahibə götürülmüş 

uşaqlar komissiyalar və onların fəaliyyəti haqqında indiyədək heç bir şey eşitmədiklərini və heç 

bir məlumata malik olmadıqlarını bildirib. Bu isə həmin komissiyaların fəaliyyətsizliyinin əyani 

sübutudur. Bundan əlavə, monitorinq zamanı komissiyalar öz rayonlarında yaşayan, həbs 

olunmuş, məhkəmə prosesini gözləyən və ya məhkum edilmiş  uşaqların sayı barədə  hər hansı 

məlumat verə bilməyib. 

 

Hesabat həmçinin qeyd edir ki, digər dövlət qurumları da qanunla ziddiyətdə olan uşaqları 



prioritetləşdirmirlər. Hesabatda verilmiş nümunələrdə göstərilir ki, uşaq polis inspektorları, 

adətən, bu və ya digər səbəbə görə aşağı vəzifəyə keçirilmiş və ya yaxınlarda pensiyaya çıxacaq 

polis zabitlərindən formalaşır. Bu səbəbdən, onlara qarşı digər polis qurumlarının və 

ictimaiyyətin münasibəti fərqlidir və onlar “aşağı səviyyəli” qurum kimi qəbul edilir. Həmçinin 

qeyd etmək lazımdır ki, vəzifə öhdəliklərinə görə yetkinlik yaşına çatmayanların işləri ilə məşğul 

olmalı olduqlarına baxmayaraq, onların  əksəriyyəti diqqət və vaxtlarını daha çox uşaqlarla 

əlaqədar olmayan başqa işlərin icrasına yönəldirlər. 

 

Uşağın qanunla ilk dəfə ziddiyətə düşməsinə dair hesabatda verilmiş təsvir olduqca xoşagəlməz 



və narahatedicidir. Polis müvəqqəti saxlama təcridxanalarında uşaqlar üçün heç bir ayrıca 

saxlama kamerası yoxdur. Polis əməkdaşları, ümumilikdə, tutulmuş və ya həbs edilmiş yetkinlik 

yaşına çatmayanlarla davranma qaydaları barədə heç bir təlim almayıb. Uşaqlar öz hüquqlarını 

bilmir və hüquq və  vəzifələri barədə  məlumatladırılmır. Polis tərəfindən yetkinlik yaşına 

çatmayanları  və ya olnarın valideynlərini proses barədə  və ya onların hüquqları barədə 

məlumatlandırmaq üçün heç bir cəhdlər edilmir. Nəticədə, valideynlərə  və qanuni 

nümayəndələrə polis tərəfindən saxanılmış  və ya istintaq təcridxanalarına yerləşdirilmiş 

 

2



 Pekin Qaydaları, Maddə 5.1. 

uşaqlarla vaxtında və müntəzəm  şəkildə  əlaqə saxlamağa icazə verilmir və  uşaq hüquqları 

sistematik şəkildə pozulur. 

 

Bundan başqa, prokurorlar, vəkillər və hakimlər yetkinlik yaşına çatmayanların işlərinin 



araşdırımasına çox az maraq göstərir, prokurorlar və  vəkillər məhkəməyə vaxtında çıxmır. Bu 

cür ləngimələr nəticəsində  uşaqlar məhkəmə zalındakı  qəfəsdə  və ya məhkəmə zirzəmisində 

yeməksiz və susuz saxlanılırlar. Dövlət büdcəsi hesabına təyin olunmuş vəkillər yetkinlik yaşına 

çatmayanları öz iradəsi  əleyhinə müdafiə edirlər. Eləcə  də, yetkinlik yaşına çatmayanlar 

bildirirlər ki, dövlət tərəfindən təyin olunmuş vəkillər sadəcə ərizələri gözdən keçirir və onların 

müdafiəsini lazımi səviyyədə təşkil etmirlər. Hakimlər tərəflərə az məlumat verərək və ya heç bir 

xəbərdarlıq etmədən məhkəmə dinləmələrini dayandırır, təxirə salır və ya davam etdirir.  

 

Gərgin  şəraitdə keçən proses nəticəsində yetkinlik yaşına çatmayan təqsirləndirilən  şəxslər 



istintaq təcridxanasında orta hesabla altı ay yarım müddətə saxlanılır. Hesabat istintaq 

təcridxanasında saxlanıldığı müddət  ərzində  uşağa dəyə biləcək zərəri də açıqlayır. Yetkinlik 

yaşına çatmayanalar yetkinlik yaşına catmış  şəxslərdən ayrı saxlanılmır, valideynlərlə  və 

vəkillərlə görüşlərin keçirilməsi vaxtında təmin edilmir, uşaqların təhsili üçün heç bir şərait 

yoxdur və nizam-intizam tədbirlərinə cismani cəzalandırma və  təkadamlıq kameraya salınma 

daxildir. 

 

Tərbiyə Müəssisəsi təhsil və peşə  təlimi üzrə  uşaqlar üçün geniş imkanlar təmin edir. Burada 



cəza çəkən yetkinlik yaşına çatmayanlara yerli ali məktəblərə aparılan qəbul imtahanlarında 

iştirak etmək imkanı yaradılır. Buna baxmayaraq, müəssisə ümumilikdə  uşaq hüquqlarının 

müdafiəsini tam şəkildə  təmin edə bilmir. Müəssisənin ilk dəfə azadlıqdan məhrum etməyə 

məhkum olunmuş yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmasına baxmayaraq, burada 

həmçinin əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayanlar 

da saxlanılır. Müəssisədəki yetkinlik yaşına çatmayanlar arasında onların törətdikləri cinayətlərin 

ağırlığından asılı olaraq fərq qoyuımur, onlar bir-birindən təcrid edilmirlər və  ağır və xüsusilə 

ağır cinayətlərə görə məhkum edilmişlər, dəfələrlə cinayət törətmişlər də digərləri ilə eyni yerdə 

saxlanılır. Hesabatda həmçinin bildirilir ki, müəssisədə cəza çəkən uşaqlara yönəlmiş hər hansı 

bir dəstək proqramı mövcud deyil. Ən çox narahatlıq doğuran statistik məlumat isə, intizam 

tədbiri kimi uşaqların tez-tez təkadamlıq kameraya salınmasıdır. 2005-ci ildə 38 tənbeh tədbiri 

tətbiq edilib ki, bunun 22-si uşağın təkadamlıq kameraya salınmasıdır.  

 

Hesabatda narahatlıq doğuran digər məqam isə, uşaqların xüsusi tədris müəssisələrinə düzgün 



qayadada yerləşdirilməməsidir. Valideynlərin tələbi ilə  və ya yalnız iqtisadi çətinliyə görə heç 

bir hüquq pozuntusu törətməmiş  uşaqlar cinayət törətmiş  və davranışında problemlər olan 

uşaqlarla birlikdə bu tipli müəssisələrə yeləşdirilir. Bu müəssisələrdə müxtəlif ehtiyaclara malik 

olan uşaqların hamısına eyni rejim tətbiq olunur. Hesabatda həmçinin bildirilir ki, müəssisələrdə 

uşaqlara yönəlmiş  hər hansı bir dəstək proqramı mövcud deyil. İntizam tədrbirlərinə cismani 

cəzalandırma da daxildir. Uşaqların bu tipli müəssisələrə yerləşdirilməsi müntəzəm olaraq 

yoxlanılmır. “Müvəqqəti” yerləşdirmələr uzun müddət davam edərək bir çox hallarda iki ilə 

qədər davam edir. 

 

Hesabada, həmçinin cinayətlərdə təqsirli bilinmiş və məhkum edilmiş qız uşaqlarının islahı üçün 



imkanların məhdudluğu da açıqlanır. Yetkinlik yaşına çatmayanlarla işin qurulmasına məsul olan 

üç əsas müəssisə –tərbiyə müəssisəsi və iki xüsusi tədris müəssisəsi – yalnız öğlan uşaqları üçün 

nəzərdə tutulub. Cinayətdə  təqsirli bilinmiş  qız uşaqları isə qadınlar üçün nəzərdə tutulmuş 

cəzaçəkmə müəssisəsinə göndərilir. Qadınlar üçün cəzaçəkmə müəssisəsində isə  məhkum 

edilmiş  qız uşaqları, törətdikləri cinayətlərin ağırlığına görə bir-birindən təcrid edilməmiş 

şəraitdə  cəza çəkən böyüklərlə birgə saxlanılır və  əvvəl təsvir edilmiş müəssisələrdən fərqli 

olaraq, bu müəssisədə xalçaçılıq və dərzilik sahələrində peşə təlimindən başqa qız uşaqlarına heç 

bir təhsil imkanları yaradılmır. 



Son iki il ərzində Daxili İşlər və Ədliyyə Nazirlikləri sistemi yaxşılaşdırmaq istiqamətində fəal 

rol oynamış və yuvenal ədliyyə sisteminin monitorinq edilməsi üçün əməkdaşlıq etmişdilər. Belə 

əməkdaşlıq bu hesabatın tərtib edilməsində  zəruri idi, və  hər iki nazirliyin hesabatı  nəzərdən 

keçirərək, ona dair fikirlərini ifadə etmək hazırlığı algışlanır. Ümüd edilir ki, bu lazımlı və vacib 

olan  əməkdaşlıq davam etdiriləcək, çünki bütün tərəflər yuvenal ədliyyə sisteminə müsbət 

dəyişikliklərin edilməsi nöqtei nəzərindən çıxış edir. 

 

Ümumilikdə, Azərbaycanda yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsi sistemi 



uşaqların müdafiəsini və onların hüquqlarının qorunmasını  təmin etmək üçün ciddi şəkildə 

təkminləşdirilməlidir.  İki  əsas məqsəd – uşaqların rifahının yaxşılaşdırılmasına yardım və 

törədilən cinayətlərə görə verilən cəzalar arasında mütənasiblik təmin edilmir. Yetkinlik yaşına 

çatmayanlara dair ədalət mühakiməsi sistemində çalışanların uşaqlara daha böyük diqqət 

yetirməsi zəruridir. Bir şəxsiyyət kimi yetişməsi, eləcə də cəmiyyətdə öz potensialını tam ikişaf 

etdirməsi üçün hər bir uşaq qanunla nəzərdə tutulumuş və uşaqların ehtiyacı olduğu xüsusi qayğı 

ilə təmin edilməlidir. 

 

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 

   1 

Oktyabr 

2007 




İxtisarlar

 

 

AR – Azərbaycan Respublikası 

ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 

BMT-nin Komitəsi – BMT-nin Uşaq Hüquqları üzrə Komitəsi 

BMT-nin UHK – BMT-nin Uşaq Hüquqları Konvensiyası 

CİM – Cəzaların İcrası Məcəlləsi  

CM – Cinayət Məcəlləsi 

CPM – Cinayət-Prosessual Məcəllə 

Dövlət Komitəsi – Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi 

Ər-Riyad təlimatları – Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın aradan 

qaldırılmasına dair BMT-nin Aparıcı Təlimatları 



Havana qaydaları – BMT-nin Azadlıqdan məhrum edilmiş yeniyetmələrin Müdafiəsi Qaydaları 

İcra Hakimiyyəti – inzibati rayonun fəaliyyətini təmin edən qurum 

İstintaq Təcridxanası – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan məhkəməyə 

qədər təcridetmə müəssisəsi 



QHT Alyansı – Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 

MST – polis idarələri (şöbələrinin) müvəqqəti saxlama təcridxanaları 

Nümunəvi Əsasnamə – Xüsusi açıq və qapalı tədris müəssisələrinin fəaliyyətinə dair Nümunəvi 

əsasnamə 



Pekin Qaydaları – Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin icrasına dair 

BMT-nin Minimal Standart Qaydaları 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə