Gender Bərabərliyi və Qadın Təşəbbüsləri Açıq Cəmiyyət İnstitutu


Qanunvericilikdə, siyasətdə  və başqa proqramlarda gender problematikasının nəzərə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/5
tarix22.07.2017
ölçüsü0,54 Mb.
1   2   3   4   5

Qanunvericilikdə, siyasətdə  və başqa proqramlarda gender problematikasının nəzərə 

alınması    

  

Milli mexanizmlər və bununla əlaqəli prosedurlar, qanunvericiliyə yenidən baxılması  və 



dövlət proqramlarında və dövlət siyasətində gender problematikası, cinsi mənsubiyyət üzrə 

bərabərliyin təmin edilməsi məsələlərinin həll edilməsinə dair bir sıra tədbirlərdə müzakirə 

edilmişdir.  

 



   Hindistanda  milli  siyasətin qadınların hüquqlarının reallaşmasına çağıran layihə  tərtib 

edilmişdir. Burada cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin ləğvinə yönəldilmiş hüquqi, 

institusional və proqram tədbirlər göstərilmişdir. Layihədə  həmçinin qadınların 

şikayətlərinə baxmaq üçün səlahiyyətlindirilmiş milli komissiyanın yaradılması 

nəzərdə tutulmuşdur; 

 



   Rusiya  Federasiyasında Dövlət Duması  və Federasiya Şurası gender mənsubiyyətinə 

görə ayrı-seçkiliyə qarşı qanunvericiliyin hazırlanması üzrə  əsas prinsiplər və 

strategiyanı qəbul etmişlər.  

 



   Portuqaliyada  qanunvericiliyin gender baxımından nəzərdən keçirilməsi üçün 

parlament komissiyası yaradılmışdır. 



40 

 



 

   Belizdə bərbərliyin və ədalətliliyin əldə olunması üzrə strateji plan hazırlanmışdır. Bu 

planın məqsədi hər iki cinsin maraqlarının və  tələblərinin nəzərə alınması  şərti ilə 

dövlət siyasətinə və dövlət proqramlarına gender yanaşmasının daxil edilməsi idi.  

 

    Kolumbiyanın Milli Planlaşdırma Departamentində cinslərin bərabərliyi sahəsində 



fəaliyyət göstərən daimi məsləhət qrupu yaradılmışdır. Bu orqan milli siyasətin  əsas 

istiqamətlərində gender problematikasının nəzərə alınması  məqsədilə geniş 

səlahiyyətlərlə təmin edilmişdir. 

 

Monitorinq və hesabat mexanizmləri  



 

Milli mexanizm və prosedurlar Pekin Fəaliyyət Platformasının maddələrinin 

reallaşmasının monitorinqində  və hesabatlılıq mexanizminin yaradılmasında  əsas rol oynayır. 

Onlar dövlət tədbirlərinin analizi və bu tədbirlərin nəticələrinin həyata keçirilməsi kimi çox çətin 

bir işi həll edirlər 

 



Belarusiya Respublikasında kişilər və qadınların bərabərliyinin təmin edilməsi 

haqqında Milli plan üzrə hesabatlar hazırlanaraq Sosial Müdafiə Nazirliyinə  və 

Nazirlər Sovetinə göndərilir. Hər iki ildən bir adıçəkilən iş barəsində hesabat ölkə 

Prezidentinə göndərilir.  

 

Finlandiyadakı milli mexanizmlər və prosedurlar planlı hesabat və hər bir nazirlikdə 



fəaliyyət göstərən iş üzrə sistemin koordinasiya edilməsini təmin etmişlər. 

 



Amerika Birləşmiş  Ştatlarında milli mexanizm və prosedurlar hökumət agentlikləri 

tərəfindən Pekin Fəaliyyət Platformasının həyata keçirilməsi haqqında illik 

hesabatların tərtib edilməsi üçün istifadə olunur.  

 



Ruandada milli mexanizmlərin təmsilçilərinin, Birləşmiş Millətlər Təşkilatının, 

ikitərəfli agentliklərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin daxil 

olduğu komitə, fəaliyyət platformasının maddələrinin monitorinqini həyata keçirir. 

 



İordaniyada milli mexanizmin tərkibinə yüksək rütbəli dövlət məmurları və vətəndaş 

cəmiyyətinin təmsilçiləri daxildir  və onun işində iştirak edən hər bir orqan mütamadi 

olaraq görülən işlər barəsində hesabat verir. 

 

Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq  

Qeyri-hökumət təşkilatları ilə müttəfiq münasibətlər milli mexanizmlərin və 

prosedurların legitim və möhkəm olmalarının təmin edilməsində əsas rollardan birini oynayır və 

qadınların sosial həyatlarının dəyişilməsinə gətirib çıxara bilər. Pekin konferensiyası yeni qeyri-


41 

 

hökumət təşkilatlarının yaradılmasına səbəb oldu, onların isə əsas vəzifələrindən biri qadınların 



problemlərinin həlli yollarının tapılmasıdır. 

 



Bruney-Darussalamda qadınlar  şurası  çətir tipli təşkilatlardandır və  həmin quruma 

tərkibində 2000 nəfər qadından çox üzvü olan qeyri-hökumət təşkilatları daxildir. 

Həmin  şura milli mexanizm və başqa dövlət orqanları ilə birgə  əməkdaşlıq edərək 

QİÇS-lə mübarizə fondu və sosial məsələlər üzrə komitənin yaradılmasında iştirak 

etmişdir.  

 



Türkiyədə milli mexanizm və prosedurlar səhiyyə, təhsil, məşğulluq və hüquq 

məsələri üzrə qeyri-hökumət komissiyaların yaradılmasına cəlb edilmişlər. Burada 

əsas məqsəd fəaliyyət Platformasının həyata keçirilməsinin sonrakı  mərhələlərində 

yardım göstərilməsi üçün addımlar atılmasıdır.  

 

Nigeriyada son zamanlar, tərkibində 3000 nəfərdən çox üzvü olan qadın qeyri-



hökumət təşkilatlarının assosiasiyası yaradılmışdır və həmin qurum milli mexanizmlə 

əməkdaşlığa başlamışdır.  

 

Eritredə milli mexanizmin tərkibinə 200 000 nəfərdən çox üzvə malik olan qeyri-



hökumət təşkilatlarının  şəbəkəsi daxildir. Bu təşkilatın mərkəzi komitəsinin üzvləri 

yüksək rütbəli hökumət məmurları  və ya parlament deputatlarıdır. Onlar milli 

mexanizmin rolunun və dövlət prosedurlarının rolunun gücləndirilməsinə yardım 

edirlər. 



Gender bərabərliyi üzrə milli mexanizmlərin effektivliyinin artırılması üçün tövsiyələr 

Siyasi fəaliyyət sahəsində 

 

1.

 



Dövlət nəzarəti mexanizmlərinin inkişaf etdirilməsi vacibdir, çünki onlar ayrı-

seçkiliyə yol verilməməsi üçün lazımi  şərait yaradılmasında yardımçı ola bilərlər. 

Məsələn, cinsi mənsubiyyətə görə ayrı-seçkilik faktları barəsində xəbərdarlıq edilməsi 

və bu faktların aradan qaldırılması üçün tədbirlər monitorinqinin hazırlanması; 

2.

 

Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ayrı-seçkiliyin bütün 



növlərinin ləğv edilməsi üzrə komissiyanın yaradılması  təklifi ilə  çıxış etməsi çox 

proqressiv ola bilərdi. Bu komissiyanın fəaliyyəti cinsi mənsubiyyətə görə ayrı-

seçkilik halları ilə bağlı  vəziyyətlərə praktiki cəhətdən baxılmasına yönəlməlidir. 

Onların işi,  ən yaxşı beynəlxalq təcrübələrə  əsaslanaraq, hər bir cəhətdən 

Konvensiyanın tələblərinə cavab verməlidir; 


42 

 

3.



 

Gender siyasətinin həyata keçirilməsinin monitorinqinin nazirliklər, Ailə, Qadın və 

Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  vətəndaş  cəmiyyətinin nümayəndələri 

tərəfindən keçirilməsinin tətbiq edilməsi; 

4.

 

Azərbaycan, MİM-ə qoşularaq, öz üzərinə müəyyən öhdəliklər götürməlidir. Məsələn, 



2015-ci ilə qədər yüksək hakimiyyət orqanlarında gender mütənasibliyinin bu və ya 

digər cinsə aid insanların 30% - 70% nisbətində olmasının təmin edilməsi; 

5.

 

QHT-nın cəlb edilməsi ilə ayrı-seçkilik təcrübəsinin daimi monitorinqinin 



keçirilməsi. Müxtəlif sahələrdə,  əsasən  əmək və  məşğulluq sahələrində qadın 

hüquqlarının pozulması halları haqqında xəbərdarlıq edilməsi məqsədilə informasiya 

kampaniyalarının keçirilməsi;  

6.

 



Məşğulluq sahəsində əldə olunmuş irəliləyişin monitorinqini və könüllü yoxlamaları 

mükafatlandırmalı;  

7.

 

Ayrı-seçkiliyə qarşı qabaqcıl təcrübə sertifikatının tətbiq və müəyyən olunması, onun 



tətbiq edilməsinə görə mükafatlandırma; 

8.

 



 İş yerlərində gender bərabərliyi məsələləri üzrə  məsləhətləşmə  və  təhsil sisteminin 

inkişaf etdirilməsi;  

9.

 

İş yerlərində seksual qısnamalara yol verilməməsi prinsipinin həyata keçirilməsinə 



nəzarətin effektiv mexanizmlərinin yaradılması, məsələn, qadın hüquqlarının 

məhkəmə və qeyri-məhkəmə üsullarla müdafiə olunması; 

10.

 

Kiçik biznesin inkişafında dəstək almış insanların arasında qadınlara düşən payın 



izlənilməsi üçün müvafiq nazirliklərə tövsiyələrin verilməsi;  

11.


 

 Banklardan kredit almış insanların arasında qadınlara düşən payın izlənilməsi üçün 

müvafiq nazirliklərə tövsiyələrin verilməsi; 

12.


 

 Cinci  mənsubiyyətə görə ayrı-seçkiliyə  məruz qalmış qadınların məhkəmə iddia 

ərizələrinin hesabatının aparılması üzrə müvafiq nazirliklərə tövsiyələr vermək; 

13.


 

 İş yerlərində gender bərabərliyinin bərqərar olmasına görə mükafatlandırılma 

məsələləri üzrə konsultasiyalar və  məşğələlərin keçirilməsi barədə müvafiq 

nazirliklərə tövsiyələr vermək; 

14.

 

 Vətəndaş  cəmiyyətinin vasitəsilə, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə  məruz 



qalmış qadınlara məhkəmə - müdafiə məsələlərində yardım göstərilməsi; 

15.


 

  Hökumət və  vətəndaş  cəmiyyətinin institutları  səviyyəsində koordinasiya və 

əməkdaşlıq, Azərbaycanda gender büdcələşməsinin yayılmasını stimullaşdıra bilərdi. 

Bu zaman, bütün işlərin  əsası kimi müxtəlif sahələrdə gender problemlərinin 

öyrənilməsi götürülməlidir, burada isə ictimai və elmi təşkilatlardan ekspertlərin cəlb 

edilməsi vacibdir



43 

 

16.



 

Gender bərabərliyi mədəniyyətinin formalaşması;  

17.

 

Geniş yayılmış gender xurafatları  və stereotipləri ilə mübarizə aparılması labüddür. 



Məsələn, məşğulluq sahəsində seqreqasiyaya səbəb olan təhsil və peşəkar hazırlıq 

sahələrində;  

18.

 

Karyera artımında ayrı-seçkiliyin aradan qaldırılması üçün iş vaxtı rejiminə  və ailə 



tələblərinə cavab verən əmək mədəniyyətinin formalaşdırılması;  

19.


 

Gender bərabərliyi üzrə  əsas rol oynayan müxtəlif tərəflərin  əməkdaşlığının 

yaradılması və mobilizasiyasına ümumi yanaşma; 

20.


 

İnkişaf siyasətinə, sahələr üzrə proqramlara və milli proqramlara gender 

yanaşmasının tətbiq edilməsi; 

21.


 

Gender bərabərliyi üzrə məsələlərin yüksək siyasi səviyyəyə qaldırılması üçün yüksək 

səviyyəli iştirak və effektiv təbliğat; 

22.


 

Gender bərabərliyi vəzifələri və milli məqsədlərin müəyyən olunması prosesində 

cəmiyyətin bütün təbəqələrinin iştirakı üçün imkan yaratmaq;  

23.


 

Gender-disaqreqasiya statistik məlumatların və gender tədqiqatlarının nəticələrinin 

istifadə edilməsi vacibdir; 

24.


 

Kişilər və qadınların hazırlıq və müzakirə  mərhələrində  bərabər iştirakın təmin 

edilməsi üçün iştirak mexanizmi hazırlanmalıdır; 

25.


 

Strategiyanın uğurlu olmasının ölçülməsi üçün indikatorlar dünyada mövcud olan 

beynəlxalq, milli öhdəlik və indikatorlarla uzlaşdırılmalıdır;  

26.


 

Gender məsələləri üzrə biliklərin texniki konsultasiya və ekspertizaların təqdim 

edilməsi  yolu ilə başqa sahələrdə yayılması. 

 

Siyasi fəaliyyət sahəsi regionlar səviyyəsində  

 

1.

 



Gender bərabərliyi üzrə milli mexanizmin regional strukturlarının inkişafına yardım 

etmək;  


2.

 

Qadın hüquqlarının müdafiəsi ilə  məşğul olan regional hakimiyyət orqanları, 



ekspertlər və QHT-ları arasında əməkdaşlığın yaxşılaşdırılması;  

3.

 



Regional normativ aktların gender ekspertizasının presedentinin hazırlanması;  

4.

 



Büdcənin gender ekspertizasının presedentinin yaradılması (ailə, qadın və  uşaq 

problemləri üçün regional büdcədən ayırılan payın ekspert tərəfindən müəyyən 

olunması); 


44 

 

5.



 

Yerli hakimiyyət orqanlarının fəaliyyətinə qadınların inteqrasiyası da daxil olmaqla, 

qadın hüquqlarının müdafiəsi üzrə regionlarda fəaliyyət göstərən inzibati struktur, 

proqram və mexanizmlər monitorinqinə yardım etmək;  

6.

 

Regional gender statistikasının toplanmasına yardım etmək;  



7.

 

Regionlarda fəaliyyət göstərən qadın QHT-ların aktiv iştirakçılarına informasiya və 



vəsait üzrə yardım göstərilməsi. 

 

Gender bərabərliyi üzrə milli mexanizmin effektivliyi sahəsində 



 

1.

 



Milli mexanizmin fəaliyyətinə formal yanaşmanın dəf edilməsi;  

2.

 



Gender biliklərinə malik mütəxəssislərin baza biliklərinin və bacarıqlarının 

təkmilləşdirilməsi yolu ilə milli mexanizmin potensialının artırılması  və inkişaf 

etdirilməsi; 

3.

 



Gender qeyri-bərabərlik probleminin real miqyası  və onun barəsində ictimaiyyətdə 

olan fikir arasında böyük fərqin mövcudluğunun dövlət məmurları  tərəfindən başa 

düşülməsinə təsir göstərmək;  

4.

 



Dövlət məmurlarının hazırılıq proqramlarına gender ölçü anlayışının daxil edilməsi, bu 

isə öz növbəsində kişilər və qadınlar üçün bərabər imkanlar kontekstində siyasi, sosial 

və iqtisadi inkişafın daha dolğun şəkildə başa düşülməsinə gətirib çıxaracaqdır; 

5.

 



Gender proqramlarının həyata keçirilməsi üzrə donor ölkələrin və QHT-larının 

vəsaitlərinin büdcə vəsaitlərilə əvəz olunması oriyentir rolunu oynamalıdır;  

 

Qanunvericilik və hüquq sahəsində 

 

Sözsüz ki, Azərbaycanın keçmiş SSRİ  məkanında milli qanunvericiliyin gender 

ekspertizasını sistemli şəkildə  həyata keçirən ilk ölkələrdən biri olması pozitiv haldır. Bundan 

asılı olmayaraq, Ədliyyə Nazirliyi qüvvədə olan qanunların və hüquqi normativ sənədlərin 

gender-hüquqi ekspertizasını daimi əsasda həyata keçirməlidir.  

1.

 



Obyektiv  şəraitin nəzərə alınması ilə milli hüququn təkmilləşdirilməsi, pozitiv ayrı-

seçkilik mexanizminin əsas vektorunun, bərabər rəqabətə davamlı mexanizmlərə 

keçirilməsi: işin, karyeranın, peşəkar hazırlığın, iqtisadi aktivliyin yeni formalarının, 

sosial sığorta proqramlarının və başqa gender ayrı-seçkiliyinin ləğvinə yönəldilmiş 

vəsaitlərin hamı üçün əlçatan oması; 

2.

 



Gender Bərabərliyi Haqqında Qanuna “birbaşa, dolayı faktiki ayrı-seçkilik” 

anlayışlarının  əlavə edilməsi vacibdir. Qanunda dolayı ayrı-seçkilik anlayışına 



45 

 

toxunulmur, baxmayaraq ki, dolayı ayrı-seçkiliyə qadağa qoyulması Qadınlara Qarşı 



Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında BMT Komitəsi və 

Avropa  Şurası Nazirlər Komitəsinin direktivlərində  nəzərdə tutulur. Bu əmək 

hüququna cinsi mənsubiyyətə görə  ayrı-seçkilik  qərəzinin olmamasının sübuta 

yetirilməsi yükü anlayışının daxil edilməsinə şərait yaradacaqdır; 

3.

 

  Gender Bərabərliyi Haqqında Qanuna daşınan və daşınmaz əmlaka, torpaq sahəsinə, 



maliyyə aktivlərinə və kreditlərə bərabər hüququn olması barədə əlavələr edilməlidir. 

Bu Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi haqqında 

BMT Komitəsinin tövsiyə etdiyi kimi, qadınların mülkiyyət, biznes və maliyyə 

kreditlərinin yeganə sahibləri kimi tanınmaları, eləcə də kredit istiqaməti üzrə istiqrazçı 

rolunda çıxış etmələri və mülkiyyətin idarə olunmasında tam hüquqlu iştirak etmələrinə 

şərait yaradacaqdır; 

4.

 

Gender Bərabərliyi Haqqında Qanuna dövlət hakimiyyət orqanlarının kişilər və 



qadınlar üçün bərabər imkanlar yaradılması (gender bərabərliyi) üzrə öhdəliklərinin 

əlavə edilməsi vacibdir. Məsələn, dövlət hakimiyyət orqanları öz səlahiyyət 

çərçivələrində borcludurlar: 

 

Dövlət aparatı kadrlarının hazırlanması sistemindən istifadə etməklə, bütün dövlət 



qulluğu orqanlarının qulluqçularının gender maarifləndirilməsini həyata keçirmək; 

 

Həqiqi bərabər hüquqluluğun həyata keçirilməsinə mane olan səbəb və  şəraitlərin 



aradan qaldırılması da daxil olmaqla, normativ sənədlərin qəbul edilməsi, 

prosedurların yaradılması  və başqa konkret tədbirlərin həyata keçirilməsi yolu ilə 

kişilər və qadınların bərabər imkankarının yaradılmasına yardım etmək; 

 

Gender bərabərliyi siyasətinin nəzarət edilməsində ictimai təşkilatlarla gender 



bərabərliyi üzrə dövlət nəzarət orqanlarının  birgə əməkdaşlıqlarına şərait yaratmaq. 

Kişilər və qadınların bərabər imkan və hüquqa malik olmaları haqqında 

qanunvericiliyin düzgün yerinə yetirilməsinə nəzarət edən orqanlar, öz fəaliyyətlərində 

gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi ilə  məşğul olan ictimai 

təşkilatlarla birgə çalışmalıdırlar. 

5.

 



Gender Bərabərliyi Haqqında Qanuna və  Əmək Məcəlləsinə “bərabər dəyərləndirilən 

işə görə bərabər əmək haqqlarının ödənilməsi” anlayışının daxil edilməsi vacibdir.  

6.

 

İqtisadiyyatın xüsusi sahələrində  bərabər dəyərləndirilən işə görə  bərabər  əmək 



haqqlarının ödənilməsi prinsipinin tətbiq edilməsinə yardım edən hüquqi tədbirlərin 

hazırlanması;  

7.

 

İşə götürən orqanın ailə vəzifələri ilə məşğul olan insanları işlə təmin etdiklərinə görə 



(o cümlədən natamam iş saatı  və ya evdə  işləmək  şərtlərilə) onların maraqlarının 

46 

 

artırılmasına yönəldilmiş iqtisadi stimullar və güzəştləri nəzərdə tutan qanunverici 



aktların hazırlanması;  

8.

 



 Hüquqi aktlara ödənilən və ödənilməyən  əmək anlayışının  əlavə edilməsinin 

mümkünlüyünü nəzərdən keçirmək, çünki əmək sahəsində  bərabər imkanlara nail 

olmağın  əsas manelərindən biri də ödənilən  əməklə ödənilməyən ailə, ev işləri 

anlayışıdır;  

9.

 

Gender Bərabərliyi Haqqında Qanun gender bərabərliyinin bərqərar edilməsinə mane 



olan sosial və mədəni modellərin dəyişdirilməsinin labüdlüyünü əks etdirmir. Qanuna 

Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında 

BMT Komitəsinin 5-ci maddəsində nəzərdə tutulan, kişilər və qadınların davranışının 

mədəni və sosial modellərinin dəyişdirilməsi haqqında (“kişilər və qadınlarının 

stereotipləşməsinə və hansısa bir cinsin o birinə nisbətən zəifliyinə və ya üstünlüyünə 

dayaqlanan adət-ənələrin və xurafatların ləğvinə nail olmaq məqsədilə”) müddəanı 

əlavə etməyə ehtiyac var. “Ailə  tərbiyəsi elə qurulmalıdır ki, analıq anlayışı, sosial 

funksiya kimi düzgün başa düşülsün, kişilər və qadınların övladlarının düzgün 

tərbiyələndirilməsində ümumi məsuliyyətləri etiraf edilsin.” 

 

Əmək və məşğulluq sahəsində 



 

1.

 



Mümkün qədər yüksək və stabil məşğulluq səhəsinə nail olmaq və həmin səviyyədə 

saxlamaq dövlətin əsas vəzifələrindən və öhdəliklərindən biri olmalıdır.  

2.

 

Əmək müqavilələrinin bağlanması zamanı kişilər və qadınlar üçün bərabər imkanlar 



yaradılmalıdır; 

3.

 



Vakant yerlərinin bərabər səviyyədə əlçatan olmasını təmin etmək; 

4.

 



İxtisasın artırılması,  əlavə  təhsil alınması, işdə irəliləmə  məsələlərində  bərabər 

imkanların yaradılması; 

5.

 

Həm kişilər, həm də qadınların həyat və sağlamlığını  təmin edən təhlükəsiz iş 



şəraitlərinin yaradılması; 

6.

 



Əmək bazarında gənc qadınların, uşaqlı qadınların və pensiya yaşlarına az qalmış 

qadınların rəqabət gücünü artırmaq; 

7.

 

Hər iki cinsdən olan və ailə  vəzifələrilə  məşğul olan zəhmətkeşlər üçün məşğulluq 



sahəsində bərabər imkanlar və bərabər münasibətin təmin edilməsi; 

8.

 



Xüsusi tələblərə malik qruplar: pensiya yaşına az qalmış  və  məhdud  əmək 

qabiliyyətinə malik insanlar, əlil uşaqların valideynləri, tənha və çoxuşaqlı analar, 



47 

 

təhsil müəssisəsini yenicə bitirmiş  qızların işlə  təmin edilməsi üzrə proqramların 



hazırlanması; 

9.

 



İdarəedici və iqtisadi qərarların qəbul edilmə sahəsində qadınların az miqdarda təmsil 

olunmalarını nəzərə almaqla, qadınların karyera yüksəlişlərinə yardım edən fəaliyyət 

proqramlarının təklif edilməsi;  

10.


 

Bərəbər dəyərə malik əməyə görə  bərabər  əmək haqqlarının ödənilməsi prinsipinin 

həyata keçirilməsi üçün addımlar atılması, əsasən kişilərin və ya qadınların çalışdıqları 

sahələrdə əmək haqqları arasındakı fərqin yox edilməsi;  

11.

 

Sosial müttəfiqlərlə  əməkdaşlıq sayəsində  və konkret tədbirlərin köməyilə  əmək 



haqqlarının ödənilməsində gender fərqinin aradan qaldırılması üçün fəaliyyət planının 

hazırlanması; 

12.

 

İş verən orqanların mükafatlandırılmasına yönəldilmiş hökumət fəaliyyətinin 



gücləndirilməsi, bərabər  əmək haqqlarının ödənilməsi haqqında könüllü baxış 

keçirilməsi; 

13.

 

Gender stereotiplərinin və gender yerdəyişmələrinin iqtisadi siyasətə  təsirinin 



azaldılması; 

14.


 

 İqtisadi stimullaşdırma sisteminin vasitəsilə iqtisadi vəsaitlərə qadınların hüququnun 

genişləndirilməsi;  

15.


 

Qadınların kiçik biznes və ailə biznesində iştirakına nəzarət və yardım edən sistemin 

inkişafını gücləndirmək; vergilər, kredit və adıçəkilən sahələrin sığortalanması üzrə 

güzəştlərin təqdim edilməsi də daxil olmaqla;  

16.

 

Qadınların peşəkar və ailə funksiyalarını uzlaşdırmaları üçün dəstək proqramlarının 



inkişaf etdirilməsi; 

17.


 

Qadınlara peşə öyrətmə sisteminin yaradılmasına yardım etmək və qadınlara peşəkar 

şəbəkələrin vasitəsilə dəstək olmaq;  

18.


 

Öz  şəxsi bizneslərini yaratmaq istəyən qadınların məsləhət və peşəkar oriyentasiya 

sistemlərinin genişləndirilməsi və qadınların biznes-planlarının praktiki 

gerçəkləşdirilməsinə yardımçı olmaq; 

19.

 

Qadınların ixtisaslarını təkmilləşdirmək üçün yüksək imkanların yaradılması; 



20.

 

Peşəkar təhsilalma və əlavə təhsilalma sisteminin möhkəmləndirilməsi;   



21.

 

Peşəkar adaptasiya, əmək fəaliyyətlərində fasilələri olmuş qadınların ixtisasının 



artırılması üçün şəraitin yaradılması;  

22.


 

Təhsildə pozitiv fəaliyyət sisteminin möhkəmləndirilməsi və qadınların ixtisaslarının 

təkmilləşdirilməsi; 


48 

 

23.



 

Kənd yerlərində yaşayan və  məcburi köçkün qadınlar daha çox diqqət tələb edirlər, 

onlar üçün xüsusi təkmilləşdirmə kursları və iş qurmaq üçün məşğələlərin keçirilməsi. 

 

Təhsil və gender siyasətinin tədqiqatları sahəsində 

1.

 

Ali məktəb müəllimlərinə, gender bərabərliyi və qadın hüquqları sahəsində ekspert 



işini yerinə yetirən tədqiqatçılara  informasiya və vəsait dəstəyinin verilməsi; 

2.

 



Əsas diqqəti gənc fəalların və mütəxəssislərin cəlb edilməsinə yönəltmək, onların 

siyasi sənədlər tərtib etməyi öyrənmələrinə  və onu hakimiyyət orqanlarına təqdim 

etmələrinə yardım etmək lazımdır; 

3.

 



Gender siyasəti sahəsində tədqiqat layihələri üzrə şəbəkə yaratmaq vacibdir; 

4.

 



Rəsmi və qeyri-hökumət gender tədqiqatlarını özündə toplayan yeganə  məlumatlar 

bazasının yaradılması; 

5.

 

Peşəkar fəaliyyətlərində, ailədə  və  şəxsi həyatda hər növ ayrı-seçkiliyi inkar edən, 



qadınlar və kişilər arasında münasibətlər mədəniyyətinin formalaşdırılması 

məqsədilə,  əhalinin müxtəlif qrupları üçün gender təhsili proqramları  tətbiq 

edilməlidir. 

KİV və KİT sahəsində 

QHT-ları ilə birgə “kommunikasiya sahəsində qadının rolu” adlı  tədqiqat qrupu 

yaradılmalıdır. Həmin qrup aşağıdakı analizi təmin etməlidir:  

1.

 



Kommunikasiya, mətbuat, televiziya və radio sahələrində qadınların təmsilolunma 

səviyyələrinin analizi. Burada əsas diqqət reklam, institusional, siyasi və biznes 

sahələrindəki kommunikasiyalara, funksiya və  vəzifələrin müəyyən olunmasına 

yönəlməlidir;  

2.

 

Qadınların kütləvi informasiya vasitələrində  təbliğ olunması. Qadınların kütləvi 



informasiya vasitələrində  təbliğ edilməsi tədqiqatının keçirilməsi üçün dərslik tərtib 

etmək lazımdır. Bu dərslikdə qadınların fəaliyyətinin dəyərli  şəkildə təbliğ edilməsi 

və qadının müsbət obrazının yaradılmasına yardım edən  əsas prinsiplər özünə yer 

tapmalıdır. 



  

 

 



 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə