Fövqəladə hadisə



Yüklə 4,2 Mb.
tarix07.03.2020
ölçüsü4,2 Mb.

Qrup:1319a

Fənn: Mülki müdafiə

Mövzu: Fövqəladə hadisələrin təsnifatı

Tələbə: Abbasov Elşən

Müəllim: Rüstəmov Ruslan

Fövqəladə hadisə

–-–-–-–- insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan



vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına

səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər

nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.

Miqyasına görə fövqəladə halların təsnifatı

Lokal (qismi)

Obyekt miqyaslı (səciyyəli)

Yerli

hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır

hadisələr sənaye obyektində, bina və ya qurğu

hüdudlarında məhdudlaşır

hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı

müəssisəsinin ərazisində özünü göstərir



Miqyasına görə fövqəladə halların təsnifatı

Regional

Milli

Qlobal

fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını,

bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir.

miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin

dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.

hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin ərazilərinə də yayılır.



Fövqəladə hadisələrin baş vermə sahələrinə görə təsnifatı

Təbii xarakterli fövqəladə hallar

Texnogen xarakterli fövqəladə hallar

Ekoloji xarakterli fövqəladə hallar

Sosial-siyasi və hərbi siyasi xarakterli hallar

Təbii xarakterli fövqəladə vəziyyətlər

Təbii fəlakətlərinsan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir.

Davametmə müddətinə görə iki cür olur

qəflətən baş verənlər

uzunmüddətli davam edənlər

zəlzələlər, qasırğalar, tornadolar

epidemiyalar, daşqınlar, epizootiyalar və s

Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar:

təbii amillərlə bağlı olanlar

antropogen amillərlə bağlı olanlar

Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi , yerdaxili enerjinin üzə çıxması , çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması , qeyri-adi güclü küləyin təsiri və s.

Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).

Texnogen xarakterli fövqəladə hallar

Bu halların əsas səbəbkarı insandır (90% qəzalar məsuliyyətsizliyin, səhlənkarlığın, həddən ziyadə istismarın nəticəsidə baş verir yaxud qəsdən törədilir).



Texnogen xarakterli fövqəladə hallar aşağıdakılar nəticəsində əmələ gəlir:

qəzalar

yanğınlar

partlayışlar

Qəzalar

- qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub, insan həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət olunur. Qəzalar kommunal-enerji şəbəkəsində, nəqliyyatda və istehsalat müəssisələrində baş verə bilər.

Partlayışlar

İri müəssisələrdə baş verən partlayışlar konstruksiyaların deformasiyası və dağılması, yanğınların əmələ gəlməsi, enerji sistemlərinin sıradan çıxması və zəhərli maddələrin ətraf mühitə yayılması ilə müşahidə olunur.

Yanğınlar.

Yanğınlar daha çox nəhəng müəssisələrdə, neft mədənlərində və yaşayış məntəqələrində qəza vəziyyəti yaradır. Qəza və təbii fəlakət zamanı yanğınların yaranmasına əsas səbəblər tez alışan və ya partlıyıcı maddələrin dağılması, istixanaların partlaması, elektrik xətlərində qısaqapanma, bəzi kimyəvi maddələrin qarşılıqlı təsiri ola bilər. Yanğınların əmələ gəlməsinə başlıca səbəb həmin müəssisənin iş fəaliyətindən və binanın tikildiyi materiallardan asılıdı.

Ekoloji xarakterli fövqəladə hallar

Yerin vəziyyətinin dəyişməsilə əlaqədar baş

verən fövqəladə hadisələr

Atmosferin tərkibi və xassələrinin dəyişməsilə əlaqədar baş verən fövqəladə hadisələr

Ekoloji xarakterli fövqəladə hallar

Hidrosferin vəziyyətinin dəyişməsilə əlaqədar baş verən fövqəladə

hadisələr

Biosferin vəziyyətinin dəyişməsilə əlaqədar baş verən fövqəladə hadisələr

Sosial siyasi və hərbi siyasi xarakterli hallar

Əyalət üzrə baş verən narazılıqlar;

Hərbi hissələrin, hərbi arsenalından qarət olunmuş silahların əhali arasında yayılması

Təsadüfi atom zərbəsinin neytral ərazilərdə partlamasından əmələ gələn narazılıqlar;

Əhalinin hərbi qornizonlara hücumu.

1

2

3

4

DIQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR
Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə