Fitohormonlar və ya bitki hormonları-bitkilərin intensiv



Yüklə 24,01 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü24,01 Kb.
#42136
  1   2   3   4   5
Adsız 1


1.11.1.Fitohormonlar  

 

Fitohormonlar  və  ya  bitki  hormonları–bitkilərin  intensiv 



inkişaf  etmiş  toxumalarında  əmələ  gələn  fizioloji  aktiv 

maddələrdir.  

Onlar  əsasən  gövdənin  və  köklərin  yuxarı  hissəsində 

əmələ  gəlməklə  yanaşı,  bitkilərin  inkişafını  və  böyüməsini 

tənzimləyir.  Buna  görə  də  onların  ikinci  adına  inkişaf  etdirən 

maddələr də deyilir.  

Hal-hazırda təbii fitohormonlara beş əsas üzvi birləşmələr 

aid edilir: auksinlər, hibberellinlər, sitokinlər, abstsiz turşusu və 

etilen.  Birinci  üçü  bitkilərin  inkişafını  və  böyüməsini 

stimullaşdıran,  son  ikisi  isə  ingibitor  (zəiflədən)  təsirə  malik 

birləşmələrdir.  

Bitkilərdə  fitohormonlar  sistemi  yeganə  tənzimləyicidir 

ki, 

orqanizmin 



bütövlükdə 

fəaliyyətini 

təmin 

edir.  



Fitohormonların  əsas  əlamətlərinə  aiddir:  sintez  yerindən 

təsiretmə yerinə qədər hərəkətetmə qabiliyyəti, fermentlərin və 

zülalların  sintezinə  tənzimləyici  təsiri,  ali  bitkilər  arasında 

universal (hərtərəfli) yayılması.  

Bir  qayda  olaraq,  fitohormonların  bütün  növləri  bitkinin 

inkişaf fazalarının hamısına təsir göstərir–hüceyrələrin inkişafı, 



 

193  


 

 



gövdənin,  yarpaqların,  köklərin  və  meyvələrin  inkişafı, 

çiçəklərin  və  toxumların  əmələ  gəlməsi,  saralıb  soluxması, 

toxumların  sakit  vəziyyətdə  olması,  bitkinin  xarici  mühitin 

mənfi şəraitlərinə cavab reaksiyası və s. aiddir.  

Bundan  başqa,  bitkilərin  müxtəlif  inkişaf  mərhələlərində 

fitohormonlar  orqan  və  toxumalarda  metabolizm  prosesinə 

məruz  qalaraq,  miqdarca  dəyişirlər.  Onların  hissiyatı  və  təsir 

mexanizmi bitki orqanlarında müxtəlif formada dəyişir.   



Auksinlər.  Kimyəvi  quruluşlarına  görə  auksinlər  indolun 

törəmələri  sayılırlar.  Bitkilərdə  ən  geniş  yayılmış  auksin– 

indolil-3-sirkə turşusudur (ĐST).  

                                                  

                                                 CH

2

COOH 



 

                                         

                                         NH 

 

Aminturşusunun  nümayəndəsi  olan  triptofan–auksinlərin 



biokimyəvi  törəməsidir,  daha  doğrusu,  o  triptofanın  biosintezi 

nəticəsində əmələ gəlir. 

ĐST gövdələrin, yarpaqların və köklərin inkişafına müsbət 

təsir  

göstərir. 

Bundan  

başqa 



saplaqlarda 



kökün 

formalaşmasını  sürətləndirir.  Bitkinin  ĐST-yə  əsas  reaksiyası– 

hüceyrələrin böyüməsidir.  

Hüceyrəyə  daxil  olan  ĐST  və  ya  başqa  auksinlər  zülalla 

kompleks  birləşmə  əmələ  gətirir.  Bu  kompleksdə  fermentlərin 

sintezi baş verir.  

Nəticədə 

hüceyrə  


divarının 

pektin  

və 


sellüloza 

biopolimerləri yumşalaraq, onun elastikliyini təmin edir. Bu da 

daxili  təzyiqin  təsiri  ilə  inkişaf  edən  hüceyrələrin  böyüməsini 

asanlaşdırır.  

Yüksək  dozalarda  tətbiq  olunan  auksinlərin  törəmələrinə 

herbisidlər aid edilir.   



 

194  


 

 



Onlara  misal  olaraq  2,4-dixlorfenoksisirkə  turşusunu 

göstərmək olar.  

 

           Cl 



 

                      O      COOH 

                      H      H 

  Cl  


            H 

 

Bu  birləşmə  bir  çox  auksinlərin  xüsusiyyətinə  malikdir. 



Đstifadə  zamanı  onun  dozalarına  diqqət  yetirmək  vacibdir. 

Kənd  

təsərrüfatının 

müxtəlif 

sahələrində 

(taxılçılıq, 

pambıqçılıq  və  s.)  herbisidlərdən  zərərvericilərə,  alaq  otlarına 

və s. məqsədlər üçün geniş istifadə olunur.  




Yüklə 24,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə