Filologiya faküLTƏSİ



Yüklə 485,19 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix02.01.2022
ölçüsü485,19 Kb.
#40763
  1   2
Proqram Azərbaycan ədəbiyyatı



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

FİLOLOGİYA FAKÜLTƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası 

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanı 

 

 

P R O Q R A M I 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI - 2019 


 

 

(Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura proqramları əsasında tərtib edilmişdir) 

 

 



Azərbaycan ədəbiyyatı tarixinin qaynaqları. 

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi və inkişaf mərhələləri. 

Qədim  dövr  Azərbaycan  ədəbiyyatı.  Ümumtürk  əfsanələri.  “Avesta”,  Zərdüşt  və 

Azərbaycan. Astiaq və Tomris əfsanələri. 

“Kitabi-Dədə  Qorqud”  dastanı.  Eposun  yaranma  dövrü.  “Kitabi-Dədə  Qorqud” 

boylarının başlıca motivləri. “Kitabi-Dədə Qorqud” yazılı ədəbiyyat abidəsi kimi. 

Eposun “Oğuznamə”lər sırasında mövqeyi. 

“Kitabi-Dədə Qorqud”un Azərbaycanda nəşri, təbliği və tədqiqi məsələsi. 

VII-IX əsrlərdə ərəbcə yazan şairlər “Azərbaycan sivilizasiyası”nın nümayəndələri kimi. 

Musa  Şəhavat,  İsmayıl  ibn  Yasər,  Əbül-Abbas  əl-Əma  və  b.  ərəb  dilində  yazan 

azərbaycanlı şairlərin poeziyasında milli məzmun və bəşəri ideyalar. 

Xətib Təbrizinin dövrü, həyatı və yaradıcılığı. Şərhləri. 

Yusif  Tahir  oğlu  Xoylunun  ədəbi-tənqidi  fikirləri.  “Həmasə”nin  şərhində  Xətib  Təbrizi 

ilə müqayisədə üst-üstə baxışları və fərqli cəhətlər. 

X-XII əsr Azərbaycan təsəvvüf ədəbiyyatı. 

Baba Kuhi Bakuvinin təsəvvüfi ideyaları. 

Eynəlqüzzat Miyanəçinin həyatı, yaradıcılığı və təsəvvüf baxışları. 

Şihabəddin Sürhəvvərdinin işraqiyyə ideyaları. 

Qətran Təbrizinin həyatı və yaradıcılığı. 

Məhsəti  Gəncəvinin  həyatı  və  yaradıcılığı.  Rübailərdə  ictimai-fəlsəfi  motivlər,  gözəllik 

və məhəbbətin tərənnnümü. 

Xaqani  Şirvaninin  həyatı  və  yaradıcılığı.  “Töhvətül-İrqeyn”,  “Mədain  Xərabələri”, 

“Meratüs-səfa” əsərləri. 

Nizami Gəncəvinin dövrü və həyatı.Lirikası. “Xəmsə”si. 

“Sirlər xəzinəsi”: mövzu və ideya-məzmun xüsusiyyətləri. 

“Xosrov  və  Şirin”  poeması.    Əsərdə  Xosrov,  Şirin  və  Fərhad  surətləri.  Poemanın  bədii 

xüsusiyyətləri. 

“Leyli və Məcnun” poeması: əsərin ideya-məzmunu və bədii surətləri. 

“Yedii gözəl” poeması. Əsərin özəl bədii kompozisiyası və ideya-məzmun xüsusiyyətləri. 

“İsgəndərnamə” poeması şairin yaradıcılığının bədii yekunu kimi. 

Nizami irsinin nəşri, təbliği, təbliği və tədqiqi tarixinə bir baxış. 

XIII-XIV əsrlərdə Azərbaycan ədəbiyyatı. 

Zülfüqar Şirvani. Həyatı və yaradıcılığı. 

Mahmud Şəbüstərinin həyatı və yaradıcılığı. 

İzəddin Həsənoğlu anadilli Azərbaycan poeziyasının ilk yaradıcılarından biri kimi. Şairin 

Azərbaycan dilində qəzəlləri. 

“Dastani-Əhməd Hərmai”nin ideya-məzmunu və bədii forma xüsusiyyətləri. 

“Yusif və Züleyxa” mövzunu işləyən Azərbaycan şairləri: Əli Suli Fəqih, Mustafa Zərir 

və s. 

Marağalı Əhvədinin həyatı və yaradıcılığı. “Fərhadnamə” poeması. Əsərdə Fərhad surəti 



və onun təhlili. 

Əssar  Təbrizinin  həyat  və  yaradıcılığı.  “Mehr  və  Müştəri”  poeması.  Əsərin  ideya-bədii 

təhlili. 

Qazi Bürhanəddinin dövrü və həyatı. Lirikası. Yaradıcılığında tuyuq janrının yeri 




 

Nəsimi şair və filosof kimi. 



İmadəddin  Nəsimi.  Dövrü  və  həyatı.  Şairin  poeziyasında  hürufi  ideyaları.  Əsərlərində 

ilahi və dünyəvi eşq. Vəhdəti-vücud fəlsəfəsi konsepsiyasının şeirlərində ifadəsi. 

XV əsrdə Azərbaycan ədəbiyyatı. 

XV əsrdə Azərbaycan ərazisində Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin yaranması. 

Şirvanşahlar dövlətinin yenidən dirçəlməsi. 

Şah Qasım Ənvarın həyatı və yaradıcılığı. Lirikası. Fəlsəfi görüşləri. 

Mirzə Cahanşah Həqiqinin həyatı və yaradıcılığı. 

Osmanlı  dövlətinin  sarayı  ilə  bağlı  olan  Azərbaycan  şairləri:  Hamidi,  Süruri,  Kişvəri, 

Həbibi, Xəlili, Bəsiri. 

XVI əsr Azərbaycan ədəbiyyatı. 

Səfəvi dövlətinin yaranması və inkişafı.. 

Həqirinin həyatı və yardıcılığı. “Leyli və Məcnun” poeması. Əsərin bədii xüsusiyyətləri. 

Şah İsmayıl Xətai. Lirikası. “Dəhnamə” və “Nəsihətnamə” poemaları. 

Məhəmməd Füzuli. Dövrü, mühiti və həyatı. Lirikası. Azərbaycan, fars və ərəb dillərində 

divanları. Alleqorik poemaları: “Bəngü badə”, “Həfti cam”, “Söhbətül-əsmar”. “Ənisül-

qəlb”  poemasında  Füzulinin  fəlsəfi  baxışlarının  poetik  ifadəsi  “Leyli  və  Məcnun” 

poeması. Əsərin bədii quruluşu, ideya və mövzu qaynaqları. 

Füzulinin  bədii  nəsri.  Məktubları.  Onlarda  cəmiyyətin  problemlərinin  cəsarətlə  əks 

etdirilməsi. 

“Rindü  Zahid”  əsərində  dövrün  ictimai  ziddiyyətlərinin  təsviri.  Sufi  ideyalarının  əks 

etdirilməsi. 

“Hədiqətüs-süəda” əsərində peyğəmbərlərin və imamların taleyinin inikası. Əsərdə böyük 

şairin qitələrinin – şeir nümunələrinin yeri və rolu. 

“Mətləül-etiqad” Füzulinin fəlsəfi əsəri kimi. 

“Hədisi-ərbəin” əsərinin mövzu və ideya qaynaqları. 

Azərbaycan  ədəbiyyatında  Füzuli  ədəbi  məktəbi.  Füzuli  irsinin  Azərbaycanda  nəşri, 

təbliği və tədqiqi. 

Məhəmməd  Əmaninin  həyatı  və  yaradıcılığı.  Şairin  mənzum  hekayələrin  personajları. 

Əsərlərinin bədii dili. 

Fədainin həyatı və yaradıcılığı. “Bəxtiyarnamə” poemasının ideya-bədii xüsusiyyətləri. 

XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı. 

XVII əsrdə aşıq poeziyasının ədəbiyyatda geniş yer tutması. Tufarqanlı Abbas, Sarı Aşıq, 

Xəstə Qasım kimi böyük söz və saz ustalarının həyat və yaradıcılıqlarına bir baxış. 

“Şah  İsmayıl”,  “Aşıq  Qərib”,  “Əsli  və  Kərəm”,  “Qurbani”,  “Abbas  və  Gülgəz”  kimi 

məhəbbət dastanları və onların yazılı ədəbiyyatla əlaqəsi. 

Məsihinin  həyat  və  yaradıcılığı.  “Vərqa  və  Gülşa”  poeması.  Əsərin  tarixi  gerçəkliklərlə 

səsləşən cəhətləri və bədii xüsusiyyətləri. 

Saib  Təbrizinin  həyat  və  yaradıcılığı.  Şairin  lirikası.  Əsərlərində  fəlsəfi-lirik 

xüsusiyyətlər. Azərbaycan dilində yazdığı şeirləri. Şairin sənətkarlığı – hind üslubu 

Qövsi Təbrizinin həyat və yaradıcılığı. Füzuli ədəbi məktəbinin davamçısı kimi. Şeir və 

sənət, bədii söz haqqında fikirləri. 

XVIII əsr Azərbaycan ədəbi mühiti. 

Məhcur  Şirvaninin  həyat  və  yaradıcılığı.  “Qisseyi-Şirzad”  poeması  və  folklor  motivləri. 

Poemada Nadir şah rejiminə dair işarələr. 

Nişat  Şirvani.  Şairin  bədii  irsi.  Poeziyasında  ictimai  motivlər.  “Əhvadi-Şirvan” 

poemasında tarixi hadisələrin təsviri. 

Ağa Məsih Şirvaninin həyatı və yaradıcılığı. Lirik şeirləri və tarixi mənzumələri. 



 

Molla  Vəli  Vidadinin  həyatı  və  yaradıcılığı.  Lirikası.  M.P.Vaqif  yaradıcılığına 



münasibəti, onunla dostluğu və deyişmələri. “Müsibətnamə” poeması. 

Molla  Pənah  Vaqif.  Həyatı  və  yaradıcılığı.  Realizmi.  Qoşmaları.  Əsərlərində  gözəlliyin 

tərifi  və  tərənnümü.  Poetik  dili  və  üslubu.  Vaqif  irsinin  tarixi  əhəmiyyəti.  Vaqif  irsinin 

tədqiqi tarixi. 

Möhsün  Nəsirinin  həyatı  və  yaradıcılığı.  “Tutinamə”  əsəri.  Onun  mövzu  və  ideya 

mənbələri. 

Məhəmmədin “Şəhriyar” dastanı. Məzmun və ideya xüsusiyyətləri. Əsərdə qadın və kişi 

surətləri. 

XIX əsr Azərbaycan ədəbiyyatı. 

Heyran xanım Dünbülinin həyat və yaradıcılığı. Lirikası 

Seyid  Əbülqasim  Nəbatinin  həyat  və  yaradıcılığı.  Lirikasının  mövzu  və  ideya  məzmun 

qaynaqları. Şairin poeziyasında klassik irs və şifahi xalq ədəbiyyatı ənənələri. 

Abbasqulu  ağa  Bakıxanovun  həyat  və  yaradıcılığı.  Şairin  bədii  əsərləri:  Lirikası. 

“Mişkətül-ənvar”, “Miratül-camal”, mənzum hekayələri. “Kitabi Əsgəriyyə” hekayəsi. 

“Tatar  nəğməsi”,  “Fatma  tar  çalır”,  “Bismillah”,  “Şəklin  göstərir”,  “Tiflis”  kimi  lirik 

şeirin müxtəlif janrında yazılmış əsərləri. 

Təmsilləri:  “Qurd  və  ilbiz”,  “Tülkü  və  qoyun”,  “Yersiz  iftixar”.  i.A.Krılovdan 

tərcümələri. 

Elmi  əsərləri:  “Qanuni-Qüdsi”,  “Əsrarül-mələkut”,  “Tənzibül-əxlaq”,    “Nəsayeh”, 

“Gülüstani-İrəm”, “Ümumi coğafiya”, “Kəşfül-qərayib” əsərləri. 

A.Bakıxanov ilk Azərbaycan maarifçilərindən biri kimi. 

Mirzə  Şəfi  Vazehin  həyatı  və  yaradıcılığı.  Lirikası.  Şeirlərində  qadın  azadlığı  məsələsi. 

“Məktubun  intizarında”  adlı  lirik  poeması.  “Divani-hikmət”  məclisi.  A.Bakıxanov, 

M.F.Axundov və Mirzə Şəfi. F.Bodenştedt və Mirzə Şəfi irsi. 

Mirzə Şəfi maarifçi kimi. 

İsmayıl  bəy  Qutqaşınlının  həyatı  və  yaradıcılığı.  “Rəşid  bəy  və  Səadət  xanım”,  yaxud 

“Şərq hekayəsi”. “Səfərnamə”. Ədəbi irsinin Azərbaycan maarifçi ədəbiyyatında yeri. 

Qasım  bəy  Zakirin  həyatı  və  yaradıcılığı.  Şairin  klassik  şeir  və  folklor  ənənələrindən 

isitfadəsi.  Lirik  şeirlərində  Füzuli  və  Vaqif  üslubu.  Qəzəlləri,  müxəmməsləri, 

müstəzadları,  qoşamları,  təcnisləri,  gəraylıları  və  s.  Satirik  əsərləri.  Satira  hədəfləri. 

Mənzum məktubları və təmsilləri. Zakir şeirlərinin dili, sənətkarlıq xüsusiyyətləri. 

Mirzə  Fətəli  Axundovun  həyatı,  ictimai-siyasi  fəaliyyəti  və  yaradıcılığı.  Lirikası. 

A.S.Puşkinin ölümü münasibətilə yazdığı qəsidəsi. Satirik şeirləri. 

M.F.Axundovun  dramaturgiyası:  “Hekayəti-Molla  İbrahimxəlil  kimyagər”,  “Hekayəti-

vəziri-xani-Lənkəran”,  “Hekayəti-xırs-quldurbasan”,  “Hekayəti-müsyö  Jordan  və  dərviş 

Məstəli şah”, “Sərgüzəşti-mərdi xəsis” (“Hacı Qara”) və “Mürafiə vəkillərinin hekayəti” 

komediyaları.  Bu  əsərlərin  hər  birinin  mövzu,  ideya-məzmun  və  bədii  sənətkarlıq 

baxımından təhlili və dəyərləndirilməsi. 

“Aldanmış  kəvakib”  povestinin  məzmunu,  ideyası  və  bədii  surətlər  aləmi.  Povestdə 

maarifçilik ideyaları. Əsərdə yazıçının tarixdən istifadə üsulu və bunun özəlliyi. 

“Kəmalüddövlə  məktubları”  fəlsəfi  traktatı.  Əsərdə  Şərq  despotizminə  və  dini-xurafata 

münasibət. 

M.F.Axundov  Azərbaycan  ədəbiyyatında  ilk  professional  ədəbi  tənqidçi  kimi.  Nizami, 

Füzuli, Vaqif, Zakir və s. şairlər, həmçinin roman, poeziya, nəsr haqqında fikirlər. 

M.F.Axundovun davamçıları və irsinin tədqiqi məsələsi. 

XIX  əsr  Azərbaycan  ədəbiyyatında  “Səyahətnamə”  yazan  müəlliflər:  Zeynalabdin 

Marağayi və Əbdürrəhim Talıbov Təbrizi. 



 

Seyid  Əzim  Şirvaninin  həyatı  və  yaradıcılığı.  Lirikası.  Füzuli  ədəbi  məktəbinin 



davamçısı kimi. Təmsilləri və mənzum hekayələri. Onların didaktik-tərbiyəvi məzmunu 

və  əhəmiyyəti.  Satirik  əsərlərinin  tənqid  hədəfləri.  Beytüs-Səfa  məclisi.  Məktubları. 

“Rəbiül-ətfal” kitabı. Təzkirəsi. 

Xurşid Banu Natəvanın həyatı və  poetik irsi. Füzuli  ənənəsini davam etdirən şair kimi. 

Yaradıcılığında kədər, məhəbbət və təbiət mövzuları. 

Xalxalinin  həyatı  və  yaradıcılığı.  “Sələbiyyə”  poeması.  Əsərin  mövzu,  ideya  və 

məzmunu. Satirik şeirləri. 

Mirzə  Mehdi  Şükuhinin  həyatı  və  ideya-poetik  irsi.  Satiralarında  tənqid  hədəfləri. 

Təmsillərinin 

əsas  personajları.  Poemalarının  ideya-məzmun  və  sənətkarlıq 

xüsusiyyətləri. 

Nəcəf  bəy  Vəzirovun  həyatı  və  yaradıcılığı.  M.F.Axundovun  ədəbi  məktəbinin  layiqli 

davamçısı kimi. “Əti sənin, sümüyü mənim”, “Ev tərbiyəsinin bir şəkli”, “Daldan atılan 

daş topuğa dəyər”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan 

çıxdıqq  yağmura  düşdük”,  “Vay  şələküm-mələküm”,  “Pul  düşkünü  Hacı  Fərəc”,  “Ağa 

Kərim  xan  Ərdəbili”,  “Dələduz”,  “Pəhləvani  zəmanə”,  “Keçmişdə  qaçaqlar” 

komediyaları, onların mövzu və ideya-məzmuunlarına görə təhlili. 

“Müsibəti Fəxrəddin” Azərbaycan ədəbiyyatı tarixində faciə janrının ilk nümunəsi kimi. 

N.Vəzirovun son dram əsəri: “Təzə əsrin ibtidası” 

N.Vəzirovun dram əsərlərində maarifçilik baxışları. 

Publisistikası. 

N.Vəzirovun Azərbaycan ədəbiyyatı tarixində mövqeyi. 

Milli  dirçəliş  dövrü  və  XX  əsr  Azərbaycan  ədəbiyyatı.  XX  əsrin  ilk  iki  onilliyində 

mətbuat və ədəbiyyat. “Molla Nəsrəddin” ədəbi məktəbi. Realist ədəbiyyat. 

Cəlil  Məmmədquluzadənin  həyatı  və  jurnalistik  fəaliyyəti.  Bədii  nəsri:  “Danabaş 

kəndinin  əhvalatları”  povesti.  Əsərin  ideya-bədii  təhlili.  “Usta  Zeynal”,  “Poçt  qutusu”, 

“İranda  hürriyyət”,  “Xanın  təsbehi”  və  s.  hekayələri.  “Bəlkə  də  qaytardılar”  hekayələr 

toplusu. 

Dramaturgiyası:  ilk  dramı  “Çay  dəstgahı”,  “Ölülər”  trgikomediyası.  “Kamança”, 

“Anamın kitabı”, “Dəli yığıncağı” pyesləri. Bu pyeslərin hər birinin ideya-bədii təhlili və 

dəyərlndirilməsi. Ədibin publisistikası. “Azərbaycan” məqaləsi. 

Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığı. Şairin satiralarının mövzu və ideya-məzmun 

baxımından əhatəliliyi. Sabir əsərlərinin təsir dairəsinin genişliyi. “Hophopnamə”. Şairin 

poetik irsinin nəşri, təbliği və tədqiqi. 

Nəriman Nərimanovun həyatı və yaradıcılığı. İctimai-siyasi fəaliyyəti. Bədii nəsri. “Pir”, 

“Bir kəndin sərgüzəşti” hekayələri. “Bahadır və Sona” romanı. 

Dramaturgiyası: “Nadanlıq”, “Nadir şah”, “Şamdan bəy” pyesləri. 

Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı. Bədii nəsri. “Ayın şahidliyi”, “Ata 

və oğul”, “Şeyx Şaban”, “Mirzə Səfər” və s. hekayələri. “Marallarım” silsiləsi. “Xortadın 

cəhənnəm  məktubları”.  “Odabaşının  hekayəsi”.  “Mozalan  bəyin  səyahətnaməsi”nin 

ifşaedici gücü. 

Ə.Haqverdiyevin  dramaturgiyası.  “Dağılan  tifaq”  faciəsi.  “Bəxtsiz  cavan”  faciəsində 

köhnəliklə  yeniliyin  qarşılaşdırılması.  “Pəri  cadu”  pyesinin  ideya-bədii  xüsusiyyətləri. 

“Ağa  Məhəmməd  şah  Qacar”  əsəri  tarixi  mövzuda  yazılmış  yaxşı  bir  əsər  kimi.  Bu 

pyesdə konfiliktin kəskinliyi və xarakterlərin canlılığı. 

Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz və Bayraməli Abbaszadənin satiraları. 

Bu satiralarda Sabir ruhunun təsiri və təcəssümü. 



 

XX  əsrin  ilk  iki  onilliyində  realist-maarifpərvər  ədəbiyyat.  Süleyman  Sani  Axundovun 



həyatı və yaradıcılığı. “Tamahkar” pyesinin mövzusu və ideya məzmunu. Kiçik pyesləri. 

“Laçın  yuvası”,  “Eşq  və  intiqam”  pyesləri.  Hekayələri.  “Qorxulu  nağıllar”  silsiləsinin 

didaktik  ruhu.  Bu  silsilədə  şifahi  xalq  ədəbiyyatı  motivlərindən  istifadə  üsulunun 

özəllikləri. 

Üzeyir Hacıbəylinin həyatı və publisistikası. 

Dramaturgiyası: “Ər və arvad”, “O olmasın bu olsun”, “Arşın mal alan” komediyalarında 

bədii gülüş. 

Abdulla Şaiqin, Rəşid bəy Əfəndiyevin didaktik ruhlu əsərləri. 

İbrahim bəy Musabəyovun həyatı və  yaradıcılığı. “Neft və  milyonlar səltənəti” povesti. 

“Cəhalət fədailəri” və “Gözəllərin vəfası” əsərləri. 

XX  əsr  Azərbaycan  romantizmi.  Məhəmməd  Hadinin  həyatı  və  yaradıcılığı.  Hadi  və 

füyuzatçılar.  “Əlvahi  intibah”,  yaxud  “İnsanarın  tarixi  faciələri”  poeması.  Hadi 

poeziyasında vətənpərvərlik. 

Abbas  Səhətin  həyatı  və  yaradıcılığı.  Şairin  poeziyasında  maarif  və  məktəb, 

vətənpərvərlik  mövzuları.  “Şair,  şeir  pərisi  və  şəhərli”,  “Əhmədin  qeyrəti”  poemaları. 

“Sınıq saz” və “Məğrib günəşləri” kitablar. 

Abdulla  bəy  Divanbəyoğlunun  həyatı  və  yaradıcılığı.  “Duman”  və  “İlan”  hekayələri. 

“Can yanğısı”, “Əbdül və Şəhzadə” əsərləri. 

XX əsrin ilk iki onilliyində tənqid və ədəbiyyatşünaslıq. 

Firidun  bəy  Köçərlinin  həyat  və  yaradıcılığı.  Tənqidçilik  fəaliyyəti.  Ədəbi-estetik 

görüşləri.  “Azərbaycan  türklərinin  ədəbiyyatı”  (“Azərbaycan  ədəbiyyatı  materialları”) 

kitabı. 


Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  ədəbiyyat  (1918-1920).  Şeir  Məhəmməd 

Hadinin  bu  dövrdə  yazdığı  “Şühədayi-hürriyyətimizin  ərvahinə  ithaf”,  “Əsgərlərimizə, 

könüllülərimizə”, “Məfkureyi-aliyəmizə” şeirləri. 

Əhməd Cavadın həyatı və yaradıcılığı. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrünə  qədər  yaradıcılığının  birinci  mərhələsi  üçün 

səciyyəvi  olan  kədəri  ifadə  edən  əsərləri.  “Bismillah”  şeiri.  Azərbaycan  bayrağını 

tərənnüm  etməsi.  Sovet  dövründə  yazdığı  əsərlərində  simvolikadan  istifadə  etməsi. 

“Göygöl”, “Kür”, “Səsli qız” əsərləri. 

C.Cabbarlının “Sevdiyim”, “Sevimli ölkəm”, “Azərbaycan bayrağına” adlı şeirləri 

Azərbaycan 

Xalq 

Cümhuriyyətinin 



dövründə 

nəsr. 


C.Məmmədquluzadənin 

“Nigarançılıq”,  “Konsulun  arvadı”,  “Xanın  təsbehi”,  “Qəssab”,  “Rus  qızı”,  “Zırrama” 

adlı hekayələri. 

Seyid Hüseynin “İsmailiyyə”, C.Cabbarlının “Şamaxı yoluna qədər” adlı hekayələri. 

Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” romanı. 

Dramaturgiya.  Hüseyn  Cavidin  “İblis”  faciəsi.  C.Məmmədquluzadənin  “Kamança”, 

“Anamın  kitabı”  pyesləri.  Bu  əsərlərin  mövzu  və  ideya-məzmun  xüsusiyyətlərinə  görə 

təhlili. 

C.Cabbarlının  “Bakı  müharibəsi”,  M.B.Məmmədzadənin  “Bakı  uğrunda  müharibə” 

pyeslərində dövrün ictimai-tarixi hadisələrin təsviri. 

C.Cabbarlının “Aydın” melodramında tənqidi pafos, ifşaçı qəhərman obrazı – Aydın. 

Siyasi-icttiami ziddiyyətlər, münaqişlər və repressiyalar dövründə ədəbiyyat (1920-1940). 

Şeir.  Hacı  Kərim  Sanlının  həyatı  və  yaradıcılığı.  Şairin  “Aran  köçü”,  “Namus  davası”, 

“Zülmün sonu”, “Novruz və Gülarə”, “Turqut qaçaqları” adlı poemaları 




 

Nəsr.  Seyid  Hüseyn  (1887-1937).  Həyatı  və  yadıcılığı.  Hekayələri.  “Yeni  həyat 



yollarında” (1928) və “İki həyat arasında” (1934) kitablarına toplanmış hekayələri. Ədəbi 

tənqidi fəaliyyəti. 

Dramaturgiya. 

S.S.Axundovun, 

C.Məmmədquluzadənin, 

Ə.Haqverdiyevin, 

M.S.Ordubadinin, 

H.Cavidin, 

C.Cabbarlının, 

S.Vurğunun, 

S.Rüstəmin, 

Y.V.Çəmənzəminlinin,  M.İbrahimovun,  S.Rəhmanın  1920-1940-cı  illərdə  müasir  və 

tarixi  mövzularda  yazdıqları  dram  əsərləri.  Bunların  mövzu,  problematika  baxımından 

qruplaşdırılması və dəyərləndirilməsi. 

Hüseyn Cavidin (1882-1941) həyat və yaradıcılığı. Poeziyası. “Hərb və fəlakət”, “Mənim 

tanrım”  və  s.  şeirləri.  “Azər”  poetik  dastanı.  Dramaturgiyası.  “Ana”,  “Maral”,  “Şeyx 

Sənan”, “Şeyda” pyesləri. “İblis” faciəsində müharibə və insan probleminin qoyuluşu və 

bədii  dramatik  planda  həlli.  Iblis  obrazı.  “Uçurum”  pyesi.  Əsərdə  milli-mənəvi  kökdən 

uzaqlaşmağın faciəsi. “Afət” pyesində insanları həyatın dibinə sürükləyən və nəhayətdə 

çökdürən  amillərin  bədii  tədqiqat  süzgəcindən  keçirilməsi.  “Peyğəmbər”,  “Topal 

Teymur”,  “Siyavuş”,  “Xəyyam”  pyesləri.  Bu  əsərlərdə  tarix  vasitəsilə  müasirliyi  əks 

etdirmə  cəhdlərinin  uğurla  nəticələnməsi.  Həmin  pyeslərdə  tarix  və  müasirlik 

probleminin parlaq bədii həlli. 

H.Cavidin  Azərbaycan  ədəbiyyatında  mövqeyi.  Azərbaycan  Cavidşünaslığı  müasir 

mərhələdə. 

Yusif  Vəzir  Çəmənzəminli  (1884-1943).  Həyatı  və  yaradıcılığı.  Hekayə  ustası  kimi. 

“Cənnətin qəbzi”, “Toy”, “Osman Dövlətşin”, “Bir qaçqının dəftərindən”, “Sidi”, “Mİrzə 

Əbaqülvahab”  və  s.  hekayələri.  “Bir  cavanın  dəftəri”,  “Studentlər”  əsərləri.  “Qızlar 

bulağı” ilk Azərbaycan tarixi-fəlsəfi roman nümunəsi kimi. “İki od arasında” romanında 

tarixlə  müasirliyin,  sənədliliklə  bədiiliyin  dialektik  əlaqə  və  vəhdəti.  Əsərdə  tarixi 

şəxsiyyətlərin  bədii  surətlərinin  canlılığı.  Vaqif,  Vidadi,  İbrahim  xan,  Ağa  Məhəmməd 

şah Qacar surətləri. 

Cəfər Cabbarlı (1899-1934). Həyatı və  yaradıcılığı. Poeziyası. “Bahar”, “Qürub çağı bir 

yetim”, “Ölkəm”, “Ana”, “Məhkum Şərqə” və s. lirik şeirləri. Satririk şeirləri. “Qız qalası” 

poeması.  Hekayələri:  “Aslan  və  Fərhad”,  “Mənsur  və  Sitarə”,  “Altun  heykəl”.  1920-

1930-cu  illərdə  yazdığı  hekayələr:  “Müfəttiş”,  “Çocuq”,  “Dilarə”,  “Gülzar”,  “Dilbər”, 

“Gülər”,  “Papaq”,  “Firuzə”.  Ilk  pyesləri:  “Vəfalı  Səriyyə...”,  “Solğun  çiçəklər”.  Birinci 

dünya  müharibəsi  ilə  əlaqədar  hadisələrdən  istifadə  ilə  yazdığı  pyeslər:  “Ədirnə  fəthi”, 

“Trablis müharibəsi, yaxud Ulduz”. Tarixi mövzuda yazdığı ilk pyesi – “Nəsrəddin şah”. 

“Aydın”,  “Oqtay  Eloğlu”  pyeslərinin  ideya-məzmun  və  problematika  baxımından  bir-

birini  tamamlaması.  “Od  gəlini”  yeni  tipli  tarixi  pyes  kimi.  “Sevil”,  “1905-ci  ildə”, 

“Almas”, “Yaşar”, “Dönüş” pyesləri. 

C.Cabbarlının ədəbi-tənqidi görüşləri. 

M.S.Ordubadi  (1872-1950).  Həyatı  və  fəaliyyəti.  Poeziyası.  Ilk  şeir  kitabları:  “Qəflət”, 

“Vətən və hürriyyət”. Publisistik kitabları: “Qanlı sənələr”, “Nisvani-islam”. Romanları: 

“İki cocuğun Avropaya səyahəti”, “Bədbəxt milyonçu”. Romanlarında inqilab mövzusu. 

“Dumanlı  Təbriz”  romanında  Səttərxan  və  Bağırxan  obrazları.  “Qılınc  və  Qələm” 

romanında  tarixi həqiqətlərin bədii  inikası.  Nizami Gəncəvi surəti.  Pyesləri: “Dinçilər”, 

“Maral”, “Dumalı Təbriz” və s. 

Səməd  Vurğun  (1906-1956).  Həyatı  və  yaradıcılığı.  Lirikası.  Şeirlərində  vətənpərvərlik 

hisslərinin parlaq poetik ifadəsi. “Azərbaycan” şeiri. Məhəbbət və təbiət lirikası. Ictimai-

siyasi  və  fəlsəfi  lirikası:  “Avropa  xatirələri”,  “Həyat  fəlsəfəsi”,  “Dörd  söz”,  “Ürək”, 

“Düşüncələr” və s. Poemaları: “Komsomol poeması”, “Üsyan”. Beynəlxalq mövzularda 

yazdığı “Ölüm kürsüsü”, “Zəncinin arzuları” poemaları. “Muğan”, “Bakının dastanı” adlı 




 

əsərləri.  “Aygün”  poemasında  məhəbbət,  ailə,  məişət  mövzularının  ictimai  məna  və 



məzmunla  əlaqələndirilməsi.  “Aygün”  və  ədəbi  tənqid.  Əfasnəvi  və  tarixi  poemaları. 

“Aslan qayası”, “Ayın əfsanəsi” əsərləri. 

S.Vurğunun  dramaturgiyası.  “Vaqif”  tarixi  materialdan  istifadə  ilə  yaradılmış  xalq 

qəhərmanlıq  dramıdır  (Mehdi  Hüseyn).  Pyesdə  tarixi  şəxsiyyətlərin  bədii  surətlərinin 

canladırılması. “Fərhad və Şirin”, “Xanlar”,”İnsan” pyesləri. 

S.Vurğunun ədəbi-tənqidi görüşləri. Vurğunşünaslıq müasir mərhələdə. 

Mikayıl Müşfiqin həyatı və yaradıcılığı. Lirikası. Poemaları. 

Süleyman Rəhimovun həyatı və yaradıcılığı. Hekayələri. Povestləri. Romanları. 

Süleyman Rüstəmin həyatı və yaradıcılığı. Lirikası. Poemaları. Dramaturgiyası. 

İkinci  Dünya  müharibəsi  dövründə  Azərbaycan  ədəbiyyatı.  Şeir.  Nəsr.  Dramaturgiya. 

Publisistika. 

Ə.Ələkbərzadənin həyatı və yaradıcılığı. 

Məmməd Rahimin həyatı və yaradıcılığı. Lirikası. Poemaları. 

Ənvər  Məmmədxanlının  həyatı  və  yaradıcılığı.  Hekayələri.  “Babək”  romanı. 

Dramaturgiyası. 

Müharibədən  sonrakı  dövrdə  ədəbiyyat  (1946-1990).  Poeziya.  Nəsr.  Dramaturgiya. 

Tənqid və ədəbiyyatşünaslıq. 

Mehdi Hüseyinin həyatı və yaradıcılığı. Bədii nəsri. “Yeraltı çaylar dənizə axır” romanı. 

Dramaturgiyası: “Nizami”, “Cavanşir”, “Şeyx Şamil”, “Alov”. 

Mir  Cəlal.  Həyatı  və  yaradıcılığı.  Hekayə  yaradıcılığı.  Bədii  nəsri.  Lirik  hekayələri. 

Satirik  və  yumoristik  hekayələri.  Roman  və  povestləri.  “Dirilən  adam”,  “Bir  gəncin 

manifesti” romanlarının ideya-bədii təhlili. “Yolumuz  hayanadır?” romanında  qaldırılan 

problemlər. Böyük satirik Mirzə Ələkbər Sabirin surəti. 

Mir  Cəlalın  ədəbi-tənqidi  və  elmi-nəzəri  yaradıcılığı.  Füzuli  irsinin  və  XX  əsr 

Azərbaycan  ədəbiyyatının  tədqiqatçısı  kimi.  “Füzuli  sənətkarlığı”,  “Azərbaycanda  ədəbi 

məktəblər”, 

“Klassiklər  və  müasirlər”,  “XX  əsr  Azərbaycan  ədəbiyyatı”, 

“Ədəbiyyatşünaslığın əsasları” kitabları. 

Publisistikası: “Bir ay və bir gün”. Ədəbi-tənqidi yaradıcılığı. 

Mirzə  İbrahimovun  həyatı  və  yaradıcılığı.  Bədii  nəsri:  “Cənub  hekayələri”,  “Gələcək 

gün”,  “Böyük  dayaq”,  “Pərvanə”romanları.  Dramaturgiyası:  “Həyat”,  “Məhəbbət...”. 

komediyaları. 

Tənqid və ədəbiyyatşünasılq sahəsində fəaliyyəti: “Böyük demokrat”, “Azərbaycan dili” 

kitabları. Klassik və müasir ədəbiyyata dair məqalə və məruzələri. 

Sabit  Rəhman.  Həyatı  və  yaradıcılığı.  Bədii  nəsri.  Dramaturgiyası.  “Toy”,  “Əliqulu 

evlənir” və s. 

Rəsul Rza. Həyatı və yaradıcılığı. Litikası. Poemaları. “Qızılgül olmayaydı”. 

İlyas Əfəndiyev. Həyatı və yaradıcılığı. Hekayələri. Povest və romanları. “Söyüdlü arx”, 

“Körpüsalanlar”, “Sarköynəklə Valehin nağılı”, “Üçatılan”, “Geriyə baxma, qoca”. 

Dramları:  “Bahar  suları”,  “Atayevlər  ailəsi”,  “Sən  həmişə  mənimləsən”,  “Unuda 

bilmirəm”... tarixi pyesləri : “Xurşidbanu Natəvan”, “Xiyabani” və s. 

Balaş Azəroğlu. Həyatı və yaradıcılığı. 

Tənqid və ədəbiyyatşünaslıq. 

M.Arif  həyatı  və  yaradıcılığı.  “Cəfər  Cabbarlının  yaradıcılıq  yolu”,  “Səməd  Vurğunun 

dramaturgiyası” monoqrafiyaları. 

Milli  özünəqayıdış  dövründə  ədəbiyyat  (1960-1990).  Şeir.  Nəsr.  Dramaturgiya. 

Publisistika. Tənqid və ədəbiyyatşünaslıq. 



 

Bəxtiyar  Vahabzadə.  Həyatı  və  yaradıcılığı.  Lirikası.  Poemaları:  “Gülüstan”,  “Muğam”. 



Dramaturgiyası: “Fəryad” və s. yaradıcılığında azadlıq, istiqlal və vətənpərvərlik mövzu 

və motivlərinin parlaq bədii ifadəsi. 

İsmayıl  Şıxlının  həyatı  və  yaradıcılığı.  Hekayələri.  Romanları.    “Dəli  Kür”,  “Ölən 

dünyam”. Elmi-pedaqoji fəaliyyəti. 

İsa Muğanna. Həyatı və yaradıcılığı. Hekayələri. “Faciə” (“Teleqram”) povestində təbiət, 

insan və mənəviyyat problemi. Müharibə povestləri: “Saz”, “Tütək səsi”, “Quru budaq”, 

“Kollu Koxa” və digər povestlərində müharibədən sonrakı dövrün və insanların həyatının 

təsviri.  “Məşhər”  müasir  Azərbaycan  ədəbiyyatında  tarixi-fəlsəfi  roman  nümunəsi  kimi. 

“İdeal”, “Ölüm dirim”, “Qəbiristan”, “Cəhənnəm” romanları. 

İsa Muğanna yaradıcılığı və ədəbi tənqid. 

Nəbi Xəzri. Həyatı və yaradıcılığı. Şairin lirikası, poemaları və dramaturgiyası. 

Hüseyn Arif. Həyatı və yaradıcılığı. Şairin lirikası və poemaları. 

Tənqid və ədəbiyyatşünaslıq. 

Məmməd 


Cəfər. 

“Hüseyn  Cavid”,  “Azərbaycan  ədəbiyyatında  romantizm” 

monoqrafiyaları. Ədəbi-tənqidi  məqalələri, məruzələri. 

Cənubi Azərbaycan ədəbiyyatı. 

Poeziya.  M.Şəhriyar.  həyatı  və  yaradıcılığı.  Lirikası.  “Azərbaycan”,  “Türkün  dili”. 

Şeirləri. Poemaları. “Heydərbabaya salam” və “Səhəndiyyə” əsərləri. 

Bulud Qaraçorlu Səhənd. Həyatı və yaradıcılığı. “Sazımın sözü” kitabı. 

Səməd  Behrənginin  həyatı  və  yaradıcılığı.  Hekayələri.  “Balaca  qara  balıq”  əsərində 

azadlıq ideyasının bədii inikası. 

Qulamhüseyn Sayedinin həyatı və yaradıcılığı. Bədii nəsr nümunələrində bədii şərtilik və 

psixologiyanın  dərinliyi.  Yaradıcılıq  üslubunda  sirli,  sehrli,  fantastik  və  ya  magik 

realizmin üstünlük təşkil etməsi. 

Azərbaycan  mühacirət  ədəbiyyatı.  Poeziya.  Nəsr.  Dramaturgiya.  Tənqid  və 

ədəbiyyatşünaslıq. 

Əlibəy Hüseynzadə. Həyatı və yaradıcılığı. 

Əhməd Ağaoğlu. Həyatı və yaradıcılığı. 

Məhəmməd Əmin Rəsulzadə. Həyatı və yaradıcılığı. 

Almas İldırım.Həyatı və yaradıcılığı. 

Əhməd Cəfəroğlu. Həyatı və yaradıcılığı. 

Müstəqillik dövründə ədəbiyyat (1991-2011). 

Poeziya. Qabil, Xəlil Rza Ulutürk, Məmməd Araz. 

Nəsr. Sabir Əhmədli. Yusif Səmədoğlu. Anar , Elçin, Əkrəm Əylisli, Afaq Məsud. 

Tənqid və ədəbiyyatşünaslıq. Yaşar Qarayev. 


Yüklə 485,19 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə