Fənnindən labaratoriya iŞİ №4 Gəmi və digər qurğulardakı boru sistemlərində mayenin hərəkət rejimləri (İşin adı) Qrup



Yüklə 203,21 Kb.
səhifə1/2
tarix13.06.2022
ölçüsü203,21 Kb.
#61338
  1   2
Laboratoriya 44
000000, slayd 4

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC
AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

“Gəmi energetik qurğuları” kafedrası


“Gəmi hidromexanika və hidrodinamikası” fənnindən

LABARATORİYA İŞİ № 4
Gəmi və digər qurğulardakı boru sistemlərində mayenin hərəkət rejimləri
(İşin adı)
Qrup: 189 A2
Tələbə: Məmmədli Əli
Müəllim: aas. Fatyanova Natalya V.


BAKI-2022

İşin məqsədi: Təcrübədə iki əsas hərəkət rejimi təyin edilir və hər iki rejimdə Reynolds ədədi hesablanır. Laminardan turbulent rejimə keçmək qeyd edilir və Reynolds ədədin böhran qiyməti Re hesablanır.
Nəzəri hissə: Maye hərəkəti zamanı iki rejim müşahidə olunur: Laminar və turbulent.
Laminar hərəkətə maye hissəcikləri borunun səthinə paralel şəkildə hərəkət edir.
Turbulent hərəkət rejimində maye axınının hərəkəti pozulur, maye hissəcikləri qarışır, burulğanlı hərəkətdə edir.
Mayenin hərəkəti zamanı enerji itkisi bilavasitə hərəkət rejimlərindən asılıdır.
Təcrübə vasitəsi ilə müəyyən olunmuşdur ki, mayenin hərəkət rejiminin birindən digərinə keçməsi ölçüsüz kompleksdən – Reynolds ədədindən asılıdır:

V – orta sürət; d – təsir edici həndəsi ölçü (daxdığımız halda boru kəmərinin diametridir). Hidravliki diametr canlı kəsik sahəsisinin, islanmış perimetrdə olan nisbətdir.
Ekvivalent diametri: .
Boru kəmərində orta sürətin kiçik qiymətlərində laminar hərəkət rejimi müşahidə olunur. Sürəti artır, laminar hərəkət rejimi tədricən turbulent rejimə keçir. Bu keçidə uyğun sürət böhran sürəti adlanır və buna uyğun Reynolds ədədinə böhran Reynolds ədədi deyirlər. Dairəvi en kəsikli boruda həmin ədəd Reb=2320, açıq axın və qeyri-dairəvi en kəsikli üçün isə Reb=580 olur. Beləliklə Re<2320 olarsa boru kəmərində laminar hərəkət, Re>2320 olarsa – turbulent hərəkət rejimi müşahidə olunur.
Qurğunun sxemi: Qurğu su sayğacı və boru kəmərindən ibarətdir. Maye kəmərindən ventil vasitəsi ilə su sayğacına və oradan da boru kəmərinə daxil olur. Sayğac mayenin sərfini ölçmək üçün istifadə edilir.

Yüklə 203,21 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə