Fənn: Maliyyə Bilet



Yüklə 20,04 Kb.
tarix02.07.2022
ölçüsü20,04 Kb.
#62597
Bilet 2


Fənn: Maliyyə
Bilet 2



  1. Büdcədənkənar dövlət fondları

Cavab:



  1. Dövlət krediti

Cavab: Dövlət krediti — Dövlət tərəfindən verilir və bir qayda olaraq məqsədli səciyyə daşıyır (müəyyən növ məhsulun istehsalının təşkilinə, konkret iqtisadi inkişaf məqsədləri üçün). Özəl bank kreditləri ilə müqayisədə dövlət kreditləri güzəştli olur, uzun müddətə, ayrı-ayrı hallarda, hətta faizsiz də verilə bilər.
Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur. Dövlət krediti – öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. 



  1. Maliyyənin funksiyaları

Cavab: Funksiya sözü latınca «functio» sözündən əmələ gəlib, mənası «icra etmək», «gerçəkləşdirmək» deməkdir.
Maliyyənin əsasən iki funksiyası vardır: bölgü və nəzarət.
Bölgü funksiyası ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü prosesini əhatə edir. Bölgü obyekti kimi məhz bu sadalananlar, bölgü subyekti kimi isə dövlət, müəssisələr, təşkilatlar, əhali və s. çıxış edir. Bölgü prosesi ilkin bölgü və təkrar bölgü mərhələlərindən ibarətdir. 
Maliyyənin nəzarət funksiyası milli iqtisadiyyatda maliyyə nəzarətinin həyata keçirilməsinin elmi və nəzəri əsaslarını təşkil edir. Nəzarət funksiyası bölgü və yenidən bölgü münasibətlərini əhatə edir. Maliyyə nəzarətinin fəaliyyət dairəsinə isə maddi istehsal, qeyri-istehsal sahələri, dövlət büdcəsinin formalaşması və istifadəsi daxildir. Maliyyənin nəzarət funksiyasının əsas məqsədi maliyyə məsələləri üzrə qanunvericilik aktlarına əməl olunmasını, vergilərin düzgün və tam yığılmasını, xərclərin təyinatı üzrə istifadə edilməsini müəyyənləşdirməkdən ibarətdir.



  1. Maliyyə nəzarətinin prinsipləri

Cavab: Maliyyə nəzarəti — təsərrüfat subyektlərinin və rəhbərliyin fəaliyyətinin maliyyə və əlaqəli məsələlərini onun təşkilinin konkret forma və üsullarından istifadə etməklə yoxlamaq üçün tədbirlər və əməliyyatlar məcmusudur.
Maliyyə nəzarəti prinsiplərini müxtəlif əsaslara görə təsnifləşdirmək olar. Normativ sənədlərdə əks olunma səviyyəsinə görə prinsiplər fərqlənir:
a) Beynəlxalq hüquqi aktlarda (konvensiyalarda, sazişlərdə) birbaşa göstərilən prinsiplər;
b) AR qanunlarında birbaşa göstərilən prinsiplər;
c) Başqa normativ sənədlərdə göstərilən prinsiplər
d) Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər



  1. Maliyyə nəzarətinin keçirilmə qaydaları

Cavab: Maliyyə nəzarəti keçirilmə formasına görə ilkin, cari və sonrakı nəzarətə bölünür.
İlkin maliyyə nəzarəti – müəssisələrin maliyyə planlarının, idarə və təşkilatların gəlir və xərclər smetalarının, büdcə layihələrinin, müqavilə şərtlərinin və s. sənədlərin tərtib ediməsi və təsdiqi zamanı həyata keçirilir.
Cari maliyyə nəzarəti – maliyyə planının icrası prosesində, maliyyə-təsərrüfat əməliyyatları keçirildikdə, pul vəsaitlərinin və əmtəə material qiymətlilərin sərfinin norma və normativlərə uyğun olması yoxlanıldıqda, əvvəlcədən verilmiş vəsaitlərin istifadəsi, vəsaitlərin xərc planlarına uyğun buraxılması zamanı həyata keçirilir.
Sonrakı maliyyə nəzarəti – hesabat dövrünün və maliyyə ilinin bütövlükdə başa çatmasından sonra həyata keçirilir. Dövlət büdcəsinin, büdcə idarələrinin smetalarının, müəssisə və təşkilatların maliyyə planlarının icrası zamanı pul vəsaitlərinin səmərəli xərclənməsi yoxlanılır.




Yüklə 20,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə