ƏYRİPƏNCƏLİK(talipes equinovarus): MÜASİr ponseti metodu iLƏ MÜALİCƏ



Yüklə 1,63 Mb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#1829
  1   2   3   4

ƏYRİPƏNCƏLİK(TALİPES EQUİNOVARUS):

MÜASİR PONSETİ METODU İLƏ MÜALİCƏ

Əyripəncəlik anadangəlmə ortopedik deformasiyalar arasında ən sıx yayılan(hər 1000 canlı doğumda 1-2) patologiyalardan biridir. Bu patoloji vəziyyətdə dizaltı nahiyədə yerləşən bütün sümük-yumşaq toxumaların (əzələ-vətər, bağ, osteoartikulyar, neyrovaskulyar) anadangəlmə displaziyası görülür.

Əyripəncəlik embrional inkişaf qüsuru deyil. Normal inkişaf edən ayaq hamiləliyin ikinci trimestrində əyripəncəliyə dönüşür. Bu patoloji vəziyyətin yaranmasında bir çox teoriya və hipotez ortaya atılmışdır. Amma bunlardan heç biri bu xəstəliyin əmələ gəlməsini əsaslı şəkildə izah edə bilməmişdir. Bu patologiyanın ən çox sporadik yayılmasına baxmayaraq, bəzi ailələrdə natamam dominant autosom genetik yolla keçdiyi bildirilmişdir. Valideynlərdən birində bu patologiya olubsa, uşaqda görülmə ehtimalı 3%-4%-dir. Valideynlərdən hər ikisində bu patologiya rastlanıbsa, uşaqlarda görülmə ehtimalı 30%-ə qədər yüksəlir. Hər iki ətrafda görülmə sıxlığı 50%-dir. Oğlan uşaqlarında daha sıx rastlanır. Bu deformasiya əyriboyunluq və bud-çanaq oynağı displaziyası ilə birlikdə sıx görülür. Buna görə də əyripəncəliyi olan uşaqların bud-çanaq oynağı uyğun qaydada müayinə edilməli və lazımdırsa oynaq ultrasəs metodu köməkliyi ilə incələnməlidir.

Əyripəncəlik adətən ultrasəs müayinəsinin köməyi ilə hamiləliyin 16-cı həftəsindən sonra müəyyən edilir. Nadir hallarda daha erkən həftələrdə də diaqnoz qoyula bilər.

Aşıq sümüyündəki anormal dəyişiklik bu xəstəliyin əsasını təşkil edir. Patolojik tərəfdəki aşıq sümüyü normal tərəfə görə daha kiçik, boynu iç tərəfə dönmüş vəziyyətdə durur. Bayırdan baxıldıqda ayaq digər tərəfə görə daha kiçik, varus(içə dönük), ekin(aşağı doğru bükülmüş) vəziyyətdə durur. Tək tərəfli əyripəncəli xəstələrdə xəstə olan tərəf normal tərəfə nisbətən daha qısa (ortalama 1.3sm) və incədir(ortalama 0.4sm). Alt ətrafların uzunluqları eynidir, amma xəstə tərəfin çevrəsi normal tərəfə görə kiçikdir(ortalama 2.3sm).

Bu patologiya tipik və atipik olmaqla ikiyə ayrılır. Tipik əyripəncəlikdə səbəb adətən bilinmir. Atipik əyripəncəlikdə isə bəzi xəstəliklər(artroqripozis, spina bifida) fonunda ikincili olaraq yaranır.

Bu xəstəliyin müalicəsində günümüzə qədər bir çox konservativ və cərrahi müalicələr təklif edilmişdir. Bu müalicələr içində Dimeglio və Kayt metodlarını göstərmək olar. Dimeglionun təklif etdiyi metodda xəstə valideyni ilə xəstəxanaya yatırılır və uzun sürən müalicələr başlayır(günlük manipulyasiya və atelləmə). Kayt metodunda gips müalicəsi tətbiq edilir. Bu müalicə metodunun bir çox çatışmayan cəhətləri mövcuddur. Cərrahi müalicələr(Turo, McKay, Carrol,Cincinnati) ayağın ilkin görünüşünü düzəltməsinə baxmayaraq, residivlərin qarşısını ala bilmir. Ayaq və ayaq biləyi cərrahları cərrahi metodlarla düzəldilən ayaqların yetkinlik dövründə zəif, sərt və tez-tez ağrılı olduğunu qeyd edirlər. Bu isə gələcəkdə daha böyük problemlərin əmələ gəlməsinə səbəb olur.

Son on illikdə Ponseti metodu bütün dünyada əyripəncəliyin ən effektiv və ən ucuz müalicə üsulu sayılır. Əyripəncəlik deformasiyasını beyninizdə canlandırın. Normal ayaqdakı daraqarxası sümüklərinin qarşılıqlı əlaqəsini əyripəncəlik ilə müqaisə edin(Şəkil 1-[2]). Aşıq sümüyünün(qırmızı) deformasiyaya uğradığına və qayığabənzər sümüyün(sarı) medial tərəfə yerdəyişməsinə diqqət edin. Ayaq aşıq sümüyünün başı(mavi ox) ətrafında dönmüşdür. Ponseti metodu bu rotasiyanı əks tərəfə çevirməklə düzəlməyə əsaslanır(Şəkil1-[3]). Düzəlmə ardıcıl gips sarğısıyla tədricən əldə edilir. Ponseti metodunda deformasiya həftəlik dəyişdirilən gips sarğısı ilə ayağın aşıq sümüyü(qırmızı halqa) ətrafında tədricən döndürülməsi ilə düzəldilir(Şəkil1).






Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə