European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
  1   2   3   4   5   6   7   8   9   ...   18

www.enpi-fleg.org
EUROPEAN NEIGHBORHOOD AND PARTNERSHIP INSTRUMENT FAST
COUNTRIES FOREST LAW ENFORCEMENT AND COVERNANCE II PROGRAM
The Program is funded by the European Union and implemented by
the World Bank in partnership with WWF and IUCN
 “Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi 
və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi” proqramının II fazası 
(ENPİ East Countries FLEG II Program) 
AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ
MEŞƏDƏ HƏYAT FƏALİYYƏTİNİN 
TƏHLÜKƏSİZLİYİ
Bakı-2014

Tərtib edən: 
Lalə Dadaşova, biologiya üzrə fəl səfə doktoru
 
Azər Qarayev, ENPİ-FLEG proq ramı nın ölkə əlaqələndiricisi
Redaktor: 
Fəxriyyə Müsayeva
Kompüter tərtibatı: 
Rüstəm Zamanov
Tərcümə: 
Fidan Hüseynli
Rəsmlər: 
Yeganə Yunusova
Kitab meşə sektorunun mütəxəssisləri, yan ğından mühafizə bölmələri, könüllü yanğın söndürmə 
dəstələri, ətraf mühit üzrə ictimai təşkilatlar, təhsil müəssisələrinin müəllimləri, tələbələr, məktəblilər, 
turizm sektorunun əmək daş ları və meşə istifadəçiləri üçün nəzərdə tutul muş dur.

www.enpi-fleg.org
EUROPEAN NEIGHBORHOOD AND PARTNERSHIP INSTRUMENT FAST
COUNTRIES FOREST LAW ENFORCEMENT AND COVERNANCE II PROGRAM
The Program is funded by the European Union and implemented by
the World Bank in partnership with WWF and IUCN
“European Neighborhood and Partnership Instrument
East Countries Forest Law Enforcement and Governance II Program” 
MINISTRY OF EMERGENCY SITUATIONS OF REPUBLIC OF AZERBAIJAN
MINISTRY OF ECOLOGY AND NATURAL RESOURCES OF
REPUBLIC OF AZERBAIJAN
FOREST SAFEGUARD PRACTICES
Baku-2014

Compilers:  
Lala Dadashova, PhD in Biology
 
Azer Garayev, FLEG II Program’s Country Coordinator (Azerbaijan)
Editor: 
Fakhriyya Musayeva
Computer design: 
Rustam Zamanov
Translation: 
Fidan Huseynli
Drawings: 
Yegana Yunusova
The book is intended for the forest specialists, fire protection units, volunteer fire brigades, 
environmental public organizations, teachers, students, schoolchildren, tourism specialists and 
forest users. 

5
Giriş
Müasir dövrdə ekoloji problemlərin qlobal 
miqyasda sürətlə artması insanların sağlam 
və təhlükəsiz həyat fəaliyyəti üçün müəyyən 
təhlükələr yaradır. Yer üzərində yaşayan bütün 
canlılar kimi insan orqanizminin də imkanları 
məhduddur. İnsanın təbii mühitin arzuolunmaz 
neqativ təsirlərindən və əlverişsiz ekstremal 
şəraitdən qorunması bir çox amillərdən asılıdır. 
Ətraf mühitin əlverişsiz təsirlərinin qarşısını 
almaq və təbii sərvətlərin davamlı istifadəsinə nail 
olmaq dünya ictimaiyyətinin əsas vəzifələrindən 
biridir. 
Hər bir insan həyat fəaliyyətinin təhlükəsiz-
liyinin əsaslarına dair biliklərə yiyələnməlidir. 
Yaşadığımız mühitidə normal həyat fəaliyyətinin, 
sağlamlığın və iş qabiliyyətinin qorunub saxlanması 
bu biliklərdən asılıdır. Təbii və ya antropogen 
mənşəli fövqəladə hallarda təhlükəsizlik tədbirləri 
barədə xüsusi biliklərə malik insanlar sərt ekoloji 
şəraitdə təbiətə ziyan vurmadan düzgün fəaliyyət 
göstərirlər. Ətraf mühitin əlverişsiz təsirlərindən 
qorunmaq və fövqəladə vəziyyətlərdən çıxış 
yollarını bilməklə sağlam həyat fəaliyyətini təmin 
etmək mümkündür.
İnsanlar hələ qədim dövrlərdən meşə ilə sıx 
əlaqədə olmuşlar. Meşə insanın sığınacaq yeri 
olub, onu qida, geyim və istiliklə təmin etmişdir. 
Əsrlər boyu insan meşənin nemətlərindən 
bəhrələnərək təbiətin yazılmamış qanunlarına 
uyğun fəaliyyət göstərmişdir. Meşənin təbii 
ehtiyatlarından istifadə edərkən müəyyən 
davranış qaydalarına riayət etməklə insanlar öz 
təhlükəsizliklərini təmin edə bilmişlər. Zaman 
keçdikcə bu biliklər daha da təkmilləşərək, 
texnikanın inkişaf etdiyi hazırki dövrdə insanların 
həyat təhlükəsizliyinin təmin olunmasına kömək 
etmişdir.
Ətraf mühitin ekoloji problemlərinin əsas 
səbəblərindən biri də insanların meşələrə 
neqativ təsir göstərməyidir. Meşənin zəngin 
nemətlərindən əhalinin qeyri-səmərəli istifadəsi 
canlılar aləminin həyat fəaliyyətini pozaraq, 
bioloji müxtəlifliyin tükənməsinə, ekoloji sis-
temin deqradasiyasına səbəb olur. Mal-qaranın 
Introduction
Fast-increasing ecological problems pose a 
number of threats to the people’s health and 
safe life activity in modern time. As is it true to 
all creatures inhabited the Planet capabilities of 
human’s organism are also limited. Protection 
of the human from unfavorable negative 
environmental impacts and extreme conditions 
depends on many factors. The international 
community considers one of its main tasks a 
promotion of ecological education aimed to 
prevent unfavorable environmental impacts 
and to ensure sustainable use of the natural 
resources. 
Every person has to be aware on basic 
safety rules of its life activity. Preservation 
of our normal life activity, health and work 
abilities depends on this knowledge. People 
who possess specific knowledge on safety 
actions during emergency situations are able 
to act properly in harsh ecological situation 
without harming the nature. By protecting the 
environment from unfavorable impacts and 
being aware about the solutions to emergency 
situations one ensures the healthy course of its 
life activity. 
From the very old ages the human’s life has 
been inextricably linked with the forests. The 
forest was a shelter for the human, provided 
him with food, clothes and heat. Ages long 
while using forest resources the human 
acted in line with unwritten rules of nature. 
By complying with specific rules while using 
natural resources the human ensured its safety. 
Eventually the human improved these skills 
which helped to ensure humans’ safety of life 
in the era of technological progress.
Ecological problems continue to have a 
negative impact on the forests. Unsustainable 
use from the forest resources causes 
misbalance of life activity of live creatures in 
the forests, depletion of forest’s biodiversity 
which gradually resulted in degradation of 
ecological system.

6
özbaşına otarılması, qanunsuz meşə qırmaları, 
ətraf mühitin çirkləndirilməsi, hərbi münaqişənin 
təsiri və s. meşə sektorunun əsas ekoloji 
problemləridir. 
Azərbaycanda ilk dəfə olaraq “həyəcan 
təbili”ni səsləndirən dahi təbiətşünas, akademik 
Həsən Əliyev dünya ictimaiyyətini meşələrin 
ekoloji problemlərini birlikdə həll etməyə 
çağırmışdır: «...Meşəni - Yer kürəsinin bu yaşıl 
kəmərini bircə an təsəvvür etməsək, demək 
bəşər də yoxdur. Ölçüsüz-biçisiz yaşıllığa hücum 
insana qarşı yönəlmiş ən ağır müharibədir. İnsan 
ağlı, insan zəhməti bu müharibəni dəf etməyə 
qadirdir».
Dünyanın 44 ölkəsinin nümayəndələrinin 
iştirakı ilə 2005-ci ildə Sankt-Peterburq 
şəhərində keçirilən beynəlxalq konfransda qəbul 
edilmiş “Avropa İttifaqının qonşuluq siyasəti 
şərq ölkələrinin və Rusiyanın meşə sektorunda 
hüquq tətbiqi və idarəetmə sisteminin təkmil-
ləşdirilməsi” proqramı Azərbaycanda 2010-cu 
ildən etibarən həyata keçirilməyə başlanmış, 
2013-cü ildən isə II mərhələsi davam etdirilmişdir. 
Azərbaycan Respublikası Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, 
Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, 
Azərbaycan Milli Elmlər Akademiyası və 
digər dövlət qurumlarının, ictimai təşkilatların 
birgə əməkdaşlığı ilə meşə qanunvericiliyinin 
təkmilləşdirilməsi, meşələrin yanğından mü-
hafizəsi, meşələrin qorunması və artırılması, 
əhalinin ekoloji maarifləndirilməsi sahəsində 
bir sıra tədbirlər həyata keçirilmişdir. Meşələrin 
davamlı idarə edilməsi üzrə ali və orta təh-
sil müəssisələri üçün dərsliklər, metodik və-
sait 
lər hazırlanmış, Quba, Qax, Şamaxı, 
İsmayıllı, Lənkəran və digər rayonların orta 
mək təblərində, ekoloji tərbiyə və təcrübəçilik 
mərkəzlərində təşkil olunmuş “Gənc meşəçilər” 
dəstələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
meşə mühafizəsi və bərpası müəssisələrinin 
əməkdaşlarının tövsiyəsi ilə meşəsalma, meşə-
bərpası işlərində fəal iştirak etmişlər. 
Təqdim olunan kitab meşəçilərin, meşə 
istifadəçilərinin, meşələrə səyahət edən insanların 
həyat fəaliyyətinin təhlükəsizliyinin təmin olun-
ması məqsədilə tərtib edilmişdir. Kitabda dünya-
First-time ever proclaiming “alarming 
drum”, distinguished academician specializing 
in natural sciences, Hasan Aliyev called 
the international community to unify while 
solving forest-related problems: “…If we 
do not imagine forest – green belt of the 
Planet, that means that there is no Universe. 
Disproportional attack to the greenery is the 
cruelest war against the human. Human’s brain 
and human’s hard work are able to overcome 
this war”. 
A series of activities have been being 
carried out in Azerbaijan within the framework 
of “Improving Forest Law Enforcement and 
Governance in the European Neighborhood 
Policy East Countries and Russia” Program 
which was launched by adoption of Sankt-
Petersburg Ministerial Declaration by 44 
countries in 2005 in Sankt-Petersburg, 
Russian Federation. The first phase of FLEG 
Program in Azerbaijan was launched in 2010 
and due to its success a second phase has 
been started in the country in 2013. Various 
initiatives is being carried out in a spirit of 
joint cooperation between the Ministry of 
Ecology and Natural Resources of Azerbaijan, 
the Ministry of Education, the Ministry 
of Emergency Situations, the Ministry of 
Agriculture, the National Academy of Sciences 
of Azerbaijan and other governmental bodies 
and public organizations. They related to the 
areas such as improving the forest legislation, 
forest fire safety, protection and increasing of 
the forestland and ecological education of the 
population. Tutorials, manuals and supporting 
materials on sustainable forest management 
have been being worked out for secondary 
schools and higher education institutions, also 
“young foresters’” groups have been being 
established in the secondary schools of the 
forest regions and in the district ecological 
education and practice centers. Currently 
with the support and under the supervision 
of the employees from the Forest Protection 
and Restoration Enterprises of the Ministry 

7
nın və Azərbaycanın meşə örtüyünün müasir 
ekoloji vəziyyəti, meşənin əhəmiyyəti, insanın 
ətraf mühitlə qarşılıqlı əlaqəsinin təhlükəsizliyi, 
əraf mühitin çirklənməsinin və təbii resursların 
qeyri-səmərəli istifadəsinin meşə ekosisteminə 
təsiri, fövqəladə halların baş vermə səbəbləri, 
meşədə həyat fəaliyyətinin təhlükəsizliyinə dair 
dövlət qanunvericiliyi öz əksini tapmışdır. 
Meşə istifadəçilərinin təhlükəsizliyi, meşə-
bərpası və mühafizəsi işlərində təhlükəsizlik 
tədbirləri, yanğın təhlükəsizliyi qaydaları, föv-
qəlaldə hallarda insan həyatının qorunması 
tədbirləri, meşə ekosisteminə neqativ təsirin 
qarşısını almaq məqsədilə etik davranış qaydaları 
barədə vəsaitdə göstərilən məlumatlar əhalinin 
müxtəlif sosial qrupları üçün nəzərdə tutulur. 
Son illərdə istirahət məqsədilə, ekoloji turizm 
səfərlərində iştirak edən insanların sayı getdikcə 
artır. Buna görə də meşədə təh lükəsizliyin təmin 
edilməsi məqsədilə müəyyən qaydalara riayət 
olunması kitabda geniş şərh olunur. Turizm 
səfərlərinə hazırlıq ərəfəsində və səfər zamanı 
təhlükəsiz fəaliyyətin təmin olunması, meşədəki 
vəhşi heyvanların hücumuna, zəhərli həşəratların 
və bitkilərin təsirinə məruz qalmamaq üçün 
nəzərdə tutulan tövsiyələr, xəsarət alanlara 
ilk tibbi yardım üsulları barədə məlumatlar 
arzuolunmaz və gözlənilməz hadisə lər zamanı 
yarana biləcək ekstremal vəziy 
yətlərdən 
insanların çıxış yolu tapa bilməsi üçün yararlı ola 
bilər.
Kitab meşə sektorunun mütəxəssisləri, 
yanğın dan mühafizə bölmələri, könüllü yanğın-
söndürmə dəstələri, ətraf mühit üzrə ictimai 
təşkilatlar, təhsil müəssisələrinin müəllimləri, 
tələbələr, məktəblilər, turizm sektorunun əmək-
daşları və meşə istifadəçiləri üçün nəzərdə tutulur.
Ümid edirik ki, təqdim olunan kitab meşədə 
təhlükəsiz fəaliyyət göstərmək üçün müvafiq 
biliklərin və bacarıqların əldə olunmasında sizə 
yardımçı olacaqdır. Biz, meşə istifadəçisi olaraq 
hər birimiz öz sağlamlığımızı və təhlükəsizliyimizi 
qorumaqla yanaşı, həm də gələcək nəsillərimizin 
misilsiz yaşıl sərvətdən bəhrələnməsi üçün 
meşənin canlı aləminin mühafizəsinə və təbii 
ehtiyatların davamlı istifadə edilməsinə səy 
göstərməliyik!
of Ecology and Natural Resources “young 
foresters’” groups of Shamakha, Guba, Ismailli, 
Gakh, Lankaran and other regions are actively 
participating in the forest planting and forest 
rehabilitation activities. 
This book was developed to ensure safety 
of life of the foresters, users of the forest and 
tourists visiting the forests. The book includes 
information on ecological status of the forest 
cover in Azerbaijan, value of the forest, safety 
of mutual links between the human and the 
environment, impact of unsustainable use of 
the forest and pollution on forest ecosystems, 
causes of emergency situations and legislation 
related to life safety. 
Inclusion of information on safety of forest 
users, activities in the area of forest protection 
and rehabilitation, fire safety rules, life saving 
activities in emergency situations, ethical code 
of conduct aimed to prevent the negative 
impact on forest ecosystem is expected to be 
useful for various social groups. Recent years 
saw an increase of eco tourists in the country. 
For this reason authors widely covered specific 
rules related to ensuring safety in the forest. 
Those who plan touristic trips and want 
to ensure their safety during the period of 
travel may benefit from recommendations on 
how to avoid attacks of wild animals, protect 
themselves from poisonous insects and plants, 
to provide first-aid to the injured, and find ways 
from extreme and unexpected situation. 
The book is intended for the forest 
specialists, fire protection units, volunteer fire 
brigades, environmental public organizations, 
teachers, students, schoolchildren, tourism 
specialists and forest users. 
We do hope that this book will help you 
to obtain necessary skills and knowledge to 
ensure safe life activity in the forest. As a forest 
user you will not only protect your health and 
ensure your safety but also help to preserve live 
world of the forest and ensure sustainable use 
of the forest resources for future generations 
to enjoy unique green treasure. 

8
İnsanın ətraf mühitlə qarşılıqlı əlaqəsinin təhlükəsizliyi
İnsan öz gündəlik tələbatını ödəmək 
üçün meşə ehtiyatlarından tarix boyu istifadə 
etmişdir. Meşələrin tükənməsi səbəblərinin 
araşdırılması göstərir ki, təbiətə hədsiz müdaxilə 
və meşə ehtiyatlarının qeyri-səmərəli istifadəsi 
ekoloji böhranı gücləndirir. Təbii ehtiyatlardan 
istifadə edərkən davamlılıq və səmərəlilik 
prinsipinin gözlənməsi müasir dövrün labüd 
tələbidir. İstehlakçı psixologiyasında dönüş 
yaratmaq üçün təbiətə münasibət kökündən 
dəyişməlidir. Əhalinin meşələrin təbii inkişaf 
qanunauyğunluğu və meşə resurslarının davam-
lı istifadəsi sahəsində maarifləndirilməsi və 
məlumatlandırılması günün əsas tələbidir. İn-
sanın təsərrüfat fəaliyyətinin yenidən qurulması 
və təbiətə dəyən ziyanın azaldılması üçün 
mühüm tədbirlər həyata keçirilir. Sosial və 
iqtisadi məsələlərin həlli meşələrin ekoloji 
problemlərinin həllinə imkan yaradır. Buna 
görə də meşəçilik sahəsində bir çox problemlər 
kompleks şəkildə davamlı inkişafın tələblərinə 
uyğun olaraq həyata keçirilməlidir. Meşə 
örtüyünü xilas etmək üçün bitki və heyvan 
növlərinin bioloji müxtəlifliyini qorumaq 
zəruridir. Cəmiyyətlə təbiət arasında harmonik 
münasibətlərin pozulması ekoloji böhran 
vəziyyətinə şərait yaradır.
Cəmiyyətlə təbiət arasında qarşılıqlı əlaqə-
lərin harmonik inkişafı təhlükəsiz həyat şəraitinin 
yaradılmasına, ətraf mühitin təmiz liyinin qorunub 
saxlanmasına, təbiətdə ekoloji sistemlərin 
davamlılığına, maddələr və enerji mübadiləsinə 
kömək edir. İnsanla ətraf mühitin qarşılıqlı əlaqə-
sinin aşağıdakı təhlükəsizlik prinsipləri vardır:
1.  İqtisadi məsələlərdə ekoloji aspektlərin 
prioritetliyi - bu halda insanın iqtisadi 
maraqları təbiətin xeyrinə həll olunur.
2. İqtisadiyyatın ekologiyaya nisbətən 
prio ritetliliyi - iqtisadi məsələlərin həl-
lində insanın təbiətə təsiri və təbiətin 
özünü tənzimləməsi nəzərə alınmır. 
Təcrübə göstərir ki, belə olduqda təbii 
mühitin deqradasiyası sürətlənir, insanın 
sağlamlığına böyük zərər yetirilir.
3.  Ekoloji və iqtisadi maraqların uzlaş-
dırılması - yeganə effektiv üsul olaraq 
təsərrüfat fəaliyyətinin təbiətə təsirinin 
məhdudlaşdırılması, elmi dəlillər əsa-
sında tərtib olunan və ətraf mühitin 
qorun 
masına imkan verən normativ 
qərar 
ların qəbul edilməsini nəzərdə 
tutur.
“Ekoloji təhlükəsizlik haqqında” Azər bay-
can Respublikası Qanununda “Ekoloji təhlükə-
sizlik - insanın və cəmiyyətin həyati vacib 
maraqlarının, ətraf mühitin ona antropogen və 
təbii təsirlər nəticəsində yaranan təhlükələrdən 
qorunmasının təmin edilməsi” kimi əks etdirilir 
(maddə 1). Qanunda insanın, cəmiyyətin və 
dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq 
ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin 
əsas istiqamətləri aşağıdakı kimi göstərilir:
-  ölkənin inkişaf strategiyasının formalaş-
dırılmasında və həyata keçirilməsində 
ekoloji təhlükəsizliyin üstün qaydada 
təmin edilməsi;
- ekoloji təhlükəsizliyi ümumdünya, 
regional və yerli səviyyədə təmin etmək 
məqsədilə beynəlxalq əməkdaşlığın in-
kişafı;
-  biosferin və onun bütün komponent-
lərinin qorunub saxlanılmasının insan-
ların həyatı və fəaliyyəti üçün ekoloji 
cəhətdən təhlükəsiz şəraitin təminat 
sisteminin yaradılması ;
-  ölkənin ərazisində, o cümlədən Xəzər 
dənizinin Azərbaycan sektorunda döv-
lət və yerli özünüidarəetmə orqanlarının 
qarşılıqlı fəaliyyətinin təmin edilməsi;
-  təhlükəli ekoloji və fövqəladə vəziyyətin 
qarşısının alınması, gələcək nəsillərə 
təsir göstərə biləcək nəticələrin ara-
dan qaldırılması üzrə tədbirlərin hazır-
lanması və ardıcıl həyata keçirilməsi;

9
Dünya və Azərbaycan meşələri
-  ətraf mühitə təsir edən təsərrüfat və 
digər fəaliyyətin ekoloji təhlükəsizliyin 
təmin edilməsi mövqeyindən nizama 
salınması (maddə 4).
İnsanın sağlam həyatı ətraf mühitin təmiz-
liyindən asılıdır. Digər canlı orqanizmlər kimi 
insan da ətraf mühitlə maddələr, enerji və 
informasiya mübadiləsi ilə bağlıdır. İnsanın 
təkamül prosesində müəyyən mövqeyi 
vardır. Lakin sosial obyekt kimi insan ətraf 
mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda 
mühiti özünə uyğun şəkildə dəyişməyə çalışır. 
İstehsalatın təsiri ilə biosferin təbii təkamülündə 
baş verən güclü dəyişikliklər texnosferin forma-
laşmasına səbəb olur. 
Bəşəriyyətin həyatı hava, su və torpaqdan 
asılıdır. Elmi - texniki tərəqqinin sürətli inkişafı 
təbii ekosistemlərin fəaliyyətinin pozulmasına 
gətirib çıxarır. Digər ekoloji sistemlər kimi 
meşələr də insan fəaliyyətinin güclü təsiri altında 
öz təbii görünüşünü dəyişir. Təbiət üçün yad 
ünsürlər olan süni sintetik maddələr və digər 
sənaye tullantıları ətraf mühiti çirkləndirərək, 
hava və su vasitəsilə sürətlə yayılaraq meşələrə 
güclü neqativ təsir göstərir. Cəmiyyət və təbiət 
arasında harmonik münasibətlərin pozulması 
son nəticədə insanların sağlamlığının itirilməsinə 
səbəb olur. 
Beləliklə, atmosferin, hidrosferin, litosferin 
çirklənməsi planetin bütün guşələrində canlı-
lara təsir edərək ekoloji tarazlığın pozulması ilə 
nəticələnir. Əsas çirklənmə mənbələri nəqliy-
yat, sənaye və kənd təsərrüfatı sahələridir. 
İqti 
sadiy 
yatın bu sahələrinin təsiri altında 
ağır metallar, toz, pestisidlər, gübrələr və s. 
bu kimi çirkləndiricilər ətraf mühitə yüksək 
dərəcədə təsir edir. Antropogen amilin təsiri 
altında meşələrin tükənməsi və deqradasiyası 
ildən-ilə sürətlənir. Turşulu yağışlar, iqlim 
dəyişmələri, ozon qatının seyrəlməsi və digər 
ekoloji problemlər yaşıl örtüyə məhvedici təsir 
göstərir.
Dünya üzrə meşə örtüyünün sahəsi 4 
milyard hektardır. Bunun 809 milyon hektarı 
Rusiya Federasiyasının, 478 milyon hektarı 
Braziliyanın, 310 milyon hektarı Kanadanın və 
303 milyon hektarı ABŞ-ın payına düşür. Son 
200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 
2 dəfədən çox azalmışdır. Tropik meşələr ən 
zəngin bioloji müxtəlifliyə malikdir. Belə güman 
edilir ki, canlı orqanizmlərin bütün növlərinin 
2/3 hissəsi bu meşələrdə yaşayır. 
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının 
məlumatına görə hazırda tropik meşələrin 
40%-i qırılmış, qalan meşə sahələri isə 
dəqiqədə 20 ha sürətlə məhv edilir. Bütün 
bunlardan əlavə hər il baş verən meşə yanğınları 
nəticəsində geniş meşə əraziləri yanıb sıradan 
çıxır. Təkcə Afrikada ildə 80 milyon ton bitki 
örtüyü məhv olur.
XVII-XVIII əsrlərdə sənayenin inkişafı və 
oduncağa olan tələbatın artması nəticəsində 
meşə ehtiyatlarının tükənməsi prosesi sürət-
ləndi. İlk dəfə olaraq XVIII əsrdə Almaniyada 
meşəçilik təsərrüfatlarının davamlı istifadəsi 
barədə çağırışlar səsləndirildi və qırılmış meşə-
lərin yenidən bərpası üçün təşəbbüs göstərildi. 
Bu ideyalar sonradan digər Avropa ölkə-
lərində də tətbiq olunmağa başlandı. XX 
əsrdə meşələrin davamlı istifadəsi barədə 
təkliflər 1992-ci ildə Rio-de-Janeyro şəhərində 


Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə