Erməni cinayətləri (sənədlər əsasında) I cild



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix06.09.2017
ölçüsü1,03 Mb.
#29049
1   2   3   4   5   6   7   8   9   10   11
Qaradağlı kənd sakinlərindən fiziki cəhətdən sağlam olan gəncləri seçərək, onları 
naməlum  istiqamətdə  aparmışlar.  Onlar  barəsində  hazırki  vaxtadək  heç  bir  xəbər 
yoxdur.  
Girov  götürülmüş  kənd  sakinləri  “KamAz”  markalı  maşına  Xankəndi 
şəhərinə  aparılarkən  erməni  quldurları  yolda  polis  leytenantı  Abbasov  Sərvər, 
Bayramov Elmar və Zahid adlı şəxslərin başlarını kəsmişlər. 
Xankəndində 45 günlük əsrlik dövründə ermənilər Qaradağ kənd sakinləri 
Quliyev    Əliaslan,  Quliyev  Kamal,  Axundov  Şura,  Tağıyev  Böyükkişi,  Fazil  və 
Şura adlı şəxslərə işgəncələr verərək qətlə yetirmişlər.  
Erməni quldurları polis əməkdaşı, kiçik çavuş Kərimov Əliqismətin başını 
kəsərək,  başsız  bədəninin  erməni  ilə  dəyişdirmək  məqsədilə  Ağdama  
göndərmişlər; 
Tevon Tağıyev on altı gün Xankəndi türməsində girov taleyi yaşamışdır. 
Sonra    Ebil  Balayanın  Xankəndi  pedoqoji  İnstitutunda  müəllim  işləyən  45  yaşlı 
oğlu  Vartanın  Quliyev  Əmiraslanı,  Tağıyev  Talıbı  və  Əliyev  Qasımın 
oğlanlarından  birini  Tevon  Tağıyev  ilə  birlikdə  Xocanəddənki  evlərinin  maşın 
qarajında  üç  gün  saxlamaqda  məqsədi  Bakı  şəhərində  həbsxanada  olan  atası  ilə 
dəyişdirilmək olmuşdur. Bu müddətdə Vartan Balayan Ağdam rayonunda fəaliyyət 
göstərmiş  Azərbaycanın  hökumət  nümayəndələri  ilə  atası  Ebilin  dəyişdirilməsi 
üçün  danışıqlar  aparmışdır.  Aparılmış  danışıqlar  nəticəsində  Ağdamda  əldə 
olunmuş  razılaşmaya    əsasən,  Bakı  şəhərində  saxlanılmış  4  nəfər  erməni 
cinayətkarının müqabilində 14 nəfər girovun və 13 nəfərin meyitinin dəyişdirilməsi 
nəzərdə tutulmuşdur. 

20 
 
Bundan  sonra  Vartan  Tevon  Tağıyevlə  birlikdə  olan  digər  azəbaycanlı 
girovları Heşan kəndinə gətirərək onları kolxoz binasının gözətçi otağında daha 14 
-15 gün saxlamışdır. 
Qeyd  olan    müddətdə  girovlar  gündə  3  dəfə  gecə  və  gündüz  Qaradağlı 
kəndinə  aparılaraq  13  nəfər  meyidin  yığışdırılması  ilə  məşğul  olmuşlar.  Tevon  
Tağıyev  onların arasında  silos  quyusunda  basdırılmış oğlu Telmanın da meydini 
çıxarmağa  səy göstərmiş, lakin bu mümkün  olmamışdır. Belə ki,  üç  gün ərzində 
Xankəndindən  iki  dəfə  erməni  quldurları  gələrək  onları  hədələmiş  və  işi  tez 
qurtarmağı, deyilənlərdən artıq  meyit  çıxarmamağı tapşırmışlar. 
Beləliklə,  1992-ci  il  martın  30-da    mülki  geyimdə  olan  Vartan  Ağdamın 
Mərzili  postunda    Xankəndi  türməsində  50  gün  saxlanılmış  14  nəfər  Qaradağlı 
kənd  sakinini  və  qətlə  yetirilmiş  13  nəfərin  meyitini  maşınla    Ağdamın  Mərzili 
postuna gətirərək atası Ebil və 3 nəfər erməni qulduruna dəyişdirilmişdir.  
14 nəfər aşağıdakılardan ibarətdir: 
Tağıyev Tevon Habil oğlu, 1925-ci il təvəllüdlü
Hüseynov Məhəmməd  Hüseyn oğlu, 1934-cü il təvəllüdlü; 
Abbasov Aydın Mehdi oğlu, 50-60 yaşında; 
Hüseynov Atıxan Fərman oğlu, 1936-cı il təvəllüdlü; 
Şirinov Şamxal Familət  oğlu, 1968-ci il təvəllüdlü; 
Şirinov Elman, 1968-ci il təvəllüdlü; 
Əmirxanov Güloğlan Əkbər  oğlu, 1953-cü  il təvəllüdlü; 
Tağıyev Talib İnqilab oğlu, 1964-cü  il təvəllüdlü; 
Kərimov Qara Hüseyn oğlu, 60 yaşında; 
Əliyev Qasımın oğlanları -23 və 25 yaşlarında, hər ikisi evlidir,  
Beyləqan rayonunda məskunlaşmışdır: 
Quliyev Əmiraslan İmkan oğlu, 1966-cı il təvəllüdlü; 
Tağıyev Sərdar Qaçay oğlu, 1940-cı il təvəllüdlü; 
Tağıyev əvəz Qaçay oğlu, 1945-cı il təvəllüdlü; E.Balayana  dəyişdirilmiş 
13  nəfərin  meyitinin  4-ü  Qaradağlı  kəndinin  müxtəlif  yerlərindən  yığışdırılmış,  9 
nəfərin meyiti isə kəndin yaxınlığında yerləşən silos quyularından çıxarılmışdır. 
Kənddən götürülənlər: 
-
 
Hüseynov Şamurad Hüseynalı oğlu, 60 yaşında; 
-
 
Dadaşov Eldar  İsa  oğlu, 55 yaşında; 
-
 
Kərimov Qaran adlı kənd  sakinin oğlu 20 yaşında, polis əməkdaşı,  
başı kəsik vəziyyətdə
-
 
Bayramov Rəşid Həşim oğlu 60 yaşında; 
Silos  quyusundan  çıxarılanlar: 
-
 
Hüseynov Dəmir , 70 yaşında; 
-
 
Mobil Mürsəl oğlu, 40 yaşında; 
-
 
Əzizov Atəş Əfqan oğlu, 16 yaşında; 
-
 
Xəlilov  Zahid Əyyub oğlu, 40 yaşında; 

21 
 
-
 
Yaqub, 19 yaşında; 
-
 
2 nəfər XTPD-nın işçiləri, Ağdam rayonu sakinləri. 
 
İcraatda    olan  təhqiqat    işi  çərçivəsində  keçirilən  tədbirlər  zamanı  şahid 
bazası  ətrafında    yoxlanmış  materialların  təhlili  göstərir  ki,  Xocalı  faciəsində  10 
gün  əvvəl  başlamış  Qaradağlı  faciəsi  Azərbaycan  və  dünya  ictimaiyyətinin 
nəzərindən kənarda qalmışdır. Belə ki, erməni quldurları 1992-ci il fevralın 17-də 
Qaradağlı kəndinə hücum edərkən Xocalıdan fərqli olaraq müxtəlif işgəncələrlə 77 
nəfərdən çox azərbaycanlının vəhşicəsinə qətlə yetirmişlər. 
1993-cü    il  avqust    ayının    23-dən  1996-cı  il  may    ayının  10-dək  erməni 
girovluğunda  olmuş 1958-ci ildə Cəbrayıl rayonunda  anadan olmuş, azərbaycanlı, 
ali təhsilli, ailəli, Cəbrayıl rayon İcra hakimiyyətində işləmiş Mehdiyev İlqar Ərşəd 
oğlu girovluqda olarkən ağır işgəncələrə məruz  qalmışdır. 
Girovluq dövründə ona Azıərbaycan bayrağına  tüpürmək əmri verildikdə 
o, bayrağı öpərək bağrına  basmış və bu zaman  ermənilər onun onurğa sümüyünü  
sındırmışlar.  İ.  Mehdiyevin  boynuna  zəncir    bağlayaraq,  ona  çirkli  qabda  su  və 
çörək  parçası  verməklə  saxlayırmışlar.  Əsirlikdə  ona  sinir  sisteminin  məhv 
edilməsi  məqsədi  ilə  ermənilər  tərəfindən  müxtəlif  iynələrin  vurulması  ehtimal 
edilir. Şuşa  həbsxanasında  saxlanılmış İ.Mehdiyevin sözlərinə  görə, orada   1600-
1700 həmvətənlərimiz saxlanılmış və  gənclərimizin çoxunu Ermənistana apararaq 
daxili orqanlarını xaricə satmışlar. 
Girovluqda  aldığı  işgəncələr  nəticəsində  İ.Mehdiyev  1997-ci  il  yanvar 
ayında Sumqayıt şəhərində vəfat etmişdir. 
1991-ci  il  mayın  8-də  saat  24  radələrində  Xocavənd  rayonunun 
“Sveridov”  adına  kolxozun  Müşkabad    kənd    ferması  yaxınlığında    naməlum 
şəxslər tərəfindən Qarabağlı kənd  sakinləri Quliyev Ələkbər  Məmməd oğlunun və 
Hüseynov  Zülfüqar  Dəmir    oğlunun  odlu  silahla  qətlə  yetirilməsi  ilə  əlaqədar 
1991-ci il martın 9-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88 və 95-
ci  maddələri  ilə  Xocavənd  rayon  Prokurorluğunun  müstəntiqi  R.E.Avanesyan 
tərəfindən  qaldırılmış  34482  saylı  cinayət  işi  Azərbaycan  Respublikası  Baş 
Prokurorluğundan ünvanımıza göndərilmişdir. 
Cinayət  işinin  təhlili  zamanı  məlum  olmuşdur  ki,  azərbaycanlı  kənd 
sakinlərinin qətlə yetirilmələri faktı ilə əlaqədar erməni müstəntiqi R.E.Avanesyan 
1991-ci  il  martın  11-də  1947-ci  ildə  Azərbaycan  Respublikası  Xocavənd  rayonu 
Müşkabad  kəndində  anadan  olmuş,  milliyətcə  erməni,  Müşkabad  kəndindəki 
Sverdov  kolxozuna  məxsus  fermada  gözətçi  işləyən  Baqdasaryan  Rudik  Aşotviçi 
şahid qismində dindirilmişdir. 
Dindirilmə  erməni dilində aparılmış, sonra rus dilinə tərcümə edilmişdir. 
R.Baqdasaryan şahidi dindirilmə protokolunda  göstərmişdir ki, 1991-ci il 
ilin  əvəllərindən  fermada    gözətçi  işləyir.  1991-ci  i  martın  8-də  axşam  saat  11.00 
radələrində  itlərin  səsinə  onlar  çölə  çıxanda    görmüşlər  ki,  bir  neçə  mal-qaranı 

22 
 
Qaradağlı kənd istiqamətinə aparır. Guya həmin şəxslər erməni gözətçilərini görüb 
onlar  tərəfə  odlu  silahlardan  atəş  açaraq  mal-qaranı  aparmaqda  davam  etmişlər. 
R.Baqdasaryan  ifadəsinə  görə,  guya  onlar  mal-qaranı  aparanların  üç  nəfər  
olduğunu  görmüşlər.  Onlardan    biri  atlı,  ikisi  isə  piyada    imiş.  Ermənilər  havaya 
atəş aça-aça onların arxasınca  getmişlər. 
R.Baqdasaryan bildirmişdir ki, həmin üç nəfər  dərəyə düşəndə  mal-qara 
ferma  istiqamətində  qayıtmışdır.  Bu  zaman    guya  atlı  oğlan  ona    tərəf  gələn    iki 
payada oğlanın ermənilər olduğunu güman edərək  onlara  bir  neçə atəş açmış və 
hər ikisi yerə yıxılmışdır. 
Erməni müstəntiqinin suallarına cavab olaraq  R.Baqdasaryan bildirmişdir 
ki,  fermada  iki  tüfəng  var  və  onlar  gözətçilər  tərəfindən  istifadə  olunur.  Bundan  
əlavə,  milliyətcə  erməni  müstəntiqi  E.Avanesyan,  1965-ci  ildə  Xocavənd  rayonu 
Müşkabad kəndində anadan olmuş, milliyətcə erməni, Sverdlov kolxozuna  məxsus 
fermada    gözətçi  işləyən  və  Müşkabad  kəndində  yaşayan  Beylaryan  Yurik 
Aşotoviç  və  1947-ci  ildə  Azərbaycan  Respublikası  Xocavənd  rayonu,  Müşkabad  
kəndində  anadan  olmuş,  milliyətcə  erməni,  Sverdlov  kolxozuna  məxsus  fermada 
gözətçi  işləyən  və  Müşkabad  kəndində  yaşayan  Ayrapetyan  Abrik  Rubenoviçdən 
Baqdasaryanın verdiyi ifadələrin təkrarını almışdır. 
Cinayət  işi  1991-ci  il  mayın  24-də  Şuşa    şəhərində  keçmiş  DQMV  üzrə 
fəaliyyət  göstərən  əməliyyat-istintaq  qrupunun  müstəntiqi,  polis  baş  leytenantı 
D.Q.Əhmədov tərəfindən tərtib edilmiş qərarla icraata götürülmüşdür. 
1920-ci  il  Xocəvənd  rayonu  Qaradağlı  kədində  anadan  olmuş,  təqaüdçü, 
Qaradağlı kənd sakini Hüseynov Dəmir  Masa  oğlu 1991-ci il martın 29-da şahid 
qismində dindirilmiş və aşağıdakılar məlum olmuşdur: 
Zülfüqarın  qətlə  yetirilməsinin  həmin  gün  Müşkabad  fermasında  olmuş 
gözətçilər  dəqiq  bilirlər.  Fermanın  daimi  gözətçiləri  Müşkabad  kənd  sakinləri 
Raçiklə Suren adlı ermənlərdir. 
Hadisə  baş  verən  yerdə  hərbiçilərlə  birlikdə  Xocavənd    rayonundan  
milliyətcə erməni müstəntiq  də olmuşdur. Lakin həmin müstəntiq hadisə yerində, 
eləcə  də  hadisədən  sonra  3  ay  ərzində  nə  onu,  nə  də  ki,  Ələkbərin  ailəsini 
dindirməmişdir.  Hərbiçilərin  rəhbərinə  dəfələrlə  müraciət  edilməsinə  baxmayaraq 
komendant  və müstəntiq  onlardan izahat almamışdır. 
D.Hüseynov ifadəsində bildirmişdir ki, cinayət işi ermənilərin quraşdırma 
sözləri ilə birtərəfli aparılmışdır. 
1991-ci il iyunun 29-da 1962-ci ildə Xocavənd rayonunda  anadan  olmuş, 
milliyətcə  erməni,  17.10.78-ci  il  tarixdə  Xocavənd  rayon  Daxili  İşlər  Şöbəsi 
tərəfindən  VI-JQ,  seriyalı,  539646  saylı  pasport  verilmiş,  Muşkapat  kənd  sakini 
Davidyan Yurik Aşotoviç şahidi dindirmə protokolunda  bildirmişdir ki, 1991-ci il 
martın 8-də səhər  Balayan Larina adlı tanış qız ona demişdir ki, dünən Müşkabad 
kənd sakinləri Sarkisyan Rudik və Beqlaryan Yurik odlu silahla iki azərbaycanlını 
qətlə  yetirmişlər.  Qətlin  səbəbi,  həmin  şəxslərin  gecə  Müşkabad  fermasına  mal-

23 
 
qara  oğurluğuna  gəlmələri  omuşdur.  Ə.Quliyev  və  Z.  Hüseynov  əvvəlcə  erməni 
gözətçiləri  tərəfindən  saxlanılmış,  sonra    isə  Qaradağlı  kəndinə  gedən  yolun 
kənarında gösətrilən şəxslər tərəfindən qətlə yetirilmişdir. 
Müstəntiqin R.Sarkisyan və Y.Beqlaryan  harada yaşayır və işləyir sualına 
cavab  olaraq  Y.Davidyan  bildirmişdir  ki,  Yurik  Müşkabad  kəndində  yaşayır    və 
fermada  işləyir.  R.Sarkisyan  isə  Müşkabad  kəndində  yaşayır  və  kolxoza  məxsus 
“QAZ 53” markalı maşının sürücüsüdür. 
Müstəntiqin,  08.03.1991-ci  il  tarixdə,  təxminən  saat  24:00  radələrində 
Muşkapat  kəndi  ərazisində,  “Sverdlov”  kolxozuna  məxsus  ferma  yaxınlığında 
Qaradağlı  kənd  sakinləri  Ələkbər  Quliyev  və  Zülfüqar  Hüseynovun  qətlə 
yetirilməsi  faktı  ilə  bağlı  nə  deyə  bilərsiniz  sualı?  ilə  əlaqədar  A.Sarkisyan 
aşağıdakıları bildirmişdir: 
1991-cı  il  matın  3-də  fermada  növbədə  qalmış,  fermanın  sağıcısı 
Beqlaryan  Yurik  Aşotoviç,  kolxozda  sürücü    işləyən  R.Baqdasaryan  Rudik 
Aşotoviç, orada  gözətçi işləyən Ayrapetyan Abrik Rubenoviç və anbarın gözətçisi 
Dadamyan Mişa Maniloviç səhər ona evə zəng  etmiş və  bildirmişdir ki, gecə iki 
azərbaycanlı  fermaya  basqın  edərək  mal-qaranı  oğurlamaq  istəmişdir.  Bu  zaman 
iki nəfər  azərbaycanlı şəxs Rudik və Yurik tərəfindən saxlanılmış, sonra isə həmin 
ermənilər tərəfindən odlu silahla qətlə yetirilmişlər. 
Bundan  sonra  A.Baqdasaryan  evdən  çıxaraq    hadisə    olmuş  istiqamətdə 
hərəkət  etmiş  və  saat  9-30  radələrində  fermaya  çatmamış  Perosyan  Sergey 
Rubenoviçlər rastlamışdır. 
Söhbət    zamanı  S.Petrosyan  ona  bildirmişdir  ki,  Rudik  və  Yurik  iki 
azərbaycanlını qətlə yetirmişlər.  
O, hadisə yerinə çatan zaman orada  fermanın  bütün  işçiləri və kolxozun 
sədri Osipyan Rantikin olduğunu görmüşdür. 
O,  hadisənin  kim  tərəfindən  tərədildiyini  soruşduqda,  Salvik,  Raçik  və 
Abo bildirmişlər ki, iki nəfər  Qaradağlı sakinini Baqdasaryan Rudik və Beqlaryan 
Yurik  qətlə  yetirmişlər.  Yurik  Müşkabad  kəndində  sürücü,  Radik  isə  sağıcı 
işləmişdir. 
Bundan  sonra    Giçi  kənd    sakini,  əlində  qoşalülə  və  ov  tüfəngi  olan  bir 
erməni oğlan  gəlmiş və demişdir ki, bu tüfəngi qətlə yetirilmiş azərbaycanlılardan 
götürmüşdür. Yurik Beqlaryan isə  kolxozun sərdinə bildirmişdir ki, həmin tüfəng 
ona məxsusdur. Çünki, o tüfənglə iki azərbaycanlı şəxsi qətlə yetirdiyini demişdir. 
Giçi kənd sakini olan naməlum erməni buna  baxmayaraq tüfəngi Yurikə 
qaytarmamış və evinə aparmışdır. Sonra hadisə yerinə Yurik və müstəntiq gəlmiş, 
A.Sarkisyanın xidməti otağında sənədləşdirmə aparmışlar. 
Bu hadisədən təxminən on gün sonra Yurik Belaryanın tələbi ilə kolxozun 
sədri  R.Oseptyan  və  A.Sarkisyan  tüfəngi  sahibinə  qaytarmaq    üçün  Giçi  kəndinə 
getmişlər.  Onlar    kənddə  əlində  avtomobil  silahı  olmuş  vəziyyəti  ona  danışaraq 
həmin  ov  tüfəngini  sahibinə,  Y.Beqlaryana    qaytarılması  üçün  kömək  etməsini 

24 
 
xahiş etmişlər. Marat həmin naməlum ermənini müəyyələşdirdikdən sonra, həmin 
şəxs ona hazırda  qoşalülə tüfənginin olmadığını demiş, və onun əvəzində “TOZ -
8”  markalı silahı və  “Viala”  markalı radiostansiyanı Y.Beqlaryana  aparmaq  üçün 
A.Sarkisyana  vermişdir.  A.Sarkisyan  və  R.Osepyan  həmin  silahlı  və 
radiostansiyanı Muşkapat  kəndində Yurik Beqlaryana  verimişdir. 
A.Sarkisyan  əlavə  olaraq  göstərmişdir  ki,  hadisənin  törədilməsinin 
təşəbbüskarı,  fermada  işləyən  Beqlaryan  Slavik  Raçikoviç  və  kolxozda    sürücü  
işləyən  Ayrapetyan  Abrik  Rubenoviç  olmuşlar.  Onlardan    başqa    həmin  vaxt 
Slavikin atası Belaryan Raçik Basklaroviç də fermada  idi. 
Müstəntiqin,  Müşkabad  kəndində  quldur  varmı  sualına    cavab  olaraq  
bildirmişdir  ki, kənd sakinləri Osipyan Qrantik, Ayrapetyan Abrik və Baqdasaryan 
Rudik kimi tanınırlar. 
Muşkapat  kəndinə silahlar  harada  saxlanılır və kim onlara cavabdehdir 
sualına  cavab  olaraq  A.Sarkisyan  bildirmişdi  ki,  səkkiz  ədəd  odlu  silah  femada 
onun xidməti otağında saxlanılmışdır. Həmin silahlar: üç ədəd (beşatılan) karabin, 
üç ədəd ikilüləli öv tüfəngi və iki ədəd təhlükəli tüfənglər olmuşdur. Bundan  əlavə 
Ayrapetyan  Abrik  Rubenoviçin  ədə  əldə  düzəldilmiş  silahı  olmuşdur. 
A.Sarkisyanın  dediyinə  görə,  1991-ci  il  iyulun  28-də  həmin  8  ədəd  tüfəngi 
kolxozun sədrinə qaytarmışdır. 
A.Sarkisyan Ovsenyanla birgə hadisədən əvvəl səkkiz ədəd tüfəngi axşam 
fermada növbədə olan gözətçilərə payladıqlarını demişdir. 
1991-ci  il  iyulun  27-də  Şuşa  şəhərində,  keçmiş  Dağlıq  Qarabağ  Muxtar 
Vilayəti  üzrə  əməliyyat-istintaq  qrupunun  müstəntiqi,  polis  kapitanı  A.T.Əzimov 
tərəfindən,  1957-ci  il  təvəllüdlü,  Xocavənd  rayonu  Müşkabad  kənd  sakini, 
milliyətcə  erməni  Petrosyan  Karo  Anuşoviçin  müttəhim  qismində  cəlb  edilməsi 
haqqında  tərtib edilmiş  qərarda  aşağıdakılar  göstərilmişdir: 
1991-ci  il  iyulun  28-də  Şuşa  rayon  Polis    Şöbəsinin  əməkdaşı  Müşkabad 
kəndinə  olarkən,  K.Petrosyan  ov  tüfəngi  ilə  ona    müqavimət  göstərmiş  və  odlu 
silahdan  atəş  açmağa  cəhd  göstərməsi  ilə  əlaqədar  o,  Azərbaycan  Republikası 
Cinayət Məcəlləsinin 189-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğun 
olaraq  cinayət  törətdiyi  üçün  müqəssir  qismində  cəlb  edilmişdir.  1991-ci  i  iyulun 
27-də K.Retrosyan barəsində həbs qəti-imkan tədbiri seçilmişdir. 
Cinayət  işinin  yekun  təhlili  zamanı  məlum  olmuşdur  ki,  Azərbaycan 
Respublikasının  Xacavənd    rayonu  Müşkabad    kənd  sakinləri,    milliyətcə  erməni 
Beqlaryan  Yurik  Aşotoviç  və  Baqdasaeyan  Rudik  Aşotoviş  Qaradağlı  kəninin 
sakinləri Ə.Quliyev və Z.Hüseynovu qəsdən odlu silshla  qətlə yetirmişlər.  
Göstərilənləri nəzərə alaraq, Xocavənd rayonu Müşkabad kənd sakinləri - 
erməni  quldurları  Beqlaryan  Yurik  Aşotoviç,  Baqdasaeyan  Rudik  Aşotoviş, 
Retrosyan  Karo  Anuşoviç  və  Sakisyan  Aşot    Ambarsumoviç  barədə  beynəlxalq 
ictimaiyyət    qarşısında    qanuna    müvafiq    tədbirlər  görmək  məqsədilə  onların 
“İnterpol” vasitəsilə axtarışa verilməsi nəzərdə tutulmuşdur. 

25 
 
1989-cu  il  oktyabrın  7-də  gecə  saatlarında  naməlum  şəxslər  tərəfindən 
Ağdamdan  Şuşaya  gedən  şose    yolunda  Xəlfəliçay  üzərindəki  körpününü 
partladılması ilə əlaqədar keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq  
şöbəsinin  istintaq    qrupu  tərəfindən  1989-cu  il  oktyabrın  8-də  Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə qaldırılmış 5 cilddən ibarət 
38/33063 saylı cinayət işi təhlil edilmişdir. 
İşin təhlili zamanı  məlum olmuşdur ki,  24 iyun 1991-ci  il iyunun 24-dəı 
Xankəndi  şəhərində inzibati hüquqpozma  ilə əlaqədar  saxlanılmış 20.02. 1964-cü  
il  tarixdə  Azərbaycan  Respublikasının  Xankəndi  şəhərində  anadan  olmuş, 
milliyətcə  erməni,  orta    təhsilli,  1984-cü    il  Azərbaycan  Respublikasının  Cinayət 
Məcəlləsinin    143-cü  maddəsinin  2-ci  hissəsi  ilə  məhkum  olunmuş,  Xankəndi 
şəhəri  Ekimyan  küçəsi  ev  16,  mənzil  10  saylı  ünvanda  yaşayan  Abramyan  Artur 
Artaşesoviç  25  iyun  1991-ci  il  tarixdə  yazdığı  ərizə  ilə  Xəlfəliçay  üzərində  olan 
körpünün  partladılmasına  iştitak  etdiyini  və  digər  iştirakçılar    barəsində  də  ifadə 
verməyə hazır olduğunu bildirmişdir. 
A.A.Abramyan  ifadəsində  cinayətin  törədilməsində  günahkar    olduğunu 
təsdiq  edərək  Xəlfəliçay    üzərindəki  körpünü  07.09.1962-ci  il  tarixdə,  AR 
Xankəndi  şəhərində  anadan  olmuş,  milliyətcə  erməni,  Xankəndi  şəhəri  Kubıyeş 
küçəsi  ev  13  saylı  ünvanda  yaşayan  Baqmanyan  Akop  Qavruşeviç,  1948-ci  ildə 
Azərbaycan respublikasının Şuşa  şəhərində anadan olmuş, milliyətcə erməni, əhali 
arasında    “Muradik”,  “General”  və  “Keçəl”  kimi  çağrılan  Petrosyan  Murad  
Azadoviç;  1966-cı  ildə  Azərbaycan  Republikasının  Xankəndi  şəhərində  anadan 
olmuş,  milliyətcə  erməni,  Xankəndi  şəhəri  Ketsxoveli  küçəsi  29  saylı  ünvanda  
yaşayan Xaçaturyan Aşot Vaçaqanoviç; 1965-ci ildə  Azərbaycan Respublikasının 
Xankəndi  şəhərində  anadan  olmuş,  milliyətcə  erməni,  Xankəndi  şəhəri  Teryan 
küçəsi 20 saylı ünvanda  yaşayan (ev tel: 4-10-65) Babayan Samvel Andronikoviç  
ilə  birlikdə  həyata    keçirmişlər.  Qeyd  olunanlarla    əlaqədar,  3  avqust  1991-ci  il 
tarixdə  Şuşa  şəhərində  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  82-ci 
maddəsi  ilə  Babayan  Samvel  Andronikoviç  barəsində  33028  saylı  cinayət  işi 
başlamış və sonra 38/33063 saylı cinayət işinə əlavə edilmişdir. 
1991-ci  il  iyulun  15-də  Artur    Abramyan  şahid  qismində  dindirilmə 
zamanı bildirmişdir ki, o, 1989-cu ilin may ayında Xankəndi-Ağdam şose  yolunun 
kənarında,  Həsənabad    qəsəbəsi  yaxınlığında  Petrosyan  Muradik  ilə  sonuncunun 
təşəbbüsü  ilə görüşmüşdür. M.Petrosyan sarı rəngli şəxsi “Niva” markalı, X64-03 
AQ  dövlət nömərli nişanlı  maşında  A.Abramyanın ona   sürücülük etməsini təklif  
etmiş  və  sonra  bildirmişdir  ki,  bundan  sonra    o,  DQMV-ni  Ermənistana 
birləşdirilməsi üçün fəaliyyətini gücləndirəcəkdir. 
Bir neçə gündən sonra, Xankəndi şəhər komsomol təşkilatının qarşısında 
M.Petrosyan  onu  Aşot  Xaçaturan,  Akop  Baqramyan,  Abo,  Xankəndində  bazarın 
yanında  yaşayan  Qaqo  və  Ermənistanın  Gorus  rayonundan  gəlmiş  və  əvvəllər 
həmin 
rayonda 
karxanada 
partladıcı  işləmiş  Slaviklə  tanış  etmişdir. 

26 
 
Sonra.M.Petrosyanın  göstərişi  ilə  həmin  şəxsləri  və  partlayıcı  maddələr 
doldurulmuş,  idarə  etdiyi  “Niva”  markalı  maşınla  Ağdaş-Şuşa    şose    yolunun 
yaxınlığında  yerləşən  Kərkər  pioner  düşərgəsinin  yaxınlığına  gətirmişdir.  Onlar 
Ağa körpüsü adlanan və Şuşa ilə Ağdamı birləşdirən şose  yolundakı körpüyə 400-
500  metr    qalmış  dayanmış,  sonra  çayı  piyada    keçərək  körpüyə  çatmışlar. 
Baqramyan Akop və Slavik tərəfindən meşəlik ərazidən gətirilmiş pilləkən vasitəsi 
ilə partlayıcı maddələr körpünün sütunlarının altına  qoyulmuşdur. 
Onlar  hazırlıq  işlərini  başa  vurub  Xankəndiyə  qayıtdıqdan  sonra  Akop 
Baqramyan  və  Slavik  Muradikə  bildirmişlər  ki,  qadağan  saatdan  sonra  partlayış 
olacaqdır. Ertəsi gün A.Abramyana məlum olmuşdur ki, körpü  partladılmışdır. 
A.Abramyan  bildirmişdir  ki,  M.Petrosyanın  göstərişi  ilə  körpünün 
partladılmasında  məqsəd  Ağdam  Şuşanın  əlaqəsini  kəsmək  olmuşdur.  Belə  ki, 
Akop, Abo, Qaqo, Slavik və Aşot  hadisə yerinə gedərkən o, dəqiq bildirmişdir ki, 
Ağdamla Şuşanı birləşdirən körpünü partlatmağa gedirlər.  
Qrişa    Baqramyan  Akopun  quldur  dəstəsinə  daxildir.  Təxminən  40-45 
yaşındadır, orta  boyuludur, saçları qıvrımdır, bığı var, sağ və sol yanağında yanığ 
izləri vardır. Xankəndi şəhəri Engels küçəsində yaşayır. 
A.Abramyanın  sözlərinə  görə,  Muradikin  təxminən  40-43  yaşı  olar, 
Yerevanda  Politexnik  İstitutunu  bitirmişdir.  Orta  məktəbdə  təlim  işləri  üçün 
nəzərdə tutulmuş avtomat silahını oğurladığı üçün təxminən on illik həbs  cəzasına  
məhkum  olunmuşdur.  M.Petrosyan  Vilayət  Komitəsinin  aarxasındakı  dörd 
mərtəbəli  evin  üçüncü    mərtəbəsində  yaşayır.  Bir  otaqdan  ibarət  olan  mənzilin 
eyvanı Vilayət Partiya  Komitəsinə baxır. Ailəsi ilə birlikdə yaşayır. 
A.Abramyanın  sözlərinə  görə,  M.Petrosyan  tez-tez  R.Köçəryanla 
ünsiyyətdə  olur.  Bununla  əlaqdar,  daima  Vilayət  Partiya  Komitəsində 
R.Köçəryanın xidməti otağında söhbət edirlər. Söhbətləri barədə A.Abramyan heç 
nə məlum deyil. 
A.Abramyan bildirmişdir ki, 1991-ci ilin yanvar-fevral aylarına Xocavənd 
rayonunda M.Petrosyan və Akop Baqramyanda 20 güllə ilə birlikdə Çexoslavakiya  
buraxılışı olan “Skorpion” avtomatını görmüşdür. 
Sonra  M.Petrosyan  onu  Xocavənd  rayonuna  aparmış,  orada  prokurorluq 
və  ya  polis    şöbəsinin  yaxınlığındakı  şəhər  istilik  Qazanxanalar  Trestinə  daxil 
olaraq həmin təşkilatın müdiri, quldur dəstəsinin başçılarından biri  Vigen ilə tanış 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə