ErməNĠ MƏSƏLƏSĠ yalanlar və gerçƏKLƏR



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix10.06.2017
ölçüsü2,45 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   36


 
 
 
 
 
 
 
 
ERMƏNĠ MƏSƏLƏSĠ 
 
YALANLAR  VƏ GERÇƏKLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qafqaz AraĢdırmaları Ġnstitutu NəĢriyyatı 


 
 
 
«Mən 1918-ci ilin mart ayında daşnaqların vəhşiliklərini, günahsız adamların, xüsusən bitərəf iranlıların öldurülüb, 
karvansaraylarda meyidlərin yandırılmasını öz gözümlə görmüşəm. Bu çox faciəli və nifərətəlayiq bir hərəkət idi» (Mir Cəfər 
Pişəvəri,—IV, 81). 
«Erməni  əsgərləri  müsəlman  məhəllələrinə  girib  əhalini  öldürür,  qılıncla  parçalayır,  süngülərlə  dəlik-deşik  edir, 
evləri  yandırır,  uşaqları  odun  içərisinə  ataraq  diri-diri  yandırır,  üç-dörd  günlük  südəmər  uşaqları  süngülərinə  taxırdılar. 
Onlarda bir sözlə, nə uşağa, nə qocaya, nə də qadına rəhm etmək yox idi» (Bakıda 1918-ci il 30, 31 mart və 1 apreldə mart 
qırğınını öz gözləri ilə görmüş bir xarici turist. M.Kulka, —IV, 80). 
«Mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının bir divarına mıxlanmışdır. Mıx körpənin düz ürəyinin üstündən 
vurulmuşdur,  bir  yığın  qızlı-oğlanlı  uşaq  ölüləri,  üzərində  qocaman  çoban  köpəkləri,  onlardan  biri  məsum  bir  körpəni 
gəmirir..., çılpaq qadın ölü vəziyyətdə yerə sərilmiş, bu ölü vücudun qurumuş döşlərini bir yavru əmməkdədir»V. Huhoğlu,-
IV,48). 
Yunanlar  ermənilərin  törətdikləri vəhşiliklərdən  dəhşətə  gələrək  yazırmışlar:  «Türk  ordusu  qarşısında  geri  çəkilən 
silahlı ermənilər ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir, təsəvvürəgəlməz bir 
dəhşət  və  fəlakət  törədirdilər.  «Qalib»  erməni  ordusu  qənimətləri,  yəni  süngü  ucuna  taxılmış  uşaqlarla  keçdikləri  yolların 
ətrafına  çılpaq  soyundurulmuş  müsəlman  qadınlarını  düzürdülər.  Bu  cəhənnəm  əzabında  ağlını  itirmiş  qadın  və  uşaqların 
ürəkparçalayan iniltilərini, qocaların ümidsiz nalələrini dinləmək üçün adamın qəlbi olmalıdır. Səksən iki kənddən ibarət bir 
sancaq bu təsvir edilən fəlakətə düçar olmuşdur. İndi bütün Qars vilayəti nəhəng bir qəbristanlığı xatırladır ki, onun hər bir 
daşı  həmişəlik  insan  simasını  itirmiş  erməni  quldurlarının  vəhşilikləri,  əxlaqsızlıqları  və  həyasızlıqları  barədə  şahidlik  edə 
bilər. 
Rus qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5.000 kürd kişiləri, qadınları və uşaqları qırdılar; süngü ilə 
onları  sürü  kimi  yüksək  Rovanduz  qayalarının  zirvəsinə  qovub  oradan  uçuruma  itələdilər.  Qarşısında  köməksiz  qurban 
dayandığı zaman ermənilərin şirə bəzi oxşarlıqları olur». (ingilis mayoru Masonun yazdıqlarından. ADTA -fond s. 1, iş 1, v. 
28-29). 


 
 
Qafqaz Universiteti  
Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı 
№ :10 
 
 
 
 
 
 
 
 
 
ERMƏNĠ MƏSƏLƏSĠ 
 
 
YALANLAR  VƏ GERÇƏKLƏR 
 
 
 
YUSİF QAZIYEV 
 
 
 
 
 
 
 
 
 
 
NƏŞRƏ HAZIRLAYANLAR 
Prof.Dr.Minaxanım Təkləli 
Prof. Dr. Reyha Yılmaz 


 
 
REDAKTORU 
Prof. Dr. Niftəli Qocayev 
Dr. Saim Arı 
 
RƏYÇİLƏR 
Prof. Dr. Həmid Əliyev 
t.e.n. Atamoğlan Məmmədli 
 
KİTABIN SPONSORU 
Əflatun Məsim oğlu Məmmədov 
 
Kitabda  «Erməni  məsələsi»nin  əsil  mahiyyəti  barədə  fikirlərə,  habelə  qeyri  müsəlman  tədqiqatçılarının 
araşdırmalarına,  o  cümlədən  erməni  terrorunun  vəhşətini  yaşamış  şahid  ifadələrinə  geniş  yer  verilmiş;  müxtəlif  mənbələr 
əsasında  ermənilərin  həyata  keçirdikləri  kütləvi  türk  soyqırımlarını  yürütdükləri  məkrli  siyasətlərini,  erməni  terrorunun 
dağıdıcılıq fəaliyyətlərini əhatə edən məqamlar müxtəlif mənbələr və faktlar əsasında izah edilmişdir Kitab geniş oxucu kütləsi 
üçün nəzərdə tutulmuşdur. 
 
Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə çap edilir. 
 
Ünvan: Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutu, 
Bakı-Sumqayıt şosesi 16 km Xırdalan, Az0101Azərbaycan. 
Url: www.qafqaz.edu.az, www.kaen.edu.az 
E-poçt: mrihtim@yahoo.com, 
Tel: +994 (12)4482862/66, Faks: +994(12)4482861/67 
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, 344 səh. 
ISBN: 978 - 9952 - 450 - 30 – 9 


 
ĠÇĠNDƏKĠLƏR 
 
Təqdim 
Giriş 
Ermənilər Osmanlı dövlətində 
Türkiyəyə qarşı tarixən Qərbin separatçılıq siyasəti və bu siyasətin ideoloqları haqqında 
Ermənilər xarici yazarların gözü ilə 
Tarixdə soyqırım və terrorun ilk təşkilatçıları və icraçıları 
Azərbaycanda ermənilər geniş imtiyazlara malik idilər 
Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayəti  
Ermənilərin tarixi-coğrafi vətəni varmı? 
Ermənilər dövlət qurmuşlarmı? 
Ermənilərin bəd əməlləri, niyyətləri və daxili xisləti barədə dünyanın tanınmış adamları aşağıdakıları demişlər: 
Urartu qədim erməni dövləti sayıla bilərmi? 
Müasir Ermənistan 
Ermənilərin mənşəyi, tarixi və dilləri haqqında 
1.
 
 Ermənilərin mənşəyi 
2.
 
 Ermənilərin tarixinə dair qısa xülasə 
3.
 
 Kilikiya çarlığı 
4.
 
 Erməni kilsəsi haqqında 
5.
 
 Türk və erməni münasibətləri qərb tədqiqatçılarının araşdırmalarından 
6.
 
 Ermənilər və onların dini haqqında digər mülahizələr 
7.
 
 Müasir Ermənistan haqqında 
İrəvanın tarixinə səyahət 
Azərbaycan və Anadolu türklərinin soyqırımı 
Qərb qüvvələrinin Osmanlı Dövlətini bölüşdürmək siyasəti 
Ermənilərin Anadolunu parçalamaq və «Böyük Ermənistan» planı üzrə fəaliyyətləri 
«Böyük Ermənistan» uğrunda Erməni terrorçu təşkilatlarının qəsdləri 
Ermənilərin terrorçuluq fəaliyyətləri 
1878-1896-cı illərdə Türkiyədə Erməni üsyanları 
I Dünya müharibəsi cəbhələrində türklərin vəziyyəti və erməni terrorunun güclənməsi 
Osmanlı hökumətinin müdafiə tədbirləri 
Təhcir qanunu 
Osmanlı dövlətinin bölüşdürülməsi planları 
Yalançı «erməni soyqırımı» və tarixi həqiqətlər 
1905-1907-ci illərdə Azərbaycan türklərinin soyqırımı 
I Dünya müharibəsinin gedişində türk-müsəlman əhaliyə qarşı soyqırımları 
«Erməni genosidi» mifinin yaranması 
 
Kütləvi qırğınlar (1914-1920-ci illər) 
Mart 1918. Bakı qırğını 
Mart qırğını haqqında şahid ifadələri 


 
Azərbaycanın bölgələrində qətliamlar 
Cənubi Azərbaycanda qırğınlar 
Fövqəladə təhqiqat komissiyasının sədri Əliəkbər bəy Xasməmmədovun 
Ədliyyə nazirinə məruzəsi. 22 Noyabr 1918-ci il 
Türk soyqırımlarının bəzi məqamlarına dair. Faktlar və şahid ifadələri 
Türk soyqırımlarının mənfur təşkilatçıları və icraçıları. Cəllad Andronik Ozanyan 
Azərbaycanda Sovet hakimiyyətinin qurulması və ermənilərin fəallaşması 
İkinci dünya müharibəsindən sonra Azərbaycan xalqının üzləşdiyi faciələr 
1948-1953-cü və 1988-1991-ci illər 
20 Yanvar faciəsi 
Yaxın şərqdə ən dəhşətli terrorçu dövlət Ermənistandır 
Ermənı terror təşkilatı «Asala»nın vəhşəti 
Erməni terrorunun Azərbaycanda nəticələri 
Xocalı soyqırımı - bəşəriyyətin faciəsidir 
«Asala» və «Haydad» Xocalıda 
İkiüzlü siyasət 
Ermənistanda əsir düşərgələri 
Erməni lobbisi və onun bədnam fəaliyyətləri 
Ermənilərin l988-1991-ci illər fəaliyyəti 
Erməni əsarətində qalan abidələrimiz, ziyarətgahlarımız 
Erməni saxtakarlığı, Azərbaycan ədəbiyyatından plagiatorluq 
Şifahi və yazılı azərbaycan xalq ədəbiyyatından və incəsənətindən məqsədli istifadə 
Ermənilər muğamlarımızı, mahnılarımızı öz adlarına çıxarırlar 
Əlavələr 
Azərbaycanlıların  soyqırımına  dair  dövlət  sənədləri  1948-1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki 
tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı 
Azərbaycanlıların soyqırımı haqqında 
Azərbaycan Respublikası Prezidentınin fərmanı 
Azərbaycan qaçqınlar cəmiyyətindən arayış 
Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində 
Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşdırılması problemlərinin həlli 
haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı  
Yaddaşlar 
1.
 
Rusiya imperiyası dövründə azəri türklərinin soyqrımının cəlladları 
2.
 
Sovet imperiyası dövründə azəri türklərinin soyqırımının təşkilatçıları 
3.
 
Azərbaycan xalq təsərrüfatı şurasına 
İstifadə edilmiş ədəbiyyat 


 
ÖN SÖZ 
 
İnsan həyatında baş verən hər bir hadisənin özünə məxsus tarixi vardır. Lakin tarixdə «erməni məsələsi» və ya başqa 
sözlə  desək,  erməni  saxtakarlığı  -  tarixin  birbaşa  özünə  edilən  saxta  müdaxilə,  ermənilər  özləri  bunu  böyük  siyasət  hesab 
etsələr  də  onun  əsl  mahiyyəti  düşmənçilik,  nifaq,  özünün  də  yaşadığı  yerlərdə  silahı  münaqişə,  hiylə,  özü  günahkar  ikən, 
dünyaya öz məsumluğu haqqında car çəkmək, xəyanət... və sairdir. Onun tarixi çox qədimdir və bu gün də davam etməkdədir. 
Bu mənfur, bədxah niyyətlərin acı meyvəsi göz qabağındadır: talan olmuş şəhərlər, öldürülmüş və ya şikəst edilmiş qurbanlar, 
öz yurdunda, ölkəsində qaçqına dönmüş yerli əhali, müharibələrin doğurduğu aclıq, məhrumiyyət. 
«Erməni Məsələsi. Yalanlar. Gerçəklər» kitabının müəllifi Yusif Qazıyev özü əslən Qərbi Azərbaycandan olub, 1988-
ci ildə vətənindən zorla köçürülmüş, erməni haqsızlığına uğramış, öz gözlərilə erməni vəhşətini görmüş,  qırğın və talanların 
canlı şahididir. 
Müəllif  erməni  daşnaqları  tərəfindən  türk-müsəlman  xalqlara  qarşı  həyata  keçirilən  soyqırımların  çox  geniş 
mənzərəsini  verməklə  Qafqaz,  Anadolu,  bugünkü  İran  ərazilərində  -  Cənubi  Azərbaycan  bölgələri  üzrə  bu  qətliamın,  qana 
susamış  erməni  daşnaqların  qəddarlıqlarının  dəqiq  və  bütöv  miqyasını  göstərir.  Kitabda  ermənilərdə  düşmənçilik,  xəyanət, 
xain  niyyətlərin  formalaşması,  qan  qoxuyan  «milli»  komitələrin  fəaliyyəti,  bu  mənada  böyük  dövlətlərin  əlində  onların 
qorxunc  alətə  çevrilməsi,  ermənilərin  bu  istiqamətdə həyata  keçirdiyi  qanlı  tədbirlər,  erməni terror  təşkilatları  geniş  ölçüdə 
təqdim olunur. 
Kitabın Bakı qırğınına, Şamaxı faciəsinə həsr olunmuş, belə çətin zamanda köməyə yetişən Qafqaz İslam Ordusunun 
qurtuluş hərəkatına həsr olunan səhifələr həyəcanla oxunur. 
İndi belə kitablara böyük ehtiyac hiss olunur. Türk müsəlman əhaliyə qarşı baş verən tarixi haqsızlıqlara, xalqın düçar 
olduğu faciələrə, ermənilərin zaman-zaman törətdiyi qanlı ixtişaşlara düzgün qiymət vermək, ermənilərin yerli türk-müsəlman 
əhaliyə qarşı həyata keçirdiyi cinayətkar əməllərinə siyasi, hüquqi qiymət verilməlidir. 
Bu  baxımdan  nəhayət  Azərbaycan  Respublikasının  mərhum  prezidenti  Heydər  Əliyevin  Azərbaycan  xalqına  qarşı 
1918-ci ildə baş vermiş soyqırım gününü onun faciə günü kimi qeyd edilməsi barədə 26 mart 1998-ci il tarixli qərarı ilə fərman 
verməsi təqdir olunmalıdır. 
Qanla yazılmış bir tarix yaddaşlara keçdi.... 
Qafqaz  Üniversitesi  Qafqaz  Araşdırmalar  İnstitutu  daim  öz  fəaliyyətində  bu  yaddaşın  qorunmasında,  mühafizə 
edilməsində işlər görməkdədir. 
Müdrik rəhbərin bir vaxt söylədiyi «Biz bir millət iki dövlətik» bizlərə əmanət sözü öyrədir ki, bizim çətin günlərdə 
də, xoş, fərəhli günlərdə də əllərimiz bir-birimizin ovcunda, qəlbimiz bir vurmalıdır. 
I  Dünya  müharibəsi  cəbhələrində rus  ordusu tərkibində, ələlxüs,  Qafqaz  cəbhəsində  ermənilər  vuruşurdu.  Eləcə  də 
Osmanlının  özündəki  ermənilər  dinc  oturmurdular,  silahlarını  götürüb  qaçaraq  rus  ordusuna  qoşulurdular.  Min  ilə  yaxın 
türklərin  idarəsi  altında  çox  rahat,  firavan  bir  həyat  yaşayan,  hər  cür  insani  haqdan  hər  kəsdən  çox  faydalanan  ermənilər, 
həmişə  ölkənin  ağır  vəziyyətində  xəyanət  yolunu  tutmuşlar.  Ruslara  və  ölkəni  parçalamaq  niyyəti  bəsləyən  digər  böyük 
dövlətlərə arxalanaraq özlərinin də yaşadığı məmləkətə öz içindən zərbə endirmişlər. Ölkənin şərqində quldur həyatı keçirən 
ermənilər  köməksiz  qalan  türk  kəndlərinə  xaincəsinə  basqın  edirdilər.  Ölkənin  şərq  bölgələrində  ermənilərin  fəaliyyəti  gizli 
quldur  hərəkatı  xarakteri  daşıyırdısa  da  Van  və  Bitlisdə  açıq  mübarizə  aparırdılar.  Burada  Van  mərkəz  olmaqla  ermənilər 
dövləti  deyil,  öz  milli  komitələrini  tanıyırdılar.  Rusların  Türkiyə  sərhədlərini  pozub  keçməsiylə  ermənilər  açıq  müharibəyə 
keçdilər. 
1915-ci il aprel ayında İttihad və Tərəqqi hökumətinin verdiyi «Təhcir Qanunu»na görə etibarsız sayılan, münaqişə 
yaradan  ermənilər  məmləkətdən  çıxarılmalı  idilər.  Bu  tarixə  «genosid»  adı  verilməsi  özü  tarixi  haqsızlıq  faktı  kimi 
qalmaqdadır. Əslində bu, hər bir dövlətin alacağı müharibə tədbirlərindən biridir. II Dünya müharibəsində Sovetlər Rusiyası 
Volqaboyu almanlarını, eləcə də müxtəlif respublikalarda yaşayan almanları, Türkiyədən təhlükə gözləyən Stalin siyasətinin 
digər acı nəticələri; Gürcüstan ərazisində amma öz tarixi torpaqlarında yaşayan türklərin, «etibarsızlıq» üstündə cəzalandırılan 
yerli xalqlar: Şimali Qafqazın müsəlman əhalisi, Kırımın əsl sahibi olan tatarlar tam zorakılıq şəraitində sərt inzibati şərtlərlə 
köçürüldü. Amma bu hadisələr, tədbirlər heç biri tarixə «genosid» adıyla düşməmişdir. 
Əslində ermənilər özləri soyqırımın təşkilatçısı və icraçıları olmuşlar. Çar ordusunda rus komandası altında hərəkət 
edən  erməni  quldur  birləşmələri  kənd  və  şəhərləri  xarabaya  çevirmiş  təkcə  Şərqi  Anadoluda  deyil,  müsəlmanlar  yaşayan 
Tiflisdə, Batumda, Azərbaycanda, İranın Xoy və Səlmas bölgələrində kütləvi qırğınlar həyata keçirmişlər. 
1919-cu il 25 fevralda sədrəzəm Tevfiq Paşa Paris konfransındakı məruzəsində Rus ordusunun Şərqi Türkiyənin işğalı 
zamanından bu tarixə qədər ermənilərin 1 milyon türk öldürdüklərini bildirirdi. 
Get-gedə  ermənilərin  törətdiyi  qətl-qarətlərin  miqyası  genişlənməyə  başlayır  talan  və  soyqırım  böyük  vüsətlə 
irəliləyir. 
Artıq Rusiyada bir-birini təqib edən çevrilişlərdən sonra əmələ gələn qarışıqlıqlar nəticəsində Bakıda hakimiyyəti ələ 
keçirən  bolşevik  hökümətinin  komissarı  seçilən  Şaumyanın  fəaliyyətə  başlaması  ilə  silahlı  erməni  birliklərinin  Bakıya  cəlb 
olunması  işi  də  sürətlənir.  Mart  qırğını  ərəfəsində  artıq  Bakı  partlamağa  hazır  olan  bir  neft  çəninə  bənzəyirdi.  Ermənilər 
Azərbaycanda  1918-ci ilin mart-aprel  aylarını  əhatə  edən  kütləvi  qırğınlar keçirdilər.  Bakını,  Şamaxı,  Qubanı,  Qarabağı  və 
Azərbaycanın  bir  çox  bölgələrini  günahsız  insanların  qanı  ilə  suvardılar,  yüzlərlə  kəndli  od-alovlar  içində  yandırıb  məhv 
etdilər 
Erməni  vəhşətinin  tüğyan  etməsindən  başlayan  bu  qanlı  tarix  özünün  100  illiyinə  yaxınlaşmaqdadır.  Bu  müddət 
ərzində  erməni  daşnaqları  öz  məkrli  və  xəyanətkar  hərəkətlərini  zaman-zaman  davam  etdirməkdədir.  İnstitumuzun  nəşrə 


 
hazırladığı  dr.  Yusif  Qazıyevin  «Erməni  Məsələsi.  Yalanlar,  gerçəklər»  kitabında  1905-1907  ci  il  qırğınları,  I  Dünya 
müharibəsi dövründə erməni vəhşiliyi, Azərbaycan bölgələrində baş verən kütləvi qırğınlar, Stalin irticası dövründə öz daşnak 
paltarlarını sovet qulluqçusu libası ilə dəyişmiş, məfkurəsi məsləki türk-müsəlman düşmənliyi olan bu mənfurların xəyanəti, 
Qərbi Azərbaycanda Azərbaycan türklərini elliklə çıxarmaq qərarları və onların acı nəticələri işıqlandırılır. Kitabda artıq şahidi 
olduğumuz  hadisələr,  acısını  yaşadığımız  bugünkü  məhrumiyyətlər,  ağır  faciələr,  20  yanvar  qırğını,  Xocalı  faciəsi, 
Ermənistandakı əsir düşərgələri, erməni terror təşkilatlarının vəhşətləri, 20 faiz torpağını itirən Azərbaycanın qayğıları, həmin 
doğma  ərazilərdə  məhv  olan  maddi-mədəniyyət  abidələrinin  üzüntüləri...fonunda  həqiqətən  tarixin  bağrına  zorla  yeridilmiş 
«erməni məsələsinin» riyakar, saxta həm də qanlı mahiyyəti üzə çıxır. Bu həqiqətən müəmmalı bir düyün, qanlı bir nifaq kimi 
qarşıda duran bir problemdir. Saxtalıqla yoğrulmuş, bədxah niyyətlərin doğurduğu zalımanə bir sualdır. 
Az  qala  bütün  Avropa  dövlətlərinin  onun  yalan  ağlaşmalarına  inandığı,  yardımına  tələsdiyi  bütün  tökülən  qanlara 
səbəb  olan,  yıxıq  evlərin,  yandırılan  yurd-yuvanın  əsil  səbəbkarı  olan  qana  susamış  ermənilər  digər  tərəfdə  ürəyindəki 
səmimiyyəti, təmiz niyyəti dillərinə gətirib deyərkən də kimsədən bir kömək, təsəlli görməyən günahsız bir xalq «Yalanları», 
«Gerçəkləri» sanki ayırmaq bu qədər çətinmiş? Əsərdə bu üzdən az qala drammatik səhnələr təsiri bağışlayan hissələrə də rast 
gəlinir. 
Kitabda ermənilərin xəstə ideyaları olan «Böyük Ermənistan» sayıqlamaları, saxta erməni soyqırımı nağılının ifşası 
hər zaman mərkəzdə dayanır. Habelə sovet hakimiyyəti illərində azərbaycan türklərinin həyatında baş verən faciələr, 1918-ci 
ildə  Azərbaycan  bölgələrində  həyata  keçirilən  soyqırımı  tədqiq  edən  fövqaladə  təhqiqat  komissiyasının  qənaətləri,  erməni 
terroruna aid ətraflı məlumatlarla bağlı bölmələrin də maraqla qarşılanacağı şübhəsizdir. 
Əsər geniş bir dövrü əhatə etməklə özlüyündə çox kəskin və ziddiyyətli hadisələrin cərəyan etdiyi, olduqca mürəkkəb 
bir  zamanı təsvir  edir.  Dağınıq,  pərakəndə  görünən, nəzərimizcə  yayqın  və  ifrat  təsvirçilik  sezilən  parçaları  ixtisar  etməklə 
müvafiq təshihlər aparmaqla çapa hazırlandı. 
Kitab daha çox  bədii-publisistik bir üslubda yazılıb; bu da onun həqiqətən geniş oxucu auditoriyasına daha tez yol 
tapacağına bizi inandırır. 
 
Dr. Mehmet Rıhtım, 
Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutunun müdiri 


 
 
 
GĠRĠġ 
 
«Ermənilər acgöz və tamahkardırlar,  
fitnəkar və araqarışdırandırlar,  
heç kəsi bəyənmirlər» 
 
İngilis səyyahı Vilson 
 
«Dəmir Aşot» romanında «erməni xəstəliyi»nin qorxunc simvoluna çevrilən AĢot deyir: «Mənim qılıncımdan türk 
qanı axıb töküləndə və mən o qanı tapdalayanda rahat olacağam». Bu sözlər ermənilərin əbədi amalı, qantökmə hərisliyi, 
çirkin ehtirasıdır. 
Ermənilərin «azadlıq fədaisi» hesab olunan Nalbandyan erməni gənclərinə vəsiyyətində yazır: «Ey erməni, əgər 
sən küçədə zəhərli ilan görüb  öldürməyibsənsə, eybi yoxdur, ilandır... Lakin türk görüb  öldürməyibsənsə, satqınsan, 
vicdansızsan, xalqının düĢmənisən, sən erməni deyilsən...» 
Erməni  gəncliyinin  beyinlərinin  zəhərlənməsində,  onların  amansız  terror  tədbirlərinə  qoşulması  işində  «tərbiyəvi» 
əsərlərilə mənfur rol oynayan Silva Kaputikyan: «Erməni uşağının beşikdə qulağına pıçıldamaq lazımdır ki, ey Tiqran, sənin 
əsas düşmənin türkdür» deyə artıq fikri dumanlanmış «Hayk oğullarına» iblisvari vəsiyyətini təlqin edir. 
Zori  Balayan  «Ocaq»  əsərində  türkləri  insan  əti  yeyən,  qaniçən  kimi  göstərmiş,  onları  ermənilərin  böyük  düşməni 
kimi  qələmə  vermişdir.  Dəhşətlisi isə  odur  ki,  küyə  düşmüş  erməni xalqı  da  belə  sərsəmlərin  felinə  uyaraq  «Ocaq» əsərini 
qızlarına cehiz verirlər. 
Müasir  dövrdə  erməni  məsələsi  bəşər  həyatına  bir  bəla,  «başağrısı»  kimi  daxil  olmuşdur.  Erməni  məsələsi  nə 
deməkdir? 
Erməni məsələsi soyğunçuluq, qan, nifrət, dəhĢət və fəlakətlər mənbəyi mənalarını ifadə edən bir məfhumdur 
ki, bu xəstə ideya uğrunda çarpıĢmalardan Yaxın ġərqdə, Anadoluda və Qafqazda insanlar əsrlərlə əziyyət çəkmiĢ və 
hələ də yeni-yeni zülmlərə düçar olmaqdadırlar. 
Beləliklə  «Erməni  məsələsi»nin  əsas  komponentləri  olaraq  bunları  götürmək  olar:  terrorçuluq,  soyqırım  və 
deportasiya,  qonĢu  xalqların  mədəniyyət  və  nailiyyətlərini  özününküləĢdirmək,  qonĢuların  torpaqlarını  zəbt  edib 
əhalisini  isə  qırğına  məruz  qoymaq,  paxıllıq  və  məkrlilik,  bu  mənada  ictimaiyyətdə  hipnozçuluq  və  saxtakarlıq, 
yalançılıq, talançılıq, qərəzçilik və oğurluq, eqoizm kimi bəd hərəkət və əməllər. 
Erməni  qatı  millətçiliyi  və  şovinizminin  tarixi  Urartu  dövlətinin  dağılmasından  başlasa  da  onun  çiçəklənən  dövrü 
Romanov sülaləsinin Rusiyada hakimiyyətə gəlməsindən başlayır. Bu, rus imperatoru I Pyotrun çarlığı dövründə daha geniş 
vüsət aldı ki, sonrakı rus çarları da bu kursu davam etdirdilər. 
I Pyotr Cənuba göndərdiyi agentlərinə tapşırırdı ki, orada Rusiyanın arxalana biləcəyi qüvvə və ya toplumu müəyyən 
etsinlər. Elə o vaxtlar aşkar edilmişdir ki, satqınlıq və xəyanət etmək xüsusiyyətləri ermənilərə xasdır.
1
 
Erməni  Ģovinizmi  müasir  dövrdə  bütün  dünya  siyasətinə  sirayət  edir,  imkan  tapdığı  dövrlərdə  təxribatçılıq, 
terrorçuluq,  böhtançılıq  fəaliyyətini  əldən  qoymur.  Onun  əsas  təzahür  formalarından  biri  də  ondan  ibarətdir  ki, 
yaĢadıqları dövlətlərin siyasi, iqtisadi, ideoloji durumuna zərbə endirmək, onlardan öz maraqları üçün istifadə etmək. 
Son  iki  əsr  Azərbaycan  türklərinin  həyatında  ən  ağır  və  dözülməz  işgəncələr,  qırğınlar  və  deportasiyalarla  yadda 
qalmışdır.  Bu  da  təsadüfi  deyildir.  1801-ci  ildə  rus  qoşunlarının  Lori-Pəmbək  bölgəsində  İrəvan  xanlığının  ərazisinə  daxil 
olması anından soydaşlarımız  qaçqınlıq faciəsini yaşamağa məcbur olmuşlar. Məhz həmin vaxtdan etibarən indi Ermənistan 
adlanan Qərbi Azərbaycan torpaqlarından soydaşlarımız planlı şəkildə, mərhələ-mərhələ deportasiya edilmiş, soyqırımlara və 
kütləvi repressiyalara məruz qalmışlar. 
Azərbaycan  türklərinin  tarixi-etnik  torpaqlarından  didərgin  salınması  nəticəsində  həmin  ərazilərdə  dünyanın  hər 
bucağından  köçürülüb  gətirilən  ermənilər  məskunlaşdırılmışdır.  1828-ci  ildə  çar  Rusiyası  və  İran  arasında  imzalanmış 
Türkmənçay  sülhündən  sonra  Azərbaycan  əraziləri  kütləvi  şəkildə  gəlmə  ermənilərin  «vətəninə»  çevrilməyə  başladı.  İstər 
aparılan  tədqiqlərdən,  istərsə  də  arxiv  materiallarından  məlum  olur  ki,  1826-1828-ci  il  Rusiya-İran  və  1828-1829-cu  illər 
Rusiya-Türkiyə  müharibələrindən  sonra  Qərbi  Azərbaycan  ərazisinə  köçürülən  ermənilərin  sayı  süni  şəkildə  yerli  türk-
müsəlmalı əhalisinin sayına çatdırılmışdı. Təkcə İrəvan şəhərində köçürülmədən sonra 11436 nəfərlik əhalinin 6000-ə yaxınını 
ermənilər təşkil edirdi. Ümumilikdə isə 1828-1830-cu illərdə Azərbaycan ərazilərinə Türkmənçay müqaviləsinə (1828) əsasən 
40.000 İran ermənisi, Ədirnə sülh müqaviləsinə (1829) əsasən isə 84.000 Türkiyə erməniləri köçürülmüş və onların da böyük 
hissəsi  Yelizavetpol  və  İrəvan  quberniyalarının  ən  yaxşı  torpaqlarında  yerləşdirilmişdir.  Məhz  bu  dövrdən  başlayaraq 
Azərbaycanın  qərb  torpaqlarında  ermənilərin  yerləşdirilməsi  yaxın  gələcəkdə  yerli  azərbaycanlı  əhaliyə  qarşı  kütləvi 
qırğınlardan, soyqırımı və deportasiyadan xəbər verirdi.
2
 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə