Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Hipotalamo-hipofizar sistemin xəstəlikləri



Yüklə 0,87 Mb.
səhifə1/16
tarix21.01.2017
ölçüsü0,87 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları

Bölmə 1. Hipotalamo-hipofizar sistemin xəstəlikləri

1) Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakılardan hansı əlamətlər xarakterik deyil?
A) Artropatiya

B) Karbohidrat mübadiləsinin pozulması

C) Qanda STH səviyyəsinin azalması

D) Qanda somatomedin C səviyyəsinin yüksəlməsi

E) Yumşaq toxumanın hipertrofiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
2) Serebral – hipofizar çatışmamazlığa aşağıdakılar səbəb ola bilməz?
A) Vərəm

B) Meninqoensefalit

C) Türk yəhərinin şişi

D) Şəkərli diabet

E) Qansızma ilə müşahidə olunan kəllə travması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
3) Serebral – hipofizar çatışmamazlıq zamanı aşağıdakı hormonlardan hansıların sintezi azalmır?
A) Adrenokortikotrop hormon (AKTH), somatotrop hormon (STH)

B) Prolaktin

C) Tireotrop hormon (TTH)

D) Glyukaqon, insulin

E) Lyuteinləşdirici hormon (LH), follikullstimulyasiyaedici hormon (FH)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
4) Qalaktoreya – amenoreya sindromu üçün xarakterik əlamət deyil?
A) Laktoreya

B) Hipertrixoz

C) Arıqlama

D) Sonsuzluq

E) Artıq bədən çəkisi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
5) Hansı preparatlar uzun müddətli təyin edildikdə yatroqen qalaktoreya inkişaf edir?
A) Neyroleptiklər, antidepressantlar, peroral kontraseptivlər

B) Nitratlar, trankvilizatorlar

C) Sedativ preparatlar, APF-inhibitorlar

D) İmmunostimulyatorlar

E) Qeyri-steroid iltihab əlehinə preparatlar, antibiotiklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
6) Şerşevski – Terner sindromu üçün aşağıdakilardan hansılar xarakterik deyil?
A) Hirsutizm və sümüklərin vaxtından tez inkişafı

B) Hipoqonadizm

C) Alçaqboyluluq

D) Qonadların birləşdirici toxuma lifləri ilə əvəz olunması

E) Somatik pozğunluqlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
7) Qalaktoreya – amenoreya sindromu üçün hansı hallar xarakterik deyil?
A) Artıq bədən çəkisi

B) Hipertrixoz

C) Laktoreya

D) Tüklərin tökülməsi

E) Sonsuzluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
8) Akromegaliya xəstəsinin ölüm səbəbi aşağıdakılardan hansıdır?
A) Gecə apnoesi, ürək çatmamazlıgı

B) Hipertermiya, böyrək çatmamazlığı

C) Hipoqlikemiya

D) Şəkərli diabet

E) Hiperqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
9) Somatotrop hormonun sekresiyasını aşağıdakılardan hansıları azaldır?
A) Somatostatin

B) Qlyukagon

C) Somatomedinlər

D) Estrogenlər

E) Serotonin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
10) Somatotrop hormonu sekresiya edən şiş harada lokalizasiya edə bilər?
A) Mədəaltı vəzində və dalaqda

B) Hipofizdə, hipotalamusda

C) Yumurtalıglarda və uşaqlıqda

D) Divararası

E) Aşağı ətraflarda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
11) Akromegaliyalı xəstələrin operativ müdaxiləyə mütləq əks göstəriş hansıdır?
A) Ahıl yaş

B) Qörmə gabiliyətinin pozulması

C) Makroadenoma

D) Bədxassəli şiş

E) Şua terapiyasının effektsizliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
12) Akromegaliyanın yaranma səbəbləri hansılar deyil?
A) Hipofizin mikroadenoması

B) Somatotrop hormonu ifraz edən qeyri-hipofizar şişlər

C) Hipotalamusun birincili patologiyası

D) Sümük-əzələ sisteminin patoloqiyası

E) Hipofizin makroadenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
13) Şəkərsiz diabet hansı simptomlarla xarakterizə olunur?
A) Polidipsiya, poliuriya, sidiyin hipoosmolyarlığı

B) Hiperqlikemiya

C) Plazmanın hipoosmolyarlığı

D) Polidipsiya, poliuriya, sidiyin hiperosmolyarlığı

E) Polidipsiya, poliuriya, hiperqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
14) Şəkərsiz diabetin laborator markerləri hansılardır?
A) Sidiyin ümümi miqdarının azalması, sidiyin xüsusi çəkisinin azalması

B) Sidiyin ümümi migdarının azalması

C) Sidiyin xüsusi çəkisinin artması

D) Bakteriyuriya

E) Sidiyin ümümi miqdarının artması, sidiyin xüsusi çəkisinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
15) Şəkərsiz diabetin yaranma səbəblərinə hansılar aid deyil?
A) ADH gen reseptorun mutasiyası

B) ADH defisiti, ADH qarşı rezistentliyi

C) Prepro-ADH-ın sintezinin genetik defektləri

D) Plasentar fermentlər təsirindən ADH-ın parçalanması;

E) AKTH-ın defisiti
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
16) İtsenko-Kuşınq xəstəliyinin yaranma səbəbi nə ola bilər?
A) Prolaktinoma

B) Yumurtalıqların şişləri

C) Tireotropinoma

D) Kortikoesteroma

E) Hipofizin bazofil adenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
17) Glukokortikoidlərin hipersekresiyasının nəticəsi nə ola bilər?
A) Arıqlama

B) Dəridə striyalar

C) Qanda şəkərin miqdarının azalması

D) Dərinin nəmliyi

E) Arterial hipotoniya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
18) Cərrahiyə əməlliyatı öncəsi somatostatin analoqlarının istifadəsi hansı məqsəd daşıyır?
A) Arterial təziqin stabilləşdirilməsi

B) Psixolojı hazırlıq

C) Əvvəlki terapiyanın qeyri-effektsizliyi

D) Adenomanın konsistensiyasının dəyişilməsi

E) Adenomanın ölçüsünün kiçilməsi və somatik statusunun yaxşılaşması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
19) Nelson sindromu özünü necə büruzə verir?
A) Dərinin nəm olması ilə

B) Böyrək-üstü vəzilərin xroniki çatmamazlığı ilə

C) Böyrək-üstü vəzilərin vərəmi ilə

D) Qanda AKTH-ın miqdarının azalması ilə

E) Qanda kortizolun miqdarının artması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
20) İtsenko-Kuşınq xəstəliyi zamanı yaranan şəkərli diabet hansı xüsusiyətlərə malikdir?
A) İnsulinrezistentlik

B) Hipoqlikemiyalara meyillik

C) Mütləq insulinoterapiyaya qöstəriş

D) Ketoasidoza meyillik

E) Peroral şəkərsalici preparatların effektivliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
21) İtsenko-Kuşınq xəstəliyinin ağır forması zamanı nə baş verir?
A) Onurğa sütunun differensiyasının sürətlənməsi

B) Ay başının dəyişilməməsi

C) Dərialtı piy qatının düzqün paylanması

D) Sümüklərin patolojı sınıqları

E) Tranzitor arterial hipertenziya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
22) İtsenko-Kuşınq xəstəliyinin fəsadlarına hansılar aiddir?
A) Trombositopeniya

B) Hipotermiya

C) Hipotenziya

D) Böyrək çatmamazlığı

E) Kəskin arıqlama
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
23) İtsenko-Kuşınq xəstəliyinin hansı xəstəliklərlə differensial diaqnozu aparılır?
A) Üzülmüş yumurtalıqlar sindromu

B) Xroniki piyelonefrit

C) Xroniki alkoqolizm

D) Böyrək-üstü vəzinin xroniki çatmamazlığı

E) Hipotireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
24) İtsenko-Kuşınq xəstəliyi zamanı adrenalektomiyaya göstəriş hansıdır?
A) Konservativ terapiyanın qeyri-effektivliyi

B) Qanda kortizolun miqdarının daim yüksək olması

C) Hipokaliyemik alkaloz

D) Elektrolit-steroid kardiopatiya

E) Kəskin arıqlama
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
25) Xloditanın terapevtik effekti nədən ibarətdir?
A) Kortikoliberin sekresiyasının tormozlanması

B) 11-b-hidroksilaza fermentinin tormozlanması

C) Böyrək-üstü vəzinin qabıq maddəsinin destruksiyası

D) 17-a-hidroksilaza fermentinin tormozlanması

E) AKTH-ın sekresiyasının tormozlanması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
26) Çoxsaylı endokrin neoplaziya 1 tip üçün nə xarakterik deyil?
A) Yumurtalıqların kistası

B) Hipofizin adenoması

C) Feoxromositoma

D) Mədəaltı vəzin Lanherqans adacıqlarının hiperplaziyası

E) Hiperparatiteoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
27) Vermer sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 2 tip

B) Çoxsaylı endokrin neoplaziya 2A tip

C) Çoxsaylı endokrin neoplaziya 1 tip

D) Çoxsaylı endokrin neoplaziya 3 tip

E) Çoxsaylı endokrin neoplaziya 2B tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
28) Simppl sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 2A tip

B) Çoxsaylı endokrin neoplaziya 1 tip

C) Çoxsaylı endokrin neoplaziya 2B tip

D) Çoxsaylı endokrin neoplaziya 3 tip

E) Çoxsaylı endokrin neoplaziya 2 tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
29) 30 yaşlı qadın son 6 ay ay başının olmamasından şikayət edir. Hamilə deyil. Son bir neçə həftə döş vəzilərindən süd ifrazına fikir verib. Son 3 ay kəskin baş ağrıları və yan qörmə qabiliyətinin zəifləməsi narahat edir. Laborator müayinələr hansı dəyişilikləri aşkarlaya bilər?
A) Prolaktinin miqdarının artması

B) STH miqdarının azalması

C) Hiponatriyemiya

D) Kortizolun miqdarının artması

E) TSH miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
30) 55 yaşlı qadın son 3 ay 4 kg arıqlayıb, əllərin ölçülərinin boyüməsindən narahatdır. Son 10 gün görmə qabiliyyətinin zəifləməsindən və baş ağrılarından şikayət edir. KT zamanı-türk yəhəri nahiyəsində 15 mm törəmə aşkarlanıb. Mümkün diaqnoz hansıdır?
A) Hipofizin mikroadenoması

B) Hipotalamik qlioma

C) Hipofizin makroadenoması

D) Meninqit

E) Beyinin travması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
31) 29 yaşlı qadın hamiləliyin 38-ci həftəsində qanaxma ilə xəstəxanaya çatdırılıb. Kesar əməliyyatı aparılıb və plasenta çıxarılıb. Xəstə 6 saat hipotenziv vəziyyətdə qalıb, qan köçürülüb. Əməliyyatdan sonra ay başı kəsilib. Xəstə zəiflikdən, halsızlıqdan və arıqlamadan şikayət edir. Laborator müayinələr zamanı hiponatriyemiya, hiperkaliyemiya və hipoqlikemiya aşkarlanıb. Mumkün diaqnoz hansıdır?
A) İnsulit

B) Xorionkarsinoma

C) Beyinin zədələnməsi

D) Yarımkəskin tireoidit

E) Hipofizin nekrozu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
32) Simmonds sindromu zamanı nə müşaidə olur?
A) TSH-ın sekresiyasının artması

B) AKTH-ın sekresiyasının artması

C) FSH-ın sekresiyasının artması

D) LH-ın sekresiyasının artması

E) AKTH-ın sekresiyasının azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
33) Simmonds sindromu zamanı həzm pozğunluğu özünü necə biruzə verir?
A) Mədə-bağırsaq traktının motorikasının sürətlənməsi ilə

B) İştahın artması ilə

C) Bağırsaq atoniyası ilə

D) Mədə sekresiyasının artması ilə

E) Mədəaltı vəzinin xarici sekresiyasının artması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
34) Simmonds sindromu zamanı endokrin dəyişikliklər hansı orqanlarda təzahür edir?
A) Tüpürcək vəzilərində

B) Tər vəzilərində

C) Qalxanvari ətraf vəzilərində

D) Döş vəzilərində

E) Qalxanvari vəzidə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
35) Şıxen sindromunun diaqnostikası zamanı hansı əlamətlər səciyyəvidir?
A) Xolesterinin miqdarının azalması

B) Hiperkortisizm

C) Hipokortisizm

D) Hipertireoz

E) İkincili cinsi əlamətlərin qorunması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
36) Simmonds sindromu zamanı yaranan koma nə ilə müşahidə olur?
A) Hipernatriyemiya və hiperqlikemiya ilə

B) Hipertermiya ilə

C) Hiperprolaktinemiya ilə

D) Proqressivləşən hipokortisizmlə və hipotireozla

E) Proqressivləşən hiperkortisizmlə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
37) İtsenko-Kuşınq xəstəliyinin etiolojı faktorları hansı deyil?
A) Böyrək-üstü vəzinin hormonal aktiv şişləri

B) Böyrəklərdə şişlər

C) Kəllə travmaları

D) Hipofizin şişləri

E) Hipotalamo-hipofizar sistemində iltihabi proseslər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
38) Uşaqlarda İtsenko-Kuşinq xəstəliyinin hansı xəstəliklərlə differensasiyası zəruridir?
A) Nelson sindromu ilə

B) Prader-Villi sindromu ilə

C) Kretinizm ilə

D) Hipotalamik sindrom ilə

E) Klaynfelter sindromu ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
39) İtsenko-Kuşınq xəstəliyinin mümkün müalicə metodlarına aid deyil?
A) Cərrahi

B) Simptomatik

C) Müalicəsi yoxdur

D) Patogenetik

E) Etiotrop
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
40) İtsenko-Kuşinq xəstəliyinin müalicəsinə nə daxil deyil?
A) Kombinə terapiya (cərrahi əməliyyat və şüalanma)

B) Kortikotropin sekresiya edən şişin cərrahi yolla çıxarılması

C) AKTH blokada edən preparatların istifadəsi

D) Hipofizar nahiyyənin şüalanması

E) Böyrəküstü vəzilərdə kortizolun sekresiyasını blokada edən preparatlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
41) AKTH-ın sekresiyasını blokada edən preparat hansıdır?
A) Xloditan

B) Bromokriptin

C) Mitotan

D) Mammomit

E) Orimeten
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
42) İtsenko-Kuşınq xəstəliyinin simptomatik müalicəsində hansı preparatlardan istifadə olunmur?
A) Ca preparatlarından

B) Anaboliklərdən

C) Tireostatiklərdən

D) Hipotenziv preparatlardan

E) Şəkərsalıcı preparatlardan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
43) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Hipotireozdan

B) Serebral-hipofizar nanizmdən

C) Kallman sindromundan

D) Moriak sindromundan

E) İtsenko-Kuşınq xəstəliyindən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
44) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı hormonal müayinələri aparmaq vacibdir?
A) Prolaktinin təyini

B) Qanda kortizolun və AKTH-ın təyini

C) Tireoid hormonların təyini

D) STH-ın təyini

E) Mineralokortikoidlərin təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
45) Akromeqaliyanın kliniki əlamətlərinə hansı aid deyil?
A) Baş ağrıları

B) Tərləmə

C) Yumşaq toxumaların hipertrofiyası

D) Striyalar

E) Proqnatizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
46) Qiqantizmin müalicəsi zamanı istifadə olunan preparatlar hansıdır?
A) Tiroksin

B) Prednizolon

C) Metoklopramid

D) Sandostatin

E) Lizurqid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
47) Pubertat zamanı boyun inkişafı və sümük toxumasının differensiyası hansı hormondan asılı deyil?
A) Prolaktindən

B) Tireoid hormonlardan

C) Androgenlərdən

D) Boy hormonundan

E) Estrogenlərdən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
48) STH defisitinin orqanik variantının mümkün səbəbi hansı deyil?
A) Somatomedinlərin defisiti

B) Hipofizin aplaziyası

C) Hipotalamo-hipofizar sisteminin anevrizması

D) Hipofizə qansızmalar

E) Kraniofarinqioma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
49) Kraniofarinqiomanın kliniki əlaməti hansı deyil?
A) Hipertireoz

B) Hipoqonadizm

C) Şəkərsiz diabet

D) Nevrolojı simptomlar

E) Alçaqboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
50) Serebral-hipofizar nanizmin kliniki əlamətlərinin patogenezində hansı hormonun defisiti rol oynayır?
A) TSH-nun

B) Prolaktinin

C) Mineralokortikoidlərin

D) AKTH-ın və kortizolun

E) Qonadotropinlərin və STH-nun
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
51) Laron sindromunun kliniki əlamətlərinə aid deyil?
A) Somatomedin-C defisiti

B) Boy hormonunun az olması

C) Boy hormonunun normadan artıq olması

D) Boy hormonunun normada olması

E) Alçaqboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
52) Silver sindromunun kliniki əlaməti deyil?
A) Hündürboyluluq

B) Vaxtından əvvəl cinsi inkişaf

C) Doğulandan boy defisiti

D) STH-ın defisiti

E) “Balıq” ağız
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
53) Serebral-hipofizar nanizmi hansı xəstəliklərlə differensasiyası zəruri deyil?
A) Ailəvi alçaqboyluluqdan

B) Xromosom xəstəliklərdən

C) Primordial nanizmdən

D) Boyun və cinsi inkişafın konstitusional qeri qalmasından

E) Addison xəstəliyindən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
54) Primordial nanizm üçün hansı əlamət xarakterik deyil?
A) Sümük yaşının pasport yaşına uyğun olması

B) Pubertatın vaxtında başlanması

C) Uşağın normal boylu və çəkili doğulması

D) Boy hormonunun normada olması

E) Uşağın boy və çəki defisiti ilə doğulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
55) Serebral-hipofizar nanizmin kompleks müalicəsi zamanı istifadə olunmayan preparat hansıdır?
A) Tireoid preparatlar

B) Parlodel

C) Boy hormonu

D) Cinsi hormonlar

E) Xorionik qonadotropin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
56) Hiperprolaktinemiyanın yaranma səbəbi hansı deyil?
A) Süd vəzilərində şiş

B) Hipotireoz

C) Hipotalamusun şişləri

D) Hipofizin travması

E) Hipofizin prolaktin-sekresiya edən şiş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
57) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilməz?
A) Metoklopramidin qəbulundan

B) Rezerpinin qəbulundan

C) Peroral kontraseptivlərin qəbulundan

D) Narkotiklərin qəbulundan

E) Qeyri-steroid preparatlardan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
58) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilər?
A) Qlyukokortikoidlərin qəbulundan

B) Psixotrop maddələrin qəbulundan

C) APF-inhibitorların qəbulundan

D) Ca preparatlarının qəbulundan

E) Tireoid preparatların qəbulundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
59) Qadınlarda hiperprolaktinemiya nə ilə müşahidə olur?
A) Hiperproqesteronemiya ilə

B) Bədən çəkisinin itirilməsi ilə

C) Ovulyasiyanın olmaması ilə

D) Arterial hipotoniya ilə

E) Hiperpiqmentasiya ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
60) Hiperprolaktinemiya ilə müşaidə olan endokrin xəstəliklər hansıdır?
A) Addison xəstəliyi

B) Nelson sindromu

C) Şəkərsiz diabet

D) Birincili hipotireoz

E) Simmonds xəstəliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
61) Hiperprolaktinemiya hansı xəstəlikləri müşahidə edə bilər?
A) Xroniki qastriti

B) Dəmirdefisitli anemiyaları

C) Xroniki prostatiti

D) Arterial hipertoniyaları

E) Xroniki böyrək çatmamazlığını
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
62) Hiperprolaktinemiyanın etiopatoqenetik variantlarına aid deyil?
A) Posttravmatik forma

B) Şiş forma

C) Medikamentoz forma

D) Şüa forması

E) İdiopatik forma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
63) Hiperprolaktinemiyanın müalicəsində istifadə olan preparatların təsir mexanizmi hansıdır?
A) Serotoninerqik

B) Antidofaminerqik

C) Antiserotonin

D) Antixolinesteraz

E) Dofaminerqik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
64) Hiperprolaktinemiya zamanı istifadə olunmayan preparat hansıdır?
A) Perqolid

B) Vitamin B6

C) Dostineks

D) Lizurid

E) Teqretol
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
65) Şəkərsiz diabet üçün hansı əlamətlər məxsusdur?
A) Lipogenezin sürətlənməsi

B) Əsas mübadilənin sürətlənməsi

C) Əsas mübadilənin lənqiməsi

D) Poliuriyanın kəskin yaranmsı

E) Lipolizin lənqiməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
66) Uşaqlarda şəkərsiz diabetin kliniki əlaməti hansı deyil?
A) Cinsi inkişafdan geri qalma

B) Xroniki böyrək çatmamazlığı

C) Poliuriya

D) Polidipsiya

E) Fiziki inkişafdan geri qalma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004


Каталог: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə