Əməyin və onun ödənilməsinin uçotu



Yüklə 295,34 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix25.04.2022
ölçüsü295,34 Kb.
#56304
1   2   3   4   5
Əməyin və onun ödənilməsinin uçotu

İlkin  sənəd  işçinin  işə  qəbul  olunmasına  dair  müəssisə  rəhbərinin  əmridir.  Bu 

mərhələdə işə qəbul olunanla onun vəzifəsi, ödənilən əmək haqqı, iş qaydaları, istirahət 

vaxtı və sairə müəyyənləşdirilir. Tərtib olunmuş əmrdə qəbul olunmuş şəxsin adı, soyadı, 

atasının  adı,  vəzifəsi,  iş  yeri,  əmək  haqqı,  tarif  dərəcəsi,  müəssisədə  işləyəcəyi  dövr 

göstərilir. 

Mövcud olan qanunvericiliyə görə işçi qəbul olunarkən əmək kitabçası, pasport, 

təhsil  haqqında  sənəd,  hərbi  bilet  (hərbi  xidmətçilər  üçüün)  təqdim  edilməlidir.  Başqa 

sənəd tələb etmək mövcud qanunvericiliyə görə qadağan edilmişdir. 

Tərtib  olunmuş  əmr  müəssisə  rəhbəri  tərəfindən  imzalandıqdan  sonra,  qəbul 

olunan  şəxs  həmin  əmrlə  tanış  olmalıdır.  Bundan  başqa  əmr  mühasibatlığa  təqdim 

olunur və bu əsasda qəbul olunan şəxs üçün şəxsi hesab açılır. 

Müəssisədə  işə  düzələn  şəxslə  müəssisə  arasında  müqavilə  bağlanır. 

Müqavilədə iş şəraiti, iş vaxtı, ödəniləcək əmək haqqı, sosial təminat və s. əks olunur. 5 

gün müddətində işə qəbul olunmuş şəxsin əmək kitabçasında onun işə başlamasına dair 

yazılış aparılmalıdır. 

Əgər  işçi  bir  vəzifədən  digər  vəzifəyə  keçirilirsə,  bununla  əlaqədar  olaraq  əmr 

verilir. Hər hansı işçi öz fəaliyyətini dayandırmaq istəyirsə, ərizə ilə müəssisə rəhbərinə 

müraciət  edir  və  onun  işə  qəbul  olunması  ilə  əlaqədar  bağlanmış  müqavilənin 

dayandırılmasına xahiş edir. 

Əmək kitabçası hər bir şəxs üçün onun iş fəaliyyətini göstərən əsas sənəd hesab 

olununr.  Müəssisədə  5  gündən  artıq  işləyən  şəxsə  doldurulur.  Əmək  kitabçası  həmin 

şəxsin  iş  stajının  müəyyən  olunması,  təqaüd  dövrünün  hesablanması  üçün  əsas 

sayılmaqla, ciddi hesabat sənədi hesab olunur. 

İş vaxtının növündən asılı olmayaraq, müəssisədə iş vaxtından istifadənin uçotu 


Yüklə 295,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin