Elyazma org elektron kitabxanası



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix14.01.2017
ölçüsü0,8 Mb.
#5547
  1   2   3   4   5

                              Elyazma.org elektron kitabxanası... 

 

 

 

 

          Əjdər Ol 

 

         HEKAYƏLƏR 

 

 

 

 

 

 

 

 

 

 

Rafiq Tağı ki, Rafiq Tağı 

 

N

ecə deyə bilərəm ki, Rafiq Tağı ilə mənimki tutmur?! Zarafat deyil, yalançılar 

sözü olmasın, bu günəcən onunla bir ton çörək kəsmişik, xeyirdə

-

şərdə yanaşı 



oturmuşuq, yol yoldaşı olmuşuq, ərklə bir

-

birimizin yazdıqlarını eninə



-uzununa 

isladıb çırpmışıq, kalan mübahisələr eləmişik…

  

 

Bəzən bir



-

iki saatlıq, bəzən bir

-

iki günlük aramız sərniyib, bir



-

birimizə ya

npörtü 

baxmışıq. Sonra təzədən isinişmişik, necə deyərlər, çəkişib bərkişmişik. Amma, 



bütün bunlar o demək deyil ki, onun qələmindən tam sığortalanmışam. Rafiq bəydir, 

bir də gördün beyni qızdı, siyasətçidən tutmuş ədəbiyyat adamlarına qədər neçələri 

kimi 

mənim də pişiyimi ağaca dırmaşdırdı.



 

 

Rafiq Tağıdan qoruna bilməkdən ötrü gərək işi yaş olan hər bir kəs onu yaxşı tanısın 



və bu «naüzibillah» adamdan min ağac uzaq olmağın fənnini öyrənsin. Mənim 

canıma cəfa basıb bu sicilləməni yazmaqda bir məqsədim də gələcək 

«zərərdidə»ləri bəzi incə mətləblərdən duyuq salmaqdır.

 

 



Rafiq Tağının bağladığı vedrələrin (adam dolamaqda, yetənə yetib, yetmədiyinə 

vedrə, özü də əməlli səs çıxartsın deyə, kauçuk yox ha, alüminium vedrə 

bağlamaqda dəf mütəxəssis olan güləş Murad

 

Köhnəqala yada düşür) danqıltısını 



çox eşitmişik. O, yaxasından yapışdığının leşini sürüməmiş əl çəkən deyil. 

Əndrəbadi bənzətmə olsa da, necə ki, killer aradan götürmək istədiyinin cəmdəyinə 

üç-

dörd güllə boşaltdıqdan sonra onun gicgahına bir «kontrolnu»



 

sıxır, Rafiq bəy də 

qəzetdə

-

məzetdə qabağına qatıb qovduğunun nəfəsini qaraltmayınca köpü yatmaz. 



O, axıracan gedənlərdəndir.

 

 



Yetmişinci

-

səksəninci illərdə ədəbi mühitdə çoxları həcvgu şair Şamxal Rüstəmin 



biədəb qələmindən tük salardı. Şamxal balaca dar

a-

bara eləyən qələm dostlarından 



girinə keçənin məzələnə

-

məzələnə abrını ətəyinə büküb, xoruzunu qoltuğuna 



verərdi. Amma, indi Şamxal Rüstəm koroğluluğunu yerə qoyub, dişləri tökülmüş 

qoca yalquzağa oxşayır, daha heç kəs ondan qorxmur.

 

 

Bir an Şamxal Rüstəmi xatırlatsa da, Rafiq Tağı şəbədə qoşmaq sənətində 



bambaşqa qələm sahibidir.

 

 



Baş aparıb Rafiq Tağıdan yazıramsa, gərək lap başdan başlayam. Yəni, onun özünə 

görə olmayan arıq

-

uruq canının təsvirindən. Bu da halva deyil. Əvvəla, ona görə ki, 



Rafiq Tağını

n orda-


burda (qəzetdə, jurnalda, kitabda) şəklini görənlər həyatda 

onunla min dəfə üz

-

üzə gəlsələr, nişan verən olmasa, qətiyyən bu əzvay yazıçını 



tanımazlar. Rafiq bəy böyüklü

-

kiçikli ədib bacı



-

qardaşlarından çox

-

çox fərqli olaraq, 



məsələn, Nizami, Məhsəti, Nəsimi, Füzuli, Vaqif, Saib Təbrizi (bunların portretini 

rəssam təxəyyülü yaratsa da), canım sizə desin, Axundov, Bakıxanov, Üzeyir bəy, 

Mirzə Cəlil, Sabir, Hadi kimi bircə şəklilə tanınır. Sanki, onun ayrı şəkli

-

zadı yoxdur. 



O, qismət olsa, ədəbiyyat müntəxabatlarında yer tutacaq «qəşəng şəkil» məsələsini 

həll eləyib.

 

 

Rafiq (qızışdım, «bəy» əlavəsi yaddan çıxdı) bu məşhur şəklində cılız, ordubatıq 



olsa da, xeyli cavandır, hətta bazburutdu görünür. Dəstgaha baxın: qara kostyum, 

ağ koynək, ciddi qalstuk,

 

münasib sağanaqlı eynək, ədibanə fors, geniş alın, hələ 



yerində möhkəm qərar tutmuş gur şəvə saçlar, nikbinliyə meylli dodaqlar, sanballı 

bığ və bütün bunları özündə cəmləşdirən onun «ilham vəziyyəti»ndəki anı.

 

 

Rafiq bəy bu şəkli redaksiyalara, nəşriyyatlara, mətbəələrə verib



-almaqdan 

yorulmur. Bu şəkil artıq ona qanı qaynayan və onu burunlayan bütün qəzet 

redaksiyalarının kompüterlərində həkk olunub. Onun heç bir oxşarı olmayan yek 

şəkli bütün çap olunan yazılarının parovozudur. (Təzəlikcə Rafiq Tağı ilə

 oturan 

yerdə, köhnələrin dililə desək, «şiklimi atdırmışam». Gələcəkdə onun tutmacası 

tutub mənə ilişib

-

eləsə, həmin «şikli» uzun şəkilaltı sözlə qəzetlərin birində yapdırıb, 



onu təkşəkilli klassiklərin cərgəsindən aşırdacağam, bunu bilsin.)

 

 



Bu tək şəkil

 

Rafiq bəyin pozitiv şəklidir. O, indiki görünüşünü yəqin özünün neqativi 



sayır. Necə ki, «Pozitiv. Neqativ» kitabının üz qabığında bu şəkillə yanaşı, indisinə 

işarə ilə həmən şəklin neqativini də verib. Hətta, eyni adlı bir hekayə də yazıb.

 

 

Çoxbilmişlərdən biri mənə dirsək göstərib deyə bilər: «Rafiq Tağının «Düşmənimin 



xatirinə» kitabındakı şəkli başqadır». Mən də onun sözünü ağzında qoyub deyərəm: 

«Həmən şəkil Rafiq bəyin məşhur şəklindən çox

-

çox qabaq çəkilib, onda dostum 



hardan bilərdi, vaxt gələcək gözəl

-

göyçək bir şəkli meydana çıxacaq, əlinin içini 



iyləməmişdi ki…»

 

 



İndi də Rafiq bəyin mənim onunla tanışlığımın yaşıdı, bəlkə də böyüyü olan qara, 

köhnə vaxtların kiçik çamadanına oxşayan yumşaq dərili «diplomat» çantası haqda 

bir neçə kəlmə. Bu qara «diplomat»dan nələr çıxmır?! Əlyazması, kitablar, qələm, 

uşaqlara «snikers», tonometr, yanında fonendoskop, birdəfəlik şprislər, cürbəcür 

«medikament»lər (axı, o, həkimdir), buzlu toyuq, mandarin torbası, bir cüt banan və 

sair və ilaxır. Son on

-

on beş ildə iri bir qarışıq mallar mağazasının malı girib



-

çıxıb bu 

«diplomat»a. Bu «diplomat» Rafiq bəyin yük yeridir, yəni heç vaxt maşını 

olmadığından «baqajnik»idir. Mistik duyğular oyadan, ilin dörd fəslində aramızda 

dolaşan bu dördkünc maddi kölgəni (qara sevdalı

 

mistika aşiqi Adil Mirseyidin Rafiq 



bəyin «diplomat»ına bir düzüm şer həsr etməməsi məni təəccübləndirir) bir neçə 

dəfə əlimə alıb, gözəyarı çəkisini yoxlamışam, dolu vaxtı 5

-

7 kilo ağırlığında olur. Adı 



çəkilən çantanın uzaqbaşı 8 kiloqram yük tutumu var

 



Bu «baqajnik»lə bağlı bizim…

 

 



Paho… Qapımızın zəngi çalındı. Qələmi vərəqə çırpıb yerimdən dik qalxıram və 

dodaqaltı deyinə

-

deyinə candərdi qapıya sarı gedirəm. Görəsən, hansı 



mərdümazardır əlimin üstünə gələn?

 

 



…Hə, gəldim. «On üçüncü qabırğa»nı, qohumbalanı birtəhər (41 dəqiqəyə) başdan 

elədim.

 

 



İlan

-

qurbağa yazıma baxıram: «Bu «baqajnik»lə bizim… (kələfin ucunu tapdım) 



ailənin də xüsusi bir xatirəsi var.

 

 



Səhv etmirəmsə, ötən əsrin doxsan dördüncü ilinin axırına yaxın aylardan biri idi. 

Bakıda ərzaq qıtlığı hökm sürürdü. Xalqı xoşbəxt eləməyə girişən «Vahidbank» 

əmanətçilərə verdiyi aylıq bank faizini otuza qaldırmışdı. Tüğyan edən inflyasiyadan 

yaxşı pul qıran «Vahidbank» mağazalar şəbəkəsində aylıq faizlər əvəzinə 

əmanətçilərə talonla verdiyi ərzağı od qiymətinə fırıldadırdı.

 

 



Rafiq Tağı da «Vahidbank»a pul qoyubmuş. Nə qədər? Bunu bilmirəm. Hər halda 

Rafiq bəy kimi lütün birinin bankda sanballı əmanəti ola bilməzdi. Qərəz, günlərin bir 

günü o, axşamüstü bizə zəng çaldı və bildirdi ki, yarım saata sizdə olacağam. Düz 

yarım saatdan sonra Rafiq bəy özünü yetirdi və bizə qardaş köməyi gətirdiyini deyib 

bayaqdan haqqında naqqallıq elədiyim qara «diplomat»ını şəstlə açdı.

 

 



«Diplomat»a səliqə ilə yerləşdirdiyi makaron, pesok (şəkər tozu), qreçka (qarabaşaq 

y

arması) torbalarını, sıx



-

sıx kağıza bükülmüş yarımkiloluq (çox olmazdı) kərə yağı, 

«squşonka»nı (qatılaşdırılmış südü), xırda doğranmış «rafinad» qənd qutusunu, 

buzlu «Doux» toyuğunu ərklə stolun üstünə düzdü.

 

 

Həmin anda Rafiq bəyin işıqlı üzü projektor kimi göz qamaşdırırdı. O, böyük bir işi 



başa çatdırmış adam kimi rahat və xoşbəxt görünürdü.

 

Rafiq bəyin qara dərili (Rədd olsun irqçilik!) «diplomat»ı milli iqtisadiyyatımız, 



səhiyyəmiz və ədəbiyyatımız qarşısında özünə görə xidmətləri olan hörmətə layiq 

bir 


zaddır. (Sitatın sonu.)

 

 



İlin dörd fəslində Rafiq Tağını «diplomat»sız görməzsən.

 

Yayın cırhacırı… Qısaqol ağ köynəkdə Rafiq bəy küçəni keçir. Əlindəki də əlində. 



Yəqin, iki işin (O, iki yerdə həkimlik edir.) birindən qayıdır.

 

İkinci görünüş: Payızın mısmırığını sallayan vaxtı… Əyninə yaxası düyməli bozarmış 



qara jaket geymiş qələmə (yəni içi içindən keçən) və qələm dostum dayanacaqda 10 

nömrəli trolleybusu gözləyir.

 

 

«Trolleybus» dedim, yadıma bir əhvalat düşdü. Rafiq bəy («bəy» sözü sizi 



qıcıqlandırmasın, o, bu sözü bütün tanış

-

bilişinə yaraşdıra bilir) ekstremal yazıları ilə 



iqtidarla çiling-

ağac oynayan vaxtlarda şair Əlisəmid Kür onun qarşısını kəsib həm 

əllə, həm də dillə deyir:

 

 



 

Rafiq, (soruşacaqsınız, bəs Əlisəmidin «bəy»i harda qaldı? Mən də sizə 



deyəcəyəm, Əlisəmidə olar), yığışdır o cəncəl yazıları, trolleybusla

-tramvayla gedib-

gələn adamsan, cangüdənin zadın da yox, sənin qanını şoruldatmağa nə var…

 

 



Rafiq bəyin cavabına fikir verin:

 

 



 

Yamyamlar (adamyeyənlər) ölkəsində yaşayırıq?!



 

 

«Yamyam



lar» sözündən qaşınma tutub üz

-

gözü əyilən Əlisəmid Kür siqaretinə od 



vurub sarı Tula samovarı kimi pıqqıldaya

-

pıqqıldaya ondan aralanır.



 

 

Doğrudan da, trolleybus

-

tramvay Rafiq Tağının sevimli və əlverişli nəqliyyat 



vasitələridir. Bakımızın meri Abutalıbovun Rafiq bəygilin evinin yanından keçən 

tramvay xəttini sökdürdüyünü görəndə tramvaycıl dostumu düşünə

-

düşünə 


ürəyimdən qara qanlar axırdı.

 

 



Qapıları şaraq

-

şuraq açılıb



-

örtülən, trolleybusdan fərqli buynuzlarının tokdan 

çıxması ilə mənzil başına çatmaqda adamı dəngül

-

düngül «podvadit» eləyən, özü 



demişkən, «içi azadlıq havalı», babuşkalarla zəngin Bakı tramvayları Rafiq bəyə 

illərlə çaşqa

-

loşqa olduğu moskvalı dost



-

tanışlarını xatırlamaqda araçılıq eləyirdi. 

Eh… Dalağım sancıb, deyəsən, Bakıda tramvay xətlərinin bir ucdan sökülməsinə 

məhz Rafiq Tağı baisdir. Axı, Bakıda ondan çox tramvaydan istifadə edən yoxdur. 

(Elə yaxşı eləyirlər, iqtidara az sataşsın.) Hayıf o xətlərdən! Necə də bir başıpozuq 

sərnişinin diliuzunluğunun güdazına getdi…

 

 

Üçüncü mənzərə: Başında qara kepka, əynində təzəcə aldığı qəhvəyi gödəkçə 



(keçən qış nimdaş paltosunun dalından dəyib) Axundov kitabxanasının pilləkənləri 

ilə yuxarı qalxır, ağır «baqajnik»i də özü ilə. Rafiq Tağının bütün əlyazmaları 

«diplomat»ında dəm alıb çıxıb, ən azı Axundov kitabxanasından evlərinə qədər olan 

məsafə boyu. Çünki, o, Moskvadan Bakıya köçəndən sonra iş otağı kimi məhz bu 

kitabxananın iri oxu zallarını seçib və yazdıqlarının hamısını burda yazıb. (Moskvada 

yazdıqları «Leninka»nın yadigarıdır.) Elə buna görə də bu möhtəşəm bilik sarayına 

ən çox ayaq döyən oxucu və yazıçı kimi gələcəkdə heykəli olmasa da, Axundov 

kitabxanası kimi mötəbər bir binanın harasındasa onun balaca, ucuzvari büstünün 

qoyulmasına indidən razıyam.

 

 



Dördüncü qarşılaşma: Xeyrə

-

şərə və qalan bütün tədbirlərə ütülü



-mütülü geyib 

getdiyi qara kostyumu əynində olan Rafiq bəy, tutalım, Bakı İncəsənət Mərkəzinin 

sərgi salonundan çıxır. Mərkəzdə rəssam Yusif Mirzənin norveçli səyyah Tur 

Heyerdalın xatirəsinə həsr etdiyi sərgisi açılıb. Deməli, Rafiq bəy dostumuz Yusifin 

ona bağışladığı bahalı kağızda çap olunmuş «buklet»i indicə «diplomat»ına qoyub, 

işlənməkdən köhnələn və yaxşı bağlanmayan qapağını yerinə oturtduqdan sonra 

onun yeyilmiş cəftəsini güclə yerinə dürtüb.

 

 



Bir gün eşitsəniz ki, qələm dostumun «diplomat»ından odlu silah, məsələn, pistolet, 

Kalaşnikov avtomatı (Sökülməsə, çətin yerləşər), qumbara çıxıb, matınız

-qutunuz 

qurumasın. Özümdən heç nə uydurmuram, Rafiq bəy bu barədə ağzından «utka» 

buraxıb.

 

 



Onun «İki Tağıyev İlqar» hekayəsi çap

 

olunandan sonra mətbuatda və «klassik» 



AXCP-

çilərin yığıncaqlarında böyük səs

-küy, vur-

çatdasın başladı. (Rəhmətlik 

Əbülfəz Elçibəy barədə yazılan nataraz cümlələrə görə.) «Klassiklər»lə möhkəm 

dartışan vaxtlarda bir gecə Rafiq bəygilə zəng edən gənc səsinin cır və qəzəbli 

yerinə salıb ev yiyəsinə bəyanat verir: «AXCP «klassiklər» qanadının gənclər 

təşkilatı səni («sizi» yox ha) qətlə yetirmək barədə yekdil qərar qəbul edib».

 

 

Rafiq bəy cin atına minmir?! Və dərhal əks hücuma keçir: «Get, öz qanaddaşlarına



 

de ki, çox o yan-

bu yan eləməsinlər, tüpürərəm hər şeyə, evimi satıb verərəm 

partladıcı maddələrə (Vurhavurda bunun danışığının səliqəsinə baxın!), gətirib sizin 

bütün cəbhəçilərinizi binaqarışıq partladıb yerlə

-

yeksan edərəm!»



 

 

Mən Rafiq bəyin tünd xasiyyətinə bələdəm, eləyər, eləyər.

 

Xırdalasaq, görün bu bircə cümlədə onun kimliyini göstərən nə qədər incə məqamlar 



gizlənib.

 

 



«Evimi sataram» 

 



yəni, silah –sursata pulum yoxdur, yəni, bərk ayaqda borc pula, 

onun-


bunun hesabına iş görüb özümü abırdan salmaram, yəni, öz külüm də AXCP 

əhlilə göyə sovrulandan sonra oğul

-

uşaq miras borclarımın xəcalətini çəkməz və 



nəhayət, yenə də yəni, mən də mənəm.

 

 



Hə, yeri düşmüşkən, onu da deyim ki, Rafiq bəy haqq

-

hesabda düzlüyə son dərəcə 



qail adamdır. Borc pul alıb dalına keçən qələm sahiblərindən və başqalarından deyil.

 

 



Rafiq Tağı, doğrudan da, haçansa şərəf naminə terrorçuluğa əl atmaq üçün evini 

satsa, aldığı «limonka»ları mütləq «diplomat»ına yığacaq. Onun «baqajnik»inə üç 

sıra, beş

-

beş düzsək, düz on beş «limonka» yerləşər.



 

 

Yaxşı ki, cəbhəçilərin «klassik» qanadı çox dirənmədi. Yoxsa, Rafiq bəyin əlindən 



xata çıxacaqdı.

 

 



Düzdür, uzun çək

-

çevirdən sonra «ANS»



-

də onun dilindən «Üzr istəyirəm!» 

qopartdılar. Ancaq, gözünə döndüyüm günahkar, «klassiklər»dən deyil, üzrü 

E

lçibəyin ruhundan dilədiyini bildirdi.



 

 

Onun vur-



tut ikicə yolu vardı: ya qarşı tərəfdən üzr istəmək, ya da terrorist olmaq. 

(ABŞ


-

ın qulağına qurğuşun!) Yaxşı ki, o, terrorist olmadı, elə bircə bin Laden 

yazıçımız çatışmırdı.

 

 



Yazıçı Anarın bu mövzuda Rafiq bəyə atmacasını da yada salaq. Qulağımla eşitdim, 

Anar müəllim Yazıçılar Birliyinin «Natəvan» klubundakı yığıncağında Birliyin bu 

ərköyün üzvünə üz tutub dedi:

 

 



«Elçibəyin şərəfini qoruyan təşkilat vardı, ona görə mərhumun ruhundan üzr istədin, 

amma Mirz

ə Cəlilin arxasında duran dılğır bir qurum olmadığı üçün onun incik 

ruhundan (Rafiq Tağı bir yazısında xərifləyib Mirzə Cəlili «ədəbi kollaborasionist» 

adlandırmışdı) üzr istəmək yadına düşmədi».

 

 



Aradan xeyli müddət keçib, hələ də Rafiq bəy Anarın bu sərrast ittihamına yönlü və 

yaxud yönsüz bir cavab verməyib.

 

 

Qələmi yerə qoyuram, köhnə vaxtlarda dediyimiz kimi, burda bir «perekur».



 

 

Əşşi, postmodernizm yançısı Həmid Herisçilə hardan bizə ürcah oldu? Modernizmi 



keçdik ki?! Hayıf deyildi, fikirlərimizi qələmimizin iynəyə bənzəyən ucu ilə sapa 

muncuq kimi düzə

-

düzə gedirdik. İndi dəbdə olmaq üçün gərək oxucuya xəbərdarlıq



-

zad eləmədən qəfil gedişlər edəsən, gözbağlaycıfason fokslar göstərəsən.

 

 


Daha iş işdən keçib. Həmid də özümüzünküdür, onun postmodernist qıdıqlamaları 

Rafiq Tağının «ilham atlarının mehtəri» adlandırdığı (Nə qansız adamdır bu 

R.Tağı?!) Vaqif Yusifli haqqında yazdıqlarının yanında toya

-

bayrama getməlidir.



 

 

Qərəz, postmodernizm kirvənin də könlünü aldıq.



 

Valı çevirib, havanı dəyişək.

 

 

Deyəsən, Allah Rafiq Tağını yaxşısını



-pisini saf-

çürük eləyənlərindən biri kimi 

yaradıb. Rafiq bəy gücsüz, yazıq, imkansız, bədbəxt, mağmın və bu seriyadan olan 

adamların həm dostu, həm də sözçüsüdür. Onun üçün, məsələn, il boyu səhərdən 

axşamacan «Azərbaycan» nəşriyyatının yan

-

yörəsində gicəllənən İlyas Ərnəfəs hər 



hansı ətli

-

canlı kişi, incə



-

mincə, xanım

-

xatın qadın millət vəkilindən çox



-

çox maraqlı 

tip və bədii obyektdir. O, bir ayağı o dünyada olan, huşu getmiş, haqqı tapdanan 

qocaya görə istənilən yekə

 

adamı güdaza verməyə hazırdır. Onun demokratiyasında 



zərrəcə güzəşt yoxdur.

 

 



Cəmiyyətdə problemlər yaradan obyektiv səbəbləri sadalayanda Rafiq bəy döyükə

-

döyükə sənə baxsa da, danışdıqlarının axırda beş qəpiklik qiyməti olmur.



 

 

Ay nə bilim, təzəcə qazandığımız dövlət müstəqilliyi, keçid dövrünün əngəlləri, 



Qarabağ müharibəsi, qaçqınlar, superdövlətlərin siyasi məngənəsində sıxılmağımız, 

iqtisadi gerilik 

 

Rafiq bəyin demokratiya şüuru bunları nəzərə almır. Onun 



nəzərində demokratiya demokratiyadır, vəssal

am! 


 

Bayaq təxminən belə dedim ki, Rafiq Tağının tənqidi yırtıcı tənqiddir. Tənqidçi Vaqif 

Yusiflidən sitat gətirək: «Yazıçılar, özünüzü Rafiq Tağıdan qoruyun!» Zırıltı kəlamdır. 

Bu sözü elə

-

belə adam desəydi, fikir verməzdik, ancaq, avtoritetin sözündən s



onra, 

indi Rafiq Tağını görəndə şəkkə düşürsən. Hətta, hərdən onun kamikadze kimi 

şübhəli davranışından ürəyin düşür. Allah, özün saxla!

 

 



Bilirsiniz ki, dozasına görə tənqidlər müxtəlif cür olur. Rafiq bəy bu məsələdə zəhər 

tuluğudur və onun saçmaları tənqidin sonuncu, öldürücü stadiyasıdır. Qabaqlar 

elektrik dirəklərində xəbərdarlıq lövhəsi asılardı və onun ruscadan tərcüməsi beləydi: 

«Əl vurma, öldürər!» Bax, Rafiq bəy də hərdən həmin elektrik dirəklərindən birinə 

dönür. 

 

Onun yaşıdları gözlərini açıb ədəbiyyatda (elə siyasətdə də) ötəri, miyana, elə



-

belə, 


«xala xətrin qalmasın» tənqidlər görüblər. Uzun

-

uzadı tərifdən sonra cüzi, 



nəsihətvari iradlar eşidiblər. Məsələn, rəhmətlik Mirzə İbrahimov tanınmış dövlət 

adamını bacardığı qədər geninə

-

boluna öyəndən sonra deyir: Əziz yoldaş… icazə 



verin, bir az da sizi tənqid edim… Pauza. Rəyasət Heyətinin tən ortasında oturmuş 

həmən əziz yoldaş arif olduğu üçün ona məlum, lakin başqalarına naməlum üslubda 

tərifin qabağında xeyli təmkinli və toxdaq görünür. İclas iştirakçılarının isə gözləri 

bərəlir. Necə? Tənqid? Baho, deyəsən, hörmətli Mirzə müəllim çaşıb.

 


 

Bu dəm Mirzə müəllimin yastı səsi yenidən eşidilir:

 



 



Əziz yoldaş… Siz çox işləyirsiniz, özünüzü yorursunuz, səhhətinizlə lazımi qədər 

məşğul olmursunuz. Xahiş edirəm, hərdən istirahət edin, sağlamlığınızın qeydinə 

qalın, siz xalqa çox lazımsınız.

 

Və salondakılar, elə Mirzə müəllimin özü də zəif, seçmə tütün doldurulmuş qəlyanın 



saçaq-

saçaq tüstüsünə oxşayan rahathülqum bir nəfəs alır… Əla! Fantan! Neynədi 

əəə Mirzə müəllim!

 

 



İndi adamlar qazdan ayıqdır, belə tənqidlər yerimir. Obyektiv, bütöv tənqidlər olmasa 

da, fısqırıq öcəşmələr, «Dartma, yaxam cırıldı!» notları üstə boğuşmalar baş alıb 

gedir. Ancaq, motivindən və keyfiyyətindən asılı olmayaraq, finişə çatan tən

qid lap 


azdır.

 

Niyə ədəbi, ictimai



-

siyasi tənqidlərdə müəyyən hədd gözlənilir?! Hə, bax, indi sarı 

simə toxunmalı olacağam.

 

 



Deyək ki, bir məşhur müxalifət nümayəndəsi başqa bir tanınmış iqtidar yetkilisini, 

əski və sürtük ifadə ilə desək, tənqid atəşinə tutur. Deyir, deyir, deyir… gəlib bir 

sərhəd ki var, ora çatanda dayanıb dəvə kimi xıxır. Yaxşı bilir ki, daha həddi aşmaq 

olmaz. Axı bundan o yana ikisi də eyni cür qələt qarışdırırlar. Bir az da 

aydınlaşdırıram; yığıb altını doldurmaq ehtirası, araçı, işdüzəldən kimi gecələr 

səlahiyyətli adamların qəbul otaqlarında üz

-

üzə gəlmələri, dəbdəbəli yaşam tərzini 



qazanmaqdan ötrü nəyə desən razı olmaları, kef, bazlıq məsələləri onları bir

-birinin 

yanında boğaz eləyir. Belə məqamda onlar, dəllallar kimi razılaşma yolu ilə susurlar.

 

 



Rafiq bəyin yeyib

-

içdiyini zəhərə döndərən, şəkildən



-

şəklə düşən belələridir.

 

 

Son on ildə Rafiq Tağıdan çoxlarının ağzı yanıb.



 

Vaxt vardı o, bütün müxalifət qəzetlərinin ən dəbdə olan yazarı

-

yazıçısı idi. «Rafiq 



bəy, orda oturma, burda

 

otur!» Bir oyun durğuzurdular, gəl görəsən. Ambisiyalılar 



hamısı rəqibinin əleyhinə ondan bəhrələnmək istəyirdi. Ancaq, qoltuğuna qarpız 

verdiklərini sonradan peşman eləmək Rafiq Tağının köhnə ibnəsidir. Rafiq bəy 

«Qırmızı dastan» kimi yazıları yazanda müxalifət camaatının əziz

-

bircəsinə 



çevrilmişdi. Onu «bəh

-

bəh»lə, xahiş



-

minnətlə partiyaya qəbul eləmişdilər, hətta 

əlüstü, sorğu

-

sualsız Siyasi Şuranın üzvü seçmişdilər. Elə ki, «Göy dastan» ortaya 



çıxdı, ondan soyudular, o, öz həmfikirlərini tənqid edəndə isə «əqidə» dostlarının 

əlləri yanlarına düşdü. Daha sonra yazdıqlarının bəhrəsi bu oldu ki, bütün 

müxalifətdə duran partiyalı qəzetlər ona əyri

-

əyri baxmağa başladılar və müxalifət 



Rafiq bəyin pisini vurdu. Axırda Rafiq bəyin gözündə müxalifət, müxalifətin gözündə 

Rafiq Tağı çürük çıxdı.

 

 

Artıq Rafiq Tağı müxalifətçilər üçün arzuolunmaz şəxsdir. Daha hər hansı bir 



müxalifət rəhbərinin nəyinə lazımdır «boşboğaz»ın birisini özünə yaxın buraxıb, 

olsun pis kişi. İndi həmin adamların onun haqda fikri məlumdur: «Rafiq Tağı 



vızqırdacaq!»

 

 



Daha Rafiq Tağı bütün siyasi təşkilatlardan gen gəzir, bitərəfdir. Ancaq o, bitərəf 

kimi yenə də şərəşür, ipə

-

sapa yatmazdır.



 

 

Bu yazıçı siyasətçilərin başına gətirdiyi oyunu indi də yazıçıların başına gətirir. O 



heç vaxt oxu atıb, yayını gizlətmir. Ümumi giley

-

güzar edib «Ad çəkmək istəmirəm» 



ifadəsini qətiyyən işlətmir, düznəquludur.

 

Bayaq başqa cür demişdim, indi də bakılılar demişkən, alayı cür deyirəm: dili şirin, 



qələmi acı olan Rafiq Tağıdan çoxlarının xoşu gəlmir, nəinki xoşu gəlmir, hətta 

zəndeyi


-

zəhləsi gedir. Bunlar adi adamlar olsaydı, dərd yarı idi. İllət burasındadır ki, 

həmən adamların əksəri bərkgedən tanınmışlar, Telman Orucovun sözü olmasın 

(lap olsun!), «qoliaf»lardır. Amma, insaf da yaxşı şeydir, gərək onu da deyək ki

meydangirliyindən və «lotuluğ»undan qalmayan bu «yaramaz»ın Zəlimxan Yaqub 

kimi bir məzhəbə qulluq eləyənlərdən heç vaxt solaxay yazısı olmayıb, olmayacaq 

da. Onun işi nala

-

muxa vuranlarladır.



 

 

Rafiq bəy qayğıkeş və «kəllə» həkimliyinə, adam içində



 

ipək xasiyyətinə (dostumuz 

Paşa Qəlbinur kimi), yumşaq, lirik

-

psixoloji hekayələrinə görə böyük hörmət sahibi 



ola bilərdi, amma…

 

 



Amma, hayıf ki, onun buynuzu da var. Bir də gördün qəfildən kimisə götürdü 

buynuzuna. 

 

Bir neçə müddət bundan əvvəl yenə onun



 

beyninin qurdu tərpəndi.

 

Hər il uzunmüddətli Əylis səfərinə çıxıb oradan «dərs gətirməyə» (Əbdürrəhim bəyi 



də yad edək!) gedən şirin

-

şəkər Əkrəm Əylisli bu il də döş oğlan kimi Bakıya 



qayıdanda Rafiq bəy onu burunlayıb qəzetdə haylı

-

haraylı qələm dostuna 



papaq 

atdı: «Əkrəm Əylisli ictimai rəylə gizlənpaç oynayır». Yəni o, nahaq yerə Əylisə 

gedib-

gəlməyini dilə



-

dişə salıb fors eləyir. Kiminsə öz kəndində lövbər salmağı nə 

matah şeymiş?

 

 



Əkrəm Əylisli Rafiq Tağının bu atmacasını eyninə almadı. Çünki Rafiq bəy haqqında 

mötəbər sözünü o, bildir, ya inişil deyib: «…Dostum Rafiq Tağı da orijinal 

görünməyin köhnə bazıdır, ixtisaslı həvəskarıdır». (Yəni Rafiqin dediklərinə bir qoz).

 

 



Rafiq Tağının çoxlarında olmayan bir yaxşı xüsusiyyəti var. O, haqlı oldu

-

olmadı, 



qaraladığı adamdan vur

-

tut bircə dəfə, amma karlı yazır. Məsələn, mən inanmıram 



ki, bu zəqqumçu «kişünas» (rəvayətə görə, elmi işi «ki» bağlayıcısından olduğu 

üçün mərhum dostu Vidadi Məmmədov bir zaman Kamil Vəliyevə zarafatla 

«kişünas» deyirmiş. Bu xəbər

 

Rafiq bəyə indi çatıbmış kimi o, «kişünas»ı mənfur 



mənada ortaya ataraq, Kamil Vəli Nərimanoğlunu «Dədə Qorqud» kannibalı 

(düdəmə sözləri hardan tapır ey bu?!) adlandırıb və əlbəttə, kişinin xətrinə dəyib) 

Kamil Vəli Nərimanoğludan haçansa dübarə nəsə yazacaq. Hətta gələcəkdə Kamil 


müəllim yazılarında və teleçıxışlarında onu sancsa da… necə ki, indi belə eləyir.

 

 



(Bir-

biri haqda yorulmadan, usanmadan «çevir tatı

-

vur tatı» döyənək, horra yazılar 



yazan qələm düşmənlərini heç cür anlaya bilmirəm. Deyək ki, cavanların beyni 

qandır, anlamırlar, bəs, bu ağsaqqallara nə xəbərdir?!)

 

 

Rafiq Tağı ilə mübahisələrim barədə…



 

 

Onun Qərblə Şərqi müqayisə edən və ikincini ayağa verən yarıfəlsəfi, yarıbədii 



yazısını (Qərəz janr deyil!) qəzetdə oxuyaraq dostumun xeyli subyektiv fikirlərindən 

incik düşüb ona zəng edirəm və iradlarımı bildirərək moizə oxuyuram:

 

 



 

Ay Rafiq bəy, Şərq barədə belə qəzəbli, ümumi yazılar yazma, axı, Şərq geniş 

anlayışdır, sənin dediyin kimi, «şər mənbəyi» deyil. Uzaq Şərqdən tutmuş Orta, 

Yaxın Şərqə qədər bir məsafə birləşir bu adda. Sən bütöv Şərqin incəliklərini harda 

və nə zaman öyrənmisən? Bu mövzuda konkret faktların yoxdur, axı?! Elə Qərbi də 

qavramaq, onun nədə üstün olduğunu fəhm etmək hələm

-

hələm asan deyil.



 

 

Yaxud ona deyirəm: Ay qardaş, sənin nə işin var Mirzə Cəlillə?!



 

M.F.Axundov Füzuliyə «zəif şair» deyib nə qazandı, sən o boyda kişiyə atmaca atıb 

nə irəli düşəsən? Niyə həlləm

-

qəlləm işlərimizin, korafəhm əməllərimizin acığını o 



rəhmətliklərdən çıxırsan? Onlar yazdıqlarını geri götürəsi

 

deyil ki…



 

 

Kimə deyirsən?! Rafiq Tağı nəinki bircə cümləsindən, heç nöqtə



-

vergülündən 

keçməz. Heç kəs bilmir, mən bilirəm, yaddan çıxıb mətnə düşməmiş bir nöqtəli 

vergülə görə qəzetin məsul katibinə evindən zəng vurub düzəliş olunmasını xahiş 

edən bu vasvası qələm adamı sonradan ürəyi durmayıb iki marşrut dəyişərək, 

«Rezonans» qəzetinin redaksiyasına gəlib və nöqtəli vergülü mətndə yerinə qoyaraq 

rahat nəfəs alıb.

 

 



Bir tərəfdən baxanda düz eləyib. Yaddan çıxan nöqtəli vergül məsul katibin çox 

vecinədir? Bir də bizdə belə xırda

-

mırda şeyləri qıdan kimdir?



 

 

Rafiq bəydən başqa kimdir səhər qəzetdə şerini oxuyarkən «uzaq yerin 



prozektorlarından qorxuram» misrasında çoxbilmiş kimi prozektor (patoloq

-anatom, 

çölləmə desək

-

meyityaran) sözünü guya düzəldib «projektor» şəklinə salan 



korrektorla çənə

-

boğaz edən?! Yenə Rafiq bəy!



 

 

Başqa bir telefon söhbətimiz:



 

 

Mən: Rafiq bəy, sən dünənki qəzetdə olan yazında nahaq yerə «Tanrı türkü 



qorusun!» deyiminə qulp qoyursan.

 

Onun köndələn cavabı: Bəs Tanrı başqa xalqların başına daş salsın?



 

 


Mən: Əvvəla, türkün Tanrısının səlahiyyətlərini ərəblər doqquzuncu əsrdə alıb 

veriblər Allaha. Biz indi Allahın «yurisdiksiya»sındayıq. Noolar, Tanrı qeyri

-qanuni 

şəkildə türkü qoruya bilir, qorusun. Qoy Allah bizqarışıq cəmi müsəlmanları hi

fz 

etsin, Boq özününküləri oxranyat eləsin, büt bütpərəstlərə yiyə dursun, Krişna 



hinduların «Rama, Rama…» dualarını əlindən almasın, ingiliscə qart

-qurt 


danışanlardan tutmuş köklü

-

köməcli ingilislərə qədər hamısı bir



-

birinə «God bless 

you!» (Allah səni qorusun!) desin və sair.

 

O: Sən məsələni ora



-

bura yozma, «Tanrı türkü qorusun!» şovinist ifadədəir.

 

 

Mən: Nə şovinizm, bu, bir türk alqışıdır.



 

O: Biz belə şüarla cılızlaşırıq!

 

 

Mən: Sən bu ifadəyə etirazınla ağzıgöyçəklərə dil verirsən, öz milli mənsubiyyətinə 



şübhə yaradırsan.

 

O: Onlar Azərbaycanın xəritəsini və kimin harada məskunlaşmasını bilməyən 



yelbeyinlərdir.

 

 



Mən: Sən qaşınmayan yerdən qan çıxardansan.

 

O, doğulduğu Masallıdakı Xoççobanlı kəndinin ləhcəsilə son akkordu vurur:



 

 



Sən düz demersən!

 

 



Dediyindən ürəyi soyumur, öz üslubunda kürəyimdən zol çıxardır: «Bizim iqtidar 

nümayəndəsindən bundan artıq nə gözləyəsən?!» Hə, aldım payımı… Nə yaxşı ki, 

şifahi… Şifahi xəbərdarlıqla yazılı töhmət arasında nə fərq olduğunu yaxşı bilirsiniz. 

Rafiq 


Tağının qələm kəsəri şifahi danışığının kəsərindən xeyli artıqdır. Ümumiyyətlə, 

o, adi vaxtlarda dinləməyə daha artıq üstünlük verir. Düz də eləyir, deyəcəkləri 

onsuz da ona bəllidir, amma, eşidəcəklərini isə bilməyə bilər.

 

 



Bir dəfə də o, kiminsə barəsində xoş sözlər deyəndə dilim dinc durmadı, söz atdım:

 

 



 

Rafiq bəy, sənin şifahi nitqinə etibar yoxdur, sən adam haqda sözünün 



«məmmədqulu»sunu qələm

-

kağızla deyirsən.



 

Dostum qımışdı:

 



 



Bu fikri Baba Vəziroğlu da mənə deyib.

 

 



Rafiq bəy naqolay yazısı ilə hər

 

hansı qəzetin bağlanmasının, fəaliyyətinin 



dayandırılmasının, çapının zəbt olunmasının və yaxud redaktorunun istefasının 

səbəbkarı ola bilər.

 

 

Uzağa niyə gedirəm, 1994



-

cü ilin yayında baş redaktoru olduğum «Quruluş» 

qəzetinin ilk sayında Rafiq Tağının hekayəsini çap etdiyim üçün təsisçinin məndən 

üzü döndü. Onunla düz gəlməməyimə başqa səbəblər olsa da, təsisçi «gic

-gici» 

hekayəni əlində bayraq (soyuq silah mənasında) eləyib üstümə düşdü və mən ixtiyar 



sahibinə «əleykim» deyib, həmin qəzetdən o gedən getdi

m. 


 

«Vətəndaş həmrəyliyi» qəzetinin işinin xeyli dayanması Rafiq Tağının hekayəsinin 

ucbatından olmayıbmı?!

 

 



Axır zamanlarda qəzet redaktorları onun çapa gedəcək yazılarını bittə

-

bittə 



oxuyurlar. Başqa əlac yoxdur, bu xatalı adamdan gərək özünü gözləyəsən.

 

 



«Ədalət»in baş yazarı Aqil Abbas kompüterin qabağında kəmali

-

ədəblə oturub 



sabahkı nömrədə çap olunası hekayəsinin korrektura səhvlərini düzəldən Rafiq 

Tağıya deyir:

 

 



 

Rafiq bəy, işim çoxdur, bu yazını diqqətlə oxuya bilməmişəm, sənə etibar edib 

(kimə, kimə, Rafiq Tağıya?!) çapa verirəm, bax, mənimçün «əmma» çıxartma ha.

 

 



Rafiq Tağı dillənir:

 



 

Aqil bəy, narahat olmayın, (o, hamı ilə «siz»lə danışır, hətta hərdən qəsdən 

«sən»ə keçsə də, tez özünü düzəldib «siz»i bərpa edir. O, bir dəfə ikimizin də dostu,

 

telejurnalist Qorxmaz Şıxalıoğluna deyirmiş: Əjdərlə söhbətə əvvəlcə «siz»lə 



başlayıram. Elə ki, ara qızışır, «sən»ləri yağdırıram onun cəmdəyinə və «sən» deyə 

bilmədiyim bütün rəsmi adamların acığını çıxıram ondan.) bu, hekayədir, o biri (yəni 

vayqanlı) yazılardan deyil.

 

 



Yazıçılar arasında ən söyüşcül, ağzının qaytanı olmayan Aqil Abbas coşur:

 



 

Sən elə hekayədə də adamın anasını sssss…

 

Bəlkə də ömrü boyu dilinə söyüş gətirməyən Rafiq bəyin bu anda Mahatma 



Qandinin sifətinə oxşayan, çöhrəsini və hədəqədən çıxmış gözlərini görən Aqil 

Abbasın dili paravoz kimi tormoz verib sürütdənir və o, biədəb söz əvəzinə başqa 

kəlmə işlətməyə məcbur olur:

 



 

… ağladırsan!

 

 

Vaxt olub ki, Rafiq bəyin bəzi hərəkətlərindən baş açmamışam.



 

Bir neçə il bundan qabaq Aşura günü Rafiq bəy iş yerimə gəlib dedi: «Bu gün 

niyyətlərin qəbul olan günüdür, gəl Təzəpir məscidinə gedib nəzir paylayaq!». Onun 

qaraniyyət adam olmadığını bildiyimə görə, qoşalaşıb məscidə getdik. Dilənçilərə bir 

qədər nəzir paylayandan sonra rəfiqim Rafiqin təkidilə basırıqda İmam Hüseyn 

müsibəti çəkə

-

çəkə məscidin həyətinə təpildik. Bir neçə yerdə halaylanmış saqqallı 



cavanlar haray-

həşirlə zəncir vururdular. Bir dövrəyə girdik. Mən həm saqqallı 

cavanların yeknəsəq hərəkətlərindən tez usandığımdan, həm də işə tələsdiyimdən 

Rafiq bəyin qulağına pıçıldadım ki, bəsdir, gedək.

 

 

O, sıxıla



-

sıxıla dedi:

 



 



Sən işdəsən, get, mən hələ bir az burada qalmaq istəyirəm.

 

Mən ondan ayrılıb yenə də tünlüyü yara



-

yara məscidin həyət darvazasına doğru 

hərəkət etdim. Darvazaya çatanda geri qanrılıb Rafiq bəy tərəfə boylandım və 


gözlərimə inanmadım: Rafiq bəy bayaq durduğu yerdə «Şah Hüseyn! Vay Hüseyn!» 

deyənlərə dəm tutub şıdırğı sinəzənlik edirdi.

 

 

Mən yerimdə quruyub onun nə qədər novruzəlicəsinə və ürəkdən sinə vurduğuna 



heyrətlə

 

baxırdım. Bu görkəzmə adamın səmimi müsəlmanlığı da varmış. Birdən 



onun gözü mənə sataşdı, dərhal çaşdı və enib

-

qalxan əli sinəsində quruyub asta



-

asta aşağı düşdü.

 

 

Mən bir andaca qeybə çəkilmək istədim və ildırım sürətilə dönüb məscidin 



həyətindən çıxan axına qoşuldum. Daha geri baxmadım və onun «oğurluğ»unu 

tutduğuma görə it kimi peşman oldum.

 

Rafiq Tağının «oğurluğ»unu heç vaxt üzünə vurmasam da, indi onun xarakter 



cizgilərini zənginləşdirmək istəyim mənə güc gəldi. Həmişə sivilizasiya haqda 

alabəzək ibarələr fırladan, Kirxada Amerika saksafonçusu Con Ferqussonun 

konsertini ötürməyən, ancaq plovu hələ də beş barmağının beşilə də yeyən qələm 

dostumu hərtərəfli tanıtmağa çalışmağım kimləri yorursa, zəhmət çəkib bu yazının 

gerisini oxumasın, incimərəm.

 

 



Raf

iq bəyin məşhur şəklinə baxıram, yenə yadıma onunla bağlı başqa bir əhvalat 

düşür.

 

 



Yanılmıramsa, 2000

-

ci ilin 20 Yanvar günü Rafiq bəylə Şəhidlər Xiyabanını ziyarət 



edib çıxanda o, dedi: «Bəxtiyar Vahabzadə (B.Vahabzadə onun haqqında hansısa 

qəzetdə təzəcə isti sözlər yazmışdı.) «Kaspar»da yatır, gedək ona baş çəkək!».

 

 

Biz xəstəxanaya getdik, şairin yatdığı palatanı asanlıqla tapıb qapını döydük. 



İçəridən səs gəldi:

 



 Buyurun! 

 

Qapını açıb içəri keçdik, «Buyurun!» deyən şairin köhnə dostu həkim Nurəddin 



R

zayev imiş.

 

 

Bizi görən Bəxtiyar Vahabzadə çarpayıdan dikəlib oturdu. Onların təkidilə Rafiq bəy 



tək boş stulda əyləşdi. Mən də yanımı çarpayının qırağına qoydum. Şairlə yüngülcə 

hal-


əhval tutduq. O, zorla «Yaxşıyam!» desə də, canını dişinə tutub oturmuşdu

danışmağa heyi qalmamışdı.



 

 

İki həkim (Nurəddin doxturla Rafiq doxtur) Bəxtiyar müəllimin prostat vəzisində olan 



xəstəliklə bağlı pıçıldaşmağa başladılar. Köhnə kişilərə məxsus böyük

-

kiçik yanında 



ədəb göstərmək ustadı şair ağrıdan qıvrılsa da, özünü saxlayıb çarpayıya 

uzanmırdı. Rafiq bəyin başı söhbətə bərk qarışdığından onu görmürdü.

 

 

Bu dəqiqə Bəxtiyar müəllimə ən böyük hörmətin onu rahat buraxmaq olduğunu 



duydum və gözlənilmədən yerimdən qalxıb dedim:

 


 

Bəxtiyar müəllim, yastığınız yüngül olsun! Biz gedək!



 

 

Rafiq bəy üzə düşüb ayağa qalxdı. Şair bizə ürəkdən «Çox sağ olun, zəhmət 



çəkmisiniz!» dedi.

 

 



Nədənsə, mənə elə gəldi ki, o, bizim gəlişimizdən çox gedişimizə sevindi. Neynəsin, 

can ağrıyanda heç kim adamın gözündə olmur.

 

Rafiq bəy yanıma düşüb mənimlə qapıdan çıxdı. Ona görə belə deyirəm ki, qapıdan 



çıxanda dostumun qırımı xoşuma gəlmədi. Binadan on

-

on beş addım aralanan kimi 



Rafiq bəy qoparağımı götürdü:

 

 



 

Sən çox sərtsən. Sözümü ağzımda qoydun. Nurəddin Rzayevə bir



-iki söz 

deyəcəkdim.

 

 

O, gül



ümsədiyimi görüb susdu. Yəqin düşündü ki, bu gülümsəməkdə bir hikmət var. 

Həm də, deyəsən, verəcəyim cavabdan çəkinib, dərinə getmədi.

 

 

Rafiq bəyin hər il bir günü iluzunu yerdə qalan bütün günlərindən, özü demişkən, 



səmərəli və mənalı olur. O gün dostum inzivaya çəkilib daha çox düşünməyə, daha 

çox yazmağa və oxumağa çalışır. Heç bir dəvət onun saqqızını oğurlaya bilməz. İlin 

mənalı və səmərəli gününə çevrilən həmin gün Rafiq bəyin ad günüdür –

 5 avqust. 

 

Yeniyetmə çağlarında gələcəyin bu «şipitilni» yazıçısı özünə söz verib ki, ömrünün 



axırına qədər ad günlərini bütün başqa günlərindən daha səmərəli və mənalı 

keçirəcək. Deməli, o, hələ də sözünün ağasıdır.

 

Rafiq Tağının 1991



-

ci ildə çap olunmuş «Düşmənimin xatirinə» kitabına ön söz 

yazan yazıçı Elçin təxminən belə deyib ki, on beş ildir Rafiqlə dostluq edirəm, onun 

dostluğunda konyunktura görməmişəm. Elçin müəllimin 91

-

dən bəri Rafiq bəydən 



yana fikrinin dəyişib

-

dəyişmədiyini bilmirəm. Ancaq işin üst



-

üstə düşməyinə baxın, 

mən də həmən 91

-

ci ildən Rafiq bəylə tez



-tez oturub-

dururam, bu günəcən onun 

dostluğunda konyunktura əlamətlərinin görünmədiyi barədə bütün konyunkturşiklərə 

arayış verə bilərəm.

 

 

Qabaqlar yazdıqlarına görə hərdən Rafiq bəyə acığım tutardı. İndisə, onun yazılı 



saçmalarını görəndə başımı bulayıb, qımışa

-

qımışa onun heç vaxt düzəlməyəcəyini 



gözümün altına alıb, öz

-

özümə deyirəm:



 

 



Rafiq Tağı ki Rafiq Tağı…

 

 



 

 

 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə