Əczaçılıq (ali) ixtisası üzrə 332 yeni test nümunələri 1) Qarğıdalı saçağından hansı dərman forması kimi istifadə edilir?


) İnhalyasion ümumi anesteziyaedici maddə hansıdır?



Yüklə 302 Kb.
səhifə4/5
tarix25.12.2016
ölçüsü302 Kb.
1   2   3   4   5

216) İnhalyasion ümumi anesteziyaedici maddə hansıdır?
A) Natrium-oksibutirat

B) Tiopental-natrium

C) Ketamin (kalipsol)

D) Narkoz üçün efir

E) Heksenal
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
217) Qeyri-inhalyasion ümumi anesteziyaedici maddələrin ümumi xarakterik cəhəti nədir?
A) Əlavə təsirləri olmur

B) Ümumi anesteziyanın gedişi asan idarə olunur

C) Əlavə təsirləri uzunmüddətli olur

D) qan təzyiqini yüksəldir

E) Ümumi anesteziya oyanma dövrü olmadan baş verir
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
218) Barbitur turşusunun ən güclü kumulyativ təsirə malik törəməsi hansıdır?
A) Diazepam

B) Etaminal natrium

C) Xloralhidrat

D) Fenobarbital

E) Barbamil
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
219) Benzodiazepin qrupuna daxil olan yuxugətirici dərman hansıdır?
A) Barbamil

B) Nitrazepam

C) Xloralhidrat

D) Bromizoval

E) Fenobarbital
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
220) Barbitur turşusunun törəmələri ilə kəskin zəhərlənmələr zamanı hansı spesifik antaqonistdən istifadə olunur?
A) Kofein

B) Kordiamin

C) Bemeqrid

D) Korazol

E) Kamfora
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
221) Böyük qıcolma tutmaları zamanı hansı dərman maddəsindən istifadə olunur?
A) Klonazepam

B) Etosuksimid

C) Xlorakon

D) Fenitoin (difenin)

E) Trimetin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
222) Kiçik qıcolma tutmaları zamanı istifadə olunan epilepsiyaəleyhinə dərman maddəsi hansıdır?
A) Karbamazepin (finlepsin)

B) Benzobarbital (benzonal)

C) Fenitoin (difenin

D) Diazepam

E) Etosuksimid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
223) Həm kiçik, həm də böyük qıcolma tutmaları zamanı istifadə olunan epilepsiyaəleyhinə dərman maddəsi hansıdır?
A) Natrium-bromid, fenazepam

B) Benzobarbital (benzonal), antabus

C) Amitriptilin, amizil

D) Valproy turşusu, lamotricin

E) Fenitoin, kontrikal
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
224) Finlepsinin beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Benzobarbital

B) Lamotricin

C) Antelepsin

D) Karbamazepin

E) Nitrazepam
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
225) Klonazepam hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Antelepsin

B) Benzobarbital

C) Diazepam

D) Fenitoin

E) Karbamazepin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
226) Benzonalın beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Benzobarbital

B) Klonazepam

C) Karbamazepin

D) Fenitoin

E) Valproy turşusu
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
227) Bunlardan hansı böyük qıcolma tutmalarını ifadə edir?
A) Petit mal

B) İn vivo

C) İn vitro

D) Grand mal

E) Pro mi
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
228) Bunlardan hansı kiçik qıcolma tutmalarını ifadə edir?
A) Pro mi

B) İn vivo

C) Petit mal

D) Grand mal

E) İn vitro
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
229) QAYT-reseptorlarını stimullaşdırmaqla təsir göstərən epilepsiyaəleyhinə dərman maddələri hansılardır?
A) Fenobarbital, benzobarbital

B) Kalium-bromid, ammonium-bromid

C) Fenitoin, karbamazepin

D) Valproy turşusu, natrium-valproat

E) Lamotricin, natrium-bromid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
230) Sinir hüceyrələrində ion kanallarını (natrium, kalium) blokadaya almaqla təsir göstərən epilepsiyaəleyhinə dərman maddələri hansılardır?
A) Fenitoin, karbamazepin

B) Lamotricin, natrium-bromid

C) Fenobarbital, nitrazepam

D) Kalium-bromid, ammonium-bromid

E) Valproy turşusu, natrium-valproat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
231) Hazırda mövcud olan epilepsiyaəleyhinə dərman maddələri hansı müalicə məqsədilə istifadə olunur?
A) Etiotrop

B) Kombinəolunmuş

C) Simptomatik

D) Əvəzedici

E) Patogenetik
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
232) Xəstə bir qıcolma tutmasından özünə gəlməmiş növbəti qıcolma tutmasının baş verməsi halı necə adlanır?
A) Epileptik status

B) Psixomotor ekvivalentlik

C) Kiçik qıcolma tutmaları

D) Mioklonus-epilepsiya

E) Böyük qıcolma tutmaları
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
233) Müxtəlif farmakoloji qruplara aid olan epilepsiyaəleyhinə dərman maddələrinin təsir xüsusiyyətlərinin ümumi cəhəti nədəni barətdir?
A) Onlar mərkəsi sinir sistemində tormozlanma proseslərini zəiflədir

B) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini gücləndirir və ya tormozlanma proseslərini zəiflədir

C) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini gücləndirir

D) Onlar mərkəsi sinir sistemində sinir impulslarının ötürülməsini gücləndirirlər

E) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini zəiflədir və ya tormozlanma proseslərini gücləndirir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
234) Hansı hallarda fenobarbitalın istifadəsi əks göstərişdir?
A) Şəkərli diabet zamanı

B) Qaraciyərin və böyrəklərin funksional pozğunluğu zamanı

C) Mədə və 12-barmaq bağırsağın xəstəlikləri zamanı

D) Sidik ifrazının ləngidiyi hallarda

E) Yuxusuzluqdan əziyyət çəkən pasiyentlərdə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
235) Fenobarbital hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Dimedrolun

B) Luminalın

C) Fenkarolun

D) Xloralhidratın

E) Benzonalın
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
236) Hansı hallarda karbamazepinin istifadəsi əks göstərişdir?
A) Qaraciyər və böyrək xəstəlikləri, ürək fəaliyyətinin çatışmazlığı

B) Sidik-cinsiyyət üzvlərinin xəstəlikləri

C) Böyük qıcolma tutmaları

D) Üçlü sinirin nevralgiyası zamanı

E) Epilepsiya
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
237) Siklodolun beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Nefopam

B) Triheksifenidil

C) Aminazin

D) Klonidin

E) Trimeperidin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
238) Triheksifenidildən nə zaman istifadə olunur?
A) Nevrozlarda

B) Şizofreniya zamanı

C) Epileptik tutmalar zamanı

D) Depressiyalarda

E) Parkinsonizm zamanı
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
239) Triheksifenidil (siklodol) hansı dərman forması şəklində istifadə olunur?
A) Suppozitoriya

B) Məlhəm

C) İnyeksiya

D) Tablet

E) Sublinqval tablet
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
240) Tərkibində levodopa və karbidopa olan epilepsiyaəleyhinə preparatlar hansılardır?
A) No-Şpa, Biskolsitrat

B) Antelepsin, Rivotril

C) Nakom, sinemet

D) Papazol, Aeron

E) Madopar, Levodopa
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
241) Hazırda parkinsonizm əleyhinə istifadə olunan preparatlar hansı məqsədlə istifadə olunurlar?
A) Patogenetik müalicə məqsədilə

B) Əvəzedici müalicə məqsədilə

C) Etiotrop müalicə məqsədilə

D) Kombinəolunmuş müalicə məqsədilə

E) Simptomatik müalicə məqsədilə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
242) Nakomun (levodopa + karbidopa) tərkibində olan karbidopanın rolu nədən ibarətdir?
A) Toxumalarda levodopanı dekarboksilləşməyə uğradır

B) Levodopanın təsir müddətini artırır

C) Toxumalarda levodopanın dekarboksilləşməsinin qarşısını alır

D) Levodopanın orqanizmdən xaric olmasını ləngidir

E) Levodopanın qana sorulmasını tezləşdirir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
243) Nakomun (levodopa + karbidopa) tərkibində olan karbidopa toxumalarda levodopanın dekarboksilləşməsinin qarşısını almaqla nəyə səbəb olur?
A) Levodopanın plasentar baryerdən keçməsinin qarşısını alır

B) Levodopanın hematoensefalik səddi (baryeri) keçməsinə kömək edir

C) Levodopanın toksiki təsirini zəiflədir

D) Levodopanın ana südünə keçməsinin qarşısını alır

E) Levodopanın hematoensefalik səddi (baryeri) keçməsinə mane olur
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
244) Barbituratların yuxu dərmanı kimi istifadəsini məhdudlaşdıran cəhətlər hansıdır?
A) Onlardan istifadə zamanı diareya və ya qəbizlik baş verir

B) Onlardan istifadə zamanı vərdişolma və dərmandan asılılıq vəziyyəti yaranır, fizioloji yuxunun normal gedişi pozulur

C) Onlardan istifadə zamanı yuxunun “yavaş yuxu” mərhələsi baş vermir

D) Onlardan istifadə zamanı yuxunun “sürətli yuxu” mərhələsi baş vermir

E) Aparılan son tədqiqatlarda onların bir sıra ciddi əlavə təsirlərə malik olduğu aydınlaşdırıldığına görə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
245) Mezokarb (sidnokarb) hansı qrup dərman maddələrinə aiddir?
A) Sedativ maddələr

B) Neyroleptiklər

C) Antidepressantlar

D) Trankvilizatorlar

E) Psixostimulyatorlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
246) Aşağıdakılardan hansılar sintetik narkotik analgetikdir?
A) Fentanil, metadon, morfin-hidroxlorid

B) Morfin-hidroxlorid, kodein, omnopon

C) Metadon, kodein, trimeperidin

D) Omnopon, kodein, fentanil

E) Trimeperidin (promedol), fentanil, metadon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
247) Təkrar yeridilmə zamanı narkotik analgetiklərə qarşı vərdişolmanın yaranması nə ilə xarakterizə olunur?
A) Narkotik analgetikin analgeziyaedici və eyforiyatörədici təsirlərinin zəifləməsi ilə

B) Narkotik analgetikdə yerli əlavə təsirlərin meydana çıxması ilə

C) Narkotik analgetikə qarşı allergiyanın yaranması ilə

D) Narkotik analgetikin eyforiyatörədici təsirinin güclənməsi ilə

E) Narkotik analgetikin analgeziyaedici təsirinin güclənməsi ilə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
248) Aşağıdakılardan hansılar təbii narkotik analgetikdir?
A) Omnopon, kodein, fentanil

B) Morfin-hidroxlorid, kodein, omnopon

C) Trimeperidin (promedol), fentanil, metadon

D) Metadon, kodein, trimeperidin

E) Fentanil, metadon, morfin-hidroxlorid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
249) Daxili üzvlərin spazmı nəticəsində baş verən ağrıları aradan qaldırmaq üçün morfin hansı maddələrlə kombinəedilmiş şəkildə istifadə olunur?
A) M-xolinomimetiklərlə (pilokarpin və s.)

B) Qeyri-narkotik analgetiklərlə (metamizol-natrium və s.)

C) Qeyri-steroid quruluşlu iltihabəleyhinə maddələrlə (asetilsalisil turşusu və s.)

D) Antiaqreqantlarla (klopidoqrel və s.)

E) M-xolinoblokatorlarla (atropin və s.)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
250) Neyroleptanalgeziyada istifadə olunan narkotik analgetik hansıdır
A) Metadon

B) Fentanil

C) Omnopon

D) Morfin-hidroxlorid

E) Kodein
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
251) Opioid analgetiklərlə kəskin zəhərlənmə zamanı olüm nəyin nəticəsində baş verir?
A) İshaldan

B) Qəbizlikdən

C) Daxili üzvlərin spazmından

D) Ürəyin dayanmasından

E) Tənəffüs mərkəzinin iflicindən
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
252) Ağrıkəsici təsirinə görə hansı preparat daha güclüdür?
A) Kodein

B) Metadon

C) Omnopon

D) Morfin-hidroxlorid

E) Fentanil
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
253) Neyroleptanalgeziya məqsədi ilə droperidolla birlikdə istifadə olunan narkotik analgetik hansıdır?
A) Fentanil

B) Talamonol

C) Morfin-hidroxlorid

D) Metadon

E) Omnopon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
254) Neyroleptanalgeziya məqsədi ilə fentanillə birlikdə istifadə olunan neyroleptik maddə hansıdır?
A) Xlorprotiksen

B) Droperidol

C) Haloperidol

D) Xlorpromazin (aminazin)

E) Triftazin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
255) Aşağıdakı preparatlardan hansı doğuşu ağrısızlaşdırmaq üçün istifadə olunur?
A) Metilmorfin

B) Metamizol-natrium

C) Morfin-hidroxlorid

D) Trimeperidin (promedol)

E) Göstərilən preparatların hamısı
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
256) Tiryək alkaloidlərinin məcmusundan ibarət olan preparat hansıdır?
A) Kodein

B) Fentanil

C) Omnopon

D) Metadon

E) Trimeperidin (promedol)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
257) Aşağıdakı narkotik analgetiklərdən hansına qarşı vərdişolma və dərmandan asılılıq daha gec inkişaf edir?
A) Omnopona

B) Fentanilə

C) Metadona

D) Trimeperidinə (promedol)

E) Morfin-hidroxloridə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
258) Promedolun beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Triheksifenidil

B) Rivotril

C) Trimeperidin

D) Metadon

E) Tioridazin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
259) Hansı preparatlar opioid reseptorların aqonist-antaqonistlərinə aiddir?
A) Fentanil, butorfanol, nalbufin

B) Triheksifenidil, metadon, fentanil

C) Metadon, morfin-hidroxlorid, trimeperidin (promedol)

D) Pentazosin, butorfanol (stadol), nalbufin (nubain)

E) Rivotril, pentazosin, butorfanol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
260) Hansı preparat qarışıq təsirli (opioid və qeyri-opioid) analgetikdir?
A) Triheksifenidil

B) Tramadol (tramal)

C) Metadon

D) Parasetamol

E) Metamizol-natrium
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
261) Mərkəzi təsiri üstünlük təşkil edən qeyri-narkotik analgetiklər hansılardır?
A) İndometasin, ketorolak

B) Diklofenak, naproksen

C) Metamizol-natrium (analgin), butadion

D) Asetilsalisil turşusu (aspirin), ibuprofen

E) Parasetamol, nefopam (panagezik)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
262) Sedativ preparat kimi istifadə olunan kodterpin preparatının tərkibində tiryəkin hansı alkaloidi vardır?
A) Bromheksin

B) Omnopon

C) Metadon

D) Asetilsistein

E) Kodein
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
263) Bu xüsusiyyətlərdən hansı promedola aiddir?
A) Ağrıkəsici təsirinə görə morfindən zəifdir

B) Tənəffüs mərkəzinə təsir göstərmir

C) Ondan istifadə zamanı dərmandan asılılıq vəziyyəti yaranmır

D) Doğuş faliyyətini ağrısızlaşdırmaq üçün istifadə olunmur

E) Ağrıkəsici təsiri morfindən daha güclüdür
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
264) Cərrahi alətlərin, xəstələrə qulluq əşyalarının mikrobsuzlaşdırılması üçün etil spirtinin neçə faizli məhlullarından istifadə olunur?
A) 70-80%

B) 30-40%

C) 60-65%

D) 40-45%

E) 90-95%
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
265) Cərrahi əməliyyat nahiyəsini və cərrahın əllərini mikrobsuzlaşdırmaq üçün və kompres məqsədilə etil spirtinin neçə faizli məhlulundan istifadə edilir?
A) 70%

B) 60%


C) 40%

D) 30%


E) 90%
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
266) Etil spirtinin 40%-li məhlulu kompres şəklində nə üçün istifadə olunur?
A) Xəstələrə qulluq əşyalarının mikrobsuzlaşdırılması üçün

B) Mialgiyalarda, nevralgiyalarda, artritlərdə və digər bu kimi hallarda iltihabı aradanqaldırıcı və qıcıqlandırıcı kimi

C) Yanıqların müalicəsi üçün

D) Antiseptik maddə kimi cərrahi əməliyyat nahiyəsinin və cərrahın əllərinin mikrobsuzlaşdırılması üçün

E) İnyeksiya məhlullarının hazırlanması zamanı həlledici kimi
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
267) Bitki mənşəli məhsullarda olan karotin orqanizmdə hansı vitaminə çevrilir?
A) Sianokobalaminə (vitamin B12)

B) Piridoksinə (vitamin B6)

C) Retinola (vitamin A)

D) Tokoferola (vitamin E)

E) Tiaminə (vitamin B1)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
268) Sedativ preparatlara aid olmayan preparat hansıdır?
A) Korvalol

B) Nitroqliserin

C) Kalium-bromid

D) Natrium-bromid

E) Pişikotu tinkturası
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
269) Aşağıdakılardan hansı çovdar mahmızının preparatıdır?
A) Oksibral

B) Qalantamin

C) Eritromisin

D) Partusisten

E) Erqotal
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
270) Kapillyarların keçiriciliyi pozulduğu zamanı hansı vitamindən istifadə edilir?
A) Vitamin K

B) Vitamin B6

C) Vitamin C

D) Vitamin B1

E) Vitamin E
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
271) Aşağıda göstərilən əlavə təsirlərdən hansı atropin üçün xarakterikdir?
A) Ağızda quruluq əmələ gətirir

B) Daxili orqanların saya əzələlərinin tonusunu yüksəldir

C) Tər ifrazını artırır

D) Bradikardiya törədir

E) Bronxların spazmını törədir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
272) Aşağıdakı preparatlardan hansı mədə-bağırsaq sisteminin selikli qişasına qıcıqlandırıcı təsir göstərir?
A) Nişasta seliyi

B) Almagel

C) Bürüyücü maddələr

D) Algeldrat (alüminium-hidroksid)

E) Asetilsalisil turşusu (aspirin)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
273) Sititon preparatının tərkibi nədən ibarətdir?
A) Xoruzgülü otunun dəmləməsidir

B) C vitamininin 0,15%-li məhlulundan ibarətdir

C) Platifillinin 0,1%-li məhlulundan ibarətdir

D) Sitizin alkaloidinin 0,15%-li sulu məhlulundan ibarətdir

E) Askorbin turşusu ilə qlükozanın qarışığından ibarətdir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
274) Aşağıda qeyd edilən dərman vasitələrindən hansı H1-histamin reseptorlarını blokadaya almaqla allergiya əleyhinə təsir göstərir?
A) Mebhidrolin (Diazolin)

B) Göstərilənlərin hamısı

C) Kromolin-natrium (intal)

D) Ketotifen (Zaditen)

E) Aminofillin (Eufillin)
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
275) Monoaminooksidazanın (MAO) qeyri-selektiv inhibitoru hansıdır?
A) Furazalidon

B) Nialamid

C) Baktrim

D) Хinoksidin

E) İntestopan
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
276) Anksiolitik maddələr (trankvilizatorlar) neyroleptik maddələrdən nə ilə fərqlənir?
A) Neyroleptiklərdən fərqli olaraq onlar qorxu və həyacan hissini aradan qaldırmır

B) Neyroleptiklərdən fərqli olaraq onlar sayıqlama və qarabasmaları aradan qaldırmır

C) Neyroleptiklərdən fərqli olaraq onlar sayıqlama və qarabasmaları aradan qaldırır

D) Anksiolitik maddələr orqanizmin hərəki fəallığını gücləndirirlər

E) Neyroleptiklərdən fərqli olaraq onlar sayıqlama və qarabasmaları aradan qaldırır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
277) Hansı qrupa daxil olan maddələrin sedativ (sakitləşdirici) təsiri daha güclüdür?
A) Psixostimulyatorlar

B) Sedativ maddələr

C) Yuxu dərmanları

D) Trankvilizatorlar

E) Nootrop maddələr
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
278) Sedativ təsir gücünün azalmasını hansı ardıcıllıq düzgün əks etdirir?
A) Yuxu dərmanları > anksiolitiklər (trankvilizatorlar) > sedativ maddələr

B) Anksiolitiklər (trankvilizatorlar) > yuxu dərmanları > sedativ maddələr

C) Sedativ maddələr >yuxu dərmanları > anksiolitiklər (trankvilizatorlar)

D) Sedativ maddələr > anksiolitiklər (trankvilizatorlar) > yuxu dərmanları

E) Yuxu dərmanları > sedativ maddələr > anksiolitiklər (trankvilizatorlar)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
279) Şizofreniya zamanı hansı qrup maddələrdən istifadə olunur?
A) Antipsixotiklərdən (neyroleptiklərdən)

B) Psixostimulyatorlardan

C) Sedativ maddələrdən

D) Nootrop maddələrdən

E) Trankvilizatorlarlardan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
280) Natrium kanallarının blokatoru qrupuna daxil olan antiaritmik maddələr hansıdır?
A) Metaprolol, atenolol

B) Prokain-hidroxlorid , lidokain

C) Bretilium-tozilat (ornid), xinidin-sulfat

D) Amiodaron (kordaron), Propranolol (anaprilin)

E) Verapamil, Diltizaem
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 302 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə