1
Ə.Q.ABBASOV
ƏMƏYİN MÜHAFİZƏSİ
VƏ ELEKTRİK
TƏHLÜKƏSİZLİYİ
SUMQAYIT-2014
2
Əkbər Qəzənfər oğlu Abbasov
ƏMƏYİN MÜHAFİZƏSİ VƏ
ELEKTRİK TƏHLÜKƏSİZLİYİ
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 2014-ci il tarixli, 1230
saylı əmri ilə dərs vəsaiti kimi
təsdiq edilmişdir.
Sumqayıt 2014
3
UDK 621.31.658.382.3(075.8)
Elmi redaktor: dosent, t.e.n A.B.Əmrəliyev (SDU)
Rəy verənlər: dosent, t.e.n Ə.Y.İsayev (ADNA)
dosent, t.e.n Ə.A.Yusifov (SDU)
Müəllif: baş müəllim, t.ü.f.d Ə.Q.Abbasov
Əməyin mühafizəsi
və elektrik təhlükəsizliyi
4
MÜQƏDDİMƏ
Ali texniki məktəblər üçün nəzərdə tutulmuş bu dərslikdə
elektrik qurğularının, avadanlıqların istismarı zamanı
təhlükəsizlik texnikası
qaydalarını öyrənmək, qəzalar,
zədələnmələr, yanğınlar, əmək mühafizəsinin ümumi və
xüsusi məsələləri öyrənilir.
Tərtib edilmiş dərs vəsaiti ali məktəblərdə uyğun
fakultələrdə dərslik kimi istifadə oluna bilər. Əhatə edilən
proqram materialına görə dərsliyin həcminin kiçik olduğuna
baxmayaraq, müəllif özünün uzunmüddətli pedaqoji təcrübəsi
əsasında, dərsliyin ciddi əsaslarda qurulub, təlimin aydın
olmasını diqqət mərkəzindən qaçırmamışdır, bakalavr və
magistr tədris pillələri üzrə təhsil alan tələbələr və
magistrantlar üçün də faydalıdır.
Müəllif güman edir ki, göstərilən keyfiyyətlərinə görə bu
dərslik həmin fənni müstəqil öyrənənlər və təlim edənlər üçün
mükəmməl tədris ədəbiyyatı olacaqdır.
Müəllif bu işə rəy verən dosent, t.e.n Ə.Y.İsayev
(ADNA) və dosent, t.e.n K.S.Burziyevə (AzTu) öz
minnətdarlığını bildirir.
5
GİRİŞ
“Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi” fənnində
əməyin mühafizəsi, istehsalat xəsarətlərinə qarşı xəbərdarlıq,
peşə xəstəlikləri və zəhərlənmələr, elektrik enerjisi
qəbuledicilərində yanğınlar və partlayışlar, eləcə də müəs-
sisələrdə əmək mühafizəsinin ümumi və xüsusi məsələləri
öyrənilir. Bu isə, elektrik qurğularının layihələndirilməsində,
quraşdırılmasında və istismarında vacibdir.
Müasir elektrik qəbulediciləri, əmək mühafizəsi
prinsipləri əsasında yaradılmış yeni texnika ilə təchiz olunur.
Elektrik maşınlarının, aparatlarının, kabel və hava xətlərinin,
eləcə da paylaşdırıcı quruluşların konstruksiyaları, onlara
xidmət edən şəxslərin sağlam və təhlükəsiz əmək şəraitini
təmin etməlidir.
Elektrik qurğularının istismarı zamanı, ağır qəzalar və
adamlarda bədbəxt hadisələrə gətirib çıxaran müxtəlif zədələr
(izolyasiyanın deşilməsi, blokirovkaların pozulması və s.) indi
da mövcuddur. Elektrik qurğularının istismarı zamanı, işçilər
tərəfindən
istehsalat
təlimatlarının
və
təhlükəsizlik
texnikasının qaydalarının pozulması, bədbəxt hadisələrə və
peşə xəstəliklərinə səbəb ola bilər.
Elektrotexniki qurğularda xidmət edən şəxslər üçün,
xüsusi olaraq, qəbuledici elektrik qurğularının texniki istismar
qaydaları və təhlükəsizlik texnikasının qaydaları qəbul
olunmuşdur (elektrik enerjisinin istehsalı, paylaşdırılması və
təchizatı idarəsi tərəfindən).
Elektrik qəbuledici qurğularında təhlükəsizlik və əmək
mühafizəsini təmin etmək üçün elektrik avadanlıqlarının
6
konstruksiyaları etibarlı və təhlükəsiz olmalıdır.
Əmək mühafizəsində, istehsalat sanitariyası (istehsalat
otaqlarında normal hava mühiti, işıqlanma, ventilyasiya,
elektromaqnit və radioaktiv şüalanmasının buraxılan dozası,
səsdən və titrəmələrdən mühafizə) böyük rol oynayır.
Elektrotexniki qurğularda yanğın təhlükəsi, fəhlələrin və
mühəndis-texniki
işçilərin
əməyinin
mühafizəsi
ilə
əlaqədardır. Elektrotexniki qurğuların yanğın təhlükəsində
yanğın profilaktikası (istehsalatda yanğınların yaranmasını
xəbərdar edən tədbirlər sistemi) əsas rol oynayır.
7
1.ƏMƏK MÜHAFİZƏSİ VƏ ELEKTRİK
TƏHLÜKƏSİZLİYİNİN ƏSASLARI
1.1.Əmək şəraiti
Əmək fəaliyyətində adamların bədənində damarların,
tələffüz üzvlərinin, əsəb sisteminin və qan dövranının işi ilə
əlaqədar biokimyəvi proseslər baş verir. Bu halda insan
bədəni, qida məhsullarının oksidləşib parçalanması üçün
müəyyən miqdarda oksigen tələb edir. İstehsal şəraitində
insanlar tərəfindən görülən iş, sərf olunan əzələ və əsəb
enerjilərinin qiyməti ilə təyin olunur. Bir sıra hallarda əsəb
enerjisi əzələ enerjisindən çox sərf edilir. Məsələn,
kommutasiya aparatlarla distansion (uzaqdan) idarədə çox
cüzi fiziki qüvvə tələb olduğu halda, elektrik şəbəkələrində
mürəkkəb əməliyyatları apardıqda böyük əsəbi enerjisi sərf
olur.
İnsan əməyinin intensivliyi, bədənin gərginliyinin elə
dərəcəsidir ki, burada adamların sağlamlığına xələl gətirmədən
bütün iş vaxtı və müasir texniki vasitələrdən istifadə edilməklə
fiziki və əsəbi enerjilərinin sərfi tələb olunur.
Əməyin intensivliyi aşağıdakı faktorlardan asılıdır:
sosial şərait (kollektivdə əməyin xarakteri, texnikanın
səviyyəsi və təhlükəsizlik şəraiti, maddi maraq), xarici şərait
(klimatik və sanitar-gigiyena şəraiti), yaşayışın sosial-iqtisadi
şəraiti (sağlamlıq, qida ev və s.) və bəzi fərdi faktorlar.
Əmək şəraitini düzgün təşkil etmədikdə, adam tez
yorulur, onun diqqəti azalır və xəsarət alma təhlükəsi artır.
Normal iş şəraitinin yaradılmasında əsas təsir göstərən
8
faktorlar: iş yerinin işıqlandırılması, havanın vəziyyəti
(nəmlik, temperatur, təzyiq, təmizlik), avadanlıqların yaratdığı
səs və vibrasiyalardır.
Fəhlələr və mühəndis-texniki işçilər üçün, kimlər ki,
elektrik qurğularına və elektrikləşdirilmiş istehsal aqreqat və
cihazlara xidmət edir, elektrik cərəyanının xəsarətindən tam
təhlükəsiz olmalıdır.
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına
cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir
göstərirsə, belə mühit zərərli mühit sayılır. Zərərli istehsalat
təsirlərə qeyri-kafi meteroloji şərait, xoşagəlməyən işıqlanma,
radioaktiv şüalanmasının və elektromaqnit sahələrinin
mövcudluğu, istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs,
vibrasiyalar və nəhayət bədəndə yaranan ümumi fiziki
gərginlik (məsələn, əzələlərin artıq yüklənməsi, əsəblərin
həddən artıq gərilməsi və s.) aiddir.
Zərərli istehsalat şəraitinə həmçinin akkumulyator
sexlərindəki və elektrik qaynaq işlərini göstərmək olar. Bu cür
işlər, kəskin peşə xəstəliklərinə (zəhərlənmə, böyük dozada
şüalanma və s.) səbəb olur.
İstehsalatda işçilərin normal işini təmin edən texniki
sənədlərdə işlərin təhlükəsiz yerinə yetirilməsi üçün kompleks
tədbirlər (çəpərlər, mühafizə vasitələri, istehsalat təlimatları və
s.) nəzərə alınıb.
İstehsalat avadanlıqlarının layihələndirilməsində və
istehsalatın texnologiyasını yaratdıqda, istismar şəraitində
texniki təhlükəsizlik qaydalarını nəzərə almaq vacibdir. Qeyd
etmək lazımdır ki, baxılan halda istehsalatın maksimum
dərəcədə mexanikləşdirilməsi və avtomatlaşdırılması çox
9
vacibdir.
Son illər elektrik-quraşdırma, təmir və istismar işlərində
mexanikləşdirmədən geniş istifadə olunur.
1.2 Əməyin gigiyenası və iş yerinin təşgili
Adamların əmək fəaliyyəti prosesində (istehsalat
şəraitində) bədbəxt hallar aradan götürülməyib.
Bədbəxt
hadisə
dedikdə,
gözlənilmədən xarici
təsirlərdən adamın zədə alması və onun sağlamlığının qeyri-
normal hala keçməsi başa düşülür. Xarici təsirlər mexaniki,
elektriki və istilik xarakterli olur. Bədənin zədələnməsi,
əzilmələr və yaralanmalar, istilik və kimyəvi yanıqlar, elektrik
cərəyanının təsirindən alınan xəsarətlər və şaxtanın təsirindən
yaranan donmalar şəklində ola bilər.
Zədələnmənin dərəcəsindən asılı olaraq, adamların
məruz qaldığı travmalar müxtəlif olur: mikrotravmalar
(zədənin təsirindən insanın bədəni iş qabiliyyətini itirmir),
müvəqqəti olaraq iş qabiliyyətini itirən travmalar, ağır
travmalar (qismən və ya tam iş qabiliyyəti itir), ölümlə
nəticələnən travmalar.
Əgər eyni vaxtda bir neçə adam zədələnibsə, buna qrup
travması deyilir. Xoşagəlməyən, yəni ağır istehsalat şəraitinin
(məsələn, zərərli şüaların təsiri, səs, vibrasiya və s.) təsirindən
adamların sağlamlığının tədricən pisləşməsinə peşə xəstəliyi
deyilir.
Adamların bədənində istehsalat şəraitində zəhərli
maddələrin təsirindən yaranan xəstəliklər, peşə zəhərlənmələri
adlanır. Bu xəstəliklər ciddi və xronik ola bilər.
10
İstehsalatda bədbəxt hadisələrin qarşısını almaq üçün,
istehsal travmalarının səbəblərini bilmək vacibdir. Bunlara
misal olaraq texniki, təşkilatı və sanitar-gigiyena səbəblərini
göstərmək olar.
Texniki səbəblərə aiddir:
a)
Elektrik
avadanlıqlarında,
mexanizmlərdə
və
nəqliyyat
vasitələrində
olan
konstruktiv
çatışmamazlıqlar,
b)
Texnoloji proseslərin tam başa çatdırılmaması,
c)
Çəpərlərin,
qoruyucuların
və
blokirovkaların
olmaması,
Təşkilatı səbəblərə aiddir:
a)
texnoloji prosesin və istehsal təlimatının pozulması,
b)
əməyin düzgün təşkil olunmaması,
c)
iş yerlərinin düzgün təşkil edilməməsi,
d)
mühəndis-texniki
işçilər
tərəfindən
düzgün
rəhbərliyin olmaması.
Sanitar-gigiyena səbəblərinə aiddir:
a)
istehsal otaqlarında meteroloji şəraitin pozulması
(qeyri-normal temperatur, yüksək nəmlik, küləyin
sürətinin böyük olması),
b)
qeyri-rasional süni işıqlanma, təbii işıqlanmanın
azlığı,
c)
havanın həddən artıq zəhərli buxarlarla, qazlarla və
toz qarışıqları ilə çirklənməsi,
d)
sağlamlığa ziyan olan radioaktiv və elektromaqnit
şüalarının mövcudluğu,
e)
otaqda buraxılmayan həddə səs-küy və vibrasiya,
f)
fəhlələr tərəfindən şəxsi gigiyena qaydalarının
11
pozulması, istehsalat otaqlarında antisanitar vəziyyət,
g)
işçilərin sağlamlığı üzərində lazımi tibbi nəzarətin
olmaması.
Kəskin zəhərlənmə, istilikdən yanıq, donma, hallarının
istintaqı aparılır və bədbəxt hadisə kimi qeydə alınır.
İş yerinin təşkili. İstehsal prosesini yerinə yetirmək üçün
işçinin daimi və periodik gəldiyi yer, iş yeri adlanır. Məsələn,
yarımstansiyada olan növbətçinin iş yeri idarə otağı, sex
elektrik avadanlıqlarına xidmət edən növbətçinin iş yeri, sexdə
onun üçün ayrılmış otaq, təmir işçilərinin iş yeri isə
emalatxana və ya təmir sahəsi sayılır.
İş yerini təşkil etdikdə, əsasən fəhlənin iş görən vaxt
tutduğu vəziyyəti, iş zonasının təyini, idarə orqanlarının və
alətlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Düzgün seçilmiş iş vəziyyətinə (poza - oturmuş və ya
ayaq üstə), hansı ki, hərəkətin xarakterindən asılıdır, fəhlə az
enerji sərf etməklə iş görə bilər. Ağır işlər (elektrik alətlərilə
görülən işlər, elektrik avadanlıqlarının çilingər alətlərilə
bərkitdikdə,
kommutasiya
aparatlarının
əməliyyat
çevrilmələri) adətən ayaq üstə görülür.
Maşın və cihaz sistemlərinin idarə orqanlarının düzgün
layihələndirilməsi və operatorun iş zonasında onların optimal
yerləşdirilməsi iş yerinin təşkilində vacib sayılır. İdarə sistemi
əl və ya ayaqla idarə oluna bilər. Elektrik qurğularında bir
qayda olaraq, əllə idarədən istifadə olunur.
İdarə orqanları müxtəlif tiplərdə ola bilər: düymələr,
dəstəklər, klavişlər, dartıcılar və s.
Xüsusən elektrik quraşdırıcılarının və təmirlə məşğul
olan adamların iş yerlərinin təşkil etdikdə, onların lazımi
tərtibatlar və mühafizə vasitələrilə təmin olunması vacibdir.
12
1.3 İstehsalat sahələrinin işıqlandırılması
Təhlükəsiz və yüksək məhsuldarlığa, ancaq iş yerini
yaxşı işıqlandırdıqda nail olmaq mümkündür. İşıqlanma təbii
və süni ola bilər.
Təbii
işıqlanma, binaların divarlarında açılmış
pəncərələrdən və ya bir mərtəbəli binalarda quraşdırılan şəffaf
örtüklər hesabına yaradılır. Şəffaf bina örtükləri şüşə-beton
materialından hazırlanır. Otağı təbii işıqla yaxşı işıqlan-
dırdıqda, orda işləyən adamların psixikasına yaxşı təsir edir və
onlarda
müsbət
emosiyalar
yaradır,
əhval-ruhiyyəni
yaxşılaşdırır ki, bunlar da öz növbəsində işçinin əmək
məhsuldarlığını artırır.
Təbii
işıqlanmanı
qiymətləndirmək
və
reqlamentləşdirmək üçün təbii işıqlanma əmsalı qəbul olunub,
otaqda hər hansı nöqtədəki işıqlanmanın (E
B
), eyni vaxtda
çöldəki üfiqi müstəvinin ixtiyari nöqtəsindəki səma
işıqlanmasına (E
C
) olan nisbətlə xarakterizə olunur:
%
100
C
B
E
E
e
İstehsalat sahələrində (otaqlarda, binalarda) sanitar
normalarına görə işıqlanma əmsalının minimal qiyməti (e
min
)
nəzərə alınıb, işin dəqiqliyindən asılı olaraq (0,25
3,5)% ola
bilər. Səthlərin işıqlığını (lükslərlə), xüsusi cihazla (lüksmetr)
ölçülür.
Otaqlarda təbii işıqlanmanın hesabatını, otağın müxtəlif
nöqtəsindəki təbii işıqlanma əmsallarının qiymətlərinə görə
aparılır.
13
Elektrik işıqlanması. Müxtəlif bina və otaqlarda, açıq
sahələrdə süni işıqlanmanı, elektrik işıqlanma mənbələrinin
(közərmə lampaları, lyuminisent və qövs lampaları) hesabına
yaradılır. İstehsalat otaqlarını və elektrik qurğularının müxtəlif
obyektlərini
işıqlandırmaq üçün əsasən lyuminessent
lampalarından (aşağı və yüksək təzyiqli) istifadə olunur.
Düzgün və gigiyenik işıqlanması yaratmaq üçün, mənbə
tərəfindən işığın rasional paylanması təmin olunmalıdır.
Rasional və gigiyenik işıqlandırmanı yaratmaq üçün
işıqlandırıcı armaturlardan istifadə olunur.
İşığın paylanması qabiliyyətinə görə çıraqlar, düz və
səpələnmiş işıqlanma, əks olunmuş işıqlanma üstünlük təşkil
etməklə və əks olunmuş işıqlanma yaradan olmaqla
fərqlənirlər.
Elektrik işıqlandırılması, ümumi işıqlandırma və ya
kombinə edilmiş işıqlandırma sistemində yerinə yetirilə bilər.
Elektrik işıqlandırılması, istehsalatda normal işi təmin
edən işçi və işçi işıqlandırma söndürüldükdə fəaliyyət
göstərilən qəza işıqlanmaya bölünür. Qəza işıqlandırması,
normal istehsal işlərinin və ya ancaq təhlükəsiz olaraq işçilərin
köçürülməsini (evakuasiya) təmin olunmasına hesablanır.
İstehsal otaqlarda işçi səthlərin işıqlılığı normadan aşağı
(obyektlərin ölçülərindən və istehsalatın xarakteristikalarından
asılı olan) olmamalıdır. Bu normalardan asılı olaraq,
lampaların gücünü, onların sayını və tavandan olan məsafəni
seçirlər.
Lüminessent lampalardan istifadə etdikdə eyni miqdarda
elektrik enerjisi sərfində közərmə lampalara nisbətən 1, 5-2
dəfə artıq işıqlanma alınır.
14
Elektrik işıqlandırmanın quruluş və istismarına
aşağıdakı əsas tələblər qoyulur:
1. Çıraqlar elə qaydada yerləşdirilməlidir ki, onlara
təhlükəsiz xidmət, əsas elektrik avadanlığından gərginlik
açılmadan mümkün olsun (qapalı paylaşdırıcı quruluşların
yerləşdiyi kameradan başqa).
2. Közərmə lampasının sıxaclarında gərginliyin rəqs
etməsi (artıb, azalması) tez-tez və kifayət dərəcədə
olmamalıdır (bununla əlaqədar lampanın işıq seli də dəyişir).
3. İşıqlandırıcı qurğular, güc şəbəkələrindən və güc
qurğularının (transformatorlar) qidalandığı mənbədən qidalana
bilər. Bu halda közərmə lampalarının sıxaclarında gərginliyin
dəyişməsi normadan (-2,5
5)
qədər olmalıdır.
4. Ümumi işıqlandırma üçün istifadə olunan çıraqları
qidalandırmaq üçün gərginliyin qiyməti 220V-dan çox
olmamalıdır. Bu halda daha təhlükəli otaqlarda və elektrik
cərəyanından xəsarət alma təhlükəsi daha yüksək olan yerlərdə
lampanın asma hündürlüyü döşəmədən 2,5m-dən az
olmamalıdır. Lüminessent lampalarını (220V-da işləyən)
2,5m-dən az məsafələrdə quraşdırmağa icazə verilir. Bu şərtlə
ki, onun kontakt hissələrinə təsadüfən toxunmaq mümkün
olmasın.
5. Yüksək təhlükəsi olmayan otaqlara yerli stasionar
işıqlandırma yaratmaq üçün közərmə lampalı çıraqları
qidalandırmaq üçün 220V gərginlikdən istifadə edilməyə icazə
verilir. Yüksək təhlükəli və xüsusi təhlükəli otaqların
işıqlandırılmasında uyğun olaraq 36V və 12V gərginlikdən
istifadə olunur.
Nəm, xüsusi nəm, isti və kimyəvi aktiv mühitə malik
15
otaqlarda yerli işıqlandırma üçün xüsusi armaturlarda olan
lyuminesent lampalardan istifadə etməyə icazə verilir.
Çıraqları şəbəkədən qidandırmaq üçün alçaldığı
transformatorlardan (avtotransformatordan istifadə olunmağa
icazə verilmir) istifadə olunur.
6. İşıqlandırma qurğularına təhlükəsiz xidmət şərtlərinə
görə, alçaq gərginlikli lampaları qidalandırmaq üçün istifadə
olunan ştepselli ayrıcılar, 220 V qidalanan ştepselli ayrıcılardan
fərqli olmalıdır (səhv qoşmanın qarşısını almaq üçün).
7. Bilavasitə neytrala malik üçfazalı transformatorla
qidalanan qurğularda istifadə edilən lampaların yivli hissəsi
sıfır naqilinə birləşdirilməlidir (fazaya birləşdirmək olmaz), bu
halda gərginlik altında olan lampanı dəyişdikdə təhlükə
azalmış olur. Adətən lampaları dəyişdikdə gərginlik
açılmalıdır.
1.4 İstilik, elektromaqnit və radioaktiv
şüalanmalardan mühafizə
İstilik şüalanmasından mühafizə
İstilik şüalanmasında şüa şəklində olan enerji dalğa
uzunluğu 10 mm qədər olan infraqırmızı şüalar formasında
yayılır. Bütün qızdırılan cisimlər istilik şüalanması mənbəyi
ola bilər. İstehsalat şəraitində istilik şüalanması mənbəyi-
buxar qazanlarının xarici divarları, istilik boruları, istehsalat
maşınlarının gövdələri və qızdırıcı cihazlar ola bilər. Əridilmiş
və qızdırılmış metallar da həmçinin infraqırmızı şüalanmanın
mənbəyi ola bilər.
16
Otaqda havaya ayrılan istilik miqdarı, tikinti həcminin
1m
3
həcmindəki istiliklə qiymətləndirilir. Şüa şəklindəki istilik
enerjisi hava tərəfindən udulmur, daha çox qızmış səthdən
istilik az qızmış səthlərə hava ilə ötürülür. Havanın özü
qızdırılmış cisimlərdən konveksiya yolu ilə qızır.
İstehsal otaqlarında havanın temperaturu və nəmliyi
yüksək olmamalıdır, eyni zamanda havanın hərəkəti hiss
olunmalıdır.
Sənaye müəssisələrinin layihələndirilməsində otaqların
xarakteristikasından (temperaturaya görə) və görüləcək işlərin
kateqoriyasından asılı olaraq sanitar normalara görə havanın
temperaturu təyin olunur (ilin fəsillərindən asılı olaraq).
Əgər
işçilərin
yaxınlığında
istilik
şüalandıran
(səpələyən) qızdırılmış cisimlər vardırsa, onların dərisinin və
ümumiyyətlə bədənlərinin qızması təhlükəsi yaranır.
Adamın bədənində yaranan istilik onun fiziki yükündən,
istiliyin verilməsi isə ətraf mühitin meteoroloji şəraitindən
asılıdır.
Orqanizmin temperaturu hiss olunacaq dərəcədə
artdıqda, ürək-damar sisteminin normal işini pozan xəstəlik
yaranır. Bu cür qəflətən xəstələnmə (istilik zərbəsi)
ağırlaşdıqda ölümlə nəticələnə bilər.
Otaqda olan istilik mənbələrindən və qızdırılmanın
təhlükəsindən asılı olaraq, normal mikroiqlimi saxlamaq üçün
ventilyasiyadan və ya hava kondensionerlərindən istifadə
olunur.
İstilik şüaları havadan fasiləsiz keçdiyindən ventilyasiya
və soyuducular insan orqanizmini onlardan tam qoruya bilmir.
Adamları istilik şüalarından qorumaq üçün əsas tədbir, onların
17
mənbələrini ləğv etməkdir. Bundan başqa ekranlardan və
azistilikkeçirən materiallardan (asbest, şifer və s.) istifadə
etmək olar. Fərdi mühafizə üçün isə xüsusi geyimlərdən
(mahlıc və brezent paltarları, işıq süzgəclərinə malik eynəklər,
üzvi şüşədən hazırlanmış arakəsmələr) istifadə edilir.
Dostları ilə paylaş: |