Dünya döVLƏTLƏRİNİn avrasiya siyasəTİ: region öLKƏLƏRİ VƏ azərbaycan



Yüklə 17,13 Kb.
tarix30.01.2022
ölçüsü17,13 Kb.
#51824
DÜNYA DÖVLƏTLƏRİNİN AVRASİYA SİYASƏTİ



DÜNYA DÖVLƏTLƏRİNİN AVRASİYA SİYASƏTİ: REGİON ÖLKƏLƏRİ VƏ

AZƏRBAYCAN

Müasir dövrdə geosiyasət xalqların, dövlətlərin və regionların inkişafında əsas

faktorlardan birinə çevrilib. Çünki istənilən dövlətin, xalqın taleyi, müxtəlif coğrafi amillər və geosiyasi güc mərkəzlərinin bu məkanda tutduğu mövqe, atdığı addımlar və yeritdiyi siyasətdən asılıdır. Azərbaycanın yerləşdiyi region dünya düzümünün formalaşmasına təsir göstərmək gücündə olan geosiyasi məkandır. Bu baxımdan, dünyanın ən həssas regionlarından sayılan Qafqaz və Xəzər hövzəsində cərəyan edən hadisələri yalnız dünyada gedən proseslər və regionda mənafeyi olan mərkəzlərin marağı çərçivəsində deyil, həm də əsrlər boyu burada gedən geosiyasi proseslər prizmasından təhlil etmək doğru olardı.

Azərbaycanın xarici siyasət istiqamətləri və prioritetləri sırasında Avropa ilə

Asiyanın qovşağında yerləşən və şərti olaraq Avrasiya adlandırılan subregion ölkələri ilə münasibətlər həmişə xüsusi yer tutub. Azərbaycanın özü də bu bölgə ölkələri sırasına daxil olduğundan onun həm daxili, həm də xarici vəziyyəti daim bu regionda baş verən hadisələrdən, region dövlətləri arasındakı münasibətlərdən, onların üst-üstə düşən və kəsişən maraqlarından, eyni zamanda dünyanın aparıcı dövlətlərinin bu subregionda həyata keçirdiyi transmilli siyasətdən asılı olaraq dəyişmişdir.

Avrasiya geostrateji və geosiyasi əhəmiyyətinə görə dünyanın bütün aparıcı

dövlətlərinin, qloballaşma və inteqrasiya mərkəzlərinin, beynəlxalq və regional

təşkilatların diqqətini daim özünə cəlb etmişdir. Bu bölgənin:

1. Avropa ilə Asiyanın qovşağında yerləşməsi onu dünyanın əsas nəqliyyatkommunikasiya (su, quru və hava) dəhlizi kimi tanıtmış və transmilli bir faktora çevirmişdir;

2. Ərazi xarakteristikası (təbii xammal mənbələri ilə zənginliyi, mühüm geostrateji

əraziləri), əmək resurslarının potensialı (ucuz işçi qüvvəsi, istehsalat, satış bazaları

imkanlarının genişliyi, transmilli inkişafa meylliliyi və s.), dünya enerji və xammal

ehtiyatlarının böyük qisminə malik olması və s. onun transmilli geostrateji əhəmiyyətini artırmışdır.

Hər iki faktor, eyni zamanda beynəlxalq sülh, təhlükəsizlik üçün kəsb etdiyi

əhəmiyyət də nəzərə alınmaqla, bu bölgəni dünya siyasətinin mərkəzinə çıxarmışdır. Bu da müvafiq olaraq, ABŞ və onun Avropa müttəfiqlərini (NATO, Avropa İttifaqı və s.), Cənub-Şərqi Asiyanın Çin, Yaponiya, Cənubi Asiyanın Pakistan və Hindistan, regionun Rusiya, İran, Türkiyə kimi böyük dövlətlərini bu bölgədə öz siyasətini yürütməyə sövq etmişdir.

Avrasiya beynəlxalq əhəmiyyəti ilə yanaşı, həm də region xalqlarının yaşadığı,

region ölkələrinin mövcud olduğu konkret bir məkandır. Hər bir Avrasiya ölkəsi

böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bölgədə öz milli marağını təmin etmək məqsədilə məxsusi xarici siyasət yürüdür, dünya və region dövlətləri ilə münasibət qurur, iqtisadi, siyasi, hərbi, mədəni bloklar yaradır, transmilli və regional inteqrasiya və b. proseslərdə iştirak edir. Bu anlamda onlar bəzən bir-biri və regionda marağı olan digər böyük dövlətlərlə toqquşur, münaqişəyə girir ki, bu da regionda qruplaşmalara, qarşıdurmalara və subregional bloklaşmalara şərait yaradır. Avrasiya regionunda dövlətlərarası və beynəlxalq münasibətlər bir neçə

istiqamət üzrə cərəyan edir:

1. Regionun böyük dövlətlərinin ayrı-ayrılıqda təzahür edən milli maraqları

(iddiaları). Bu dövlətlərə Rusiyanı, Çini, İran və Türkiyəni aid etmək olar.

2. Dünyanın digər böyük dövlətləri və yaxud birliklərinin maraqları. Bunların

sırasına ABŞ, Avropa İttifaqı və onun bəzi üzv dövlətlərini (İngiltərə, Fransa, Almaniya), Yaponiyanı aid etmək olar.

3. Regionun mühüm geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlətlərinin

məxsusi mənafeləri və partnyorlarının maraqları (Ukrayna, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Özbəkistan və s.).

4. Regionun böyük dövlətləri və regionda marağı olan dünyanın güc mərkəzlərinin münasibətləri.

5.Regionun kiçik dövlətlərinin (xüsusən geostrateji əhəmiyyət kəsb edən ölkələrin) dünyanın güc mərkəzləri ilə münasibətləri.

6. Regionun böyük dövlətlərinin bir-biri ilə münasibətləri və s. Avrasiyanın geostrateji vəziyyəti və dövlətlərarası münasibətlərin indiki xarakteri 1991-ci ildə SSRİ dağılandan və postsovet respublikaları beynəlxalq münasibətlərin müstəqil subyektinə çevriləndən sonra formalaşmışdır. O zamana qədər bu region əsasən SSRİ-nin tam təsiri altında idi. ABŞ və NATO ölkələri Türkiyə vasitəsilə regionda

öz maraqlarını reallaşdırmağa çalışsalar da, ciddi bir müvəffəqiyyət qazana bilmirdilər.

Regionun Çin, İran kimi ölkələri öz Avrasiya siyasətlərini SSRİ ilə razılaşdırılmış şəkildə həyata keçirir və demək olar ki, müstəqil faktor kimi çıxış etmirdilər.

SSRİ dağılarkən yeni müstəqil dövlətlərin sərhədləri müttəfiq respublikaların

keçmiş əraziləri çərçivəsində olduğu kimi saxlanıldı. Baxmayaraq ki, bu respublikalar SSRİ tərkibində vahid təsərrüfat sistemi yaratmışdı (qarışıq ailələr, gömrük-sərhəd sisteminin yoxluğu, təsərrüfat-istehsalat bağlılığı, nəqliyyat-kommunikasiyanın vahid sistemi və s.), müstəqillik illərində bütün bu əlaqələr dağıldı və milli sərhədlər çərçivəsində yenidən təşkil edildi. Keçmiş respublikalar vahid SSRİ tərkibində müəyyən edilmiş əraziləri ilə birlikdə ayrılsalar da, bəzi münaqişələrdən qaçmaq mümkün olmadı. Belə münaqişələrdən Rusiya və Ukrayna (Krım məsələsi), Rusiya-Qazaxıstan (Qazaxıstanın ruslar yaşayan beş şimal vilayəti), Rusiyanın daxilində milli azlıqların ərazi və müstəqillik iddiaları (Tatarıstan, Çeçenistan və s.), Rusiya-Moldova (Dnestryanı vilayət məsələsi), Rusiya-Baltikyanı dövlətlər (Estoniya, Litva və Latviya ilə münaqişələr), Azərbaycan-Ermənistan (Dağlıq Qarabağ problemi), Gürcüstanın daxilində (Abxaziya, Osetiya və s.) yaşanan ərazi iddialarını göstərmək olar. Bundan başqa, Xəzər dənizinin bölüşdürülməsi və milli sektorların sərhədlərinin müəyyən edilməsində dörd postsovet respublikası (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan) öz aralarında və İranla bəzi fikir ayrılıqları nəticəsində münaqişəli vəziyyətlə üzləşdilər. Əslində, postsovet ölkələri SSRi-nin daxili və xarici mülkiyyətinin, xarici borcları və öhdəliklərinin bölüşdürülməsində də çox ciddi çətinlikləri dəf etməli oldular.



Rusiya başda olmaqla bəzi postsovet respublikaları bu problemləri aradan qaldırmaq, keçmiş əlaqələrin pozulmasının qarşısını almaq üçün 1991-ci ildə Müstəqil Dövlətlər Birliyi adlanan regional qurum yaratdılar. Əlbəttə, MDB-nin yaranmasını postsovet ölkələri arasında yeni formalı inteqrasiya kimi də, əksinə, dezinteqrasiyaya xidmət edəcək birlik kimi də dəyərləndirənlər vardır.

.
Yüklə 17,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə