Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları



Yüklə 179,56 Kb.
səhifə3/5
tarix08.12.2016
ölçüsü179,56 Kb.
1   2   3   4   5

Qeyri-normativ aktlar- konkret teşkilati,nezaret ve ya serencamverici tedbirlerin heyata kecirilmesi meqsedile qebul edilen, birdefelik tetbiq hallari ucun nezerde tutulan huquqi aktlar:
1.AR Milli Meclisin qerarlari
2.AR Prezidentinin serencamlari
3.AR Nazirler Kabinetinin serencamlari
4.Vetendaşliq veziyyeti aktlarinin dovlet qeydiyyatini heyata keciren orqanlarin aktlari.

Normativ xarakterli akt- dovlet ve ya yerli ozunuidare orqani terefinden qebul edilmiş,mehddud subyektler dairesi ucun mecburi davraniş qaydalarini eks etdiren ve defelerle tetbiq olunmaq ucun nezerde tutulmuş sened:
1.AR Merkezi Secki Komissiyasinin qerarlari, telimatlari ve izahlari
2.AR Merkezi Bankinin qerarlari
3.Mehkeme -Huquq Surasinin qerarlari
4.Milli televiziya ve Radio Surasinin qerarlari
5.Yerli ozunuidare orqanlarinin qerarlari
7.Yerli icra hakimiyyeti orqanlarinin qerarlari.

62.Referendum.

Latin sozu olub melumat verirem,meruze edirem demekdir ve ilk defe 1739-cu ilde isvecrede kecirilmisdir. Azerbaycanda referendum ilk defe 1991-ci il martin 17-de ssri-nin saxlanmasi ile elaqedar kecirilib. 1991-ci ilde dekabrin 29-da AR-sinin dovlet musteqilliyi ile elaqedar; 1993-cu ilde avqustun 29-da prezident Elcibeye etimad gosterilmesi ile bagli; 1995-ci il noyabrin 12-de AR-sinin Konstitutsiyanin qebulu ile bagli; 2002-ci avqustun 24-de ve 2009-cu ilin martin 18-de AR-nin Konstitutsiyasinda deyisikliklerle bagli.



63. Dağlıq Qarabağ Muxtar Vilayəti .

Azərbaycan SSR-in dağlıq Qarabağ bölgəsində 1923-1991-ci illərdə mövcud olmuş inzibati ərazi vahididir. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən salınıb. Ermənistan və Azərbaycan SSR arasında 1987-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir. 26 noyabr 1991-ci ildə Azərbaycan Parlamenti DQMV-nin muxtariyyət statusu ləğv edir və onun ərazisini qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürür.Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran rayonu, Hadrut rayonu, Mardakert rayonu, Martuni rayonu, Şuşa rayonu və vilayət tabeli Stepanakert şəhəri daxil idi.



64.Milli Qehremanlarimiz.

211 Milli Qehremanimiz var. sonuncu Milli Qehremanlarimiz- Elton Xaləddin oğlu İsgəndərov (ölümündən sonra) — 25.06.2009; İbrahimov Mübariz Ağakərim oğlu (ölümündən sonra) — 2010 . Milli Qadin Qehremanlarimiz- Salatın Əsgərova(1992) ve Gültəkin Əsgərovadir. Elman Hüseynov ( ö.s.1995),Rövşən Abdullayev ( ö.s.1995), Əfqan Hüseynov (ö.s. 1995),Eldar Məmədov (ö.s. 1994), Rövşən Əbkərov(1994), Rasim İbrahimov (ö.s. 1994), Məzahir Rüstəmov (ö.s. 1993), Aqil Məməddov (ö.s. 1993), Asif Məhərrəmov (ö.s. 1992), Rövşən Əliyev (ö.s. 1992), Ələkbər Əliyev(ö.s. 1992).



65.AR KONSTITUSIYASI.

Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunub və 1995 il noyabrın 27-dən qüvvəyə minib.

Azərbaycan Respublikasının Konstitusiyası preambula, 5 bölmə ( Ümumi müddəalar; Əsas hüquqlar, azadlıqlar və vəzifələr; Dövlət hakimiyyəti; Yerli özünüidarəetmə; Hüquq və qanun), 12 fəsil (Xalq hakimiyyəti; Dövlətin əsasları; Əsas insan və vətəndaş hüquqları və azadlıqları; Vətəndaşların əsas vəzifələri; Qanunvericilik hakimiyyəti; İcra hakimiyyəti; Məhkəmə hakimiyyəti; Naxçıvan Muxtar Respublikası; Bələdiyyələr; Qanunvericilik sistemi; Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər; Azərbaycan Respublıkasının Konstitusiyasına əlavələr), 158 maddə  və keçid müddəalarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin Əsas Qanunudur. Konstitusiya ilə Azərbaycanın dövlət quruculuğunun hüquqi  əsasları müəyyən edilib. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib. 

Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq Konstitusiya qanunvericilik hakimiyyətinin respublikanın Milli Məclisinə, icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinə mənsubluğunu, məhkəmə hakimiyyətinin isə  məhkəmələr tərəfindən həyata keçirilməsini təsbit edir. Qanunvericilik hakimiyyətini təmsil edən Milli Məclis bir palatalı parlamentdir. Bütün xalqın təmsilçisi qismində çıxış edən Milli Məclis qanunvericilik orqanı olduğundan onun  əsas funksiyası qanun yaradıcılığıdır. Milli Məclisdən başqa, heç bir orqan və ya şəxs qanunlar qəbul etmək səlahiyyətinə malik deyildir. Azərbaycanda parlamentin digər bir funksiyası da icra hakimiyyətinin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsidir. Bu funksiya Nazirlər Kabinetinin parlament qarşısında məsuliyyətinin və Milli Məclisin ona etimadsızlıq göstərmək hüququnun olmasında, respublika Prezidentinin vəzifədən kənarlaşdırılmasının mümkünlüyündə, dövlət büdcəsinin icrası üzərində  nəzarətdə  və belə  nəzarəti həyata keçirən orqanların yaradılmasında, beynəlxalq müqavilələri ratifikasiya etmək hüququnda ifadə olunur. Milli Məclis hər il iki - növbəti yaz və payız sessiyalarına yığışır. Onun iclasları 83 deputat iştirak etdikdə səlahiyyətli hesab olunur. Növbədənkənar sessiyalar Milli Məclisin sədri, Prezident və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır. Milli Məclisin deputatlarının toxunulmazlıq hüququ vardır və bu hüquqa o, yalnız cinayət başında yaxalandıqda Baş Prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.  

Azərbaycanda Prezident təsisatı ikili hüquqi təbiətə malikdir, yəni icra hakimiyyətini təmsil etməklə yanaşı, o həm də dövlətin başçısı funksiyasını yerinə yetirir. Prezident bütün seçki korpusu tərəfindən birbaşa seçildiyindən, o, Azərbaycan xalqını bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir. Eyni zamanda, Prezident dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı qismində çıxış edir. Bu öhdəliklər onun Ali Baş Komandan qismində funksiyasını şərtləndirir.  

Naxçıvan Muxtar Respublikasının coğrafi xüsusiyyətləri, Azərbaycanın  əsas hissəsi ilə Naxçıvanın ümumi sərhədinin olmaması bu bölgə üçün muxtar idarəetmə sisteminin təsis olunmasını tələb etmişdir. Ona görə də Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu vermişdir.

Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər isə 2009-cu il iyulun 30-da üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin yeddinci sessiyası zamanı  qəbul olunub, Konstitusiyanın 10 maddəsinə 20 əlavə və dəyişiklik edilib. 

2002-ci il avqustun 24-də referendumla Konstitusiyaya edilmiş dəyişikliyə görə majoritar və proporsional seçki sisteminin birlikdə tətbiqi ləğv edilmiş və ümumi majoritar seçki sistemi müəyyən olunub. Bundan əlavə, dəyişikliklərdə fövqəladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsini, həmçinin Prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu (50+1 faiz) prinsipi ilə hesablanmasını, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsini, alternativ hərbi xidmət növünün formalaşdırılmasını, Respublika Prokurorluğuna və Ali Məhkəməsinə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsini, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılmasını nəzərdə tutulurdu. 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib.



66.Rüşvət.

Rüşvət vəzifəli şəxsin sırf "xidməti vəzifələrinin icrası" ilə əlaqədar aldğı və yaxud da istədiyi, yaxud ona verilən və ya təklif olunan maddi və ya sair nemət, imtiyaz və ya güzəştdir.. yəni vəzifəli şəxs yalnız dırnaqarası öz xidməti vəzifələrini yerinə yetirir. korrupsiya isə daha geniş anlayışdır.. bu zaman vəzifəli şəxs həm öz statusundan, həm təmsil etdiyi orqanın statusundan,həm vəzifə səlahiyyətlərindən, həm də həmin status və səlahiyyətlərdən irəli gələn hər hansı imkandan istifadə edir.



67.Konstitusiya nedir ve ne demekdir?

Latin sozu olub qurmag tesis etmek demekdir.



68.O hansi olkedir ki yazili Konstitusiaya malik deyil?

Boyuk Britaniya.



69.Konstitusiyada hansi əsas məsələlər öz əksini tapır?

- cəmiyyət və dövlət quruculuğunun əsas prinsipləri təsbit olunur.

- Dövlət hakimiyyətinin məxsusluğu və onu həyata keçirilməsi mexanizmi müəyyən olunur.

- Insan və vətəndaşın dövlət tərəfindən etiraf və mühafizə olunan hüquqları, azadlıqları və vəzifələri təsbit olunur.



70.AR Konstitusiyasina nevaxt elave ve deyisiklikler edilmisdir?

2002-ci ilin 24 avqustunda və 19 mart 2009-cu il tarixdə keçirilən referendum nəticəsində ona bəzi əlavə və dəyişikliklər edilmişdir.



71. AR Konstitusiyanın hüquqi xassələrinə neler daxildir?

- alilik


- ən yüksək hüquqi qüvvəyə malik olması

- hüquqi sistemin əsasını təşkil etməsi

- xüsusi hüquqi mühafizəsi

- qəbul edilməsi, əlavə və dəyişikliklər edilməsinin xüsusi qaydası.



72.Konstitusiyanin esas subyetktleri kimdir?

dovlet ve xalq



73. Konstitusiyanın 7-ci mad-nin 3-cü hissəsinə əsasən.

1) qanunvericilik hakimiyyətini Milli Məclis

2) icra hakimiyyəti AR prezidentin

3) məhkəmə hakimiyyətini AR məhkəmələri həyata keçirir.

Bu cür bölgü onunla əsaslandırılır ki, dövlət 3 əsas funksiyanı yerinə yetirməlidir.Bu funksiyalar hansilardir?

__ 1) qanunların qəbul edilməsi.

2) Qanunların icra edilməsi.

3) ədalət mühakiməsinin həyata keçirilməsi.



74.10 iyun 1997-ci il tarixli qanuna əsasən AR məhkəmə sisteminə hansi mehkemeler daxildir?

1) rayon( şəhər ) məhkəmələri.

2) Ağır cinayətlərə dair işlər üzrə AR məhkəməsi

3) Hərbi məhkəmələr

4) Ağır cinayətlərə dair işlər üzrə AR Hərbi Məhkəməsi

5) Yerli iqtisad məhkəmələri

6) Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair AR İqtisad Məhkəməsi

7) NMR-nın Ali Məhkəməsi

8) AR Apellyasiya Məhkəməsi

9) AR Ali Məhkəməsi.



75. Konstitusiyada səlahiyyəti, fəaliyyət istiqamətləri daha ətraflı şəkildə təsbit olunmuş yeganə məhkəmə hakimiyyəti orqan hansidir? Mehz hemin orqan vasitesile Konstitusiyaya nəzarət tənzimlənir.

konstitusiya mehkemesi



76.Vetendasliq dedikde ne basa dusursuz?

__Vətəndaşlıq dövlət ilə insan arasında davamlı hüquqi əlaqədir.



77. Azərbaycan Respublikası Konstitusiyası müəyyən edir ki, hər bir kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır (24-cü maddə).Sualim beledir.Toxunulmaz,pozulmaz ve ayrilmaz dedikde ne basa dusursuz?

«Toxunulmaz» dedikdə demokratik, humanizm və ədalət prinsiplərinə arxalanan, Konstitusiya ilə vətəndaslara bəxs edilən hüquq və azadlıqları özündə əks etdirən insanlıq və xalqın əldə etdikləri dəyərlər əsasında insanın mənəviyyatını və sərəfini qoruyan amillər basa düsülür.

«Ayrılmaz» anlayısına gəlincə Konstitusiya hər bir vətəndasa ayrı-ayrılıqda qazandığı hüquq və azadlıqlardan onun təcrid edilməsinin qeyri mümkünlüyü kimi basa düsülməlidir. Yəni hər bir vətəndasın özünə məxsus ona verilən hüququn qanuni əsaslar olmadan əlindən alınmasına heç cür yol verilmir.

Hüquq və azadlığın «pozulmaz»lığı dedikdə qanunlar və Konstitusiya ilə müəyyən edilmis normalarla nizama salınan hüquq münasibətlərinin qanuni əsaslar olmadan hər hansı səxs və yaxud təskilat tərəfindən pozulmasına yol verilə bilməməsi anlasılmalıdır.



78.Konstitusiyanin muddealarina esasen qanunvericilik,icra ve mehkeme hakimiyyeti orqanlari qarsiliqli fealiyyet gosterirler ve oz selahiyyetleri cercivesinde musteqildir.Hakmiyyetin her 3 qolu ucun esas teleb nedir???

Cavab: hakimiyyetin her uc qolu ucun esas teleb qanunlara donmeden emel edilmesidir.



79. Konstiusiyada gosterilir ki,AR basqa dovletlerle munasibetlerini hamimiliqla qebul edilmis beynelxalq huquq normalarinda nezerde tutulan prinsipler esasinda qurur.SUAL:Respublika beynelxalq munasibetlerin duzgun qurulmasi ucun hanisi orqani ve onun strukturlarini yaradib?(asan sualdir)

Cavab Xarici ilser Nazirliyini ve onun muvafiq strukturlaini yaradir.



80. Dovlet ve Respublika deyende ne basa dusursuz?

Respublika hakimiyyet orqanlarinin xalq terefinden secildiyi idareetme formasidir. Dovlet mueyyen erazide yaşayan ali hakimiyyet orqanlarinda temsil olunan insanlarin birliyidir.

81. BMT Nizamnamesinde ve 1970 ci il tarixli "Beynelxalq huququn prinsipleri haqqinda" beyannamde xalqlarin huquq beraberliyi ve oz muqqedderatini helle etmek prinsipi oz eksini tapmsidir.Sualim beledir: Bu prinsip Dagliq Qarabaga da aid edilirmi? edilise niye edilmirse niye? izah edin:

Cavab beledir:qetiyyen Daglig Qarabaga tetbiq oluna bilmez.Evvela ona gore ki, Dagliq Qrabagda yasayan ermenilere xalq statusu verile bilmez. Onlar etnik cehetden ermeni etnik menseyine mensub Azerbaycan erazisinde mueyyen bir icmaya aid Azərbaycan əhalisinin bir hissəsidir.Ermeniler bir xalq kimi, beynəlxalq huququn qeyd olunan prinsipine uygun olaraq, oz muqedderatini teyin ederek musteqil dovletleri olan Ermenistani yaradiblar.Dagliq Qarabagda yasayan ermeniler ise oz muqedderatni serbest teyin ederek musteqil dovlet yaratmag hququqna malik deyiller.



82.Prezidentliye namizedliye yasi 35 den asagi olmayan ve 10 ilden artig Azerbaycan erazisinde yasayan sexs secile biler.niye mehz yas 35, 10 ilden artig yasamag izah edin?

CAVAB: ona gore 35 yasdir ki prezidentliye secilecek sexsin mueyen qeder heyat tecrubesi olmalidir.Azerbaycan erzisinde 10 il yasamlidir telebi ise ona goredir ki,prezidentliye namized verilmis sexs xalqın adetlerinii, enenelerinii bilmeli, ictimai-siyasi heyatdan bas acmalıdır.



83. Azerbaycan Respublikasinin Prezidenti umumi,beraber ve birbasa secki huququ esasinda serbest,gizli ve sexsi sesverme yolu ile secilir.umumi,beraber,birbasa,serbest,gizli ve sexsi deyende ne basa dusursuz?

CAVAB: Umumi secki – secki sistemidir və secki huququ prinsipdir. Bu prinsiple olkenin butun secmek huququ verilen vetendaslarına fəal seçki huququ verilmisdir.



Beraber secki huquq – secicilere verilen huquqdur. Seciciler arasında hec bir ayrı-seckilik qoyulmur.Birbasa secki hüququ ile seciciler prezidentliye namizedleri birbasa secirler. Bu secki sistemi de en demokratik usuldur. Birbasa seckinin neticeleri secicilerin verdiyi seslerin sayindən asılı olaraq qəbul edilmis secki sistemine uygun mueyyen edilir.

Serbest secmek o demekdir ki, yeni seçici istediyi namizede ses vermekdə azaddır.

Sexsi ve gizli ses verme ise o demekdir ki, secici sexsin namizede ozu səs vermelidir. Secicinin evezine kiminse ses vermesine yol verilmir.

84. Hədiyyə nedir?Ve neler hediyye hesab edilir?

Hediyye bir şexsin digerine verdiyi nemetdir.Bele nemetler evezsiz olaraq verildikde, ya da heqiqi deyerinden aşagi qiymete satildiqda hediyye hesab edilir.



87.Rezident və qeyri-rezident.

13.2.5. Rezident:

13.2.5.1. aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:

təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;

təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;.

bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:

daimi yaşayış yeri;

həyati mənafelərinin mərkəzi;

adətən yaşadığı yer;

Azərbaycan Respublikasının vətəndaşlığı.

13.2.5.2. Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun;

13.2.5.3. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarəetmə yeri olan istənilən hüquqi şəxs. Bu maddədə hüquqi şəxsin idarəetmə yeri dedikdə, əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur.

13.2.6. Qeyri-rezident:

13.2.6.1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;

13.2.6.2. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;

13.2.6.3. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;

13.2.6.4. Bu Məcəllənin 13.2.6.1-ci və 13.2.6.2-ci maddələri Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;

13.2.6.5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;

13.2.6.6. rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.
89.Prezdentin 2015 ci ildə verdiyi sərəncam və fərmanlar.

1.Polat Bülbüloğlunun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında;2.Dövlət ümümtəhsil müəssisələrində çalışan bilik və bacarıqların dioqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükünün norması 1.5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması haqqında;3.AR SHXDX-nin hərbi quluqçularına “general-mayor”ali hərbi rütbəsinin verilməsi haqqında;


90. Cümhurriyyət dövründə başqa bayraq olubmu olbsa hansı rəngdə olub?

AXC-in ilk bayragi qirmizi ağ olub 1918 21 iyun dan 9 noyabr tarixinedek.9 noyabrdan bu gunedek indiki formada olub.Yəni ilk bayraq indiki türk bayrağı formasında olub,ama 8 ulduzlu olub.

91.Türkçülük, müasirlik, demokratiklik şurıyla ilk dəfə kim çıxış edib?

Əli Bəy Hüseyinzadə.

92. Əli bəy Hüseynzadə hansı jurnalın rəhbəri olub?

Füyuzat. 1 noyabr 1906 cı il. İctimai jurnal.

93.Celil Memmedquluzade hansi jurnalin rehberi idi?

Molla nəsrəddin.



94.Molla nəsrədinçilərlə fuyuzatçilar arasinda ferq nedi?

Ayrı-ayrı ədəbi-ictimai problemlərə münasibətlərində,xüsusən də dil məsələlərində fərqlənir.1-ci lər realizimi, 2-ci lər isə neoromantizimi tərənnüm edirdilər.Molla Nəsrəddinçilərdə sənət xalq üçündür anlayışı əsas idi,sadə xalq dilində yazırdılar.Füyuzatçılar isə romantik idilər qəliz dildə,ərəb-fars ağırlığı dilində yazırdılar,sənət sənət üçündür məsələsini müdafiə edirdilər.

95.20 ci esrin bestekarlari?

Üzeyr Hacıbəyov; Fikrət Əmirov; Tofiq Quluyev; Ələkbər Tağıyev.

96.Azerbaycanda operanin banisi kim olub?

Üzeyr Hacıbəyov.

97.Postsovet olkelerinin hansinda bizdeki Qarabag problem kimi problem var? hansi olkede hansi erazi?

Ukrayna-Krım; Gürüstan-Abxaziya; Moldova-Dnestryani.

98.Azerbaycanin sulhmeramli quvveleri hansi olkelerde olub?

İraq, Əfqanıstan, Kossovo.2008 ci ildə Kossovo müstəqil olub və sülhməramlılar vətənə qayıdıb.İraqdakılarda qayıdıb.

99. Azerbaycan Kosovonun musteqilliyini taniyirmi?niye?

Tanımır.Çünki AZ -da da eyni problem var, yəni Qarabağ münaqişəsinə görə.

100. Azərbaycanın daxil olduğu beynəlxalq teşkilatlar?

BMT-1992.03.02; İKT-1991 dekabr; ATƏT-1992.01.30; AŞ-2000.01.17; MDB-1993.

Üzv olduğu beynəlxalq iqtisadi təşkilatlar:

İqtisadi Əməkdaşlıq Təşkilatı(İƏT), AYİB, BVF, İslam Ölkələrinin İƏT (1992), Qara Dəniz İƏT(1993), Dünya Bankı(1992), ÜTT müşahidəçi statusunda(1993), GUAM(1997).

101.Cumhuriyyet dovrunde yaradilan general qubernatorluglar hansilardi? Ne zaman yaradilib? General qubernatorlari kim olub?

Qarabağ general-qubernatorluğu 1919 cu il 15 yanvarda Xosrov bəy Sultanovun başçılıqı ilə yaradılıb.Cavanşir,Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edir.

Naxçıvan general-qubernatorluğu 1919 cu il 28 fevralda Səməd bəy Cəmilinskinin başçılıqə ilə yaradılıb.

102.2008 ci ilde Rusiya ile Gurcustan hansi erazi uzerinde muharibe edirdi?

Cənubi Osetiya, Abxaziya.

103.Azerbaycan-Ermenistan munasibetlerinin tarixi kokleri.

Qarabağ müharibəsi — 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin davamı olmuşdur. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insane həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruzqalmışdır. Cənubi Qafqazın iki dövləti arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayıb. Azərbaycan 20% ərazisi – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb və Rusiya, Fransa və ABŞ kimi dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında başlanılan sülh danışıqları hələdə uğursuz şəkildə davam edir. İşğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır. Müharibə illərində Azərbaycana böyük maddi və mənəvi zərər dəymiş, çoxu günahsız dinc sakin olan 30 min azərbaycanlı ermənilər tərəfindən qətl edilmiş, bir milyona yaxın insane qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğal edilmiş ərazilərdə 600 məktəb, 65 peşə məktəbi və 700 səhiyyə obyekti Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Ermənistandan qovulan azərbaycanlıların ilk dalğası 1988-ci yanvarın 25-də Azərbaycana yetişir. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır.Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.

104.Hansi emeliyyat sistemlerini taniyirsan?

PC/DOS, OS/2, MS DOS, UNİX, Windows.

105.Office proqramlarina hansilar daxildir?

Word, Excell, Access, Power Point.

106.Korrupsiya nedir?

Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.



107.Azərbaycan dili nə vaxtdan rəsmi elan olunub?

27 iyun 1918 ci ildə.

108. Dövlət qulluğunda ikili vətəndaşlığa icazə verilirmi?

Verilmir.

109. Davos İqtisadi Forumu.

Davos İqtisadi Forumunun tarixi: Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında – potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

27-31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial- mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sonuncu dəfə 2015 ci il 22 yanvar tarixində İlham Əliyev DİF çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada işyirak edib. Yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlətimizin başçısı İlhan Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən,enerji sektorunda əldə olununan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən,ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından,Avropanın enerji təhlekəsizliyinin təmin olunmasında Azərbayacanın önəmli rolundan, “Cənub”qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışıb.

110.Charlie Hebdo qəzeti.

Parisdə Fransanın satirik Charlie Hebdo qəzetinə hücum Məhəmməd Peyğəmbərin qəzəb doğuran karikatularını dərc edən Qərb mətbuat orqanlarını hədəf alan hücumlar silsiləsində sonuncusudur. Qarşıdurma on il bundan əvvəl DanimarkanınYullands-Posten qəzeti Məhəmməd Peyğəmbərin 12 karikaturasını dərc etdiyi vaxt başlamışdır. Bundan bir neçə ay sonra müsəlman ölkələrində karikaturaların dərc olunması haqda xəbərlər zorakılıqlara yol açmış və hadisələrdə 200-dən çox insan həyatını itirmişdi. Parisin həftəlik Charlie Hebdo qəzeti və onun qətlə yetirilmiş redaktoru Stefani Şarbonniyer ifadə azadlığının çərçivələrini sınaqdan keçirən karikatura və məqalələrin önündə gedirdi. Lakin bir sıra müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin karikaturaları və islama aid həcvlərə qəzəbli reaksiyalar verilmişdir. Vaşinqtonda ABŞ prezidenti Barak Obama Parisdə hücumu kəskin qınayıb. Lakin 2012-ci ildə Ağ Ev Məhəmməd Peyğəmbərin çılpaq təsvir edildiyi karikaturaya toxunmuşdu. Ağ Evin o zaman mətbuat katibi Cey Karni demişdi ki, ABŞ karikaturanın dərc edilməsi hüququnu sual etmir, lakin onun dərc edilməsi qərarının verilməsi ilə bağlı sual qaldırır.

Charlie Hebdo Fransada (Parisdə) 2011-ci ildə ilk dəfə Məhəmməd Peyğəmbərin (s.ə.v.s) karikaturasını çəkmiş mətbuat orqanıdi. Bu hadisədən sonar həmin mətbəə etiraz olaraq yandırılmışdır. 2012-ci ildə yenidən bu karikaturalar çəkilir. 2015 –ci il başlar-başlamaz revanş məqsədilə həmin metbəə orqanında terror aktı törədilir.Hadiseden 3 gun sonar isə 4 milyon tirajla yenidən bu karikaturalari çəkirlər və Amerika başda olmaqla Avropa da bunu mehdudlaşdira bilmərik, azadlığdir deyib dəstək oldular.Buna etiraz olaraq Çeçenistanda kütləvi mitinq olmuşdur.

111.Fedarativ dövlət nədir?

Fedarativ dövlət-vahid qanunverici və icraedici hakimiyyətlə yanaşı ölkənin ayrı-ayrı izibati ərazi bölgələrində (respublika, əyalət, ştat) özlərinin konstitusiyası,qanunverici, icraedici və s. Hakimiyyət orqanları fəaliyyət göstərən dövlətlərdir.ABŞ, Kanada, Meksiksa,Argentina, Belçika, Avstrya,İspaniya, Almaniya, Rusiya və s.

112.Normand dörtlüyü?

Ukrayna, Rusiya, Fransa prezdentləri və Almaniya kansleri arasında görüşdü. 12.02.2015 ci ildə olub. Ukrayna və Rusiya arasında atəşkəs sazişi imzalanıb.

113.Manatın məzənnəsi haqqında?

MB-ın idarə heyətinin 21 fevral 2015 ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN müəəyən edilib.MB-ın yaydığı məlumata görə, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığının təmin etmək məqsədilə qəbul edilib.Bu valyutanın devalivasiyası adlanır.Devalivasiya- pul vahidinin dəyərdən düşməsidir.Daha izahlı desək,pul digər ölkələrin valyutasına görə dəyərini itirirsə, o zaman pulumuz devalivasiya olunur.Bu zaman ölkəyə idxal olunan malların qiyməti qalxır, yerli malların isə qiyməti düşür.

114.Dağlıq Qarabağa daxil olan rayonlar?  

Dağlıq Qarabağ  Azərbaycan Respublikasının qərb hissəsində bölgə. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada Ərazisi 4,4min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti  yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur.[1] Vilayətin tərkibinə  Xankəndi  şəhəri,    Xocavənd,Xocalı və Şuşa inzibati rayonları daxildir.

115.Dövlət nədir?

Dövlət-siyasi hakimiyyət təsisatları sistemidir, ölkə ərzisi hüdudlarında ictimai həyatı özünəməxsus üsul və vasitələrlə nizamlayır.Bir siyasi birlik kimi müəyyən struktura malikdir,siyası hıyatı müəyyən cəhətdən təşkil edir və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edir.



116. Genosid nədir?

“Nəsli, tayfanı məhv etmə” deməkdir.İrqi, milli və ya dini səbəblərə görə əhalinin ayrı-ayrı qruplarının məhv edilməsidir.Genosid bəşəriyyətə qarşı ən ağır cinayətdi.



117.Xoalı soyqrımı.

1992 ci il fevralın 25-dən 26 –na keçən gecə ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366 cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalı şəhərini işğal etdi.Mühasirəyə alınan şəhərdə qlmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümüdi ilə şəhəri tərk etdi.Amma bir günün içərisində yer üzündən silinən şəhəri tərk edən 2500 xocalı sakinindən 613-ü düşmən güləsinə tuş gəlib qətliamın qurbanı oldu.Bu soyqrım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla- 613 nəfər xocalı sakini qtlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valdeyinini, 130 uşaq valdeyinlərindən birini itirdi.Yaralanan 487 nəfərdən 76-sı uşaq idi.1275 xocalılı əsir, 150-si əsir düşdü. Hazırda bu soyqrımın bütün dünyaya tanıdılması AZE xarici siyasətinin əsas istiqamətlərindən biridir.




Yüklə 179,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə