Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında



Yüklə 489,47 Kb.
səhifə10/11
tarix02.01.2022
ölçüsü489,47 Kb.
#38380
1   2   3   4   5   6   7   8   9   10   11
QANUN
Aciq ders cedvali 2018 I yarimil
Yekun müddəalar
Maddə 38. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin maliyyələşdirilməsi

Məhkəmə ekspertizası idarəsinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Məhkəmə ekspertizasının lazımi səviyyədə aparılmasını təmin etmək məqsədi ilə məhkəmə ekspertizası idarəsinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulur.
Maddə 39. Məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının əməyinin ödənilməsi

Məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının əməyinin ödənilməsi, tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları üçün müəyyənləşdirilmiş əməyin ödənilməsi şərtlərinə və formasına uyğun olmalıdır.

İşin xarakteri və şəraiti nəzərə alınmaqla, məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının əməyinin ödənilməsi zamanı ixtisas, xüsusi rütbələrinə və elmi dərəcələrinə görə əlavələr müəyyən edilməlidir.
Maddə 40. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin təşkilati və elmi təminatı

Məhkəmə ekspertizası fəaliyyətinin maddi-texniki, elmi-metodik və təşkilati təminatı məhkəmə ekspertizası idarəsinin tabe olduğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.



Məhkəmə ekspertizası idarəsinin yaradılması və ləğv edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməklə, onun fəaliyyət qaydası haqqındakı əsasnamə həmin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
Maddə 41. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin informasiya təminatı

Məhkəmə ekspertizası idarəsinin rəhbərinin sorğusu əsasında mülkiyyət formasından asılı olmayaraq bütün idarə, təşkilat və müəssisələr məhkəmə ekspertizasının aparılması üçün zəruri olan etalon nümunələrini və texniki məlumatları məhkəmə ekspertizası idarəsinə təqdim etməyə borcludurlar, bu zaman mülkiyyətçinin qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına yol verilmir.


Maddə 42. Məhkəmə ekspertizasının aparılması sahəsində beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrə uyğun olaraq məhkəmə ekspertizası fəaliyyəti sahəsində Azərbaycan Respublikasının məhkəmə ekspertizası idarələri xarici dövlətlərin müvafiq orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.


Maddə 43. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 18 noyabr 1999-cu il

№ 758-IQ




Yüklə 489,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə