Dos. N. Z.Çələbiyev



Yüklə 174,24 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix02.01.2022
ölçüsü174,24 Kb.
#1593
  1   2   3


 

- 1 - 


 

 

 

 

 

 

 

 

              Dos.N.Z.Çələbiyev 

I  MÖVZU:      Kliniki psixologiyanın predmeti: vəzifələri və tarixi. 

 

Plan: 

1.

 



Kliniki psixologiyanın predmeti. 

2.

 



Kliniki psixologiyanın qarşısında duran vəzifələr. 

3.

 



Kliniki müayinə metodları. 

4.

 



Kliniki  psixologiyanın meydana gəlməsi tarixindən. 

5.

 



Kliniki psixologiyanın digər elmlərlə qarşılıqlı əlaqəsi. 

6.

 



Kliniki psixologiyanın metodoloji prinsipləri. 

 

Ədəbiyyat. 

1.

 



 Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji  problemləri, 

Bakı, 1981. 

2.

 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası 



məsələləri, ADU, 1985. 

3.

 



İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” 

nəşriyyatı, Bakı, 2002. 

4.

 

İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik) 



2-ci nəşr, Bakı, 2008. 

5.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

6.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

7.

 



Метделевич 

В.Д. 


Клиническая 

и 

медицинская 



психология. 

Практическое руководство.M., 1998. 

 

XXI əsr elm və texnikanın sürətli inkişafı ilə xarkterizə olunur. Yaşadığımız 



cəmiyyətdə  informasiya  yükü  və  onların  mənbələri  sürətlə  artmaqdadır.  Müasir 

insanlar  hər  gün  yeni  kəşf  və  ixtiralarla  qarşılaşırlar.  Elmin  müxtəlif  sahələrinin 

inteqrasiyası elə səviyyəyə çatmışdır ki, humanitar, təbiət və sosial elmlər arasında 

dərin  və  qırılmaz  əlaqələr  yaranmışdır.  Ətraf  aləm  haqqında  biliklərin    həcmi  o 

qədər genişlənmişdir ki, insanın özünün mahiyyəti və dünyada yeri haqqında sual 

tez-tez  qarşıya  qoyulur.  Bütün  bu  məsələləri  ilə  ilk  növbədə  sistemli  şəkildə 

öyrənən  elm  sahəi  psixologiyadır.  XXI  əsrin  elmi  adlandırılan  psixologiya  elmi 

hal-hazırda  geniş  diferensiasiya  və  inteqrasiya  proseslərinin  təsirinə  məruz  qalır. 

Hal-hazırda  onun  60-dan  artıq  sahəsi  mövcuddur.  Onlardan  biri  də  tibbi  və  ya 

kliniki psixologiyadır. 

Antik  fəlsəfənin  tərkibində  yaranmış  XIX  əsrdə  müstəqil  elmə  çevrilmiş 

psixologiya  elmi  hal-hazırda  pedaqogika, sosiologiya, etnoqrafiya, hüquq, tibb və 

s. kimi elmi biliklər üçün son dərəcədə vacib olan istiqamətləri özündə birləşdirir. 

Psixologiyanın  müstəqil  sahələri  içərisində  insanın  psixi  həyatını  tibbi  aspektdə 

öyrənən  tibbi  və  kliniki  psixologiya  xüsusi  yer  tutur.  Kliniki  psixologiyanın  

inkişafı anatemiya, fiziologiya, nevrologiya, psixiatriya və s. kimi elmlərlə paralel 

getmiş  və  bir  çox  cəhətdən  akademik  ümumi  psixologiyanın    tərəqqisinə 

əhəmiyyətli təkan vermişdir. Antik dünyanın bir çox təbibləri və həkimləri-Krantlu 

Alkmeon  (b.e.ə.II  əsr)  hiss  orqanları  ilə  beyin  arasında  əlaqənin  olmasını  irəli 



 

- 2 - 


sürmüş,  Hipponrat  (b.e.ə.  V  əsr)  temperament  haqqında  təlim  yaratmış  Qalen  (II 

əsr)  psixi  funksiyaları  müxtəlif  bədən  orqanları  ilə  əlaqələndirmişdir.  Orta  əsr 

həkimlərindən  İbn  Sina  (980-1037)  emosiyaları  tədqiq  etmək  məqsədilə  ilk 

psixoloji  təcrübələr  aparmış,  İbn  əl  Heysəm  (965-1035)  irəli  sürmüş,  Xuan  Narte 

(1529-1590)  sinralar  diferensial  psixologiyaya    çevrilmiş  yeni  cərəyanın  əsasını 

qoymuşdur. 

Tibbi  və  kliniki    psixologiya  üzrə  mütəxəssislər  tibbin  bütün  sahələrində 

güclü mövqeyə malikdirlər. Hal-hazırda səhiyyə sahəsində yeni xidmət sahələrinin 

yaranması ilə əlaqədar klinik psixologiyalara təlabat sürətlə artmaqdadır.  

Kliniki psixologiyanın  qarşısında bir sıra vəzifələr durur: 

1.

 

Klinik  psixoloqlar  peşəkar  fəaliyyətlərində  iş  metodu  kimi  psixoloji 



məsləhətlərdən geniş istifadə etməlidirlər. Buraya müxtəlif konsultasiyalar, 

məsələn,  xroniki  xəstəliklərdən  əziyyət  çəkən  somatik  xəstələrin 

konsultasiyası  və  ya  cərrahiyyə  əməliyyatlarından  əvvəl  xəstələrə  verilən 

məsləhət  və  tövsiyyələr  aiddir.  Müasir  dövrdə  ciddi  həyati  çətinliklərlə 

qarşılaşan və problemlərin həlli yollarını arayan şəxslərin “Hot line” (inam 

telefonu)  rejimində  və  ya  böhran  mərkəzlərində  konsultasiyası  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Klinik  psixoloqlar  müxtəlif  məsələlərdə  həkimlərlə 

onların  peşəkar  fəaliyyəti  ilə  əlaəqdar  konsultativ  yardım  göstərir,  o 

cümlədən  əqli,  emosional  və  fiziki  gərginliklə  şərtlənmiş  stresslərlə 

mübarizədə məsləhətçi kimi çıxış edirlər. 

2.

 

Psixoloji vasitələrlə (sorğular, testlər, şkalalar və s.) iş kliniki psixoloqların 



fəaliyyətinin  mühüm  sahəsini  təşkil  edir.  Həmin  vasitələrə  istinad  etməklə 

klinik psixoloqlar düzgün diaqnozu müəyyən edir, müalicə prosesində baş 

verən  bütün  dəyişiklikləri  izləmək  imkanı  əldə  etmiş  olurlar.  Psixoloji 

vasitələr terapevtik prosesi bütövlükdə  fərdiləşdirməyə imkan yaradır. Bir 

çox  hallarda  klinik  psixoloqlar  tibb    sahəsində  elmi  tədqiqatlar    aparmaq 

üçün özləri yeni vasitələr yaradırlar. 

3.

 

Psixi  xətələrə  yardım  sahəsində  multidissiplinar  komandanın    tərkibində 



psixoloqun  iştirakı  müasir  psixiatriyanın  ayrılmaz  hissəsidir.  Digər 

mütəxəssislərlə  birgə  (psixiatr,  tibb  bacısı,  əmək  terapevti,  sosial  işçi) 

fəaliyyət  gösətərən  kliniki  psixoloq  patsientlə  tərəfdaşlıq  münasibətlərinin 

inkişafına  cavabdeh  olur,  onun  təlabatını  müəyyənləşdirir,  yardım 

proqramının  tərtib  edilməsində  iştirak  edərək,  bir  çox  hallarda 

mütəxəssislər  komandasının  lideri  olur.  Psixi  sağlamlıq  məsələləri  ilə 

əlaqədar  qeyri-dövlət  təşkilatlarında  (məsələn,  özünəyardım  və  qarşılıqlı 

yardım qruplarında) psixoloqlar da çalışırlar.  

4.

 

Psixoloji 



müalicə-psixoterapiya 

kliniki 


psixologiyanın 

xüsusi 


müvəffəqiyyət  qazanmış  sahəsidir.  Psixiatriya    təhsili  almış  həkimlərlə 

yanaşı, klinik psixoloqlar da hal-hazırda müxtəlif pozuntuları olan şəxslərə 

yardım məqsədi ilə müxtəlif psixoterrapevtik metodlar tətbiq edirlər. 

5.

 



Klinik  psixoloqlar  pedaqoji-psixologiya  üzrə  müxtəlif  seminar  və 

treninqlərdə iştirak edir, interaktiv təlim metodlarını öyrənirlər. 

6.

 

Kompleks  psixologiya-psixiatriya  ekspertizası  məhkəmə  prosesinin 



iştirakçılarının  anlaqlı  və  ya  fəaliyyət  qabiliyyətli  olması  məsələlərin 


 

- 3 - 


həllinə klinik psixoloqun cəlb olunmasını nəzərdə tutur. Çox hallarda təkcə 

psixi  xəstəliyin  diaqnozu  deyil  (məsələn  oliqofreniyada),  həmçinin 

pozuntuların. 

7.

 



Klinik  psixoloqlar  tibbi  etika  məsələləri  üzrə  mütəxəssis  qismində  çıxış 

edirlər.  Patsiyentlərin  diskriminasiyası  hallarına    yol  verilməməsi,  onların 

hüquqlarının  qorunması,  cəmiyyətə  inteqrasiyası  məsələləri  klinik 

psixoloqun daim diqqət mərkəzində olmalıdır.  

Klinik  psixoloqların  həm  ambulatoriyada  həm  də  stasionarlarda  işləyə 

bilərlər. Məsələn, qadın doğuşa hazırlayır, doğum evlərində isə uşaq doğulduqdan 

sonra  ciddi  emosional  problemlərlə  qarşılaşan  zahı    qadınlara  psixoloji  yardım 

göstərirlər.  Klinik  psixoloqlar  uşaq  müalicə  müəssisələrində  xüsusilə  fəallıqla 

çalışırlar. Uşağın daxili aləmi yaşlı adamın psixologiyasından çox fərqləndiyindən, 

bu  sahədə  bilikləri  olan  psixoloq  digər  tibbi  mütəxəssislərə  kiçik  yaşlı    pasientlə 

ünsiyyət  yaratmağa  səmərəli  yardım  göstərə  bilər.  Xüsusi  pasiyent  qrupları, 

məsələn,fiziatrik,  dəri-zöhrəvi  və  bu  kimi  müalicə  nüəssisələrində  olan  xəstələr 

müvafiq müalicədən əlavə ixtisaslı psixoloji yardıma kəskin ehtiyac duyurlar. 

Psixiatriya  müəssisələrində  çalışan  klinik  psixoloqlar  spesifik  məsələlərlə 

məşğul  olurlar.  Onların  işi  bir  çox  hallarda  həkim  psixiatrların  işini  tamamlayır. 

Aparılan  çoxsaylı  tədqiqatlar  göstərir  ki,  psixi  xəstələrə  yardım  göstərilməsində 

psixiatrlarla  yanaşı,  klinik  psixoloqlar  da  iştirak  etdikdə  xəstələrin  təlabatı  daha 

yaxşı  ödənilir.  Birgə  hazırlanmış  yardım  proqramları  pasiyentlərin  psixiatriya 

stasionarlarından evə yazıldıqdan sonra qarşılaşacaqları problemləri daha səmərəli 

həll etməyə imkan verir. 

Məlumdur ki, qərb ölkələrində psixoloq peşəsi çox populyardır. Onların sayı 

psixiatrların  sayından  çoxdur.  Tibb  fakültələrində  psixologiya  və  etika  fənlərinin 

tədrisinə  daha  çox  vaxt  ayrılır  və  bu  fənlər  dörd  il  tədris  olunur.  Bu  fənlərdən 

imtahan vermədən həkim işləmək üçün lisenziya almaq mümkün deyil. 

Keçmiş  SSRİ-də  isə  tibb  institutlarının  II  kursunda  psixologiya  fənninin 

tədrisinə  olduqca  cüzi  vaxt  verilir.  Xəstə  isə  sırf  fizioloji  obyekt  kimi 

qiymətləndirilirdi.  Onun  hissləri,  düşüncələri,  arzuları  diqqətdən  kənarda  qalırdı. 

Çox  vaxt  psixi  xəstələrə  qapalı  müəsisələrdə  saxlanılırdı.  Psixiatr  həkimlərə  də 

münasibət birmənalı deyildi. Ona görə də falçılar, baxıcılar, ekstrasenslər get-gedə 

artırdı. Onlar insanların psixi və fiziki sağlamlığına zərbə vurur, onları aldadırdılar. 

Yeni  iqtisadi  və  sosial  münasibətlər  şəraitində  respublikamızda  təkcə  tibbi 

yardımın  strukturu  deyil,  həm  də  onun  fəlsəfəsi  də  dəyişmişdir.  Indi  yardıma 

ehtiyacı olanlar bunu gizlətmədən psixoloq və psixoterapeftlərə müraciət edir. 

Müasir  dövrdə  psixi  xəstəliklərin  müayinəsi  və  diaqnostikasında  əsasən 

psixoloji  metodlardan  istifadə  edilir.  Bəzi  hallarda  isə  həmin  müayinə  üsullarının 

köməyi  ilə  dəqiq  diaqnoz  qoymaq  mümükün  olmur.  Bu  halda,  məsələn,  beyin 

iflici,  baş  beyin  travmaları,  epilepsiya  və  s.  hallarda  parakliniki  üsullardan  və 

qurğulardan istifadəyə zərurət yaranır.  

Psixi  xəstəliklərin  aşkarlanması  və  diaqnoz  qoyulmasında  istifadə  olunan 

müayinə üsulları aşağıdakılardır. 

1)

 

Kliniki müayinə; 



2)

 

Eksperimental-psixoloji müayinə; 




 

- 4 - 


3)

 

İnstrumental və retkeneloji müayinə; 



4)

 

Laborator müayinə; 



5)

 

Patoloji anatomik müayinə; 



6)

 

Genetik (irsi) müayinə; 



7)

 

Epidimioloji üsul. 



Kliniki  müayinə  zamamanı  əvvəlcə  psixi  problemi  olan    xəstə  haqqında 

məlumat  əldə  edilir.  Xəstənin  adı,  soyadı,  sənəti,  yaşayış  yeri  və  s.  barədə 

ehtiyyatlı  suallar  verilir.  Anamnez  toplanılır.  Məsələn.  Hallüsturasiya  xəstəsi 

olanları  “Hərdən  qulağınıza  səs  gəlirmi?”  deyə  sual  vermək  olmaz.  Sual  belə 

verilməlidir: “Bəzən evdə tək olanda və ya küçədə yeriyərkən elə olurmu ki, kimsə 

sizi çağırır və ya nəsə deyir, dönüb baxdıqda isə görürsünüz ki, yanınızda heç kim 

yoxdur?”. Xəstə ilə söhbət səmimi və bərabər səviyyədə aparılmalıdır. 

Xəstənin  qohumlarının  verdiyi    məlumatları  xıstınin  özündən  soruşmaqla 

dəqiqləşdirmək faydalıdır.  

Kliniki  müayinənin  keçirilməsi  zamanı    istifadə  olunan  üsullardan  biri  





Yüklə 174,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə