Qədim
coğrafi adlar
77
dur və onların gəlmə tarixi də bəllidir. Bu gəlmə xalqlar yerli toponimləri
bəzən kiçik təhriflə saxlamıĢ, bəzən hərfi tərcümə ilə əvəz etmiĢ, bəzən
də tamam dəyiĢib öz dilindəki sözlə vermiĢlər.
Bu baxımdan,
paleotopo-
nimin tədqiqində həmin fərqli durum gözaltına alınmalıdır.
BaĢqa
dilli paleotoponimlərin geniĢ öyrənilməsinə
baxmayaraq
,
Ön
Asiyanın qədim toponimləri sırasında xüsusi çəkisi olan türkmənĢəli ad-
lara diqqət verilməmiĢ, bu və ya digər münasibətlə bəzi prototürk toponi-
mi haqqında ötəri fikir söylənmiĢdir. Son yarım əsrdə türkcə yer-yurd
adlarından bəhs olunmağa baĢlansa da,
hələlik
bu sahədə sitemli
tədqiqat
yox dərəcəsindədir.
32
Doğrudur, bu tədqiqatlar sırasında dəyərli yozuma,
elmi əsasa söykənən fikirlərə rast gəlmək olur, lakin bəzən çox bəsit
Ģərhlərlə də qarĢılaĢmalı
oluruq.
33
Sistemli
tədqiqat
olmayanda
təsadüfi
fikirlərin
ortaya çıxması təbiidir. Hətta, müasir alimlərimiz bəzən Naxçı-
vanı «NəqĢ-i Cahan»
,
Bakını «Badu
kubə»
Ģəklində xalq etimologiyası
yönündə Ģərh edən orta əsr müəllifləri səviyəsinə enir, necə ki, Ġrəvan
adını Rəvanqulu xanın adıyla bağlayan
«savadlı»
ziyalılarımız
vaxtaĢırı
televiziya
veriliĢində bunu «milli» gerçəklik kimi təqdim edirlər.
Guya
Rəvanquludan əvvəl Ġrəvan adlı Ģəhər olmamıĢdır. Halbuki, bu Ģəhəri
qədim protoazər yurdu olan Az bölgəsini zəbt edən Urartu çarı I ArgiĢti
m.ö.
782-ci ildə həmin bölgədə Erebuni adlı
qala formasında tikdirmiĢdi.
34
Və bu Erebuni-Ġrəvanın minil
sonra bura gələn hay-erməni xalqı ilə əla-
qəsi olmadığı kimi,
iki minildən artıq vaxtdan sonra burada xanlıq edən
Rəvanqulunun adına da dəxli yoxdur; Ġrəvanın qədim Erebuni adında -ni
mənsubiyət Ģəkilçisi urartuların, Erbu ~ Erebu isə protoazərlərin sözüdür.
Ona görə urartu yazısı «ər//ərlər evi» anlamlı bu
URU
erebuni adını bir
formada yox, erebu, erbu, irepu, irpu kimi müxtəlif Ģəkillərdə verir.
35
32
Bu yöndə A. A. Bakıxanovun baĢladığı tədqiqat M.
Baharlı, Ə. Dəmirçizadə,
B. Buda-
qov,
Y.
Yusifov, K.
Əliyev, Q. Qeybullayev, T. Əhmədov və baĢqa alimlər tərəfindən
davam etdirilmiĢdir. Azərbaycan paleotoponimlərinin tədqiqi barədə geniĢ məlumatı T.
Əhmədov vermiĢdir (Ящмядов, 1985).
33
Təəssüf ki, belə yozumlar Az. EA Tarix Ġnstitutunun hazırladığı 7 cildlik «Azərbaycan
tarixi» kitabında daha çoxdur. Bu akademik nəĢrdə Ə. Dəmirçizadə, Y. Yusifov, Q. Qey-
bullayev, K. Əliyev, T. Əhmədov, S. Vəliyev kimi Azərbaycan alimlərinin düzgün Ģər-
hinə deyil, S. N. Muravyovun yozumlarına üstünlük verilmiĢ, bəsit, savadsız və elmi əsası
olmayan etimoloji yozumlar irəli sürülmüĢdür. Məsələn, Ptolemeyin göstərdiyi Ġobula,
Xabala güya müasir Əlibəyli, Xaçmaz kənd adlarını əks etdirir (AT, 1998, 367).
34
Пиотровский, 1959, 31; Меликишвили, УКН, 431; ТУ, 257-258.
35
Diakonoff -
Kashkai 1981, 29.
78
Qədim coğrafi adlara yanlıĢ yanaĢma, təəssüf ki, toponimiya üzrə
mütəxəssislərin Ģərhində də özünü göstərir. Onlarla belə faktlardan yalnız
birini burada xatırlamaqla ümumi tendensiyanı görmək olar.
TanınmıĢ üç
toponimiya uzmanının yazdığı
«Azərbaycanın çoğrafi adları»
(1972)
kitabı
bütövlükdə dəyərli əsər olsa da, ancaq orada belə Ģərhlər də vardır:
«…Araz boyunda
Ġran və erməni dilli xalqların yaĢadığı bəllidir.
Buna
görə
də
Araz
sözünün
bu
iki
dildən birinə mənsub olması ehtimalı güclü-
dür. Ermənilər
Araz
sözünün
ermənicə
olduğu məsələsini irəli
sürmədiklə-
rindən,
buna
görə Araz
Ġran mənĢəli
söz
olmalıdır.
Midiya
torpağında
Araks adlı ikinci bir çayın olması həmin fikrin doğruluğunu bir qədər də
gücləndirir… Buna görə də Rass, Arras, Aras, Eraks sözünün Ġran mənĢə-
li dillərin birində «su» mənasında olduğunu fərziyə Ģəklində söyləmək
mümkündür».
36
Bu Ģərhə görə, Araz adı mütləq hay-erməni və ya iran mənĢəli söz
olmalı imiĢ, lakin haylar bu ada iddia etmədiyi üçün (?!) iranmənĢəli sayıl-
malıdır, çünki Mada (Midiya) ərazisində də Araz var.
Məgər,
hay-erməni
və irandilli boylar Mada ölkəsinə və Araz qırağına gəlməmiĢdən əvvəl
Araz adı yox idi? Doğu türk ellərində Araz,
Oraz,
Arıs
çay və yeradlarını,
Araz tanrıadını qeyd edən urartu
yazısını,
Azərbaycanda araz sözü ilə iĢ-
lənən onlarla toponim göstərən asur yazılarını kənara qoyub, iran dillərin-
də olmayan (!) «su» mənalı
araz
sözü
aramağın
elmi
məntiqini
anlamaq
olmur. Halbuki, bu sözün qutsal anlamını əks etdirən Aras-kut gölünün
adı elə həmin kitabda vardır (s.36). Paleotoponimlərin
türk qatını görə
bilməyən yabançı
yazarlarla
yanaĢı
,
öz
alimlərimizin də
yanlıĢ
fikir
söylə-
məsinə
səbəb türklərin Ön
Asiyada
yerli
etnos
yox
,
gəlmə xalq olmasını
irəli sürən alimlərin «faktlarına» gözüqapalı baxmalarıdır.
H. HübĢman hay-erməni qaynaqlarında adı keçən toponimlərin yeri
və etimologiyası üzərində tədqiqat aparmıĢ, yazdığı əsərə xəritə əlavə
etmiĢdir. Hay
dilində
iĢlənən qavar (bölgə), aĢxar
(ölkə), yergir
(dünya),
koğm
(yön) kimi coğrafi termin və -akan, -apat, -astan, -daĢt, -kert, -Ģat,
36
АЪА, 64-65;
Bu kitabda göl adlarının sistem Ģəklində öyrənilməsi, özəlliklə Dağlıq Qarabağ topo-
nimlərinin bölgələr üzrə qruplaĢdırılması olduqca gərəkli iĢdir. Lakin «lal» toponim kimi
«mənası
aydın olmayan
adlar» sırasına düĢənlər əslində aydın tərkib hissələrilə «türkcə
danıĢır».
Məsələn,
Hadrut rayonu üzrə verilən 21 «lal» yeradı sırasında Azox
(Azıq),
Tuğ,
Ataqut, EdiĢe, Cilən, Bulutan, Qoçbek,
Çiraquz, Arakul, Tağaser, Dolanlar, ġaqax kimi
adların mənası üzdədir: az-oq «azlar», Ģaqa-x «saqalar», tağ-aser «azər taqımı», ata-qut
«qutsal ata», çirak-uz «siraklar», qoç-bek «qoçu bəy», dolan-lar «dolan boyu» və s.
79
-Ģen kimi formantlar da burada təhlil olunmuĢ, lakin bəzi etimoloji yan-
lıĢlığa yol verilmiĢdir.
37
Buradakı bir sıra qüsurlara baxmayaraq, haydilli
qaynaqlarda əks olunmuĢ Naxçavan, ġarur, Alban, Aran, ġakaĢen, Qard-
man, Quqark, Qarqar, Kanqar, Aspica, Araz, Arospican kimi onlarla qə-
dim azər coğrafi adının toplanıb bir araya gətirilməsi baxımından əhəmi-
yətlidir. Antik dövr yazarları
Azərbaycanla bağlı xeyli paleotoponim qeyd
etmiĢlər.
Təkcə Ptolemey
onlarla çay və yeradı çəkir.
Bunların bir qisminə
Azərbaycan alimləri Ģərh yazmıĢlar.
38
Onun qeyd etdiyi Teleba, Telebi(s)
toponimləri tele boyadına qoĢulan -ba, -bi formantını aydın əks etdirdiyi
kimi, digər adların da tərkibində bölgəsəl izoqloslar vardır.
Türklər tarixboyu təmasda olduğu coğrafi obyektləri adsız burax-
madığından hündür dağ zirvələrinin adlı və ya adsız olması demoqrafik
göstərici ola bilər. Belə ki, yaylaq-qıĢlaq yaĢamında yaxın dağlarla yanaĢı,
uzaqdan görünən böyük dağlar da gözdən yayınmır. Qırğız elində Tyan-
ġan dağ silsiləsinin xeyli adsız zirvələri vardır ki,
bunların
çoxu Qafqaz
dağlarından
bir
neçə
qat
hündürdür. Halbuki, təkcə Ələyəz dağlarında
Çınqıl, Küyül, Ziyarət, Qızıldağ, Ləğəm, Qaraköynək, Qaradağ,
Buğutlu,
Qaranluq,
Börklü,
Baku,
Haça,
Marallı kimi onlarla zirvə adı vardır.
39
Bu
durum Ələyəz dağı ətəyində türklərin çox qədim
çağlardan
məskən
saldı-
ğını,
Tyan-ġan ətəklərində isə
məskunlaĢma olayının sonralar gerçəkləĢ-
diyini ortaya qoyur.
Paleotoponimlər etnik demoqrafiyanı müəyyən etməkdə əvəzsiz rol
oynayır. Belə ki, qədim yer-yurd, dağ və çay adları hansı dilə aiddirsə,
bu
dildə danıĢan etnosun həmin coğrafi obyekt yerləĢən bölgədə yaĢadığını
göstərir. Adətən, hər hansı bir boy öz ölkəsindən baĢqa yerə köçəndə
əvvəlki atayurdu xalq yaddaĢında qutsal ölkə kimi yaĢayır. Türkmən folk-
loru hələ də Azərbaycanı
(Xəzirbicanı)
«cənnət diyarı» kimi saxlamıĢdır.
Qaf dağı prototürk etnosunun ən ucqar quzey bölgəsində yerləĢir, lakin
bu Qafqaz dağının «dəmir qapı» anlamını özü ilə doğuya aparan boylar
onun mifik tutumunu arxada qalan uca dağ silsilələrinə köçürüb mifoloji
37
Hübschmann, 1904;
38
Ptolemeyin
verdiyi
Baruka,
Bakxia,
Samexia
(Kamexia),
Kabala,
Daqlena,
Misiya,
Niqa,
Qanqara
(Qetara),
Moziata,
Moseqa,
Ossika,
Samunis,
Sanua,
Taqoda,
Tabilaka,
Xadaxa,
Soana, Qerra, Kesiya, Albana, Kür kimi onlarla toponim bu və ya digər dərəcədə Ģərhini
tapmıĢdır (АЪА,1972; Ящмядов, 1985; Гукасян-Асланов,
1986;
Гейбуллайев,
1990).
39
Байрамов, 1996.
80
yaddaĢında qorumuĢdur.
40
Qırğızlar «Kap toosunday turqula»
(Qaf dağı
dək durasan), «Kap toosunday körünüp» (Qaf dağı kimi görünür)
deyim-
lərində birbaĢa Qafqaz dağını nəzərdə tutmasa da, xalq yaddaĢı dildə qal-
mıĢdır. Sumerlər doğudakı Xamaza bölgəsində Zaqros dağlarına «ġubur»
dağı demiĢ və bu ada «doğu» anlamı da yükləmiĢlər.
41
Prototürk dünya-
sının quzey sınırı mifik Qaf dağı idisə, Altaya köçən türk boylarında da
mifik Sumer dağı «dünyanın quzey-güney və batı-doğu xətlərinin kəsiĢ-
diyi mərkəz» idi və sumerlər buna ġubur dağı, türk-monqol boyları isə
Sumer dağı deyirdi.
42
Olsun ki,
bu dağadı Ġkiçayarasından Güney
Azər-
baycana çəkilən subar boylarının adını əks etdirir.
Etnik demoqrafiya baxımından dağ keçidləri və aĢırım adlarının da
önəmli yer tutduğunu görmək olur. Təkcə Böyük Qafqaz sıradağlarından
bir neçə yolla aĢıb quzeyə keçən və zaman-zaman geri qayıdan türk boy-
ları bu keçidlərə maraqlı adlar vermiĢlər ki, bunlardan biri bugün Dəryal
kimi tanınır.
Buradakı Kuman
qalasını tədqiq edən arxeoloq Q.
Tsitlanadze
onun m.ö.VII-VI əsrlərə
aid
olduğunu yazır.
43
Tarixdən bəllidir ki,
həmin
çağlarda saqa boyları quzeydən Azərbaycana gələndə Dərbəndlə yanaĢı,
Dəryaldan da keçmiĢlər. Lakin saqa və kuman boylarından çox-çox qabaq
quzeyə gedən prototürk
boyları buranı Dar-yol adlandırmıĢdı.
Zaman keç-
dikcə bu ad Daryal/Dəryal Ģəklinə düĢmüĢdür. Daryol keçidinin türkcə
adı burada yalqız
deyil,
burada Kazbek dağı, qaynağını buradan alan Terek
çayı vardır.
Quzeyə axan Göysu çayı da bir qolunu doğuda yerləĢən Kodor
keçidindən alır.
44
Göründüyü kimi, burada keçid adları türkcə çay və dağ
adları
ilə
əhatə
olunmuĢdur.
Tehran-Qorqan
dəmir
yolunun
Elbars
dağında
Geduq (Gədik) adlı keçiddən keçməsi bəllidir. Bəzi antik dövr yazarı bu
bölgədə də Kaspi keçidi olduğunu qeyd etmiĢdir.
Toponimin
tərkibində
çağdaĢ
dildə
iĢlənməyən arxaik söz
varsa,
bu
toponimi qədim saymaq olar.
Məsələn, qırğız dilindəki
Aqaç-art oronimi
40
Akadca Babil Ģəhərinə Bāb-Ġlu «tanrı qapısı», sumercə KA.dingir
ki
«tanrı qapısı» de-
yilirdi. Urartular üçün
d
Aldina KA.(BÂBU)~
d
Haldinani Ka «Haldi tanrının qapısı»
sayılırdı. Türklərin «tanrı qapısı» (Dəmir qapı) bir ucda Dərbənd, digər ucda Səmərqənd
idi. «Altın duka batır» baĢqord nağılında Kaftaw olduğu kimi, bir çox türk eposu və xalq
deyimində Qaf dağı ifadəsi vardır. Dərbəndin «Kumaniya qapısı» (Plini) və «Türk qapısı»
(Suriya qaynağı) adlanması isə sonrakı demoqrafiya ilə bağlı ortaya çıxmıĢdır.
41
ХПИДВ, 1963, 276, 15-ъи гейд.
42
Чагдуров, 116-117.
43
Цитланадзе, 1967, 12.
44
Атлас Азербайджанской ССР. Б.-М. 1963, 18-19.
81
bu dildə arxaikləĢmiĢ ağac sözünü və «aĢırım» məna çalarını itirib yalnız
«arxa» anlamını saxlamıĢ art sözünü əks etdirir.
45
Yaxud, azər dilində dağ
apelyativlərindən olan gəz sözcüyü əvvəlki dövrə nisbətən indi az iĢlənir,
ona görə də Ġrəvan bölgəsinin batısında *Ala-gəz (Ələyəz), doğusunda isə
*Dar Ala-gəz (Dərələyəz) dağlarının adını qədim oronimlər sırasına daxil
etmək mümkündür. Hər iki dağın ətəyindən axan Arpa çayının qədim adı
da bu ehtimalı gücləndirir.
Ġkinci dağın adı qədim qaynaqlarda qeydə
alınmasa da, birincisi hay qaynağında Araqats (
<
Alagəz) Ģəklində verilib.
Deməli, paleotoponimlərin tərkibində arxaik söz və Ģəkilçilərin iĢlənməsi
onların qədimliyini göstərən bəlgədir.
Qədim coğrafi adlar sırasında diqqəti çəkən bəlgələrdən biri də
böyük bölgə və ya ölkə adına çevrilmiĢ türk paleotoponimləridir.
Belə ki,
indi Suriya
(
<
Asur), Ġraq, Borçalı,
Dağıstan, Ermənistan
(
<
Ermən),
Qafqaz,
Kuban, Balkan, Sibir, Altay, Kitay kimi tanıdığımız onlarla adın türklərin
dilindən yadigar qaldığını görmək olur. Qədim Ön Asiya bölgə, ölkə və
Ģəhər adları içində prototürk və protoazər dilinə aid toponimlərin önəmli
yer tutması da təbiidir. Sonrakı bitiklər boyu bu adlardan bəhs edəcəyik,
Ġslamaqədərki çağlarda ölkə (xoronim) və dövlət adı kimi iĢlənmiĢ Subar,
Aratta, Qut, Mana, Mada, Saqa-Qamər, Artsax, Qarabağ və bu kimi on-
larla ölkə-bölgə adından uyğun bölmələrdə söhbət açacağıq. Burada isə
çoxdan mübahisə obyektinə çevrilməsinə baxmayaraq, hamı tərəfindən
qəbul oluna bilən yozumu hələ də verilməyən Alban, Ağvan, Aran, Er-
mən
(Armeniya), Hayastan,
Atropaten, Azərbaycan
xoronimlərini örnək
kimi gözdən keçirək.
Alban, Alvan, Ağvan, Aran. Dərbənd
bölgəsini
də
içinə
alan
Qu-
zey
-
Azərbaycanın
böyük bir hissəsi bəzi latın-yunan qaynaqlarında m.ö.
IV əsrdən Ġslamaqədər
Albaniya (Alban
ölkəsi),
ĠslamlaĢma və sonrakı
çağlarda bəzi sınır fərqi ilə hay qaynaqlarında Ağvan (Alvan), ərəb və
gürcü qaynaqlarında Arran, Rani (Aran) adlanmıĢdır. Borçalı, ġəki, Qa-
rabağ və Ġrəvan bölgələrini əhatə edən Saqa-Qamər Eli (çarlığı) m.ö.VI
əsrdə dağılandan sonra Arazdan yuxarı ərazilərdə yaĢayan 26 boyun
(Strabon) birləĢib albanların öndərliyi ilə m.ö. IV əsrdə El qurmasından
sonra Alban xoronimi etnik sınırları aĢıb siyasi-inzibati anlam qazanmıĢ-
dır. Xristianlığı qəbul etmiĢ müstəqil Alban eli müəyyən dövrlərdə qonĢu
dövlətlərdən asılı vəziyətə düĢsə də, ərəb iĢğalına qədər yaĢamıĢdır. Al-
ban ölkəsinin etnik tərkibini saqa,
aran,
alban,
kaspi,
kəngər,
gögər,
qarqar
45
Никонов, 1978, 100-101.
82
və sair türk boyları ilə yanaĢı, quzey bölgələrdə yaĢayan qafqazdilli boy-
lar (müasir udi,
ləzgi,
saxur,
qırız,
buduq və sair) təĢkil edirdi.
Alban elinin miladdan öncəki dövründə irandilli ad ölkə onomasti-
kasında yoxdur. Deməli, Alban xoronimi yarananda irandilli boylar hələ
Arazdan yuxarı ərazilərə gəlməmiĢdi, ona görə də xoronimin mənĢəyini
türk
və
Qafqaz
dillərində aramaq lazım gəlir.
Alban adını əks etdirməyən
qafqazdilli onomastikadan fərqli olaraq, türk onomastikasında bu sözün
Ģəxs, boy və yer adlarında geniĢ iĢlənməsi imkan verir ki, Alban adının
etimologiyasını türk dillərində axtaraq.
Əslində, bu yöndə axtarıĢ aparan
yazarlar hələ 30 il öncə bu xoronimin əsasında alban etnonimi durmasını,
onun da alp/alb «bahadır» sözü və -an Ģəkilçisi ilə yaranmasını düzgün
Ģərh etmiĢ, onun Orta Asiyadakı türk paralellərini də göstərmiĢdilər.
46
Sonralar Z. Bünyadov, Y. Yusifov və S. Əliyarlının redaktorluğu ilə yazı-
lan «Azərbaycan tarixi» kitablarında həmin etimologiyanı təsdiq edən əla-
və faktlar da ortaya qoyulmuĢdur.
47
Lakin F. Məmmədova Albaniyanın
siyasi tarixi və tarixi coğrafiyası üzrə elmi tədqiqat iĢi yazanda Alban
xoroniminin bu aĢkar görünən etimologiyasını görə bilməmiĢ, anti-türk
xəstəliyi virusunun daĢıyıcıları olan «akademik» tarixçilərimiz isə bu
ovqatı cəmiyətə aĢılamaq
amacıyla 7 cildlik «Azərbaycan tarixi» kita-
bında yazmıĢlar: «Albaniya adının yozulması sahəsindəki bir
çox cəhdlərə
baxmayaraq,
hələlik bir nəticə hasil olmamıĢdır».
48
Türk onomastikasında
Alban, Alvan, Ağvan və Aran adlarının yayıldığını görmək üçün alp/alb
sözləri ilə bağlı bir neçə misalı, alban, alvan, ağvan, aran adlarını və
onların iĢtirakı ilə yaranan toponimləri gözdən keçirmək lazım gəlir:
49
Alban boyu (Qazax, Qırğız, Özbək ellərində)
Alban, alvan, alpan (türkmən sakar boyunun bir tirəsi)
Alban kəndi, Alpan obaları, Alpanarık çayı, Alpan-tapçı (Türkmən eli)
Alban divarı (Xaçın çay yaxasında qala yeri)
Albanglı/Alba
ň
lı kəndi (Urmu hövzəsi)
Albava/Albova/ Alpava, Alpan dərəsi, Alp-evi (Ermənistan)
46
АЪА, 1972, 82.
47
АТ, 1994; АТ, 1996.
48
АТ, 1998, 394; Мамедова, 1986.
49
Misallar bu
mənbələrdən alınmıĢdır:
Фасмер, I, 1964; Востров-Муканов, 1968; Ва-
лиханов,
1985;
1986;
Молчанова,
1979; Атаниязов,
1980;
Ейвазова,
1995;
Гейбуллайев,
1994, 29-30; Рцстямли, 1998, 48-50; AT, 1996; T, II,
1980; ETL, I, 1986;
və
b.
83
Alban-baĢ dağı (Altay)
Alban (Yardımlı, XIX əsrdə kənd)
Albanqala (keçmiĢ Batum vilayətində)
Albani,
Zemo-Albani,
Kvemo-Albani,
Alpani, Alvani kəndləri (Gürcüstan)
Albkendi (Sivas, Orta əsrlər)
Albulu boyu (Ərzurum, Orta əsrlər)
AlpamıĢ (Doğu türklərin epik qəhrəmanı)
Alpan, Alvan, Alpağut (Azərbaycan və Dağıstanda bir neçə kənd)
Alpan qalası (Dərbənd yaxınlığında qədim qala)
Alvanlı (Anadolu)
Alplu (Hələb türkmən boyu və Ġranda qaĢqay oymağı)
Alpavıt yılqası, Alpavıt küle (Tatar elində çay və göl adları)
Alb ər, alpanlar-baĢı «Qazan xanın epiteti», alpanlar (KDQ)
Alp Ər Tunqa, Alban (qədim türk Ģəxs adları)
Ġske-Alpar, Yana-Alpar (Tatar elində yer adları)
Alıber (rus salnamələrində türk yurdu)
Ağvan, Ağvank, Ağvanlu, Ağvandağ, Ağvanak, Ağvanits aĢxar, Ağvanits
yergir, Ağvanadzor (hay qaynaqlarında Alban toponimləri
-ETL,
1986
)
Aran Ģəxsadı (I əsrdə Alban çarı)
Arandağı,
Arandüzü,
Aranqala,
Aran
kəndi
(Quzey-Güney Azərbaycan)
Aran, Aran-kutan, Aran-bulaq, Arantay, Muq-Aran (Dağıstan)
Arançı təpələri (Azərbaycan, Ağstafa)
Aranlar təpəsi, Aranjı, AranĢı boyları (Türkmən, Qaraqalpaq elləri)
Aran (III əsr part yazısında yunanca Alban adının qarĢılığı)
Aran-rot, Mets-Arank, Tos-Aren (hay qaynağında Aran toponimləri)
Aranbad, Yazı-Aran, Dorbet-Aran (Azərbaycan, XVII əsr qaynağı)
Aranis (Gürcüstan), Rani (gürcü qaynaqlarında Aran)
Arran (ərəb qaynaqlarında Aran)
Aran ölkəsi, aran dili (VI əsr suriya qaynağı, Zaxari Ritor)
Göründüyü kimi, «bahadır» anlamlı alb (alp), alıb-ər, alp-ər sözü
və
alban
boyadı
Qafqazdan Altayacan yayılan türk
onomastikasının doğma
adlarında
iĢlənir.
50
ġaman terminologiyasında alban
sözünün sehirbaz
an-
50
Alban boyu böyük (ulu) qazax jüzünü təĢkil edən dörd əsas boydan biridir (Аристов,
1894, №3-4, 407-408; Аманжолов, 1959, 43-46); Ç. Valixanov ulu jüzə (uysunlara) daxil
olan cəlair, dulat, suvan və alban boylarının soy Ģəcərəsində uysunların ulu babası sayılan
Tobey soyundan törəmiĢ Corkçi övliyanın oğlu kimi verdiyi Albanın soyundan alban
boyunun yarandığını,
bəzi alban boylarına aid qıĢlağın Ġli çayı hövzəsində olduğunu, bəzi
albanların Çin sınırında yaĢadığını yazmıĢdır (Валиханов,
1985,
247; 1986,
234).
84
lamında
iĢlənməsi
və
Skandinaviya xalqlarında alp
sözünün qorxunc
ruh
anlamı daĢıması bir tərəfdən qədim türk-german əlaqələrini,
digər tərəf-
dən
*alıb «bahadır»
sözünün
qədimdə
döyüĢçü
ərən
və
azman
döyüĢçü
ruhu
anlamı daĢıdığını göstərir. Qədim qaynaqlarda Burra-Alban kassi Ģəxsa-
dının, Diala çayı yaxasındakı müasir Xolvanın m.ö. XVI əsrdə Xalman,
Alman (Alban) adlanması aydın göstərir ki, alban sözü Ön Asiyada qədim
izoqlosdur.
51
Bu yöndə söhbəti oronimlər
bölməsində davam etdircəyik.
Beləliklə
,
Alban xoronimini türkmənĢəli hesab edən
alimlərin
fikri
ilə
razılaĢmamaq
üçün heç bir
əsas
yoxdur.
52
Yuxarıdakı örnəklər göstərir
ki, alban/alpan türk boyadı əsasında Alban ölkəadı yaranmıĢdır. Bəzi an-
tik dövr yazarları kaspilərdən güneydə də alban boyunun yaĢadığını qeyd
etmiĢdir.
53
Alban
boylarının
izinə
Güney
və
Quzey
Azərbaycanda miladdan ön-
cəki minillikdə rast gəliriksə, artıq V-VII əsrlərdə onları Qazaxıstan və
Orta Asiyada
dulat
boybirliyi
tərkibində
görürük. N. A. Aristov,
V.V.Vost-
rov, M. S. Mukanovun yazdığına görə V-VII əsrlərdə Yeddisu bölgəsində
dulat boyları konfederasiyasına daxil olan albanlar sonralar geniĢ ərazilə-
rə yayılıb qazax, qırğız, türkmən, kataqan, özbək boylarına qarıĢmıĢlar.
54
Azər
və
hay
dillərinin fonetik inkiĢaf qanununa uyğun olaraq alban
sözündə sonrakı dəyiĢmələri izləsək, azər dilində *alıb
>
alb
>
alp və
alban
>
alvan, hay dilində isə alban
>
ağvan dəyiĢmələrinin baĢ verdiyini
görərik. Alban boyunu qafqazdilli sayan bəzi yazarlar tarixi qaynaqların
Alban elində versə də, alban boyundan fərqləndirdiyi udi/uti boyunun rus
çarına göndərdiyi məktubdakı «biz ağvanlar, milliyətcə udilər» ifadəsin-
dən yapıĢır.
Albanlarla dindaĢ olan udilərin I Pyotra yazdığı məktubda özlərini
«ağvan» (alban) kimi qələmə verməsi təbiidir, necə ki, bugün də bir udi
51
Balkan, 1954; Дьяконов, 1956, 126.
52
Özəlliklə, Dərələyəzdə Alpan dərəsi və fonetik cildini xeyli dəyiĢmiĢ Yelpin və
Elpanos mikrotoponimlərinin bir bölgə daxilində varlığı göstərir ki, bunlar boyadını əks
etdirir. Dərə, qala, oba, kənd, bölgə və ölkəyə Alpan adının verilməsi etnotoponim qay-
dalarına uyğundur. Saqa boylarının usun (uysun) qoluna aid olan alban boyu Azərbay-
canda qurulan Alban elində aparıcı mövqe tutmuĢ, bu səbəblə dövlətin və ölkənin adı
Alban Eli kimi ortaya çıxmıĢdır. Ġslamöncəsi Orta Asiya və Qazaxıstanda isə alban
boyları dulat boybirliyi tərkibində idi.
53
Акопян, 1987, 39.
54
Аристов, 1894; Востров-Муканов, 1968, 46-48.
85
Yaponiya imperatoruna eyni məzmunlu məktub yazsa, özünü tanıtmaq
üçün «mən azərbaycanlı, milliyətcə (xristian) udiyəm» ifadəsini iĢlətməli
olar. Q. Qeybullayev düzgün
olaraq,
Alban
adının burada yaĢayan tayfala-
rın ümumi toplu adı kimi
də iĢləndiyini yazır.
55
Ona görə də, Alvan-Ağvan
adlı toponimlər Alban adının fonetik variantı sayılır. S. Ataniyazov da al-
van adlı türkmən boyundan danıĢarkən onu alban
etnoniminin fonetik va-
riantı
sayır.
56
Hay dilində IX-XI əsrlərdə dilarxası l samiti dilarxası ğ
[ł]səsinə
keçmiĢdir.
57
Bu səbəbdən, Alban adının haydilli qaynaqlarda Ałvank ya-
zılıb, Ağvank kimi oxunması imkan vermir ki, onu rus transkripsiyasında
«Aluank» (Aluank) Ģəklində yazsınlar. Bu son formanı elmi ədəbiyata
ötürənlər, sadəcə, tarixdə aluan adlı türk boyu olmadığı üçün Aluan adlı
türk
dövləti də ola bilməz amacı ilə sözün türk dili morfonoloji quruluĢunu
azdırmaq istəyirlər.
58
Albanlarla bağlı MaĢtosun güya “alban əlifbası” yaratması məsələsi
də bu tür caydırmalardan olub, son illərəcən elmi ədəbiyatda dolaĢırdı, elə
ki ilkin qaynaqda söhbətin alban əlifbasından yox, ağ-xəzər əlifbasının qar-
qar dilinə uyğunlaĢdırılmasından getməsini ortaya çıxardım, yalnız bundan
sonra alban əlifbası yanıltması gündəmdən çıxdı. Bu açıqlama I Bitikdə
yer aldığından burada təkrar etmirik.
Ġslamdan
sonra
tədricən
hay
kilisə ədəbiyatı gələnəyinə alıĢan bəzi
alban soyları hayların ağvan deyiminə də alıĢdı. Hayca ağvanits sözünün
xristian
albanlar
(alvanlar)
içində
ağvanlı
deyimi,
ağvank sözünün ağvanlar
deyimi kimi hibrid sözlər ortaya çıxdı və bəzi lokal bölgələrdə qoĢadilli
mühitə xas olan durum yarandı. Bu durumu nəzərdə tutan Q. Qeybullayev
yazır: «Rayonlarımızda, o cümlədən Dağlıq Qarabağ ərazisində albanlarla
əlaqədar toponimlərin Alban deyil, Ağvan formasında saxlanması, ġəkidə
55
Гейбуллайев, 1990, 136.
56
Атаниязов, 1988, 20-21.
57
Капанцян, 1975, 402.
58
Müasir hay alimləri XIX əsrin sonuna kimi yazılarında iĢlətdikləri Ağvan deyimini
gündəmdən çıxarıb, onu Aluan ilə əvəz etməklə xristianlığı atıb islamı qəbul etmiĢ bəzi
ağvan soylarının birbaĢa alban türklərinin davamçıları olduğunu aydın əks etdirən baĢdaĢı
yazılarındakı
«uğvan/ağvan
nəslindən»
(Urud kəndi) kimi ifadələrin etnik bəlgə yükünü
yox etməyə çalıĢırlar. Halbuki bugün də Qarabağ əhalisi içində Məlik-Aslanov, Məlik-
Yeqanov kimi soyadları daĢıyan alban türkləri ortadadır.
86
bir məhəllənin Albanlar deyil, Ağvanlar adlanması da bununla izah olun-
malıdır».
59
Sultan Yaqubun 1487-ci ilə aid bir fərmanında ġirvan əvəzinə Ağvan
ölkəsi yazılmıĢdır. Alban kilisəsi 1828-də ləğv edildi, axırıncı alban dini
rəhbəri Sərkisə aid hayca epitafiyada «bu,
Ağvan katalikosu Sərkisin
qəbridir» sözləri yazılmıĢdır.
Əmir
Teymurun
bəzi xristian ağvan
ailələrini Qafqazdan Qəndəhar
civarına
köçürdüyünü
yazan
alban
katalikosu
Yesai Hasan
Calalyan onların
alban olduğunu vurğulamıĢdır.
60
Beləliklə, baĢqa türk ellərinə nisbətən
Azərbaycanda geniĢ yayılmıĢ Alvan azər deyimini, baĢqa türk ellərində
olmayıb, Azərbaycanda da az görünən Ağvan isə hay deyimini əks etdirir
və hər ikisi türk sözü olan Alban adının azər və hay dilləri üzrə qanuna-
uyğun Ģəkildə dəyiĢmiĢ variantıdır.
Dostları ilə paylaş: |