çayını keçir. Rum və
alban qoĢunu burada və ya yaxındakı Sumqayıt-çayın Qozluçay qolu
yaxasında savaĢır. Beləliklə, Xəzərə bu üç günlük məntəqədən Pompey
geri qayıdıb Borçalı bölgəsinə dönür.
139
Eyni qaynaq, (Помпей, XXXVI).
140
Böyük Plini və Ptolemeyin Pir-Saqat çayını Kambis hidronimi ilə verdiyinə diqqəti
çəkən coğrafiyaçı Seyran Vəliyev, doğru olaraq yazır ki, Pompey Kür çayını Mingəçe-
vir yaxınlığında keçib, ġirvan düzü ilə Pir-saqat (Kambis) çayına doğru irəliləyir, onu
keçəndən sonra Sumqayıt (Abant) çayının bir qoluna yaxınlaĢır və döyüĢ burada baĢ verir
(Велиев, 1983, 95-96, 110).
60
Qobustandan baĢını götürüb, yayın istisində əldən düĢmüĢ əsgər-
lərilə geri qaçan Pompey keçən qıĢı keçirdiyi Kaspi bölgəsinə payızqaba-
ğı dönür və 65/64-ün qıĢını da burada keçirir. Azərbaycandan geri
dönən Pompey
Qazax
bölgəsinə
qədər
gəldiyi yolla geri qayıdır,
buradan
Dilican-Qanlıca yolu ilə deyil, Qazax-Tiflis yolu ilə Borçalının yuxarı
bölgələrindən keçib
Kaspiyə
enir. QıĢı orada qalıb,
yazda Qanlıca-ArtaĢat-
Sürməli-Körpüköy yolu ilə geri qayıdır.
Beləliklə, Pompeyin Azərbaycana yürüĢ yolunu qədim qaynaqlar
üzrə
araĢdırmaqla bu ölkənin m.ö.
I əsrdəki etnik
tarixi-coğrafi
durumuna
aid müəyyən bilgi əldə etdik. Göründüyü kimi, yolboyu qarĢıya çıxan Kür,
Araz, Araq, Kasax, Kambis, Albana hidronimləri, Antak, Xazdar, Baqa,
Astarak, Qanlıca, Abul, Kaspi, Asqur, Alban toponimləri türk onomastik
qaynağını təĢkil edir və bunların içində azər/xəzər xalqı adının kökündə
duran qədim «az» boyuna aid genotoponimlərin tərkibi də müxtəlif dia-
lekt deyimlərini aydın əks etdirir:
as/az - *as-tarañur (as-tarak), as-qur, az-ar (azər)
kas/ xaz - kas-pi, kas-ax, xaz-dar (xazlar)
Beləliklə,
II Sarqonun və Pompeyin Azərbaycana yürüĢünü təsvir
edən asur və yunan-latın qaynaqları m.ö.VIII və
I əsrlərdə Arazdan aĢağı
və yuxarı bölgələri haqqında gərəkli bəlgələr verir. Azərbaycanın etnik
demoqrafiyası baxımından bu bəlgələrin böyük əhəmiyəti vardır. Belə ki,
Güney
Azərbaycanda bars, xoruz, qaban, subar, sabar, zəngi,
qızıl,
qaralı,
dəli,
saqa,
bardı boylarının,
Quzey
Azərbaycanda as/az, azər, kaspi,
alban
boylarının yaĢadığı bəlli olur. Sonrakı qaynaqlarda aran və ağvan adları
ilə tanınan alban boylarının Ġrəvan-Borçalı arasında yaĢadığı da bəlli olur.
Eyni durum kaspi boylarında da özünü göstərir, onlar həm Xəzər yaxası
bölgələrdə, həm də Borçalının ayrı-ayrı bölgələrində görünür. Eyni adlı
türk boylarının
Azərbaycanın müxtəlif bölgələrinə yayılması saqa,
subar,
zəngi, bars boylarında da özünü göstərir.
Bu
yürüĢlər
boyu
tanıĢ olduğumuz Buya,
Aratta, Kisil-axa, Kambis,
Araq, Kasax, Araz, Kür, Albana kimi çayların, onlarla yer-yurd, dağ ad-
larının türkcə olması da aydın göstərir ki, Güney Qafqazda və Güney
Azərbaycanda yerli əhali türklər idi. Alban çarı Uruz və
qardaĢı
Kutus,
Mana çarı Ullusun türk adı daĢıyır, qaynaqlarda bəzi qalabəylər, bölgə
baĢçıları «böyük»,
«yanzu»
titulları
ilə
verilmiĢ,
«qəbilə» anlamında uruk
sözü
qeyd
olunmuĢdur.
Qaynaqlarda
adı keçən türk etnonimlərində boya-
61
dına qoĢulub topluluq bildirən ar/ər, but, bi sözcüklərinin güneydə, həm
də
quzeydə geniĢ yayıldığını görmək olur: subar, azər, daqar, qızılbut,
sanqibut, karsibut, suvbi (subi), lulubi,
ellibi, kasbi
və
sair.
62
2. TARIXI COĞRAFIYA COĞRAFĠ DĠLÇĠLĠK
ĠġIĞINDA
Qədim
çağlarda
coğrafiya
və
tarixə aid yazılmıĢ əsərlərdə yeradı,
boyadı, dağadı və çayadı kimi məsələlərdən də bəhs olunmuĢ, onların
dil mənsubiyəti
haqqında
bəzən
ötəri
məlumatlar verilmiĢdir ki
,
bu da
coğrafi-dilçilik elminin ilk örnəkləridir. Lakin coğrafi dilçilik yalnız XX
əsrin ortalarından sonra özəl metodları ilə bir elm sahəsi kimi formalaĢa
bildi və linqvogeoqrafiya adı altında ciddi tədqiqatlar ortaya çıxdı.
Burada
tarixi coğrafiyanın müxtəlif sahələrindən deyil, ancaq mövzumuzla bağlı
areal izoqlosları (bölgəsəl sözlər), xalq coğrafi terminləri, paleotoponi-
miya adı altında qədim oykonimlər (yaĢayıĢ yeradı), hidronimlər (çayadı),
oronimlər (dağadı), yeri və adı dəyiĢən toponimlərdən bəhs olunacaqdır.
Dilçilik
elmi
baxımından
areal
izoqlosları geniĢ
sahəni
əhatə etsə də,
coğrafi məzmunlu vahidləri,
toponimiya
yaradıcılığında iĢtirak
edən söz
və
Ģəkilçiləri
«bölgəsəl
sözlər»
adı altında tədqiq
etmək mümkündür.
Bu termin
elmi ədəbiyatda iĢlənən
areal izoqlosları
anlamını tam
ifadə etmir, lakin dilimiz üçün daha uyumludur. Ön Asiyanın bölgəsəl
sözləri dedikdə ilk ağla gələn bu regionda iĢlənmiĢ ortaq sözlərdir ki,
bunların da ön sırasında tanrıadları durur. Belə teonimlərdən sonrakı
bi-
tiklərdə
geniĢ
bəhs
olunacaq
,
burada yalnız
bir neçə ortaq «tanrı» anlamlı
sözə, tanrıadına diqqəti çəkməkdə məqsəd prototürk etnosunun ilkin
coğrafi yurduna iĢıq tutan yardımçı faktların üzə çıxarılmasıdır.
Bəllidir ki,
Tanrıçılıq dininə tapınan türk etnosu heç vaxt çoxallahlı
xalqlarda olduğu kimi, tanrılara bütlər qoymamıĢ, bir neçə tanrıya sitayiĢ
etməmiĢdir.
Qədim türklər
Yeri-Göyü yaradana «Bir
Tanrı»,
«Tək Tanrı»,
«Xan Tanrı» deyimi ilə tapınmıĢlar. Lakin bütün yaĢamı ilə təbiətə, coğ-
rafi duruma köklənən türk etnosu təbii varlıqların qutsal hamisi, yiyəsi
(iyəsi) və ruhu (qutu) olması inancına da sahib olmuĢ, bu iyələrə Asar,
Araz, Alpan, Albasdı, Baba, Bağa, Qut, Humay, Erlik, Kambar, Zəngi və
sair adlar verilmiĢdir. Bu sözlərə tanrıadı anlamında teonim kimi deyil
,
iyəadı kimi baxmaq daha doğru olardı. Belə ki,
qırğız-qazax ellərində
qaramal iyəsi kimi Zənqi-Ata adının teonim kimi verilməsi düzgün deyil,
yəni qırğızlar
içində yayğın
olan Oysulata (dəvə
iyəsi)
,
Çolponata
(qoyun
iyəsi)
,
Zəngibaba (sığır
iyəsi)
,
Kambarata (ilxı iyəsi), bütöv Qırğız elini
himayə edən Kırqızata kimi iyəadları və Koçkor-Ata,
Çolpon-Ata,
Isık-
Ata kimi
qutsal yeradları çoxtanrılı etnosların teonimlərindən fərqlənir.
Bölgəsəl
sözlər
63
Göydəki
Yaradıcı
prototürk dilində
«tanrı»
anlamında
*Teñeri (Ten-
geri) adı ilə adlanmıĢ, bu tanrı sözü qədim çağlardan bugünə qədər ayrı-
ayrı türk dialektləri üzrə Tañrı, Tenqeri, Tenqri,
Tenqer,
Dingir, Tārı fo-
netik variantları ilə iĢlənmiĢdir. Azərbaycanda Dingir-bulaq, Dingir-dağı
toponimləri deyimində hətta [cingir] forması yaranmıĢdır. Ġkiçayarasına
IV minildə gələn sumerlər yerli türk boylarından eĢitdiyi *Teñer (Tenqer)
deyimini mixi yazı yarananda
DĠNGĠR
loqoqramı
ilə vermiĢ, sonralar bu
yazı sistemini qəbul edən elam, akad-asur, het, hurri, urartu xalqları yazı
vasitəsilə yayılan həmin loqoqramı «tanrı» determinativi kimi iĢlətmiĢlər.
Beləliklə, prototürk teonimi həmin xalqların
yazısında tanrı adları-
nın qarĢısında iĢlənməklə bütöv Ön
Asiyaya yayılmıĢdır. Lakin hər xalq
onu öz dilindəki «tanrı» sözü ilə oxumuĢdur, yalnız sumerlər bu sözü türk
xalqlarında olduğu kimi, sağır nun-u iki samitə (ñ
>
ng) ayırıb, dingir Ģək-
lində yazıb-oxumuĢlar.
1
Tanrı sözündə göy-səma və tanrı anlamı olması
bu sözün çin dilinə keçmiĢ variantında da
özünü
göstərir. Çin
dilində
«r»
səsi
olmadığından
onlar
bu
türk
sözünü «göy»
və
«tanrı» anlamında
t`ien
Ģəklində iĢlətmiĢ,
Tanrı dağı adını T`ien-ġan formasında vermiĢlər. Et-
rusklar da «tanrı» anlamlı Ten (ten-ri) sözünü Ġtaliyaya aparmıĢlar. Hətta,
bu dildə
[Tinas-oklenar] kimi oxunan «Tinoğulları» deyimi (Tinasclenar)
vardı.
Sonrakı bitiklərdə tanrı sözünün geniĢ yozumu (VI Bitik) və etimo-
logiyası (VII Bitik) verilsə də, onun Ön Asiya izoqlosu olmasını, Azərbay-
candan doğu və batı ölkələrə aparılmasını göstərən bir-iki örnəyi Urmu
teoriyasının bəlgəsi kimi burada təkrarlamaq gərəkir:
teñri damğasının oxunuĢu - [teñ//tiñ, tañ//dañ, teñri//tengri]
Tanrı sözünün ilkin forması: *teñ-ir-i > teñri
Tanrı sözünün müxtəlif dillərdə deyiliĢi: monqol [tengeri], sumer
[dingir], cin [t`ien, tienli] > kore [tienli], yapon [ten], etrusk [ten//tin] və s.
Ön Asiyada Tengir türk sözü yalqız deyildir, burada çoxlu türk-hat,
türk-sumer, türk-elam, türk-het, türk-urartu qutsal söz paralelləri də vardır
və bu areal izoqlosları prototürk etnosunun həmin xalqlarla olan qədim
1
Mahmud
KaĢğari
teñri sözünü izah edərkən bilgin adama
teñrigen deyildiyini qeyd
edir və «Gecə-gündüz Tanrıya tapın, Ondan qorxub çəkin, utan, oynama» mənasında
iĢlənən beyti misal çəkir:
Tün-kün tapun Teñrigə, boynamağıl,
Korkup añar eymənü, oynamağıl (MK, III, 376-377).
64
təmasından xəbər verir. Belə izoqloslar sırasında Az//As və Azər adı ilə
bağlı
Azaq, Az-div,
Asar adları,
sumer,
hurri,
urartu və türk dillərində olan
Baba adı, Hurri, Mada və Göytürk mühitində iĢlək olan Baqa adı və bu
kimi onlarla baĢqa ortaq qutsal adlar türk etnosunun qədim «ölü dillər»
ilə olan
əlaqəsini
ortaya
qoyur.
Asər tanrı tapınağının Dəclənin sağ və sol yaxasında Qasur (Yorğan-
təpə) və Asur (AĢĢur) Ģəhərlərində və Ahura-Mazda adında olması, sonra-
lar Madanın güney-batısında Strabonun Azər məbədini qeyd etməsi aydın
göstərir ki, bu teonim azər/asar/qasur/asur/ahur deyimləri ilə prototürk di-
alektləri və baĢqa dillər üzrə regionda geniĢ yayılmıĢdı. Ġrandilli «Bunda-
xiĢne»də Az-div azğın kiĢilərin himayədarı kimi verilir. «Avesta»nın ajay
«doymaz» anlamı ilə təqdim etdiyi və Azar tanrının düĢməni sayılan Az-
divə süd qurbanı ilə qalib gəlmək olar.
2
Türk qut adı kimi qutsal obyektlər, özəlliklə dağadlarında iĢlək olan
Baba eyni anlamda hurri (Papa) və urartu (Baba) dillərində təkrar olunur.
Sumer dilindəki bu mətnlər Baba sözünün teonim kimi iĢləndiyini aydın
göstərir:
D
Baba
6
… ke
4
Uru-inim-gi-na nam-sipad-Ģe mu-tud «Tanrı Baba
Uru-Ġnimgini çobanlıq üçün yaratdı», alan lu e-
D
Baba
6
mu-du-a-ak-am
«(bu) tanrı Babanın məbədini tikən adamın bütüdür».
3
Vaxtilə sami dillərindən protoazər
dilinə allah, ilahi, ilahə, aman,
nəbi kimi onlarla qutsal söz keçmiĢdir. Eyni halın qədim
çağlarda
baĢ
verməsi də təbii idi və maraqlı burasıdır ki
,
türk etnosunun qutadı, iyəadı
kimi iĢlətdiyi qutsal sözlər baĢqa dillərə keçərkən orada
daha
çox
teonim
statusunda
,
bəziləri
isə mənfi
çalarlı bədxah
ruhların adı kimi çıxıĢ edir.
Görünür, türk qutadlarının Ön Asiyada teonimə çevrilməsi
gələnəyi
öncə
bura gələn sumerlərdə baĢlanmıĢ,
sonra gələn sami, hurr, urartu, het boyları
bunu davam etdirmiĢdir.
Mifologiyaya aid sonrakı V Bitikdə
belə adların
geniĢ Ģərhi verildiyini nəzərə alıb
,
burada yalnız bölgəsəl prototürk tanrı,
qut və iyə adlarının baĢqa dillərdə, o cümlədən əski çağda Azərbaycandan
gedən etruskların dilində tanrıadına, iyəadına, qutadına və bədxah iyələ-
rin adına (demonim) çevrilməsini, eyni zamanda bəzi türk boyadının qə-
dimdə teonim kimi
iĢlənməsini
müqayisə
etmək
üçün
onların bir qismini
gözdən keçirək:
2
Короглы,
1983
,
28;
Сумер мифиндя битки
танрысы
Азаг
иля sava-
Ģan yaradıcı tanrı Ninqursu onu məğlub edir, Azaq daĢa çevrilir (Дьяконов, 1990, 218).
3
Канева, 1996, 43, 45.
65
Türk qutsal sözləri
az, as
azər, asar, asur, qasur
albastı (albaĢlı)
alp, alpan
araz
baq, baqa, bayat
baba
qaĢqay (boyadı)
quday
qut (ruh, can)
Kuər (hun iyəadı), kiur (ki-ú-
ru-um lulularda «tanrı»)
gedar (boyadı)
tarxan
tenger
Turan
tur
turuq, türk (boyadı)
BaĢqa dillərdə qarĢılığı
d
Azaq (sumer), Az-div (qədim pers)
d
AĢĢur (asur),
d
Ahura (qədim pers)
Lamastu demonim (elam)
Alb demonim (german), Alpan (etrusk)
d
Araza (urartu)
d
Baq (hurri, pers)
d
Baba (sumer, hurri, urartu)
d
KaĢqay (hat, het)
d
Xutuinie (urartu), Xuda (pers)
kut «ruh» (hat), KudĢu «qutsal» (ivrit)
d
Quer (urartu yazısı), kiri «sahib», kiri-
riĢa «böyük tanrıça» (elam)
d
Gidar (elam)
d
Tarxuntas (het), Tarxan teonim (etrusk)
Dingir «tanrı» (sumer)
d
Turani (urartu), Turan teonim (etrusk)
d
Tiru (elam),
d
Dur (kassi)
Turk tapınaq adı (hay-erməni)
Göründüyü kimi, türkcə qutsal anlam daĢıyan sözlərin Ön Asiya
dillərində
yayılması tarixi
Sumer
çağından üzübəri böyük
bir zamanı əha-
tə edir.
Ön Asiyadan bu tanrı, iyə və qut adlarını götürüb
Altaya qədər
daĢıyan
türk
boyları batı yöndə olan sonrakı miqrasiyaları ilə həmin söz-
ləri bir qisim Avropa xalqlarına da ötürə bilmiĢlər.
4
Qutsal sözlərdən söhbət açılmıĢkən, qeyd edim ki, qədim bölgəsəl
sözlərdən biri də elə qut sözüdür. Bu prototürk sözü qut, kut, xut Ģəklində
əksər türk dillərində qalmıĢ və qədim «ruh» anlamını saxlamıĢdır.
5
Tanrı
adlarından
biri kimi türkcə yaranan Qut,
Quday adının kökündə də həmin
4
Sumer teonimləri sırasında taxıl, buğda tanrısı AĢnan və Uqarit mətnində məhsuldarlıq
tanrısı kimi verilən ‟AĢtar adı da diqqəti çəkir, belə ki, türk dillərindəki «aĢ» (buğda) bu
teonimdə əks olunmuĢdur. Bu baxımdan,
Taru
(hat),
Dur
(kassi),
Tiru (elam) teonimləri,
Elam
yazılarında
Uduran,
Sapak, Sunqursara,
Karsa
,
Aypaksina, Silaqara tanrıadları, hurri
yazısında yeraltı dünyanın tanrısı kimi U.GUR Ģəklində verilən, lakin fonetik oxunuĢu
müəyyən olunmamıĢ ad, subar türk boyunun ene, hurrilərin eni dediyi «tanrı» sözü özəl
araĢdırma mövzusudur. Bir Urartu yazısında (IX əsr) tanrı və iyələr sırasında Araza 22,
Kuera 15, Turani 5-ci yerdə verilmiĢ, 40-cı yerin sahibi isə, adı çəkilməsə də, Kuman
Ģəhərinin iyəsi kimi təqdim olunmuĢdur (Меликишвили, 1954; Çilingiroğlu, 1997, 154).
5
Räsänen, 1969, 205.
66
qut
sözü durur; regiona gələn irandilli
boylar onu alıb
Xoda Ģəklinə salmıĢ
və bu bumeranq teonim yenidən azər dilinə Xuda formasında qayıtmıĢdır.
Görünür
,
m.ö. II-I minildə
as-german və ya saqa-german əlaqələri çağında
bu iyəadı
german boylarının
dilinə Qod,
Qut teonimi kimi
keçmiĢdir
,
lakin
daha qədim çağlarda
Ön
Asiya izoqlosu qut hat dilində iĢlənmiĢ
,
bura gə-
lən
hetlərin
ritual məzmunlu yazısında «ruh»
mənalı hat sözü kimi qeyd
olunmuĢdur. Qədim dillər üzrə tanınmıĢ alim Vyaç.Vs. Ġvanov həmin het
qaynağındakı kut sözünü türk-hat paraleli kimi qeyd etsə də, bu dillər ara-
sındakı əlaqəni Ģərh etməkdə məlum çətinliklə qarĢılaĢmıĢdır, çünki Altay
nəzəriyəsinə görə, 4-5 minil zaman və bir-birindən uzaq (Anadolu-Altay)
böyük məkan fərqi fantastik görünür. Lakin zaman-məkan ölçülərinə sığ-
mayan bu fakt izah olunmalı idi. Ona görə də, alim Anadoludan «ruh»
anlamlı kut sözünü Altaya aparan etnosun türk deyil, hər hansı bir «ölü
dil» (?) olduğunu yazmaqla vəziyətdən çıxmağa cəhd etmiĢdir.
6
Halbuki,
Urmu teoriyası baxımından bu fakt çox doğaldır.
Hat dilində kut «ruh»
,
li-kut
,
li-kuddu «onun ruhu
,
onun canı» deyim-
lərində təkrar olunan bu söz bəzi sami dillərinə də keçmiĢdir. Uqaritdə
tapılan samicə bir yazıda `Anat tanrının ləqəbi «qutsal» anlamlı KudĢu
sözü ilə bildirilmiĢdir. Bibliyada «və heç bir yabançı qutsal paydan ye-
məyəcək» deyimi qədim yəhudi dilində «qutsal aĢ, qutsal pay» anlamlı qō-
deĢ sözü ilə verilmiĢdir. Elam-kassi Gidar tanrıadı kökündə qud/gid sözü
görünür, lakin bu qədim türk gedar boyadında olan «möhkəm»,
«qüvvət-
li» anlamı olan ked/ged sözü ilə əlaqəli ola bilər, kassi Xudxa tanrıadı isə
qud sözünü əks etdirir.
7
Bölgəsəl sözlərin xarakterik cəhətlərindən biri də budur ki, bəzi kul-
tur terminləri bir dildən baĢqa dilə keçib bu dildə yeni məna çaları qazanır,
bu dilin səslərinə uyğun olaraq fonetik cildini dəyiĢir və müəyyən dövrdən
sonra
yenidən
əvvəlki dilə
yeni görkəmdə qayıdır.
Belə bumeranq sözlər
azər
dilində istənilən qədər vardır. Məsələn
,
vaxtilə türk dillərindən baĢqa
dillərə,
özəlliklə sami,
slavyan və iran dillərinə
və
bu dillər vasitəsilə Av-
ropa dillərinə keçən köĢk, yoğurt, ardel, bitik, azıq, yarlıq, tamqa, tavar
,
kömrük, dilmanc kimi minlərlə sözlərdən bəziləri yenidən azər dilinə ki-
osk, artel, kitab, azuqə sözləri kimi baĢqa görkəmdə qayıtmıĢdır.
6
ДА, 44).
7
ИДВ,1988, 265; Bibliya. Levit, 22.10; ХПИДВ, 1980, I, 254; Qud teonimi haqqında
Cəlal Bəydili gərəkli məqalə yazmıĢdır (Мяммядов, 1988).
67
Bölgəsəl sözləri seçərkən sistem təĢkil etməyən təsadüfi tək-tük
sözlərdən yayınmaq lazım gəlir. Bir neçə qarĢılığı olmayan belə sözləri
imkan daxilində etimoloji baxıĢdan keçirmək vacibdir. Məsələn, bəzi
antik qaynaqlar Qabala yeradını Azərbaycanda və Aralıqdənizi yaxası
Uqaritdə qeyd edir. Doğrudur
,
m.ö. II minilin ortalarında Uqaritin Ġkiçay-
arası ilə əlaqəsi nəticəsində
xeyli onomastik paralel ortaya çıxmıĢdır
,
lakin
Uqaritdəki
Qabala
yerli
sami boylarının
dilində
Qibla
(Cibla) olub
,
yunan-
latın dilində
Qabala formasını almıĢdır. Ona
görə də,
Alban
elinin
Qabala
(Qəbələ) Ģəhəri adına bənzəyən həmin sami sözü təsadüfi oxĢarlıqdır.
Əhalisi sami, het, hurri, Krit mənĢəli gəlmələr və baĢqa etnoslardan
ibarət olan Uqarit monoetnik ölkə
deyildi
və
arxeoloji kulturunun müəyyən
qatı Ġkiçayarsının yuxarı
Arpaçı kulturu
ilə
eyniyət təĢkil edirdi.
8
Bu baxım-
dan, Uqarit qaynaqlarında (m.ö. XIV-XIII) qeyd olunan onomastik sözlər
diqqəti çəkir, çünki bunların içində prototürk sözlərinə bənzəyən xeyli ad-
lar vardır: KaraĢu, Karatu toponimləri, sonralar Κασιος /Casius (yunan,
latın) kimi verilən Xazi yeradı, hurri Ģəxsadı kimi verilən bn kzn [Bin-Ka-
zan], mitan və qaĢqay qızları haqqındakı bəlgələr, Urmiya və Taniya ki-
mi ər-arvad adı, Barisanu (oğlu) Yadlin, Mulzu (oğlu) ġadeyan, ġad (oğlu)
Aqap-TeĢub, Uzzin, Qaban, YatarĢu adları və
Tamirtan kimi qul adı ayrıca
tədqiq olunası bölgəsəl sözlərdir. Bir ailədaxili mülkə aid Uqarit sənədində
Aqay, Burakan, Tutu kimi türk adları çəkilir.
Bəzən
,
müqayisə olunan bölgəsəl sözün (adın) baĢqa dildə verilən
tərcüməsi çox gərəkli olur.
9
Məsələn, mifik qəhrəmana çevrilmiĢ sumer
çarı BilqameĢ adının epiteti «hər Ģeyi görən, bilən» anlamında verilir ki,
bu da həmin adda bilgə və meĢ sözlərini ayırmağa imkan yaradır. Həmin
sözlər isə
AlpamıĢ,
ElalmıĢ,
Bilgə-xaqan
kimi türk alpları
və xaqanı adında
geniĢ iĢlənir.
Adın ilk bilgə
sözü türk toplumunda
ən Ģərəfli titul
sayılmıĢ
,
bəzi
xaqanlar
hakimiyətə
gələndən
sonra bu titulu daĢımıĢlar
.
Eyni durumu
BilqameĢ də yaĢamıĢdır, ona bu adı taxta çıxandan sonra
vermiĢlər.
Adın
ikinci
hissəsini
qutların
elbəyi
ElulumeĢ
adında da görmək olur. Sumer
və
hurri
dilində
D
Bil.ga.meĢ, het dilində
D
GIġ.GIM.MEġ
,
akad dilində
D
GiĢ
8
(Шифман, 1982,
114,
125);
9
Tutaq ki, Musasir bölgəsinin adı «ilan çıxan» Ģəklində izah olunur, bu halda həmin
bölgədə Ġlanlı, Ġlandağ kimi toponimlərin əskidən iĢləndiyini düĢünmək olar.
Yaxud,
Kərkük Ģəhərinin əski adı mixi yazıda Arrapxe və
Arapha Ģəklində oxunur. Asurlar bu
Ģəhəri asurca
«tanrılar
Ģəhəri»
anlamında
Al-Ġlani
Ģəklində
də verirlər
.
Bu halda,
*Ar-
Apha
adında «ər apa» modeli görünür ki, bu da asur variantına yaxın anlam daĢıyır.
68
GilgameĢ Ģəklində yazılan bu adın ilkin Ģəklini Bilqamıs kimi bərpa et-
mək olur.
10
Elamda m.ö. XXIV əsrdə Baraxsi çarı da AbalqamaĢ (Balqa-
maĢ) titulu daĢıyırdı.
Bölgəsəl sözlərin hansı dildə yaranması sözün qramatik quruluĢu
və morfemlərin sıralanmasında aydın görünür. Barınaq yeri, yaĢayıĢ məs-
kəni azər dilində «-ər, -gə» Ģəkilçilərinin
«tüĢ-» feilinə, sumer dilində isə
«aĢağı tərəf, oturmaq» anlamlı tuĢ sözünün «yer» anlamlı ki sözünə qoĢu-
lması ilə yaranır:
«düĢərgə» - tüĢ-ər-gə (türk dilində), ki-tuĢ (sumer dilində)
Mixi yazının düzgün oxunuĢu da əsas Ģərtdir. Belə ki, m.ö. III
mi-
nilə
aid
Ebla
qaynağında
Ġdakul
kultu
ilə
bağlı
yazıda
Dostları ilə paylaş: |