Quzey Azərbaycana Pompeyin yürüşü. Keçən eranın son yüzili
Ön Asiya xalqlarının tarixində elə bir ciddi dəyiĢiklik yaratmadı. Yenə
əvvəlki kimi Batıda Roma, Doğuda Part imperiyası meydanda at oynadıb,
gücü
çatan bölgələrdən bac-xərac toplayır,
bunun
cəfasını isə
arada qalan
xalqlar çəkirdi. Bu durumda Ərmən ölkəsi daha pis vəziyətdə idi, çünki
hər iki imperiya öz sərhədini geniĢləndirmək istəyəndə mütləq Ərməni-
yədə üz-üzə durmalı olurdu. Bu ölkənin doğu bölgələri türkmən-saqa
soylarından olan Ərsaq sülaləsinin qurduğu Part (Parfiya) dövlətindən,
Fərat çayının yuxarı axarlarından batı tərəflər isə
rumların əlində
idi.
Ər-
mən çarı gah bu, gah da
o biri imperiyaya sığınmaqla siyasi səhnədə
qalır,
çox
vaxt
kanton bölgə kimi bu durum hər
iki imperiyaya sərf
edirdi.
Pom-
pey belə bir vaxtda Ərmən ölkəsini keçib Azərbaycana girmiĢdi.
Rumlara məğlub olandan sonra Kolxidaya qaçan Pont çarı Mitri-
datı təqib edən Pompey iki il (m.ö.66-64) Güney Qafqazda yerli boylarla
vuruĢmalı olur. Öncə ərsaqlardan asılı olan Tiqranı məğlub edib, Ġber öl-
kəsinə doğru gedir və bu arada ona hücum edən albanlarla savaĢır, sonra
iberləri məğlub edib, indiki Poti limanına enir. Onu burada gözləyən rum
gəmilərini Bosfora göndərir, özü isə legionla geri qayıdıb Albana yürüĢ
edir.
Xəzər
dənizindən üç günlük məsafədə savaĢdan sonra
Ponta qayıdır.
Ġki illik yürüĢdə hər iki qıĢı Borçalı mahalının Kaspi bölgəsində keçirən
Pompeyin Güney Qafqazdakı savaĢ tarixinin qısa xülasəsi belədir və bu
barədə Strabon, Plutarx, Dion Kassi və baĢqa antik yazarların verdiyi mə-
lumat
XIX
əsrdən üzübəri müxtəlif yöndən dəfələrlə Ģərh edilmiĢdir.
119
Pompeyin bu yürüĢünə aid akademik Y.
A.
Manandyanın yazdığı məqalə
bəzi qüsurlarına baxmayaraq, elmi dəyərini bugün də itirməmiĢdir.
120
Bu
barədə indiyə qədər deyilmiĢ fikirlərlə rumların IV əsr dünya xəritəsində
(Tabula Peutinqeriana) verilən maqistral yol, məntəqə və karvansaraylara
aid bəlgələri müqayisə edib, Pompeyin Azərbaycana yürüĢ marĢrutunu
aydınlaĢdırmaq mümkündür. Oxucu üçün asan olsun deyə, yürüĢün yönü
aĢağıdakı xəritədə verilmiĢdir:
119
Моммзен, 1887; Th. Reinach, 1890; Chapot, 1907; Miller, 1916; Markwart 1928;
Тревер, 1959; Велиев, 1983; və b.
120
Манандян, 1939.
53
Pompey yürüĢə Fəratın yuxarı axarında Pasin-suyun Araza qovuĢ-
duğu Körpü-köydən baĢlayır; burada atasına qarĢı çıxmıĢ gənc Tiqranla
görüĢür, yanına onu da alıb Dəli-baba aĢırımından ƏləĢkird ovasına keçir,
buradan Üç-kilisəyə, oradan da Karvansaray (Qucax) aĢırımı ilə Ġqdıra
enir,
Arazı
keçib
ermən çarı oturan ArtaĢata yaxınlaĢır. Ərsaq dövlətinin
tabeliyində olan Ermən ölkəsinin əsas əhali azər türkləri olan bu doğu
bölgəsinə haylar kiçik qruplarla yenicə sızmağa baĢlamıĢdı. Hələ bir əsr
sonra da bölgənin azər ölkəsi olması Strabonun bu qeydində aydın görü-
nür, o yazır ki, Azar
ölkəsində
Araz
çayı
ArtaĢatın
yanından
keçir.
121
Məhz
bu Ģəhərdə Tiqran rumlara döyüĢsüz təslim olub, Rum vassallığını qəbul
edir. Bundan qəzəblənən Ərsaq çarı Pompeydən gənc Tiqranı tələb edir
və Ərsaq-Rum sınırının Fərat yaxası olduğunu ona xatırladır. Plutarxın
yazdığına görə, Pompey cavab verir ki, gənc Tiqran ərsaqların qohumu
olsa
da,
atası
Tiqran rum tərəfdarıdır, sərhədlər isə ədalətlə bölünəcək.
122
Görpü-köydən ArtaĢata qədər 15-20 günlük durumu Plutarx qısaca
belə verir: «Atasına qarşı çıxan gənc Tiqranın çağırışı ilə Ərməniyə gələn
Pompeyi o, Araz çayı yaxasında qarşıladı. Bu çay Fəratla eyni bölgədən
qaynağını alır, lakin doğuya yönəlib Kaspiyə tökülür.
Pompey və Tiqran
irəli gedib, yolda qarşılarına çıxan şəhərləri tutdular».
123
Plutarxın bu
hadisə ilə bağlı verdiyi məlumatda Araz çayı haqqında olan bəlgə də
diqqəti çəkir, çünki bu çayın coğrafi koordinatları bəzi antik müəlliflərin
yazısında dolaĢıq salınmıĢdır. ArtaĢatdan quzeyə qalxan Pompeyin hansı
yerli boylarla qarĢılaĢdığını qeyd edən Plutarx yazır:
«
Bunların içində sayca çox olanlar alban və iberlərdir; iber bölgəsi Mos-
xi dağları və Qara-dənizə qədərdir, albanların doğu məskəni isə Kaspi dənizinə
qədər
uzanır.
Albanlar əvvəl öz ölkələrindən keçməyə Pompeyə razılıq vermişdi-
lər, ancaq rum qoşunu onların ölkəsində olanda qış başlandı və rumlular Sa-
turnaliy bayramını qeyd edəndə albanlar 40 minlik qoşunla Kürü keçib onlara
hücum etdilər. Kür çayı İber dağlarından başlanır və Ərməndən axan Arazı
qəbul edib, 12 qolla Kaspi dənizinə tökülür. Lakin bəziləri deyir ki, Kür Araza
qovuşmayıb, Araza çox yaxın yerdən həmin dənizə axır
».
124
Qara seçdirmə
ilə verdiyim «öz
ölkələri»,
«onların ölkəsi»
ifadələri
Borçalıdakı alban boylarına aiddir. Doğrudan da, ArtaĢatdan yuxarı qalxıb
121
Страбон, XI, 14.3.
122
Плутарх, II t. 1963, 359.
123
Eyni qaynaq, 357; (Помпей, XXXIII).
124
Плутарх. Помпей, XXXIV.
54
Axıska bölgəsinə girən Pompeyin
qarĢılaĢdığı
yerli
boylar,
sonrakı
bitik-
lərdə geniĢ bəhs edəcəyim boruca, kambicə, saqaca, alban, aran, kaspi,
göyər, kəngər boyları Strabonun qeyd etdiyi 26 alban boylarından idi. Al-
ban
boybirləĢmələrinə
daxil olan boyların əksəri çox
vaxt ümumi «alban»
adı ilə tanınırdı. Xeyli Alban/Alpan kənd adları sonrakı qaynaqlarda və
müasir Gürcüstan, Ermənistan, Dağıstan ərazilərində vardır. Ona görə də,
Plutarx Pompeyin yolunda albanları, quzey və quzey-batı bölgələrdə isə
iberləri
qeyd
edir
və
rum
legionunun
qıĢladığı
Borçalı mahalının Axalkalak-
Axısqa bölgələrini «albanların öz ölkəsi» adlandırır.
ArtaĢatdan Kürün
yuxarı axarında sol yaxaya qədər Pompeyin türk kəndlərindən keçməsi
də təbiidir, çünki bu bölgə Pompeydən hələ 5-6 əsr əvvəl saqa-qamər
boylarının qurduğu Elin (Dövlətin) əsas ərazilərindən biri idi. Sonralar
gürcüdilli rəsmi sənədlərdə bütöv bir mahal kimi buranın «böyük türk
yurdu» anlamında Didi-Turkoba adlanrması da bəllidir. Gürcüstan tari-
xini yazan polyak alimləri B.
Baranovski və K.
Baranovski ayrıca bir
bölməyə «Didi-Turkoba» baĢlığı vermiĢlər.
125
Körpü-köydən ArtaĢata kimi keçilən məntəqələrin müasir adlarla
qarĢılığı Pevtinqer xəritəsində belə verilir:
Ad confluentes - Körpü-köy;
Andaga - Endek/Antak; Chadas - Xazdar; Bagauna - Üçkilisə/Qarakilisə;
Artaxsata - ArtaĢat.
Burada Dəli-baba dağı tərəfdə qeyd olunmuĢ Andaqa~Endek adla-
rındakı yaxınlıq diqqəti çəkir, Y. A. Manandyanın verdiyi Xazdar adına
isə
əlim çatan xəritələrdə rast gəlmədim. Əgər bu genotoponimdirsə,
onda
xazdar (azlar) forması az/xaz etnoniminin tarixi üçün gərəkli bəlgədir.
Hay yazılarında Baqavan Ģəklində iĢlənən Baqauna indi Üçkilisə adlanır,
rus hərbi xəritəsində (1903) isə Qarakilisə kimi verilmiĢdir ki, bütün bu
adlar qədim ocaq yeri olan Baqa məbədi ilə bağlıdır, bu da qədim türkcə
tanrı adlarından biridir.
Pompey ArtaĢatdan çıxıb quzeyə yönəlir ki, qıĢı Borçalıda keçirsin
və Kolxidaya arxadan girmək üçün yaz kompaniyasını oradan baĢlasın
və bunun üçün yuxarıda iber, sağda alban boylarının ona hücum etməyə-
cəyinə
arxayın
olmalı idi.
Həmin cinahları təhlükəsiz etmək üçün Ġber və
Alban çarlarının razılığını alır. Lakin 66/65-in qıĢını keçirdiyi Borçalının
Axıska (Kaspi)
bölgəsində
rum
əsgərləri
17 dekabrda saturnaliy bayramını
qeyd edib Ģənləndikləri vaxtda albanlar qəfil hücum edir. Appian qeyd
edir ki, bu hücumda Ġber çarı Artokun baĢçılığı ilə iberlər və Alban çarı
125
HG
, 43-44.
55
Uruzun (Oroyz) baĢçılığı ilə alban boylarının birləĢmiĢ qüvvələri iĢtirak
edirdi. Plutarx və Dion Kassi isə bu döyüĢdə yalnız alban boylarının
Kürü keçib Pompeyə hücum etdiyini və məğlub olub geri qayıtdığını ya-
zırlar.
ArtaĢatdan Qoqar bölgəsindəki Axıskaya yaxın Kür çayına qədər
Pompeyin ƏĢtərək, Ağbaba, ġörəyel (Siraq-el),
Pəmbək bölgələrindən
keçdiyi yolu Pevtinqer xəritəsi üzrə izləyən Y. A. Manandyan xəritədə bu
yol üzərindəki məntəqələri müasir adları ilə müqayisədə belə verir:
126
Stranguriya - AĢtarak,
Apulum - Abul dağı,
Condeso - Kondaxsaz,
Ganlita - Qanlıca,
Paqas - Toporavan gölü,
Caspiae - Xospiya (Kaspi),
Ad Metcurium - Asqura yaxınlığında keçid
Bu
adlar üzərində geniĢ dayanmağa imkan olmasa da, bəziləri haq-
qında bir-iki söz deməyə ehtiyac vardır. Belə ki, AĢtarak/ƏĢtərək adının
o çağlarda *as-tarañur forması və bunun yabançı tələffüzdə (a)strangur
deyimi ilə rum xəritəsinə Strangur(iya) Ģəklində düĢməsi mümkündür.
Belə düĢünmək olar ki, bu toponim Urartu çağında yaranmıĢdır, çünki
urartular
AĢtarak
bölgəsinə düĢmən az/as boyunun ölkəsi kimi girdiklərini
qeyd etmiĢlər. Toponimin ikinci hissəsi qədim turk dilində «dağıtmaq»
anlamlı tara- feili ilə iĢəndiyi üçün bütöv toponim «as dağılan» yer məna-
sını verir.
127
AĢtarakdan sonra Kasax çayının yuxarı axarının solunda verilən Kon-
deso məntəqəsi buradakı türk toponimi Kondaxsaz ilə eyniləĢdirilmiĢdir.
Bu da mümkün haldır, lakin bu yerlərin toponimikasını dərindən tədqiq
edən Aslan Bayramov Qundaqsaz kəndini Kasax çayının solunda deyil,
sağında Ələyəz rayonu ərazisində verir.
128
Xəritədəki məntəqə Qundaqsaz
adına bənzəsə də, türk ellərində daha yayğın Gündüz toponimini xatırladır.
1590-cı il sənədində qeyd olunan yaxın bölgədəki Qundaq yaylası
da
Qondas
ilə
müqayisə
oluna bilər.
129
Bu
baxımdan,
Y. A. Manandyanın
müqayisəsi o
qədər də inandırıcı deyil. Alimin xəritədəki Qanlita məntə-
qəsinin
indiki
Qanlıca
olduğunu
deməsi isə
Ģübhəsiz bir
gerçəklikdir,
çünki
bu adı
rumlar
yalnız
qanlita
formasında
tələffüz edib, elə də yaza bilərdi-
lər, ayrı variant mümkün deyil. Kümrünün yaxınlığında olan Qanlıca
126
Манандян, 1939, 75.
127
Müqayisə et: anuñ süsin taradı «onun qoĢununu dağıtdı» (ДТС, 536).
128
Байрамов, 1996, 166.
129
EAMTĠL, 221.
56
Pompeyin həm Ġber, həm də Alban ölkəsinə getdiyi yolun üzərindədir.
Paqas məntəqəsinə yaxın 1903-cü il xəritəsində Taparavan gölü və Poqi
kəndi
vardır.
Pevtinqer xəritəsindəki Apulum dağadı orada türkcə olan
iki Böyük və Kiçik Abul dağının adını əks etdirir.
Y.
A.
Manandyanın ver-
diyi Kaspi, Metkuri məntəqə adları da türkmənĢəlidir. Asqur yaxınlığında
Kür üzərindən keçid yerinin xəritədə «Kür qırağı» anlamını verən Ad
Metkurium adlanması təbiidir,
çünki iber boyları (gürcülər) türk hidronimi
olan Kür çayına Mtkvari (mt-kuari) deyir və rumlar bu deyimi xəritədə
vermiĢlər.
Qədim Azərbaycanın türk sakinlərinin adı olan «kaspi» etnonimi
ayrı-ayrı
bölgələrə
yayılan bu protoazər
boylarının azər/xəzər
adının
baĢqa
bir türk dialektində formalaĢmıĢ variantıdır.
130
Qədim Azərbaycanda kas-
pi boylarının əsas yayılma sahəsi Xəzər yaxaları olsa da, onların Kürün
yuxarı axarlarında bir neçə bölgədə görünməsi də təbiidir. Ġber üzərinə
yürüĢündə Pompey iki ayrı-ayrı Kaspi məntəqəsindən keçməli olur.
131
Pompeyin yolunda birinci Kaspi haqqında Dion Kassinin məluma-
tından fövqəladə uğurla bəhrələnən Y. A. Manandyan mətndəki ’Ασπί
adını yeni Xospi (Kaspi) toponimi ilə eyni saymıĢ, əvvəlki tədqiqatçılar-
dan fərqli olaraq, Dion Kassinin dediyi kimi, rum legionunun hər iki qıĢı
məhz Kür qırağı olan bu bölgədə qıĢladığını düzgün müəyyənləĢdirə bil-
miĢdir.
132
Yalnız Dionun mətnində adın yanlıĢ yazıldığını güman edən
alim
onun Kaspi
Ģəklində
yazılmalı olduğunu qeyd etmiĢdir ki, buna lü-
zum yox
idi, çünki qədim yunan yazısında apostroflu həmin ad elə Haspi~
Xaspi Ģəklində oxunur. Həm də nəzərə alınmalıdır ki, protoazər dialektlə-
rində
azər / xəzər
deyimi fərqləndiyi kimi, kaspi etnoniminin də aspi
/
haspi
/
xaspi variantları vardır.
Beləliklə, Pompey ArtaĢatdan çıxıb, qədim türk hidronimi kimi o
çağın xəritələrinə düĢən Kasax çayının qırağındakı qədim as boyunun
130
Azər xalqı, 17.
131
Kaspi boyndan bəzi uruqların Avropaya gedib çıxmasını da görmək olur. Ölkəsin-
dən sürgün edilən Ovidiy yazdığı əsərində yerlilərdən eĢitdiyi bir rəvayəti təkrar edərək
deyir ki, keçmiĢdə Dunay çayının deltasında kaspi boyundan olan Egis möhkəm bir qala
tikdirmiĢ və ona öz adını vermiĢdir (Подосинов, 1985, 122).
132
«Ġndiyə qədər tarixi-coğrafi tədqiqatlarda izah edilməyən bu formanın Pevtinqer
xəritəsində Caspiae ilə müqayisəsi Pompeyin legionla 66/65 və 65/64-cü illərin qıĢını
Qoqaren vilayətinin Kürqırağı bölgəsində qıĢladığını kifayət qədər aydın təyin edir»
(Манандян, 1939, 74).
57
saldığı AĢtarak yurduna gəlir və buradan, əvvəllər deyildiyi kimi, çayın
solu ilə yox, Ələyəz dağının ətəyindəki ovalıqla, yəni sağ sahil boyunca
quzeyə - Qanlıcaya doğru irəliləyir. Qanlıcadan sonra Arpaçay boyunca
yuxarı qalxıb
Göyər
(Gögər)
mahalının Kaspi bölgəsinə girir.
QıĢı burada
keçirir, albanlarla ilk dekabr savaĢı da burada olur.
133
Pompeyin yazbaĢı kompaniyası, iberlərlə savaĢı və Potiyə qədər
getməsi mövzumuz
üçün
elə
bir əhəmiyət daĢımır
,
sadəcə, bu yola qısa
bir
diqqət yetirmək kifayətdir.
Onun Borçalı
-
Poti marĢrutu
Göyər
ma-
halının Axısqa bölgəsindən baĢlanır. Kürün sol yaxasına keçən
Pompey
Asqura - Barjom yolu ilə çayboyu
irəli
gedir,
sonra Kürün sağ sahilinə
keçib, Strabonun Araq formasında verdiyi Araqvi çayının Kürə qovuĢ-
duğu bölgədə rum xəritəsinin göstərdiyi Qarmozika bölgəsində Ġber çarı
Artokun ordusunu məğlub edib, Potiyə doğru geri qayıdır. Kürün Lexura
çayını qəbul etdiyi və hər iki yaxası Kaspi adlanan bölgədə indiki Kaspi
Ģəhərindən və Surami aĢırımından keçib,
Rion çayı boyunca Qara-dənizə
enir. Rum
savaĢ
donanması
ilə onu Poti
limanında
gözləyən
Serviliyanı
Bospora göndərib, özü legionu ilə
Azərbaycana qayıdır. Dion
Kassinin
verdiyi
məlumata
görə
o,
Kürboyu
qısa yolla deyil,
Ərmən tərəfdən dolayı
yolla Alban ölkəsinə keçir.
Pompey Potidən Ərmənə daha qısa Ġmeret yolu ilə geri dönür, xəri-
tədə Ad fontem felikem dayanacağı kimi verilən məntəqəni və Zekar aĢırı-
mını keçir. Yolda vuruĢduğu yerli boylar legionun üç koqortunu məhv
edir.
134
Ad Metcurium məntəqəsində Kür çayını keçib, legionun qıĢladığı
Kaspi bölgəsindən Qanlıcaya gəlir.
Buradan Alban ölkəsinə ən qısa yol Qanlıca
-
Dilican
-
Qazax yolu-
dur ki, bu da Hamamlı, Qarakilisə dərəsi, Dilican dərəsi və Aqstafaçay
yaxası ilə keçir. Bu yolla gəlib Qazax bölgəsinə çatan Pompeyin sonrakı
marĢrutu
elmi
ədəbiyatda
yanlıĢ Ģərh olunmuĢdur. K.V. Trever kimi, vaxtilə
akad. Y. A. Manandyan da yazırdı ki, rum qoĢunu Aqstafa yaxınlığında
Kürü keçib Qarayazı bozqırına girmiĢ, oradan Ġori, sonra Alazan çaylarını
133
Qanlıcadan Kaspiyə getmək üçün Pompey dolayı yolla Paqasa deyil,
birbaĢa
Abul
da-
ğının
ətəyinə, oradan azacıq batıya, Axalkalak tərəfə dönüb Kaspi bölgəsinə girə bilərdi.
Bunun
üçün
Qanlıca, Oxçoğlu, Güllübulaq, Qaraçanta, Amasiya, DaĢkörpü yolu ilə gedib,
Arpa-göldən doğuda
qalan
Düzkənd,
Təpəköy,
Balıqlı,
Öysüz kəndlərinin yerləĢdiyi
bölgəni keçməli idi.
134
Ġmeret yolu üstündə verilən Ermi yeradı çox maraqlıdır, çünki subar türklərinin bir
soyu olan ermi boyu daha qədim qaynaqlarda Dəclənin yuxarı axarında göstərilir. Ġme-
ret yolunda yerli boylarla Pompeyin savaĢını Strabon təsvir etmiĢdir (XII.3.18).
58
keçib ġəki-Zakatala arasındakı bölgədə albanlarla savaĢmıĢ, onları əzən-
dən sonra buradan geri, Armeniyaya qayıtmıĢdır.
135
Əlbəttə,
alimin güya
Dion, Plutarx və Strabonun «dolayı» məlumatları əsasında çıxardığı nəti-
cəyə görə verdiyi Ģərh tarixi gerçəkliyi əks etdirmir.
136
Əvvəla, Kürdən sonra Pompeyin keçdiyi çayların adını yalnız Dion
Kassi (Kambiz, Abas) və Plutarx (Abant) qeyd etmiĢlər. Kambis hidroni-
mi hələ Mommzen və Reynak tərəfindən yanlıĢ olaraq, Alazan (Qanıx)
çayı
ilə
eyniləĢdirilmiĢ,
Y.
A.
Manandyan
da bunu təkrar
etmiĢdir.
Halbuki,
Strabon Qanıx çayını indi iĢləndiyi ̉Αλαζόνιος(Alazan) adıyla verdiyi
üçün bu ad iki əsr ondan sonra yaĢayan Dion Kassi və Plutarxa da yaxĢı
məlum idi, ona görə də, Qabırrı-Qanıx (Ġori-Alazan) çaylarını Kambis,
Abas/Abant adları ilə qarıĢıq sala bilməzdilər.
T.
Chapot isə döyüĢ yerini Samur çayı yanında verir ki, bununla
da
razılaĢmaq olmaz, çünki Pompey orada vuruĢmaq üçün ya Qafqaz dağla-
rını aĢmalı, ya ġamaxı-Xızı, ya da Xəzərboyu yolla getməli idi.
137
Halbuki,
mənbələr qeyd edir ki, Pompey dağdakı düĢərgəsində oturan Alban çarı
Uruzla deyil, onun qardaĢı Kosislə dağətəyi bölgədə vuruĢur. Xəzərin üç
günlük məsafəsində
ilan-çayanlı bölgə
Samur qırağı ola bilməz.
Pompeyin
Mitridatı təqib etmək əvəzinə,
Potidən geri dönüb
Alban ölkəsinə yürüĢ
etməsini Plutarx belə verir:
«
Bosporda, Meotid yaxalarında yaĢayan boyların ərazisində gizlən-
məsi Mitridatı
təqib
etməyə böyük çətinlik yaratmıĢdı.
Bundan əlavə,
Pom-
pey albanların yeni dirəniĢi haqda məlumat almıĢdı. ƏsəbləĢmiĢ Pompey
qəzəblə onlara doğru geri döndü; öncə Kürü, qoĢunu təhlükə qarĢısında
qoyaraq, çətinliklə keçdi, çünki barbarlar çay keçidinə uzun payalar sancıb,
maneə qurmuĢdular. Onu qarĢıda susuz yerlərdən keçən yorucu yol gözlə-
diyindən əmr etdi ki, on min tuluq su ehtiyatı götürülsün
».
138
135
Манандян, 1939, 78-80; Тревер, 1959, 93-98.
136
Sonrakı tədqiqatçıları Kaxetiyanın keçmiĢ Kambiçe adı çaĢdırmıĢdır, onlar Kambis
çayının bu bölgədə olacağını düĢünmüĢlər. Lakin yuxarıda Kaspi adında gördüyümüz
kimi, eyni etnotoponimin müxtəlif bölgədə olması təbiidir. Plini və Ptolemeyin Albanus,
̉Αλβάνα Ģəklində verdiyi hidronim Sumqayıt-çay ola bilər, bu halda Pompeyin döyüĢ yeri
kimi
Dion
Kassi
və
Plutarxın göstərdiyi ̉΄Αβας , ̉΄Αβαντος hidronimi buna uyğun gəlir.
137
Chapot, 367.
138
Плутарх, II, 1963, 359 (Помпей, XXXV).
59
Bundan
sonra,
Plutarx
düĢmənə qarĢı gedən Pompeyin onları Abant
çayı kənarında çarın qardaĢı Kosisin baĢçılığı ilə döyüĢə hazır durumda
gördüyünü, alban qoĢununda 66 min piyada, 12 min süvari və onların
sırasında amazonkaların olduğunu yazır. Əlbəyaxa döyüĢdə Pompeyin
Kosisi öldürdüyünü qeyd etsə də, albanların yenilməsini açıqlamır. Hal-
buki antik müəlliflər belə hallarda kiçik qələbəni də ĢiĢirtmə ilə verirlər.
DöyüĢdə qadınların iĢtirakı və qoĢunun pis silahlanması da göstərir ki,
Pompey
Alban çarı və onun əsas qoĢunu ilə deyil, qarĢısına çıxan Kosislə
savaĢmıĢdır. Sonra Plutarx davam edərək yazır:
«
Pompeyin bu döyüĢdən sonra Kaspi dənizinə qədər getmək niyəti
vardı, lakin dənizdən üç günlük məsafədə olmasına baxmayaraq, zəhərli
ilan-çayanın çoxluğundan geri qayıtmağa məcbur qaldı
».
139
Göründüyü kimi, Plutarx döyüĢ yerini Xəzərə «üç günlük» məsafə-
də Abant çayı kənarında vermiĢdir. Kürü keçəndən sonra Xəzərə üç gün-
lük yolda hansı çayın axdığını müəyyən etmək üçün müasir xəritələrə bax-
saq, bunun Pir-Saqat və ya Sumqayıt çayı olduğunu görmək olar.
140
Saqa-
qamər boylarının məskunlaĢdığı bölgədə Pir-Saqat/Kambis hidroniminin
paralel iĢlənməsi mümkündür. Böyük Plini Kür ilə Albana çayı arasında
Xəzərə tökülən Kambis çayını göstərir ki, bu da coğrafi koordinatlara görə
Pir-Saqatdır.
Deməli,
rumların
Azərbaycana
yürüĢünün
yönü
Y.A.Manandyanın
yazdığı kimi deyildir; Pompey
Aqstafa
yaxınlığında Kürü, sonra Qabırrı,
Qanıx
çaylarını keçib,
ġəki-Zaqatala arasındakı bölgədə döyüĢməmiĢdir.
Pompeyin uzun və üzücü yol üçün götürdüyü su ehtiyatı, keçdiyi çayların
adı,
Xəzərə üç günlük məsafədə
vuruĢması aydın göstərir ki,
rum
legionu
Qazax bölgəsindən ġirvan düzünə, burada indiki ġirvan kanalı boyunca
irəliləyib, Kürdəmir-Ağsu arası ilə indiki Qobustan rayonuna daxil olur
və Mərəzə-ġamaxı
bölgəsində
Pir-Saqat
( Kambis)
Dostları ilə paylaş: |