«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix23.06.2017
ölçüsü6,86 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

    
 
 
Yollar  

 
42 
keçən  ticarət  yolu  olsa  da,  onun  hansı  ölkələrdən  keçməsi
 
və  bu  yola 
nəzarət strateji
 
önəm
 
daĢımıĢdır. Azərbaycan Doğu və Batı mədəniyətlərə
 
qapısını bu
 
yol ilə açmıĢdır. 
Doğrudur,
 
Azərbaycanda  olan  səyyah,  elçi  və  ya  fatehlərin  bu  ölkə 
haqqında qeyd və  yazılarının bəzisi orijinalda qalmamıĢdır, lakin ortada 
olanların  da  yarımçıq  nəĢri  ürəkəçan  deyil.  Belə  ki,  503-də  Qafqazda 
olan suriyalı iki
 
xristianın (ReyĢaynalı
 
Ġohan
 
və Tomas Bürsey) yazdığı 
bəlgələrdən tutmuĢ, XIX əsrin ortalarına qədər Azərbaycana  gələn  bəzi 
səyyahların  xatirə  yazılarıının  toplusu  «Səyyahlar  Azərbaycan  haqqında» 
kitabında  verilmiĢdir.
91
 
Təəssüf ki,
 
bu  kitab  həmin  sahədə  görülən  gərəkli 
iĢin baĢlanğıcı
 
olmaqla, həm də sonu oldu. Sonrakı kitablarda isə orijinal 
mətnlər deyil, yazarların Ģərhi verilmiĢdir, halbuki ilkin qaynaqların nəĢri 
daha əhəmiyətlidir. Azərbaycanı qonĢu ölkələrlə bağlayan yollar və ölkə-
daxili  yollar  haqqında
 
qaynaqlar
 
geniĢ
 
bigi
 
verir.  Azərbaycanın
 
bir  neçə
 
daxili yolu yuxarıda «Oykumen» bölməsində verdiyimiz Ġbn Havqəlin X 
əsr xəritəsində aydın
 
görünür.
 
Daxili quru
 
yollarla yanaĢı,
 
ölkənin bəlli su 
yolları da vardı. Özəlliklə,
 
Xəzərdən
 
baĢlayıb
 
Kür
 
çayı boyunca üzüyuxarı 
qalxan  və  qısa  bir  quru  yolunu  qət  etdikdən  sonra  Rion  çayı  vasitəsilə 
Qaradənizə enən Xəzər-Qaradəniz yolu iĢlək olmuĢdur.
92
 
 
Güney
 
Azərbaycanın
 
qədim
 
yolları
 
haqqında
 
deyilmiĢ
 
fikirləri ümu-
miləĢdirən A. Fazili yazır: «Belə bir nəticəyə gəlmək olar ki, Midiya və 
Atropatena  Yunanıstan  və  Romadan  Baktriya,  Hindistan  və  Çinə  gedən 
əsas karvan yolu üzərində yerləĢmiĢdi.
 
Bu yolun əsas düyün nöqtəsi Ekba-
tan Ģəhəri olmaqla,
 
ticarət yolları buradan Zaqros vasitəsilə Selevkiyə,
 
At-
ropatena vasitəsi ilə Zaqafqaziyaya, habelə
 
Qara dənizə doğru uzanırdı».
93
 
Azər türkləri yolun məkan, zaman və məsafə özəlliklərini bildirən 
ifadələrə
 
konkret
 

 
abstrakt  məfhum  anlamı  yükləmiĢlər.
94
 
Yolçu  aşırım
cığır,
 
gədik,
 
yol-yolağa
 
məkanını
 
vaxt
 
bildirən
 
bir
 
an, bir
 
göz
 
qırpımı, gecə-
gündüz, gün,
 
ay,
 
il kimi zaman içində məsafə bildirən qarış, addım, ağac 
ölçülərilə keçirTəxminən 7 
km
  bildirən  ağac  ölçüsü  əvvəllər  geniĢ  ya-
yılmıĢdı, hətta ġamaxıdan Xızıya gedən yolun 6-cı ağacı burada Altıağac 
toponiminin yaranmasına səbəb olmuĢdur. Ağac ölçüsü, görünür, yolboyu 
                                                 
91
  ПОА, 1961. 
92
  Ямпольский, 1956, 161-180. 
93
  Фазили, 1992, 97. 
94
  Qeyri-müəyyən  az-uz  (az-çox)  deyimini  nağıllarda
 
geniĢ  iĢlənən  bu
 
Ģablon  ifadə 
saxlamıĢdır: «Az getdi, uz getdi, dərə-təpə düz getdi».  

 
43 
müəyyən  yerlərdə  əkilən  ağaclar  vasitəsilə  hesablanırmıĢ.  KeçmiĢdə  bu 
məqsədlə  bəlgə  daĢlardan  da  istifadə  olunmuĢdur.  Sınır  xəttini  ayırmaq 
üçün də bəlgə daĢları qoyurdular

daĢın üzərində yazı
 

 
ya
 
damğa olurdu. 
Oğuz
 
xan
 
haqqındakı
 
əfsanələr
 
zaman-zaman  türk  boyları
 
içindən 
çıxan fatehlərin təpərlə gerçəkləĢdirdiyi olaylara, onların keçdiyi yollara 
köklənmiĢdir.
 
Əsasən,
 
saqa-qamər
 
yürüĢləri
 
əsasında
 
yaranan
 
«Oğuznamə»
 
motivləri
 
sonralar
 
hun,
 
göytürk,
 
hətta oğuz-səlcuq
 
boyları
 
ilə
 
bağlı olaylarla 
zənginləĢmiĢ və
 
alplıq dastanları Ģəklində türk toplumu içində geniĢ yayıl-
mıĢdır. Oğuznamələrlə tərbiyə alıb ərsəyə gələn türk böyükləri buradakı 
gələnək və törələrə hörmət etmiĢ, özəlliklə Oğuz
 
xanın
 
qüdrətindən
 
ilham 
almıĢlar. Əmir Teymurun Türküstan ellərindən baĢlayıb, Quzey və Gü-
ney
 
Qafqaz

Anadolu
 

 
Azərbaycandan
 
keçdiyi
 
yollar
 
öncə
 
Oğuz
 
xanın 
«Kürreyi-ərzi fəth etmək üçün» yola çıxıb keçdiyi marĢrutu təkrar edir. 
Azərbaycanda olmuĢ səyyah və elçilərin bu ölkə haqqında verdiyi 
bilgilərin əhəmiyəti böyükdür.
95
 
Hətta düĢmən orduları ilə gələn mirzələ-
rin
 
yazısında
 
da  maraqlı  bəlgələr  vardır.  Fatehlərin  yürüĢü  ilə  bağlı  ma-
raqlı məqamlar
 
həm də
 
xalqın yaddaĢında uzun müddət yaĢayır.
 
Makedo-
niyalı
 
Ġskəndərin
 
Hindistana
 
yürüĢ
 
yolu
 
Güney
 
Azərbaycandan
 
keçmiĢdir. 
Onun
 
Quzey
 
Azərbaycana
 
gəlməsinə
 
aid
 
tarixi sənəd olmasa da,
 
Dərbənd 
qalasını onun tikməsi fikri xalqın içində geniĢ yayılmıĢdı.
96
 
 
Ġslamaqədər  Azərbaycana  ardı-arası
 
kəsilmədən
 
hücumlar
 
olmuĢ-
dur.  Burada
 
onlardan  geniĢ
 
danıĢmaq
 
imkanı
 
yoxdur,
 
yalnız
 
örnək
 
üçün
 
müxtəlif çağlarda
 
Azərbaycana olan iki tarixi yürüĢ üzərində duraq.
 
Bun-
lardan biri m.ö.VII əsrdə Asur çarı II Sarqonun Güney Azərbaycana, di-
gəri isə m.ö. I əsrdə Pompeyin Quzey Azərbaycana yürüĢüdür.  
Güney Azərbaycana II Sarqonun yürüşü. Asur çarı II Sarqonun 
m.ö.  714-də
 
Güney
 
Azərbaycanın
 
mərkəzi
 
bölgələrinə
 
yürüĢünü asur  ya-
zısı  çox  geniĢ  vermiĢ,  bu  yürüĢ  haqqında  çoxlu  Ģərhlər  yazılmıĢdır.
97
 
YürüĢün  görünən  tərəfi  urartuların  zəbt  etdiyi  Mana  torpaqlarını  azad 
                                                 
95
  Полиевктов, 1935. 
96
 Nizami Gəncəvi də bu fikri əsas götürmüĢdür. Azərbaycana XIII əsrdə gələn səyyah-
lardan  Rubruk,  Marko  Polo,  sonrakı  əsrlərdə  burada  olmuĢ  Adam  Oleari,  Ambrozo 
Kontarini  və  baĢqaları  həmin  fikri  təkrar
 
etmiĢlər.  Marko
 
Polo
 
yazır
 
ki,
 
«Dəmir
 
qapı»
 
qalasını Ġskəndər
 
tikmiĢ, bura kuman və baĢqa boyları yerləĢdirmiĢdir (ПОА, 33; 24-25, 
92, 266). 
97
  АВИИУ,  №49;  ТУ;  Дьяконов,  1956;  Пиотровский,  1959;  Арутюнян,  1970;  Zeh-
tabi (۱۳۷۷ ﻰﺑ ﺎﺗﻫﺯ ) və baĢqaları. 

 
44 
etmək  idi,  lakin  əsas  məqsəd  Mananı  Asur  dövlətindən  asılı  duruma  sal-
maq,  Urartu  dövlətini  isə  çökürtmək  idi.  Demək  olar  ki,  asurların  Azər-
baycana  yürüĢü  hər  iki  məqsədi  gerçəkləĢdirdi,  Mana  yarımasılı  vəzi-
yətə  düĢdü,  Urartu  dövlətinin  əzəməti  bu  yürüĢlə  dağılıb,
 
süqutunun  ilk 
mərhələsi  baĢlandı.  Üstəlik,  asurlar  Mana  və  ətraf  bölgələrdən  aldığı 
böyük  bac-xəracla  və  urartulardan
 
yağmaladığı
 
zəngin
 
qənimətlə
 
vətənə 
döndülər. Azərbaycana isə asurların məhv etdiyi meyvə bağları, üzümlük-
lər, dağılmıĢ su kəmərləri, yanan taxıl zəmiləri, xarabaya çevrilən qala və 
kəndlər qaldı. Sarqonun yolboyu törətdiyi fəsadı təsvir
 
edən
 
asur
 
yazısı
 
Azərbaycanın
 
coğrafi
 
durumu,
 
demoqrafiyası,
 
dövlət quruluĢu, qala tikin-
tiləri,  həm  də  qoyunçuluq,  atçılıq,  bağçılıq,  taxılçılıq  təsərrüfatları  haq-
qında əvəzsiz bilgilər verir. Lakin bizi Azərbaycanın etnik demoqrafiyası 
baxımından Sarqonun bu yolda hansı dağ, çay və bölgədən keçməsi, yol-
boyu hansı boylarla
 
qarĢılaĢması
 
maraqlandırır,
 
ona
 
görə
 

 
yürüĢün tarixi-
siyasi önəminə, Urartu-Mana,
 
Asur-Mana
 
iliĢkilərinə,
 
Asur-Urartu
 
savaĢı-
nın
 
detallarına
 

 
baĢqa məqamlara burada toxunmayacağıq. 
YürüĢün
 
əsas
 
marĢrutu
 
belədir:  Müasir
 
Nimrud
 
(Kalxu)
 
Ģəhərindən
 
yürüĢə baĢlayan Sarqon
 
Böyük və Kiçik Zab çaylarını keçib SərdəĢtə enir, 
Qaradağdan guney-doğu yöndəki BeĢbarmaq dağına tərəf irəliləyir, bura-
dan Qaracadağ-Səhənd istiqamətində yuxarı qalxır,
 
Təbrizdən keçib
 
Urmu 
gölünün quzeyindən Van gölünə tərəf dönüb, Asur ölkəsinə qayıdır.  
 Sarqon
 
Böyük
-
Zab
 
çayını
 
keçəndən
 
sonra
 
Ərbilə deyil, yuxarı yöndə 
hərəkət edir.
98
 
Ġki
 
gündən
 
sonra
 
Kiçik
 
Zabı
 
keçib,  lulu  boylarının  Zamua 
bölgəsində
 
Qollar
 
(Kullar) aĢırımına çatır. Uzmanlar bunun müasir SərdəĢ-
tin
 
güney-batı tərəfindəki Kollar-dağ olduğunu yazırlar.
99
 
Qollar-dağı aĢan 
Sarqon Sumbu bölgəsində ordunun durumunu öyrənmək üçün baxıĢ keçi-
rir.
 
Sonra  qalın  meĢəli,  çətin  keçilən  kol-koslu
 
Nikippa
 

 
Upa
 
dağlarını 
və onların arasından axan Buya çayını bir neçə dəfə keçməli olur.
100
 
Bun-
                                                 
98
 N. V. Arutyunyan onun Umarxan-Ərbil-ġaklava-Rəvandüz-Zirə-SərdəĢt yolu ilə get-
diyini  yazır  (Арутюнян,  1970,  310).  Lakin  asur  yazısı  Sarqonu  Ərbilə  girdiyini  qeyd 
etmir.  Əgər  Sarqon  Ərbil-Kərkük  yolu  ilə  çayı  Altın-körpüdən  keçsəydi,  onda  hər  iki 
Ģəhərin adı mətndə olardı.
 
Görünür, Sarqon
 
Zamua
 
bölgəsinə
 
Kərkük-Azər
 
yolu ilə yox, 
Böyük  Zabın  daha  yuxarı  axarından  keçdiyi  yerdən  getmiĢdir.  Kərkük-Azər  yolu  haq-
qında bax: «Azər xalqı», 2000, 15.  
99
 ТУ, 117;  Ġ. M. Dyakonov isə xəritədə Kollar-dağı yuxarıda verir, onun Böyük Zabın 
yuxarı axarı boyunca sağda sıralanan dağlar olduğunu güman edir (Дьяконов, 1956, 224). 
100
 Burada adı keçən Upa dağı bugün Xızıda dağ kəndi olan Upa ilə eyni adı daĢıyırsa, 
Buya çayadı da doğu türk ellərində təkrar olunur. 

 
45 
dan sonra daha 7 çətin dağı aĢan və bu dağlardan
 
axan Rappu və Arattu 
çaylarını keçən Sarqon manalıların SurikaĢ bölgəsinə girir.
101
 
Xatırladaq 
ki,
 
sumer
 
qaynaqlarında Sumerdən gələn elçi
 

 
yeddi dağı
 
aĢıb
 
Aratta 
ölkəsinə çatırdı. Buradakı Arattu məhz Aratta ölkəsində axan çaydır.  
Karallu və Allabria bölgələri ilə qonĢu olan SurikaĢda Sarqon onu 
qarĢılamağa dövlət adamları ilə böyük heyətlə  gələn Mana çarı Ullusunu 
qəbul edir. Qaralı adlı türk boylarının və Karalı, Qaralu toponimlərinin 
türkcə olduğunu xatırlasaq, onda Karallu bölgəadının mənasını müəyyən 
etmək  çətin  olmaz.  Karallu  SurikaĢın  quzeyində  yerləĢir,  çünki  Sarqon 
Allabrianın Laruete bölgəsindəki LataĢe qalasında allabrialıların ona bac-
xərac kimi verdiyi atları, iri və xırdabuynuzlu heyvanları alıb, güney-doğu 
yöndə
 
olan
 
ParsuaĢ
 
bölgəsinə
 
gedir. 
Əlbəttə,
 
bu, Ġranın güneyində
 
olan
 
Pars (Fars) bölgəsi yox,
 
BeĢbar-
maq dağına yaxın Diala çayının yuxarı axarlarında olan Bars bölgəsi idi, 
çünki urartu qaynaqları da buranı Barşua adlandırır.
102
 Bu bölgələrin
 
hər
 
ikisi
 
bars
 
adlı
 
qədim
 
türk
 
boyunun
 
adını
 
daĢıyır. AĢağıdakı
 
Bars
 
eli
 
öncə 
elam, sonra bura gələn irandilli ari boylarının  yurduna çevrilmiĢ, burada 
yerləĢən
 
irandilli
 
boylar
 
pars
 
(pers/fars)  adı  ilə  tanınmıĢlar,
 
yuxarıdakı 
Bars  eli  isə  sonralar  azər/xəzər  boyları  ilə  birlikdə  Dağıstanın
 
quzeyinə
 
keçən
 
barsil
 
boylarının
 
yurdu idi. Bars boyları bir neçə bölgəyə yayılmıĢdı. 
Böyük türkoloq Mahmud KaĢğarinin atası da Barsqan adlı türk elindən 
KaĢğara  köçmüĢdü.  Gürcü  Ģairi  ġota  Rustavelinin  yazdığı  «Bars  dərili 
bahadır» poemasında olduğu kimi, o dönəmdə bəzi türk boylarının adı da 
geyimlərinə  görə  verilirdi və  bu
 
gələnək
 
qarapapaq,
 
göydolaq,  qaradonlu, 
ĢiĢpapaq və sair türk etnonimlərində davam etmiĢdir. 
Asur ordusunun yaxınlaĢdığını bilən ətraf bölgələrin əhalisi qorxu-
dan var-yoxunu  yığıb baĢçıları ilə Sarqona göndərirdilər ki, asur əsgərləri 
yurdlarına girməsin. Sarqon
 
Bars
 
bölgəsində ətrafdakı Namru, Sanqibut, 
Bit-Abdadani bölgələrinin, Mada
 
ölkəsinin
 
yaĢayıĢ
 
məskənlərindən
 
gətiri-
lən hədiyələri qəbul
 
edir. Asur  yazısı hədiyə, bac-xərac gətirən Ģəxslərin 
                                                 
101
 Burada adı çəkilən Simirria, Sinaxulzi, Biruatti, Turtani, Sinabir, AxĢuru, Suya dağ-
larının,  Rappu  və  Arattu  çaylarının  adı  asur  yazısında  təhrif  olunsa  da,  onların  hansı 
müasir  dağa  və  çaya  aid  olduğunu  müəyyən  edəndən  sonra  etimiolji  yozumu  vermək 
olar. Əlimdə Güney-Azərbaycanın böyük ölçülü xəritəsi olmadığından yozum vermək-
dən çəkindim.  
102
 УКН, 422; ТУ, 55; Диаконофф-Касщкаи, 62-63.    

 
46 
və yerlərin uzun siyahısını verir.
103
 
Burada adı keçən Sanqibut, Sibur
,
 
Bit-
Saqbat,  Saparda,  Karzinu,  Xarzianu  etnotoponimləri  zəngi  (sanqi),  saqa
 
(saq)
,
 sabar, subar (sibur) və xoruz (karzi/xarzi) boyadlarını aydın əks et-
dirir.
104
 
Buradakı Ģəxs adları sırasında da bəziləri türk onomastikası baxı-
mından  diqqəti  çəkir.
105
  Belə
 
ki,
 
hədiyə
 
gətirənlərin
 
əksəriyəti
 
ölkə/bölgə 
baĢçısı,
 
qalabəyi
 

 
«rəis»
 
idi.
 
Ona  görə
 
də,
 
siyahıya yazılan adların
 
bəzisi 
ad yox, titul olduğundan,
 
onların sırasında Payuk
 

 
Pauk Ģəklində  yazı-
lan  baĢçıların  adları
 
«böyük»  sözünü
 
əks  etdirir;
 
Andirpatian,  Aratpat, 
Kinqaraq  rəislərinin  MaĢdayauku,  MaĢdaku  Ģəklində  verilən  adları  «baş 
toyqu» (baĢ vəkil) anlamını daĢıyır.
106
 
Sarqon Bars bölgəsindən çıxıb üzü yuxarı hərəkət edir və Missi böl-
gəsinə
 
gəlir.
 
Ullusun özünün
 
Sirdak qalasında yenə Sarqonu qarĢılayır və 
Mana  böyükləri  ilə
 
birgə ona dua edib yalvarırlar
 
ki,
 
asurlar  urartu  çarı 
                                                 
103
 АВИИУ, №49; Дьяконов 1956, 214; Арутюнян 1970, 295: 
Uksatar, Satareşu, 
Durisi 
(Çaylar bölgəsi)  
Talta (Ellipi) 
Uzi (Mali)  
Kitakki (Urianqu) 
Dari (Saparda) 
Uakirtu (Nappi) 
Uzitar (Kantau) 
Şarruti (Karzinu) 
Akkussu (Usi…) 
Karakku (Urika) 
Birtatu (Sibur) 
Anzi (Xalxubara) 
Maşdayaukku (Kinqaraku) 
Payukku (Kilambate) 
Satarpanu (Barikanu) 
Uzumandı (Bit-ĠĢtar) 
Maşdakku (Andirpatianu) 
Maşdakku (Aratpati) 
Xumbe (Bit-ZualzaĢ) 
Baqparna (Zakrute) 
Uşra (Kanzabakani) 
Zardukku (Xarzianu) 
Makirtu (Bit-Saqbat) 
Paukku (Bit-Kapsi) 
104
 Digər Ellipi, Kanzabakan, Barikan, Urianqu, Urika Kantau, Kinqarak, Kilambat, Kapsi 
kimi toponimlərin də türkcə izahı vardır. Belə ki, elli-pi, kanca-bakan, börü-kan, ur-uk, 
uri-anq, kan-ta, kin-qaraq, kilam-but, kap-si hissələrinə ayrılan bu adlara etimoloji yozum 
vermək çətin deyil. Məsələn,
 
ellipi «eli-dövləti
 
olanlar»
 
və s.  
    Siyahını yazan asurlu,
 
görünür,
 
tanıĢ
 
olmadığı yerli dildə
 
dalbadal sadalanan Ģəxs,
 
titul 
və yer adını dəqiq verməkdə çətinlik çəkmiĢdir. Belə ki, «Karak uruğu» (Karak uruklu) və 
«Kin-karak uruğunun Baştoyqusu» (MaĢdayauku - Kinkarak) sıralanması bu dolaĢıqlığı 
aydın göstərir. N.V.
 
Arutyunyan bu adların bəzisini Ġ. M.
 
Dyakonovun yox, Töro-Danji-
nin tərcüməsinə
 
uyğun verir. Belə ki,
 
Uzumanda Bit-ĠĢtardan yox,
 
Kisilaxadan, Bit-ĠĢtar-
dan isə Burburazu gəlir, Andirpatiandan gələnin adı MaĢdayaukku kimi verilir, Baqparna 
adı Baqbararna,
 
UĢra isəUĢraya kimi oxunur (Арутюнян 1970, 295). 
105
Añ-çı (Anzi), üzü manlı (Uzumandı), ağ qusu (Akkusu) kimi hissələrə ayrılan bu adlar 
da türkcə
 
izah oluna bilir. Bugün bizə
 
qəribə görünən «ovçu» və ya «heyvandar» anlamlı 
Añçı və sair bu kimi adlar o dövr üçün xarakterik olmuĢdur. 
106 
Mada ölkəsindən yuxarıda mada boyları yaĢayan bir bölgənin də adı Mada idi və onun 
baĢçısı II Sarqonun vaxtında Deyok adlanırdı. 
107 
Mütəxəssislər
 
mətndəki
 
kakmilər ifadəsini izah edə bilmir,
 
halbuki kakme
 
söyüĢü
 
bu-
gün də türklər içində kakbe//kahbe («qəhbə») Ģəklində iĢlənir.       

 
47 
Ursanı (Rusa) məğlub edib, Mana torpağını tapdayan «kakmiləri» qovsun, 
qaçqın manalılar öz yerlərinə qayıtsınlar.
107
 
 
Sarqon  Sirdak//Zirdiak  qalasında  Qızılbut  bölgəsinin  Appatar  və 
Kitpat yaĢayıĢ məskənlərinin baĢçıları Zizi və Zalayın gətirdiyi hədiyə-
ləri alır. Qaynaqda qeyd olunur ki, uzaq dağlardan baĢlayaraq Mana
 

 
madalılar
 
ölkəsinin
 
arasına
 
bir dil kimi uzanan Qızılbut ölkəsinin öz gü-
cünə güvənən adamları üzərində heç vaxt kənar qüvvələrin hökmranlığı 
olmamıĢdır, indiyə qədər heç kim onların məskənini görməmiĢ, onlardan 
vergi almamıĢdır.
108
 
Elbars dağlarının güney ətəklərində və Qızıl-üzən
 
ça-
yının yaxalarında yaĢayan qızıl boyları sonralar Ġrəvanın Vedi bölgəsində 
Ģadılı boylarının
 

 
Altay
 
(Kızıl) bölgəsində xakas boylarının içində görü-
nür.
109
 
Bars
 
bölgəsində
 
Sarqona
 
hədiyə
 
gətirən
 
Uzumanda  baĢqa  bir  oxu-
nuĢa görə Kisilaxadan gəlmiĢdi.
110
 
Kisil-axa toponimi Qızıl-üzən çayı-
nın qədim adı ola bilər. 
Sarqon
 
qızıl
 
boylarının iç bölgələrinin  yox, Mana sınırlarına  yaxın 
iki yaĢayıĢ məskənindən hədiyə alıb, Bit-Kapsi və Mada bölgəsi arası ilə 
üzüyuxarı 30 béru (

30
 
ağac 

 200 
km
) yol keçir,
 
Mana sınırında gözətçi 
qalası
 
kimi
 
Zikertu
 

 
Andi  ölkələrinin
 
qənĢərində
 
tikilmiĢ
 
PanziĢ
 
qalasına 
gəlir. Burada
 
qoĢun üçün
 
ərzaq tədarükü görüb

Zikertu
 
ölkəsinə üz
 
tutur 
ki, urartulara
 
yardım
 
edən bu ölkənin çarı Mitattini cəzalandırsın. ĠĢtara-
ura çayını keçib
 
Zikertunun
 
Aukane
 
bölgəsinə
 
daxil
 
olur

lakin
 
UaĢdirikku
 
dağına
 
qaçan Mitattini
 
tuta
 
bilmir,  onun baĢ  Ģəhəri  Pardanı  və  ĠĢtaippu, 
SaktatuĢ, Nanzu, Aukane, Kabani, Qurrusupa, Qimdakrikka, Barunakka, 
Ubabara,  Sitera,
 
TaĢtami,
 
Raksi,
 
Tesammia
 
adlı
 
qalaları,
 
hasarlı  kəndləri 
və ətrafdakı 84 yaĢayıĢ məskənini tutub dağıdır.
111
 
 
                                                 
 
 
108
 
АВИИУ, №49 (51). 
109
  Dvində  (Dəbildə)  şad  boyundan  çıxan  Əyyub  Misir  sultanı  olmuĢdur.Vedidə  bizim 
soy şadılı, boy isə qızılanlı kimi tanınırdı. Bu soydan Binnət Alı Sultanın nəvəsi və Fəti 
xanın oğlu məĢhur Bala Sultan və onun Nəzərəli xan, Xanlar xan, PaĢa xan adlı oğulları 
törəmiĢlər.  Ġrəvan  camaatının  milli  qəhrəmanı  məĢhur  Abbasqulu  bəy  ġadlinski  Ģadılı 
soyundan  olub,  Fəti  xanın  qardaĢı  Aslan  Sultanın  nəticəsi,  Kərbalı  Sultanın  nəvəsi  və 
Xanbaba bəyin oğludur (Ялякбярли 1996, 277-310).  
110
 Арутюнян, 1970, 295. 
111
 Göründüyü kimi, bu toponimlərin sırasında Parda (Bərdə) saqalardan ayrılmıĢ «pardı» 
boyunun, Sak-tatuş «oturaq saqa» boyunun, Aukan «avqan» boyunun və Kaban (Qafan) 
«qaban» boyunun adı ilə adlanmıĢ etnotoponimlərdir və bunların bəzisi (Bərdə, Qafan) 

 
48 
Buradan  geri  qayıdan  Sarqon  Mananın  UiĢdiĢ  bölgəsinə  qayıdır. 
UauĢ/UuĢi  (Səhənd)  dağının  ətəyində  yerləĢən  bu  Urmu  yaxası  bölgəni 
urartular
 
zəbt
 
etmiĢdi.Burada asur-urartu döyüĢü Sarqonun qələbəsilə
 
baĢa 
çatır, urartular quzeyə qaçır, asurlar onları
 
«yaĢmalı» Zimur
 
dağına
 
qədər
 
6
 
ağac (béru)
 
təqib
 
edirlər.
 
Marağa ilə
 
Azər Ģəhəri arası ərazini əhatə edən 
UiĢdiĢdən qalxıb, Zaranda bölgəsindəki aĢırımda
 
yerləĢən
 
UĢkaya (Uski) 
qalasına
 
gələn Sarqon kiparis (sərv) ağaclı Mallau dağından atçılığı və
  
ilxı-
ları ilə məĢhur olan və urartuların «Manalılır ölkəsi» dediyi Subi bölgə-
sinə
 
enib,  indiki  Ġlxıçı  kəndindən  quzeydə  yerləĢən
 
115
 
kəndi dağıdaraq
 
yandırır.
112
 Sanqibut
 
sınırında
 
UĢkaya
 
ilə
 
Tarmakis
 
(Təbriz)
 
arasında
 
Rusa-
nın
 
«ilxı  evi»  AniaĢtani
 

 
ətrafdakı
 
17
 
yaĢayıĢ
 
məskənini
 
dağıdıb,
 
taxıl
 
zəmilərini
 
yandırır və buradan Sanqibut ölkəsinin Bari bölgəsinə keçir. 
Asur  yazısı  dəli  (dalay)  boylarının  ölkəsində  möhkəm  tikili  Tarui 
və Tarmakis Ģəhərləri ilə bərabər 30 ətraf yaĢayıĢ
 
məskənlərinin
 

 
yerlə
 
yeksan
 
edildiyini
 
qeyd
 
edir.
 
Asur
 
ordusunun
 
yaxınlaĢdığını
 
görən
 
əhali
 
Ulxu
 
Ģəhərini
 
və Kişpal dağında Urartu çarı Sardurun ordugahı anlamında yerli 
zəngilərin  «Sardur-Orda» adlandırdığı Sardurixurda  gözətçi qalasını tərk
 
edib dağlara qaçır.
113
 
Urartu çarları buralarda
 
çoxlu kanallar çəkib suvar-
ma  Ģəbəkələri  qurmuĢdu,  burada  meyvə  və  gül-çiçək  bağları,
 
sürülər
 

 
ilxılar üçün gözəl örüĢlər vardı, bostançılıq və taxılçılıq inkiĢaf etmiĢdi. 
Asurlar bütün arx
 

 
kanalları dağıdıb,
 
təsərrüfatı viran edir,
 
Sardurixurda 
adlı qarnizon qalasını və ətrafdakı 57 yaĢayıĢ məskənini dağıdırlar.  
Asur
 
bəlgələrindən
 
bəlli olur ki,
 
Urmu
 
gölündən
 
xeyli
 
güneydə
 
zəngi 
boyları  yaĢadığı kimi, Urmunun quzeyi ilə Araz arasındakı torpaqlar da 
zəngi  (sanqi)  boylarının  yurdu  idi.  Onlardan  güneydə  Təbriz  bölgəsi  də 
                                                                                                                        
sonralar
 
Arazdan
 
yuxarı
 
bölgələrdə
 
təkrar olunur. Digər
 
toponimlərin
 
sonundakı
 
asur
 
di-
linə
 
aid
 
adlıq
 
hal
 
Ģəkilçisini
 
atanda
 
türkcə
 
onların
 
obaları
 
olan,
 
obalı
 
anlamında «oba
 
var» 
(Ubabar), sığıncaq, barınmaq yeri anlamında «barınaq» (Barunak), «daĢ damı» (TaĢtami), 
suyu qurumuĢ göl/su anlamında «quru sub» (Qurusup) deyimlərini əks etdirdiyi görünür 
və Zikertu ölkəsinin yerində indi də Quru-göl və bir neçə Quru-çay adları vardır.
 
Bugün 
azər türklərindəki Midhət adına oxĢayan ölkə baĢçısının Mitatti adı da diqqəti çəkir.  
112
 Sarqonun Zikertudan sonrakı marĢrutunu N. Adontz, Y.A.  Manandyan,  Y.B.Yusifov 
Urmu gölünün doğu və quzey yaxalarından deyil, güney və batı yaxalarından keçdiyini 
qeyd etmiĢlər, lakin vaxtilə Türo-Danjen və Lemann-Qaupt tərəfindən irəli sürülən batı 
və quzey yolunu sonrakı tədqiqatçıların çoxu qəbul etmiĢdir (Арутюнян, 1970, 299). 
113
 Yamacında Sardurixurda qalası tikilən, ətəyində Ulxu Ģəhəri salınan KiĢpal dağı indiki 
Ġridağ aĢırımından quzey-doğuda olan Kisbe dağı (ﻪﺒﺴﮐ ﻩﻮﮐ) ola bilər. Bu dağın yerləĢdi-
yi  Sanqibut  bölgəsi  zəngi  boylarının  yurdu  idi.  Təbriz-Əhər  arasında  indi  də  Zəngibar 
kəndi vardır. 

 
49 
dəli boylarının
 
məskəni
 
olmuĢdur. Sarqon yolboyu müxtəlif yerlərdə subi,
 
suvbi,  sumbi
 
Ģəklində
 
dialekt
 
fərqlərilə
 
deyilən
 

 
subar
 
adında
 
olduğu 
kimi,
 
«su
 
adamı»
 
anlamı
 
daĢıyan
 
boyların
 
Sumbu
 
(Suvbi)
 

 
Subi adlanan 
bölgələrini  keçir.  Göründüyü  kimi,  zəngi  boyları  kimi,  suvbi  boyları  da 
Mananın bir-birindən uzaq olan sınır bölgələrində yaĢayırdı. 
Asur  ordusuna  müqavimət  göstərə  bilməyən  urartu  qoĢunu  Qotur 
aĢırımından
 
Urartunun
 

 
bölgələrinə  çəkilir.  Onları  təqib  edən  Sarqon
 
Sanqibut
 
ölkəsində
 
Artsabia dağının  yamaclarında və ətəklərində 21 möh-
kəm tikilisi olan yaĢayıĢ məskənini dağıdır. Mətndə bunlardan bəzisinin 
adı pozulmuĢdur.
114
 Ancaq burada adı keçən Araz, Armun, Eli-yad və iki 
yuxarı və aşağı Kundur toponimləri türk onomastikası
 
baxımından
 
diqqəti 
çəkir. Asurlar Van gölünə tərəf gedərkən Armarili bölgəsində də üçüncü 
bir Kundur
 
(Xundur) adlı Ģəhəri keçməli olurlar. Bugün Təbrizdən güney
 
və quzey
 
tərəfdə Kündur və Kundurı yeradları vardır.  
Sarqon  urartu
 
boylarının
 
yaĢadığı
 
Van
 
gölünün  yaxalarına  keçmək 
üçün Sanqibutda
 
hazırlıq tədbirləri görür. Artsabia dağı ilə Ġrtia dağı (müa-
sir Ġridağ) arasındakı məsafənin 12 ağac olduğunu qeyd edən qaynaq asur 
qoĢununun bu dağ ətəyində düĢərgə saldığını vurğulayır. Sarqonun Ġri-
dağdan sonrakı marĢrutu indiki MaĢudağın quzeyindən keçən Mərənd-
Xoy-Susuzdağ yolu idi.
115
 
Bu  yolla  irəliləyən  Sarqon  urartuların  Armarili  bölgəsinə  girərək 
Ubianda  dağı  ətəklərində  yerləĢən  30  yaĢayıĢ  məskənini  və  7  möhkəm 
Ģəhər-qalanı dağıdır.
116
 
Buradan
 
Urartu çarlarının atayurdu Arbu
 
və Riyar 
kəndlərinə sürətlə hücum edib 7 ətraf kəndlə birlikdə onları  yerlə  yeksan 
edir.  Uizuku  dağının  aĢırımından  keçib,  Van  gölünün  güney  yaxasında 
Ayadu  bölgəsinə
 
girir,
 
Artsidu  və
 
Maxunnia
 
dağlarının hündür  yamacla-
rında olan ArqiĢtiuna və Kallania qalalarını, ətrafdakı 87 yaĢayıĢ
 
məskə-
nini
 

 
bağ-bağatı, göl boyu salınmıĢ 30 Ģəhər və kəndi
 
dağıdır.
117
 
 
Bu ye-
                                                 
114
  АВИИУ,  №49  (233):    Xurnuku,  Xardania,  Qizuarzu,  ġaĢzissa,  Yuxarı  Xundurna, 
AĢağı Xundurna,
 
Uadnaunza,
 
Arazu,
 
ġadiĢtsinia, El[……]nak, Tsittuarzu, Zirma,
 
Surzi, 
Eliyadinia, Daq [……], Tsurzialdiu, Armuna, KinaĢtania.  
115
 Bəzi müəlliflər Sarqonun Van gölünün güneyindən deyil, quzeyindən keçdiyini yazır. 
N.  V.  Harutyunyan
 
isə
 
doğru
 
olaraq,  Sarqonun  müasir  Xoy-Qotur-KazımpaĢa-Erçek-
Bitlis-Pərvəri-Amadia-Rəvandüz
 
yönündə
 
hərəkət
 
etdiyini yazır
 
(Арутюнян,
 
1970,
 
310). 
116
 АВИИУ, №49 (269): Bubuzi, Xundur, Ayale, TsiniĢpala,
 
Tsiniunak, Arna və ġarni. 
117
 АВИИУ, №49
 
(280): Anzalia,
 
Kuayani,
 
Kallania,
 
Bitay,
 
Aluarza,
 
Kiuna,
 
Alli,
 
Arzuqu, 
ġikkanu,
 
Ardiunak,
 
Dayazuna,
 
Qeta,
 
Baniu, Birxiluza,
 
Dezizu,
 
Dilizia,
 
Abaindi,
 
Duain, 

 
50 
radları sırasında Ayad, Bitay, Allı, Arzuq, Saru-ardı və Alburi adlarında 
türk dili modeli və semantikası aydın görünür. 
Burada  daha  bir  neçə  yaĢayıĢ  məskənini  tutandan  sonra  Kallania, 
Alluria,  Ġnnaya  çaylarını  keçən  Sarqon  urartuların  Uayis  sınır  bölgəsinə 
daxil olur. Burada Barzuriani,
 
Ualtukuya,
 
Kutta, Kippa, Asapa qalalarını 
və  40  yaĢayıĢ  məskənini  tutub  dağıdandan  sonra  XubuĢkia  Ģəhərindən 
çıxır  və  onu
 
qarĢılayan
 
Nairi
 
bölgəsi
 
çarının
 
(yanzu)
 
gətirdiyi  hədiyələri 
alıb, öz ölkəsinə tərəf üz tutur. Uca  Arsiu dağını aĢıb, ġeyak, ArdikĢi, 
Ulayau və Alluriu dağlarının arası ilə çətin keçilən yollarla yerli əhalinin 
Elamunia adlandırdığı Böyük Zabın yuxarı axarını keçib, arxadan Musa-
sir bölgəsinə girir və buradakı Urartu tanrılarının məbədini talan edir.  
Bundan sonra asur yazısı yürüĢ boyu dağıdılan Ģəhər və kəndlərin, 
tutulan
 
əsirlərin,
 
yağmalanan
 
mal-qaranın,
 
yük
 
heyvanlarının sayını,
 
əldə 
olunan qənimətlərin uzun siyahısını verir və Sarqonun öz ölkəsinə qayıt-
dığını yazır. Bu məlumat qısa Ģəkildə baĢqa asur yazısında təkrar olunur. 
Beləliklə, II Sarqonun m.ö. 714-cü ilin yay aylarında Güney
 
Azərbaycana
 
yürüĢ
 
marĢrutunu
 
göstərən
 
xəritəni
 
belə
 
vermək olar: 
118
 
                                                                                                                        
Xasrana,
 
Parra,
 
Ayatsun,
 
AniaĢtania,  Balduarza,
 
Saruardi,
 
ġumattar,  ġalzi,  Alburi,Tsi-
karra və Əski Uayais. 
118
 M. Zehtabi verən xəritədə isə marĢrut azacıq qüsurlu və yarımçıqdır (۳٤٢ ﻰﺑ ﺎﺗﻫﺯ). 

 
51 
Göründüyü kimi, Sarqonun  yürüĢ  yolunda asur qaynağının verdiyi 
Upa, Bərdə, Qafan, Zəngi, Qızıl, Ənzəli kimi bəzi toponimlər lokal köç-
lərlə bağlı yerini dəyiĢsə də, Kollar dağı, Ġri dağ kimi dağadları günümüzə 
qədər yaĢayır. Asur qaynağı subar, suvbi, qaralı, bars, qaban, xoruz, qızıl, 
dəli, saqa, bardı, zəngi kimi onlarla türk etnonimini aĢkara çıxarmaq üçün 
bəlgə
 
verir. Qaynaq zəngi boylarının Urmu gölünün güney və quzeyində-
ki iki ayrı-ayrı bölgədə,
 
bars
 

 
subar (suvbi,
 
sibur) boylarının da müxtəlif 
bölgələrdə  yaĢadığını  göstərir.  Bu  qaynaqda  böyük,  yanzu,  toyqu,  baş-
toyqu kimi titul bildirən sözlər və but, bi (boy), uruq (qəbilə) kimi etno-
nimlərlə qoĢulan sözcüklər də diqqəti çəkir.Mərkəzi Azərbaycanı (b-2
əhatə edən bu yürüĢ boyu asurlar əsasən adı türkcə izah oluna bilən boylar-
la qarĢılaĢır,
 
adı türkcə olan bir sıra bölgə və yaĢayıĢ məskənlərini keçir-
lər.  Urmu  hövzəsi  bölgələrin  etnik  demoqrafiyasını  açıq  Ģəkildə  ortaya 
qoyan  belə  bəlgələr o  dövrün  gerçək  durumunu  əks  etdirir.
 
Bu  yürüĢlərin 
sonu yağma və
 
dağıntılarla bitsə də,
 
özəlliklə,
 
Sarqonun yürüĢündən sonra 
Azərbaycanın bağlı-bağatlı kəndlərinin yerində xarabalıqlar qalsa da, hər 
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə