Kosmonimiya
25
Samanyolunu pifaqorçular, litva, basuto, oci kimi bir sıra xalqlar
ruhların məskəni, siamlar Ağ fillərin yolu, ispanlar Sant Yaqo yolu sayır-
dı.
45
Samanyolu deyiminin müxtəlif xalqlarda necə adlandığını tədqiq
edən V. A. Nikonov haqlı olaraq yazır: «Kosmonimiya qiymətli qaynaq
kimi xalqların və onların dilinin mənĢəyinə, dünyagörüĢünə, xalqlar ara-
sındakı əlaqələrə və miqrasiyalara aydınlıq gətirir».
46
Samanyolu türk boylarının yayılma arealını göstərməklə yanaĢı, köç
istiqamətlərini də ortaya çıxarır. Həm də monqol və türk xalqlarının gene-
tik qohum olmadığını çox aydın sərgiləyir. Belə ki, «Samanyolu» deyimi
Somon yul (özbək), Saban jolı (qazax), Saman yoli (uyğur), Samançı jol
(qırğız) kimi fonetik fərqlərlə monqol etnosu ilə təmas xəttinə qədər uzanır,
bu xətdən sonra monqol-buryat dillərində «Göyün çatı» deyiminə keçir:
Tenqeriyn zaadol, Tenqerin züydel.
Monqol mühitinə düĢən tuva və
həmin
mühitdən keçib daha yuxarı, quzey-doğu bölgələrdə məskunlaĢan saxa
türkləri artıq kalka ilə monqol deyimini iĢlədirlər. Bu deyimi monqol
etnosundan qopub,
Xəzərin quzey yaxasına gəlib yerləĢən kalmıklar
da
Te
ñ
qrin uydl Ģəklində saxlamıĢlar.
Samanyolu deyiminin doğu sınırı qırğız-uyğur boyları ilə bitirsə,
batı sınırı da qədim türk boyları ilə qarıĢığı olan bolqar, macar və Osmanlı
türklərinin kultur təsiri altında olmuĢ serb-xorvat və alban (arnavut) xalqı-
nın
dilində
yaĢayır.
Eyni səbəblə güneydə
Efiopiyaya
qədər yayılan
Saman
yolu
öz
yerini
quzeydə
finuqor
deyimi olan «QuĢ
yolu» ifadəsinə
vermiĢdir.
Bu ifadə də yaranma və yayılma arealı baxımından maraqlıdır. Belə ki,
köçəri quĢların keçdiyi yol üzərində
yerləĢən Ġtil-Ural arası,
Avropa-Asiya
sınırı finuqor etnosunun
Atayurdu sayılır.
Bu baxımdan,
«QuĢ yolu» deyi-
minin protofinuqor boylarında yarandığını və buradan bozqır türklərinə,
tatar
və
çuvaĢ
xalqlarına,
Baltikyanı bölgələrə
keçdiyini,
bir
sözlə,
finuqor
boylarının miqrasiyası və onlarla sıx təmasda olan xalqlarda yayıldığını
görmək olur.
Avrasya xalqlarının demoqrafiyası Samanyolu deyiminin müxtəlif
xalqlarda mövcud ifadə məzmunu ilə yaxĢı açılır. Belə ki, Avropa xalq-
ları bu deyimi «Südyolu», akad-asur boyları «Ġlan yolu», Qafqazdilli
xalqlar da bunu karvan, sürü, ayı və baĢqa heyvan yoluna bənzətmiĢlər.
Əkinçi türklər «Saman yolu» ifadəsini iĢlətdikləri halda, bozqır türkləri
45
Тайлор, 173.
46
Никонов, 1980, 259.
26
«Qoyun
yolu»
deyiminə üstünlük
vermiĢlər,
uqorlarla sıx təmasda
olanlar
da «QuĢ yolu» ifadəsini iĢlətmiĢlər. Bu fərqlər bəzən eyni xalqın müxtəlif
dialektləri üzrə diferensiallaĢmıĢdır. Azər türkləri də Samanyolu ilə ya-
naĢı bəzi dialektlərdə Ağyol, Avropa təsiri ilə elmi ədəbiyatda Südyolu və
farsca Kəhkəşan deyimlərini iĢlədirlər. Lakin bu deyimlər içində yuxarıda
verilən xəritədən göründüyü kimi, yayılmada əsas yeri Samanyolu tutur.
Gəlib Azərbaycana yerləĢən
haylar da Samanyolu deyiminə keçmiĢ-
lər.
Hətta
VII əsr müəllifi Anani ġirakatsi yazır ki,
bu yolda tökülən saman
hayların ulu babası Vahanın asurların ulu babası BarĢamdan oğurladığı
samandır.
47
Göründüyü
kimi,
kosmonimiya
elementlərindən təkcə
Saman-
yolu tarixi demoqrafiya üçün xeyli bilgi verir. Bu sıraya digər səma cisim-
lərilə
bağlı
yaranmıĢ deyimlərin etnolinqvistik
açımlarını,
ulduz falı,
qədim
qamçılıq terminologiyasını da əlavə edəndə azər türklərinin tarixi coğrafi-
yası üçün böyük qaynaq əldə olunur. Saman yolu ilə bağlı deyilənlər bir
daha Urmu teoriyasının Ön Asiyanı prototürk yurdu saymasını doğrulayır.
Çin qaynaqlarına görə, hunlar mühüm iĢ görmək istəyndə Ayın və
ulduzların durumuna baxardılar, xaqan isə hər səhər çadırdan çıxaraq
GünəĢə, gecələr Aya ibadət edərdi. GünəĢə and içmə Altay və miĢar
boylarında da vardı, saxalar böyük bahadırların GünəĢ-Ay himayəsində
olduğuna
inanar,
Abakan qamları
Solbon
(Çoban)
ulduzuna
tapınardılar.
48
Əbu Düləf bəzi
türk boylarının hansı ulduza tapındığını qeyd etmiĢ
,
lakin
ulduz adlarını ərəbcə vermiĢdir.
49
Zöhrə (Venera) ulduzunun sevgi sim-
volu
qədim türk mənbələrində Sevüt, Sevüq adlanması,
uyğurca bu ulduz
adının Erkliq olması, Mahmud KaĢğarinin isə onu «iĢıqlı» anlamında
Yaruq yıldız adlandırması maraqlı tədqiqat obyekti olsa da, mövzumuzdan
kənar olduğundan yalnız bunu qeyd edək ki,
latınlar bu ulduzda (Lucifer)
eĢq və Ģeytan məfhumu gördükləri kimi, qədim türklər də onu bu iki
simvolla tanımıĢlar.
50
Belə paralellik,
əlbəttə,
etrusk-latın və ya daha
qədim batı türk boyları ilə Avropa xalqlarının təması nəticəsində yarana
bilərdi.
47
Ширакаци, 1962, 68-69.
48
Ġnan, 1972, 2-3, 29.
49
Əbu
Düləf
toqquz-oğuz
boyunun
Göy
qurşağı
(kavs-i
kuzeh)
görünəndə
Ģənlik etdiyini,
qırğızların Zühal və Zöhrə ulduzunu uğurlu, Mərrix ulduzunu isə uğursuz saydıqlarını,
çigil boyunun Süheyl, Zühal, Ekizlər, Böyük Ayı, Kiçik Ayı və Oğlaq bürcü ulduzlarına
tapınıb, Çoban ulduzuna «tanrıların tanrısı» dediklərini yazmıĢdır (Ebü Dülef, 84, 88).
50
Nemet, 1971.
27
Yupiterin
Onq-ay
,
Qara-quş
,
Ekizlərin
Eren-tür/
Eren-tiz, Mərrixin
(Marsın) Kürüd adlanması maraqlıdır.
51
Oxun ucuna metal taxılması
anlamında Mars planetinə Dəmir-soqum yox, Baqır-soqum / Bakır-sokum
deyilməsi tunc (bakır) çağının əlamətidir, çünki Karvanqıran adı kimi,
Dəmir-qazıq deyimi də sonrakı çağa aiddir. Türk dillərində
Yağız-sığın,
İki bozat, Ak ayğır, Ox bürcü, Yeti-kan
/
Yeddi qardaş kimi astroloji ter-
minlər də iĢlənir, lakin bu adlar boydan-boya dəyiĢsə də, bəzi qıpçaq
boylarında Ürger Ģəklində iĢlənən Ülkər ulduzunun adı əksər dillərdə
ilkin mənasını qorumuĢdur.
52
«Qutadğu bilig» üzrə dəyərli tədqiqat əsəri
yazan Ramiz Əskərin tərtib etdiyi aĢağıdakı cədvəl planet və bürc (ükək)
adlarının türkcə deyimi baxımından diqqəti çəkir:
53
«Qutadğu bilig» azərcə
ərəbcə
farsca
YaĢık
Yalçık
Kürüd
Arzutilək
Sevit
Onqay
Səkəntir
Kozı
Ud
Ərəntir
Kuçık
Arslan
BuğdaybaĢı
Ülgü
Çadan (Çayan)
Ya (Yay)
Oğlak
Könək
Balık
GünəĢ
Ay
Mars
Merkuri
Venera
Yupiter
Saturn
Qoç
Buğa
Ekizlər
Xərçəng
ġir
Qız (BaĢaq)
Tərəzi
Əqrəb
Oxatan (Yay)
Oğlaq (ÇəpiĢ)
Dolça
Balıqlar
ġəms
Qəmər
Mərrix
Ütarid
Zöhrə
MüĢtəri
Zühəl
Həməl
Sur
Cövza
Sərətan
Əsəd
Sünbülə
Mizan
Əqrəb
Qövs
Cədi
Dəlv
Hut
Afitab
Mah
Bəhram
Mehr
Nihad
Bərcis
Keyvan
Bərre
Gav
Dopeykər
Xərçəng
ġir
XoĢe
Tərəzi
Kejdom
Kaman
Bozqale
Dul
Mahi
51
Riyaziyatçı alim Valeh Mirzəyevin dediyinə görə, Dilican dərəsinin Poladlı kəndində
yaĢayan babası danıĢardı ki, ot çalmaq üçün Göycə gölü yaxasındakı biçənəyə göydə
Karvanqıran ulduzun ən parlaq göründüyü vaxtda çıxardılar. Bu Ulduzun Karvanqıran
adlanması isə keçmiĢdə onun gecəyarıda aldadıcı parıltısını Dan ulduzu hesab edib, yola
çıxanların vaxtı səhv saldıqları üçün səhrada qırılması ilə bağlı yaranmıĢdır.
52
Nemet, 1971.
53
Əskər, 88-89; Yazar bu abidədə Karakuş (Yupiter), Yıldırak (Önçü, Kiçik Köpək ul-
duzu topasının alfa ulduzu), Ayğır (Ağulduz - Böyük Köpək topasının alfa ulduzu),
Yitikən (Yeddi qardaĢ bürcü, Böyük Ayı bürcü) adlarının keçdiyini də qeyd edir.
28
Türk etnosunun ilkin oykumeni YaranıĢ haqqında olan mifə görə
də aydın seçilir. Əksər türklər Göylə Yerin ayrılması və onların arasında
insan oğlunun yaranması düĢüncəsinə sahibdirsə,
quzey və doğu bölgə-
lərdə yaĢayan bəzi türk boyları Yerin yaranmasını quĢla bağlayan yerli
mifləri mənimsəmiĢlər. Belə ki, Avrasiyanın quzey zolağında formalaĢıb,
Sibir üzərindən Amerikaya qədər yayılan bu mifin hindavropa və finuqor
dilli xalqlarda yaxın çalarla geniĢ iĢlənməsi göstərir ki, Sibir türkləri bunu
həmin xalqlardan almıĢlar. Bu mifə görə, ördək (və ya digər su quĢu)
okeanın dibindən dimdiyində gil çıxarır və bundan Yer əmələ gəlir və
ya Yerlə Göy quĢ yumurtasından yaranır.
54
YaranıĢ mifi prototürkləri
Orta və Mərkəzi Asiya ilə deyil, «Saman yolu» deyimində gördüyümüz
Ön Asiya ilə bağlayır.
Quzey yönü bildirən Qütb ulduzu bəzi türk dillərində Altun /Temir
Kazıq adlanır. Bu baxımdan,
azər
boylarının quzey
bölgəsində
olan Dər-
bəndin
«dəmir qapı» epiteti ilə verilməsi də diqqəti çəkir.
Yerin bağa (tısbağa)
üzərində durması haqqında mifik dünyagörüĢ
prototürk
çağında geniĢ yayılmıĢdır.
Azər dilində
bağa ilə
bağlı
deyimlər,
arxeoloji qazıntılar vaxtı basırıqlarda (kurqanlarda) bağa çanaqlarına rast
gəlinməsi bu mifik görüĢü əks etdirir. Əvvəlki bitikdə daĢ bəlgələrə aid
bölmədə verdiyimiz Göytürk
daĢ
abidələrinin
bağa-özül
üzərində
ucaldıl-
ması gələnəyi bu mifin Azərbaycandan doğuya aparıldığını göstərir.
Sumerlərin kosmoqoniya görüĢünə görə, hər tərəfi okeanla əhatə
olunan evrən (kainat) Göy və Yerdən ibarətdir. Göy-Yer (An-Ki) arasında
Ģəffaf hava təbəqəsi - atmosfer GünəĢ, Ay, ulduz və planetlərin doğulub
iĢıq saçdığı məkandır. Bu məkan öncə baĢı Göy və ayağı Yer olan böyük
dağdan onların ayrılmasından sonra yaranmıĢdır. Yuxarıya çəkilən boĢ
məkan olan Göy (haradasa) aĢağı və yuxarıda bərk dayağa söykənir, Yer
isə
düz
müstəvi
Ģəklindədir.
55
Saqa türkləri öz soykökünü Göy və Yer tanrılarının oğlu sayılan
Tarqitay ilə bağlayırlar.
Bu kosmoqonik görüĢü saqa boylarından eĢidən
Herodot qələmə almıĢdır. Yunanların Herodota danıĢdığı saqa soykö-
künə aid əfsanədə isə Tarqitay Herakl (Koroğlu) ilə əvəz olunmuĢdur.
56
Prototürklərin
yaxın qonĢuluğunda olan bu kosmoqonik görüĢün detalları
54
Напольских, 1990, 5-17.
55
Крамер, 1965, 100.
56
Azər xalqı, 2000, 82.
29
sonrakı türk qaynaqlarında əks olunmuĢdur. Belə
ki,
sumer mətni ilə göy-
türk qaynağı eyni deyimləri ortaya qoyur:
57
Göy Yerdən ayrılandan sonra,
Yer Göydən ayrılandan sonra,
Ġnsana ad veriləndən sonra …
(Sumer qaynağı)
:aDqJLĠK:ry:zGY:ArS:irht:kökazü
:
smNLIK:ILGo:
Ġsik:aRnik
[üze kök teñri asra yağız yer kılınduk-
ta ekin ara kiĢi oğlı kılınmıĢ...]
«Yuxarıda mavi Göy, aşağıda qara Yer,
yarananda ikisinin arasında insan oğ-
lu yaranmış…» (Orkun, 1994, 29)
Kosmik
vaxt ölçülərini dərk
edənə qədər insanlarda doğumla ölüm
arasındakı
yaĢa,
gecə-gündüzə,
yarım
və dolu Ay görünüĢünə (aypara və
bədr), yayın qıĢla əvəzlənməsi kimi doğal olaylara köklənən vaxt duyumu
minillər boyunca təkmilləĢmiĢ, boy və budun qurumu çağında ərsəyə gə-
lən «nəsil yaĢı» ölçüsü müxtəlif xalqlarda uzun müddət davam etmiĢdir.
Özündən əvvəlki yazarlar
kimi, Herodot da 100 il
=
«üç nəsil» xronologi-
yasını qullanmıĢdır. Bioloji yaĢa köklənən fərdi vaxt duyumu da vardır.
Belə ki, eyni zaman ölçüsü tez böyümək istəyən yeniyetmələrə «uzun»,
vaxtın tez keçməsindən gileylənən yaĢlılara isə «qısa» görünür.
Kosmik ritmə uyğunlaĢan doğal durumun (təbiətin) qavranılması
təqvim, il, «yeni il», fəsil, ay, gün, gecə-gündüz kimi vaxt anlayıĢlarında
gerçəkləĢir. Səma cisimlərinin durumu ilə formalaĢan türk kosmoqoni-
yasında miladdan öncə «həftə» anlayıĢı olmamıĢdır, Azərbaycanda bu
anlayıĢ ilk xristianlığın yayıldığı çağlarda ortaya çıxmıĢdır. Ona görə də
türk dillərində günlərin adını bildirən ortaq sözlər yoxdur.
58
Ġlin dörd
fəslini yaz (bahar), yay, küz və qıĢa ayıran türk boyları ayları təsərrüfat
və hava durumu
ilə adlandırmıĢlar. Axıska türkləri kiçik-ay (fevral),
biçin-ayı (iyun), orağ-ay (iyul), bögrüm-ay (sentyabr), son küz, koç-ay,
kara-kıĢ (dekabr-yanvar) deyimlərini, azərlər boz-ay, böyük və kiçik çillə,
qırxım, oğlaq, quyruq doğan və sair sözləri iĢlədirlər. Azər dilində müəy-
yən kultlarla bağlı
Yelda gecəsi (Ģəbi-yelda),
Xızır günü və zaman anlayı-
57
Eyni qaynaq, 105; Orkun, 1994, 28-29.
58
Bu barədə M. KaĢğari yazır: «Türklərdə həftənin yeddi gününün adı yoxdur, çünki həftə
deyilən şey islamdan sonra bilinmişdir» (MK, I, 347); Azərbaycanda həftə günlərindən
yalnız 4-cü günü (cümə axĢamı) bildirən adına//adna deyimi yayğındır
(Яскяр,1987,
68).
30
Ģı bildirən gündüz, gecə, günorta, erkən, alatoran, dünən, yarın, dan üzü,
dan qaralanda//ağaranda
deyimləri
ilə yanaĢı, axĢam, səhər, sübh, sabah
kimi alınma sözlər də vardır. «Yeni il» türk xalqlarında Ülus kün (qazax),
Bahar,
Yaz,
Yeni il (azər) və erken kün (ergenekon) adlandığı halda, Yeni
il bayramının farscanın «Novruz» sözü ilə verilməsi bir yanlıĢlıqdır.
Ġli dörd fəsilə, oniki aya bölən türklər 12 añlı (heyvanlı) təqvim də
yaratmıĢlar. Ön Asiyada ilin 12 aya bölünməsinin qədim tarixi vardır,
lakin 12 illik sikl ölçüsü sonralar ortaya çıxmıĢdır.
59
M.
KaĢğari 12 illik
təqvimin yaranma səbəbini və qurultayın bu təqvimi türk xaqanının təkli-
filə qəbul etdiyini yazır: «Türk xaqanlarından biri neçə il öncə baĢ vermiĢ
savaĢı öyrənmək istərkən savaĢın tarixini müəyyən etməkdə yanılmıĢlar.
Bu səbəblə, xaqan öz ulusu ilə gənəĢir və qurultayda biz bu tarixdə necə
yanıldıqsa, bizdən sonra gələnlər də yanılacaqdır, belə isə, biz indi göyün
on iki bürcü və on iki ay sayısınca hər ilə birər ad qoyaq. Ulus xaqanın bu
önərgəsini onayladı»
60
Lakin bu olayın tarixi bəlli olmadığından 12 añlı
təqvimin
nə vaxtdan
iĢləndiyini söyləmək olmur.
61
Göytürk
yazılarında bu təqvimin iĢlənməsi göstərir ki, xalq ara-
sında geniĢ yayılan añ təqviminin yaranma tarixi daha qədimdir.
62
Astral
mifləri tədqiq edənlərə görə, qədim Babildə 12 bürc iĢarəsi yunanlara
(zodiak yunanca ζών «añ» sözündəndir), oradan da Avropa xalqlarına ötü-
rülmüĢ, Çinə isə 12 añlı təqvim batı qonĢularından (türklərdən) keçmiĢ-
dir.
63
ÇinĢünas E.
Chavannesə görə, bu təqvimi Çinə tsin (çin) adlı türk
59
Ġlin 6 ayını 30, digər 6 ayını da 29 günə bölən 12 aylıq yunan təqvimindən Misir təq-
viminin daha mükəmməl olduğunu qeyd edən Herodot yazır ki, Misir kahinlərinin ona
söylədiyinə görə, güya ilk dəfə misirlilər səma cisimlərinə uyğun ili 30 günlük 12 aya
bölüb, hər ilin sonunda 5 gün əlavə etmiĢlər (Геродот, II. 4). Tarixdən bəllidir ki, Misir
əhalisi hər
ili üç
fəsilə - daĢqın,
əkin
və
biçin
fəslinə ayırırdı və Siriusun doğuĢu
(19
iyul)
ilə
Nil
çayında suyun
artıb daĢması
arasında əlaqə gördüyündən hər yeni ili
Nilin daĢması
ilə hesablayırdı.
60
MK, I, 344-345.
61
Dünya xalqlarının təqvimlərini müqayisə edən Ramiz Əskər türk təqviminin baĢlan-
ğıcını 586-cı ilə aid edir (Яскяр, 1987, 17-18).
62
L. Bazen bu təqvimin yaranmasını türklərə bağlayan elmi ədəbiyatda geniĢ yayılmıĢ
fikrə etiraz edib onun Çindən alındığını və VIII əsrdən iĢləndiyini yazsa da, irəli sürdüyü
fikri əsaslandıra bilməmiĢdir (Базен,
1986,
370-371). Halbuki hələ VI əsrdə «Çu Ģu»
adlı çin tarixi qaynağında
qeyd
olunur
ki,
türklər illərin əvəzlənmə ardıcıllığını bilirdilər,
yeni il yaĢıl otun çıxması ilə baĢlanırdı (ТМТ, 1990, 44).
63
МНМ, I, 116.
31
boyu aparmıĢdır.
64
Bu təqvimi türklərdən alan çinlilər kimi, ondan Tibet
və Koreya xalqları da istifadə edirlər. Uyğur yazısını mənimsəyən mon-
qollar 12 añlı təqvimi də uyğurlardan alıb 1210-da (baĢqa bir tarixə görə
isə 1027-də) özəl qərarla rəsmiləĢdirmiĢlər.
65
Türk kosmonimiyasında üç vertikal və dörd horizontal məkan böl-
güsü vardır: aşağı, orta, yuxarı; ön, arxa, sağ, sol. Öncə dörd cəhəti təyin
edə
bilən prototürklərdən
sonra bəzi
türk
boyları səkkiz
bucaqlı bölgüdən
də istifadə etmiĢlər. Bunu uyğur, tatar və azər dillərində görmək olur:
66
Uyğur
öngdün-tağdın bulunq
kidin-tağdın bulunq
kidin-kündin bulunq
öngdün-küntün bulunq
Tatar
tönyak-könçıqıĢ
tönyak-könbatıĢ
könyak-könçıqıĢ
könyak-könbatıĢ
Azər
quzey-doğu
quzey-batı
güney-doğu
güney-batı
Dünyanın horizontal baxımdan 4
və
8 cəhətə
bölünməsi türk etno-
sunun çox böyük
ərazilərə yayılması və
qədim dövlət gələnəyi ilə də ba-
ğlıdır. Vertikal bölgüdə isə kainatın yeraltı, yerüstü və göyə - 3 məkana
bölünməsi və bunun simvolu olan «həyat//dünya ağacı», göyün 9 qata
ayrılması qamçılıq (Ģamanlıq) ilə bağlı ortaya çıxmıĢdır. O.
N.
Tuna sumer
dilində «sınır» anlamında olan bulug sözünü türk dillərindəki «yön, bucaq,
cəhət» anlamlı buluñ sözü ilə müqayisə edir.
67
Ancaq sumerlər dörd cə-
həti qonĢu ölkələrin yerləĢdiyi yönlərə uyğun deyimlə vermiĢlər.
68
64
Göyalp, 1977, 41.
65
Kotwicz 1928, 128; Яскяр, 1987, 21; Жуковская, 1988, 48.
66
Azərbaycan bayrağındakı ulduz, əslində, qədim Gök-Tañrı türk simvolikasıdır və
Sumer çağından tanrı, ulduz və göy anlamı daĢıyan damğa ilə eyni mənĢəli olub, Ön
Asiyada yayılmıĢdır. Bu damğa sonra elqurumu (dövlət qurumu) çağında iki dördbucaq-
lının üst-üstə çarpaz qoyulması ilə alınan səkkizbucaqlı ۞ iĢarəyə də çevrilmiĢdir.
Saxa türkləri də 8 cəhəti fərqləndirirlər (Чагдуров, 118-119).
67
Tuna, 1990,19; Lakin sumer mətnlərində bulùg (bulùñ) sözünün «becərmək»,
«yetiĢ-
dirmək» anlamı qeyd olunmuĢdur (Канева, 1996, 211).
68
Məsələn, sumer dilində belə bir mətn vardır: «O günlərdə Sumerlə eyni dildə danıĢan
və Xamazi bölgəsi ilə ġubur dağı - böyük törənlərin böyük dağı, vacib Ģeylərə malik Uri
ölkəsi,
təhlükəsiz
durumda
olan
Amurru ölkəsi - bütöv cahan və tabe xalq bir dildə En-
lilə alqıĢ deyirdi» (ХПИДВ, 1963, 270, 276, 15-ci qeyd). Bu cümlədən aydın olur ki,
sumerlər dünyanın dörd cəhətini
qonĢu
ölkələrin coğrafi durumu ilə bildirmiĢlər: quzey
-
Uri ölkəsi, özək/güney - Sumer, batı - Amurru, doğu - ġubur dağı.
32
A. N. Kononov tuva dilində yön və cəhət bildirən sözlərin monqol
dillərinə uyğunlaĢdığını,
çuvaĢ, saxa (yakut),
tofalar dillərinin isə türk
sistemini saxladığını və göytürk yazılarında əks olunduğunu yazır.
O bu
dillərdə arka
(geri) tərəfin «batı»,
öñ (iləri, ilgərü) tərəfin «doğu», sağ
tərəfin «güney»,
sol tərəfin «quzey» anlamı daĢıdığını deyir. Müəllifə
görə, türk xalqları dünyanın cəhətlərini bildirmək üçün
iki üsuldan isti-
fadə etmiĢlər: biri solyar sistem, digəri boya
(rəng)
sistemi.
69
Azər dilində «qara quzey», «ağ yel» (batı küləyi) deyimi iĢlənir.
Y. Ġ. Ubryatova qeyd edir ki, saxa dilində soğoru//soñoru (yuxarı) və xotu
(aĢağı) sözlərinin «quzey» və «güney» anlamı Lena çayı hövzəsində yer-
ləĢəndən sonra yaranıb, çünki bu çay güneydən quzeyə (aĢağıdan yuxarı)
axır.
70
Göründüyü kimi, boya bildirən sözlərdə cəhət anlamının yaranması,
istiqamət bildirən sözlərin coğrafi duruma (landĢafta) köklənməsi danılmaz
gerçəklikdir. Azər türklərinin Azərbaycanda yerli xalq olduğunu sübut
edən faktlardan biri də boya (rəng) və cəhət, istiqamət bildirən sözlərdir.
Türk dillərində rəng bildirən sözlərin semantikasını tədqiq edən
tanınmıĢ türkoloqlardan A.
fon
Qaben və A.
N.
Kononov azacıq fərqlə
türk rəng-cəhət sistemini belə verirlər:
71
qızıl = güney, ağ = batı, sarı = batı / özək
qara = quzey, göy = doğu
Ġsbat olunmasa da, elmdə dərin kök salmıĢ «Altay dilləri ailəsi»
nəzəriyəsinə görə,
guya türklər Altaydakı monqoloid qohumlarından
ayrılıb, batı ölkələrə köçmüĢlər. Bu baxımdan, Azərbaycan türklərinin
mənĢəyi də Altay və Monqolustan
çölləri ilə bağlanır. Halbuki rəng
bildirən sözlərdəki cəhət anlamı
bu fikri tamam inkar edir. Belə ki,
harada olmasından asılı olmaya-
raq, hər bir türk dayandığı yerə
sarı, quzeyə
qara,
güneyə
qırmızı
(qızıl), batıya ağ, doğuya isə göy
boyanın simvolu kimi baxacaq.
69
Кононов, 1974, 73-74.
70
Убрятова, 1966, 61.
71
Gabain, 1962, 115; Кононов, 1978, 160.
33
Türk rəng-cəhət sistemi boyaların «dilində» verilən bu sxemdə belə
görünür:
Əgər bu sistemi xəritə üzərində axtarmaq istəsək, ən münasib üsul
kimi göl və dənizlərə verilən adlara baxmaq lazım gələcək. Bütöv Avra-
siya məkanında isə belə bir yer yalnız Ġkiçayarasının quzeyindədir:
Göründüyü kimi, bu sxemdə quzey (qara)
Qara dənizin adı, batı (ağ) Ağ dənizin adı, güney
(qırmızı) iki Qırmızı dəniz və körfəzin adı, doğu
(göy) Göycə və Göy-göl (Urmu gölü), həmçinin
Göycə dəniz (Xəzər) adı ilə uyğun gəlir. Aydın-
lıq olsun deyə, qədim mənbələrdə doğu sularının
göy, güney sularının isə qırmızı adlandığını xatır-
layaq. Belə ki, Aralıq dənizindən (Ağ dənizdən)
aĢağıda Nil çayının doğusundakı Qırmızı dəniz
kimi, qədimdə Fars körfəzinin də Qırmızı dəniz adlanması bəllidir.
72
Göycə gölü kimi, Urmu gölünün adı da keçmiĢdə Göy-göl idi.
73
Xəzər
dənizinin isə 70-dən artıq adı vardı, bunlardan biri də xalq deyimi kimi
«Göy Xəzər»
olmuĢdur.
Görkəmli tədqiqatçı B.Ögəl bu barədə yazır:
«Dədə Qorqud kitabının çərçivəsi içində bu dənizin harada olduğunu
dəqiq söyləmək çətindir. Əslində, bu Gökçə dəniz Xəzər dənizidir».
74
Hər halda,
güney rusların folkloru da da Xəzər dənizinin adını Göy-dəniz
kimi verir. QarĢımızdakı bu xəritə-sxemdə böyük dəniz və göl adlarında
görünən qədim türklərin boya-cəhət sistemi çox aydın göz qabağındadır:
Rənglərin verdiyi informasiyaya görə, «prototürkün» durduğu yer
(xəritədəki
dairə) dünyada ilk əkinçilik mərkəzi olmuĢdur. Dəclə hövzə-
sində dalbadal yaranmıĢ Xasun, Xalaf kulturu, Ubeyd kulturunun quzey
variantı burada yaranıb, yaxın bölgələrə yayılmıĢdır. Dünyada ilk təkərli
araba da erkən tunc çağında burada icad olunmuĢdur.
Arxeoloqların üzə
çıxardığı qədim bəlgələr göstərir ki, daĢ dövrünün sonundan tunc dövrü-
nün sonunacan burada maddi-mədəni iz buraxan xalq dəyiĢməmiĢ və adı
72
Herodot, IV. 39; Strabon, XI. 13. 9; XI. 14.7.
73
Urmu gölünün adını Strabon λίμνη καποϋτα (kapauta) Ģəklində verir və «tünd göy»
(κσάνη) mənası olduğunu bildirir (Strabon, XI. 14. 8); Plini də bu gölü Capotes (Kapot)
kimi qeyd edir (OĠƏ, 1979, 235); Hay qaynaqları da bu adı «göy» (kaput) Ģəklində verir.
74
Ögel, IV. 1984, 466; Yaqut Həməvi Xəzərin farsca «Göy dəniz» (Əfkud dəryav) ad-
landığını qeyd edir (Əliyeva, 1999, 145).
34
4-5 minil öncə
subar
kimi sumer-akad yazılarına düĢmüĢ, ərazi də Subar
ölkəsi adlanmıĢdır. Eneolit dövründən sonra m.ö. IV minillikdə isə bura-
dan doğu ölkələrə böyük miqrasiyalar baĢlanır. Verilən xəritə-sxemlərdən
göründüyü kimi, rənglərin semantikası türk etnosunun Atayurdunu qədim
sivilizasiyasının yarandığı bölgədə - Ġkiçayarasının quzeyində yerləĢdirir.
Yazının ilk meydana gəldiyi çağlarda adı yazlı qaynaqlara düĢən
subar boylarının yaĢadığı bu ərazilərinin qədim tarixi yetərincə
öyrənilməmiĢdir. Bu yaxınlarda alman arxeoloqu Klaus ġmitdin
baĢladığı qazıntı ilə üzə çıxan Göbəklitəpə kompleksinin on iki
minil öncə
qurulmuĢ məbəd olması aydınlaĢ-
mıĢdır. Burada ucalığı 3-6 metr olan T
formalı dikilidaĢların hər birinin 40-50
ton ağırlığı var. Bu mengirlərin üzə-
rində qabartma üsulunda aslan, qaban,
tülkü, ilan, ördək, buğa, durna fiqurları
verilmiĢdir:
Dünyada hələlik ən qədim tapı-
naq olan ġanlı-Urfa yaxınlığındakı
Göbəklitəpədə 1995-dən baĢlanan
qazıntıların davam etdiyini nəzərə al-
saq, bu tapınağın yaĢı haqqında
dəqiqləĢmənin
hələ
tamamlanmadığını düĢünmək olar.
Lakin uzmanlar Ġkiçayarasının bu quzey-batısında torpaq altından üzə
çıxardıqları Göbəklitəpə tapınağını məĢhur Stounhenc abidəsindən də 7
minil öncə qurulduğunu yazırlar.
Türklərin boya-cəhət sözlərinin rus onomastikasında əks olunması
uzmanların diqqətini çəkmiĢ, onlar belaya (ağ), çyernaya (qara) və çer-
vonnaya (qırmızı) sözlərində türk dilinə uyğun cəhət çaları yaranmasını
türk dilinin təsiri ilə izah etmiĢlər.
Maraqlıdır
ki, hələ m.ö. II əsrdə Çin ta-
rixçisi Sıma Tsyan hun-çin savaĢında Metenin (Bahadırın) süvari qoĢunu
haqqında yazır ki, batıda ağ atlılar, doğuda mavi (boz) atlılar, quzeydə
Dostları ilə paylaş: |