«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix23.06.2017
ölçüsü6,86 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

 
 Biosfer 

 
17 
da,
 
o dövrün geosiyasi
 
durumunda aktiv
 
olan  yunan etnosunun passionar
 
çağını əks etdirir. 
Ətraf mühitin, təbii çevrənin insan xarakterinə təsiri danılmazdır. 
Hətta eyni bölgədə dəmiryolu dayanacağı olan kəndin cavanları ilə kənar-
dakı kəndin dəliqanlıları arasında fərq vardır, «stansiya uĢağı» diribaĢlığı 
ilə seçilir. Gəncliyini kənddə keçirən adam sonra Ģəhərdə əlli il yaĢasa 
da,  yenə  «kəndçi»  olaraq  qalır,  Ģəhərdə  formalaĢıb  kənddə  yaĢayan  da 
Ģəhərli  özəlliyini  saxlayır.  Dilimizdəki  «tərəkəmə»,  «dağ  adamı»,  «aran 
adamı»  deyimləri  biosferın  insanlara  aĢıladığı  özəlliyin  dildə
 
əks
 
olun-
masıdır.
 
Bu gerçək durumun fərdlər toplusu olan boylarda və etnosda da 
axtarılması təbiidir. YaĢam tərzi müxtəlif coğrafi duruma köklənmiĢ bir 
oturaq  boyun  yarımköçəri  boydan  və  onun  da  köçəri  boydan  xaraktercə 
fərqlənməsi bunların biosferdən aldığı enerjinin müxtəlifliyi ilə bağlıdır. 
Etnosla  çevrənin  doğal  Ģəraiti  və  landĢaftı  arasında  olan  əlaqədən 
bəhs  edən  Lev  Qumilyova  görə,  landĢafta  bağlılıq  insanlarda  Ģüuraltı 
saxlanır,  genetik  koda  çevrilən  bu  bağ  yeni  yurd  seçimində  ortaya  çıxıb 
gerçəkləĢir.
31
 Güney
 
Sibirə köçən türklər yaĢam üçün Sayan-Altay
 
dağla-
rında  daha  çox  alp  çəmənliklərini,  bura  gələn  ukraynalılar  bozqırları, 
ruslar isə meĢə suyu  yaxalarını seçib məskunlaĢmıĢlar. Əski  yurdda for-
malaĢmıĢ bu genetik kod uyğun çevrədə rahat davam edir, əski çevrənin 
landĢaftından kəskin fərqlənən yeni çevrədə isə insanlar yeni Ģəraitə alı-
Ģana qədər bir neçə nəsil əziyət çəkir, ölənlərin sayı xeyli artır, necə ki, 
Ġrəvan mahalının dağlıq bölgələrindən Muğan çölünə deportasiya olunan-
ların xeyli hissəsi az bir zamanda məhv oldu. 
Azərbaycanın dağ silsilələri, bu dağlardan baĢlayıb
 
ovalıqlara axan 
suları, sərin bulaqları, tamlı meyvələri, çılpaq qayaları, susuz çölləri, otlu-
çiçəkli  biçənəkləri,  alp  çəmənləri,  kollu-meĢəli,  dərəli-təpəli  landĢaftı 
və münbit-Ģoran torpaqları bütövlükdə ölkənin coğrafi durumuna müxtə-
lif  görkəm  verir.
 
Subtropik  mühitdən  buzlaqları  əriməyən  dağlara  qədər 
ayrı-ayrı
 
doğal durumu, müxtəlif iqlim Ģəraiti olan belə çoxçeĢidli coğrafi 
Ģəraitdə formalaĢan bitki (flora) və heyvanat (fauna) aləmi quzey ölkələrin 
soyuq  iqlimində  və  ya  güney  ölkələrin  səhralarında  olan  flora-faunadan 
fərqləndiyi kimi,
 
Azərbaycanda  yaranan etnos da həmin ölkələrdə forma-
laĢan xalqlardan fərqlənir.  
                                                 
31
 Гумилев, 2001, 373. 

 
18 
Zəngin
 
mənzərəli
 
çevrə-ekologiya
 
etnosa  gözəl  görkəm,  kübar mə-
nəviyat, yetkin dil, çeĢidli musiqi, poetik duyum aĢılayır. Sağlam bədən-
də sağlam ruh olduğu kimi, sağlam çevrədə də Böyük xalq yetiĢir. Minil-
lərlə  pozulmadan
 
yaĢayan
 
qüdrətli
 

 
yetkin  quruluĢlu  dili,
 
Ģifahi
 
yolla 
nəsildən-nəsilə ötürülən oğuznamələri, zəngin musiqisi, mətbəx və geyim 
kulturu,  gözəl  görkəmi,  kiĢi  xarakteri,  kübar  davranıĢı  olan  Böyük  Türk 
etnosu məhz bənzərsiz Azərbaycan coğrafiyasında yarana bilərdi.  
Çevrəyə  köklənən  qədim  coğrafi  adların  öyrənilməsi  paleotopo-
nimlərin
 
«dilini
 
açır»,
 
yurd yerləri,
 
çaylar,
 
dağlar «danıĢmağa» baĢlayır, 
bu adı ona verən etnosun tarixinə iĢıq tutur. Qədim onomastika sırasında 
özəl yeri olan uruq-soy və boy adları ilə yaranmıĢ genotoponimlər türk 
etnosu demoqrafiyası üçün önəm daĢıyır. Krımda türk genotoponimlərini 
tədqiq edən Ġ. N. Lezina
 
ümumi
 
etnik
 
toplum üzvlərinin qutsal sayıb sax-
ladığı özəl soyadını nəsildən-nəsilə ötürməsini və bu gələnəyin uzun za-
manları  aĢan
 
böyük
 
yaĢarı
 
gücü
 
olduğunu qeyd edir
 

 
bu  səbəbdən bəzi 
genotoponimin qədim tarixi olduğunu yazır.
32
 
   
Doqquz iqlimi ilə seçilən Azərbaycanda doğal olayların çeĢidləri də 
çoxdur.  Belə  ki,  azər  dilində  hava-iqlim,  yel-külək  və  yağıĢ-qar  növünü 
bildirən onlarla söz vardır.
33
 
Azərbaycanda zəlzələ (dəprəm) və vulkanlar 
kiçik
 
miqrasiyalara,
 
kəskin  iqlim  dəyiĢməsi  isə  böyük  miqrasiyalara 
səbəb olmuĢdur. Kəskin iqlim dəyiĢməsi ilə yaranan quraqlıq nəticəsində 
belə  böyük  köçlərdən  biri  5500,  digəri  isə  3500  il  öncə  baĢ  vermiĢdir. 
Həmin çağlarda Azərbaycandan çoxlu prototürk boylarının quzey və doğu 
yöndə  miqrasiyası  arxeoloji  bəlgələrdə  əks  olunmuĢdur.  Ġdil  yaxalarına 
kurqan kulturu da həmin çağlarda aparılmıĢdır.  
Etnosun  yaĢam tərzi oykumenin fauna-flora özəlliyini tənzimləyən 
biosferdən asılıdır. Dünyada ilk əkinçilik və heyvandarlıq mərkəzlərindən 
biri olan Ön Asiyada  prototürk etnosu  hələ  yığım  yaĢamında  əldə  etdiyi 
yabanı
 
bitki
 
və  meyvələrə,
 
ovladığı
 
quĢa
 
və  heyvanlara  verdiyi  adlardan 
                                                 
32
  
Лезина, 1988, 145. 
33
  Hava-iqlimə  aid  sözlər:  ayaz,  sazaq,  boran,  bora  (sırsıra),  qara-qıĢ,  tufan,  qasırğa, 
tufan, Ģaxta, sıcaq, yayın cırhacırı, bürkü, boğanaq, pəlmə (bürkü), duman, çən, çiskin, 
tutulu.  Yel  adları:  ağyel  (külək),  qarayel  (külək),  bürküyeli,  xəzri,  qaraxəzri,  dağyeli, 
dəlikülək,  elqovan,  yarpaqtökən,  meh,  giləvar,  keçiqıran,  gündoğuĢ,  purçaçan,  san, 
Ģilyan  (silhan),  soqqar,  tərsə,  tozkülək,  tozanaq,  Ģahvar,  çovğun.  Yağmur  adları:  dolu, 
yağmur,  yağıĢ,  quzuyağıĢı,  günyağıĢı,  peydəri,  püsküntü,  sağanaq,  selləmə,  Ģıdırğı, 
tozankı,  qurdyağıĢı,  törəmə,  çiləmə,  Ģıdrama.  Qar  adları:  lopa,  kəpək,  dolça,  əlçim, 
quĢbaĢı, qanadlı, dımırcıq, topi, piĢikbaĢı, xəĢələ, heyvagülü, çobanyarması, Ģəpə. 

 
19 
bəzisi bugün
 

 
türk
 
dillərində qalır.
 
Çevrəsində mövcud meĢələr,
 
dağlar, 
sular və bu çevrənin fauna-florası qədim türklərin yaĢamında önəmli yer 
tutduğundan  «türk  və  təbiət»  mövzusu  türkün  dilində,  mifologiya  və 
folklorunda
 
silinməz
 
izlər
 
buraxmıĢdır.
34
 
Türk
 
etnosunun
 
Atayurdunda
 
meĢələr,  dağlar
 

 
suların  olması ağac-əri,
 
sub-ar,  kara-çaylı,  balıq-ar 
(balkar), dağ-lı, tağ-luq  kimi türk boylarının adında görünür. Bu boylar-
dan  subar,  ağacəri,  daxı  və  balqarların  qədim  Azərbaycanda  yaĢamasını 
göstərən tarixi bəlgələr vardır. 
Türk  dillərində  ortaq  bitki  və  ağac  adları  da  ilkin  çevrənin  doğal 
özəlliyini ortaya qoyur. Azərbaycanın zəngin florası onun toponimlərində 
də əks olunmuĢdur.
35
 
Qayın, palıd, tut, Ģam, çinar ağacları bitən ərazilərdə 
yaĢayan prototürklər bütün bu fitonimlərin ümumi adı kimi ağac sözünü 
iĢlətmiĢlər. TanınmıĢ türkoloq Kenesbay Musayev ata sözlərində də geniĢ 
yayılan bu fitonimi ümumtürk sözü sayır: 
36
 
   
Ağaç yemeĢe menen, ə
ż
əm eĢe menən
       
(başqord
   
Ağaç iymiĢinden belli,
 
adam
 
-
 
kılmıĢından  (türkmən
Ağaç jimeĢe belən, adam eĢe belən             (tatar
   
Ağac meyvəsi ilə bəllidir, adam iĢi ilə        (azər)
 
 
                                                 
34
  Gürcüstanda  saray  yaĢamını  buraxıb  Çölə  qayıdan  Atrak  bəy  kimi,  yenilməz  Misir 
sultanı
 
Bəybarsın  taxt-tacı  buraxıb  Qıpçaq  çölünə  qayıtması  yemiĢan  və  yovĢan  qoxu-
sunun genetik kodlara təsiri idi (Azər xalqı, 2000, 45-46). Bu faktı əks etdirən rus salna-
məsinə  əsaslanan  Moris  SimaĢko  «YemiĢan»  povestini,  Murad  Aci  «Qıpçaq  çölünün 
yovĢanı» əsərini yazmıĢdır. 
35
 Ağac, Ģam (çam), çinar, qaraçinar, ardıc, söyüd, palıd, cökə, göyəm, qarağac, qızılağac, 
zoğal (qızıl), alma, armud, heyva, badam, qoz (cəviz), əncir, ərik, üzüm, tut,
 
gül, çiçək,
 
yovĢan,
 
biyan,
 
qamıĢ (saz),
 
moruq,
 
soğan,
 
sarımsaq,
 
yarpız, tarxun,
 
danaqıran,
 
yonca, darı, 
arpa, buğda və sair fitonimlər apelyativ sözlər kimi toponimiyada  iĢtirak edir.
 
Vələs, 
qayın  (tozağacı),
 
ağcaqayın,  dəmirağac,  quĢəppəyi,  quzuqulağı,
 
dəvədabanı,  turĢəng, 
alaq, cincilim, kəkotu, böyürtkən, qarağat, gicitkan, gəvən, əvəlik, itburnu (həmərsin), 
ayıqarası, çaytikanı,  yemiĢan,
 
zirinc,
 
qovun,
 
qarpız,
 
baldırğan, çaĢır,
 
çiriĢ və yüzlərlə 
baĢqa fitonimlər azər dili və dialektlərində geniĢ əks olunmuĢdur.  
    Azərbaycan fitonimlərini struktur-semantik və areal dilçiliyi baxımından tədqiq edən 
Etibar Quliyev türkmənĢəli fitonimlərin kök morfemlərini bərpa etmiĢ və onların müxtə-
lif semantik çalar daĢıdığını müəyyənləĢdirmiĢdir. Azərbaycanda olan minlərlə fitonim-
dən 270-inin yalnız Azərbaycanda yetiĢdiyini qeyd edən yazar, Ön Asiya dillərində or-
taq iĢlənən və türk
 
dillərindən
 
baĢqa
 
dillərə,
 
həmçinin
 
baĢqa
 
dillərdən
 
türk
 
dillərinə
 
keçən
 
fitonimlərdən bəhs etmiĢdir (Кулиев, 1987). 
36
 Мусаев, 1975, 167. 

 
20 
Qədim türk boylarının  yalnız köçəri heyvandar olduğunu  yazanlar 
tarixi gerçəkliyi təhrif etmiĢlər. Halbuki bulqarların buğda, arpa, darı ək-
məsini ərəb müəllifləri qeyd etdiyi kimi, bəzi saqa boylarının, xəzərlərin 
və baĢqa türklərin də əkinçiliklə məĢğul olması haqqında qədim qaynaq-
larda
 
bəlgələr vardır. Türkmən, qaraqalpaq, özbək ellərində suvarma Ģə-
bəkələrinin  yayılması,  tatar  (bulqar),  baĢqord,  çuvaĢlarda  gəliĢmiĢ  əkin-
çilik kulturunun tarixi bəllidir. Qazax elində əski eqinşi (əkinçi) gələnəyi, 
əkinçiliklə bağlı mərasimlər, Ülus kün (Novruz) bayramı, yolçu və yaxĢı 
insanları himayə edən və əkinçilik kultunda önəmli yeri olan Kıdır (Xızır) 
peyğəmbərə  tapınma,  Ģumdan  sonra  saban-toy  törəsi,  əkinçilik  termino-
logiyası  geniĢ  yayılmıĢdır.
37
 
Bu  türk  boyları  əkinçilik  gələnəyini  vaxtilə 
əkinçiliyin beĢiyi olan Ön Asiyadan (Azərbaycandan) aparmıĢdılar. Sumer 
yazıları  Güney  Azərbaycanın  dağlıq  bölgəsi  Arattada  dəmyə  əkinindən 
bəhs edir, daha qədim arxeoloji qaynaqlar da Azərbaycanda əkinçi-maldar 
boyların yaĢadığını ortaya qoyur.  
Bağçılıq
 

 
bostan
 
kulturu
 
ilə
 
bağlı terminologiyanın türk
 
dillərində 
geniĢ yayılması, müasir dillərdə ortaq sözlərin qalması, bu sözlərdən bir 
qisminin qonĢu xalqların dilinə keçməsi göstərir ki, prototürk çağında bu 
sahədə  müəyyən  irəliləyiĢ  əldə  olunmuĢdur.
 
Ön
 
Asiyanın  coğrafi  Ģərai-
tində bitən meyvə ağacları və tərəvəz məhsulları adlarının buradan baĢqa
 
ölkələrə keçdiyini görmək olur.
 
Azərbaycanın meĢələrində alma,
 
armud,
 
ərik,
 
badam,
 
Ģaftalı, heyva, qoz, gavalı, alça və sair cır meyvəli yabanı 
ağaclar çoxdur. Bunların bağçılıqda istifadə olunması tarixi də qədimdir. 
Belə ki, arxeoloji qazıntı zamanı əldə olunan müxtəlif meyvə çəyirdəyi, 
üzümçülüklə  bağlı  bəlgələr  burada  meyvə  və  üzüm  bağlarının  olmasın-
dan
 
xəbər
 
verir.  
Güney  Qafqazda  üzümçülük  m.ö.V-IV  minillərdən  məlumdur  və
 
ipək
 
qurdu  üçün
 
bəslənən
 
ağ-tut
 
ağacının
 
məskəni
 
Çin
 
sayılırsa,
 
qara-tut
 
(xartut) ağacı da Ön Asiyada yaranmıĢdır.
38
 
Uzmanlar heyva ağacının
 
ilk
 
yaranma
 
yerinin
 
Azərbaycan olduğunu müəyyən etdiyi kimi,
 
«heyva» sö-
zünün  də  buradan  dünya  dillərinə  yayıldığını  yazırlar.
39
 
Bir  çox  dillərdə 
                                                 
37
 Кармышева 1986, 47-70. 
38
 Гамкрелидзе-Иванов, 651;  Вавилов, I. 205, 343-344.  
39
 Жуковский, 1964, 499; Мусаев, 1975, 158-258; Кулиев, 1987; Lakin J. Jumaliyev 
alma,
 
almurut (armud),
 
alça, qaralı,
 
gavalı,
 
albalı
 

 
sair
 
meyvə
 
adlarında
 
iĢlənən
 
*al
 
sö-
zünü iranmənĢəli
 
sayır
 
(Жумалиев,
 
37-43).
 
Halbuki,
 
türk dillərində
 
qədim sinkretik
 
söz-
lərdən olan «al» rəng çaları ilə hələ prototürk çağında meyvə adlarında iĢlənən sözcüyə 
çevrilmiĢdir (Ъялилов, 1985). 

 
21 
ortaq söz kimi iĢlənən alma, armud, albalı, qızıl (zoğal), qoz, üzüm, alça  
meyvə adları da türkmənĢəlidir. 
Azərbaycanın
 
çoxçeĢidli  florası  kimi,
 
faunası  da  zəngindir.  Hətta 
biosfer
 
bir sıra
 
köçəri
 
quĢların qıĢlama yerini də burada yaratmıĢdır. Bu-
rada  türlü-türlü  uçan,  üzən,  qaçan  və  sürünən  heyvanların  yaĢamı  üçün 
hər  cür  coğrafi  Ģərait  və  iqlim  növü  vardır.  Türk  dillərində  iĢlənən  və 
qonĢu xalqların dilinə keçən türkmənĢəli zoonimlərin tədqiqi göstərir ki, 
prototürk etnosu ilk heyvanları Ön Asiyanın qədim Azərbaycan bölgəsin-
də görmüĢ və onlara ad vermiĢdir.Ona görə də, bir çox türk zoonimi qə-
dim Ön Asiya izoqlosu kimi diqqəti çəkir. Belə ki, bars, arslan, eĢĢək, qo-
duq, ilan, qoyun, buğa və sair bu kimi adların Ön Asiyada bəzi qədim ölü 
dillərdə iĢləndiyini görmək olur. Azərbaycanın heyvanat aləmi türk etno-
sunun  yaĢamına,  onun  həyat  tərzinə  təsir  edən,  yaylaq-qıĢlaq  yaĢamına 
təkan verən önəmli faktor olub. Heyvan adları toponimlərdə
 
də geniĢ əks 
olunmuĢdur.
40
 
TanınmıĢ
 
türkoloqlar
 
A.
 
M.
 
ġerbak və K.
 
M.
 
Musayev
 
türk
 
dillərində 
zoonimləri geniĢ tədqiq etmiĢ, onların iĢlənmə arealını, heyvan adlarında 
ortaq izoqlosları, bunlardan bəzilərinin etimologiyasını vermiĢ, ev və çöl 
heyvanlarının  türklərin  məiĢətindəki  rolunu  açıqlamıĢlar.
41
  Bu  məsələlər 
üzərində sonrakı bitiklərdə etnoqrafiya və zoonimlər bölmələrində geniĢ 
dayanacağıq,
 
burada
 
isə
 
biosferin
 
türk
 
etnosuna
 
diqtə etdiyi bir-iki
 
məqama 
diqqəti çəkək.  
Qədim
 
Azərbaycanda
 
biosfer-fauna-etnosun  üçyönlü  qarĢılıqlı
 
əla-
qəsi  prototürk  boylarının  evsəlləşdirdiyi  (əhliləĢdirdiyi)  ev  heyvanları-
nın növündə və bunların da etnosun yaĢamını yeni çalarlı axara salması 
arxeoloji bəlgələrdə aydın görünür. Hələ yığım dönəmində itdən ovculuq-
da əl heyvanı kimi istifadə olunması göstərir ki, insanlar qədim çağlarda 
heyvanı  evsəlləĢdirməyi  bacarmıĢlar.  Ġtdən  sonra  digər  ev  heyvanı  və 
quĢlar ələ öyrədilmiĢdir. Bunların sırasında
 
qoyun,  keçi,  donuz,
 
inək, at, 
dəvə, öküz, eĢĢək, toyuq, ördək, qaz və sair heyvanlar vardır. 
Evsəl  (əhliləĢmiĢ)  heyvanın  etnosun  yaĢam  tərzində  oynadığı  rolu 
aydın görmək üçün hindavropa
 

 
türk etnosu məiĢətində donuzun yerini 
müqayisə edək. Qoyunçuluqla bağlı yaylaq yaĢamınına köklənmiĢ türklər 
                                                 
40
  At,  eĢĢək,  qatır,  dəvə,  qoduq,  donuz,  qaban,  ayı,  qurd  (börü),  quĢ,  qaranquĢ,  qaraquĢ, 
torağay, durna, laçın, kərkəs, sərçə, göyərçin, sağsağan, ilan, bağa (tısbağa), arı zoonim-
lərinə toponimlərin tərkibində rast gəlmək olur.  
41
 Щербак, 1961, 82-172; Мусаев, 1975, 52-157. 

 
22 
çevrədəki
 
donuz-qabanı ovlasa
 
da,
 
onun evsəl heyvana
 
çevrilməsində ma-
raqlı
 
olmamıĢlar,
 
çünki  donuzla  yaylaq-qıĢlaq  yaĢamı  uyuĢmur.  Hindav-
ropa  boylarının  yaĢamını  isə  donuzsuz  təsəvvür  etmək  mümkün  deyil. 
Ġtaliyada  qədimdə  Yer  və  Məhsuldarlıq  tanrılarına  törəyiĢ  simvolu  kimi 
donuz qurbanı verilirdi.
 
Qərbi Avropa təsərrüfatında m.ö.
 
II minildə üstün-
lük
 
təĢkil
 
edən donuzçuluq sonralar
 
Qara-dənizin quzeyində davam etmiĢ, 
bu  gələnəyi  hindiran  boyları  Xarəzm  civarına  gətirsə  də,
 
burada  m.ö.
 
VII 
əsrdən görünməyə baĢlayan donuz sürüləri sonralar aradan çıxmıĢdır.
42
 
 
Donuzdan  fərqli  olaraq,  qoyun  türk  etnosunun  yaĢamına  dərindən 
sirayət edib. Dünyada qoyunun evsəlləĢməsi olayı öncə Güney Azərbay-
canın dağlıq bölgələrində baĢ vermiĢdir. Qoyunçuluq bir tərəfdən  yaylaq-
qıĢlaq yaĢamını ĢərtləndirmiĢ, digər tərəfdən əti-ağartısı ilə türklərin qan 
tərkibində dərin iz buraxmıĢdır. QonĢu xalqlarla müqayisədə azər türklə-
rində xolesterin dərəcəsinin həddindən artıq  yüksək olması da 5-6 əsrin 
deyil, 5-6 minilin gerçəkləĢdirdiyi durumdur. 
Türk dillərində zoonimlərin etimologiyası, heyvandarlıq, maldarlıq 
terminologiyası türk etnosunun hansı heyvanı evsəlləĢdirdiyini və hansını 
baĢqa xalqdan mənimsədiyini ortaya çıxara bilir. Bu baxımdan, zoonimin 
yayılma coğrafiyası da əhəmiyət daĢıyır. Belə ki, azər dilində inək, saxa 
dilində inax sözünün iĢlənməsi bir-birindən çox uzaqda yaĢayan bu xalq-
ların prototürk çağından qalma zoonimdən istifadə etdiklərini göstərir.  
Hindavropa dillərindəki *ked praforması ilə ortaq izoqlos olan keçi 
və qıdığ sözləri keçinin Aralıq dənizi bölgələrində evsəlləĢdiyindən xəbər 
verir.  Lakin  Norveç dialektinə  tikka,  gürcü və  svan dillərinə  txa,  daqəl 
Ģəklində keçən təkə sözü sonrakı əlaqələrin nəticəsidir. Türklərlə kontaktda 
olmuĢ xalqların dilinə yüzlərlə həm yabanı, həm də evsəl heyvan adları,
 
heyvandarlıq
 

 
atçılıq terminləri keçmiĢdir.
  
BaĢqa  xalqların
 
türklərdən  aldığı  zoonimin  tarixi  bəzən  o  qədər 
qədim olur ki, türklərin Atayurdunu Altayda olduğunu güman edən uz-
manlar bu alınmanı türk dilindən deyil, baĢqa dildən türk dilinə keçdiyini 
yazırlar. Halbuki, türk etnosunun ilkin yurdu Ön Asiya olduğunu nəzərə 
alanda  bütün  bu  dolaĢıq  etimologiyalar  çox  rahatca  gerçək  yozumunu 
tapır.  Məsələn,  belə  mübahisəli  etimologiyası  olan  öküz  sözü bəzi  hin-
                                                 
42
 Цалкин, 1966, 73-74, 132, 151;  Avropadan Anadoluya gəlib yerləĢən hetlərin yazı-
sında «donuz əti yeyən» və «donuz əti yeməyən» xalqlar fərqləndirilir, hətta «Het qanu-
nunda» 81-86-cı bölmələr donuz cinsi və növlərinə, donuz oğurluğu məcəlləsinə, 90-cı 
bölmə isə donuz yağını yeyən itə ölüm cəzası verilməsi kimi məsələlərə həsr olunub. 

 
23 
davropa  dillərində
 
*oks  Ģəklində  iĢlənsə
 
də,  onun  10  minil  öncə  Güney 
Azərbaycanın  batı  bölgələrində  evsəlləĢməsi  bəllidir,  qədim  öküz~ökör 
dialekt  variantları  da  bu  zoonimin  prototürk  çağında  yarandığını  ortaya 
qoyur. Lakin türklərin məiĢətinə baĢqa xalqlardan daxil olan evsəl heyvan-
lara  bu  dillərdə  ayrı-ayrı  adların  verilməsi  doğaldır,  necə  ki,
 
azər  dilinə 
camış/gamış  Ģəklində  irandilli  boylardan  keçən  zoonim  noqay,  qaraqal-
paq dillərində suv sığırı adlanır. 
BaĢqa xalqların dilinə keçən yabanı və evsəl heyvan, quĢ adları, atçı-
lıq və heyvandarlıqla bağlı terminlər sırasında bunları göstərmək olar: qaz, 
baklan,  çayka,  berkut,  Ģonqar,  xoruz,  bars,
 
yolbars,
 
arslan,  qaplan,
 
börü, 
qaban,  samur,  ilan,  qoç,  qoçkar,  qoyun,  baran,  toxlu,  təkə,  kulan,  eĢĢək, 
ayğır, alaĢa-at, öküz, davar, mal, dəri, süd, kımız, yoğurt, qatıq, yağ və s.   
Azərbaycanın  coğrafi  durumu  burada  təkcə  iri  və  xırda  buynuzlu 
heyvandarlığın  deyil,  həm  də  atçılıq,  dəvəçilik  və  arıçılıq  təsərrüfatının 
da  formalaĢmasına
 
Ģərait
 
yaratmıĢdır.  Bu
 
sahələr  bağ-bostan  və  taxıl 
əkinçiliyi ilə
 
yanaĢı inkiĢaf
 
etmiĢ,
 
bəzi
 
boylar
 
bir
 
sahəni, bəziləri də digər 
sahəni
 
üstün tutub tərəkəmə və ya oturaq  yaĢam durumunu gerçəkləĢdir-
miĢlər. Yaylaq-qıĢlaq yaĢamını seçən boyların ilxıları və sürüləri həddən 
artıq çoxaldığı çağlarda, özəlliklə, böyük quraqlıq illəri baĢlayanda onla-
rın uzaq ellərə də köçməsi qaçılmaz olmuĢdur.  
Minillərlə  Xəzərin  baĢına 
dolanan

hətta
 
Altaya
 
qədər  ge-
dib
 
çıxan türk
 
boylarından
 
bəzi-
ləri zaman-zaman geriyə qayıt-
mıĢlar. Doğuda qalanlarsa ora-
larda  kök  salıb  ikinci  Atayur-
dunu  ərsəyə  gətirmiĢlər.  Türk 
boylarının belə bir Atayurdu da 
son 4-5 minilin axarında Xəzə-
rin  quzeyindən  keçən  Qıpçaq 
çölü  boyunca  gerçəkləĢmiĢdir. 
Bununla
 
da  türk  etnosunun  bir 
neçə oykumeni ortaya çıxmıĢdır.  
Beləliklə,
 
etnos-fauna-flora  əlaqəsini
 
tənzimləyən
 
biosfer  etnos  və 
onun qidalandığı faunanın, heyvanların qidalandığı floranın zənginliyi ilə 
Yer  üzündə  Azərbaycanın  bənzərsiz  təbiətini  yaratmıĢ,  Ulu  Yaradan  bu 
gözəlim prototürk yurduna mərhəmətini əsirgəməmiĢdir. 

 
24 
Türk  xalqlarının  astroloji  biliyi  dilində,  mifologiya 
və folklorunda dərin iz qoysa da, bugünə qədər bu 
gərəkli  və  həm  də  maraqlı  sahə  sistemli  Ģəkildə  
öyrənilməmiĢdir.
43
 
Halbuki
 
qamçılıq  (Ģamanizm) 
dünyagörüĢü baĢdan-baĢa astroloji biliyə köklənmiĢ-
dir. Türklərin kosmonimiya görüĢlərinə köklənən zaman və məkan ölçü-
ləri, «dünyanın» cəhətlərə bölünmə prinsipi sosiolinqvistik təhlildə aydın 
görünür.  Azərbaycanda  Aya,  GünəĢə  tapınma  «Gün  haqqı»  andında  və 
Ay  çıxanda  salavat  çevirmə  gələnəyində  saxlanmıĢ,  Ay  kultu  məbədinin 
izləri bir neçə bölgədə qalmıĢdır. Bu bəlgələr mifologiyaya aid bitikdə 
geniĢ Ģərh olunacaq, burada yalnız etnologiya ilə bağlı bir-iki detal üzə-
rində dayanmağı uyğun bildik.  
Yaranma  zamanı  neolit,  yaranma  ocağı  Ön  Asiya  olan  Samanyolu 
deyiminin  sonrakı  yayılma  arealı  isə  türk  boylarının  sonrakı  köçləri  ilə 
bağlıdır. Belə ki, Samanyolu deyiminin Monqol sınırınacan uzanması do-
ğuya miqrasiyanı əks etdirir. Bunu aydın
 
görmək
 
üçün
 
V. A.
   
Nikonovun 
tərtib etdiyi aĢağıdakı xəritəyə baxmaq kifayətdir:
44
 
 
                                                 
43
 L. Bazin, Sir G. Klauson və F. Nemetin bu sahəyə həsr etdikləri məqalələr özlüyündə 
çox qiymətli tədqiqatlar olsa da, bütövlükdə türk kosmonimiyasının deyil, daha çox hind, 
çin  və  sair  xalqların  dilindən  keçən  ulduz  adlarının  doğu  türk  dillərində  buraxdığı  izi 
ortaya  çıxarmaq  yönündə  yazılmıĢdır.  Təbii  ki,  prototürk  dünyagörüĢündən  fərqlənən 
xristian,  manixey,  buddizm  terminologiyası  doğu  türklərdə  sonrakı  hadisədir.  Təəssüf 
ki, Armin Vamberinin XIX əsrdə yazdığı «Türk-tatar boylarının əski kulturunda səmavi 
cisimlər» (A török-tatar nep primitiv culturájábar az égi tester. Budapest, 1879) adlı 14 
səhifəlik kitabçanı əldə edib oradakı izahlarla tanıĢ ola bilmədim. 
44
 
Никонов. 1980, 251. 
 
 
Kataloq: 2015
2015 -> Oitsning ma’nosi – Orttirilgan Immunitet Tanqisligi Sindromi. Bu dahshatli va bedavo kasallik hozirgi zamonning “vabosi” deb yuritiladi
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> Klinik protokol Az ərbaycan Respublikas
2015 -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2015 -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2015 -> Stomatologiya 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2015 -> Приложение №3 Информированное согласие пациента на пародонтологическое лечение
2015 -> Myuller h p parodontologiya pdf
2015 -> Buklet Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə