Detektiv roman


Cinayətdən 7 saat 20 dəqiqə sonra



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#39146
1   ...   5   6   7   8   9   10   11   12   13
Müşfiq-XAN-Milenaya-mektub

Cinayətdən 7 saat 20 dəqiqə sonra 

 

– Burada tək dincəlirsiniz? 



Baş  müstəntiqin  sualı  Romanın  qonşusu  olan  Pərviz  adlı 

şairə ünvanlanmışdı. 

– İmkan versələr dincəlmək istəyirəm. 

Adam  narazı  halda  qaşlarını  düyünləyib  siqaretini  yan-

dırdı. 

– Sizi kimsə narahat edir? 

–  Səhərdən  indiyə  qədər  doğru-düzgün  yazmağıma, 

oxumağıma fürsət veriblər ki?! Daha nə olmalıdı? Nə var 

ki, hansısa bir özündənrazı adam dənizdə boğulub! Mən 

müstəntiqəm,  detektivəm,  polisəm,  nəyəm?  Gəlib-gedib 

məni sorğu-sual edirlər. 

Şair bunu deyib siqaretdən dərin bir qüllab aldı. 

– Bunları kiminlə içmisiz? 

Sato  pəncərənin qarşısında  qoyulmuş boş  araq  şüşələrini 

işarə etdi. 

– Mənim içki məclislərim təknəfərlik olur, naçalnik. 

– Yaxşı, görürəm sizi çox yorublar. Buna görə də söh-

bəti uzatmayacam. Dünən gecə Milana ilə niyə görüşmüş-

dünüz? 

Aydındı  ki,  sual  gözlənilməz  olmuşdu.  Pərvizin  ləz-

zətlə ciyərlərinə çəkdiyi tüstü ani yaranan həyəcan reflek-

sindən  sonra  boğazına  qayıdıb  öskürməsinə  səbəb  oldu. 

Bu,  o  qədər  qəribə  baş  verdi  ki,  elə  bil  nəfəs  yolundakı 

tüstü  deyil,  ora  anidən  pərçim  olmuş  hansısa  müəmmalı 

cisim idi. Toparlanması bir neçə saniyə çəkdi: 



42

 

 



–  Siz  nə  danışdığınızı  bilirsiniz?  Mənim  xalqın  arva-

dı-sevgilisi ilə işim olmaz! 

–  Nə  bilmək  olar,  yəqin  ki,  Romadan  qorxurdunuz. 

Axı o sizdən cüssəlidir. Üstəlik də boksçudur. Amma Mi-

lana da keçiləsi gözəl deyil. Fikirləşdiniz ki, necə edəsiz? 

Nəhayət,  qərara  gəldiniz  ki,  əlbir  olub  sizə  mane  olan 

qüvvəni aradan götürəsiz, – Sato bunları nəzərə çarpacaq 

ciddi  və  inandırıcı  tərzdə  izah  edib,  həmsöhbətinə  nəzər 

saldı. 

–  Mən  o  qadını  bir-iki  dəfə  görmüşəm.  Adını  da  bu 

gün  eşitmişəm.  Xahiş  edirəm,  əmin  olmadığınız  şeylər 

haqqında bu qədər arxayınlıqla danışmayın. 

– Yaxşı, gəlin bir az səmimi söhbət edək, – baş müs-

təntiq  bunu  deyib  otaqdakı  yeganə  stulu  onun  qarşısına 

çəkib tərsinə oturdu. 

– Əyri oturub, düz danışmaq istəyirsiniz? – şair isteh-

za etdi. 

– Açığını bilmək istəyirsinizsə Milana ilə niyə görüş-

düyünüz  mənim  üçün  bir  o  qədər  maraqlı  deyil.  Hətta 

dünən gecə öpüşməyiniz də. 

Sato cavabsız suala qarşı həmsöhbətini məəttəl qoyan 

yeganə  faktını  irəli  sürdü.  Hələlik  şair  haqqında  əlində 

bundan dəyərli və yetərli ola biləcək başqa şübhəli səbəbi 

də yox idi. Bir anlıq tələsdiyini, bilmədiyi yeni ipuclarını 

öyrənənə qədər bu sualı verməsinin yanlış addım olduğu-

nu düşündü. Amma çarəsiz olduğunu, rəhbərliyin “iş sa-

baha  çözülməlidi”  tapşırığını  da  unutmuş  deyildi.  Daxi-

lindəki cüzi peşmanlığı yenəcək səbəbi tapması az çəkdi – 

onsuz  da  şair  elə  söhbətin  əvvəlindən  yalan  danışmağa 

başlamış, Milana ilə aralarındakı münasibəti inkar etməyə 




43

 

 



çalışmışdı.  Elə  bunun  özü  də  Pərvizdən  şübhələnməsi 

üçün qaneedici səbəb idi. 

Arada yaranan zaman boşluğu söhbət iştirakçılarının 

işinə  yaramışdı.  Amma  ortada  inkaredilməz  bir  fakt  var 

idi. Bu da Pərvizlə ukraynalı qadın arasındakı isti müna-

sibətin  varlığıydı.  Və  Sato  hələ  də  şairin  cavabını  gözlə-

yirdi. 

–  Bir  şərtlə  deyə  bilərəm,  –  qonşu  hıqqanıb  nəhayət 

ki, dilləndi. 

– Şair, sizinlə ətraflı danışmağa vaxtım yoxdu. 

Baş müstəntiq ayağa qalxıb stulu normal vəziyyətdə düz 

onun  dizlərinin  dibində  qoydu.  Sato  bu  halda  kresloda 

oturmuş  cüssəli  və  ondan  ən  azı  bir  baş  hündür  olan 

adamla  təxminən  bərabər  idi.  Yerini  bir  az  da  rahatlayıb 

dizləri ilə onu geriyə sıxdı. Özünü ələ almağa çalışırdı. 

–  Söz  verin  ki,  Milana  ilə  münasibətimiz  haqqında 

heç kim bilməyəcək. 

– Narahat olmayın, əsas adamın başını elə əkmisiniz 

ki, bundan sonra istədiyinizi edə bilərsiniz. 

“İstədiyinizi”  xüsusi  vurğu  ilə  dedi.  Nəyi  nəzərdə 

tutduğunu  şair  çox  yaxşı  başa  düşdü.  Özündən  çıxmağa 

başlamışdı: 

–  Yox,  bu  qədər  də  olmaz!  Siz  məni  şantaj  edirsiniz. 

O, dənizdə boğulub ölüb. Həm də öz əcəli ilə! 

–  Yaxşı,  söhbətdən  yayınmayaq.  Bunu  sonra  aydın-

laşdırarıq. 

– Milana ilə münasibətimizi bilsələr mənim vəziyyə-

tim yaxşı olmayacaq. Şəhərdə Romanın özü kimi başdan-

xarab dostları çoxdur. Heç olmasa indilik bunu gizlətmə-

liyəm. 



44

 

 



– Şərtinizi dediniz. Sizin xətrinizə bir şey düşünərəm. 

Amma daha bəsdir, məni yorursunuz. Dünənki gecə haq-

qında danışın. 

– Yoldaş müstəntiq mən şərtimi yox, xahişimi dedim. 

Şərtimsə budur ki... 

– Şair! – Sato bu dəfə səbrini basa bilməyib var gücü 

ilə  onu  arxaya  itələdi.  Xoşbəxtlikdən  kreslo  divara  qədər 

olan yarımmetrlik məsafəni sürüşüb dayandı. 

– Mən Milanaya aşiq olmuşam. Və o məni sevir! – bu-

nu bilmək istəyirdiniz?! 

– Başqa? 

– Onu üç həftə əvvəl buradakı diskotekada gördüm. 

Roma yanında deyildi. Tanışlığımız Milananı rəqsə dəvət 

etməyimlə  başladı.  Qalanı  da  romantik  yaşantılardı,  siz 

belə şeylərdən anlamazsınız. 

Pərviz bir az rahatlanıb əvəz çıxırmış kimi söz atdı. 

– Dünən saat neçədə görüşmüşdünüz? 

– Təxminən gecə 3 olardı. 

– Sənin otağına gəlmişdi? – Sato müsahibinə ötəri nə-

zər salıb baxışlarını yayındırdı. 

– Siz nə danışırsınız? Biz belə risk etmərik! O, Roma-

dan  çox  çəkinirdi.  Mənim  üçün  də  pis  olardı.  On-on  beş 

dəqiqə çəkmədi, qapıda görüşüb bir az söhbət etdik, son-

ra ayrıldıq. Söhbət də demək olmazdı. 

– Roma haqqında nə danışırdı sənə? 

–  Kobud  və  yovuşmaz  adam  olduğunu.  Hə,  bir  də 

tez-tez  ona  xəyanət  etdiyini,  onunla  maraqlanmadığını 

deyirdi. 

–  Deyirsən  dünən  az  da  olsa,  söhbət  etmisiz.  Nədən 

danışırdınız? 




45

 

 



–  Dediyim  kimi,  çox  romantik  söhbətlər  idi.  İncimə-

yin, sizi aşar naçalnik, – şair dahiyanə nitq söylədiyini dü-

şünüb arsız-arsız hırıldamağa başladı. 

– Ən yadda qalanını de, təfərrüatlar lazım deyil. 

Sato da öz növbəsində söz atıb qarşılıq verdi. 

– “Kaş səni beş-altı ay əvvəl tanıyaydım”, – bəlkə sizə 

çox mənasız gələ bilər, amma dünən gecədən ən çox xati-

rimdə qalan budur. 

– Yaxşı, gec oldu, keçək əsas məsələyə. Romanı necə 

öldürdünüz? 

– Onu mən öldürməmişəm! 

– Sevgiliniz öldürüb? 

– Əminəm ki, onun bu işlə heç bir əlaqəsi yoxdur. Axı 

Roma dənizdə boğulub ölüb. Siz nəyə görə bayaqdan bəri 

israrla onu kiminsə öldürdüyünü deyirsiniz? 

Şair məzlum bir vəziyyət aldı. 

– Olsun. Amma kimin öldürdüyünü bilməmiş olmaz-

san. 


Söhbətin  uzanması  baş  müstəntiqin  hövsələsini  ta-

mam daraltdı. 

–  Naçalnik,  şairin,  üstəlik  tənha  şairin  bir  qadına, 

həm də su pərisi kimi qadına aşiq olması bu qədər qorxu-

lu, bu qədər şübhəlidir?! Axı siz məni niyə bu qədər ağıl-

sız hərəkətdə suçlayırsınız? 

– Bəlkə “xalqın arvadı-sevgilisi” ilə görüşdüyünə gö-

rə? 


Şairin bir az əvvəl danışdığı yalanına işarə etdi. 

– Milana Romanın ölümündə kimdənsə şübhələndiyi 

barəsində heç nə danışmayıb sənə? 

– Biz dünən gecədən sonra görüşməmişik. 




46

 

 



– Dediklərini indilik həqiqət kimi qəbul edirəm. Am-

ma mən araşdıracağam. Yenidən yalan danışmış olsan və-

ziyyətin xarab olacaq, biləsən. 

Baş  müstəntiq  sonuncu  fikirlərini  təmkinlə  bildirib, 

getmək  üçün  qapıya  yaxınlaşdı.  Bu  adamın  otağını  diq-

qətlə  axtarmalı  idi.  Prokurorluğa  gedən  kimi  həm  şairin, 

həm də Aydının kotteclərində axtarış aparmaq üçün icazə 

əmri  çıxartdırmağı  düşündü.  Hər  ikisi  planlaşdırılaraq 

qətlə yetirilən Romanın qonşuları idi və hər ikisi ifadələ-

rində  yalan  danışmağa  cəhd  göstərmişdilər.  Baş  müstən-

tiqin təhlilinə görə onların hələ də gizlətdiyi məqamlar ol-

malıydı. 

– Yoldaş naçalnik? – Pərviz qapıdan çıxmaq üzrə olan 

Satoya səsləndi. 

Şairin  cır  və  dözülməz  səsi  bu  dəfə  lap  əsəblərinə 

toxundu. Geriyə qanrılıb nə soruşacağını gözləmədən: 

– Şərtin yadına düşdü? 

– Gecə Milana ilə görüşdüyümü kim görmüşdü? 

Baş müstəntiq onun verəcəyi sualı doğru təxmin etdiyin-

dən məmnun halda şairlə məzələnib getdi: 

– Mən. 

İntuisiyasında  yanılmamasının  və  bir  neçə  dəqiqədə 

şairin  psixologiyasını  çözə  bilməsinin  yaratdığı  rahatlıq 

hissi indilərdə bütün üz cizgilərinə sirayət etmişdi. 

 

 

 




47

 

 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin